____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
to15c&
onlara “sədaqətlərini” sübut etmək üçün dəridən-qa
bıqdan çıxırdılar. Budur onların riyakarlığı! Buna görə də
biz hesab edirik ki, təqdimatı keçirilən kitab “yazıq, məz
lum erməni xalqı”nın məkrliliyini Rusiya, eləcə də digər
Avropa ölkələri ictimaiyyətinə olduğu kimi göstərməyə
kömək edəcəkdir. B.Budaqov alimlərimizi erməni təbliğa
tının əssaslığını və uydurma, iftira olduğunu sübut edən
tarixi faktları daha dərindən araşdırmağa çağırırdı.
Mərasimdə iştirak edən kitabın naşiri, tanınmış
türkoloq, azərbaycanşünas Iqor Peçenev
bu mühüm
əsərin nəşrinin hazırlıq prosesindən danışdı. O, belə bir
faktı da vurğuladı ki, Rusiya Prezidenti Vladimir Putinin
əsərlə tanışlıqdan sonra demişdir: “Kitabı məmnuniyyətlə
oxudum və açığım deyim ki buradakı
faktlar məni
düşünməyə vadar edir”.
Cənab Peçenev də təsdiq etdi ki, tarixi faktlar 1915-
ci ildə ermənilərə qarşı soyqırımı törədildiyini tamamilə
təkzib edib. O zaman Türkiyədən deportasiya olunmuş
ermənilər isə bəzi Moskva qəzetlərinin ermənipərəst
müəlliflərinin yazdığının əksinə olaraq, hec də həlak ol
mamış, sadəcə, Rusiyanın Anapa, Soçi və digər şəhər
lərində məskunlaşmışlar. Rusiyalı türkoloq Azərbaycanın
bütün publisist və tarixçilərini daha çox fəallıq göstər
məyə və Rusiya mətbuatında da sanballı məqalələrlə
çıxış etməyə çağırdı.
Sonra kitabın rektoru Reyhan Mirzəzadə, Milli Məc
lisin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü
Asəf Hacıyev və başqaları çıxış etdilər.
Təqdimat mərasimində kitabın ölkəmizin ali məktəb
lərinin mühazirə kurslarına daxil edilməsi barədə təkliflər
də səsləndi.
“AZƏRTAC”
18 yanvar 2003-cü il
_______________
Reyhan Mirzəzadə
________________
tO İ6
C8
/J
Jt
-Ü
C
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi.
MOSKVADA NƏŞR OLUNMUŞ “DAĞLIQ
QARABAĞ AZƏRBAYCANIN QANI, CANIDIR”
KİTABININ TƏQDİMATI OLMUŞDUR
Dünya şöhrətli seleksiyaçı alim, Milli Məclisin depu
tatı, əməkdar elm xadimi, akademik Cəlal Əliyevin Mos
kvada rus dilində çap olunmuş “Dağlıq Qarabağ Azər
baycanın qanı, canıdır (tarixi replika)” kitabının Bakı Döv
lət Universitetində geniş təqdimatı olmuşdur.
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-
mn müxbir üzvü Abel Məhərrəmov çıxış edərək akademik
Cəlal Əliyevin Azərbaycan xalqı qarşısındaki əvəzsiz
xidmətlərindən danışmışdır.
O, akademik Cəlal Əliyevin qəsbkar Ermənistan
tərəfindən zəbt olunmuş torpaqlarımıza-Dağlıq Qarabağa
həsr etdiyi təqdim olunan kitabında qəsbkar qonşumuzun
işğalçılıq siyasəti barədə tarixi faktlarla dəqiq məlumatlar
verildiyini bildirmişdir.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbay
canın ərazi bütövlüyünün beynəlxalq aləmdə tanındığını
nəzərə çarpdırmış, erməni caynağında qalan torpaqları
mızın tezliklə azad ediləcəyinə əmin olduğunu söylə
mişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Hacı Allahşükür Paşazadə, akademik Fuad Qasımzadə,
AMEA-nın müxbir üzvləri Məsumə Məlikova, Vasim Məm
mədəliyev və digər natiqlər də nəşr haqqında fikir və mü
lahizələrini açıqlamışlar.
Qeyd olunmuşdur ki, akademik Cəlal Əliyevin təq
dim edilən əsəri tarixi faktlarla, tarixçi alimlərdən, xronika-
çılardan gətirilən misallarla zəngindir. Q. Qafqazda, türk
torpaqlarında
quldur
İslər İdarəsi
.
to 17
ca
P R E Z İD E N T K İT A B X A N A S I
erməni siyasətçilərinin, daşnakların hiyləgər siyasətlərini
ifşa edir. Kitabda Dağlıq Qarabağın əsrlər boyu Azər
baycan xalqına məxsus olmasını təsdiq edən tarixi nəşr
lərə xüsusi əhəmiyyət verilir.
Nəşrin çox dəyərli tarixi əsər olduğunu qeyd edən
natiqlər, onun ingilis, alman, ərəb və digər dillərə tərcümə
edilməsinin zəruriliyini vurğulamışlar.
Kitabın redaktoru publisist Reyhan Mirzəzadə, naşiri
rusiyalı yazıçı şərqşünas, türkoloq və tarixçi alim Iqor
Peçenevdir.
_______________
Reyhan Mirzəzadə
________________
“AZƏRTAC"
25 aprel 2006-cı il
to18oA
MOSKVADA NƏŞR OLUNMUŞ “DAĞLIQ QARABAĞ
AZƏRBAYCANIN QANI, CANIDIR” KİTABININ
TƏQDİMATI OLMUŞDUR
Aprelin 24-də Bakı Dövlət Universitetində Milli Məc
lisin deputatı, akademik Cəlal Əliyevin “Dağlıq Qarabağ
Azərbaycanın qanı, canıdır (tarixi replika)” kitabının təqdi
matı keçirildi. Qeyd edək ki, əsər bu yaxınlarda Moskva
da rus dilində işıq üzü görüb. BDU-nun rektoru, deputat
Abel Məhərrəmov bildirdi ki, hər il aprelin 24-də ermənilər
uydurma soyqırımı günü keçirirlər. Əslində
soyqırımı
azərbaycanlılara qarşı həyata keçirilib. Kitabın müəllifi
Cəlal Əliyev 400-dən çox elmi əsərin, çoxsaylı kitabların
müəllifidir.
Hörmətli akademikin elm sahəsində böyük xidmətlə
rinin olduğunu vurğulayan natiqin sözlərinə görə, Cəlal
Əliyev ermənilərin mürtəce siyasətinə qarşı da mübarizə
aparır. İndiyə qədər Cəlal Əliyevin Dağlıq Qarabağ müna
qişəsi ilə bağlı bir neçə kitabı nəşr olunub. Onun “Dağlıq
Qarabağ Azərbaycanın qanı, canıdır” adlı kitabı gələcək
də ingilis, fransız və digər dillərə də tərcümə olunacaq.
Kitab çox dərin məzmun kəsb edən nəşrdir. Biz ermənilə
rin böhtançı əməllərinə qarşı mübarizə aparmalı, hər bir
vətəndaş öz sahəsində onların bəd əməllərini ifşa etməli
dir. Tədbirdə akademik Fuad Qasımzadə çıxış edərək
nəşrin müəllifi Cəlal Əliyevin biologiyanın ən müasir prob
lemləri ilə bağlı tədqiqatlar apardığını xatırlatdı. Amma
Cəlal Əliyev bioloq olsa da, dəyərli ictimai-siyasi əsərlərin
də müəllifidir. Onun “Həqiqət elmi" Azərbaycan toponim
ləri ilə bağlı kitabları işıq üzü görüb. Hazırki nəşrdə yalan
çı “erməni soyqırımı” barədə yığcam məlumat verilir.
Milli Elmlər Akademiyasının müxbir üzvü, professor
Məsumə Məlikovanm sözlərinə görə, bu kitab dünya icti-
«o
19
ca
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
maiyyətinə müraciətdir ki, onlar Dağlıq Qarabağ məsə
ləsinin ədalətli həllinə qoşulsunlar. Cəlal Əliyevin təbirin-
cə, bu gün həqiqət bizim üçün son dərəcə zəruridir.
Kitabda göstərilir ki, ermənilərin ağılsız, həyata keçirilmə
si qeyri-mümkün olan planları qonşu Rusiya, Qafqaz böl
gəsi, ümumiyyətlə, bütün bəşəriyyət üçün çox təhlükəli
dir. Kitab ermənilərin işğalçılıq siyasətinin qəsbkarlıq
planlarının epopeyasıdır.
BDU-nun professoru, Şeyxülislam Hacı Allahşükür
Paşazadə bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ müna
qişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Ermənilərin iç
üzünün açılmasına xidmət edən “Dağlıq Qarabağ Azər
baycanın qanı, canıdır’’ kimi kitablar daha çox yazılma
lıdır.
Akademik Cəlal Əliyevin təqdim olunan əsərinin
keçmiş tarixə və indiki problemlərə həsr olunduğunu vur
ğulayan Xarici İşlər nazirinin müavini Xələf Xələfov qeyd
etdi ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna
qişəsi ilə bağlı problem dövlətimizin siyasətində ən
prioritet və taleyüklü məsələlərdən biridir. Əsas hədəfimiz
Azərbaycanın haqq işini ləyaqətlə sona çatdırmaqdır. Bu
mübarizənin uğurla nəticələnməsi üçün hamımız öz töh
fəmizi verməliyik.
Kitabın təqdimatında çıxış edən Milli Elmlər Akade
miyasının müxbir üzvü, professor Vasim Məmmədəliyev
xatırlatdı ki, indiyə qədər Cəlal Əliyevin Budaq Budaqovla
birlikdə hazırladıqları “Soyqırımı” kitabı çap olunub. "Dağ
lıq Qarabağ Azərbaycanın qanı, canıdır" əsəri həmin kita
bın məntiqi davamıdır. Kitab kiçikhəcmli, lakonik olsa da,
Dağlıq Qarabağ probleminin tarixi, ermənilərin məkrli si
yasətləri barədə dolğun məlumatlar verir. V. Məmmədəli
yevin sözlərinə görə, nəşr faktların zənginliyinə və siqləti
nə görə stolüstü kitaba çevriləcək. Kitabın Azərbaycan,
_________________Reyhan_Mirzəzadə__________________so'>_______________
Reyhan Mirzəzadə
________________
so 20 ca
ingilis, fransız, ərəb və fars dillərinə tərcümə olunaraq işıq
üzü görməsi məqsədəuyğundur.
Milli Məclisin deputatı Fəttah Heydərov Cəlal Əliye
vin seleksiya sahəsində çox böyük uğurlar, nailiyyətlər
qazandığını vurğuladı. Qeyd etdi ki, təqdim olunan kitab
da Azərbaycan xalqının müsibətləri barədə, ona qarşı tö
rədilən soyqırımı haqqında tarixi faktlar üzə çıxarılıb. Biz
bu cür kitablar vasitəsilə Azərbaycan həqiqətlərini dünya
ya yaymalıyıq.
Kitabın redaktoru Reyhan Mirzəzadə bildirdi ki, aka
demik Cəlal Əliyev öz əsərində tarixdə heç zaman erməni
soyqırımının olmadığını sübut edir, bunun yalan və uy
durmadan başqa bir şey olmadığını təsdiqləyir.
Tədbirin sonunda kitabın naşiri şərqşünas, türkoloq
iqor Peçenev çıxış edərək əsərin digər dillərdə də buraxı
lacağım və Amerika, Almaniya, Fransaya göndəriləcəyini
bildirdi.
Azərbaycancılıq və vətənpərvərlik məfkurəsi
____
(.Cəfəroğlu
"Azərbaycan" qəzeti
25 aprel 2006-cı il
so 2 / ca
"DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN
QANI, CANIDIR"
Iqor Peçenev: “ Akademik Cəlal Əliyevin bu kitabı
azərbaycanlıların yeritdiyi ədalətli siyasətin təbliğinə
xidmət edir”
Dünən “Xalq Mətbuat Mərkəzi”ndə dünya şöhrətli
seleksiyaçı alim, Milli Məclisin deputatı, əməktar elm xa
dimi, akademik Cəlal Əliyevin “Dağlıq Qarabağ Azərbay
canın qanı, canıdır (tarixi replika)” kitabının təqdimat mə
rasimi keçirilmişdir. Kitabın naşiri - rusiyalı yazıçı, şərq
şünas, türkoloq, azərbaycanşünas və tarixçi alim iqor
Alekseyeviç Peçenevin iştirakı ilə keçən mərasimi nəşrin
redaktoru, publisist Reyhan Mirzəzadə aparırdı.
Tədbirin əvvəlində qeyd edildi ki, Iqor Peçenev məş
hur Azərbaycan alimi Ziya Bunyadovla eyni dövrdə, eyni
fakültədə oxuduğu illərdən bəri, yəni 40 ildən çoxdur ki,
Azərbaycan tarixinə və mədəniyyətinə böyük maraq gös
tərir. O, Mirzə Fətəli Axundov, Süleyman Rəhimov, Sabit
Rəhman, Qılman İlkin, Anar və bir çox başqa Azərbaycan
ədibinin əsərlərini rus dilinə çevirib. Qardaş Türkiyə ədə
biyyatından etdiyi bir tərcümə isə Rusiya poliqrafiyasında
rekord göstəricilərdən birini qazanıb. Belə ki, Rəşad Nuri
Güntəkinin “Çalı quşu” əsəri iqor Peçenevin tərcüməsin
də Rusiyada 55 dəfə nəşr olunub. Müxtəlif illərdə və müx
təlif nəşriyyatlarda işıq üzü görən bu kitab, ümumilikdə 20
milyon tirajla çıxıb.
“Mən Azərbaycanı bu xalqın şərəfli tarixinə, böyük
mədəniyyətinə və səmimiyyətinə görə sevirəm”, “Heç bir
erməni soyqırımı olmayıb, əksinə, ermənilər türkləri və
azərbaycanlıları soyqırımına məruz qoyublar”- kimi cəsa
_________________Reyhan_Mirzəzadə__________________S_O__24__C58'>_______________
Reyhan Mirzəzadə
________________
eo
22 oa
rətli bəyanatların müəllifi olan Iqor Peçenev, ermənilər
tərəfindən çoxlu hədə - qorxularla, təzyiqlərlə üzləşib.
Aparıcı geyd etdi ki, adı çəkilən kitab akademik
Cəlal Əliyevlə tarixçi alim Iqor Peçenevin ilk əməkdaşlığı
deyil. Belə ki, bir müddət əvvəl işıq üzü görmüş azərbay
canlı akademiklər Cəlal Əliyevlə Budaq Budaqovun
“Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin “soy
qırımı" kitabının naşiri də məhz Iqor Peçenev olmuşdu.
Martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlı
larının II Qurultayına hədiyyə olaraq işıq üzü görən növ
bəti kitab faktlarla daha zəngin olduğu kimi, poliqrafik cə
hətdən də xeyli üstündür. Azərbaycanın Rusiya Federasi
yasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğ-
lunun Moskva ziyalıları və ictimai-siyasi təşkilatları ara
sında yaydığı bu kitabın bəzi hissələri hələ ötən ilin payı
zında (kitab işıq üzü görməmişdən əvvəl) Azərbaycan
dilinə tərcümə edilərək rəsmi qəzetlərdə dərc edilmişdir.
Iqor Peçenev öz çıxışında akademik Cəlal Əliyevin
toxunduğu məsələləri müasir Azərbaycan dövlətinin yerit
diyi ədalətli siyasətin düzgün təbliğinə xidmət adlandırdı.
Alim qeyd etdi ki, türk-erməni, türk-kürd, türk-rus müna
sibətləri fonunda tədqiq etdiyi Azərbaycan-Ermənistan
münasibətləri mənə bir həqiqəti ucadan söyləmək imkanı
verdi'D ağlıq Qarabağ həqiqətən də Azərbaycanın əzəli
torpağıdır” . Amma mənə və bütün azərbaycanlılara gün
kimi aydın olan bu həqiqəti dünya ictimaiyyətinə çat
dırmaq, xüsusən öz xəyali aləminə qapılan erməniləri
inandırmaq zərürəti ortaya çıxır. Akademik Cəlal Əliyevin
adı çəkilən kitabında məhz həmin məqamlara aydınlıq
gətirilir. Gəlin, fikrimizi dəqiq faktlarla ifadə edək. Məsə
lən, kitabda Amerika tarixçiləri Vilyam Lankerin “İmperi
alizmin diplomatiyası:1890-1902", C.Makkarti və K. Mak-
kartinin “Türklər və ermənilər”, rus tarixçisi V.Veliçkonun
__
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£0
23 ся
“Qafqaz”, rus məmuru S.Qlinkanın “Azərbaycan er
mənilərinin Rusiya ərazisinə köçürülməsinin təsviri" və
başqa mənbələrdən istifadə edilib. Qafqazşünas alim,
coğrafiyaçı M.Skibitskinin 1899-cu ildə Tiflisdə nəşr edil
miş kitabında bu məsələ ilə bağlı çox əhəmiyyətli mə
qamlar vardır. Həmin alim hansı kənddə ermənilərin, han
sı kənddə azərbaycanlıların yaşadığını göstərən izahlı
xəritəni də öz kitabında veribmiş. Ancaq erməni “tarix
çiləri” Moskva, Leninqrad, Tbilisi və İrəvan kitabxanala
rından həmin xəritələri “yoxa çıxarıblar”. Ermənilərin vay-
şivən qaldırdığı soyqırımı məsələsinə gəlincə isə, aka
demik Cəlal Əliyev yazır:“Ermənilərin Türkiyədəki soyqı
rımı barədə qışqır-bağır salması Avropa meşşanları və
digər sadəlövh xristianlar arasında özunəuyğun şərait
tapan ağ yalandır, indi qızışdırılan soyqırımı məsələsi
Dağlıq Qarabağı əldə saxlamaq məqsədi güdür. Bu soy
qırımı söhbəti onların özlərindən başqa kimsəyə lazım
deyil... Soyqırımı barədə “tarixi faktlar” uydurmaq Dağlıq
Qarabağı işğal edənlərin xilası kimi düşünülüb”. Amma
ermənilər yanılırlar. Çünki kitabın ilk səhifələrindəcə Azər
baycan Prezidenti İlham Əliyevdən gətirilən sitatda de-
yilir:"Bu gün müharibə humanitar fəlakət deməkdir... Biz
öz torpaqlarımızı azad etməliyik, biz onu heç kimə vermə
yəcəyik və nəyin bahasına olursa-olsun, geri qaytara
cağıq” . Yəni, ermənilərin uydurduğu istənilən “tarixi fakt"
Azərbaycan xalqının ədalətli mübarizəsinin qarşısını ala
bilməyəcək.
Tədbirdə çıxış edən Azərbaycan Hərbi Vətənpər
vərlik və İdman Cəmiyyətinin sədri, general-mayor Sərdar
israfilov oxucu kütləsinə təqdim edilən yeni kitabın tarixi
faktlara və həyat həqiqətlərinə istinad edilərək qələmə
alınmış bu kitabın bütün MDB məkanı üçün gərəkli vəsait
olduğunu söylədi:“Amma bu kitab ilk növbədə istənilən
_______________
Reyhan Mirzəzadə
________________
S O
24
C58
azərbaycanlı gənc üçün zəruri, hər gün oxunan kitaba
çevrilməlidir”.
Sonra natiqlər jurnalistləri maraqlandıran sualları
cavablandırdılar.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
İttifaq Mirzəbəyli
“Xalq qəzeti”,
7 aprel 2006-cı il
ю 25 oa
BAKIDA “QADINLAR VƏ DÖVLƏT
Q U R UC U LU Ğ U ” MÖVZUSUNDA BEYNƏLXALQ
KONFRANS KEÇİRİLDİ
8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Azər
baycan Sosial Rifah Partiyasının keçirdiyi “Qadınlar və
dövlət quruculuğu" mövzusunda Beynəlxalq Konfransda
müasir cəmiyyətdə qadınların artan rolu, dövlət qurucu
luğunda onların fəal iştirakı, bu sahədə ölkəmizin uğurları
və demokratik dövlətlərin təcrübəsi diqqət mərkəzində
oldu.
Konfransdan əvvəl Türkiyə, Özbəkistan, Qırğızıstan,
Misir, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, Fransa,
Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Macaristandan
gəlmiş qonaqlar Fəxri Xiyabanda ümümmilli lider Heydər
Əliyevin və Şəhidlər Xiyabanında azadlıq, Vətənin müda
fiəsi qurbanlarının xatirələrini dərin ehtiramla yad etdilər.
Tədbir “Park-lnn” mehmanxanasının mərasim za
lında keçirilirdi. Beynəlxalq məclisin iştirakçılarını salam
layan Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət
vəkili, professor Xanhüseyn Kazımlı ölkəmiz müstəqilik
qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin müstəsna
diqqət və qayğısı sayəsində qadın, ailə və uşaq prob
lemlərinin dövlət siyasəti səviyyəsində nizama salın
masından, Prezident İlham Əliyevin bu siyasəti uğurla
davam etdirməsindən, Heydər Əliyev Fondunun rəhbəri,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın qadın hərəkatında öncül
mövqeyindən söz açdı. Natiq iştirakçı ölkələri və Azər
baycandakı beynəlxalq qurumları təmsil edən qadınları
qarşıdan gələn bayram münasibətilə təbrik etdi, qadınlara
_______________
Reyhan Mirzəzadə
________________
ю 26 ca
sülh, demokratiya və tərəqqi yolunda mübarizədə əlbir
səylərlə daha ciddi nəticələr əldə etməyi arzuladı.
Müxtəlif ölkələrin milli geyimlərində salona daxil olan
bağçayaşlı uşaqların ayrı-ayrı dillərdə ifa etdikləri mahnı
və rəqslər məclisə şən ovqat gətirdi, azərbaycanlı balala
rın dünya analarına ünvanlanmış xoş diləklərini sərgilədi.
Əcnəbi qonaqları təqdim edən və gündəliyi açıq
layan Konfransın Təşkilat Komitəsinin sədri Reyhan Mir
zəzadə son illərdə Azərbaycan qadınlarının dövlət quru
culuğunda fəal iştirakından da söz açdı və məclisin işti
rakçılarını bu mövzuda sənədli filmə baxmağa dəvət etdi.
Qadınlarımızın ictimai həyatdaki fəal mövqeyindən, onla
rın ölkənin daxili və xarici siyasətinin uğurla həyata keçi
rilməsində iştirakından, qadın, uşaq və ana probleminin
həlli istiqamətində ciddi irəliləyişdən bəhs edən kadrlara
qonaqlar maraqla tamaşa etdilər və öz münasibətlərini
alqışlarla bildirdilər.
“Qadınlar və dövlət quruculuğu: problemlər və pers
pektivlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan
Sosial Rifah Partiyası Qadınlar Şurasının sədri, professor
Maarifə Haciyeva Azərbaycan qadınlarının cəmiyyətin
yükünü tarixən kişilərlə bərabər daşımasında, dövlət
müstəqilliyi illərində bir sıra ağrılı problemlərin həllinə on
ların sanballı köməyindən geniş danışdı. Məruzəçi müasir
dünyada qadınların üzləşdiyi problemlərin aradan qal
dırılması üçün beynəlxalq aləmdə səylərin birləşdirilməsi
lüzumundan da söz açdı. O, sivil cəmiyyətlər üçün layiqli
övladlar yetişdirilməsi, müharibə, terror, narkotizm, yox
sulluq, savadsızlıq kimi bəşəri bəlaların qarşısını almaq
da ana, qadın sözünün kəsərini artırmağın vacibliyini
vurğuladı.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müa
vini Bahar Muradova, Misir Ərəb Respulikası Parlamenti
___
_Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£ 0
27 CA
sədrinin müavini Zeynəb Radvan, Rusiya Dövlət Duması
nın deputatı, Ailə, Uşaq və Qadın Komitəsi sədrinin
birinci müavini Natalya Karpoviç, Dağıstanın Mədəniyyət
və Turizm naziri Zümrüd Süleymanova, İordaniya Haşimi-
lər Krallığı Siyasi inkişaf Nazirliyi Qadın və Gənclər De-
partamentinin rəhbəri Lina Timircan, Küveyt Ali Təhsil
Nazirliyinin vəkili, Qadın Hüquqların Komitəsi sədrinin
nümayəndəsi, professor Raşa əl-Humud əl-Cabir əl-Səb-
bah, Fransa Milli Araşdırmalar Mərkəzinin elmi işlər üzrə
rəhbəri Kristin Fore, Qırğızıstan Parlamenti sədrinin müa
vini Çolpon Baekova, Ukrayna Mədəniyyət nazirinin
müşaviri Lida Lixac, Tbilisi Dövlət Universitetinin profes
soru Şukiya Apridonizdə, Belarus “Envila” Qadınlar İnsti
tutunun rektoru Larisa Çerepanova, Macarıstan ELTE
Universitetinin professoru Barbara Obrusanski, Azər
baycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və
Həvva Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəh
rəmanova, təhsil nazirinin müavini, professor İradə Hü
seynova, mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva, Daxili işlər Nazirliyinin məsul əməkdaşı
Səidə Mahmudova, Gənclər və idman Nazirliyinin məsul
əməkdaşı Günay Rəhimova “Qadınlar və dövlət qurucu
luğu" mövzusu ilə bağlı mülahizə və təkliflərini söylədilər,
bu sahədə Azərbaycan Respublikasında əldə edilmiş
uğurları qeyd etdilər. Məclisdə ayrı-ayrı ölkələrdə dövlətin
qadın siyasəti, qadınların ictimai fəallığı sahəsində müs
bət təcrübədən də söz açıldı, qadın təşkilatlarının əla
qələrini genişləndirməyin zəruriliyi qeyd edildi.
Konfrans iştirakçıları beynəlxalq qadın təşkilatlarına
müraciət qəbul etdilər. Sənəddə Azərbaycan qadın hərə
katının uğurları, Qarabağ münaqişəsinin ölkəmizə gətirdi
yi fəlakətlər vurğulanırdı.
Dostları ilə paylaş: |