____
Azərbaycançılıq vd vətənpərvarlik mdfkurdsi
____
so 93 ся
nına, Həcc ziyarətinə, Məkkə, Mədinəni, Ulu Peyğəmbə
rimizin məzarını salamlamaq üçün bu müqəddəs məkana
yola düşüb. Onların içində xeyli sayda həmvətənlərimiz,
soydaşlarımız da var. 73 illik həsrətdən sonra öz məmlə
kətinin azad vətəndaşı olan azərbaycanlılar, kafirlərin qa
dağalarından xilas olub hər il Bakıdan qədim Mədinəyə
uzanan yollarla öz Peyğəmbərinin qəbrini qucmağa
tələsir. Böyük şairimizin, Nəbi Xəzrinin dediyi kimi:
Cahan dəyişdikcə öz təməlindən
Qədim Mədinəyə yollar uzanır.
Odlar diyarından, Azər elindən
Qəbrini qucmağa qollar uzanır.
Eşit səsimizi sən, ey Məhəmməd,
Tək qadir Allahdan, tək Səndən mədəd.
Nuruna səcdəyə gəlir dünyalar,
Gəlir elçiləri bütün aləmin.
Xəzər sahilində bir şair də var
İmanı, biəti sənədir ..Amin!
indi doğrudan da bütün aləmin-böyük İslam alə
minin imanı, biəti Allaha və onun Rəsulu Məhəmməd
Peyğəmbərin ruhunadır. İndi milyonlarla əllər haqqın dər
gahına uzanıb. Dualar, arzular, istək və niyyətlər bir-birini
əvəz edir. Dinimiz, birliyimiz yolunda kəsiləcək qurbanlar
öz səadət məqamlarını gözləyir.
Əzizlərimin dualarına qoşularaq, varlığına, böyüklü
yünə sığınaraq, mən də üzümü mərhəmətlilərin ən mər
həmətlisi, rəhimlilərin ən rəhimlisi olan Uca Tanrıya tutu
ram: ilahi! Səni and verirəm öz izzəti-cəlalına! Bizlərə və
gələcək nəsillərə sağlam düşüncə, elm və mərifət, möh
kəm iman, səbr və dözüm, güc və qüdrət əta et! Haq
_______________
Reyhan Mirzəzadə
________________
во
94
ce
qı naliaqqa heç zaman qurban verməyən Allahım! ö z
zəhməti, halal əməyi ilə yaşayan və ucalanları şərdən-bə
ladan hifz et! Xalqı, yurdu naminə çalışan parlaq zəkaları,
dünyada inildəyən bütün məzlumları, köməksizləri xəbis
lərdən sən özün qoru Ulu Tanrım! Günahsız bəşəriyyəti
müharibələrdən, fəlakətlərdən, qırğınlardan, xəstəliklər
dən böyük qüdrətinlə xilas et, ey Yaradan! Düşmən tap
dağında inildəyən torpaqlarımızı azad etməkdə bizə
dayaq olmaqla, şəhidlərimizin ruhunu sən özün şad et,
Ya Rəbbim!”
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
‘Azad Azərbaycan” qəzeti,
1 noyabr 2011-ci il
во 95 ce
UŞAQLARIN GƏLƏCƏYİ ALDIQLARI
TƏRBİYƏDƏN ASILIDIR
2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür
"Əziz balalar! Biz gedən yol qayət qaranlıq, daşlı,
torpaqlı, iti tikanlarla səpilmiş olarkən sizin həyatınızın
yolu işıq, təmiz, yumşaq görünür... Üsuli - cədid məktəb
lərimiz günbəgün artmaqda, milli qəzetlərimiz tərəqqidə
bulunarkən, sizin öhdənizə qalan bircə oxumaq, elm təh
sil etmək deyilmi? Bizim qüvvətimizin yarısı müharibələr
də sərf olundu. Sizin qüvvətiniz isə bütün təhsili-elmə sərf
olunacaqdır".
______ _________
Reyhan Mirzəzadə
_________________
Nəriman Nərimanov
Azərbaycanın tanınmış
dövlət və mədəniyyət xadimi.
Aprelin 2-də bütün dünya uşaqlarının əsl bay
ramıdır. Qırx altıncı dəfədir ki, bu bayram hər il qeyd
olunur. Beynəlxalq uşaq kitabı, uşaq ədəbiyyatı günündə
nəinki balacaların, yeniyetmələrin, gənclərin də, yaşlıların
da, qocaların da sevinci sevincə, təbəssümü təbəssümə
qarışır. İnsanlar xoş ovqatdan bir-birinə pay verir. Təd
birlər tədbirlərə, mərasimlər mərasimlərə, sərgilər sərgi
lərə qovuşur. Balaca oxucular, kitabsevərlər dünyanın
“yeni möcüzələri”ni - kitablar, jurnallar, şeir və nağıllarını
soraqlayır. Onların baxışlarındakı səadət dolu ilğım xoş
bəxt gələcəkdən xəbər verir. Çünki əsl həyat yolu kitaba
məhəbbətdən başlayır. Kaş irqindən, rəngindən asılı ol
mayaraq, Yer kürəsinin bütün uşaqları beləcə xoş günlər,
xoş məramlar üçün doğulaydı... Kaş...
Çoxsaylı müəlliflər təcrübəyə əsasən söyləyirlər ki,
uşaqlar üçün yazmaq asan deyil. Onun özünəməxsus
ю 96 ea
psixoloji xüsusiyyətləri yazıçı və şairdən fitri istedada
malik olub elmi biliklərə yiyələnməklə bərabər, uşaq alə
mini dərindən öyrənməyi vacib hesab edir. Müxtəlif yaşlı
uşaqların baxışlarını, maraq dairəsini, zövqünü bilmədən
onu müəyyən bir məqsədə doğru istiqamətləndirmək,
onun fərdi meylini inkişaf etdirmək mümkün deyil. Beləki
kiçikyaşlı məktəblilərin oxuduğu bədii əsərlərin dili sadə,
aydın və rəvan olmalıdır. Şeirlərdə olduğu kimi, nəsr
əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Əks
halda, yorucu təhkiyə uşağı mətləbdən uzaqlaşdırar,
məzmun isə təbii ki yaddan çıxar.
Böyük şairimiz Səməd Vurğun “Balalarımız üçün
gözəl əsərlər yaradaq” adlı məqaləsində yazırdı ki, uşaq
qəlbini tərbiyə etdiyimiz zaman o qəlbə həyat və təbiətin
həqiqətləri ilə qanad verməliyik. Şair uşaqlar üçün yaz
mağın nə qədər məsuliyyətli və çətin bir iş olduğunu,
uşaq qəlbini, uşaq təbiətini, ümumiyyətlə, uşaq həyatını
tərənnüm etməyin nə qədər vacib olduğunu həmkarlarına
dönə-dönə söyləyirdi. Səməd Vurğun yazırdı:“Uşaq in
sandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və
azad təbiətində böyük insanların bütün xassələri möv
cuddur".
Uşaqlara daim ülvi məhəbbət, dərin sevgi ilə yana
şan şair, onlara xeyli şeirlər həsr etmişdi. Onun “Uşaq
bağçası" adlı şeiri könüllərdə xoş əhval-ruhiyyə yaradır:
... Burda dəstə-dəstə gəzən balalar
Əl-ələ tutuşub yallı gedirlər.
Çalır orkestro... Onun qəlbi var,
Verir körpələrə dünyadan xəbər.
Əl-ələ tutuşub yallı gedirlər.
___
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
və9 7 oA
...Burda, bu bağçada hər oğlan, hər qız
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq;
Hər biri bir igid, bir ər olacaq.
Gəlin, balalarım, öpüm sizi mən,
Bir duman görməsin xoş sifətiniz.
Oxuyun, zövq alın mənim şeirimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətiniz!..
Uşaqlar üçün yazılan əsərlər içərisində qədim hind
abidəsi “Kəlilə və Dininə”, ərəb xalqlarının əfsanələri ilə
zəngin olan “Min bir gecə” dastanı, “Qabusnamə", bir çox
Şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış
"Oxuyan piyalə” kitabı, Firdovsi, Xəyyam, Sədi, Hafiz,
Cami, Xosrov Dəhləvi, Nəvai kimi sənətkarların nəsi-
hətamiz - ibrətamiz kəlamları Şərq aləmi, Şərq mədə
niyyəti haqqında zəngin bilik əldə etmək imkanı yaradır.
Bu ənənəyə xalqımız da öz tövhəsini bəxş edib. Görkəmli
Azərbaycan alimi, mədəniyyət və dövlət xadimi Xacə
Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”(yəni Nasirin əxlaqa aid
kitabı) əsəri əsrlər boyu Orta və Yaxın Şərqdə əxlaq və
mənəviyyat dərsliyi kimi şöhrət qazanıb. Tusiyə görə,
uşaqlara qarşı son dərəcə həssas olmaq, onların kiçik bir
hərəkətini belə gözdən qaçırmamaq, vaxtında pis adət və
hərəkətinin qarşısını almaq, ən kiçik yaxşı bir hərəkət baş
verdikdə onu tərifləyib adətə çevirmək vacib elementlər
dən biridir. Uşaqlarda əməksevərlik, düzlük ənənələrinə,
bilik və peşəyə həvəs yaratmaq, xeyirxahlıq, başqalarına
kömək vərdişləri aşılamaq duğularını formalaşdırmaq
xüsusi əhəmiyyət kəsb edir. Tənbəlliyə, yalana, böhtana,
_________________Reyhan_M__i_r_z_ə_z_a_d_ə______'>_______________
Reyhan M
i r z ə z a d ə
_____
so 98
03
iftiraya, xudpəsəndliyə meyllilik, adamlara bədxahlıq et
mək niyyətlərinin yaranması qəti yolverilməzdir. Ədib
uşaqları pis təsirlərdən qorumağı, çirkin, nalayiq davranış
olan və nəzakət normaları pozulan mühitdən uzaqlaş
dırmağı, yalan danışıb nəyi isə gizlətməyə imkan vermə
məyi valideyn və tərbiyəçilərə tövsiyə edir. Qeyd edir ki,
heç bir surət bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət
də başqa xasiyyətə oxşamaz. Ona görə tərbiyə və
təlimdə səhlənkarlıq edilsə, hər kəsin cilovu öz təbiətinin
ixtiyarına verilsə, o, bütün ömrü boyu hansı xasiyyətdə
doğulmuşdusa, еГэ də qalar: bəziləri quduzluq zəncirində,
bir dəstəsi şəhvət girdabında, bir qismi hərislik pəncə
sində, bir hissəsi təkəbbür caynağında. Hər bir insanın ilk
tərbiyəçiləri, ümumiyyətlə, onun vicdan səsi olar, ikinci
tərbiyəçiləri təmiz əqidəli, düzgün fikirli adamlar olar ki,
bunlardan hikmət öyrənib tədricən kamillik dərəcələrinə
yiyələnərlər. Deməli, ata-ananın borcudur ki, hər şeydən
əvvəl övladlarını vicdanlı olmağa öyrətsinlər,sonra müxtə
lif təlim-tərbiyə işlərinə başlasınlar.
Azərbaycanın tanınmış maarifpərvər ziyalısı, ictimai
və siyasi xadimi Abbasqulu ağa Bakıxanovu yada salaq.
General rütbəli filosof da bu barədə yazırdı:“Uşaqları lap
kiçik yaşlarından mənəvi-əxlaqi gözəlliyə öyrətmək lazım
dır ki, bu gözəl xüsusiyyət onlarda adət və vərdiş şəkli
alıb, təbiətlərinə daxil olsun”.
Bakıxanov özünün "Təhzibül-əxlaq" əsərindən xüla
sə olan “Nasayeh”, yəni “Nəsihətlər” adlı əsərini gənc
nəslə tövsiyə məqsədi ilə sadə dildə yazmışdır. 103 nəsi
hətdən ibarət olan əsər bu gün də böyük tərbiyəvi əhə
miyyət daşıyır.
Abbasqulu ağa Bakıxanov uşaqlara birinci növbədə
öz ata-anasını sevməyi, onları heç vaxt incitməməyi,
ailədə özündən böyüklərin sözünə baxmağı məsləhət
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 99
oa
görür. O, vəzifə və elmdə, yaxud yaşda üstün və böyük
olanlara hörmət etməyi vacib bilir. Məzlumlara, çətinə
düşənlərə gülməməyi, əksinə, imkan daxilində onlara
kömək və qayğı göstərməyi əsl insanlıq dəyərləri hesab
edir. Ədib uşaqlara onu da məsləhət görür ki, elm və
kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey
onların köməyi ilə əldə edilir.
Bakıxanov yeniyetmələrin gələcəkdə cəmiyyət üçün
daha ləyaqətli adam olmaları üçün faydalı tövsiyələr verir.
Ailədə, məclislərdə, kütlə içərisində davranış qaydalarına
riayət etməyi, adət-ənənələrə hörmətlə yanaşmağı vacib
sayır.
Azərbaycan uşaq ədəbiyyatı yaradıcılarından biri
olan Abbas Səhhətin bir çox şeirlərində Vətən məhəbbəti,
vətənpərvərlik hissləri səmimi və poetik ilhamla tərənnüm
olunur:
_______________
Reyhan M i r z ə z a d ə
_______ _____
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim...
Anadır hər kişiyə öz Vətəni,
Bəsləyib sinəsi üstündə onu...
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Şairin “Vətən” şeirindən gətirdiyim bu sitat XX əsr
Azərbaycan uşaq ədəbiyyatının inciləri sayılan əsərlərin
epiqrafı kimi səslənirdi desəm, məncə yanılmaram.
Uşağı düzgün tərbiyə etmək, doğru yola istiqamət
ləndirmək xüsusi bacarıq, gərgin əmək, ilk növbədə mə
nəvi saflıq tələb edir. Bu işdə ailənin rolu çox böyükdür.
Hər bir valideyn uşağa həssas yanaşmalı, müəllimin ya
xın köməkçisi olmalıdır. Təəssüf ki, həmişə belə olmur.
Bəzi valideynlər tərbiyənin əsl mahiyyətini aydın təsəvvür
ьо
100
c*
edə bilmirlər. Bu baxımdan Abbas Səhhətin “Oğru və
anası” şeiri insanı xeyli düşündürür. Əslində uşaqlıqda
düzgün olmayan tərbiyəyə tuş gəlib yolunu azmış bir
gəncin harayı olan şeirdə əxlaqa zidd olan mənəvi qüsur
ifşa olunur. Şeirdə deyilir ki, yoldaşının kitabını oğurlayan
uşaq, anası tərəfindən tərbiyə edilmədiyi üçün onda pis
sifətlər get-gedə artır. O, cib kəsir, çirkin xislətli, əliəyri
adamlara qoşularaq, peşəkar oğruya çevrilir. Nəhayət,
ələ keçib məhkəməyə verilir. Uşaq ancaq məhkəmədə
ayılır:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
-Ay hakimlər, müqəssirəm, doğrudur,
Həqiqətdə mənim anam oğrudur.
Əvvəl dəfə oğurluğa uyarkən,
Yoldaşımdan kitab oğurlayarkən,
Etsə idi anam məni məzəmmət,
Olmaz idim indi bu növ bədbəxt.
Mənə anam belə olmuş müdəbbir,
insaf ilə deyin, kimdir müqəssir?
Müəllif bu şeirində uşaqlara heç də nəsihət etmir,
onlara əxlaq dərsi vermir, hadisəni, əhvalatı olduğu kimi
danışır, nəticə çıxarmağı isə oxucunun öhdəsinə buraxır.
Azərbaycan maarifi tarixində Abdulla Şaiq qədər
uzun müddət xidmət göstərən ikinci bir müəllim təsəvvür
etmək çətindir. O, ömrünün 60 ilini bədii yaradıcılığa, ma
arif və mədəniyyət işlərinə, müəllimliyə həsr etmişdir. Ab
dulla Şaiq məktəblilər üçün xeyli dərs kitabları yazmış,
proqramlar tərtib edib ərsəyə gətirmişdir. Yaradıcılığının
mühüm hissəsini uşaqlara və gənclərə həsr edən şair,
maraqlı kompozisiyası olan “Tıq-tıq xanım”, “Tülkü həccə
gedir” və “Yaxşı arxa” kimi mənzum hekayələrinin mövzu
sunu heyvanlar və quşlar aləmindən götürmüş və onları
so
101
ca
nağıl formasında, balacaların anlaya biləcəyi bir dildə
işləmişdir. Satirik gülüş və yumor bu əsərlərdə əsas xüsu
siyyət kimi önə çəkilmiş, xudpəsəndlik və lovğalıq, acgöz
lük və riyakarlıq, tamahkarlıq və zorakılıq kimi eybəcər
liklər tənqid atəşinə tutulmuş, eyni zamanda uşaqlara
nəcib insani keyfiyyətlər aşılanmışdır.
Respublikamızda uşaq təfəkkürünün inkişafı istiqa
mətində mətbuatın da az rolu olmayıb. Azərbaycanda
uşaqlar üçün mətbuatın ilk təməl daşı "Dəbistan” adlı jur
nalla qoyulub. Jurnal 1906-cı ilin aprelindən nəşr olunma
ğa başlayıb. “Dəbistan” jurnalı az ömür sürsə də, “torpa
ğa atdığı ilk toxumlar” sonrakı illərdə öz bəhrəsini verib.
Məslək baxımından “Dəbistan”a yaxın olan “Rəhbər" jur
nalının ilk nömrəsi 1906-cı ilin sentyabrında çıxıb. Bu jur
nal əsasən məktəb və tərbiyə məsələlərindən bəhs edib,
geniş xalq kütləsinin savadlanmasına xüsusi diqqət yeti
rib. “Rəhbər”in də millətimizin balalarının maariflənməsi
yolunda fəaliyyəti qısa olub. Onun işini “Məktəb” jurnalı
davam etdirib.
Görkəmli maarif xadimi Qafur Rəşad Mirzəzadənin
və tərəqqipərvər pedaqoq, jurnalist Əbdürrəhman Əfəndi
zadənin redaktorluğu ilə çap olunan, uşaqların əxlaqına,
biliyinin artmasına müsbət təsir edən, onların həyatını
işıqlandıran “Məktəb” jurnalı Azərbaycan pedaqoji fikir
tarixində mühüm yer tutub. Onun birinci nömrəsi 1911-ci
ilin 29 noyabrında çıxıb. Fəaliyyətini on il davam etdirən
“Məktəb”, “Dəbistan” və “Rəhbər”dən fərqli olaraq, öz sə
hifələrində müasir yazıçılarla yanaşı, müxtəlif dövr ədə
biyyatımızın görkəmli nümayəndələrinin şeir və hekayələ
rini, lətifələr, atalar sözləri və məsəllər, müxtəlif məzmun
lu təmsillər, öyüd və nəsihətlər də dərc edib, rus və dün
ya ədəbiyyatına geniş yer verib. Rus, Avropa və Şərq
ədəbiyyatından edilən tərcümələr, təbdil və iqtibaslar
_______________
Reyhan M ir z ə z a d ə
_______________
8 0
1C2c&
müxtəlif mövzularda olsalar da, elmə, təhsilə həvəs oya
dıb, hiyləgərlik, eqoizm, təkəbbürlülük kimi sifətlər pis
lənilib.
Azərbaycan ədəbiyyatında görkəmli uşaq şairi kimi
də tanınan Mir Mehdi Seyidzadənin Böyük Vətən mühari
bəsi dövründə yazdığı “Qəhrəman” şeirini bu gün də
həyəcansız oxumaq olmur. Çünki tarix boyu qəhrəman
ları ilə qürur duyan Ana yurdumuz Azərbaycan 20 ildən
artıqdır ki, faciə və bəlalarla üzləşib. Xalqımız işğal
olunmuş Qarabağımızın dərdi ilə, torpaqlarımızın erməni
faşistlərindən azad olunması niyyəti ilə yaşayır. Hələlik
danışıqlar yoluna üstünlük verən humanist xalqımız hər
an ayağa qalxıb döyüş yolu ilə torpaqlarımızı azad
etməyə,
Mir Mehdi Seyidzadənin “Qəhrəman”ı
ilə
övladlarına xeyir-dua verməyə hazırdır:
... Get, igid tərlan!
Get, səni çağırır bu əziz Vətən.
Onunçün bəslənib böyümüsən sən
Get, çarpış, düşmənə meydan dar olsun!
Anan fərəhlənsin, bəxtiyar olsun!
Azərbaycan ədəbiyyatında elə bir şair və yazıçı
yoxdur ki, yaradıcılığı dövründə balalarımızı unudub, on
ları vəsf etməsin. Əlbəttə, bu, mümkünsüzdür. Çünki şair
qəlbi, yazıçı ürəyi o qədər həssas, incə olur ki, o, heç za
man “torpağın canlı çiçəkləri”nə biganə qala bilməz. Elə
xalq şairimiz Cabir Novruz kimi. Şair “Baharımız - balalar”
şeirində deyir:
Bahar gəlib yer üzünə, balalar,
Amma əsil baharımız sizsiniz.
Sizsiz bizim ömrümüzü qış alar,
Sevincimiz, nübarımız sizsiniz!
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
so
1C3
ca
Biz uçuruq siz sevinib güləndə,
Arzumuzun ləçəkləri, balalar.
Yüz yaşında qoca sizi görəndə
Cavanlaşır, ürəklənir, balalar.
...Bu dünyada pis atalar yaşayır,
Sizə güllə, sizə bomba axtarır.
Biz onları susdurarıq, biz varıq,
Elələri qoy özündən usansın.
Biz qoymarıq, gül balalar, qoymarıq
Qanlı əllər sizə sarı uzansın.
...Körpəyə bax, ilk dəfədir dil açır,
İlk dəfədir “Ana”- deyə çağırır.
Gül balalar dərdimizin əlacı!
Gül balalar ömrümüzün nağılı.
Hələ bir neçə il bundan əvvəl uşaqların həyatı ilə
bağlı əsərlərlə tanış olanda, mərhum şairimiz Qabilin “Hə
zin nəğmələr" silsiləsindən “Ağrı" adlı şeiri diqqətimi cəlb
etdi. Şeirin məzmunu orta məktəb sinfində müəllimin
müşahidə etdiyi doğrudan da ağrılı, insanı kövrəldən, son
dərəcə təsirləndirən duyğuları əks etdirir. Qəribədir, bu
şeiri bəlkə yüz dəfə oxusam da, ürəyimdən keçən ağrı
hissi zərrə qədər azalmayıb, əksinə hər dəfə çoxalıb. Hər
dəfə uşağın körpə qəlbinin yaşadığı nisgil və kədər,
baxışlarındakı qüssə, doğma Ana nəfəsinə, isti Ana nə
vazişinə həsrət qaldığı zərif varlığı gözlərim önündə
canlanır:
“Nə üçün çox istəyirəm mən öz anamı"
Bu barədə yazı yazır sinifdə hamı.
Xışıldayır kağız-qələm, yol çəkir gözlər,
Ehtiyatla sıralanır sadəcə sözlər...
____________
Reyhan Mirzəzadə
_______________ _
£0 1C4 CA
Hamı gərgin, hamı məşğul, başlar aşağı,
Bütün sinif yazı yazır, göz qoyuram mən.
Bütün sinif... bütün sinif... bəs o uşağı
Lap küncdəki o uşağı görmürəm nədən?
Əllərini niyə vurmur ağdan-qaraya?
Kimi çatır lap axıra, kimi yarıya.
Qəzəbimi, hiddətimi boğub güc-bəla,
İstehzalı təbəssümlə söylədim: - bala!
Görünür ki, öz ananı çox sevdiyindən
Bu söhbətdən bir kənara çəkilmisən sən?
Uşaq baxdı gözlərimə məlul, mülayim,
Pıçıltıyla: - Anam yoxdur, - dedi, - müəllim!..
Şairə Xanimana Əlibəyli uşaqlar üçün yazdığı əsər
ləri, otuzdan çox kitabı, ona yaxın pyesi ilə balacaların
sevimlisinə çevrilmişdi. Vaxtı ilə onun “Dovşanın ad günü”
və “Ay can” pyesləri Dövlət Mükafatlarına layiq görülmüş
dü. Bir müddət əvvəl şairənin 90 illik yubileyi ilə əlaqədar
“Dovşanın ad günü" pyesi 100-cü dəfə səhnədə nümayiş
etdirildi.
Kiçikyaşlı oxucuların dostu olan Zahid Xəlil də uşaq
larımıza bir-birindən gözəl əsərlər ərməğan edib. Ötən
illər şairin altı cilddən ibarət seçilmiş əsərləri azyaşlı oxu
cuların ixtiyarına verilib.
Qeyd edim ki, hamısından bəhs etmək mümkün ol
masa da, Azərbaycan uşaq ədəbiyyatının çoxsaylı zəh
mətkeş nümayəndələri və onların yüzlərlə gözəl əsərləri
vardır. Bununla bərabər, dünya uşaq ədəbiyyatından nü
munələrin dilimizə tərcümə olunmasının davam etdiril
məsi zəruridir. Müstəqillik dövrümüzün azyaşlı oxucuları
na kitabların latın əlifbası ilə təqdim olunması zamanın
tələbidir. Bu barədə ölkəmizin başçısı cənab ilham Əli
yevin müvafiq sərəncamından sonra 100 cildlik “Dünya
Azərbaycancılıq va vatanparvərlik maflnırasi_
___
£o 105 ca
uşaq ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşr
lər ölkəmizdə kitabxana şəbəkə sisteminin latın əlifbalı
ədəbiyyat fondunu xeyli zənginləşdirdi.
İndi dünyanın bütün balaca kitabsevərləri öz sevimli
bayramına hazırlaşır. Məşhur Danimarka yazıçı və şairi,
uşaq ədəbiyyatına böyük töhfələr bəxş edən Hans
Kristian Andersenin doğum günü 1967-ci ildə Beynəlxalq
Uşaq Kitabı Günü elan olunub. 2 aprel 1805-ci ildə Fyun
adasının Odense şəhərində kasıb çəkməçi ailəsində do
ğulan Andersen ilk dəfə nağılları atasının söylədiyi "Min
bir gecə” əhvalatlarından eşidib. Atasını itirdikdən sonra
Andersen on bir yaşında əvvəlcə toxucu və dərzi yanında
köməkçi, sonra isə tütün fabrikində işləyib. Uşaqlıqdan
zəif, xəstəhal olmasına baxmayaraq, uzun və mənalı
ömür sürüb. Dərin müşahidə qabiliyyəti olan balaca oğlan
kiçik yaşlarından pyeslər yazıb. İyirmi yaşında Kopen-
hagen Universitetində təhsil almaq hüququ qazanıb.
Onun ilk şeirləri 1826-cı ildə nəşr olunub. Şair əsl ədəbi
fəaliyyətə 1829-cu ildə “Holmen kanalından Amager ada
sının Şərq burnuna qədər piyada səyahət” əsəri ilə
başlayıb. Onun “Improvizator", “Yalnız skripka çalan”
poemalarında xalq içərisindən çıxmış istedadlı adamların
acınacaqlı taleyi təsvir edilir. Şairin “Mulat” pyesi irqi
bərabərsizlik əleyhinə yönəldilib. Lakin Andersen dünya
ədəbiyyatında uşaqlar üçün yazdığı nağılları ilə şöhrət
qazanıb. Onun “Uşaq nağılları”, “Yeni nağıllar”, “Rəvayət
lər” kitabları nəşr edilib Yüz yetmiş nağıl, iyirmiyə qədər
pyes, beş roman, xeyli oçerk və şeirlərin müəllifi olan An-
dersenə hələ sağlığında ikən özünə qoyulmuş abidəni
görmək nəsib olub. Onun laylaları ilə uşaqları yatızdırıb
lar, tamaşaları teatrlarda uğurla nümayiş etdirilib. Amma
hamı onu daha çox nağılçı kimi sevib.“Çirkin ördək bala
sı”, “Bülbül”, “Su pərisi”, “Çaxmaq daşı”, “Noxud üstündə
Dostları ilə paylaş: |