so 69 ca
Şəfqətli, ədalətli Tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır açar.
“isgəndərnamə”yə diqqət yetirək:
Ey Tanrı, dünyada sənsən padişah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Yaxud “Leyli və Məcnun”dakı misraları yada salaq:
Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Nizaminin hər bir əsərinə Allahın tərənnümü ilə baş
laması dediyimiz kimi, təsadüfi deyildir. Bu onun yüksək
zəka, dərin mənəviyyat, geniş dünyagörüşü, mərifət, hik
mət sahibi olduğuna dəlalət edir.“Allah”, "Tanrı”, “Yara
dan" məfhumlarını Nizami bir məna siqlətinə malik anla
yışlar kimi təqdim edir. Burada Nizaminin böyüklüyü, da
hiliyi bir də onunla ölçülür ki, o, təkallahlıq (monoteizm)
ideyasına gəlməklə Məhəmməd Peyğəmbərin təkallahlıq
anlayışını təsdiqləyir. Şair bununla da vahid din ideyasını
irəli sürməklə xalqlar, millətlər, milli etnik qruplar, tayfalar
arasında mövcud olan milli-dini zəmində çəkişmələrə,
münaqişələrə son qoymaq istəyir.
“Xosrov və Şirin” poemasında Allahın tərənnü
mündən sonra “Peyğəmbərin tərifi" ndə oxuyuruq:
Böyük Məhəmmədə yüz min afərin!
Xilqət torpağıdır, buna ol əmin.
Nizami islam şəriətinin böyük əxlaqi, mənəvi dəyər
lərə malik olduğunu yüksək qiymətləndirir. Yaxud götürək
_______________
Reyhan Mirzəzadə
_______________ _
so 70 ea
onun “Sirlər xəzinəsi” poemasında “Peyğəmbərin mədhi”
şeirindəki fəlsəfi fikirlərini:
İslamın sütunutək o dörd bayraq ucaldı
Şəninə gecə-gündüz beş kərə təbil çaldı
Oldu Məkkən, Mədinən çiçəklənən gülzarın,
Gözünə işıq gədi hər bir qərib zəvvarın.
Azərbaycanın orta əsrlər və sonrakı dövrlərdə yaşa
yıb-yaratmış Bəhmənyar, Sührəverdi, Şeyx Mahmud Şə-
büstəri, Seyid Yəhya Bakuvi kimi filosof və mütəfəkkirləri,
Fələki Şirvani, Xacə Nəsrəddin Tusi, Hüseyn Tiflisi, Əb-
dürrəşid Bakuvi, Hacı Zeynalabdin Şirvani kimi alimləri,
Xaqani, Nəsimi, Füzuli, Məsihi, Marağalı Əhvədi kimi dahi
şairləri məhz İslam zəminində yetişib böyük şəxsiyyətlər
kimi tanınmışlar. Xüsusi ilə yada salmaq istərdim ki, hə
min dövrdə aparılan tədqiqatlarda çox zaman din və möv
humat bir-biri ilə qarışdırılır, dolaşıq salınır, görkəmli mü
təfəkkir və sənətkarların fanatizmə, xürafata qarşı müba
rizəsi dinə qarşı mübarizə kimi təqdim edilirdi. Bu proses
sonralar da davam etdi. Qasım bəy Zakir, Mirzə Ələkbər
Sabir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Hü
seyn Cavid, Cəfər Cabbarlı və digər görkəmli şəxsiyyət
lərin mövhumata, cəhalətə qarşı ucalmış etiraz səsləri
dinə qarşı olan münasibət kimi qələmə verilirdi. Tanınmış
yazıçımız və naşirimiz Cəlil Məmmədquluzadənin bir hə
rəkəti belələrinə ən yaxşı cavab idi. Məlumdur ki, 1930-
1931-ci illərdə “Molla Nəsrəddin" jurnalının adı dəyişdirilib
“Allahsız” qoyulmuşdu. Bu işdən hiddətlənən böyük
ədib:“Mən heç vaxt Allahsız olmamışam, mən yalnız
mövhumata, xürafata qarşı mübarizə aparmışam”-deyib
jurnalın redaktorluğundan imtina etmiş və ailəsini dolan
dırmaq üçün Bakı hamamlarından birində xəzinədar
Azarb ay can ç ıliQ из vətənpərvərlik m əfkurəsi_
___
so
71 ea
işləməyə məcbur olmuşdu. Bəzi alimlər isə öz elmi
tədqiqatlarında bu cür böyük şəxsiyyətlərə böhtan atıb
onlara materialist, ateist və.s kimi damğalar vurmuşdular.
Qurani-Kərimin nazil olmasından bir müddət əvvəl
Fransada “Qadın insandırmı və ya onu insan saymaq
olarmı?” mövzusunda toplantı keçirilmiş və bu toplantıda
“Qadın insan olsa da, qüsurlu bir məxluqdur və kişinin
1/3-nə bərabərdir” qərarı qəbul olunmuşdu. İngiltərədə
qadın çirkin bir məxluq elan edilmiş və onun İncilə əl vur
masına yasaq qoyulmuşdu. İngilis qadınına Incil oxumaq
haqqı 1509-cu ildə hakimiyyətə gəlmiş kral VII Henrinin
hakimiyyəti vaxtı verilmişdi.
Qadınların adam sırasına aid olmadıqlarının daha
bir “isbatı" 1753-cü ildə Almaniyada buraxılmış bir kitabda
da əksini tapmışdı. 1690-cı ildə Almaniyada latın dilində
nəşr edilmiş başqa bir kitabçada da qısa və aydın yazıl-
mışdı:“Qadın adam deyil". Hətta XX əsrdə Almaniyada bir
yazıçı qadının yazdığı “Qadın-bizim dövrümüzün azarıdır"
adlı əsərinə bənzər bir cox kitablar buraxılmışdı.
Sonralar alman faşistləri də ağalığı ələ keçirdikləri
ölkələrdə qadınların hüquqsuzluğunu müdafiə edirdilər.
Onlar deyirdilər ki, siyasət və sənət qadınlar üçün deyil.
Hitler Nyunberq qurultayında bildirmişdi ki, Reyxstaqda
qadınlar iştirak etmiş olsaydı, onu rüsvay edərdi. Hitlerin
yaxmı Hebbels də qürurlanırdı ki, biz nasional-sosialistlər
qadını ictimai həyatdan qovmuşuq. Təbiət qadınları dörd
divar arasındakı həyat üçün yaratmışdır.
Qadın haqqında məşhur xristian kilsə atası Loann
Zlatoust görün nə sərsəmləmişdi: “Qadınlardan ən yaxşı
lan yalnız bəzənmiş tabutlardır”.
Bütün bunlar islamdan əvvəlki cahilliyyə dövrünü
xatırladır. Çünki həmin dövrdə qız uşağına, qadına vəhşi
bir münasibət mövcud idi. O dövrdən yadigar qalan bir rə
_______________
Reyhan Mirzəzadə
________________
ю 72 ra
vayət indi də adamı sarsıdır. Qəbilə başçılarından biri is
lamı qəbul etməmişdən əvvəl qızını diri-diri torpağa
basdırır. Bu zaman balaca zavallı ona deyir:“Ata,əl saxla,
qoy saqqalındakı tozunu silim..."
İslam dini qadına həmişə mərhəmətlə yanaşmış,
onu yüksək dəyərləndirmişdir. Məhəmməd Peyğəmbər
dən əvvəl ailədə qız uşağının dünyaya gəlməsi bədbəxt
lik sayılırdı. Lakin Peyğəmbər qız uşağının doğulmasmı
ulu göylərin xüsusi xeyirxahlığı adlandırırdı. Ananın ayaq
ları dəydiyi yeri cənnət hesab edirdi. Qız uşağının doğul
duğuna görə körpənin valideyin tərəfindən qətlə yetiril
məsi Quranda pislənilirdi: “Allah-taala axirət günü hər bir
uşağın hansı günahına görə diri-diri torpağa gömül
düyünü soruşacaqdır”.
Məhəmməd Peyğəmbər müraciətlərinin birində bu-
yurmuşdu:“Mən sizə vəsiyyət və sifariş edirəm ki, öz
qadınlarınıza yaxşılıq edin Ona görə ki, qadınlar sizin əli
nizdə olan ilahi bir əmanətdirlər və Allah yalnız onların
icazəsi ilə qadınları sizə halal edibdir”.
Bir nəfər Peyğəmbərin yanına gəlib deyir:“Mən
cihad etmək istəyirəm, amma buna gücüm çatmır”. Pey
ğəmbər soruşur:"Valideyn!ərindən sağ olanı varmı?” Hə
min adam anam var”- deyir Peyğəmbər buyurur 'Onun
qulluğunda durmaqla Allahın hüzuruna yetiş, bunu etsən,
həm həcc və ümrə ziyarəti, həm də cihad etmiş olarsan”.
Məhəmməd Peyğəmbərdən belə bir hədis nəql edi-
lir:“Merac gecəsi mənə qadınlar haqqında o qədər töv
siyələr buyurdular ki, ümumiyyətlə, qadını heç bir vəchlə
boşamağın mümkün olmadığını dərk etdim”. Böyük Pey
ğəmbər onu da bildirmişdi ki, qadın barəsində ərin şübhə
sini həmin hadisəni öz gözləri ilə görən dörd nəfər şəxsin
şahidliyi təsdiq edilməlidir.
Azdrbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
ю
73
ra
Göründüyü kimi, islam dini qadına münasibətdə
özündən əvvəlki bütün dinlərdən müqayisəedilməz dərə
cədə irəli getmiş, bir sıra vəhşi adətləri qadağan etmişdi.
Dinimiz hərbi yürüşlərdə qadınların köməyinə də böyük
əhəmiyyət vermiş, qadının ailə-məişət həyatındakı misil
siz xidmətlərini qəbul etmiş, qadını zəriflik, gözəllik nümu
nəsi saymış, etibarlı və sədaqətli qadınları yüksək qiy
mətləndirmişdi. islam aləmində ağıllı və cəsarətli qadın
ların dövlət xadimi, cəsur sərkərdə, istedadlı şairə, elm və
ədəbiyyat xadimləri kimi yetişməsi nümunələri az deyildi.
Məlumdur ki, adın həyatda böyük əhəmiyyəti vardır.
İslam təfəkkürünə görə, insan bütün həyatı boyu, hətta
axirətdə də ona qoyulan adla çağırılacaqdır. Gündəlik
həyatda bəzi adamların öz adına görə xəcalət çəkdiyini
müşahidə edirik. Bu xəcalətin əsas səbəbi valideynlərin
öz övladlarına ad qoymaqda düzgün qərar verməmələ
ridir. Məhəmməd Peyğəmbər Abdullah və Əbdürrəhman
kimi adları sevir, onlara üstünlük verirdi. Həmin dövrdə
Əbdülüzza və Əbdüşşəms kimi Allaha şəriklər qoşmağı
ifadə edən adlar müsbət qarşılanmırdı. Uşaqlara gözəl
adlar qoymağın vacibliyi haqqında Peyğəmbər demiş
di: “Qiyamət günü şübhəsizki adlarımzla və atalarınızın
adları ilə çağırılacaqsınız. Elə isə özünüzə gözəl ad
seçin".
Malik ibn Ənəs ailədə mütləq bir adamın Məhəm
məd adını daşımasını tövsiyə edər və deyərdi ki, ailədə
bir adam Məhəmməd adını daşıyarsa, ailənin bütün üzv
lərinin ruzisi bol olar.
İslam dinində müharibə heç bir zaman iftixar ediləsi
hadisə olmamışdır. Əgər müharibə baş verirdisə, bunun
arxasında zor tətbiq etməklə hakimiyyət qurmaq deyil,
məhz özünü müdafiə etmək və dünyada sülhü bərqərar
etmək niyyəti olmuşdur. Məhəmməd Peyğəmbər məkkəli
_________________Reyhan_Mirzəzadə___________________so_74_ea'>_______________
Reyhan Mirzəzadə
________________
so 74 ea
müşriklərin zülmü dözülməz hala çatdıqda zalımın müsi
bətlərinə son qoymaq üçün məcburən döyüşə icazə ver
mişdi. Lakin uşaqlar döyüşlərə əsgər kimi əsla cəlb olun
murdu. Vuruşlar zamanı düşmən tərəfin uşağı olsa belə,
onun öldürülməsinə qəti icazə verilmirdi. İslam aciz,
gücsüzlərə toxunmağı qadağan, onları hətta döyüş təhlü
kələrindən qorumağı əmr etmişdi.
Misir ruhanilərindən olan doktor Fuad Məhəm
məd Qahirədə çıxan “Minbər əl-lslam” jurnalında (1964-
cü il, №1) dərc olunmuş məqaləsində təsdiq edirdi ki, ilkin
müsəlman icmasının nizamnaməsi və şəriət müharibədə
iştirak edən müsəlman əsgərlərinə uşaqları, qadın və qız
ları, xəstələri, qocaları, yaralıları öldürməyi, əkin sahələri
və meyvə bağlarını məhv etməyi qadağan edirdi. Mə
həmməd Peyğəmbər Mədinəyə köçdükdən sonra müsəl
man icmasının nizamnaməsini tərtib etmişdi. İcmanın ni
zamnaməsində deyi!irdi:“Bundan sonra mühacirlərlə ən-
sarilər vahid bir icma təşkil edirlər. Yəhudi və bütpərəstlər
də həmin icmaya daxil olub öz dinlərini mühafizə edə
bilərlər". Sonra həmin nizamnamədə istila olunmuş xalq
ların daşınan və daşınmayan əmlakının dağıdılması qa
dağan olunurdu.
islam dönə-dönə təlqin edirdi ki, mənəvi hakimiyyət
ancaq Allaha məxsusdur. Hökm ancaq Allahındır. Haqqı
ancaq o bəyan edir. Hökm edən Allahdır, heç kəs onun
hökmünü dəf edə bilməz. O, heç kəsi öz hökmünə şərik
etməz. Kim Allahın hökmlərini qoyub, onun yaratdıqla
rının hökmü ilə oturub-durursa, sonda peşmançılıq çə
kəcəkdir.
Mütəxəssislər haqlı olaraq qeyd etmiş və edirlər ki,
Məhəmməd Allahın rəsulu kimi onun yer üzündə birbaşa
təmsilçisi idi və İslam dövlətinin bütün forma və funksi
yalarını öz simasında birləşdirirdi.
____
Azərbaycançılıq və vətanparvərlik məfkurəsi
____
so 75
ca
Təbii ki, dövlətin müəyyən funksiyaları vardı. O,
daxili təhlükəsizliyi qorumalı, sərhədlərin düşmənlərin hü
cumundan müdafiəsini təşkil etməli, təcavüzün qarşısını
almalı, ədaləti təmin etməli, cinayətkarları cəzalandırmalı,
ictimai binalar tikdirməli, yollar çəkdirməli idi.
Qazılar olmasa da, hakimlər vardı. Hakim insanlar
barəsində hökmü icra edənə, zülm edəni zülm etməyə
qoymayana deyirdilər. Mübahisə, yaxud münaqişə mey
dana çıxanda, kiməsə zərər yetiriləndə hakimlər hökm
verirdilər. Hər qəbilənin öz hakimləri vardı. Onlar ağıllı,
geniş dünyagörüşünə malik, ədalətli, zülm və rəzilətdən
uzaq olan adamlar kimi tanınırdı. Hakimlər içində qadınlar
da vardı.
Qeyd etdiyimiz kimi, Quran İslamın mahiyyətini
təmsil edən, müsəlmanların həyat tərzinin ifadəçisi olan,
davranış qaydalarını tənzimləyən, ictimai məna daşıyan
müqəddəs abidədir, islamın dövlət dini olduğu ölkələrdə
onun kəlamları hüquq normalarının və qanunvericiliyin
əsasını təşkil edir. Böyük İslam övladlarının müsəlman
əqidəsinə həkk olunan mərhəmətli fikirlərinin Quranın
nazil olduğu bu mübarək Ramazan ayında ruhlara nur
bəxş etməsi arzusundayıq. Belə ki, Peyğəmbər deyirdi:
“Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli
olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalı
şanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istə
yənlərdir". İmam Həsən Əsgəri buyururdu:“Allah oruc tut
mağı həm də ona görə vacib etmişdir ki, ehtiyacsız yaşa
yanlar aclığın nə olduğunu bilsinlər və nəticədə yoxsul
lara qarşı mehriban olsunlar”.
Ramazan ayının töhfəsi, ilahi kitablardan sonuncusu
və ən böyüyü olan Qurani - Kərim məlum olduğu kimi,
ərəb dilində nazil olmuş və İslamın zühurundan başla
_________________Reyhan_Mirzəzadə__________________ю__7S_ся'>_______________
Reyhan Mirzəzadə
________________
so
76 CA
yaraq onu qəbul etmiş bütün xalqlar tərəfindən yalnız bu
dildə oxunmuş və oxunmaqdadır.
Quran öz məzmun və formasına görə möcüzəli və
bənzərsiz sayıldığından (buna bir istilah kimi “Icaz əl-
Quran” deyilir) müsəlman ruhaniləri onun mətninin adi
insan tərəfindən başqa dilə tərcüməsini nəinki qeyri-
mümkün saymış, hətta bunu zərərli və küfr hesab edərək
həmin təşəbbüsdə olanları cəzalandırmışlar. Elə bu sə
bəbdən də Quranın əsl ərəb mətni olmadan başqa mü
səlman xalqlarının dillərinə çevrilməsinə uzun müddət
icazə verilməmişdir Yalnız XX əsrin 30-cu illərində Qahi
rədəki məşhur əl-Əzhar dini mərkəzi tərəfindən bu yasaq
aradan götürüldükdən sonra Quranın ilk öncə Türkiyədə
olmaqla, həmin dillərə ayrıca və müstəqil tərcümələri
yaranmışdır.
Quranın tərcüməsinin
yasaq
edilməsinə
bax
mayaraq, İslamı qəbul etmiş qeyri-ərəb xalqlar hələ erkən
vaxtlarda bu müqəddəs kitabdakı mətləbləri öz Ana
dillərində oxumağa, onu doğru-düzgün dərk etməyə ehti
yac duymuşlar. Bu ehtiyac onları Qurani-Kərimin tərcü
məsi ilə bağlı düşünüb-daşınmağa, yeni yollar axtarmağa
sövq etmişdir. Həmin axtarışların nəticəsi olaraq, X
yüzillikdən başlayaraq, Quranın ilkin sətiraltı tərcümələri
meydana çıxmışdır. Günümüzə qədər gəlib çatmış qədim
əlyazmalar sübut edir ki, bu işdə farslar öncül olmuşlar.
Quranın belə sətiraltı tərcümələrində bu müqəddəs kita
bın adətən iri süls xəttilə yazılan ərəbcə mətninin altında
hər bir sözün aşağısında narın nəsx xəttilə (daha sonra-
lar nəstəliq xəttilə də) onun farsca daşıdığı lüğəti mənası
yazılmışdır. Tərcüməni əsl mətndən seçdirmək üçün çox
vaxt onu qırmızı mürəkkəblə yazırdılar.X yüzilliyə aid belə
Quran tərcümələrindən birinin əlyazması Kabuldakı Milli
Arxivdə saxlanılır.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so 77 ca
Quranın türkcəyə ən qədim tərcüməsi Sankt-Peter
burq Şərqşünaslıq institutunun kitabxanasında saxlanılan
və “Orta Asiya təfsiri” kimi tanınan əlyazma hesab olunur.
Bu əlyazmanın katibi və köçürülmə tarixi qeyd olunmasa
da, V.Bartold, F.Köprülü kimi dünya şöhrətli türkoloqların
fikrincə, tərcümənin dil xüsusiyyətləri sübut edir ki, onun
əsli XI əsrdə hazırlanmışdır.
inqilabdan əvvəl Azərbaycan dilində Quranın iki
tərcümə-təfsiri nəşr olunmuşdur. Tərcümənin birincisinin
müəllifi Bakı qazısı, görkəmli Azərbaycan alimi, mükəm
məl dini təhsil görmüş, dövrünün böyük ruhanisi və müc
təhidi Mirməhəmməd Kərim Ağa olmuşdur. İkinci tərcü
mə-təfsir ilk Zaqafqaziya Şeyxülislam Məhəmmədhəsən
Movlazadə Şəkaviyə məxsusdur ki, onun bu kitabı 1908-
ci ildə Tiflisin “Qeyrət” mətbəəsində çap olunmuşdur.
1988-ci ilin sonunda Qafqaz Müsəlmanları idarə
sinin tövsiyəsi ilə Quranın Azərbaycan dilinə daha uyğun
şəkildə yeni tərcüməsi görkəmli alimlər akademik Ziya
Bünyadov və Vasim Məmmədəliyevə həvalə olundu. Yeni
variantda Qurani-Kərimin məsləhətçisi və redaktoru
Şeyxüllislam Hacı Allahşükür Paşazadədir. Müstəqilliyimi
zin ilk illərində qeyd olunan tərcümələrlə bərabər, Şeyxü
lislam Hacı Allahşükür Paşazadənin "Quranın təfsiri və
tərcüməsi tarixi” və “islamda ümmət və şüubilik” əsərləri
ilə Azərbaycanda Quran elmləri təşəkkül tapmağa başla
dı. A.Məmmədovun bir sıra əsərlərində İslam ictimai və
fəlsəfi fikri tədqiq edildi. R.Mürsəlov, K. Məmmədova,
R.Aslanova, R.Əliyev və başqaları İslam elm və təliminin
dünyəvi prinsiplərinin meydana gəlib inkişaf etmə
si proseslərini öyrənmək istiqamətində səmərəli fəaliyyət
göstərdilər. Bu işlər indi də layiqincə davam etdirilir.
islamın cəmiyyətin həyatındakı rolunu yalnız ibadət,
əxlaq və məişət məsələləri ilə məhdudlaşdırmaq, onun
_______________
Reyhan Mirzəzadə
________________
ю
7S ся
siyasət-və dövlət məsələlərinə nüfuz etmədiyini düşün
mək heç də doğru olmazdı. Bütün səmavi dinlər, o
cümlədən İslam da cəmiyyətə dini-əxlaqi dəyərlərlə yana
şı, sosial-siyasi, iqtisadi, mədəni prinsip və meyarlar gətir
mişdir. Məhəmməd Peyğəmbər özünün varislik əlaqəsini
belə izah edirdi: “Mənim məndən qabaqkı peyğəmbərlərə
oxşarlığım ona bənzər ki, bir nəfər bir bina tiksin, onu
yaxşı və gözəl tiksin, amma onun künclərindən birində bir
kərpic yeri boş qalsın. Adamlar gəlib binanın ətrafında
dolansınlar, ona heyran olsunlar, amma bir kərpicin na
qisliyinə görə təəssüflərini bildirsinlər. Mən həmin o kərpic
misalındayam, Peyğəmbərlərin möhürüyəm”.
Quranın dünyəvi əhəmiyyəti tarix boyu öz üstün
lüklərini kainata diqtə etmişdir. İngilis mütəfəkkiri Herbert
Uells Avropada nəşr edilən bir elmi jurnalın verdiyi “Bəşə
riyyət tarixinin əvvəlindən başlayaraq hansı kitab ona
daha çox təsir bağışlamış və hansı kitab daha əhəmiyyət
lidir?” sualına belə cavab vermişdi:“Ən əhəmiyyətli kitab
lardan biri Qurandır. Başqa kitablardan fərqli olaraq,
yalnız bu kitab bütün dünyaya təsir göstərmişdir. Yalnız
və yalnız bu kitab həqiqi dinin, təkallahlığın, əxlaq qayda
larının, mənəviyyatın düzgün göstəricisidir".
İngiltərənin siyasi və hərbi xadimi Corc Alonsonun
sözləridir."İslam dini paklıq, ədalət, namus, bərabərlik,
doğruluq dinidir”.
Avstriyalı siyasətçi, islamşünas Leo Poldvis İslam
dinini necə qəbul etməsi haqqında deyirdi:“Mən İslamı
qəbul etməzdən əvvəl bu din haqqında heç bir xüsusi təli
mim olmayıb. Məni İslama gətirən onun yüksək əxlaqi də
yərləri və elmiliyi olmuşdur. İslam mənim nəzərimcə, di
gər dinlərlə müqayisədə ən kamilidir. Bu dində artıq, ya
əskik heç nə yoxdur. Hər şey həmahəng və bir-birini ta
mamlayandır. Mən Quranı, sünnət və hədisləri dönə-dö-
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi_
___
so 79 ca
nə mütaliə elədim, islam tarixini oxudum. Onun əleyhinə
və lehinə yazılmış kitablarla tanış olaraq islamı qəbul et
dim. indi müsəlman olmağımla fəxr edirəm ”.
Yaponiyalı iqtisadçı, ictimai xadim, rahib öm ər
Milanın dedikləri:
"Mən əminəm ki, islam tezliklə Yaponiyanın sadə,
zəhmətsevər xalqı tərəfindən tədricən qəbul ediləcək,
islam-yəni Sülh! islam - yəni fiziki və mənəvi paklıq! İslam
- yəni insanın insana məhəbbəti, sonda Allaha itaət!”.
Tailand alimi Teyatat Teyasen də etiraf edir:"Mən
inanıram ki, Quranda 1400 il əvvəl ifadə edilmiş hər şey
doğrudur və elmi yollarla sübut edilmişdir. Bu, bütün elm
ləri bilən Allahın ilhamıdır. Beləliklə, bunu deməyin vaxtı
gəlmişdirAllahdan başqa Tanrı yoxdur və Həzrət Mə
həmməd (c) onun Rəsuludur".
_______________
Reyhan Mirzəzadə
________________
“Azad Azərbaycan” qəzeti,
17 avqust 2012-ci il
so 80
ce
DÜNYANI MAARİFLƏNDİRƏN DİN
İslam aləmi Qurban bayramına hazırlaşır
“Mən Quranı hər yöndən araşdırdım. H ər kəlmə
sində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki,
Həzrəti Məhəmməd seçilmiş bir insandır. Belə bir insanın
yenidən dünyaya gəlməsi ehtimaldan uzaqdır.
Ey Məhəmməd! Sənin çağdaşın ola bilmədiyim
üçün çox kədərlənirəm, öyrətdiyin və yaydığın bu kitab
sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü
olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını
iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş
bir qüdrəti bir dəfə görmüş, bundan sonra bir daha
görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm!".
Otto Bismark
(d ə m ir kan sler)
XIX əsrdə Almaniyanın görkəmli
dövlət xadimi, diplomatı və kansleri
Miladi tarixi ilə 610-cu ilin adi bir Ramazan gecəsi
idi. Əbasına bürünmüş Məhəmmədin ürəyi yenə həyəcan
içində çırpınırdı. Birdən vücudları sarsıdan əzəmətli bir
səda eşidildi.“Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur,
şəhər civarındakı Nur dağının Hıra mağarasına gəl! Deyi
lənlərə əməl etsən, anadangəlmə mübtəla olduğun bu hal
bir daha təkrar olunmayacaq!” .
Bu sədanı Məhəmmədin xanımı Xədicə, əmisi oğlu
Əli və Məhəmmədin övladlığa götürdüyü Zeyd ibn Sabit
də eşitdi.
Məhəmməd büründüyü əbasını atıb, cəld bir hərə
kətlə ayağa durdu. Gecəyarısı Hıra mağarasına yollan-
Dostları ilə paylaş: |