Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq vd vətənpdrvərlik məfkurssi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   2   3   4   5   6   7   8   9   10   ...   55

____
Azərbaycançılıq vd vətənpdrvərlik məfkurssi
___ _
ю  
81
 oa

maq  istəyən  Məhəmmədi  Əli  müşayiət  etmək  istərkən 
həmin  səda  “Tək gəl!" - deyə qətiyyətlə əmr etdi.
Nur  dağının  Hıra  mağarasına  yetişəndə  Allahın 
Cəbrayıl  adlı  ulu  mələyi onun gözlərinə göründü.  Cəbrayıl 
dedi:“Ya  Məhəmməd!  Sən  Allahın  Peyğəmbəri,  Rəsulu­
san!  Allahın  vahidliyini,  Allahdan  başqa  heç  kimə  və  heç 
nəyə  ibadət  edilməyəcəyini  insanlara  bildirməlisən;  get­
dikləri  yolun  düz  yol  olmadığını  onlara  sən  başa  sal­
malısan!”.
Cəbrayıl  Quranın  “Oxu!  Yaradan  Rəbbinin  adı  ilə 
oxu!" ilk ayələrini  oxumağa başlayaraq,  əlavə etdi:
-   Sənə  Allah-Təala  tərəfindən  vəhy  olunan  bu 
ayələri  və  gələcəkdə  vəhy  olunacaq  ayələri  oxu  və 
yazdır!
-  Axı  mən  oxumaq  və yazmaq  bilmirəm...
-  Bilirik!  Bizə  hər şey məlumdur!  Ona  görə də  “Yaz!" 
demirik,  “Yazdır!" deyirik.
- A x ı   yadımda  qalmaz...
-   Hər  şey  bizim  əlimizdədir!  Elə  edərik  ki,  heç  vaxt 
yadından çıxmaz!
Cəbrayılın  verdiyi  bu  təminatdan  sonra  Məhəm­
mədə  ilahi bir yaddaş,  mükəmməl  bir hafizə  bəxş olunur...
Məhəmməd  (s)  miladi  tarixi  ilə  571-ci  ildə  Məkkədə, 
son  dərəcə  ləyaqətli  bir  ailədə  anadan  olub.  Atasının  adı 
Abdullah,  anasının  adı  Aminə  idi.  Anadan  olmasından  iki 
ay  əvvəl  atasını,  altı  yaşında  ikən  anasını  itirib.  Səkkiz 
yaşına  qədər  babası  Abdulmütəllibin  yanında  qalıb.  Ba­
bası  öləndən  sonra  əmisi  Əbu  Talib  onu  yanına  aparıb. 
Peyğəmbərimizin  uşaqlıq  həyatı  saf,  pak,  əziyyətli  və  ye- 
timçiliklə  keçib.  Məhəmməd  heç  bir  insanda  əks  olun­
mayan,  son  dərəcə  təmiz,  dürüst,  halal,  qayğıkeş,  əməli­
saleh,  parlaq  bir  şəxsiyyət  olub.  Ömründə  bircə  dəfə  də 
yalan  danışmayıb,  hiyləgərlik,  saxtakarlıq  etməyib.  Dostu,
_______________
Reyhan Mirzəzadə
_________________
ю  
H2
 oa
düşməni  onu  “Məhəmmədül  Emin”-  deyə  çağırıb.  O,  25 
yaşında  ikən  Məkkənin  yüksək  təfəkkürlü,  saf  mənəviy- 
yatlı  və zəngin qadını  olan 40 yaşlı Xədicə ilə evlənib. Altı 
uşağı  olsa  da,  Fatmadan  başqa  o  biri  övladları  hələ  Pey­
ğəmbərin  sağlığında  ikən  ölüb.  40  yaşına  çatınca,  Allah 
tərəfindən ona beləcə Peyğəmbərlik verilib.
...  Həmin  gündən  başlayaraq,  həyatının  son  anına 
qədər  Peyğəmbərimiz  Quranın  bütün  ayə  və  surələrini 
əzbər  bilir.  Allah  onun  gözünü  və  könlünü  açır,  qəlbi 
nurla,  elmlə,  biliklə dolur,  gözləri gizli  bir aləmin  işıqları  ilə 
aydınlaşır.  O,  əvvəllər  bilmədiyi  hər  şeyi  bilir  və  bildirir, 
görür və göstərir.
Həmin  vaxtlar  ərəblər  bütlərə  ibadət  edirdilər.  Mü­
qəddəs  Kəbədə 360 büt var idi. Zülm,  abırsızlıq  və  mənə- 
viyyatsızlıq  dünyanı  götürmüş,  cahillik  və  nadanlıq 
əqidələri  bürümüşdü.  Böyük-kiçik  bilinmir,  haqq-ədalət 
gözlənilmir,  zəiflər  əzablar  altında  inləyir,  qız  uşaqları 
anadan  olan  kimi  diri-diri  torpağa  gömülür,  adamlar  öz 
şəxsi  mənfəətlərindən  başqa  heç  bir  şey  düşünmürdü. 
Qadınlar  ortaq  mal  kimi  varisdən-varisə  keçir,  analıq 
haqqı,  qadınlıq şərəfi ayaqlar altında tapdalanırdı.
Təkbaşına  bu  bəlaları,  deyərdim  ki,  faciələri  aradan 
götürmək,  insanları  yüz  illərdən  bəri  getdiyi  əyri  yoldan 
döndərmək  necə  də  çətin  və  ağır  idi.  Peyğəmbərimiz  isə 
bütün  insanları  doğru  yola  dəvət  etməyə  məmur  olunur­
du.  Fəqət,  Məhəmməd  bu  müşkül  vəzifə  ilə  mükəlləflənə- 
rək  evə döndü.
Məhəmməd  Peyğəmbər  (s)  Cəbrayıl  (ə)  vasitəsi  ilə 
ayələri aldıqca,  ən  etibarlı  məsləkdaşlarına  diqtə edir,  on­
lar  da  Peyğəmbərin  diqtəsi  ilə  ayələri  dərinin,  sümüyün, 
xurma  yarpaqlarının,  gil  lövhələrin  üzərinə  yazırdılar. 
Ayələri  köçürən  belə  səhabələrə  “vəhy  katibləri”,  yəni 
vəhyi  yazıya  alanlar  deyilirdi.  Ən  məşhur  vəhy  katibləri
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
EO 
S3
 СЯ

Həzrət  Əli  (ə),  Abdullah  ibn  Məsud,  Zeyd  ibn  Sabit  və 
Übeyy ibn  Kəb  idi.
Qeyd  etmək  yerinə  düşərdi  ki,  hər  bir  ayə  nazil  ol­
duqca,  Peyğəmbər  onun  Qurandakı  yerini  də  müəyyən, 
yəni  ayələrin  bir-birinin  ardınca  düzülüş  qaydalarını  təyin 
edirdi.  Peyğəmbər  vəfat  edərkən  Quran  hələ  bütöv  kitab 
şəklində  mövcud  deyildi.  Müqəddəs  kitab  ilk  dəfə  Əbu 
Bəkrin  xilafəti  dövründə,  Həzrət  Əlinin  (ə)  rəhbərlik  etdiyi 
səhabələr  birliyi  tərəfindən  toplanıb  kitab  halına  salınmış­
dı.  Lakin  illər  keçdikdən  sonra  səhabələrin  arasında  Qu­
ran  ayələrinin  oxunuş  qaydaları  mübahisələrə  səbəb 
oldu.  Bəzi  səhabələr  tərəfindən  köçürülən  Quran  nüsxə­
ləri  arasında  fərqlər  üzə  çıxdı.  Bu  fərqlilikləri  aradan  qal­
dırmaq  üçün  üçüncü  xəlifə  Osman  Quranı  gözəl  bilən  bir 
neçə  səhabədən  ibarət  heyət  yaratdı.  Onlara  vahid  Qu­
ran  nüsxəsi  tərtib  etməyi  tapşırdı.  Bu  heyət  Quranın  ye­
ganə  və  mübahisəsiz  variantını  Peyğəmbərin  vaxtında 
olduğu  kimi  bərpa  etdi.  Osman  bütün  başqa  Quran  nüs­
xələrini  ləğv  etdirib,  heyət  tərəfindən  təqdim  edilmiş  yeni 
nüsxənin  üzündən  surətlər çıxartdırdı  və onları  müsəlman 
dövlətinin  əsas  şəhərlərinə  göndərdi.  Həmin  dövrdən  eti­
barən  bu  günə  kimi  müsəlmanlar  yalnız  bu  nüsxələrin 
üzündən  köçürülmüş Quranlardan  istifadə edirlər.
...  Peyğəmbərimiz  islam  dinini  üç  il  gizli  yaymağa 
çalışır.  Sonra  İslamın  açıq-aydın  təbliğ  olunması  üçün Al­
lahdan  əmr  gəlir.  O,  Səfa  təpəsinə  çıxaraq  məkkəlilərə 
müraciət  edir:  “Ey  Qüreyş!  (qəbilənin  adıdır).  Bilin  ki, 
Allah  birdir!  Ondan  başqa  İlahi  yoxdur! Allahdan  başqası­
na  ibadət  etmək,  inanmaq  sapqınlıqdır,  ən  böyük  günah­
dır!  Mən  Allahın  Peyğəmbəriyəm;  onun  buyruqlarını  sizə 
bildirən  elçiyəm, Allahın  Rəsuluyam! Allahın  vahidliyini və 
mənim  Peyğəmbərliyimi  qəbul  edin!  Bütlərə  inanmaqdan 
imtina  edin!  Sözlərimə  inanmayıb,  göstərdiyim  Allah  yolu
___________
Reyhan M i r z ə z a d ə
__________________
ta  84 ea
ilə  getməsəniz,  böyük  fəlakətə,  dəhşətli  əziyyətlərə  uğra­
yacaq,  cəhənnəm əzabına düçar olacaqsınız!
Məkkəlilər çaşıb qalır.  Babalardanqalma dinə,  yüz il­
lərdən  bəri  ibadət  etdikləri  bütlərə  açıqdan-açığa  tənqid 
ifadə  edilir,  getdikləri  yolun  onları  cəhənnəmə  aparacağı 
çəkinmədən söylənirdi.
Məhəmməd  Peyğəmbəri  (s)  min  bir  vasitə  ilə  bu 
əqidəsindən  döndərməyə  çalışan  məkkəlilər  istəklərinə 
nail  ola  bilmirlər.  Qüreyş  qəbiləsinin  böyüyü  də,  kiçiyi  də 
Peyğəmbərimizə,  onun  ailə  üzvlərinə  və  müsəlmançılığı 
qəbul  edənlərə  qarşı  amansız  düşmən  kəsilir,  onlara  hər 
cür təhqir,  işgəncə və zülümlər etməkdən  çəkinmirlər.
Azərbaycanın  Xalq  Şairi  Nəbi  Xəzri  böyük  Məhəm­
mədə həsr etdiyi “Peyğəmbər" poemasında yazırdı:
İslamın ilk zəfər vədələrində 
Gördün kafirlərdən  bəla nə qədər!
Alovlu cəhənnəm vadilərində 
Düşmənə yer ayır,  ulu  Peyğəmbər!
Elin  halalına  haram  qatanlar 
Titrəyir, qorxular düşüb canına 
Xalqa qan  uddurub divan tutanlar 
Çəkilsin tezliklə haqq divanına.
Kasıba, yoxsula  imdad eylədin,
Ürək ver,  atəşli  ürəklə  bizə.
Nə qədər qulları  azad eylədin,
Biz də qullarınıq,  rəhm eylə bizə.
Elə müqəddəssən,  genişqəlblisən 
Bəşər taleyində təlaşı gördün.
Nə yaxşı,  şairlə Peyğəmbəri sən 
Cənnət yollarında yanaşı  gördün.
Nurlu qanadını  üstümüzə sər,
Vəfalı  Peyğəmbər,  doğma Peyğəmbər!
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ta  85 


Sevimli  Peyğəmbərimiz  düz  23  il  (daha  dəqiq 
desəm,  22  il,  2  ay,  22  gün)  həyatının  son  məqamlarına- 
dək  hər  əzaba  dözür.  Hər  cür  məşəqqətlərə  qatlaşır. 
Fəqət,  Allahın  əmr və  buyruqlarını  təbliğ  etməkdən,  açıq­
lamaqdan və yaymaqdan  bir an  da  olsun  geri çəkilmir.  Bu 
müddətin  on  üç  ili  Peyğəmbərimizin  həyatının  Məkkə, 
qalan  on  ili  isə  Mədinə dövrünü  əhatə edir.  Quranın  Mək­
kədə  nazil  olması  Ramazan  ayının  Qədr  gecəsinə  (ayın 
27-ci  gecəsinə)  təsadüf  edir  və  xalqımızın  dilinin  əzbəri 
olmuş  “Gün  var  min  ayə  dəyər”  məşhur  kəlamı  da  müba­
rək  Qədr  gecəsinə  aiddir.  Quranın  Məkkədə  nazil  olduğu 
ayələr  Məkki,  Mədinədə  göndərilən  ayələr  isə  Mədəni 
ayələr adlanır.  Yeganə  "Rəhman”  surəsinə  Məkki-Mədəni 
surə  deyilir.  Bütövlükdə  Quran  114  surədən  və  6200 ayə­
dən  ibarətdir.  Məkkə  dövrünə  90,  Mədinə  dövrünə  24  su­
rə daxildir.
Qurani-Kərim  bu  İlahi  kəlamla,  Bismillahir-rəhmanir- 
rəhim  (yəni  mərhəmətlilərin  ən  mərhəmətlisi,  rəhimlilərin 
ən  rəhimlisi  olan Allahın  adı  ilə)  kəlamı  ilə başlayır.
Quran  sözü  “Oxu!",  “Qiraət  et!"  anlamında  olub, 
lüğəti  mənası  “Gözəl  səslə  ucadan,  avazla,  düzgün  oxu!” 
deməkdir.  “Qurani-Kərim”  sözünün  lüğəti  mənası  isə 
belədir:  alicənab,  səxavətli,  mərhəmətli,  müqəddəs  Allah 
kitabı.
İslam  alimləri  və müsəlmanlar Quranı  “Kəlami-şərif”, 
“Allahın  kəlamı",  yaxud  "Allah  sözü”,  "Allahın  vəhyi”,  "Ki­
tablar  anası”,  “Böyük”,  “Hikmətli”,  “Şöhrətli”,  “Möhtərəm”, 
“Nursaçan”,  “Nəsihətamiz” və nəhayət,  “Bütün dünyanı  və 
xalqları  maarifləndirən  kitab”  adlandırırlar.  Quranda  Allah 
sözü  400  dəfədən  çox  təkrar  olunur.  14  əsrlik  bir  müd­
dətdə  İslam  dini  Atlantik  okeanından  başlayaraq,  Çinə 
qədər  olan  ərazidə  yaşayan  müsəlmanların  ictimai  həya­
tının  müxtəlif sahələrini-siyasəti,  təsərrüfatı,  hüququ  əha­
_________________Reyhan_Mirzəzadə__________________ю__86_ca'>_______________
Reyhan Mirzəzadə
________________
ю  
86 ca
tə  etmiş  və  onu  nizama  salmışdır.  Quranın  yeddi  nəşri 
olmuşdur:  ikisi  Mədinədə,  biri  Məkkədə,  biri  Bəsrədə,  di­
gəri  Kufədə,  biri  Suriyada  və  nəhayət,  ümumi  nəşri.  Qu­
rani-Kərimdə  adları  çəkilən  Peyğəmbərlər  bunlardır: 
Adəm,  İdris,  Nuh,  Hud,  Salih,  İbrahim,  Lut,  İsmayıl,  İshaq, 
Yaqub,  Yusuf,  Eyyub,  Şuayb,  Musa,  Harun,  Davud,  Sü­
leyman,  Ilyas,  Elyesa,Yunus,  Zülkifl,  Zəkəriyyə,  Yəhya, 
İsa  (ə),  Məhəmməd (ə).
Peyğəmbərimiz  “Sizin  içərinizdə ən  xeyirliniz Quranı 
öyrənən,  ondan  da  xeyirliniz  Quranı  öyrədəndir”-  deyə 
buyurmuşdur
Əsrlər boyu  dünyanın  böyük elm  xadimləri,  ziyalıları 
Qurani  -  Kərimin  gücünə,  varlığına,  əzəmətinə,  təfsir  və 
izahına,  məna  və  anlamına,  oxunuş  tərzinə,  bəlağətinə, 
icazına  və  digər  xüsusiyyətlərinə  dair  yüz  minlərlə  əsər­
lər,  kitablar  yazmış,  bu  yoldakı  xidmətlərini  həyatlarının 
dəyərli  mənası  kimi qiymətləndirmişlər.
Təəssüflər  olsun  ki,  Azərbaycan  xalqı  da  70  ildən 
artıq  sovetlər  rejimində  yaşadığı  dövrdə  digər  müsəlman 
respublikaları  kimi  dinindən  demək  olar  ki,  ayrı  salınmış­
dı.  O  zamanlar  kütləvi  informasiya  vasitələrində  güclü 
ateizm  təbliğatı  aparılır,  İslam  dininin  əleyhinə  qərəzli  ya­
zılar  dərc  olunurdu.  Müxtəlif  imkanlarla  müsəlman  xalq­
larına  dininə  qarşı  ziddiyətli  mövqedə  olmaları  üçün  mə­
nəvi  və  psixoloji  təsirlər  göstərilirdi.  Bu  baxımdan  “Nauka 
i  religiya” jurnalı  da  “xidmətini”  əsirgəmirdi.  Qərbi  Almani­
ya jurnalı  olan  “Ostyevropa”da  isə  sovet  rejiminin  müsəl­
manların  İslam  dininə  bağlılığına  qətiyyətli  sədd  çəkən 
təbliğatını  kəskin  şəkildə  tənqid  edən  məqalələr  dərc 
olunurdu.  Sovet  vətəndaşı  olan  alim  Bəymirzə  Xahitov 
rejimin  təzyiqlərinə  baxmayaraq,  İslamın  düşmənlərinə 
“Ostyevropa”  jurnalında  çap  olunan  yazıları  ilə  layiqli 
cavablar verirdi.
____
Azdrbaycançılıq vd vdtdnpərvərlik 
m dfkurəsi
____
во 87 oa

1978-ci  ildə  Səudiyyə  Ərəbistanının  Ciddə  şəhə­
rində  Kral  Əbdül  Əziz  adına  Universitetin  nəzdində  “Az­
lıqda  qalan  müsəlmanların  işi  üzrə  İnstitut”  yaradılmışdı. 
İnstitutun  proqramında  antikommunist və  antisovet  istiqa­
mət dəqiq müəyyənləşdirilmişdi.
Bəymirzə  Xahitov  həmin  institutun  iclaslarının 
birində  “Rusiyada  müsəlmanların  vəziyyəti”  mövzusunda 
çıxış  edib  bütün  dünya  ölkələrini  SSRl-də  yaşayan  mü­
səlmanların  hüquqları  uğrunda  mübarizəyə  çağırmışdı. 
B.Xahitov  kommunist ölkələrində  yaşayan  müsəlmanların 
vəziyyətindən,  bu  ölkələrdəki  İslam  mədəniyyətindən  də 
narahatçılığını  bildirmiş,  Türküstanın  müsəlman  rayonla­
rını  Allahsızların  istismarından  azad  etmək  fikrini  irəli 
sürmüşdü.
imperiyada  yaşayan  müsəlman  xalqlarına  daim  öz 
müqəddəs dini  ilə  bərabər olması  üçün  böyük Allahın  özü 
kömək  oldu  və  yüz  minlərlə  insanlar  siyasi  müstəqilliyi  ilə 
birgə  öz  dini  azadlığına  da  qovuşdular.  Artıq  23  ildir  ki, 
Azərbaycan  xalqı  da  ölkə  başçısının  rəhbərliyi  altında  öz 
dini  bayramlarını  ən  yüksək  -  dövlət  səviyyəsində  qeyd 
edir.
İslam  dinində  bir  çox  ayin,  mərasim  və  bayramlar: 
Quran  oxuma,  namaz,  sünnət,  fitrə  və  zəkat,  Məkkəni  zi­
yarət  etmək,  Kəbəyə  efiqad,  müqəddəs  qəbirlərə ziyarət, 
oruc  tutmaq,  Ramazan  bayramı,  Qurban  bayramı,  merac, 
aşura,  mövlud  bayramı  və  s.  mərasimlər  mövcuddur.  Hə­
yatımızda  özünəməxsus  rolu  olan  azandan  bəhs  etmək 
istərkən  yadıma  düşür  ki,  Birləşmiş  Ərəb  Əmirliklərindən 
olan  ərəb  alimi  Əbdülhəmid əl-Fadil  haqqa  çağırış  nidası- 
azanın  hər  gün  24  saat  boyu  ucalmasında  böyük Allahın 
bir  möcüzəsini  təsdiqləyən  cəbri  bərabərliyi  aşkara  çı­
xarıb.  Alim  yazır  ki,  azan  bütün  yer  kürəsi  boyu  yayıl­
masında  nəinki  bir  saat,  bir  dəqiqə  olsun  belə,  kəsilmir,
_______________
Reyhan Mirzəzadə
________________
sn 88c&
bir  qurşaqda  qurtarmamış  digər  qurşaqda  yayılır.  Azanın 
müddəti  dörd  dəqiqə  çəkir.  Hər  qurşağın  özünün  saat 
vaxtını  təyin  edən  360  meridian  mövcuddur.  Bu  meridian­
ların  hər  biri  bir-birindən  dörd  dəqiqə  ilə  ayrılır.  Tutaqki 
azanın  verildiyi  yer  birinci  sıfır  meridianındadır.  Azan  de­
diyimiz  kimi,  dörd  dəqiqə  çəkir.  Bu  dörd dəqiqə  bitən  kimi 
o  biri  meridiana  keçir.  Beləliklə,  ardıcıl  1,2,3,4-cü  və 
s.meridianlara  ötür.  360  meridian  x  4  dəqiqə  =  1440 
dəqiqə.  1440 dəqiqə  :  60 dəqiqə  = 24  saat.  Bu  riyazi gös­
tərici  füsunkar  azan  sədasının  bir  an  belə  yer  üzündən 
kəsilməməsini  bir daha təsdiq edir.
Müsəlmanların  ən  əsas  bayramı  Qurban  bayra­
mıdır.  Ərəbcə “Eydüləzha",  yəni qurbanlıq heyvanın  kəsil­
diyi  bayram  adlanır.  Ramazan  ayında  30  günlük  orucluq 
bitəndən  70  gün  sonra,  İslam  təqvimi  ilə  zilhiccə  ayının 
10-da  başlanır  və  3-4  gün  davam  edir.  Qurban  bayramı 
hər  il  Məkkəyə  ziyarət  mərasiminin  başa  çatdığı  vaxtda 
qeyd olunur.
İslama görə  belə  nəql edilir ki,  İbrahim  Peyğəmbərin 
(ə)  birinci  arvadı  Saranın  uşağı  olmadığı  üçün  İbrahim 
onun  razılığı  ilə  misirli  qızı,  qulluqçu  Həcərlə  evlənir. 
Lakin  qadınlar  yola  getmirlər.  Mübahisələr  kəskinləşən- 
dən  sonra  İbrahim  Saranın  təkidi  ilə  Həcəri  evdən  Məkkə 
ilə  Qüds  arasındakı  səhraya  qovur.  Lakin  Həcər  oğlu  is­
mayılla  birlikdə  Məkkəyə  gətirilir.  Burada  susuzluq  ona 
da,  körpəsinə  də  əziyyət  verir.  Həcər  uşağı  qucağına 
alıb,  su  axtarmağa  yollanır.  Susuzluqdan  dodaqları  quru­
muş  ana-bala  Səfa  və  Mərva  təpələri  arasında  olarkən 
qəflətən  səs  eşidilir:“Su  buradadır!".  Həcər  bu  sözü  eşit­
cək,  dərhal  əvvəlcə  Səfa  təpəsinə  doğru  qaçır,  lakin  bu­
rada  su  görmür.  Sonra  Mərva  təpəsinə  yüyürür.  Burada 
da  su  tapa  bilmir.  O,  iki  təpə  arasında  yeddi  dəfə  o  tərəf 
bu  tərəfə  yüyürsə  də,  sudan  əsər-əlamət  olmur.  Həcər
____
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
____
so 89 
ca

ümidsiz  halda  fəryad  qoparır:  “İstəmi  ileyyə,  ya  ilahi!”, 
yəni “İlahi,  eşit məni,  İlahi!”
İsmayılın  ağladığını  eşidib geri  qayıdan  Həcər,  oğlu­
nun  yanında  dumduru  suyu  olan  bir  quyu  görür.  Allahın 
mərhəməti  ilə  körpə  beləcə  müqəddəsləşir.  Sonralar  İs­
mayıl  quyusu  adlanan  bu  quyunun  suyu  məşhur  Zəm- 
Zəm  suyu  kimi  varlıqları  şəfalandırır.
İsmayıl  böyüyəndə  İbrahim  Peyğəmbər  (ə)  yuxuda 
Allahdan  əmr alır ki,  oğlunu  qurban  kəssin,  ibrahim Allah­
dan  qorxan  adam  olduğu  üçün  onun  əmrini  yerinə  yetir­
məyə  bilməzdi.  Lakin  insan  cildinə  girmiş  şeytan,  yəni 
İblis  İsmayılın  yanına  gəlib  onu  azdırmaq  istəyir  ki,  vali­
deynlərinin  sözünü  qəbul  etməsin.  İsmayıl  İblislə  razılaş­
mır.  Ata-oğul  Allahın  əvvəlcədən  nəzərdə  tutduğu  qur- 
bankəsmə  yerinə  yollanır.Onlar  həmin  yerə  çatanda,  İblis 
yenə  İsmayılın  gözünə  görünür  və  onu  təkrar  itaətsizliyə 
sövq  etməyə  çalışır.Vəziyyəti  belə  görən  İsmayıl,  sirri 
atasına  açır.  İbrahim  Peyğəmbər  (ə)  övladını  yoldan 
çıxaranın  İblis  olduğunu  başa  düşür  və  ona  görə  də  əmr 
edir ki,  oğlu  İblisi daşa  bassın.
İbrahim  Peyğəmbər  (ə)  oğlunun  başını  kəsmək 
üçün  əlinə  bıçaq  götürür.Bıçağı  İsmayılın  boğazına  çə­
kəndə,  Allah  həmin  an  baş  mələk  Cəbrayıla  deyin'Tez- 
bəndəmin  yanına  get  və  çatdır  ki,  övladına  əl  qaldır­
masın  və  ona  heç  bir  xətər  toxundurmasın!  Çünki  artıq 
mən  bildim  ki,  İbrahim  mənə  sadiqdir  və  yolumda  öz 
yeganə oğlunu  məndən  əsirgəmir”.
Cəbrayıl  dərhal  göydən  yerə  enir və  bıçaq  İsmayılın 
boğazına  toxunan  an  onu  kütləşdirir,  ibrahim  Peyğəmbər 
(ə)  başını  qaldırıb  Cəbrayılın  kəsilmək  üçün  ona  qoyun 
gətirdiyini  görür  və  sevincindən  qışqırır:  “La  ilahə  illəllah! 
Allahu  Əkbər!” yəni  ' Allahdan  başqa  məbud  yoxdur! Allah 
böyükdür!”  İbrahim  bu  sınaqdan  alnıaçıq  çıxdığına  görə,
_______________
Reyhan Mirzəzadə
________________
во 
90
 ca
Allah  onu  alqışlayır  və  bildirir  ki,  onun  nəslini  göydəki 
ulduzlar,  dəniz sahilindəki qumlar kimi artıracaqdır.
Bu  əsl  ilahi  möcüzəli  tarixi  hadisəni  dünya  müsəl­
manları  əsrlərdən  bəri  xoşməramlı  mərasim  kimi  qeyd 
edir və  müqəddəs  yolda  kəsilən  bütün  heyvanlar öz  xü­
susiyyətləri  ilə  seçilir.  Belə  ki,  islami  şərtə  görə,  Qurban 
bayramında  kəsilən  qoyun  yeddi  aylıqdan  kiçik  olma­
malıdır.  Bayramda  keçi  (bir yaşlı),  dəvə  (beş  yaşlı),  dana 
kəsilməsi də qəbul olunub.  Heyvanlar erkək  olmalı, xəstə, 
qoca,  zəif  olmamalıdır.  Heyvanı  kəsməzdən  əvvəl  onu 
üzü  Məkkəyə,  yəni  qibləyə  tərəf  olmaqla,  böyrü  üstə 
yıxırlar.  Ağzına  çox  vaxt  nabat qoyur,  sonradan  çıxarırlar 
ki,  heyvan  müqəddəsləşsin  (qoyunun  gözlərindən  son­
radan  gözmuncuğu  hazırlayırlar).  Digər  dini  qaydalardan 
sonra  Qurban  ətini  yoxsullara  paylayır,  ondan  müəyyən 
qədər  də  götürüb  ailənin  bayram  süfrəsi  üçün  yemək 
bişirirlər.  Bu  anlar  gözlərim  önündə  canlanarkən  imam 
Baqirin  kəlamı  yadıma  düşür:“Allah-Təala  yemək  yedirt- 
məyi və  Qurban kəsməyi sevir”.
İslamın əsas  şərtlərindən  biri də qeyd etdiyimiz kimi, 
Həcc  ziyarətidir.  Yetkinlik  yaşına  çatmış,  maddi  imkanı 
olan  hər  kəsə  ömründə  heç  olmasa  bir  dəfə  Həccə  get­
mək vacibdir.  Həcc zamanı  ziyarət olunması  vacib  bilinən 
Kəbə  “Allahın  evi”  adlandırılmışdır.  Əlbəttə,  bu,  məcazi 
mənada  başa düşülməlidir.  Çünki Allah  cisim deyil ki,  evə 
sığışsın.  Allah  Kəbənin  qüdrət  və  əhəmiyyətini  insanlara 
bəyan  etmək  üçün  onu  məhz  özünün  evi  adlandırmışdır. 
Onu  da  deyim  ki,  Misirdən  olan ərəb alimi  Hüseyn  Kəma­
ləddin  elmi  tədqiqatları  əsasında  Məkkənin  Yer  kürəsinin 
mərkəzində  yerləşdiyini  aşkara  çıxarıb.  Bütün  müsəl­
manlar  üçün  Həcc  dinin  dirilik  rəmzidirsə,  Məkkə  onların 
könül  paytaxtı,  Kəbə  ürəklərin  birləşdiyi  və  həm  də
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
BO 
91
 G8

günahların  bağışlandığı  müqəddəs  ocaqdır.  Dahi  Sədi 
Şirazi  buranı ziyarət etdikdən sonra yazmışdı:
Kəbənin önündə bir yolçu  gördüm 
Ağlaya-ağlaya deyirdi  haman:
“Demirəm qəbul et itaətimi,
Lütf edib  keç mənim  günahlarımdan.
Kəbənin  künclərindən  birində  “Həcərül-əsvəd”,  yəni 
“Qara  daş”  yerləşdirilib.  Qara  daş  Allah  tərəfindən  öz 
qüdrətinin  bir  əlaməti  kimi  insanlara  göndərilib.  Həcc  zi­
yarəti  zamanı  hacılar  Kəbənin  ətrafına  yeddi  dəfə  dola­
narkən,  hər  dövrəni  Qara  daşın  qarşısından  başlayıb, 
orada  da  qurtarırlar.  Həccin  bir  çox  ənənəvi  qaydaları 
mövcuddur  ki,  hər  bir  müsəlman  onu  yerinə  yetirməyə 
təbii  ki,  borcludur.  Görəsən  müsəlman  təkcə  düzgün  iba- 
dətəmi  borcludur?..
Məhəmməd  Peyğəmbər  (s)  deyirdi  ki,  qonşusu  ac 
ikən  özü  tox yatan  kəs  mənə  iman  gətirməmişdir.  Yoxsul­
lar  Allahın  dostlarıdır.  Qorxun  kasıbın  qarğışından!  Alla­
hın  ən  sevimli  bəndələri  insanlar üçün  daha  xeyirli olanlar 
və  Allahın  haqqını  yerinə  yetirməyə  daha  çox  çalışanlar, 
həmişə  xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir.
Həzrət  Əli  (ə)  etiraf  edirdi  ki,  axirəti  üçün  sədəqə 
verməyənlərə  dünyanın  heç  bir  faydası  yoxdur.  Tamah­
kardan  zəlil  adam  yoxdur.  Hər  kəs  səndən  xeyir umursa, 
onu  ümidsiz etmə!  Xalqa  daha  çox xeyir verən  kəs xalqın 
ən fəzilətlisidir.
Ulu  babalarımızdan  yadigar  qalan  nəsihətləri  za­
man-zaman  söz  dühaları  da  əsərlərində  vəsf  etmişlər. 
Müsəlman  aləminin  fəxri olan Sədi yenə yazırdı:
_______________
Reyhan Mirzəzada
________________
so 92
 ca
Bilsən əcdadının  qədrini  uca,
Adın  ləkələnməz dünya durduqca.
Nə qədər ki,  vardır əlində qüdrət,
Kərəm  sahibi ol,  göstər mərhəmət.
Bəli,  İslam  tərəqqipərvər  din  kimi  yüzlərlə,  minlərlə 
qeyri-müsəlmanların  qəlbini  də  işıqlandırıb.  Bu  barədə 
xeyli yazılı  abidələr mövcuddur.  Əlbəttə,  onların  mində bi­
rini  belə,  bir məqalədə təqdim  etmək mümkün  deyil.  Epiq­
rafda  qeyd  etdiyim  fikirlərin  davamı  kimi  yalnız  bunları 
əlavə edirəm.
Tanınmış  ingilis  yazıçı-dramaturqu,  Nobel  Mükafatı 
laureatı  Bernard  Şou  “Məhəmməd  (s)  -  Allahın  elçisi” 
əsərində  yazırdı:“Mən  həmişə  Məhəmmədin  (s)  dininə, 
malik  olduğu  möcüzəli  həyat  gücü  və  enerjisinə  görə 
dərin  ehtiram  bəsləmişəm.  Mənim  fikrimcə,  İslam  taleyin 
cürbəcür fitnələrini  və  sivilizasiya  fərqlərini  dəf etmək  yo­
lunda  uğur qazana  bilən  yeganə dindir.  Mən  qabaqcadan 
görürəm  ki,  avropalılar  bir-birinin  ardınca  İslam  dinini 
qəbul edəcəklər”.
Dünya  şöhrətli  fransız  maarifçisi,  yazıçı  və  tarixçisi 
Volter  (Mari  Fransua  Arue)  İslama  qarşı  öz  heyranlığını 
açıq  etiraf  edib  deyirdi:  “İlahi,  kaş  bütün  Avropa  xalqları 
müsəlmanları  özlərinə  nümunə götürəydilər!” .
Azərbaycanın  məşhur  ictimai-siyasi  xadimi,  yazarı, 
filosofu,  eyni  zamanda  hərbçi-generalı  Abbasqulu  ağa 
Bakıxanovun  sözüdür:“Əgər  bizim  hər  işi  görməyə  ixtiya­
rımız  olsa  da,  yenə  Allahın  rizası  olmasa,  o  işi  görə 
bilmərik”.
Bəli,  dünyanı  öz  nuruna  boyayan  İslamın,  İslam  alə­
minin  əziz  bayramı-  Qurban  bayramı  yaxınlaşır.  Dünya 
müsəlmanları  bu  bayrama  böyük  həvəslə  hazırlaşır.  İndi 
Yer  kürəsinin  neçə  milyon  zəvvarı  Səudiyyə  Ərəbista­
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin