____
£o
119 оз
necə və hansı arzularla yaşamaları, hansı qayğılarla əha
tə olunmaları ilə tanışlığımız zəruridir. Bu yazımda mövzu
ilə əlaqədar uşaq poeziyasının dilini canlandırmaq istə
yimin bir səbəbi də əvvəlki “Uşaqların gələcəyi aldıqları
tərbiyədən asılıdır” (“Azad Azərbaycan” qəzeti, 1 aprel
2012-ci il) adlı məqaləmdə dünya uşaq nəsr əsərlərindən
artıq geniş bəhs etməyimdir.
Kitab bayramı münasibəti ilə dünyanın bütün uşaq
larını Azərbaycanın tanınmış şairi, nasiri, qabaqcıl maarif
xadimi Mikayıl Rzaquluzadənin “Salam, uşaqlar!”ı ilə sa
lamlayıram:
İstərdim gəzim, görüm, bu dünyada nələr var?
Bir görüm, yer üzündə neyləyirlər uşaqlar?
Bilim, nədir adları, günləri xoşmu barı?
İstərdim ki, bir bilim, kimdir bu uşaqlardan
qaranlıqdan qorxmayan?
Bir bilim ki, onlara dostlar əl uzadırmı?
Hamısı şirin-şirin,
rahat-rahat yatırmı?
Hərdən, gecə uzunu qaçanda yuxuları,
Onları məhəbbətlə oxşayan varmı barı?,.
Gəzərdim mən bu sayaq dünyanı diyar-diyar,
Deyərdim uşaqlara:“Salam, əziz uşaqlar!
Siz ey dərisi qara, ağ, qırmızı, ya sarı,-
Düzlərin, meşələrin, dağların uşaqları!
Ey Turin uşaqları, ey Berlin uşaqları!
Siz , ey xoşbəxt Moskva, şən Pekin uşaqları!
Siz, rəngarəng qitənin ey qəmgin uşaqları!..
Ey hərbin dəryazının önündə şux çiçəklər!
Nə rəngdə olur-olsun saçınız, nə fərqi var:
Salam,
əziz uşaqlar!..”
_______________
Reyhan Mirzəzadə
________________
ю 120 ca
Alim Əliyar Qarabağlı qeyd edirdi ki, körpə uşaq
olan hər evdən layla səsi gəlir. İlk nəzərdə laylalarda
məqsəd-hələ bir yaşa çatmamış körpələrin həyatında
mühüm yer tutan yuxunun rahatlığını təmin etməkdir.
Mahnının gözəl ahəngi, pəsdən o'xunması, Ana səsinin
nəvazişli titrəyişi uşağa məstedici təsir bağışlayır. Uşaq,
məzmununu başa düşmədiyi sözlərin, səslərin ahəngin
dən, musiqisindən məst olur.
Laylalar əslində beşik nəğmələridir. Bir-iki yaşlı
uşağın həyatı beşikdə, yaxud Ana qucağında keçir. Bir
sıra xalqlarda, o cümlədən rus, ukrayna, belorus, komi,
mordva, latış, litva və s. xalqlarda körpələrin yatırılması
zamanı oxunan nəğmələr beşik mahnıları, bizdə isə nən
nilər (yəni körpə uşaqları yatırtmaq üçün asılan kiçik yata
caq) adlanır.
Kuba şairi Emilio Balyaqasın “Zənci laylası” mənə
öz şirin laylalarımızı, yaxud nənnilərimizi xatırladır:
Vat, mənim şeytan balam,
Yat, mənim zənci balam.
Ay mənim şəkər balam,
Gül balam, inci balam.
... Layla dedim yatasan,
İstəyinə çatasan.
Dərdi-qəmi qazıyıb
Yurdumuzdan atasan.
...Yat, gözümün işığı,
Yat, incitmə gəl məni.
Gözlərini yummasan,
Xortdan aparar səni.
...Yat, mənim oğul balam,
Qənd balam, noğul balam.
Taleyin göylərində
Ulduz tək doğul balam,
ю 121 ca
Azdrbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
İstedadlı yunan şairi, sülh uğrunda alovlu mübariz,
İkinci Dünya müharibəsi dövründə öz xalqının azadlıq və
istiqlaliyyəti uğrunda döyüşən cəsur vətənpərvər Fotula
Yannokopolunun uşaqlar üçün yazdığı "XoruzB şeiri ilə bi
zim sevimli Abdulla Şaiqin yazdığı “Xoruz” şeiri arasında
oxşarlıq, bir doğmalıq hiss olunur:
Bala xoruz oyadır
Uşağımı səhərdən,
Nazik səslə oxuyur
Bu nəğməni çox erkən:
Oyan, balaca oğlum,
Oyan, qurbanın olum,
Saçılanda şəfəqlər,
Günəşə bax, hər səhər.
...Bax, göyərən çöllərə,
Aç yaxanı yellərə.
Mələşir qoyun, quzu,
Axıb gedir dağ çayı,
Yuyunmağa çağırır
Zümzüməylə o, bizi.
Oyan, balaca oğlum,
Oyan, qurbanın olum.
Erkən durub yuxudan
Gəzmişəm bağça-bağı,
İştaham var yeməyə
Həvəsim artıb yaman
Oxuyub oynamağa,
Nəğmə, şeir deməyə...
Fotula Yannokopulunun “Uşağını geyindirən Ananın
m ahnısfm oxuyanda, istər-istəməz adamın öz uşaqlığı
_________________Reyhan_Mirzəzadə__________________£o'>_______________
Reyhan Mirzəzadə_
_____________ _
£o 122 ca
yadına-düşür. İstər qız olsun, istər oğlan, ürəyi övlad sev
gisi ilə dolu olan hər bir Ana, balasına beləcə məhəbbətlə
yanaşır:
Darayıram başını,
Dizim üstə oğlumun,
Quzu dərisi kimi
Qıvrımdır saçı onun.
Çilədim üstə ətir,
Ev də ətirlə doldu,
Tutdum dırnaqlarım-
Əlləri qəşəng oldu.
Geydirdim köynək, tuman
Kiçik şalvar ona mən
Qaranquş şəkilli bir
Döşlük asdım döşündən.
Bu da isti corabı,
Ağ çəkmə ayağında...
Geydirdim paltosunu,
Papağını bir anda.
Bu əlcəyi, bu şərfi...
Gedir bağçaya indi
Rəngli oyuncaqları
Kiçik səbətindədir.
O gedir addım atıb
Bağ içiylə tıppatıp.
Bəzən uşaqlar valideynlərinə və ya digər doğma
larına düşündürücü suallar verirlər. Uşağın kiçik təfəkkür
Azərbavcancılıa из vətənpərvərlik məfkurəsi
____
ю
123
ca
dünyasının maraqlı suallarından birini türk şairi Faruq Na-
fiz Camlıbel “Mələk” şeirində görək necə cavablandırıb:
Ana dünən Zeynəbə
"Mələk balam” deyirdi.
Eşidincə bu sözü
Qız belə sual verdi:
-Mələk balam nə demək?
Doğrusu, anlamadım.
Mələk qanadlı olar,
Hanı mənim qanadım?
Cavab verdi anası,
-Üç balam daha vardı,
Onlar qanadlanaraq
Əlimdən uçdu... qurtardı.
Üçü də yalnız qoydu-
Bu talesiz qadını
Barı sən uçma deyə-
Qopardım qanadını.
Uşaqlar!. Uşaqlar!..Təbiətin və həyatın canlı çi
çəkləri olan uşaqlar!.. Siz necə də sevimli varlıqlarsınız!
Türk şairi ibrahim Ələddin Gövşənin “Ana sevgisi"ndə
uşaq zəkasının nuru qəlbləri də rövnəqləndirir:
Bir ananın iki balası varmış,
Ən kiçiyi beş yaşında olarmış.
Bir gün ana sonbeşiyi sevərkən
Uşaq dedi:
_______________
Reyhan Mirzazadə
________________
b d
124
cü
- Əziz Ana, səni mən
Nə qədər çox sevdiyimi bilməzsən!
Bəlkə məni sən o qədər sevməzsən.
-Niyə oğlum?
-Çünki balan ikidir:
Sənin könlün iki eşq ilə vurar,
Mənim yalnız bir sevgili Anam var!
Uşaqların tərbiyəsində
nənələrin və
babaların
sevgisi və rolu az deyil. Onlar yaxşı bilirlər ki, uşaqları bö
yütməyin ən yaxşı yolu onları sevindirməkdir. Nəvələri
nə ən ülvi, ən munis duyğular bəsləyən nənələr və baba
lar daim bu kiçik vətəndaşların yanında olmağa, çalışırlar,
isti nəfəsi ilə onları əyləndirməkdən, şənləndirməkdən
zövq alırlar. Türk şairəsi Əminə Ərtəmin “Nəvələrim, xoş
gəldiniz"
şeirində
nənə-nəvələr
məhəbbəti
zərif
duyğularla təqdim olunub.
Nənə nəvələrini xoş ovqatla
salamlayıb deyir:
Biri Günay, biri Güntan,
Sizləri gözlədik hər an.
Yanağına güllər qonan-
Nəvələrim, xoş gəldiniz!
Bağ-bağçaya sevinc doldu,
Gözüm daha nurlu oldu!
Barım-bəhrəm necə boldu-
Nəvələrim, xoş gəldiniz!
Bu könlümün sizsiz gülü!
Xoşbəxtliyin sərin yeli.
Ürəyimdə sevgi seli-
Nəvələrim, xoş gəldiniz!
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
я о
125
ca
öm rü, günü bahar olun,
Uca duyğularla dolun!
Güclü olun, güclü qalın,
Nəvələrim, xoş gəldiniz!
İngilisdilli xalqların folklorunun birində “Uşaqlara
məsləhət” verilir. Gəlin, öyrənək bu əhəmiyyətli məsləhət
nədir elə?
_____________
Reyhan Mirzəzadə
__________________
Yaxın gəlin, uşaqlar,
Qulaq asın siz mənə.
Yaxşı demiş atalar,
Baxın onlar deyənə:
işləyəndə işləyin,
Gəzməyin də vaxtı var.
Bu, xoşbəxtlik yoludur,
Gedir qoçaq adamlar.
İş yarımçıq görülsə,
Ürək açmaz, doğrusu.
Təmiz görülmüş işdən
Gələr çiçək qoxusu.
“Uşaqlara məsləhət" şeiri məzmunu və ahəngdarlığı
ilə sanki sevimli şairimiz, Azərbaycanda doğulub boya-
başa çatan, ədəbiyyatımıza sədaqətlə xidmət edən,
hazırda Almaniyada yaşayıb Azərbaycan naminə yaradı
cılıq dolu zəhmətini əsirgəməyən yəhudiəsilli Simax Şey
danın “Atalar deyib...” şeirinin poetik notlarına köklənib.
Hər iki şeir balacaları zəhmətə, halallığa, işin dəyərini
anlamağa sövq edən tərbiyəvi motivlərlə zəngindir. Bəzi
misralarla tanış olaq.
ю
126
cü
...Ancaq düzgün başa düş,
Əziz dostum sən məni.
Qoymaq olmaz tarlada
Yerdə qalan bir dəni.
Buğda vardır, dövlətdir,
Buğda həyatdır, həyat.
Vətən çörəkli olsa,
Basıla bilməz heç vaxt!
Onun üçün zəhmətdən
Gərək qalmasın heç kəs.
Atalar yaxşı deyib:
İşləməyən dişləməz.
Ana və müəllim həm balacalar, həm də böyüklər
üçün son dərəcə əziz olan varlıqlardır. Bu varlıqlar ən
böyük məhəbbətə, ən dərin sevgiyə layiqdirlər. Simax
Şeydanın “Əlvan çiçək” şeirində Ana və müəllim obrazı
bir insanın vücudunda cəmləşib. Bir insanın obrazında
cəmləşən munis sevginin nuru körpə qəlbləri hərarətlə,
günəş işığı tək isindirir. Müəllif balacalar eyni zamanda
müəllim sənətinə bir daha böyük ehtiram hissləri aşılayır:
Müəllimlər günüdür,
Bu günü gözlər hamı.
Səhər tezdən durmuşam,
Təbrik edim Anamı.
Əvvəl-əvvəl yanaşıb
öpdüm iki üzündən.
Bir dəstə çiçək verdim,
Sıxdım əlini şən-şən.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
127
oa
Neçə ildir məktəbdə
İşləyir o hörmətlə.
Sevir bütün uşaqlar
Anamı məhəbbətlə.
Zəhmətinin bəhrəsi
Ordeni də var onun.
Yaxasında gün kimi
Alışıb yanır onun.
Balaca qardaşım da
Gəldi Ana deyərək.
Verdi ona sevinclə
Bir dəstə əlvan çiçək.
Ürək ağrısı, acı təəssüf hissləri ilə qeyd etməyə
borcluyam ki, elm və texnikanın ən yüksək səviyyədə
inkişaf etdiyi bir dövrdə mütərəqqi bəşəriyyət tərəfindən
müharibə fəlakətləri, insan qırğınlarının qarşısının alın
masına hələki nail olunmayıb. Televiziya efirləri, infor
masiya texnologiyaları vasitələrində məhv olunmuş, şi
kəst edilmiş, al-qanına boyadılmış günahsız adamların,
uşaqların, dilsiz körpələrin dəhşətli görüntülərini, göz
yaşalrım seyr etmək, sözlə ifadə edilə bilməyəcək dərə
cədə ağır və üzüntülüdür. Elə yapon şairi Akimi Sukimu-
qanın qələmə aldığı "Bir məktəblinin xahişi” də əslində
həmrəy olan dünyanın bütün uşaqlarının xahişidir:
Bütün dünyadakı ata-analar!
Dinləyin döyüntüsünü qəlbimizin,
övladlarınız sizə əzizdirsə,
Atom sınaqlarına son qoyun,
Müharibə ocağı közərməsin.
_______________
Reyhan Mirzəzadə
_________ _
so
128
oa
Çox şeyi anlaya bilmir uşaqlar ancaq,
Dəhşətli xəbər çatır onlara.
Gah deyirlər filan yerdə,
Uşaqlar qaldı yetim, avara...
...Evlər bomboş.
Yuvalar bomboş...
Uşaqların üzü kədərli.
Gözlərində görünmür müjdəsi ilk baharın.
Ey bütün dünyadakı atalar-analar!
Qaytarın,
Uşaqların dinc, bəxtiyar yuxusunu
Onlara qaytarın!
M.Rzaquluzadə uşaq şeirinin dili ilə əslində yetkin
insanlığa üz tutaraq ciddi və bəşəriyyət üçün son dərəcə
vacib olan bir məsələni önə çəkir - “Qoruyun gələcəyi!”:
Bir əlində gül-çiçək,
Bir əlində telli saz,-
Şəfəqli bir səhər tək
Ellərə gələndə yaz,-
Könül həvəsə gəlir,
Şən nəğmələr yüksəlir:
Nə şirindir yaşamaq,
ölkəmiz nə qəşəngdir!
Nə şirindir yaşamaq,
Çöllər güldür-çiçəkdir!
...Uşaqlar bu dünyada
Əsl canlı çiçəkdir!
Uşaqlar bu dünyada
Sabahdır, gələcəkdir!
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik məfkurəsi_
____
so
129
ca
...Hər elin öz bağında
Açılsın çiçəkləri!
Hər eldə öz çağında
Açılsın çiçəkləri!..
Bəli, açılsın... Ancaq
Açılarmı çiçəklər, -
Göydən yer üzərinə
Güllə, mərmi yağarsa?
Açılarmı çiçəklər,-
Çaylardan su yerinə
insan qanı axarsa?
Çiçəklər açılarmı,-
Ölən oğullar üçün
Analar yas saxlarsa?!
Çiçəklər açılarmı,-
Cavan qızlar-oğlanlar
Yenə şikəst qalarsa?!
...Ey analar, atalar!
Qoruyun hər çiçəyi!
Gəlin verək əl-ələ,
Qoruyaq gələcəyi!..
Qoruyaq gələcəyi! Haqlı tövsiyədir. Millətlərin taleyi,
bəşəriyyətin sabahı olan balaları qanlı qırğınlar, terrorlar,
göz yaşlarından, qaranlıq gələcəkdən hamımız qoruma
lıyıq.
Uşaqlar dünyanın ən böyük səadətidir. Dünyanın ən
böyük səadətini qorumaq üçün, yaşatmaq, ucaltmaq
üçün hamımız səylə çalışmalıyıq. Hamımız işləməli, ya
__________________Reyhan_Mirzəzadə______________6_0__130'>______ ___ _____
Reyhan Mirzəzadə
____________
6 0
130
o a
ratmalı, maarifləndirməliyik. Alim də, yazar da, tərbiyəçi
də, sadə vətəndaş da.
Unutmaq olmaz ki, tərbiyə - böyük işdir. Uşağa uşaq
ikən ədəb öyrətmək daş üzərində naxış vurmaq kimidir.
Bu, atalar sözüdür. Vaxtı ilə Lev Tolstoy deyirdi:“Mən indi
nəyə qədirəmsə, hamısını uşaqlıqda qazanmışam. Görə
sən o vaxt- elə qısa müddətdə bu qədər çox şey götür
düyümüz halda, ömrün sonrakı çağlarında onun yüzdə
birini əldə edə bilirikmi? Təzə doğulan körpədən beş yaşlı
uşağadək olduqca uzaq məsafədir. Beş yaşlı uşaqdan
mənim hazırki yaşımadək isə çox yaxındır”.
“Beş yaşlı uşağadək olduqca uzaq məsafə” də ha
mımız tələsməliyik. “Ondan sonrakı məsafə” isə doğru
dan da yaxındır. Həm də çox yaxın...
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
.____
"Azad Azərbaycan” qəzeti,
1 aprel 2015-ci il
s a 131
c e
“POEZİYA HƏR ŞEYDƏN ƏVVƏL HƏYAT,
SONRA İSƏ İNCƏSƏ NƏ TDİR”
21 mart - Beynəlxalq Poeziya Günüdür
Türkiyənin tanınmış mədəniyyət xadimi, şairi, dra
maturqu, rejissoru və tərcüməçisi Tarik Günerselin ilk tə
şəbbüsü ilə Beynəlxalq Poeziya Gününün qeyd olunması
təklifi istər sənət aləmində, istərsə də xalqlar arasında
ehtiramla qaşılandı.
1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21
mart Beynəlxalq Poeziya Günü elan olundu. Bu hadisə
xalqımız üçün ikiqat bayrama çevrildi. Çünki ruhun
musiqisi adlandırılan bəşəri poeziyanın ritmik notları ilə
baharı, çiçəklənməyə hazırlaşan ecazkar təbiəti, saflıq və
birlik rəmzi olan əziz Novruzu salamlamaq doğrudan da
əsl səadətdir. Səadətdir həm də ona görə ki, Odlar Yur
dumuz, iqtisadi sərvəti ilə zəngin olan Anamız Azərbay
can həm də mənəvi sərvəti ilə məşhurdur və əsrlərdən
bəri də məşhur olub. Xalqımız şeiriyyətə və mədəniyyətə
misilsiz töhfələr, nadir söz ustadları, böyük sənətkarlar
bəxş edib. Odur ki, Azərbaycanın ürəyi həm də şeirlə,
poeziya ilə bərabər döyünüb. Müasir dövrümüzün ustad
larından biri kimi hörmətlə yad olunan Məmməd Araz
demişkən:
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov kimi ox ola bilər.
‘Azərbaycan!" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər...
Zaman ötdükcə, böyük Səməd Vurğunumuz da
məmləkətimizi şeir, sənət ocağı kimi sevdirdi. Bu ocağın
neçə-neçə unudulmaz söz sahiblərindən biri olan sevimli
_______________
Reyhan Mirzəzadə
________________
£o
132
ca
Şəhriyar qəlbini, ruhunu şeirə, sözə, poeziyaya bağış
layıb dedi:
____
Azərbaycançılıq və vatanparvarlik məfkurəsi
____
Şeir mədəniyyət, incəsənətdir,
İncə ruh, incə zövq, incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir
Həyatın ən böyük möcüzəsinə, şeirə rəsmi tərif ver
sək, əlbəttə, deməliyik ki, şeir - mənzum söz sənətidir.
Nəsrdən fərqli olaraq, fikrin vəznli, obrazlı, ritmik, qafiyəli
ifadəsidir. Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd
edib ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var.
Buna görə də insanın sevincli və kədərli anlarında şeir
həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəs
samı Xəlil Cübramn sözləri yada düşür:“Şeir qanı axan
yaranın və ya gülümsəyən dodaqların nəğməsidir” . Rus
şairi, Nobel Mükafatı laureatı Iosif Brodski səmimi şəkildə
bildirib ki, poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü
deyil, poeziya dilin adi mövcudluq formasıdır.
islam dininin böyük yaradıcısı, müsəlman aləminin
fəxri olan Məhəmməd Peyğəmbər hələ neçə əsr bundan
qabaq daim insanlara tövsiyə edib ki, şeir əzbərləyin,
çünki şeir dili düzəldir, danışığı, nitqi gözəlləşdirir.
Zaman-zaman dahilər “Poeziya sözlərin, ruhun
musiqisidir. Poeziya həyatın çırağıdır” - deyə bu həyatı
varlığa yüksək dəyər verib.
Dediyimiz kimi, Azərbaycan poeziyasının qüdrəti
qədimlərdən şölələnir. Bu barədə mənbələrdə kifayət
qədər sübutlar, dəlillər var. Yazımın məramı isə beynəl
xalq poeziya bayramına töhfə olaraq Azərbaycan şair
lərinin yaradıcılığında əks olunan müxtəlif ölkələrə, xalq
lara, onların mübariz övladlarına, qərib torpaqlarda
so
133
ca
uyuyan həmyerlilərimizin ruhuna olan hörməti, ehtiramı
və məhəbbəti oxucularımla paylaşmaqdır.
Taleyin və zamanın diqtəsi ilə həyatımızın 200 ili
qüdrətli rus xalqı ilə sıx bağlı olub. Mədəniyyətlərimiz bir-
birindən faydalanıb. Neçə-neçə ədəbiyyat nümunələrimiz
dillərimizə təcrümə olunub. Rus şeiri respublikamızda
sevilə-sevilə oxunub, öyrənilib. Tanınmış rus şairi Alek
sandr Sergeyeviç Puşkinin “Yevgeni Onegin” poemasım
Azərbaycan dilinə təcrümə edən Səməd Vurğun, “Böyük
şairin şərəfinə" adlı şeirində öz işindən zövq alıb, bu
barədə qürurla söz açıb:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə!
... Şairlər oylağı, ey əziz Vətən!
Söylə, tanışmıdır sənə Onegin?
Bilirəm, Puşkini çoxdan sevirsən...
Qızın da, oğlun da əzbərdən desin.
Bizdə şeir də var, sənət də vardır!
Şairə, sənətə hörmət də vardır!..
Sovet İttifaqı Qəhrəmanı, alman faşizminə qarşı mü
barizədə misilsiz şücaətlər göstərmiş Azərbaycanın mərd
oğlu Mehdi Hüseynzadə 1944-cü il noyabırın 16-da parti
zan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük
hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist
keşikçiləri ilə üz-üzə gəlir. Qəhrəman döyüşçü xeyli düş
mən öldürür. Döyüş zamanı ağır yaralanır. İgid partizan
çoxlu qan itirib həlak olur. “Mixaylo”nun ölümü Adriatik
dənizinin bütün sahilinə yayılır. Çepovani kəndində (keç
_______________
Reyhan Mirzəzadə
________________
fo
134
03
miş Yuqoslaviya Sosialist Respublikası ərazisində) dəfn
olunan qəhrəmanın başdaşı üzərinə bu sözlər həkk olu-
nub:“Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu,
əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşa
dət dostlarının qəlbində daim yaşayacaqdır".
Azərbaycanın həssas ürəkli şairi Nəbi Xəzri Çepo
vani kəndini, Mehdini “Haradasan Çepovani kəndi?” adlı
şeirində həsrət və munis bir hisslərlə soraqlayır. Şair
duyğularını böyük şeirin zərif sətirlərinə köçürür:
Mən sənin adını eşitdim erkən,
Xəyalsan, nağılsan, nəğməsən mənə.
Ey səni bir dəfə görmədiyim kənd,
Bilirsən nə qədər doğmasan mənə!
Keçdim yaxın eli, uzaq ölkəni,
Səni arzuladım Yer kürəsində
Xəritə-xəritə gəzsəm də səni
Tapdım taleyimin xəritəsində.
... Ucaltdıq Bakıda bir tunc abidə,
Sanki Mehdi yenə döyüşə gedir.
O, sənin qoynunda yatan igidə,
Həm sənin özünə bir abidədir...
Nəbi Xəzrinin qəhrəmanlarından biri olan Rixard
Zorge Bakıda, Sabunçu qəsəbəsində, neftçi-texnik Adolf
Zorgenin ailəsində doğulub. Babası Albert Zorge Alma
niya vətəndaşı idi. Rixard Zorge üç yaşı olanda valideyn
ləri ilə bərabər Almaniyaya köçüb.
1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard Zorge,
1929-cu ildə sovet kəşfiyyat xidmətinin işinə cəlb edilir.
Otuzuncu illərdə Almaniya və Yaponiyada işləyərkən bu
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю
135
ca
iki ölkənin Sovetlər İttifaqına qarşı hərbi əməliyyatlara
hazırlaşmaları və hətta
hücumların konkret vaxtları
haqqında məlumatları sovet rəhbərliyinə çatdırır. 1941-ci
ildə Rixard Zorge Yaponiyada həbs olunur. 1943-cü ildə
haqqında ölüm hökmü verilən Zorge, 1944-cü ildə
Yaponiyada edam olunur. Ölümündən iyirmi il sonra,
1964-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Bakıda onun adını daşıyan küçə və park var, igidliyi
haqqında bədii film çəkilib. Nəbi Xəzri qəhrəmanın
məzarını ziyarət etdikdən sonra “Rixard Zorgenin qəbri
önündə" adlı təsirli bir şeir yazıb. Həmin şeiri həyəcansız
oxumaq mümkün deyil. Şair yazır:
Yatırsan yad torpaq qucağında sən,
Yaddır başın üstə asiman, Zorge
Bakıdan gəlmişəm, eşidirmisən?
Sənin doğulduğun Bakıdan, Zorge.
Saf Vətən suyundan içib gəlmişəm,
Yolda neçə səhər, neçə də axşam!
Zorge küçəsindən keçib gəlmişəm,
Sənin öz küçəndən özünə salam!
...Nə yaxşı oldu ki, mən səni gördüm,
Diz çökdüm qəbrini öpməkdən ötrü.
Zorge məzarından torpaq götürdüm
Zorge küçəsinə səpməkdən ötrü...
Xalqımız və ölkəmiz öz milli dəyərləri, yurdsevərliyi,
qonaqpərvərliyi, dosta, qardaşa məhəbbəti ilə daim şöh
rət qazanıb. Ellərdən-obalardan bizə qonaq gəlib duz-çö
rəklə qarşılanan cəfakeş simalar, yazıçılarımız kimi, şa
irlərimizin də ruhunun ilham mənbəyinə çevrilib. Qələmlər
Dostları ilə paylaş: |