_______________
Reyhan Mirzəzadə
____________ _
to 42
oa
yuyan mehtabına, otağa bənzər eyvanlarına, gülərüzlü
kişilərinə, çatmaqaşlı, sürməgözlü qızlarına. Gözəl şeydir
bakılı olmaq! Sevdim bu Bakını!”.
Dost Bolqarıstanın bu incəruhlu yazarının ürəkdolu
saf, büllur kimi sözlərindən sonra yenə gözəl bir bolqar
şairinin - Dimitr Zlatevin “Bakı gecələri” adlı şeirindəki
misraları dinləmək yerinə düşərdi:
Sakit yatan limana enir payız gecəsi,
Sirli nağıl içində əriyir Bakı qat - qat.
Kiminsə əllərilə yanır milyon çilçıraq,
Sonuncu gecəsini töhfə verir Şəhrizad.
Dənizkənarı parkda sanki Yesenin gəzər,
Şirin - şəkər səsilə səsləyir Şahanəni.
Bəyaz köhlənə bənzər bəyaz dalğalı Xəzər,
Şirin pıçıltılarla sanki ona səs verər
...Tütək səsi astaca inləyər bu arada,
Bax, ağ yaylıq yellədir kimsə
Qız qalasından.
Nal səsləri kəsilir qədim karvansarada,
Qızıl Aypara kimi Bakı yanır anbaan.
Ağzı nara bənzəyir gümüşü fantanların,
Üzündən günəş doğur fədakar insanların.
Gülüşdür gözündəki, qürurdur alnındakı,
Qollarını çırmayıb sabaha addımlayır,
həm qoca, həm gənc Bakı.
Tarixin ən qədim səhifələrindən oxuyuruq ki, Abşe
ronun zəfəranı, duzu, nefti hələ uzaq keçmişdən yurdu
muzu çox ölkələrdə tanıdıb. VIII əsrin tarixçisi Yaqut Ba-
____
Azərbaycançılıq va vatanparvarlik mafkurasi
_____
to 4 3
ca
kımn əzəmətini yığcam bir cümlədə ifadə etmişdi: “Bakı.
Bakıda isə neft var". Əsrlərin yadigarı olan bu qısa
kəlmələr Albaniya şairi Həmzə Koçionu və onun “Bakı”
şeirini yada salır:
...Mən şair olmağı düşünməzdim heç,
Sevdim, şair oldum görəndən səni.
İndi bircə gün də saxlamaq olmur,
Sinəmdə çağlayan, coşan nəğməni!
...Alqış, zəhmət sevən o mərd fəhlənin,
Memarın, alimin amallarına!
Alqış, zavoduna, mədənlərinə,
Alqış, qəlbin kimi gen yollarına!
Alqış, buruqları nur saçan dəniz!
Alqış, gözəl Bakım, şöhrətim-şanım!
Sən mənə həmişə əzizsən əziz,
Ölkəmin qardaşı Azərbaycanım!
Anisim Kronqauz Rusiyada yaşamış yəhudiəsilli
şairlərdəndir. Zəngin yaradıcılığı, ruhu oxşayan şeirləri
var. Şairin “Gözəl Bakı" şeiri həm Bakımıza olan dərin
məhəbbətindən, həm də onun istedadlı qələm sahibi ol
masından xəbər verir;
- Ana Volqa Xəzərə axır - dostlar, bunu biz
Uşaqlıqdan bilirik - uzun illərdən bəri.
Lakin nə qədər xoşdur, sevimlidir, bilsəniz,
Durub gözəl Bakıda seyr edəsən Xəzəri.
_________ _______
Reyhan Mirzəzadə
________________
so
44
oa
...Baxasan ordu kimi dənizə hücum çəkən
Uca dorlara bənzər buruqlara bir zaman,
Görəsən göy sularda üzən gəmiləri sən,
Onları seçmək olmur dəniz buruqlarından.
...Ana Volqa Xəzərə, buradan görürəm mən
Coşqun dalğalarıyla qüdrət gətirib gəlir.
Bakı neftçilərinə qardaş rus ellərindən
Tükənməz bir məhəbbət, qüvvət gətirib gəlir.
Sevilən Bakımızın dayağı, vüqarı olan əzəmətli
Abşeronumuzun hüsnünə neçə-neçə əsərlər, şeirlər,
poemalar həsr olunub. Həmyerlimiz Abram Plavnikin
“Abşeron" şeiri isə sanki saf bir çeşmənin suyu kimi ürəyə
süzülür:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Dəniz əngin yaşıllığa bürünür
Şəfəq gəmi bayrağı tək görünür.
Bağ-bağatlı, od-alovlu Abşeron,
Xəzri qopsa - başı lovlu Abşeron,
Sükutunda müdrik, həzin bir muğam
Qumunda dürr, qayasında ehtişam
Açıq, təmiz ürəyimiz Abşeron
İlhamımız, çörəyimiz Abşeron!
Dahilər haqlı deyib ki, görkəmli şəxsiyyətlər xalqın
zəkası, elmi, mədəniyyəti, mənəviyyatını dünyaya nüma
yiş etdirirlər. Görkəmli şərqşünas, iranşünas, türkoloq,
SSRİ EA, İran EA, Ərəb (Dəməşqdə) EA-nın müxbir üz
vü, Özbəkistan və Tacikistanın əməkdar elm xadimi Yev
geni Eduardoviç Bertels Nizami Gəncəvi yaradıcılığı ilə
bağlı tədqiqatlarına görə 1948-ci ildə SSRİ Dövlət Müka
fatı laureatı adına layiq görülüb. Onun Nizaminin həyat və
so
45 ca
yaradıcılığı ilə bağlı elmi əsərləri 1939-cu ildən çap
olunmağa başlanılıb.
Bertels Nizami irsinin tədqiqatını apararkən konkret
tarixi üsullardan istifadə edərək, görkəmli Azərbaycan
şairinin əsərləri ilə ondan əvvəlki, yaxud müasirlərinin ya
radıcılıqları arasında sıx əlaqəni aşkar etmişdi. Alim “Orta
əsr Şərq ədəbiyyatında fars dilində yazılan və özünün
dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur" fikri ilə
ilk dəfə məhz əsl həqiqəti açıqlamışdı. Bertels “Dahi
Azərbaycan şairi Nizami” kitabında yazır:
“Nizaminin müxtəlif ölkələrdə fars və ərəb dilləri va
sitəsi ilə öz dünyagörüşünü yaya və şöhrətlənə bilməsi
faktına diqqət yetirməmək olmaz. Yalnız bu səbəblə bö
yük sənətkarın necə deyərlər, əli-qolu bağlı qalmışdır.
Onun yaratdığı əsərlərin itməməsi üçün o, öz dövrünün
yazılı ədəbiyyat dilinin tələblərinə riayət etmək məcbu
riyyətində idi".
Ədəbi tarixdən məlumdur ki, müxtəlif xalqların xeyli
sayda şərqşünas, türkoloq və tədqiqatçıları Nizami irsinə
müraciət edərək, bu barədə cild-cild kitablar yazmışlar.
Dünyanın neçə-neçə şairi Nizami sözünün, Nizami şeiri
nin qüdrətini yaddaşlara ərməğan etmişlər. Qardaş xalq
lar Nizami gücündən və istedadından xüsusi qürur duy
muşlar. Elə görkəmli qazax şairi Xalican Bekxojin kimi.
Nizamiyə həsr etdiyi “Afaqnamə" adlı poemasında şair
sanki böyük söz dühasına üzünü tutub deyir:
Ey şeir mülkünün şahı, sultanı,
Sözünlə bəzədin bütün dünyanı.
Firdovsidən alıb söz bayrağını,
Ucaltdın sənətin təmtərağını.
_________________Reyhan_Mirzəzadə___________________ю_46е'>_______________
Reyhan Mirzəzadə
________________
ю 46е&
...Səsin ariflərin öz səsi oldu,
Nəğmən sevənlərin Kəbəsi oldu.
Yer qızını elə bəzədin ki, sən,
Cənnət huriləri yandı həsəddən.
Nakam məhəbbəti Leyli-Məcnunun
Etdi çox şairin qəlbini məhzun.
Yaxındır ruhuma gözəl Şirin də;
Gözəllik gəzirəm hər şeydə mən də.
Sən də eşq oduna yandın, ay ustad;
Səni də duyğu qoymadı rahat.
...Qılınclardan iti sözün-söhbətin
Sirrini açıbdır əbədiyyətin.
Aşiq sinəsinə dağ çəkənlərin
Külünü göylərə sovurub şeirin.
İncə qəlb sahibi neçə nazənin
Əbədi ad alıb sayəndə sənin.
Sən başı göylərə dəyən uca dağ,
Mən isə bir ovuc torpağam ancaq.
Hələ sovetlər dönəmində xalqımızın rəğbət və mə
həbbətini qazanan bir sıra çinli görkəmli yazıçı və şairlər
Bakıya gələrək iqtisadi və mədəni həyatımızla, xalqımızın
əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmuşdular. Çinin
tanınmış yazıçılarından biri Mao Dun demişdi: “Azərbay
can xalqının qədim mədəni ənənələri vardır. XII əsrin şa
iri Nizaminin gözəl əsərləri Azərbaycan xalqının nəcib
ю
47
ce
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
hisslərini, çoxəsrlik yüksək mədəniyyətini bizə aydın gös
tərir. Görkəmli şair Səməd Vurğunun, gözəl nasirlərdən
Mirzə İbrahimov və Mehdi Hüseynin ən yaxşı əsərlərini
çinlilər sevə-sevə oxuyurlar. Azərbaycan mahnı və rəqs
ansamblının qastrolları Çin tamaşaçılarının qəlbini fəth
etmişdir. Ansamblın parlaq milli koloriti, yüksək musiqi və
xoreoqrafıya sənəti qastrolun böyük müvəffəqiyyətini tə
min etmişdir. Bizim rəqs və musiqi ustalarımız Azər
baycan ansamblının çıxışlarından çox şey öyrənmişlər”.
Çin şairi Ke Çjun-Pin əmək və zəhmət səltənəti,
dostluq və qardaşlıq şəhəri olan Bakıdan aldığı təəssürat
nəticəsində paytaxtımıza şeir həsr etmişdi. Şair buruqları
göylərə baş vuran Bakıda qaynayan əmək həyatından,
neft diyarının cəsarətli adamlarından, dənizin dərinliklə
rindən qara qızıl çıxaran qəhrəmanlardan fəxrlə danışır,
Azərbaycan və Çin neftçilərinin dostluğundan bəhs edə
rək, doğma paytaxtımızın ona Çinin neft rayonlarını xatır
latdığını söyləyirdi:
Çində də neft çıxarırlar, mən o yerdə doğulmuşam,
İlk dəfədir gəlib səni görsəm də mən,
Qızıl Bakı əməyinlə, ürəyinlə çoxdan bəri dost
olmuşam.
Budur, Xəzər sahilində nəhəng-nəhəng meşələr var,
Onlar qalxır əzəmətlə hər qış, bahar.
O meşələr, o meşələr uca dağlar zirvəsindən
Addımlayır göy Xəzərə, sularda ki, meşə bitməz?!
Bitər! - dedim mən baxdıqca heyran-heyran bu yerlərə,
Nağıllardan gözəl ölkə, nağıllardan gözəl diyar!..
Bu əfsunlu qüdrətini aldın hardan, gözəl diyar?
Yoxdur, yoxdur, bir qəm izi, kədər izi bu torpaqda,
Sıxdı isti qucağına məhəbbətlə
Ellər bizi bu torpaqda.
_______________
Reyhan Mirzəzadə
__ ________ _
ю
4S’
oa
ö z doğma Vətəni naminə xarüqələr yaradan Azər
baycan zəhmətkeşlərinin mədəni həyatı İraq şairi Mə
həmməd Saleh Bəhrul - Üiumun da dost qəlbini riqqətə
gətirmişdi. Sevimli yurdu İraqdan azərbaycanlı qardaşları
na salam yetirən, Nizami və Füzuli kimi ölməz söz baha
dırları yetişdirən Azərbaycan xalqına dostluq hisslərilə
həsr etdiyi “Bakılı dostlar" adlı şeirini aşağıdakı misralarla
bitirirdi:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Yanaşı döyünsün ürəklərimiz,
Var olsun sədaqət, vəfa, etibar.
Bir gün də Bağdadda görüşərik biz,
Əlvida, mehriban bakılı dostlar!
İstər slavyan, istərsə də Orta Asiya xalqlarının ziya
lıları ilə bərabər, bayaq qeyd etdiyim kimi, Avropa xa
dimləri də Azərbaycanımıza, qədim və müasir mədə
niyyətimizə daim maraq göstərmişlər. Onların milli və mə
nəvi dəyərlərimizə hörmət və məhəbbətlə yanaşması ina
nın ki, arxivdəki “yadigar abidələri” üzə çıxardıqca, ruhu
mu səmalara qanadlandırırdı. Oxuyur, oxuyur, zövq alır
dım. Bir daha azərbaycanlı olmağımla fəxr edirdim. Axı
necə sevinməyəsən? Ürəyin qürur hissi ilə döyünməsin?
Görün, xalqımızın incəsənət və ədəbiyyatının tərəqqisini
yüksək qiymətləndirən alman yazıçısı Anna Zegers nə
deyir: "Fikrət Əmirovun “Sevil” operasını dinlədim, gör
düm və duydum. Xalqın, yaradıcı xalqın yaratdığı incəsə
nəti mən böyük incəsənət adlandırıram. Azərbaycan in
cəsənəti isə xalq incəsənətidir; buna görə də onun pərəs
tişkarı çoxdur".
Nazim Hikmətsə söyləyirdi: “Azərbaycan mədəniy
yətinə bağlıyam. Bu, yalnız Azərbaycanın bugünkü
mədəniyyətinə deyil, inqilabdan əvvəlki mədəniyyətinə də
ю
49
ca
aiddir. Məsələn, “Dədə Qorqud" bir Azərbaycan yazıçısı
üçün də ilk böyük ədəbi abidədir, mənim üçün də. “Ko
roğlu” həm Azərbaycanın xalq qəhrəmanıdır, həm də
mənim".
“Azərbaycan poeziyası çox zəngin bir keçmişə ma
likdir. Şeirə məhəbbət, həqiqi şairə hörmət - Azərbaycan
xalqının keçmişindən gələn, hələ də yaşayan ənənələ
rindəndir. Azərbaycana etdiyim səyahətimdə xalqın şeiri
necə dinlədiyinin, şeiri necə sevdiyinin şahidi oldum".
“Füzuli Azərbaycan xalqının, azərbaycanlı qardaş
lar, izin verin deyim ki, mənim də xalqımın sizin dühanız
sayəsində insanlıq, mədəniyyət tarixinə yolladığı ən
böyük elçilərdən biridir”.
"İnsana, bəşəriyyətə hədsiz məhəbbət böyük yazı
çının yaradıcılığının əsas qayəsini təşkil edir. Bu keyfiyyət
M.F.Axundovun ədəbi əsərlərinin canına, qanına keçmiş
dir və mütəfəkkirin siyasi-fəlsəfi görüşlərini müəyyənləş
dirir".
“Sabir - Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı
satiriki, heyranı olduğum ustad mənim də ənənələrim
içində böyük bir yer tutur”.
“Mənə elə gəlir ki, Azərbaycanda Səməd Vurğunun
adını eşitməmiş, Səmədin şeirini oxumamış, onun şeirinə
qulaq asmamış bir insan tapmaq mümkün deyil. Səməd
necə də xoşbəxtdir".
“Rəsul Rza xalq və klassik ədəbiyyata pərəstiş edən
bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorla
rından (yenilikçilərindən - R. Mirzəzadə) biridir”.
“Əhməd Cəmilin poetik dili hay-küysüz və pafossuz
(təm-təraqsız - R.Mirzəzadə) danışan adamların dilinə
yaxındır. Mən şeirdə məhz belə bir dili sevirəm. Onun bir
sıra şeirləri həqiqətən dost söhbətini xatırladır”.
__________________Reyhan_Mirzəzadə__________________ю_50_oa'>________ _______
Reyhan Mirzəzadə
________________
ю 50 oa
Bunları Nazim Hikmət deyirdi. Əziz və unudulmaz
Nazim Hikmətimiz.
Azərbaycanımızın bir parçası, ürəyinin yarısı olan
Naxçıvan da dost və əcnəbi yazarların diqqətindən heç
zaman yayınmamışdır. Onun təbii nemətləri, memarlıq
abidələri, müqəddəs yerləri, bu yerlər qədər əziz olub
vəsf edilən qalaları şirin-şirin söhbətlərin mövzusu, ma
raqlı yazıların hədəfi olub. Məğrurluq və qeyrət rəmzi
olan Əlincə Qalasını seyr edən Pyotr Saykonun heyrə
tamiz duyğuları sanki yazdığı “Əlincə Qalası” şeirinin
sətirlərinə hopub:
Dağlarda vüqarla durub Əlincə,
Tarixdən əbədi bir xatirə tək.
Göstərir işğalçı xanlara necə
Bu yer qalib gəlib odlar keçərək.
O, şöhrət qazanıb vuruşmalarda,
Polad səngər olub ellərə dünən.
Amansız Teymurun qılıncı burda
Zirehli döşlərlə düşüb kəsərdən.
Dağların əyilməz təbiətini,
O, bir kitab kimi danışır bizə,
Qoca Nəiminin məhəbbətini
Yadigar saxlamış ellərimizə.
Onun görkəmində bir əzəmət var,
Zirvələr ucadır, dərələr dərin.
Zərbinə dözmüşdür bu sərt qayalar,
Silaha söykənən cahangirlərin.
Bu gün o, göstərir bütün cahana,
Odlar ölkəsinin məğrurluğunu,
Şərəf çələngidir Azərbaycana,
Dağlar öz köksündə saxlayır onu.
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 5/ ca
Gəncəmizin bir addımlığında olan, təbiətimizin nazlı
gözəli - Göy gölümüz. Günah olmazmı bu füsünkar gö
zəli unutmaq? Rus şairi Pyotr Kolosov “Göy Göl" şeirini
necə də ürəkdən yazıb:
Günəş qızıl balıqtək sularında oynayır,
Göygölüm!
Camalına baxıram - könlüm, gözüm doymayır,
Göygölüm!
Sən bir qövsi-qüzehsən, suların neçə rəngdir,
Göygölüm!
Qoy dünyalar eşitsin: gözəl, mavi çələngdir'
Göygölüm!
Günəş qızıl telini hörər suyunda sənin,
Göygölüm!
Ceyranlar öz əksini görər suyunda sənin,
Göygölüm!
Göllərin gözəlisən, göllərin qəşəngisən.
Göygölüm!
Söylə, hardan almısan bu hüsnü, bu rəngi sən.
Göygölüm!
Camalının önündə sanki laldır ürəyim.
Göygölüm!
Mən qayıtdım, elə bil səndə qaldı ürəyim,
Göygölüm!
Şərq xalça sənətinin əsas mərkəzlərindən biri olan
Azərbaycan hələ qədim zamanlardan yüksək keyfiyyətli
xovlu və xovsuz xalçaları ilə dünya şöhrəti qazanıb. Xal
çaçılıq xalqımızın mənəvi və maddi sərvəti olub, xalqı
mızın milli rəmzinə çevrilən qədim el sənəti kimi sevilib.
Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul
_______________
Reyhan Mirzəzadə
________________
80
52 a
olublar. Yurdumuzda xalçaçılığın inkişafı haqqında Hero
dot, Klavdi Elian, Ksenofont, Kalankatlı və digər qədim
dünya tarixçiləri məlumat veriblər. Sasanilər dövründə
Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən,
qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Onlar bə
zən daş-qaşlarla da bəzədilib. Müxtəlif dövrlərdə Azər
baycanda olmuş istər Qərb, istərsə də Şərq tarixçi və
səyyahları, o cümlədən Əbu Cəfər Məhəmməd ibn Cərir
ət-Təbəri, Əl-Müqəddəsi və Məsudi, Yaqut Həməvi, Mar
ko Polo və b. xalqımızın milli el sənətindən bəhs edərkən
onun xalı və xalçalarını yüksək qiymətləndirmişlər. Dün
yanın məşhur muzeylərindəki Azərbaycan xalçalarına
tamaşa edən yüz minlərlə insan əsrlərdən bəri xalqımızın
ilmələrdə yaşatdığı möcüzələrə heyran qalmışlar. Hələ
XIII əsrdə məmləkətimizi gəzmiş italyan səyyahı Marko
Polo yazırdı:"Buraya (Azərbaycana) gələn tacirlər çox
böyük mənfəət götürürlər”. O, həmçinin qeyd edirdi ki,
səlcuqilər ölkəsində dünyada ən gözəl və ən nazik xalça
lar toxuyurlar.
Gözəl sənət əsəri kimi yüksək dəyərləndirilən Azər
baycan xalçaları müxtəlif dövrlərdə görkəmli Avropa rəs
samlarının bir sıra məşhur əsərlərində zinət vasitəsi kimi
geniş istifadə edilib. Avropa rəssamlarının tablolarında
təsvir edilmiş xalçalar artıq XIX əsrin sonu, XX əsrin əv
vəllərində Avropa və Amerika sənətşünaslarının diqqətini
cəlb edib. Avropa sənətşünasları bu xalçaları təyin edər
kən onları ümumi ad altında gah Şərqə, gah Kiçik Asiya
ya, gah da Qafqaza aid etmişdilər.
İstedadlı sənətkarımız, görkəmli xalçaşünas alim
Lətif Kərimov ilk dəfə olaraq Avropa rəssamlarının əsərlə
rindəki xalçaların dördünün, 1969-cu ildə etnoqraf Mehdi
Quliyev isə üçünün Azərbaycanda toxunduğunu tədqiq
edib. Lətif Kərimov Avropa rəssamlarından Hans Memlin-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8Ə
53 a
qin “Məryəm öz körpəsi ilə" və Hans Holbeynin “Səfirlər”
əsərlərindəki xalçaları Şirvana, Karlo Krivellonun “Müjdə”
əsərindəki xalçanı isə Gəncə - Qazax zonasına aid edib.
H.Memlinqin eyni adlı - “Məryəm öz körpəsi ilə” adlanan
ikinci əsərində də Azərbaycanda “Muğan” adı ilə məşhur
olan xalça təsvir edilib. XV əsr Niderland boyakarlıq sə
nətinin banilərindən biri hesab edilən Yan van Eykin taxta
üzərində işlənmiş üç hissədən ibarət “Mehrab" əsəri
xüsusilə maraqlıdır. M.Quliyev əsaslı tədqiqatları ilə bu
xalçanı Azərbaycanın Şirvan zonasına aid edib. Etnoq-
rafın "Bağçada güllər” və “Saxsıda güllər” adı ilə Qarabağ
qrupuna aid etdiyi ikinci xalçalar məşhur italyan rəssamı
Antonello da Messinanin “Müqəddəs Sebastyan” əsərin
dəki xalçalardır. Azərbaycan xalçasının təsviri XVI əsr
italyan rəssamı Pintura ikkonun “Silvio Pikolomini Eneyin
həyatından bir səhnə” adlı əsərində də müşahidə edilib.
İtaliya rəssamlarından Domeniko di Bortolonun “Findlin-
qin toyu", həmçinin Domeniko Moçellinin “Müqəddəs
Fomanın təvəllüdü” və həmin rəssamın “Vinsenzo fererio”
əfsanəsi əsasında çəkilmiş rəsmində təsvir edən Azər
baycan xalçaları da böyük əhəmiyyət kəsb edir.
Bütün bunlar, yazılanlar və yazılacaqlar qürurla
qeyd etməyə haqq verir deyək ki, millətimizin imzası par
lamış və parlayır millətlər və məmləkətlər içində. 1918-ci
ilin 28 mayında dünya tarixinin ən demokratik dövlət qu
rumlarından biri, türk-müsəlman şərqində ilk parlamentli
respublika - Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan
Demokratik Respublikası) müstəqillik qazanıb 23 ay
yaşasa da, nadanlar tərəfindən süquta uğradılsa da, tarix
öz ədalətli diqtəsini yenidən verdi. 1991 -ci ilin 18 oktyab
rında respublikamız öz tarixi müstəqilliyini bərpa etdi.
Müstəqilliyimizin 21-ci bayramında zaman-zaman yaşadı
ğı siyasi rejimdən asılı olmayaraq, Vətənimə, xalqıma,
______
Revhan Mirzəzadə
________________
so 54
cü
onun övladlarına, sərvətlərinə ünvanlanmış bu səmimi
kəlmələri, misraları, ilmələrimizin şərəf gətirən duyğularını
bir daha yad etməsəydim, bunu özümə qəbahət hesab
edərdim. Xoşbəxtəm ki, xalqımın və dövlətimin müstəqilli
yinin bərpasını gözlərimlə gördüm. 21 ildir ki dünyanın 50
milyondan artıq azərbaycanlısı ilə bərabər bu səadəti ya
şayıram. Amma bəzən ürəyim sızıldayır. Sızıldayır ona
görə ki, Stalin repressiyalarının günahsız qurbanları olan
neçə-neçə Azərbaycan övladları, şairləri, yazıçıları, elm
xadimləri bu günü görmədi.
Ruhunuz şad olsun, haqq dünyasına qovuşan
azadlıq həsrətli azərbaycanlılar! ölkəmiz, xalqımız indi
yenidən müstəqildir, azaddır, öz sahibidir, söz sahibidir.
Müstəqil Azərbaycanın azad bayrağı ən böyük, ən nü
fuzlu beynəlxalq təşkilatlarda, tədbirlərdə dalğalanır.
Azərbaycan indi heyrətləndirici inkişafı ilə dünyanın hər
tərəfli diqqət mərkəzindədir. Yurdumuza inam, hörmət və
məhəbbət anbaan sərhədləri aşmaqdadır.
Milyonlarla soydaşımın, yurddaşımın qəlbi kimi mə
nim də ürəyim Azərbaycanıma kainata sığmayan sonsuz
sevgi hissi ilə döyünür. Bu məhəbbət dolu ürəyinsə bır
tərəfi nə edim ki, yaralıdır. Bu, qaysaqlanmış Qarabağ
yarasıdır...
...1998-ci ildə Türkiyənin Elazığ vilayətində ədə
biyyat tədbirlərinin birində iştirak edirdim. Orada Nurala
Göktürk adlı Doğu Türküstanlı bir şairə xanımla tanış
oldum. Daxilən parlaq və zəngin insan olan Nurala ilə
müxtəlif mövzularda xeyli söhbət etdik. Mövzumuz hər
ikimizin ağrılı yerinə gəlib çıxdı. Yurdumuzun talan edil
miş mədəniyyət beşiyi olan Qarabağa, Qarabağ dərdinə.
Bir qədər danışdıqdan sonra ayağa qalxdı, əlində kitabla
geri döndü. Onu mənə hədiyyə etdi. Kitabı dərhal
vərəqlədim. “Gökbayrak sevdası” adlı kitab “Azerbay-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so55ca
canıma” adlı şeir - üsyanla bitirdi. Şairə xanım sanki
içindən bir haray çəkirdi:
Baku’de atılmış toplar tüfekler
Karabağ’da ezilmiş nice yürekler
Yurt için savaştı güçlü bilekler
Perişan edene lanetler olsun...
Anaları çoçuklardan ayırmış
Suçsuz vücutlardan kanlar sıyırmış
Nice başı ğövdesinden ayırmış
Haksız ayırana yazıklar olsun...
...Allahım Azeri Türk’üne kuvvet
Gavurda yoktur ki imanlı kudret
Her birinden ediyorum yürekten nefret
Nefret etmeyene yazıklar olsun...
İnsanlığı tapdalamış düşmənə nifrətlə əslində haqqın-
ədalətin səsini ucaldan bu qeyrətli türk qızı ona "lanetler
olsun!”- deyir. Düz deyir. Olsun! Çünki illərlə çörəyini
yediyi, suyunu içdiyi xalqa xəyanət və riyakarlıq edən,
onun müqəddəs torpağına xaincəsinə göz dikən, günah
sız insanları vəhşicəsinə qanına qəltan edən bir qon
şunun “nailiyyəti" bəşəriyyətin bəslədiyi məhz lənət, nifrət
olmalıdır və olacaqdır. Bu nifrət və lənətdir onun “uğuru”,
“qazancı”. Biz isə əlbəttə ki, səbiriiyik, hələ dözürük. Yeni
dən qanlar tökülməsini, göz yaşları axıdılmasmı istəmirik.
Lakin səbrin də bir həddi, hüdudu var. Yəqin ki, erməni
lərin güvəndiyi Fransanın əziz Düması sağ olsaydı, azər
baycanlıların o kişi sözünü lənətlənmişlərə xatırladardı.
Bəli, Azərbaycan öz qətiyyətli sözünü deməyə qa
dirdir və onun ətrafında haqq sözünü deyən tərəqqipərvər
Dostları ilə paylaş: |