Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf просмотр
səhifə4/55
tarix05.03.2017
ölçüsü344 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   55

_______________
Reyhan Mirzəzadə
____________ _
to 42
 oa
yuyan  mehtabına,  otağa  bənzər  eyvanlarına,  gülərüzlü 
kişilərinə,  çatmaqaşlı,  sürməgözlü  qızlarına.  Gözəl  şeydir 
bakılı  olmaq!  Sevdim  bu  Bakını!”.
Dost  Bolqarıstanın  bu  incəruhlu  yazarının  ürəkdolu 
saf,  büllur  kimi  sözlərindən  sonra  yenə  gözəl  bir  bolqar 
şairinin  -   Dimitr  Zlatevin  “Bakı  gecələri”  adlı  şeirindəki 
misraları  dinləmək yerinə düşərdi:
Sakit yatan  limana  enir payız gecəsi,
Sirli  nağıl  içində əriyir  Bakı  qat -  qat.
Kiminsə əllərilə yanır milyon çilçıraq,
Sonuncu gecəsini töhfə verir Şəhrizad.
Dənizkənarı  parkda  sanki Yesenin gəzər,
Şirin -  şəkər səsilə səsləyir Şahanəni.
Bəyaz köhlənə bənzər bəyaz dalğalı  Xəzər,
Şirin pıçıltılarla sanki  ona səs verər
...Tütək səsi astaca  inləyər bu arada,
Bax,  ağ yaylıq  yellədir kimsə
Qız qalasından.
Nal səsləri  kəsilir qədim  karvansarada,
Qızıl Aypara kimi  Bakı yanır anbaan.
Ağzı  nara bənzəyir gümüşü fantanların,
Üzündən günəş doğur fədakar insanların. 
Gülüşdür gözündəki,  qürurdur alnındakı,
Qollarını  çırmayıb  sabaha addımlayır,
həm qoca,  həm gənc Bakı.
Tarixin  ən  qədim  səhifələrindən  oxuyuruq  ki,  Abşe­
ronun  zəfəranı,  duzu,  nefti  hələ  uzaq  keçmişdən  yurdu­
muzu  çox  ölkələrdə  tanıdıb.  VIII  əsrin  tarixçisi  Yaqut  Ba-
____
Azərbaycançılıq va vatanparvarlik mafkurasi
_____
to 4 3
 ca

kımn  əzəmətini  yığcam  bir  cümlədə  ifadə  etmişdi:  “Bakı. 
Bakıda  isə  neft  var".  Əsrlərin  yadigarı  olan  bu  qısa 
kəlmələr  Albaniya  şairi  Həmzə  Koçionu  və  onun  “Bakı” 
şeirini yada salır:
...Mən şair olmağı düşünməzdim  heç,
Sevdim,  şair oldum görəndən səni.
İndi  bircə gün  də saxlamaq  olmur,
Sinəmdə çağlayan,  coşan  nəğməni!
...Alqış,  zəhmət sevən  o mərd fəhlənin,
Memarın,  alimin  amallarına!
Alqış,  zavoduna,  mədənlərinə,
Alqış,  qəlbin  kimi  gen yollarına!
Alqış,  buruqları  nur saçan dəniz!
Alqış,  gözəl  Bakım,  şöhrətim-şanım!
Sən mənə  həmişə əzizsən  əziz,
Ölkəmin qardaşı Azərbaycanım!
Anisim  Kronqauz  Rusiyada  yaşamış  yəhudiəsilli 
şairlərdəndir.  Zəngin  yaradıcılığı,  ruhu  oxşayan  şeirləri 
var.  Şairin  “Gözəl  Bakı"  şeiri  həm  Bakımıza  olan  dərin 
məhəbbətindən,  həm  də  onun  istedadlı  qələm  sahibi  ol­
masından  xəbər verir;
- Ana Volqa  Xəzərə axır - dostlar,  bunu biz 
Uşaqlıqdan  bilirik -  uzun  illərdən bəri.
Lakin nə qədər xoşdur,  sevimlidir,  bilsəniz,
Durub gözəl  Bakıda  seyr edəsən Xəzəri.
_________ _______
Reyhan Mirzəzadə
________________
so 
44
 oa
...Baxasan ordu kimi dənizə hücum  çəkən 
Uca dorlara bənzər buruqlara bir zaman,
Görəsən göy sularda  üzən gəmiləri sən,
Onları  seçmək olmur dəniz buruqlarından.
...Ana Volqa Xəzərə,  buradan görürəm  mən 
Coşqun dalğalarıyla qüdrət gətirib gəlir.
Bakı  neftçilərinə qardaş  rus ellərindən 
Tükənməz bir məhəbbət,  qüvvət gətirib  gəlir.
Sevilən  Bakımızın  dayağı,  vüqarı  olan  əzəmətli 
Abşeronumuzun  hüsnünə  neçə-neçə  əsərlər,  şeirlər, 
poemalar  həsr  olunub.  Həmyerlimiz  Abram  Plavnikin 
“Abşeron"  şeiri isə sanki saf bir çeşmənin  suyu  kimi ürəyə 
süzülür:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Dəniz əngin yaşıllığa  bürünür 
Şəfəq gəmi  bayrağı tək görünür.
Bağ-bağatlı,  od-alovlu Abşeron,
Xəzri qopsa -  başı  lovlu Abşeron,
Sükutunda  müdrik,  həzin  bir muğam 
Qumunda dürr,  qayasında ehtişam 
Açıq,  təmiz  ürəyimiz Abşeron 
İlhamımız,  çörəyimiz Abşeron!
Dahilər  haqlı  deyib  ki,  görkəmli  şəxsiyyətlər  xalqın 
zəkası,  elmi,  mədəniyyəti,  mənəviyyatını  dünyaya  nüma­
yiş  etdirirlər.  Görkəmli  şərqşünas,  iranşünas,  türkoloq, 
SSRİ  EA,  İran  EA,  Ərəb  (Dəməşqdə)  EA-nın  müxbir  üz­
vü,  Özbəkistan  və  Tacikistanın  əməkdar elm  xadimi  Yev­
geni  Eduardoviç  Bertels  Nizami  Gəncəvi  yaradıcılığı  ilə 
bağlı  tədqiqatlarına  görə  1948-ci  ildə  SSRİ  Dövlət  Müka­
fatı  laureatı  adına  layiq  görülüb.  Onun  Nizaminin  həyat və
so 
45 ca

yaradıcılığı  ilə  bağlı  elmi  əsərləri  1939-cu  ildən  çap 
olunmağa  başlanılıb.
Bertels  Nizami  irsinin  tədqiqatını  apararkən  konkret 
tarixi  üsullardan  istifadə  edərək,  görkəmli  Azərbaycan 
şairinin  əsərləri  ilə  ondan  əvvəlki,  yaxud  müasirlərinin  ya­
radıcılıqları  arasında  sıx əlaqəni  aşkar etmişdi.  Alim  “Orta 
əsr  Şərq  ədəbiyyatında  fars  dilində  yazılan  və  özünün 
dəst-xətti  olan  Azərbaycan  poeziyası  mövcuddur"  fikri  ilə 
ilk  dəfə  məhz  əsl  həqiqəti  açıqlamışdı.  Bertels  “Dahi 
Azərbaycan  şairi  Nizami”  kitabında yazır:
“Nizaminin  müxtəlif  ölkələrdə  fars  və  ərəb  dilləri  va­
sitəsi  ilə  öz  dünyagörüşünü  yaya  və  şöhrətlənə  bilməsi 
faktına  diqqət  yetirməmək  olmaz.  Yalnız  bu  səbəblə  bö­
yük  sənətkarın  necə  deyərlər,  əli-qolu  bağlı  qalmışdır. 
Onun  yaratdığı  əsərlərin  itməməsi  üçün  o,  öz  dövrünün 
yazılı  ədəbiyyat  dilinin  tələblərinə  riayət  etmək  məcbu­
riyyətində  idi".
Ədəbi  tarixdən  məlumdur  ki,  müxtəlif  xalqların  xeyli 
sayda  şərqşünas,  türkoloq  və  tədqiqatçıları  Nizami  irsinə 
müraciət  edərək,  bu  barədə  cild-cild  kitablar  yazmışlar. 
Dünyanın  neçə-neçə  şairi  Nizami  sözünün,  Nizami  şeiri­
nin  qüdrətini  yaddaşlara  ərməğan  etmişlər.  Qardaş  xalq­
lar  Nizami  gücündən  və  istedadından  xüsusi  qürur  duy­
muşlar.  Elə  görkəmli  qazax  şairi  Xalican  Bekxojin  kimi. 
Nizamiyə  həsr  etdiyi  “Afaqnamə"  adlı  poemasında  şair 
sanki  böyük söz dühasına  üzünü tutub deyir:
Ey şeir mülkünün  şahı,  sultanı,
Sözünlə  bəzədin  bütün  dünyanı.
Firdovsidən  alıb  söz bayrağını,
Ucaltdın  sənətin təmtərağını.
_________________Reyhan_Mirzəzadə___________________ю_46е'>_______________
Reyhan Mirzəzadə
________________
ю 46е&
...Səsin ariflərin öz səsi oldu,
Nəğmən sevənlərin  Kəbəsi oldu.
Yer qızını  elə  bəzədin  ki,  sən,
Cənnət huriləri yandı  həsəddən.
Nakam məhəbbəti  Leyli-Məcnunun 
Etdi çox şairin qəlbini məhzun.
Yaxındır ruhuma gözəl Şirin də;
Gözəllik gəzirəm hər şeydə mən  də.
Sən də eşq oduna yandın,  ay ustad;
Səni də duyğu qoymadı  rahat.
...Qılınclardan  iti sözün-söhbətin 
Sirrini açıbdır əbədiyyətin.
Aşiq sinəsinə dağ  çəkənlərin 
Külünü  göylərə sovurub şeirin.
İncə qəlb sahibi neçə nazənin 
Əbədi ad alıb sayəndə sənin.
Sən başı  göylərə dəyən  uca dağ,
Mən  isə bir ovuc torpağam ancaq.
Hələ  sovetlər  dönəmində  xalqımızın  rəğbət  və  mə­
həbbətini  qazanan  bir  sıra  çinli  görkəmli  yazıçı  və  şairlər 
Bakıya  gələrək  iqtisadi  və mədəni həyatımızla,  xalqımızın 
əldə  etdiyi  nailiyyətlərlə  yaxından  tanış  olmuşdular.  Çinin 
tanınmış  yazıçılarından  biri  Mao  Dun  demişdi:  “Azərbay­
can  xalqının  qədim  mədəni  ənənələri  vardır.  XII  əsrin  şa­
iri  Nizaminin  gözəl  əsərləri  Azərbaycan  xalqının  nəcib
ю  
47
 ce
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____

hisslərini,  çoxəsrlik  yüksək  mədəniyyətini  bizə aydın  gös­
tərir.  Görkəmli  şair  Səməd  Vurğunun,  gözəl  nasirlərdən 
Mirzə  İbrahimov  və  Mehdi  Hüseynin  ən  yaxşı  əsərlərini 
çinlilər  sevə-sevə  oxuyurlar.  Azərbaycan  mahnı  və  rəqs 
ansamblının  qastrolları  Çin  tamaşaçılarının  qəlbini  fəth 
etmişdir.  Ansamblın  parlaq  milli  koloriti,  yüksək  musiqi və 
xoreoqrafıya  sənəti  qastrolun  böyük  müvəffəqiyyətini  tə­
min  etmişdir.  Bizim  rəqs  və  musiqi  ustalarımız  Azər­
baycan  ansamblının  çıxışlarından  çox  şey öyrənmişlər”.
Çin  şairi  Ke  Çjun-Pin  əmək  və  zəhmət  səltənəti, 
dostluq  və  qardaşlıq  şəhəri  olan  Bakıdan  aldığı təəssürat 
nəticəsində  paytaxtımıza  şeir  həsr  etmişdi.  Şair  buruqları 
göylərə  baş  vuran  Bakıda  qaynayan  əmək  həyatından, 
neft  diyarının  cəsarətli  adamlarından,  dənizin  dərinliklə­
rindən  qara  qızıl  çıxaran  qəhrəmanlardan  fəxrlə  danışır, 
Azərbaycan  və  Çin  neftçilərinin  dostluğundan  bəhs  edə­
rək,  doğma  paytaxtımızın  ona  Çinin  neft  rayonlarını  xatır­
latdığını  söyləyirdi:
Çində də neft çıxarırlar,  mən  o yerdə doğulmuşam,
İlk  dəfədir gəlib səni görsəm də mən,
Qızıl  Bakı əməyinlə,  ürəyinlə çoxdan bəri dost
olmuşam.
Budur,  Xəzər sahilində  nəhəng-nəhəng  meşələr var,
Onlar qalxır əzəmətlə hər qış,  bahar.
O  meşələr,  o meşələr uca  dağlar zirvəsindən 
Addımlayır göy Xəzərə,  sularda ki,  meşə bitməz?!
Bitər! -  dedim  mən  baxdıqca heyran-heyran  bu  yerlərə, 
Nağıllardan gözəl ölkə,  nağıllardan  gözəl diyar!..
Bu əfsunlu qüdrətini aldın  hardan,  gözəl diyar?
Yoxdur,  yoxdur,  bir qəm  izi,  kədər izi  bu torpaqda,
Sıxdı  isti qucağına  məhəbbətlə
Ellər bizi bu torpaqda.
_______________
Reyhan Mirzəzadə
__ ________ _
ю  
4S’
 oa
ö z   doğma  Vətəni  naminə  xarüqələr  yaradan  Azər­
baycan  zəhmətkeşlərinin  mədəni  həyatı  İraq  şairi  Mə­
həmməd  Saleh  Bəhrul  -  Üiumun  da  dost  qəlbini  riqqətə 
gətirmişdi.  Sevimli yurdu  İraqdan  azərbaycanlı  qardaşları­
na  salam  yetirən,  Nizami  və  Füzuli  kimi  ölməz  söz  baha­
dırları  yetişdirən  Azərbaycan  xalqına  dostluq  hisslərilə 
həsr etdiyi  “Bakılı  dostlar"  adlı  şeirini  aşağıdakı  misralarla 
bitirirdi:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Yanaşı  döyünsün  ürəklərimiz,
Var olsun  sədaqət,  vəfa,  etibar.
Bir gün də Bağdadda  görüşərik biz,
Əlvida,  mehriban  bakılı  dostlar!
İstər  slavyan,  istərsə  də  Orta  Asiya  xalqlarının  ziya­
lıları  ilə  bərabər,  bayaq  qeyd  etdiyim  kimi,  Avropa  xa­
dimləri  də  Azərbaycanımıza,  qədim  və  müasir  mədə­
niyyətimizə  daim  maraq göstərmişlər.  Onların  milli və mə­
nəvi  dəyərlərimizə  hörmət  və  məhəbbətlə yanaşması  ina­
nın  ki,  arxivdəki  “yadigar  abidələri”  üzə  çıxardıqca,  ruhu­
mu  səmalara  qanadlandırırdı.  Oxuyur,  oxuyur,  zövq  alır­
dım.  Bir  daha  azərbaycanlı  olmağımla  fəxr  edirdim.  Axı 
necə  sevinməyəsən?  Ürəyin  qürur  hissi  ilə  döyünməsin? 
Görün,  xalqımızın  incəsənət  və  ədəbiyyatının  tərəqqisini 
yüksək  qiymətləndirən  alman  yazıçısı  Anna  Zegers  nə 
deyir:  "Fikrət  Əmirovun  “Sevil”  operasını  dinlədim,  gör­
düm  və  duydum.  Xalqın,  yaradıcı  xalqın  yaratdığı  incəsə­
nəti  mən  böyük  incəsənət  adlandırıram.  Azərbaycan  in­
cəsənəti  isə  xalq  incəsənətidir;  buna  görə də  onun  pərəs­
tişkarı  çoxdur".
Nazim  Hikmətsə  söyləyirdi:  “Azərbaycan  mədəniy­
yətinə  bağlıyam.  Bu,  yalnız  Azərbaycanın  bugünkü 
mədəniyyətinə  deyil,  inqilabdan  əvvəlki  mədəniyyətinə  də
ю  
49
 ca

aiddir.  Məsələn,  “Dədə  Qorqud"  bir  Azərbaycan  yazıçısı 
üçün  də  ilk  böyük  ədəbi  abidədir,  mənim  üçün  də.  “Ko­
roğlu”  həm  Azərbaycanın  xalq  qəhrəmanıdır,  həm  də 
mənim".
“Azərbaycan  poeziyası  çox  zəngin  bir  keçmişə  ma­
likdir.  Şeirə  məhəbbət,  həqiqi  şairə  hörmət  - Azərbaycan 
xalqının  keçmişindən  gələn,  hələ  də  yaşayan  ənənələ­
rindəndir.  Azərbaycana  etdiyim  səyahətimdə  xalqın  şeiri 
necə dinlədiyinin,  şeiri  necə sevdiyinin  şahidi  oldum".
“Füzuli  Azərbaycan  xalqının,  azərbaycanlı  qardaş­
lar,  izin  verin  deyim  ki,  mənim  də  xalqımın  sizin  dühanız 
sayəsində  insanlıq,  mədəniyyət  tarixinə  yolladığı  ən 
böyük elçilərdən  biridir”.
"İnsana,  bəşəriyyətə  hədsiz  məhəbbət  böyük  yazı­
çının  yaradıcılığının  əsas qayəsini təşkil edir.  Bu  keyfiyyət 
M.F.Axundovun  ədəbi  əsərlərinin  canına,  qanına  keçmiş­
dir  və  mütəfəkkirin  siyasi-fəlsəfi  görüşlərini  müəyyənləş­
dirir".
“Sabir  -  Azərbaycan  ədəbiyyatının  ilk  realist,  xalqçı 
satiriki,  heyranı  olduğum  ustad  mənim  də  ənənələrim 
içində böyük bir yer tutur”.
“Mənə  elə  gəlir  ki,  Azərbaycanda  Səməd  Vurğunun 
adını  eşitməmiş,  Səmədin  şeirini  oxumamış,  onun  şeirinə 
qulaq  asmamış  bir  insan  tapmaq  mümkün  deyil.  Səməd 
necə də xoşbəxtdir".
“Rəsul  Rza  xalq və  klassik  ədəbiyyata  pərəstiş edən 
bənzərsiz  bir  şair,  Azərbaycan  poeziyasının  novatorla­
rından  (yenilikçilərindən  -  R. Mirzəzadə)  biridir”.
“Əhməd  Cəmilin  poetik  dili  hay-küysüz  və  pafossuz 
(təm-təraqsız  -  R.Mirzəzadə)  danışan  adamların  dilinə 
yaxındır.  Mən  şeirdə  məhz  belə  bir dili  sevirəm.  Onun  bir 
sıra  şeirləri  həqiqətən  dost söhbətini  xatırladır”.
__________________Reyhan_Mirzəzadə__________________ю_50_oa'>________ _______
Reyhan Mirzəzadə
________________
ю  50 oa
Bunları  Nazim  Hikmət  deyirdi.  Əziz  və  unudulmaz 
Nazim  Hikmətimiz.
Azərbaycanımızın  bir  parçası,  ürəyinin  yarısı  olan 
Naxçıvan  da  dost  və  əcnəbi  yazarların  diqqətindən  heç 
zaman  yayınmamışdır.  Onun  təbii  nemətləri,  memarlıq 
abidələri,  müqəddəs  yerləri,  bu  yerlər  qədər  əziz  olub 
vəsf  edilən  qalaları  şirin-şirin  söhbətlərin  mövzusu,  ma­
raqlı  yazıların  hədəfi  olub.  Məğrurluq  və  qeyrət  rəmzi 
olan  Əlincə  Qalasını  seyr  edən  Pyotr  Saykonun  heyrə­
tamiz  duyğuları  sanki  yazdığı  “Əlincə  Qalası”  şeirinin 
sətirlərinə  hopub:
Dağlarda vüqarla  durub Əlincə,
Tarixdən əbədi  bir xatirə tək.
Göstərir işğalçı  xanlara  necə 
Bu yer qalib gəlib  odlar keçərək.
O,  şöhrət qazanıb vuruşmalarda,
Polad  səngər olub  ellərə dünən.
Amansız Teymurun  qılıncı  burda 
Zirehli döşlərlə düşüb  kəsərdən.
Dağların  əyilməz təbiətini,
O,  bir kitab  kimi danışır bizə,
Qoca  Nəiminin məhəbbətini 
Yadigar saxlamış ellərimizə.
Onun  görkəmində bir əzəmət var,
Zirvələr ucadır,  dərələr dərin.
Zərbinə dözmüşdür bu  sərt qayalar,
Silaha  söykənən  cahangirlərin.
Bu gün o,  göstərir bütün  cahana,
Odlar ölkəsinin  məğrurluğunu,
Şərəf çələngidir Azərbaycana,
Dağlar öz  köksündə saxlayır onu.
____
Azarbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
so 5/ ca

Gəncəmizin  bir addımlığında  olan,  təbiətimizin  nazlı 
gözəli  -   Göy  gölümüz.  Günah  olmazmı  bu  füsünkar  gö­
zəli  unutmaq?  Rus  şairi  Pyotr  Kolosov  “Göy  Göl"  şeirini 
necə də ürəkdən  yazıb:
Günəş qızıl  balıqtək sularında oynayır,
Göygölüm!
Camalına  baxıram -  könlüm,  gözüm  doymayır,
Göygölüm!
Sən  bir qövsi-qüzehsən,  suların  neçə  rəngdir,
Göygölüm!
Qoy dünyalar eşitsin:  gözəl,  mavi  çələngdir'
Göygölüm!
Günəş qızıl telini hörər suyunda sənin,
Göygölüm!
Ceyranlar öz əksini görər suyunda  sənin,
Göygölüm!
Göllərin  gözəlisən,  göllərin  qəşəngisən.
Göygölüm!
Söylə,  hardan  almısan  bu  hüsnü,  bu  rəngi  sən.
Göygölüm!
Camalının  önündə sanki  laldır ürəyim.
Göygölüm!
Mən qayıtdım,  elə  bil  səndə qaldı  ürəyim,
Göygölüm!
Şərq  xalça  sənətinin  əsas  mərkəzlərindən  biri  olan 
Azərbaycan  hələ  qədim  zamanlardan  yüksək  keyfiyyətli 
xovlu  və  xovsuz  xalçaları  ilə  dünya  şöhrəti  qazanıb.  Xal­
çaçılıq  xalqımızın  mənəvi  və  maddi  sərvəti  olub,  xalqı­
mızın  milli  rəmzinə  çevrilən  qədim  el  sənəti  kimi  sevilib. 
Azərbaycanda  xalçaçılıqla  hələ  Tunc  dövründən  məşğul
_______________
Reyhan Mirzəzadə
________________
80 
52 a
olublar.  Yurdumuzda  xalçaçılığın  inkişafı  haqqında  Hero­
dot,  Klavdi  Elian,  Ksenofont,  Kalankatlı  və  digər  qədim 
dünya  tarixçiləri  məlumat  veriblər.  Sasanilər  dövründə 
Azərbaycanda xalça  sənəti daha da  inkişaf edib,  ipəkdən, 
qızıl-gümüş  saplardan  nəfis  xalçalar  toxunub.  Onlar  bə­
zən  daş-qaşlarla  da  bəzədilib.  Müxtəlif  dövrlərdə  Azər­
baycanda  olmuş  istər  Qərb,  istərsə  də  Şərq  tarixçi  və 
səyyahları,  o  cümlədən  Əbu  Cəfər  Məhəmməd  ibn  Cərir 
ət-Təbəri,  Əl-Müqəddəsi  və  Məsudi,  Yaqut  Həməvi,  Mar­
ko  Polo və  b.  xalqımızın  milli  el  sənətindən  bəhs  edərkən 
onun  xalı  və  xalçalarını  yüksək  qiymətləndirmişlər.  Dün­
yanın  məşhur  muzeylərindəki  Azərbaycan  xalçalarına 
tamaşa  edən yüz  minlərlə  insan  əsrlərdən  bəri  xalqımızın 
ilmələrdə  yaşatdığı  möcüzələrə  heyran  qalmışlar.  Hələ 
XIII  əsrdə  məmləkətimizi  gəzmiş  italyan  səyyahı  Marko 
Polo  yazırdı:"Buraya  (Azərbaycana)  gələn  tacirlər  çox 
böyük  mənfəət  götürürlər”.  O,  həmçinin  qeyd  edirdi  ki, 
səlcuqilər ölkəsində dünyada  ən  gözəl  və ən  nazik xalça­
lar toxuyurlar.
Gözəl  sənət  əsəri  kimi  yüksək  dəyərləndirilən  Azər­
baycan  xalçaları  müxtəlif  dövrlərdə  görkəmli  Avropa  rəs­
samlarının  bir  sıra  məşhur  əsərlərində  zinət  vasitəsi  kimi 
geniş  istifadə  edilib.  Avropa  rəssamlarının  tablolarında 
təsvir  edilmiş  xalçalar  artıq  XIX  əsrin  sonu,  XX  əsrin  əv­
vəllərində  Avropa  və  Amerika  sənətşünaslarının  diqqətini 
cəlb  edib.  Avropa  sənətşünasları  bu  xalçaları  təyin  edər­
kən  onları  ümumi  ad  altında  gah  Şərqə,  gah  Kiçik  Asiya­
ya,  gah  da  Qafqaza  aid  etmişdilər.
İstedadlı  sənətkarımız,  görkəmli  xalçaşünas  alim 
Lətif Kərimov  ilk  dəfə  olaraq Avropa rəssamlarının  əsərlə­
rindəki  xalçaların  dördünün,  1969-cu  ildə  etnoqraf  Mehdi 
Quliyev  isə  üçünün  Azərbaycanda  toxunduğunu  tədqiq 
edib.  Lətif Kərimov Avropa  rəssamlarından  Hans  Memlin-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8Ə 
53 a

qin  “Məryəm  öz  körpəsi  ilə"  və  Hans  Holbeynin  “Səfirlər” 
əsərlərindəki  xalçaları  Şirvana,  Karlo  Krivellonun  “Müjdə” 
əsərindəki  xalçanı  isə  Gəncə -  Qazax zonasına  aid  edib. 
H.Memlinqin  eyni  adlı  -   “Məryəm  öz  körpəsi  ilə”  adlanan 
ikinci  əsərində  də  Azərbaycanda  “Muğan”  adı  ilə  məşhur 
olan  xalça  təsvir  edilib.  XV  əsr  Niderland  boyakarlıq  sə­
nətinin  banilərindən  biri  hesab edilən  Yan  van  Eykin  taxta 
üzərində  işlənmiş  üç  hissədən  ibarət  “Mehrab"  əsəri 
xüsusilə  maraqlıdır.  M.Quliyev  əsaslı  tədqiqatları  ilə  bu 
xalçanı  Azərbaycanın  Şirvan  zonasına  aid  edib.  Etnoq- 
rafın  "Bağçada  güllər” və “Saxsıda  güllər”  adı  ilə  Qarabağ 
qrupuna  aid  etdiyi  ikinci  xalçalar  məşhur  italyan  rəssamı 
Antonello  da  Messinanin  “Müqəddəs  Sebastyan”  əsərin­
dəki  xalçalardır.  Azərbaycan  xalçasının  təsviri  XVI  əsr 
italyan  rəssamı  Pintura  ikkonun  “Silvio  Pikolomini  Eneyin 
həyatından  bir  səhnə”  adlı  əsərində  də  müşahidə  edilib. 
İtaliya  rəssamlarından  Domeniko  di  Bortolonun  “Findlin- 
qin  toyu",  həmçinin  Domeniko  Moçellinin  “Müqəddəs 
Fomanın təvəllüdü” və  həmin  rəssamın  “Vinsenzo fererio” 
əfsanəsi  əsasında  çəkilmiş  rəsmində  təsvir  edən  Azər­
baycan xalçaları  da  böyük əhəmiyyət kəsb edir.
Bütün  bunlar,  yazılanlar  və  yazılacaqlar  qürurla 
qeyd  etməyə  haqq  verir  deyək  ki,  millətimizin  imzası  par­
lamış  və  parlayır  millətlər  və  məmləkətlər  içində.  1918-ci 
ilin  28  mayında  dünya  tarixinin  ən  demokratik  dövlət  qu­
rumlarından  biri,  türk-müsəlman  şərqində  ilk  parlamentli 
respublika  - Azərbaycan  Xalq  Cümhuriyyəti  (Azərbaycan 
Demokratik  Respublikası)  müstəqillik  qazanıb  23  ay 
yaşasa  da,  nadanlar tərəfindən  süquta  uğradılsa  da,  tarix 
öz  ədalətli  diqtəsini  yenidən  verdi.  1991 -ci  ilin  18  oktyab­
rında  respublikamız  öz  tarixi  müstəqilliyini  bərpa  etdi. 
Müstəqilliyimizin  21-ci  bayramında  zaman-zaman yaşadı­
ğı  siyasi  rejimdən  asılı  olmayaraq,  Vətənimə,  xalqıma,
______  
Revhan Mirzəzadə
________________
so 54 

onun  övladlarına,  sərvətlərinə  ünvanlanmış  bu  səmimi 
kəlmələri,  misraları,  ilmələrimizin şərəf gətirən duyğularını 
bir  daha  yad  etməsəydim,  bunu  özümə  qəbahət  hesab 
edərdim.  Xoşbəxtəm  ki,  xalqımın  və  dövlətimin  müstəqilli­
yinin  bərpasını  gözlərimlə gördüm.  21  ildir ki dünyanın  50 
milyondan  artıq  azərbaycanlısı  ilə  bərabər bu  səadəti  ya­
şayıram.  Amma  bəzən  ürəyim  sızıldayır.  Sızıldayır  ona 
görə  ki,  Stalin  repressiyalarının  günahsız  qurbanları  olan 
neçə-neçə  Azərbaycan  övladları,  şairləri,  yazıçıları,  elm 
xadimləri bu günü görmədi.
Ruhunuz  şad  olsun,  haqq  dünyasına  qovuşan 
azadlıq  həsrətli  azərbaycanlılar!  ölkəmiz,  xalqımız  indi 
yenidən  müstəqildir,  azaddır,  öz  sahibidir,  söz  sahibidir. 
Müstəqil  Azərbaycanın  azad  bayrağı  ən  böyük,  ən  nü­
fuzlu  beynəlxalq  təşkilatlarda,  tədbirlərdə  dalğalanır. 
Azərbaycan  indi  heyrətləndirici  inkişafı  ilə  dünyanın  hər­
tərəfli  diqqət  mərkəzindədir.  Yurdumuza  inam,  hörmət  və 
məhəbbət  anbaan  sərhədləri  aşmaqdadır.
Milyonlarla  soydaşımın,  yurddaşımın  qəlbi  kimi  mə­
nim  də  ürəyim  Azərbaycanıma  kainata  sığmayan  sonsuz 
sevgi  hissi  ilə  döyünür.  Bu  məhəbbət  dolu  ürəyinsə  bır 
tərəfi  nə  edim  ki,  yaralıdır.  Bu,  qaysaqlanmış  Qarabağ 
yarasıdır...
...1998-ci  ildə  Türkiyənin  Elazığ  vilayətində  ədə­
biyyat  tədbirlərinin  birində  iştirak  edirdim.  Orada  Nurala 
Göktürk  adlı  Doğu  Türküstanlı  bir  şairə  xanımla  tanış 
oldum.  Daxilən  parlaq  və  zəngin  insan  olan  Nurala  ilə 
müxtəlif  mövzularda  xeyli  söhbət  etdik.  Mövzumuz  hər 
ikimizin  ağrılı  yerinə  gəlib  çıxdı.  Yurdumuzun  talan  edil­
miş  mədəniyyət  beşiyi  olan  Qarabağa,  Qarabağ  dərdinə. 
Bir  qədər  danışdıqdan  sonra  ayağa  qalxdı,  əlində  kitabla 
geri  döndü.  Onu  mənə  hədiyyə  etdi.  Kitabı  dərhal 
vərəqlədim.  “Gökbayrak  sevdası”  adlı  kitab  “Azerbay-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so55ca

canıma”  adlı  şeir  -  üsyanla  bitirdi.  Şairə  xanım  sanki 
içindən  bir haray çəkirdi:
Baku’de  atılmış  toplar tüfekler 
Karabağ’da  ezilmiş  nice yürekler 
Yurt için  savaştı  güçlü  bilekler 
Perişan edene  lanetler olsun...
Anaları  çoçuklardan ayırmış 
Suçsuz vücutlardan  kanlar sıyırmış 
Nice  başı  ğövdesinden ayırmış 
Haksız ayırana  yazıklar olsun...
...Allahım Azeri Türk’üne  kuvvet 
Gavurda  yoktur ki  imanlı  kudret 
Her birinden  ediyorum yürekten  nefret 
Nefret etmeyene yazıklar olsun...
İnsanlığı  tapdalamış  düşmənə  nifrətlə  əslində  haqqın- 
ədalətin  səsini  ucaldan  bu  qeyrətli  türk  qızı  ona  "lanetler 
olsun!”-  deyir.  Düz  deyir.  Olsun!  Çünki  illərlə  çörəyini 
yediyi,  suyunu  içdiyi  xalqa  xəyanət  və  riyakarlıq  edən, 
onun  müqəddəs  torpağına  xaincəsinə  göz  dikən,  günah­
sız  insanları  vəhşicəsinə  qanına  qəltan  edən  bir  qon­
şunun  “nailiyyəti"  bəşəriyyətin  bəslədiyi  məhz  lənət,  nifrət 
olmalıdır  və  olacaqdır.  Bu  nifrət  və  lənətdir onun  “uğuru”, 
“qazancı”.  Biz isə əlbəttə ki,  səbiriiyik,  hələ dözürük.  Yeni­
dən  qanlar tökülməsini,  göz  yaşları  axıdılmasmı  istəmirik. 
Lakin  səbrin  də  bir  həddi,  hüdudu  var.  Yəqin  ki,  erməni­
lərin  güvəndiyi  Fransanın  əziz  Düması  sağ  olsaydı,  azər­
baycanlıların o  kişi  sözünü  lənətlənmişlərə xatırladardı.
Bəli,  Azərbaycan  öz  qətiyyətli  sözünü  deməyə  qa­
dirdir və onun ətrafında  haqq sözünü deyən  tərəqqipərvər


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə