Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

_______________
Reyhan Mirzazada
________________
so 
106
 oa
yatmış  şahzadə  qız”,  “Düyməcik”,  “Kölgə”,  “Kralın  təzə 
libası”,“Qar kraliçası” ,  “Vəhşi  Qu  quşları”  daxil  olan  kitab­
lar piştaxtaya qoyulan kimi satılıb.
Dünya  uşaqlarının  çox  sevdiyi  əsərlərdən  biri  rus 
yazıçısı  Aleksey  Nikolayeviç  Tolstoyun  “Qızıl  açar  və 
yaxud  Buratinonun  macəraları”adlı  nağılıdır ki,  bu  nağılın 
motivləri  əsasında  1975-ci  ildə  Belarusfilm  kinostudiya­
sında  “Buratinonun  macəraları”  adlı  ikiseriyalı  musiqili 
film  çəkilib.  Filmə  bu  gün  də  dünyanın  istər  balaca,  istər­
sə də böyük tamaşaçıları maraqla tamaşa edirlər.
Avstrid  Liqre  XX  əsr  İsveç  uşaq  ədəbiyyatının  gör­
kəmli  nümayəndəsidir.Onun  “Uzuncorab  Peppi”,  “Myo, 
mənim  myom” povestləri, “Balaca  və  damda  yaşayan 
Karlson”  trilogiyası  balaca  oxucuların  sevimli  əsərlərinə 
çevrilmişdir.  Xanım  Liqre  1965-ci  ildə  Moskvada  olarkən 
kitabxanaların  birində  ona  qeyri-adi  hədiyyə  -  “Balaca  və 
damda  yaşayan  Karlson”un oxumaqdan  didik-didik olmuş 
nüsxəsi  verilmişdi.  Kitabın  içinə  yapışdırılmış  qeydiyyat 
vərəqəsindən  məlum  olurdu  ki,  onu  həmin  vaxta  qədər 
1000-dən çox  uşaq alıb oxumuşdu.
Karlson  obrazı  azərbaycanlı  balaların  da  böyük  ma­
rağına  səbəb  olmuşdu.  Yazıçı  Əzizə  Əhmədova  uşaq 
aləminə  yeni  töhfə  bəxş etdi.  Əsas qəhrəmanlarından  biri 
Karlson  olan  “Damdabaca”  romanından  sonra  “Damda 
yaşayan  Karlsonla  bacada  yaşayan  damdabacanın  ma­
cəraları”  adlı  kitabı  ilə  həm  balacaları,  həm  də  böyükləri 
sevindirdi.
Bacalarımızın  daimi  sakini  Damdabaca  Karlsonu 
Bakıya  dəvət  edir.  Roman  isveçli  qonağın  Abşeronla  ta­
nışlığı  ilə  başlayır.  Yazıçı  bu  yolla  balaca  oxucuları  Bakı­
nın  keçmişi,  onun  qədim  memarlıq  abidələri  -  Qız  Qalası, 
İçərişəhərlə  tanış  edir.  Damdabaca  Karlsonu  qarış-qarış 
Bakını  gəzdirir,  xalqımızın  milli  adət  və  ənənələrindən
Azarbavcancılıa vа vatanparvarlik mafkurasi
so 
107
 ся

bəhs  edir.  Ona  atalar sözlərimizi,  tapmacalarımızı,  yanılt- 
macalarımızı  öyrədir,  əfsanələr,  rəvayətlər danışır,  isveçli 
qonaq  Azərbaycan  toyunda  iştirak  edir.  Zəngin  Azərbay­
can  mətbəxinin  dadlı  taamlarından  dadır.  Gördükləri yeni, 
qəribə  olan  Karlsonla  Damdabacanın  başına  neçə-neçə 
macəralar gəlir.
Burada  bir  qədər  haşiyəyə  çıxmaq  istəyirəm.  Çünki 
yazar  Gülzar  İbrahimovamn  müasir  ruhda  böyüyən  azəri 
balaları  üçün  mövzusu  aktual  olan  nağılları  yadıma 
düşür.  Çoxsaylı  nağılları  içində  Gülzar  xanımın  əfsanəvi 
qəhrəman,  hökmdar  xanım  Tomiris,  Məhəmməd  Pey­
ğəmbər,  Naxçıvanın  Əlincə  qalası,  Qəbələnin  tarixi  və fü­
sunkar  təbiəti,  dünyanın  yaxşı  tanıdığı  məşhur  loğman 
Hippokrat,  Odlar  Yurdumuzda  neftin  kəşfi,  Roma  qoşun­
larının  Qobustana  yürüşü,  atəşpərəstlik,  karfagenlərlə  ro- 
malıların  döyüşü  haqqındakı  nağılları  təbii  ki  uşaqlar 
üçün  xüsusilə yaddaqalandır.
Dünya  uşaq ədəbiyyatının  ən tanınmış və ən  sevimli 
sənətkarlarından  biri  fransız  şair  və  tənqidçisi,  Fransa 
Akademiyasının  üzvü  Şarl  Perrodur.  Bütün  dünyada  əsl 
bədii-ədəbi  nağıl janrının  banisi  -  yaradıcısı  Perro  sayılır. 
Çünki  o,  həmin  janrı  demək  olar  ki,  yenidən  yaradaraq, 
uğrunda  mübarizələr  aparmalı  olmuşdur.  Şairin  yaşadığı 
XVII  -XVIII  əsrlərdə  Fransada  sənətin  hər sahəsində ciddi 
problemlər  mövcud  idi  və  mütərəqqi  sənət  uğrunda 
qızğın  mübarizə  gedirdi.  Yaradıcılığı  bir  çox  xalqların  sə­
nətkarlarına  müsbət  təsir  edən  Şarl  Perroya  qələbə  və 
dünya  şöhrəti  qazandıran  onun  nağıl  janrında  yazdığı 
bədii  əsərləri  oldu.  “Anam  Qız  Xatunum  nağılları  və  ya 
keçmiş  zamanlardan  ibrətli  əhvalat”  kitabını  Perro  oğlu 
Darmannurun  adı  ilə  nəşr  etdirmişdi.  O,  xəlqilik  ənənələri 
ilə  yaranan  nağıl  janrını  dəyərli,  tərbiyəvi,  əxlaqi  əsərlər 
yaratmaqla  yazılı  bədii  ədəbiyyatın  janrları  sırasına  daxil
_______________
Reyhan Mirzəzadə
________________
EO 
108
 03
etdi.  Sonralar  bu  janr  geniş  yayılıb  ümumdünya  əhəmiy­
yəti  qazandı.  Şarl  Perronun  qeyd  olunan  kitabına  onun 
“Qırmızı  papaq","Çəkməli  pişik”  və  s.  əsərləri  də  daxil 
edilmişdi.
Fransız  yazıçısı,  məşhur  “Balaca  şahzadə”  roma­
nının  müəllifi  Antuan  dö  Sent  Ekzüperinin  adı  zəngin 
uşaq dünyasına yaxşı  məlumdur.  Yada salım ki,  təyyarəçi 
Ekzüperinin  “Gecə  uçuşu”  əsəri  1931-ci  ildə  filosof -  ya­
zıçıya  Femina  Mükafatı  qazandırmışdı  Ədəbi  aləmdə 
Ekzüperi  qədər  həyatı  və  yaradıcılığının  bir-biri  ilə  sıx 
bağlı  olduğu  ikinci  bir  yazıçı  tapmaq  çətindir.  Bəşəriyyət 
səmanın  maraqlı  sirlərini,  təyyarəçilik  peşəsinin  roman­
tikasım  Ekzüperinin  əsərləri  ilə  mənimsəmiş,  səmadan 
Yer  kürəsinə  ilk  dəfə  fransız  yazıçısının  gözü  ilə  baxmış, 
planetimizin  gözəlliyini,  əzəmətini  Ekzüperi  ilə  duymuş­
dur.  Təyyarəçilərin  danışıqları,  raportlarında  olan  aydın­
lıq,  lakonizm  və  yığcamlıq  Ekzüperi  yaradıcılığının,  eləcə 
də  “Gecə  uçuşu”nun  səciyyəvi  cəhətlərindəndir.
Amerika 
romantizminin 
görkəmli 
nümayəndəsi 
Ceyms  Fenimor Kuperin  “Dəri  corab”  pentalogiyasma  da­
xil  olan  “Sonuncu  mogikan"  romanında Amerikada  ingilis­
lərin  və  fransızların  daha  böyük  ərazilər  ələ  keçirmək  uğ­
runda  mübarizəsi  ilə  yanaşı,  yerli  hindu  qəbilələrinin  ek­
zotik  və  mürəkkəb  həyatı  təsvir  edilmişdir.  Əsər  müxtəlif 
dillərə,o  cümlədən  Azərbaycan  dilinə  tərcümə  olunmuş­
dur.
İngilis  yazıçısı  Robert  Luis  Stivenson  macəra  ədə­
biyyatının  tanınmış  nümayəndələrindən  biri  kimi  sevilir. 
Onun  “Dəfinələr  adası”  romanında  tamahkarlıq,  varlan­
maq  ehtirası  pislənilir,  insana  inam,  yüksək  mənəvi  key­
fiyyətlər təcəssüm  olunur.
Dünya  uşaq  ədəbiyyatı  içərisində  özünəməxsus yeri 
olan  “Ellada  qəhrəmanları"  adlı  kitab  bəşər  xalqına  zən-
____
Azərbaycançılıq və  vətənpərvərlik məfkurəsi
_____
fo
 
109
 ca

gin  bir  irs  bəxş  etmiş  ellinlərin-qədim  yunanların  mifologi­
ya  qəhrəm anları  Yazon  və  Herakldan  bəhs  edir.  Kitabda 
adı  çəkilən  arqonavtlar  (gəmi  və  dəniz  səyyahı  mənasını 
verir)  qədim   yunan  mifologiyasında  əjdahanın  qoruduğu 
qızılyunlu  qoç  dərisini  gətirmək  üçün  Yasonun  başçılığı 
ilə  “A rq o ”  gəmisində  Kolxidaya  gedən  qəhrəmanlardır. 
C adugər  qadın  Medeyanın  köməyi  ilə  arqonavtlar  qızıl- 
yunlu  qoç  dərisini  ələ  keçirmiş  və  Yunanıstana  gətirmiş­
dilər.  Kitabın  birinci  hissəsində  qızıl  yun  dalınca  Kolxida­
ya  yollanan  arqonavtlar  və  onların  başçısı  Yazondan  da­
nışılır.  İkinci  hissədə  isə  yunan  miflərinin  ən  güclü  qəhrə­
m anlarından  olan  Heraklın  on  iki  qoçaqlığından  bəhs 
edilir.
Tanınm ış  rus  şairi  Ivan  Savviç  Nikitinin  şeirlərində 
uşaqlara  qayğıkeş  münasibət  xüsusi  yer  tutur.  Sonralar 
xəstə  ikən  yazdığı  “Uşaqlıq  xatiratı”  adlı  şeirində  şair  öz 
uşaqlıq  illərini  həsrətlə gözünün  önündə canlandırır:
Nə yaxşıdır uşaqlığın  halları,
Nə  gözəldir uşaqlıq xəyallan!
Yada  gəlir ağlamağım,  şadlığım,
Bu  dünyanın qəmindən  azadlığım.
Şeirin  digər  misralarını  oxuduqca,  çöhrəmizə  tə­
bəssüm  qonur:
Şirin-şirin  nənəm  nağıllar deyir,
Mənim  yuxum qaçır,  nənəm əsnəyir.
Ş air  haqlıdır.  Doğrudan da  uşaqlığın xəyalları  yaxşı­
dır,  pakdır,  safdır,  gözəldir,  əvəzolunmazdır.  O,  ömür bo­
yu  insana  sədaqətli  dost,  həmdəm  olur.  Uşaqlıq  aləmi 
m üqəddəs  kainatdır.  Gəlin  hamımız  bərabər  bu  kainatı 
sevək,  əzizləyək və qoruyaq!
“Azad Azərbaycan” qəzeti,
1  aprel 2012-ci il
___________________Reyhan_Mirzazada_________________so770ca_UŞAQLAR_DÜNYANIN_ƏN_BÖYÜK_SƏADƏTİDİR'>______ ___ ______
Reyhan Mirzazada
_______________
so770ca
UŞAQLAR  DÜNYANIN  ƏN 
BÖYÜK SƏADƏTİDİR
“Uşaq  kitabları  tərbiyə  üçün  yazılır,  tərbiyə  isə 
böyük işdir: o,  insanın taleyini həll e d i r .
____
Azərbaycançılıq va vatanparvarlik mafkurasi
____
V.Belinski 
Rus yazıçısı, 
filosofu və ədəbi tənqidçisi
“İnsanın  başqaları  üçün  görə  biləcək ən  yaxşı  iş  öz 
ailəsində  ləyaqətli uşaqlar tərbiyə etməkdir'’.
Çingiz Aytmatov 
Qırğız yazıçısı  və ictimai xadimi
İki  xalqın  görkəmli  simalarının  dəyərli  fikirlərini 
iqtibas  seçməyim  təsadüfi  deyil.  Həqiqətən  tərbiyə  ailə­
də  müqəddəs  vəzifə  olmaqla,  həm  də  ciddi  ümumxalq 
işidir,  ictimai  işdir,  vətəndaşlıq  borcudur.  Tərbiyə  işinin 
uşaqlıqdan,  kiçik  yaşlardan  düzgün  qurulmasının  böyük 
əhəmiyyəti  vardır.
Görkəmli  İrlandiya  yazıçısı,  şairi  və  filosofu  Oskar 
Uayld  yazırdı  ki,  uşağa  buyurmaq yox,  öyrətmək,  yol gös­
tərmək;  idarə  etmək  yox,  istiqamət  vermək;  əmr  etmək 
yox,  məsləhət  vermək;  öyüd  vermək  yox,  isbat,  sübut  et­
mək  lazımdır.  Uşaqlara  qarşı  mümkün  qədər tələbkar ol­
maq,  amma  mümkün  olduğu  qədər də böyük hörmət qoy­
maq  lazımdır  Tələb etməzdən  əvvəl,  öyrətmək  lazımdır.
Görkəmli  fars  şairi  Sədi  Şirazi  deyib:“Uşağa  yalnız 
ana-ata  olmaq  kifayət deyildir,  həm də ona yaxşı  dost,  əsl 
sirdaş olmaq  lazımdır.
so 
111
 oa

Rus  yazıçısı  Maksim Qorkinin  tövsiyəsi  idi:“Belə elə­
mə”  az deyilməlidir.  Göstərmək lazımdır:  bax,  belə elə".
Azərbaycanın  maarifpərvər  yazıçı  və  filosofu  Mirzə 
Fətəli  Axundzadə  dönə-dönə  bildirirdi  ki,  uşaqları  tərbiyə 
edərkən  onlara  çubuq  və  sillə  vurmaq  uşaqların  əxlaqını 
pozur,  təbiətini  alçaldır,  fitri  cövhərini  boğur,  onların 
qorxaq  və  yalançı  olmalarına səbəb olur.
Deməli,  uşaqların  tərbiyəsində  ailənin  və  cəmiyyətin 
üzərinə  böyük  məsuliyyət  düşür.  Bu  yolda  ən  güclü  təsir 
qüvvələrindən  biri  ədəbiyyatdır.  Xalqın  sabahı,  xoşbəxt 
gələcəyi  naminə  balalarımızın  mükəmməl  tərbiyə  alıb 
böyüməsində  həlledici  amil  kimi  uşaq  ədəbiyyatının  rolu 
danılmazdır.
Məşhur  alman  yazıçısı  Jella  Lepmanın  “Uşaqlara 
kitab  verin,  bununla  onlara  qanad  vermiş  olacaqsınız" 
fikirləri  reallığı  əks  etdirir.  Bu  xanımın  təşəbbüsü, 
YUNESCO-nun  Beynəlxalq  Uşaq  və  Gənclər  Ədəbiyyatı 
Şurasının  qərarı  ilə  1967-ci  ildən  etibarən  dünya  şöhrətli 
nağılçı  N.Andersenə  hörmət  və  sevgi  əlaməti  olaraq, 
yazıçının  doğum  günü-2  aprel  tarixi  Beynəlxalq  Uşaq 
Kitabı  Günü  elan  edilib.  Hər  iki  ildən  bir  həmin  tarixdə 
uşaq  yazarlarına  və  kitab  qrafikası  rəssamlarına  Ander- 
senin  adını  daşıyan  beynəlxalq  mükafat  -  Qızıl  Medal 
təqdim  olunur.  Yalnız  həyatda  olan  müəlliflərə  verilən  bu 
mükafatı  “Balaca  Nobel” adlandırırlar.
Mütəxəssislər  deyirlər  ki,  insan  yaddaşının  təsirləri 
ən  yaxşı  qavrayan,  ən  həssas  dövrü  5-12  yaşlardır.  Bu 
dövrdə  uşağın  ətrafında  hər  şey  gözəl  və  rəngarəng  ol­
malıdır:  geyimi  də,  eşitdiyi  sözlər  də,  mahnılar  da,  divar­
dakı  bədii  lövhələr  də,  ata-ananın,  yaxud  müxtəlif  tərbi­
yəçilərin  bir-birinə  münasibəti də.
İlk  dəfə  körpə  yaddaşına  nəqş  olunan  bütün  bu  yeni 
təsirlər  çox  dərin  izlər  buraxır  və  əksəriyyəti  ömürlük
_______________
Reyhan Mirzəzadə
________________
ю  
112
 ся
hafizədə  qalır.  Yəqin  buna  görədir  ki,  uşaqlıqda  eşitdiyi­
miz  “Şəngülüm-şüngülüm",  “Ala-bula  boz  keçi",  “Gəl-gəl, 
a yaz günləri" yaddaşımızda  həmişəlik yaşayır.
İstər  ölkəmizdə,  istər  başqa  məmləkətlərdə  uşaq 
ədəbiyyatında təzə  nümunələr  üzə  çıxdıqca,  mənəvi  sər­
vətimiz  zənginləşdikcə,  uşaqlarımızın  yaddaş  xəzinəsinə 
yeni-yeni  qiymətli  incilər  daxil  olur.  Bu,  çox  sevindiricidir. 
Lakin  etiraf edək  ki,  bu gün  arxivlərimizdə də  ötən  dövrlə­
rin  yadigarı-balacalar  üçün  yazılmış  zövq  oxşayan  gözəl 
poeziya  nümunələri  az  deyil.  Latın  əlifbasına  keçdikdən 
sonra  dünyanın  müxtəlif  xalqlarına  məxsus  olan  uşaq 
şeirlərinin  heç  də  hamısı  yeni  əlifba  ilə  nəşr  olunmayıb. 
Unudulmasın  və  balalarımız  bu  şeirlərdən  faydalansın 
deyə,  ən  müxtəlif  mənbələrdən  onları  tapıb,  seçib  Bey­
nəlxalq  Uşaq  Ədəbiyyatı  Günü  münasibəti  ilə  bəzilərini 
bütöv,  bəzilərini  ixtisarla balaca  şeirsevərlərimizə  hədiyyə 
etmək  arzusundayam.
Əvvəlcə  uşaq  ədəbiyyatı  barədə  məni  düşündürən 
məsələlərdən söz açmaq  istərdim.
Balacalar  üçün  yazılan  əsərlərə,  uşaq  poeziyası­
na  dərindən  bələd  olduqca,  bir daha  anlayıram  ki,  uşaq 
yazıçısı,  yaxud  şairi  hər  şeydən  əvvəl  tərbiyəçi  və  peda- 
qoq  olmalıdır.  Çünki  onun  üzərinə  bədii,  keyfiyyətcə  zən­
gin  əsər  yaratmaqla  bərabər,  eyni  zamanda  tərbiyə  et­
mək,  ləyaqətli,  cəsur, Vətənini  və xalqını  sevən  sədaqətli, 
bir sözlə,  əsl  insan yetişdirmək vəzifəsi düşür.  Götürək  bu 
sadə  və  səmimi  misraları  Ukrayna  şairi  Platon  Nikitoviç 
Voronkonun  “Ən  gözəl yer Vətəndir" şeirindən:
Durna-durna-dur-durna!
Çox gəzdi  qur-qur durna.
Qanadını  yordu  o,
Ayağını  qırdı  o.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
to 113
 oa

Soruşduq  biz durnadan:
-Haradır ən  gözəl yer?
Durna  uçdu durmadan:
-Ən gözəl yer Vətəndir!
Görün  bu  bir  neçə  kəlmədə  körpə  şüurlara  Vətənə 
məhəbbət,  Vətənə  bağlılıq  necə  həssas  duyğular və təbii 
çatarlarla  aşılanır.  İlk  baxışdan  adama  elə  gəlir ki,  bunları 
yazmaq  asandır.  Amma elə deyil.
Uşaq  ədəbiyyatının  öz  səciyyəsi,  mürəkkəb  xüsusi- 
yətləri vardır.  İstər şeir olsun,  istər nəsr nümunəsi,  burada 
surətin  reallıq  və  canlılığı,  hadisələrin  təbiilik  və  axarlılığı, 
təsvirin  oynaqlıq  və şirinliyi,  mükalimələrin  yığcamlığı,  nə­
inki  sözlərin,  səslərin  belə  qulağı  oxşaması,  durğu  işarə­
lərinin  yerli-yerində  işlənməsi  əsas  və  başlıca  şərtlərdən­
dir.  Çünki  uşaqlar  bədii  ədəbiyyatda  şüarçılıq  və  yersiz 
haşiyələri  sevmir,  onlar  yazıçıdan  sübut  və  nəticə  tələb 
etmirlər.  Onlara  surət,  boya  və  səs  lazımdır.  Uşaqlar 
üçün  yazılan  əsərlərdə  hər  şeydən  əvvəl  əyləndirici, 
cəzbedici  və  sövqedici süjet xətti olmalıdır.  V.  Belinski de­
mişdi  ki,  uşaq  yazıçısı  titrətən  bu  qabiliyyətə  malik  olma­
lı,  sonradan  uşaq yazıçısı  olmamalıdır.  Bu  da  bir növ ver­
gidir.  Burada  yalnız  istedad  deyil,  xüsusi  bir  düha 
lazımdır.  Bəli,  uşaq  yazıçısının  yaranması  üçün  çox,  ol­
duqca  çox  şərtlər  vardır:  nəcib,  sevən,  riqqətli,  sakit, 
körpə  qəlbi  kimi  saf  bir  ürək,  yüksək  məlumatlı  bir  ağıl, 
əşyalara  aydın  bir  baxış,  yalnız canlı  təsəvvür deyil,  həm 
də  yaradıcı,  şairanə  bir  xəyal,  hər  şeyi  canlı,  rəngarəng 
surətlər halında təsəvvür etməyə qabil  bir xəyal  lazımdır.
Aydındır  ki,  uşaqlara  məhəbbət,  uşaq  yaşının  tələb, 
xüsusiyyət  və  təfərrüatını  dərindən  bilmək  də  ən  mühüm 
şərtlərdəndir.  Uşaq  yazıçısı  sənətkarlığının  bu  “sirri"nə 
gəlincə,  bu,  yalnız  uşaq  ədəbiyyatında,  hətta  yalnız
_________________Reyhan_Mirzəzadə__________________s_o_/_76_ca'>_______________
Reyhan Mirzəzadə
_____________ __
so1J4e&
ədəbiyyatda  deyil,  bütün  sənətlərdə  sənətkarın  istedadı 
məsələsidir.  Ümumiyyətlə,  sənətkardan  öz  sənətinə  tək 
istedad  tələb  olunursa,  uşaq  yazıçısından,  uşaq  rəs­
samından,  uşaqlar üçün  yazan  şairdən,  uşaq  tərbiyəsi  ilə 
məşğul  olan  hər  bir  şəxsdən  əlavə  olaraq,  xüsusi  pedo- 
qoji  istedad,  tərbiyəçilik  qabiliyyəti,  eyni  zamanda  uşaq­
lara  böyük  qayğı  və  məhəbbət  tələb  olunur.  Çünki  uşaq­
ların  başa  düşəcəyi  kimi  sadə  yazmaq,  fikirləri  şux,  bədii 
obrazlı  ifadə  etmək o qədər də  asan  iş deyil.  Voronkonun 
“Bahar nəğməsi” nə diqqət yetirək:
- Bahar,
Bahar 
ay Bahar!
- Oksana,  gəldim,  nə var?
- Tez qov dumam,  qaçsın,
Novruzgülülər açsın.
Gəlsin  aprelin  səsi,
Deyək “Bahar nəğməsi”.
Bahar güldü ürəkdən:
-Balaca  Oksana,  al,
Bağışladım  sənə  mən 
Günəşli,  xoş günləri,
Meşədəki gülləri,
Bu  “Bahar nəğməsini”
Verdim  sənə,  Oksana,
Mənə də  oxusana.
Zənnimcə,  şərhə ehtiyac yoxdur.
İstedadlı  uşaq  yazıçısı,  şairi  həyata  yaratdığı  qəhrə­
manının  gözü  ilə  baxmağı  bacarmalıdır.  Bu  bacarıq  ya­
zardan  geniş  müşahidə  qabiliyyəti  tələb  edir.  Bir  sözlə, 
uşaq  yazıçısı  və  şairi  məhz  “uşaq  dilində” yaza  bilməlidir.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 115 ea

Mütəxəssislərin  dediyi  kimi,  bu  uşaq  dili  isə  bəzilərinin 
yanlış  başa  düşdükləri tək  heç də  “r” əvəzinə “у",  “ş” əvə­
zinə  “s”,  “k"  əvəzinə  “ç"  hərfləri  işlətməkdən,  yəni  uşaq 
tələffüzünü  yamsılamaqdan  ibarət  deyil.  Eyni  zamanda 
uşaqlar üçün  yazılan  əsərlərdə  sadəliyi  dayazlıqla,  dərin­
liyi  səthiliklə,  məzmunu  sözçülüklə,  təbiiliyi  sadə  təqlid­
çiliklə  qarışdırmaq  da  olmaz.  Uşaq  ədəbiyyatının  dili  can­
lı,  dolğun,  dəqiq,  düzgün,  oynaq,  məzəli  olmalıdır.  Ədə­
biyyatın  başlıca  mövzusu  müasir  həyat  məsələlərindən, 
inkişaf  etmiş  yeni  cəmiyyətin  gələcək  vətəndaşına  layiq 
xarakter  tərbiyə  etməkdir  ki,  bu  cəhətdən  ümumi  ədəbiy­
yatla  uşaq  ədəbiyyatı  arasında  deyərdim  ki,  heç  bir  fərq 
yoxdur.  Uşaq  əsərlərində  çox  sadə  və  adi  məsələlərdən: 
təmizkar,  səliqəli,  sədaqətli  olmaq,  zəifə  kömək,  ata- 
anaya,  böyüyə  hörmət  etmək,  sənət  seçmək  kimi  gün­
dəlik  məsələlərdən  danışılır  ki,  bunlar  da  müasir  dünya 
uşaq  ədəbiyyatının  ən  yaxşı  nümunələri  kimi  sevilir.  Yu­
nan  şairi  Fotula  Yannokopulunun  “Ana  uşağını  çimdi­
rəndə” şeirində olduğu  kimi:
Ağ  köpüklü sabunun,
Suyla dolu  ləyənin,
Gözləyir,  gəl,  çim,  oğlum,
Təmiz olsun bədənin.
...Ağlayır şeytan oğlum 
Canına su dəyəndə.
Amma çiməndən sonra 
Çıxmaq  bilmir ləyəndən.
Ləyən boşalır,  dolur,
Bədəni təmiz olur.
...Ana,  zərif əlinlə 
Çimdir hər vaxt oğlunu.
_______________
Reyhan Mirzəzadə
________________
s o / 76 ca
ö z  göyərçin balanı,
Körpə, şıltaq oğlunu.
Təmiz olsun bədəni 
Təzə yağmış qar kimi,
Ağ olsun qular kimi.
Əbəs  yerə  deməyiblər  ki,  sənət  həyatın  dərsliyidir. 
İtalyan  uşaq yazarı  Canni  Rodarinin “Hər sənətin  ətri  var” 
şeiri  bu  barədə  gözəl  nümunədir.  Şeirdə  sənətlər  haq­
qında  balacalar  məhz  kiçik  yaşlarından  məlumatlandırıl­
maqla  bərabər,  onlarda  sənətə  qarşı  maraq,  zəhmətə 
qarşı  həvəs duyğuları  oyadılır:
Hər bir sənətin 
ö z  ətri olur.
Bişən bulkanın 
Ətri yayılır.
Salsan yolunu 
Emalatxanaya- 
Taxta yonqarı 
Xoş ətir yayar.
Rəngsazın  üst-başı 
Rəng ətirlidir.
Şüşəsalandan- 
Təzə yaxıncın 
Qoxusu gəlir.
Sürücüdən gəlir 
Benzinin  iyi.
Maşın  yağıdır 
Fəhlə pencəyi 
Təzə  ləpənin 
Getmir qoxusu 
Şirniyyatçıdan.
Azərbavcancılıa və vətənpərvərlik məfliurəsi
__ __
so //7  ca

Xələtii  həkim 
Qoxuyur hər vaxt 
Şəfalı dərman.
Şumlayan zaman 
Kotanla  yeri- 
Gəlir kəndlidən 
Torpağın ətri.
Dəniz ətrini,
Balıq  iyini 
Duya  bilərsən 
Balıqçıdan  sən.
Heç  bir şey ətri 
Gəlməz işsizdən!
Tənbəl  varlılar 
Ətirlənsə də 
Gündə o ki var- 
Bunun  xeyiri 
Yoxdur bir kəsə,
Bilin,  uşaqlar!
ö z   milli  dəyərlərinə,  Ana  dilinə,  doğma  xalqına  bağ­
lılığını  başlıca  meyar kimi  önə  çəkməklə,  beynəlxalq  mə­
dəni  ənənələri,  yeni  təfəkkürün  formalaşması  proseslərini 
də  öyrənmək  vacibdir.  Çünki  tərbiyə  yalnız  bir  xalqa,  bir 
millətə  və  bir  nəslə  xas  olmayıb,  bütün  bəşəriyyətə  aid 
olan  ənənədir.  Buna  görə  də  biz  tərbiyəvi  anlayışlara, 
nəzəriyyələrə  və  ideyalara  həm  müxtəlif  millətlərin,  həm 
də  Azərbaycan  xalqının  istər  şifahi  ədəbiyyatında  -  ulu 
babalarımızın  idrakı  və  hikməti  ilə  yaranmış  rəvayət,  he­
kayət,  nağıl,  lətifə,  atalar  sözləri  və  zərbi-məsəllərdə,  is­
tərsə də  kitabə və əlyazmalarda tez-tez rast gəlirik.  Bütün 
bunlar  öz  yerində.  Amma  bir  etiraf  da  yerinə  düşür.  Elə 
bir xalq  yoxdur ki,  onun  yeni  nəslinin  tərbiyəsinə  nağıl  qə­
_______________
Reyhan Mirzəzadə
________________
ю  
118
 oa
dər  geniş  yayılan  ikinci  uşaq  ədəbiyyatı  nümunəsi  təsir 
göstərmiş  olsun.  Uşaqlar  nağılları  maraqla  qarşılayır, 
həvəslə  dinləyir,  yaddaşlarına  həkk  edir,  sevə-sevə  bir- 
birilərinə  danışırlar.  Qəribə  əhvalatların  maraqlı  dillə  təs­
viri,  haqqın  nahaq  üzərində  qələbəsi,  sehirli  əşyaların 
möcüzələri,  qorxulu  qüvvələrin  məhvi,  yurda  bağlılıq,  saf 
məhəbbətin  təntənəsi  və  c.  balacaları  əsrarəngiz  bir  alə­
mə  qərq  edir.  Görkəmli  rus  pedaqoqu  K.Uşinski  yazırdı 
ki,  mən xalq  nağıllarını  uşaqlar üçün  yaradılan  və yazılan 
hər hansı  bir əsərdən qat-qat üstün tuturam.
Hələ  məktəbli  ikən  qəzetdə  oxuduğum  maraqlı  bir 
məqalə təbəssümlə yadıma düşür.
1910-cu  ildə  Lev  Tolstoyun  ölümündən  sonra  bir 
uşaq Qorkiyə belə bir məktub yazır:
“Əzizim  Maksim  Qorki,  bütün  rus  yazıçıları  ölüb  get­
dilər.  Bircə  sən  qalmısan.  Mənə  bircə  dənə  nağıl  yaz, 
göndər”.
Qorki  bu  kiçik  məzəli  məktuba  belə  bir  cavab 
yazmışdı:
“Mənim  əzizim  ilyuşa!  Düzdür,  Tolstoy  insandı  -  o, 
vəfat  etdi,  lakin  dahi  bir yazıçı  kimi  o,  hələ  ölməmişdir,  o, 
həmişə  bizimlədir.  Bir  neçə  il  keçəndən  sonra  sən  bö­
yüyüb  boya-başa  çatacaqsan,  Tolstoyun  gözəl  əsərlərini 
özün  oxumağa  başlayacaqsan,  mənim  əziz  balam,  onda 
sən  böyük  sevinclə  hiss  edəcəksən  ki,  Tolstoy  ölməzdir, 
o,  səninlədir,  onu  oxuduqca  həzz alırsan.  Bir  də  Vladimir 
Korolenko  adında  gözəl  bir yazıçı  var.  Atana  de  ki,  o,  sə­
nə  Korolenkonun  “Qoca  zəngçalan"  adlı  hekayəsini  uca­
dan  oxusun.  Məktubuna  görə  təşəkkür  edirəm.  Arzunu 
yerinə yetirib  sənə bir nağıl yazıb göndərirəm".
Bu  gün  xalqlar  və  ölkələr  arasında  əlaqələrin  möh­
kəmləndiyi,  müəyyən  fikir və  münasibətlərin  çox  iti sürətlə 
yayıldığı  bir  vaxtda  uşaqlarımızın  dünyadakı  yaşıdlarının
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin