_____ _________
_Reyhan Mirzəzadə
_______ _
Mustafa Kamal Atatürk
1923-cü ildən bəri bu əzəmətli tarixi günü qardaş
Türkiyə Cümhuriyyəti özünün qürur mənbəyi olan milli
bayramı kimi geniş qeyd edir. Türk dünyasının digər ölkə
lərində olduğu kimi, Azərbaycan xalqı da bu bayram
günündə öz sevincini qardaş Türkiyə ilə, dini bir, dili bir,
qanı bir olan türk xalqı ilə bölüşür.
Tarix və zaman sübut edir ki, müstəqillik yolu çətin
və məsuliyyətli, ağrılı və əzablı, böyük siyasi fırtınalardan
keçən, lakin çox şərəfli və müqəddəs bir yoldur. Bu mü
barizə yolunu keçən hər bir xalq daha da möhkəmlənir,
mətinləşir və bəşəriyyət tarixində öz layiqli yerini tutur. Və
yurdunun, torpağının, ölkəsinin müstəqilliyi naminə bu
xalqın içərisində yetişən fədakar insanların böyük xid-
8o
150 oa
mətləri heç bir zaman unudulmur, onların arzu və
amalları, məqsəd və ideyaları əsrlər boyu nəsillərin, tari
xin zəngin yaddaşında yaşayır. Belə tarixi şəxsiyyətlər
dən biri və xalqının baş tacı olan Mustafa Kamal Atatürkü
xüsusi qeyd etmək istəyirəm.
Tarix boyu bir çox dövlət və imperiyalar quran
türklər, sonuncu dəfə dünyanın ən böyük və ən uzun
ömürlü imperiyasını yaratmışlar. Bu dövlət 600 ildən çox
yaşamış. Birinci Dünya müharibəsində məğlubiyyətə
uğramışdı. Bundan sonra Türkiyənin həyatında olduqca
çətin dövr yaranmışdı. Çünki 1918-ci ilin 30 oktyabrında
imzalanan Mudros sülh müqaviləsinin şərtlərinə görə,
Anadolu torpaqları yadellilər tərəfindən işğal olunmağa
başlanmışdı.
Xalqın xarici işğalçılara qarşı müqavimət hərəkatını
təşkil etmək üçün 1919-cu il mayın 12-də 19 nəfərlik bir
dəstə ilə Qara dənizdəki Samsun limanına gələn Mustafa
Kamal Atatürk, ölkənin o vaxtkı vəziyyətini belə təsvir
edirdi: “Osmanlı İmperiyasının daxil olduğu dövlətlər
qruplaşması müharibədə məğlub olub. Orduda aləm bir-
birinə qarışıb. Bizim üçün əlverişsiz şərtlərlə sülh bağla
nıb. Uzun illər müharibədən üzülmüş ölkədə yoxsulluq
hökm sürür... Antanta ölkələri barışığa gəlmək fikrində
deyillər. Onlar müxtəlif bəhanələrlə hərbi dəniz və piyada
qüvvələrini İstanbula cəlb edirlər. Fransızlar Adana vila
yətini, ingilislər Urfanı, Maraşı işğal ediblər Konyada İta
liya qoşunları yerləşdirilib..."
Göründüyü kimi, işğalçılar Türkiyəni tamam bölüş
dürməyə hazırlaşırdılar. Türklərin əlində yalnız Anadolu
yarımadasının mərkəzindəki beş-altı vilayət qalmışdı.
Türkiyənin fəlakət günü gəlib çatmışdı. Marşal və
generallar bütün ümidlərini itirmişdilər. Çoxları təslim
olmağı üstün tuturdular.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
БО
151 CA
Hər şeyini itirmiş ölkədə tək bir Kişi düşmənlərə
qələbə çalacağına inanırdı. Bu, Çanaqqala müharibəsinin
böyük komandanı Mustafa Kamal idi. Həmin vaxt koman
dan müsahibə aparan jurnalistə bildirmişdi:
“Müttəfiqlər indi qələbə sevinci içindədir. Qazandıq
larını bölüşmək üçün çəkişirlər. Onların bu zəif damarın
dan istifadə edib Anadoluya keçilərsə, azadlıq döyüşünə
girilərsə, müttəfiqlər əsla müdaxilə edəmməz, sadəcə ola
raq seyrçi kimi qalarlar".
Mustafa Kamal Paşanın müstəqillik uğrunda öz mü
barizə planı var idi O, özünün əvvəllər üzv olduğu “Gənc
Türklər” təşkilatının proqramından fərqli olaraq, silahlı
üsyan yolu ilə hakimiyyəti ələ keçirməyə çalışmırdı. Başa
düşürdü ki, müstəqillik uğrunda mübarizə nə qədər mütə
şəkkil olsa belə, onu tək partiya üzvləri ilə deyil, məhz
xalq ilə bərabər aparmaq lazımdır.
Mustafa Kamal Paşa əmin idi ki,milli inqilab demok
ratik prinsiplərə əsaslansa,qalib gələ bilər və hər şeydən
əvvəl bu mübarizə üçün siyasi zəmin yaradılmalıdır.Buna
görə də Türkiyədə müstəqillik uğrunda mübarizə hərbi
xarakter alanadək öncə siyasi sahədə aparılırdı.Mustafa
Kamalın bütün ideya və amalları geniş kütlənin istəyi ilə
eyni olub üst-üstə düşdüyündən,böyük Türkiyə xalqı
onun arxasında durdu, millət dalınca getdi.Atatürk tarixdə
heç bir komandan və dövlət adamının qarşılaşmadığı gü
cün üzərində qələbə çaldı.Qızğın döyüşlərə sinə gərdi.
Türkiyənin yeni mədəni tarixi bu qüdrətli insanla başladı.
Mustafa Kamal Paşanın Ankaraya gəlişindən sonra
1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi təsis
edilib fəaliyyətə başladı. 1923-cü ilin 13 oktyabrında ölkə
Parlamenti Ankaranı yeni paytaxt elan etdi. Həmin il M us
tafa Kamal Paşanın və onun silahdaşlarının Böyük Millət
Məclisinə verdikləri təkliflə dövlət quruluşunun cüm hu
_______________
Reyhan Mirzəzadə
________________
2 0
152 a
riyyət (respublika) forması qəbul edildi. Daha sonra Ata
türk yekdilliklə Türkiyə Cümhuriyyətinin ilk cümhur baş
qanı, Prezidenti seçildi. Oktyabrın 30-da Mustafa Kamal
Paşanın ən yaxın silahdaşı İsmət Inönü tərəfindən res
publikanın ilk hökuməti qurularaq “Yurdda sülh, cahanda
sülh” təməlləri üzərində yüksəlməyə başladı.
Vətən və xalq qarşısında böyük xidmətlərinə görə
Türkiyə Böyük Millət Məclisi 1934-cü ildə Mustafa Kamal
Paşaya “Atatürk” adım verdi.
Mustafa Kamal Atatürk misilsiz sərkərdə olduğu
kimi, həm də son dərəcə diqqətli, alicənab, qayğıkeş, cə
fakeş, elm və mədəniyyət sahəsində fəaliyyət göstərən
istedadlı insanları qiymətləndirən, onların qədrini bilən
dahi bir şəxsiyyət idi. Oxuduğum xatirələrin birində təsvir
olunan hadisə məni çox kövrəltdi, bu qüdrətli insan göz
lərimdə daha da ucaldı, ona hörmət və ehtiramım daha
da dərinləşdi.
Türkiyənin tanınmış yazarı Əhməd Rasim vaxtilə
böyük və çoxsaylı əsərləri hesabına çoxlu pul qazanmış,
ancaq dünya malında gözü olmadığından onu ehtiyacı
olan insanlara, dostlarına xərcləmişdi. İllər ötdükdən
sonra o, xəstəliyə tutulur Sağlamlığım və gücünü yavaş-
yavaş itirən Əhməd Rasim, ehtiyac içində yaşayır, ö m
rünün bu çağında o, bir idarə işində çalışmaq istəyir.
Elə bu fikirlə də qatara minir. Qatardan düşüb Anka
raya ayaq basdığı zaman dövrünün mütərəqqi hökumət
adamlarından olan ismayıl Müştaq Maykonla qarşılaşır.
Onlar uzun illərdən tanış idilər və bir-birilərinə böyük mə
həbbətləri vardı. Hal-əhvaldan sonra ismayıl Müştaq
soruşur:
- Xeyir ola, ustad? Hansı ruzgar gətirib bura səni?!
Əhməd Rasim kədərqarışıq dalğınlıqla cavab verir:
“Yeməklər öncə dörd evə çatardı, indi birinə də çatmır!..
Azdrbaycançılıa və vatanparvərlik məfkurəsi
____
20 153 CA
Bir loxma çörək tapmışdım, fəqət əlimdən düşüb yuvar
landı, onun dalınca buraya qədər qaçdım, dostum!., indi
həmən çörək aslanın ağzındadı!..”
Bir qədər sonra ayrılırlar. İsmayıl Müştaq Əhməd
Rasimlə aralarındakı söhbəti həmən gecə Çankayada
olduğu kimi Atatürkə danışır. Atatürkün ilk sualı bu olur:
- Nə cavab verdin ona?!
- Heç nə! -deyir Maykon.
Atatürk əsəbləşərək:
- Otuz ildən artıq bu yurdun mədəniyyətinə xidmət
etmiş bir insan sənə “acam” demək istəmiş, əvəzində isə
laqeydlik göstərmisən!..
Həmin gecə polislər Ankaranın hər tərəfini yoxlayıb
Əhməd Rasimi Atatürkün hüzuruna gətirirlər. Atatürk onu
ayaq üstə qarşılayır, süfrədə yanında oturdur. Hal-əhval
dan sonra Atatürk:
- Ustad, - deyir, - İstanbul millət vəkilliyini lütfən
qəbul edərsinizmi?
Əhməd Rasim ayağa qalxıb Atatürkün əlini öpdük
dən sonra:
- Dediyim düz çıxdı. Çörək aslan ağzındaymış!..-
deyir.
Əhməd Rasim 1927-ci ildə İstanbul millət vəkili olur.
Elmə, mədəniyyətə böyük qiymət verən Atatürkün sayə
sində.
Ötən əsrin sonlarında yeni iqtisadi strategiyanı
həyata keçirməyə başlayan Türkiyə, Qərb ilə əlaqələrini
inkişaf etdirmiş və dünya bazarındakı mövqeyini xeyli
yaxşılaşdırmışdı.
Qoca tarixin səhifələrinə türk dünyasının onlarca
böyük hökmdarlarının adları və xidmətləri yazılıb. Aləm-
dar Mustafa Paşa, Alp Arslan, Atilla, Babur şah, Qazi Os
man Paşa, Qılınc Əli Paşa, Köprülü Mehmet Paşa, I Mə-
_________________Reyhan_Mirzəzadə__________________so__154__caa'>_______________
Reyhan Mirzəzadə
________________
so
154
caa
likşah, tV Murad, I Səlim Yavuz, Uluq bəy, Fateh Sultan
Mehmet, Feyzi Çakmak və başqaları.
1938-ci
il noyabrın
10-da dünyasını
dəyişən
Mustafa Kamal Atatürk hələ ölümündən əvvəl, düşmənlər
üzərində qələbə çalarkən öz əməlinə belə qiymət ver
mişdi:
“Allah məni Türkiyəni bəladan qurtarmağa məmur
etdi”
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
“Xalq qəzeti”
27 oktyabr 2001-ci il
ю
155
oa
“HƏR BİR SƏUDİYYƏ İNSANININ ÜRƏYİNDƏ
AZƏRBAYCANIN XÜSUSİ YERİ VAR”
Sovet dövründə Azərbaycan və Səudiyyə Ərə
bistanı Krallığının əlaqələrində fasilə yaransa da, onlar
tarixi və mədəni köklərilə həmişə bir-birinə bağlı məkan
lar olub. Vaxtilə ziyalılarımız, sadə insanlarımız bu mü
qəddəs diyarı böyük arzu və ümidlərlə ziyarət edib.
Azərbaycanın tanınmış şairi, yazıçısı, alimi, mütəfəkkiri
və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun 1847-ci ildə
ən ülvi mətləbi ilə Həcc ziyarətinə getməsi, arzusuna nail
olub son niyyəti kimi Tanrıdan məhz bu torpaqlarda vəfat
etməsini diləməsi, llahinin hökmü ilə Məkkə və Mədinə
şəhərləri arasında, Vadiyi-Fatimədə dünyasını dəyişib
burada dəfn olunması haqqında mənbələrdən həyəcanla
oxumuşam.
Şükürlər olsun ki, müstəqilliyimizin səadəti içində
xalqlarımız yenə bir-birinə qovuşdu. Əlaqələrimiz bərpa
olunub genişləndi. Dünyanın nəhəng iqtisadi mərkəzlərin
dən, inkişaf etmiş güclü dövlətlərindən biri olan Səudiyyə
Ərəbistanı Azərbaycana isti qucaq açdı. Ən çətin günlə
rimizdə bizimlə bərabər oldu. İqtisadiyyatımızın dirçəldil
məsinə kömək etdi, imtiyazlı kreditlər verdi, “Əsrin müqa-
viləsi’’nə töhfəsini əsirgəmədi, təmənnasız qardaş yar
dımları göndərdi, qaçqın və məcburi köçkünlərimizə ən
böyük qayğılarını unutmadı. Beynəlxalq aləmdə Azərbay
can həqiqətlərini müdafiə etdi. Torpaqlarımızın işğalına
etirazını bildirdi. Xocalı faciəsinə qəzəbini bəyan etdi.
Azərbaycana qarşı ədalətsiz mövqeyinə görə, Ermənis
tanla heç bir əlaqə yaratmadı. Bakı və Ciddə şəhərləri
qardaşlaşıb bir daha doğmalaşdı.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda ikinci
dəfə respublika rəhbərliyinə gələrkən Səudiyyə Ərəbis-
_______________
Reyhan Mirzəzadə
________________
ю
156
ca
tam ilə hərtərəfli əlaqələrin genişlənməsinə böyük dəyər
verdi, öndərimizin qardaş ölkədəki müqəddəs yerləri,
Həcci necə böyük məhəbbət və qürurla ziyarət etməsi
gözlərimiz önündən indi də çəkilmir.
Azərbaycan Prezidenti cənab ilham Əliyevin bu ilin
aprelində bəşəriyyətin iki müqəddəs ocağına ziyarəti dün
yanın diqqət mərkəzində oldu. Prezidentimizin bu ocaq
lara məhəbbətli və ehtiramlı yanaşmalarından birini yada
salıram: “...Səudiyyə Ərəbistanı müsəlman dünyasının
mərkəzidir, bu ölkədə bizim ziyarətgahlarımız yerləşir,
Vatikan isə xristian dünyasının mərkəzidir. Dini, milli, mə
nəvi dəyərlərimizə sadiq qalaraq, Azərbaycan uğurla,
əmin addımlarla, müasirləşmə yolu ilə irəliləyir” .
Hörmətli Prezidentimizin müsəlman dünyasının dini
mərkəzi olan Səudiyyə Ərəbistanına xüsusi münasibəti
öz hərarətini müvafiq çıxışlarında hər zaman özünü
göstərir, ötən ay müqəddəs Ramazan ayı münasibəti ilə
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmiş iftar
mərasimində möhtərəm İlham Əliyev nitqində dedi:“ Bir
neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs
Kəbənin içində dualar edərək niyyət etmişdim ki,
Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu
məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında
mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi
nəsib olub. Müqəddəs Kəbənin qapıları mənim, şeyx
həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən
müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə
dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi
mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu,
atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman
kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və
eyni zamanda xoşbəxt adamam ki, müqəddəs Kəbənin
içində üç dəfə dualar etmişəm”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 157
03
ölkə rəhbərimizin öz müsəlmanlığından qürur duy-
ması və bunu fəxrlə ifadə etməsi İslam aləminə böyük nü
munədir. Elə bu parlaq yanaşma ilə də Prezidentimizin
böyük dəyər verdiyi məmləkətə yollanacaq çoxsaylı in
sanlarımızın Həcc ziyarəti və bu dost, qardaş ölkənin milli
bayramı ərəfəsində Səudiyyə Ərəbistanı Krallığının səfir
liyində ölkənin birinci diplomatı ilə maraqlı söhbətim oldu.
Müsaid bin ibrahim əs-Süleym Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfi
ri, qardaş ölkənin təcrübəli diplomatlarından biridir.
O,
1963-cü ildə Uneyzədə anadan olub. Ər-Riyad-
dakı Kral Səud adına Universitetdə hüquq sistemləri,
London Universitetində beynəlxalq və diplomatik araşdır
malar üzrə ali təhsil alıb, ingilis, yapon və ispan dillərini
bilir.
Səudiyyə Ərəbistanı Krallığının daxilində və xari
cində təşkil edilmiş siyasi, diplomatik, iqtisadi inkişafla
bağlı tədqiqatlara həsr olunan çoxsaylı kurs və kon
franslarda iştirak edib, ixtisaslaşmış bir çox daimi və qey
ri-daimi komissiyaların üzvü olub. Ərəb Ölkələri Əmək
daşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Mil
lətlər Təşkilatı çərçivəsində bir sıra Zirvə Toplantıları,
nazirlər görüşü, Komissiya iclaslarında iştirak edib.
Cənab Müsaid bin İbrahim əs-Süleymin səfir kimi ilk
təyinatı isə məhz bizim ölkəmizə, Azərbaycan Respub
likasına olub.Yurdumuza və xalqımıza böyük sevgisi olan
səfirlə söhbətimizdə ilk sualım da elə bu barədə oldu:
- Cənab səfir, ölkəmizə gəlməmişdən əvvəl Ya
poniya və Böyük Britaniya kimi fərqli dövlətlərdə diploma
tik fəaliyyətdə olmusunuz. Səudiyyə Ərəbistanı Krallığının
Xarici İşlər Nazirliyində məsul vəzifə - beynəlxalq iqtisadi
əlaqələr şöbəsinin müdiri vəzifəsindən sonra səfir kimi ilk
_______________
Reyhan Mirzəzadə_
________________
so 158
c a
təyinatınızı məhz Azərbaycana almısınız. Gəlməmişdən
əvvəl Azərbaycanı necə tanıyırdınız?
- Şübhəsiz ki, hər bir Səudiyyə insanının ürəyində
Azərbaycanın xüsusi yeri var. Səudiyyə xalqının digər
nümayəndələri kimi, mən də Azərbaycanı qədim tarix və
zəngin mədəniyyətə malik olan, bizim üçün əziz bir
müsəlman ölkəsi kimi yaxşı tanıyırdım. Azərbaycan Res
publikasının müstəqilliyindən sonra xalqlarımız əlaqələrini
yenidən gücləndirməyə başladılar. Qarşılıqlı səfərlərin
artması onların bir-biri ilə daha çox tanış olmasına, mü
asir nailiyyətləri barədə yeni məlumatlar əldə etməsinə
şərait yaratdı Hazırda xalqlarımız və ölkələrimiz arasında
birbaşa təmaslara və münasibətlərə mane olacaq heç bir
çətinlik yoxdur. Ona görə də qardaş Azərbaycam yaxşı
tanıyırıq və onun sevincini də, qəmini də bölüşürük.
- İki qardaş ölkə - Azərbaycan və Səudiyyə Ərəbis
tanı Krallığı arasında dostluq və əməkdaşlıq yüksək sə
viyyədədir Bu əlaqələrin yaradıcıları ümummilli liderimiz
Heydər Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Fəhd
ibn Əbdüləziz əl - Səud (Allah hər ikisinə rəhmət eləsin!)
olmuşlar 1994-cü ildə Heydər Əliyevin ölkənizə ilk rəsmi
səfəri zamanı Azərbaycan Respublikası və Səudiyyə
Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisi
ya, texnika, mədəniyyət, gənclər və idman sahələrində
əməkdaşlığa dair Baş Saziş imzalanıb. Baş Saziş əlaqə
lərimizdə hansı perspektivlər yaratdı?
- Məlum olduğu kimi, ölkələr arasındakı əlaqələrin
hüquqi bazaya ehtiyacı var. Bayaq qeyd etdiyim kimi,
Azərbaycanın müstəqilliyindən, yəni keçən əsrin 90-cı il
lərindən qabaq ölkələrimiz arasında heç bir əlaqə ol
mamışdı. Amma mərhum Azərbaycan Prezidenti Heydər
Əliyevin Krallığa rəsmi səfəri çərçivəsində, 1994-cü ilin
10 iyul tarixində Azərbaycan Respublikası hökuməti ilə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so /59 ca
Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında imza
lanmış Baş Saziş iki ölkə arasında müxtəlif sahələr üzrə
əməkdaşlığına güclü hüquqi bünövrə yaratdı. Adından
göründüyü kimi, bu iqtisadiyyat, ticarət, investisiya, texni
ka, mədəniyyət, gənclər və idman sahələrində əməkdaş
lığın mühüm sahələrini müəyyən edən əsas və geniş bir
Sazişdir. Daha sonralar ikitərəfli əlaqələrimizin hüquqi
çərçivələrini müəyyən edən digər mühüm sazişlər də
imzalandı. Bununla belə, qeyd edilən Baş Saziş qardaş
ölkələrimizin əlaqələrini konkret hüquqi baza üzərində
gücləndirməsində önəmli rol oynamışdır.
- Xalqlarımız arasında
mədəni əlaqələr qədim
tarixi köklərə malikdir. Hələ orta əsrlər boyunca bir çox
Azərbaycan şairləri ərəb dilində də böyük əsərlər yara
dıblar. Bir faktı da yada salmaq istəyirəm, 2010 -cu ildə
Xarici İşlər Nazirliyinizin Diplomatik Araşdırmalar institu
tunda "Heydər Əliyev və Azərbaycanda milli siyasət”
kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı bizdə xoş
duyğular yaratdı. Bu, mədəniyyətlərimizə bəxş olunan gö
zəl bir töhfə idi. 2007-ci ildə Səudiyyə Ərəbistanındakı
Azərbaycan mədəniyyəti günləri, 2008-ci ildə isə Azər
baycandakı Səudiyyə Ərəbistanı mədəniyyəti günləri
xalqlarımızın xatirəsində unudulmaz izlər qoydu. Bu sa
hədə gələcəkdə yeni planlar varmı?
- Bu gün mədəniyyət əlaqələrimiz tam sürəti ilə
irəliləməkdədir. Mədəniyyət sahəsində məsul şəxslərin
qarşılıqlı səfərləri həyata keçirilir. Bu yaxınlarda Səudiy
yə Ərəbistanından yüksək səviyyəli nümayəndə heyəti,
18-19 may tarixində Bakıda keçirilən III Ümumdünya Mə-
dəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün
Azərbaycana səfər etmişdilər. Bu cür forumlar dünya
xalqları arasında mədəniyyət mübadiləsi həyata keçir
məkdə böyük əhəmiyyətə malikdir. Bu Forum çərçivəsin
_______________
Reyhan Mirzəzadə
_________________
Ю
1büCA
də ikitərəfli mədəniyyət əlaqələrimizin möhkəmləndiril
məsi məqsədi ilə mühüm toplantılar keçirilmişdir. Bundan
əlavə, hazırda “Səudiyyə Ərəbistanı Krallığının Mədəniy
yət və informasiya Nazirliyi ilə Azərbaycan Respublika
sının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniy
yət sahəsində əməkdaşlıq haqqında icraiyyə proqramı”
layihəsinin hazırlanması üzərində iş gedir. Qeyd edilən
Proqram iki ölkədə bir çox maraqlı mədəniyyət tədbirləri
nin keçirilməsini nəzərdə tutur Yaxın vaxtlarda bu Proq
ramın hazırlanması başa çatandan sonra oradakı tədbir
lər haqqında ətraflı məlumat veriləcək.
- Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev öl
kəmizlə Səudiyyə Ərəbistanı arasında hərtərəfli əlaqələ
rin inkişafına xüsusi diqqət ayırır. Bu baxımdan cənab
Əliyev mütəmadi olaraq ölkənizə səfərlər edir. Dörd ay
əvvəl ölkə başçımız cənab İlham Əliyevin Səudiyyə
Ərəbistanına səfəri ölkələrimizin dostluq və əməkdaşlıq
tarixində yeni səhifələr açdı. Bu hadisə ölkənizin və icti
maiyyətinizin həyatında hansı təəssüratları yaratdı?
- Düzü, zati-aliləri Prezident İlham Əliyevin Sə
udiyyə Ərəbistanına səfəri nəinki ölkəmizdə, eləcə də
xaricdə böyük diqqətə səbəb olmuşdur. Bütün dünya me-
diyası bu səfəri geniş işıqlandırmışdır. Ər-Riyad şəhərin
də onu qarşılayanların önündə İki Müqəddəs Məscidin
Xadimi Kral Salman bin Əbdüləziz Al Səud (Allah onu
qorusun!) və Krallığın ali rütbəli şəxsləri var idi. Məncə
qarşılanma və görüşlərin səviyyəsi Krallığın zati-aliləri
Prezidentə və Azərbaycan xalqına bəslədiyi hörmət və
ehtiramın bariz nümunəsidir. Bəlkə də ev sahibləri kimi
bizim Azərbaycan Prezidentinə göstərdiyimiz yüksək ilti
fat və qonaqpərvərlik haqqında danışmaq düz olmazdı.
Məncə bu səfər haqqında təəssürat ən gözəl formada
Azərbaycan Prezidentinin özü tərəfindən ifadə olunub
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 76/ ca
Zati-aliləri, Prezident iyulun 17-də müqəddəs Ramazan
ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
təşkil olunan iftar süfrəsi zamanı məmnunluqla buyur
muşdur ki, iki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərə
bistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin
qapıları onun və ailə üzvlərinin üzünə açılmışdır və həm
çinin o xoşbəxt adamdır ki, müqəddəs Kəbənin içində üç
dəfə dualar edib. Qeyd etməliyəm ki, bu səfər zamanı iki
qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparılmış və bu əməkdaşlığın
müxtəlif sahələr üzrə, o cümlədən neft-qaz, turizm, kənd
təsərrüfatı, qarşılıqlı investisiyalar sahəsində möhkəm
ləndirilməsi yolları müzakirə olunmuşdur. Allah qoysa,
yaxın vaxtlarda bu müzakirələrin səmərəsini görəcəyik.
- Cənab
səfir,
ölkələrimiz
arasında
qarşılıqlı
surətdə tələbə və müəllim mübadiləsi, onların hazırlığını
nəzərdə tutan müvafiq memorandum mövcuddur. Bun
dan əlavə, Krallıqla Azərbaycan arasında gənclərdən iba
rət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata ke
çirilir. Bu barədə fikirlərinizi bilmək istərdik.
Azərbaycan və Səudiyyə Ərəbistanı Təhsil Nazirlik
ləri arasında 15 yanvar 2007-ci il tarixində imzalanmış
“Elmi və Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Memo
randum” hər iki ölkə universitetlərinə şərait yaratdı ki,
onlara uyğun olan təhsil müəssisələri ilə ikitərəfli əlaqələr
qursunlar. Buna uyğun olaraq, hazırda hər iki ölkənin bə
zi hökumət və özəl universitetləri arasında ikitərəfli əmək
daşlıq və birgə təhsil mərkəzlərinin yaradılması ətrafında
danışıqlar gedir.
İmzalanmış “Elm və Təhsil Sahəsində Əməkdaşlıq
Haqqında Memorandum"un canlandırılınası üçün son za
manlar Azərbaycan Respublikasının Nazirlər Kabineti ya
nında Tərcümə Mərkəzi ilə Səudiyyə Ərəbistanı Təhsil
Dostları ilə paylaş: |