_______________
Reyhan Mirzəzadə_
________ _______
Ю /62 oa
Nazirliyinin nəzdində olan Tərcümə İdarəsi arasında
əməkdaşlıq əlaqələri qurulmuşdur. Memorandumun 13-
cü maddəsinə uyğun olaraq, razılığa gəlinmişdir ki, Kral
lıq və Azərbaycanın ərəb və Azərbaycan dillərində olan
ən mühüm elmi və ədəbi kitablarının seçilməsi üçün hər
iki tərəfdən komissiya təşkil edilsin. Həmin kitablar iki ölkə
universitetləri nəzdindəki tərcümə mərkəzləri ilə əmək
daşlıq edilməklə, tərcümə olunsun. Həmçinin qərara alın
mışdır ki, Səudiyyə Ərəbistanı universitetləri ilə müvafiq
Azərbaycan universitetləri arasında ümumi maraq kəsb
edən sahələr üzrə araşdırma fəaliyyəti gücləndirilsin və
həmin işlər ərəb və Azərbaycan dillərinə tərcümə edilsin.
Elm sahəsində əməkdaşlığı daha da inkişaf et
dirmək məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığı Kral
Əbdüləziz adına Tədqiqat və Arxiv Fondundan olan nü
mayəndə heyəti bu ilin may ayında Azərbaycana səfər
etmişdir. Fondun Əlyazmalar Arxiv Sənədlər Mərkəzinin
direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbay
can Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda
olmuş, oranın fəaliyyəti ilə tanış olmuş və əməkdaşlıq
yollarını müzakirə etmişdir. Qərara alınmışdır ki, Kral
Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu ilə Əlyazma
lar İnstitutu arasında əməkdaşlıq sazişi imzalansın. Bu
Sazişə əsasən qurumlar arasında arxiv materialları və
əlyazmaların surətlərinin mübadiləsi həyata keçiriləcək.
Həmçinin qədim Azərbaycan əlyazmalarının rəqəmsallaş-
dırılması - elektron variantın yaradılması sahəsində
əməkdaşlıq ediləcək.
- Dünyanın hər yerində hər cür terror, ekstremizm
və zorakılığın əleyhinə.olan Səudiyyə Ərəbistanı özü də
terrordan əziyyət çəkib. Bu baxımdan keçmiş kral Abdul
lah bin Əbdüləziz əl-Səudun təklifi ilə BMT-nin tərkibində
Terrorla Mübarizə üzrə Beynəlxalq Mərkəz təsis edilib.
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____ _
fo
163 CA
Əlahəzrət kral Mərkəzin effektiv fəaliyyəti üçün ora 100
milyon dollar həcmində maliyyə yardımı ayırıb. İndi həmin
Mərkəzdə işlər necə davam edir?
- Bildiyiniz kimi, terrorizm dövlət, millət, mədəniyyət
sərhədi tanımayan, bəşər cəmiyyətinə təhlükə yaradan
ən ciddi qlobal problem sayılır. Buna görə bu problemin
bütün istiqamətləri, təzahürləri və kökləri aradan qaldırıl
malı, onu doğuran səbəblər həll olunmalıdır. Bu problem
lə mübarizə aparmaq və axırına çıxmaq üçün beynəlxalq
səylər birləşdirilib, daha da artırılmalıdır. Səudiyyə Ərə
bistanı Krallığı əvvəllər olduğu kimi, indi də terrorizmlə
mübarizə aparan dövlətlərin önündə gedir. Krallıq ter
rorizmlə mübarizə üzrə bir çox konfransların keçirilməsini
zəruri hesab edərək, çoxlu təşəbbüslərlə çıxış etmişdir.
Onların ən başlıcası isə sizin qeyd etdiyiniz kimi, 2005-ci
ildə BMT-nin nəzdində terrorizmlə mübarizə üzrə Bey
nəlxalq Mərkəzin yaradılmasının təşəbbüskarı olmaq və
tək region üçün deyil, bütün dünya üçün bir təhlükəyə
çevrilən bu problemin öhdəsindən gəlmək üçün həmin
Mərkəzə 100 milyon dollar yardım göstərməsi olmuşdur.
Hazırda da terrorizmlə mübarizə üzrə bu Beynəlxalq
Mərkəz müxtəlif istiqamətlər üzrə aktiv fəaliyyətini davam
etdirir. Bildiyimə görə, Mərkəzin ən son fəaliyyəti 21-22
iyul tarixində Mərakeş Krallığının Kasablanka şəhərində
30 dövlətin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak
etdiyi beynəlxalq konfransın təşkili olmuşdur. Konfrans
zamanı onlar sərhəd təhlükəsizliyi, terrorizm və mütə
şəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq
əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə et
mişlər. Krallıq arzu edir ki, həmin təhlükəli bəlanın
qarşısının alınması üçün bütün dost ölkələr bu Mərkəzin
fəaliyyətində iştirak etsinlər. Ümumiyyətlə, Krallığın terro
rizmlə mübarizədə oynadığı rol, onun İŞİD təşkilatına
_______________
Reyhan Mirzəzadə
________________
ю
164
oa
qarşı vuruşan beynəlxalq Koalisiyada yer almasında da
öz təcəssümünü tapmışdır. Belə ki, bu ilin sentyabr
ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən
konfrans İŞİD təşkilatına qarşı Beynəlxalq Koalisiyanın
təşkili üçün bir təməl oldu. Krallığın rolu bu təşkilata qarşı
keçirilən hərbi əməliyyatlarda iştirakla məhdudlaşmaya
raq, həmçinin ondan zərər çəkənlərə humanitar yardımlar
göstərmək, terrorçu qrupların maliyyə qaynaqlarının quru
dulması üçün beynəlxalq aləmlə əməkdaşlıq etmək, mər
həmət dini olan islamın təlimlərinə zidd olan bu qrupların
kriminal xarakterini ifşa etmək kimi fəaliyyətləri də əhatə
edir. Güman edirəm ki, bütün bu səylər terrorçuluğun kö
künün kəsilməsini təmin edəcəkdir.
- Cənab səfir, İslam dünyasının ayrılmaz tərkib his
səsi olan Azərbaycan Respublikası ilə Səudiyyə Ərə
bistanım bir sıra doğma amillər bağlayır ki, onlardan biri
də İslamın müqəddəs yerlərinin ölkənizin ərazisində yer
ləşməsi, hər il yüzlərlə azərbaycanlının, digər müsəlman
vətəndaşlarımızın bu yerləri ziyarət etməsi və bu ziya
rətlərin iki qardaş ölkə arasında əlaqələrin genişlənmə
sinə xidmət etməsidir. Zəhmət olmasa deyin, bir müddət
sonra Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələcək yüz
minlərlə zəvvarlar, o cümlədən Azərbaycan vətəndaş
ları üçün hansı yeni əlverişli imkanlar həyata keçirəcək?
- Həcc zəvvarlarına göstərilən xidmət ildən-ilə tək
milləşdirilir. Bu il də təhlükəsizlik, səhiyyə, təşkilati,
xidmət, nəqliyyat, asayiş, profilaktik proqramların həyata
keçirilməsinə böyük qüvvə sərf edilmişdir. Bu, bütün hacı
lara imkan verəcək ki, İslam dininin böyük əsaslarından
olan həmin ayini tam asan və rahat şəkildə icra etsinlər.
Hazırda Allah Evini ziyarət edən hacılara göstəriləcək xid
mətlər, güzəştlər, asayiş təminatı və müqəddəs ərazi
lərdə hərəkəti üçün nizamlanmış nəqliyyatın mükəmməl
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
so /65 ca
sistemi yaradılmışdır. Bu il ziyarətə gələn bütün zəvvar
lar, o cümlədən azərbaycanlı hacılar Krallığın bu sahədə
gördüyü uğurlu işləri öz gözləri ilə görəcəklər. Bu işlərə İki
Müqəddəs Məscidin genişləndirilməsi, ayinlərin keçirildiyi
ərazilərin abadlaşdırılması, yol, körpü və tunellərin inşası,
onlarla xəstəxana, yüzlərlə tibbi mərkəz tikintisi və s.
daxildir. Habelə sevindirici haldır ki, keçən ay Səudiyyə
Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası
Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti ara
sında hava əlaqəsi haqqında Saziş imzalanıb. Bu Azər
baycandan Krallığa və əks tərəfə gedən həcc, ümrə zəv
varlarının, eləcə də adi ziyarətçilərin rahat və tez daşın
masına şərait yaradacaq. Bundan əlavə, birbaşa hava
xəttinin açılması iki ölkə arasında ticarət dövriyyəsi və
turizm mübadiləsinin daha da artıb çoxalmasına imkan
verəcək.
- Sentyabr ayının 23-ü Səudiyyə Ərəbistanı Krallı
ğının milli bayramı - Krallığın yaranmasının 83-cü ildönü
müdür. Bu bayram tədbiri hər il Bakıda da qeyd olunur.Bu
tarixi gün haqqında ətraflı danışmağınızı xahiş edirəm.
- 1932-ci ildə Əlahəzrət Kral Əbdüləziz bin Əbdür
rəhman Al-Səud (Allah ona rəhmət eləsin!) ölkəni “Səu
diyyə Ərəbistanı Krallığı” adı altında birləşdirərək, dün
yaya yeni bir dövlətin yarandığını bəyan etmişdir. Krallıq
həmin hadisəni özünün Milli Günü kimi qeyd edir. Mər
hum qurucu Kral otuz iki il ərzində çox çətin şəraitdə qəh
rəmancasına yeni dövlətin bünövrəsini Allah Kitabı - Qu
rani-Kərim və onun Peyğəmbərinin (Ona Allahın salavat
və salamı olsun!) sünnəsi əsasında quraraq, İslam dininin
qaydaları ilə çiçəklənən, bu dinin saf və humanist təlimləri
ilə dünyaya səs salan, sülh və xeyir yayan, elm və
tərəqqiyə can atan, özünün və bütün bəşəriyyətin daha
gözəl sabahına doğru sürətli addımlarla irəliləyən gənc
_______________
Reyhan Mirzəzadə
________________
ю /66 oa
bir dövlətin qüdrətli memarı olmuşdur. Bu inkişaf və qu
ruculuq prosesi daha sonra onun sadiq övladları tə
rəfindən davam etdirilmiş və onlar dövlətçiliyin bütün
sahə və səviyyələrində müasir tərəqqinin əsasını qoy
muşlar. Məhz bunun sayəsində Səudiyyə Ərəbistanı
Krallığı bu gün İki Müqəddəs Məscidin Xadimi Kral Sal
man bin Əbdüləziz Al-Səudun (Allah onu qorusun!) rəh
bərliyi dövründə özünün ən parlaq günlərini yaşayır.
Onun dövründə Krallıq bir çox sahədə, o cümlədən təhsil,
səhiyyə, bələdiyyə işi, tikinti, yol və kommunikasiya sahə
lərində nəhəng layihələrin şahidi və icraçısı olmuşdur.
Səudiyyə vətəndaşının məişət və təhsil səviyyəsinin
artırılması, həmçinin müasir inkişaf və tərəqqiyə yönəlmiş
digər işlər Krallığı dünyanın mütərəqqi ölkələri sırasına
çıxarmışdır.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
“Azad Azərbaycan” qəzeti,
19 avqust 2015-ci il
/67 oä
“A ZƏ RBAYCANIM IN SƏSİDİR ÖZ SƏSİM”
Yəhya kişinin və Pəricahan xanımın halalçörəkli
ocağında Zeynəb adlı bir körpə doğulanda, heç kimsə bil
mirdi ki, illər ötəcək, bu qızcığaz Azərbaycan adlı məm
ləkətini bütün dünyaya tanıdacaq, milyonlara sevdirəcək.
Milli mədəniyyətimizin beşiyi olan Azərbaycan muğamı,
təsnifi, musiqisi ilə yüzlərlə ölkələri, şəhərləri diyar-diyar
dolaşacaq. Zeynəbi dinlədikcə, Zeynəbi duyduqca qəl
bimdə bir sual oyanır. Bu sənətkar-insanın ruhunda təkcə
fitri istedad, qabiliyyətmi var? Yox, Azərbaycanın mədəni
dünyası hər zaman Zeynəb yetişdirə bilməz. Vətən mə
həbbətli, ülvidiləkli, yanarürəkli, kövrəkqəlbli, kişiqeyrətli
Zeynəb xanım! Axı nə yazım, nə deyim ki, sənin saf dün
yana uyğun gəlsin?
Bəli, Zeynəb halal zəhmətlə yaşayan bir ailədə
doğulub. Bu ailənin saf duyğusu, təmiz dünyası, ülvi niy
yəti tutduğu həqiqət yolu, paklık yolu, enişli-yoxuşlu cı
ğırlarla onu sənət adlı bir varlığın şöhrət zirvəsinə doğru
addım-addım istiqamətləndirib. Zeynəb min bir əziyyətə
qatlaşaraq qora bişirən istilərdə, şaxtanın qılınc kimi
kəsdiyi açıq havalarda, hətta qızdırmadan inildəyən kör
pəsini yataqda gözüyolda qoyub nəhəng meydanlarda,
möhtəşəm salonlarda həvəslə konsertlər verib, oxuyub.
Ona görə yox ki, o təkcə müğənnidir, Zeynəb Xanlaro
vadır, oxumalıdır. Həm də ona görə ki, o, Azərbaycan qı
zıdır, damarlarında azərbaycanlı qanı, qeyrət qanı axır.
Bu qan onun beyninə, ruhuna işləyib. Ona qüvvət verib,
dayaq olub. Planetimizin saysız, hesabsız şəhərlərində,
günəş kimi parıldayan saraylarda Zeynəb Azərbaycam,
doğma yurdunu tanıdıb, sevdirib, dəyərləndirib. Əcnəbi
tamaşaçı Azərbaycan mədəniyyəti, musiqisi qarşısında
səcdə edib. Milyonlarla musiqisevərlər, hətta Azərbaycanı
____
Reyhan Mirzəzadə
___________ _
tn16Sc&
xəritədə tapa bilməyən adi vətəndaş belə Azərbaycan adı
gələndə ayağa durub, təzim edib.
Yaxınlarımdan biri Zeynəb xanımın oğlu Raminə
dərs demiş müəllimlərdən olub. Hər dəfə Ramin yadına
düşəndə “Allah saxlasın, çox tərbiyəli, çox məsuliyyətli
uşaqdır, ağıllı oğlandır, Anasına, ailəsinə layiq baladır.
Ramal da ondan heç geri qalmır”, - deyə Rəna xanım
keçmiş tələbəsini xoş təəssüratla, təbəssümlə xatırlayır.
Zeynəb xanımın övladlarından ağız dolusu söz açır.
Ramin artıq ali təhsilli hüquqşünasdır. Müstəqil döv
lətimizin qanun keşikçisidir. Hüquq-mühafizə orqanlarının
birində çalışır. Ramal isə hələ tələbədir. Gəncliyin ilk
kövrək addımlarını atır.
Müğənninin
ömür-gün
yoldaşı
Səlim
müəllim
həyatın enişli-yoxuşlu yollarında Zeynəb xanıma həmişə
böyük arxa, onun ən yaxın dostu, ən yaxın məsləkdaşı
olub. Bu mehriban ailənin bünövrəsi möhkəm bir təməl
üzərində qurulub. Müğənniyə böyük sənət yollarında
inamla addımlamağa ilham verən, onu daha uca zirvələrə
pərvazlanmağa sövq edən qüvvə də məhz ailəsi olub.
Zeynəb xalqı yolunda həyatını şam kimi yandırıb.
Lakin bu şam getdikcə əriməyib, yandıqca çilçırağa
dönüb, daha çox şəfəq saçıb, milyon-milyon insanın qəl
binə sevinc, xoş ovqat gətirib. İnsanlar bulaq kimi qay
nayan bu səsin qeyri-adi ahəngindən mənən ruhlanıb. Bu
səs saysız-hesabsız adamları düşündürüb. Düşündür
dükcə də həm sevindirib, həm də kədərləndirib. Bu səsin
sədasından Azərbaycan adlı bir Vətən, Azərbaycan adlı
bir bir məmləkət boylanıb. Qəriblikdəki övladlarına həs
rətlə boylanıb Axı qürbətdə yaşayan bir azəri Zeynəbin
səsinə-Azərbaycamn səsinə necə kövrəlməsin, yanaqla
rından göz yaşları necə axmasın? Dünya azərbaycanlı
larını dünya boyda ürəyində birləşdirən azəri qızı! Tanrı-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8 0
7 6 9
0 3
nın qarşısında nə qədər savab qazanmısan! Adını eşidən
şikəst də, səsini eşidən dünya işığına həsrət qalan da
qarşına tələsib. İyirmi il küsülü qalan ata-balanı barış-
dırmısan. Cana ürək, ürəyə can bağışlamısan, Zeynəb!
Zeynəbin mədəniyyətimiz qarşısında, xalqımız qar
şısında xidmətləri olduqca böyükdür. Bu xidmətlər ona
həmişə qol - qanad verib. Böyük mənəvi çalarları ilə onu
bəhrələndirib. Zeynəb daxilən zənginləşib, onun zəhməti
xalqının qəlbində həmişəlik yuva qurub. On il də, yüz il
də, min il də ötsə, Zeynəb unundulmazdır, əbədidir, tək
rarolunmazdır. Zeynəb şöhrət qalasıdır. Zeynəb qeyrət
qalasıdır. Zeynəb Azərbaycan boyda bir məkandır. Zey
nəb əbədi bir kainatdır. Bu kainatın ən parlaq ulduzları
onun nəğmələridir, qitədən-qitəyə, materikdən-materikə,
eldən-elə sərhədsiz dolaşan mahnılarıdır. Harada Zey
nəb varsa, orada Azərbaycan var, Azərbaycan bayrağı
var. Harada Azərbaycan varsa, orada Zeynəb var, orada
zəhmət var, orada sadəlik, səmimilik, orada gözəllik,
orada təravət var. Məhz belə bir xanım cəmiyyətə tər
biyəli balalar, ağıllı övladlar bəxş edə bilər. Qadın kimi,
Ana kimi. Yalnız belə bir insan Ana hissini, Ana duyğu
sunu dərindən başa düşə bilər, oğul qədri, övlad qədri
bilər. Ona görə də Azərbaycan ağlayanda Zeynəb göz
yaşları tökdü, Azərbaycan şəhidlər verəndə
Zeynəb
susdu, nəğmələri hıçqırdı. Tək özü yox, o möhtəşəm sa
lonlar susdu, zeynəbsevərlər susdu. Zeynəb ağı dedi,
igid oğul və qızlarını, torpaqlarını itirən Azərbaycanın
taleyinə layla çaldı. “Oğul!"-deyib nalə çəkən ana-bacıla
rımızın yanğılı fəryadına qoşuldu. Zeynəb aylarla qara
geyindi, dünyanın "Zeynəb, oxu!” deməyə cəsarəti çat
madı. Zeynəbin qara örpəyindən ürəyində zərrə qədər
mərhəmət olan erməni də içində xəcalət çəkdi, öz qan
içən soydaşlarına nifrət etdi. “Azərbaycan"m, “Azərbay
_________________Reyhan_Mirzəzadə___________________яо__17_C'>_______________
Reyhan Mirzəzadə
_________________
яо
17 C
ca
can m aralfnın, “ Bakı gecələri” nin, “Xəzər oğlu" nun,
“Göygöl”ün, “ÇahargalY’ın, “Dağlar”ın, “So!maz”ın, “Xali-
də"nin, “Reyhan”ın, "Leylican’ ın yanıqlı həsrəti, Zeynəbin
şəffaf səsi, büllur nəğmələri üçün düşmən də qəribsəyir,
için-için göynəyirdi.
Zeynəb Xanlarovanın xarici ölkələrə ilk qastrol səfəri
düz 34 il bundan öncə, 1963-cü ilin oktyabrında Bolqa
rıstana olmuşdu. Həmin il Bolqarıstan Xalq Respublika
sında Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Res
publikamızın görkəmli mədəniyyət ustaları sırasında Zey
nəb də ongünlüyün iştirakçısı idi. O, bir sıra xalq nəğ
mələrini, muğamları və bəstəkarların ən yaxşı mahnılarını
seçib repertuarına daxil etmişdi. Azərbaycan mədəniyyəti
dost ölkədə bütün çalarları ilə təmsil olunmuşdu. Yerli
qəzetlər Zeynəb Xanlarovanın fotoşəklini dərc etmiş və
çıxışları barədə müsbət rəylər vermişdi. "Rabotniçesko
delo" qəzetində yazılırdı "Azərbaycan xanəndəlik məktəbi
bütün Yaxın Şərqdə şöhrət tapmışdır. Xalq musiqisi ya
radıcıları həmişə el-obada hörmətlə qarşılanmışlar. Son
zamanlar böyük səhnəyə ayaq açmasına baxmayaraq,
Zeynəb Xanlarovanı da doğma xalqı çox sevərək əziz
ləyir. Buna o, özünün istedadı və oxumaq bacarığı sayə
sində nail olmuşdur İndi ölkəmizdə keçirilən Azərbaycan
mədəniyyəti günlərinin bədii proqramında çıxış edən
Zeynəb Xanlarovanı şəxsən görüb dinlədikdən sonra
yuxarıdakı rəyin reallığına inanırıq".
Müğənni Azərbaycanın musiqi tarixində həm də ona
görə özünəməxsus yer tutub ki, “Çahargah” kimi çətin
muğamı qadın sənətkarlar arasında ilk dəfə məhz Zey
nəb xanım Xanlarova oxuyub Və Zeynəbin “ÇahargahV
nı Seyid Şuşinski, Şəmsi Bədəlbəyli, Əfrasiyab Bədəl-
bəyli kimi sənət dühaları son dərəcə yüksək qiymətlən
dirib.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
171
ca
1963-
cü il Zeynəbin həyatında ən uğurlu və yadda
qalan illərdən biri oldu.Müğənninin ilk qrammofon valı
“Çahargah" və “Şur təsnifi” ilə həmin ildə buraxıldı.
1964-
cü ilin yay mövsümündə M.F.Axundov adına
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Tbilisidə qastrol tamaşaları göstərdi. Kollektiv qardaş res
publika sənətsevərlərinə “Leyli və Məcnun” operasının
tamaşasını təqdim etdi. Tamaşada Leyli rolunda Zeynəb
Xanlarova səhnəyə çıxdı. Gürcü musiqisevərləri bu adla
ilk dəfə tanış olurdular, lik tanışlıq onların qəlbində dərin
iz buraxdı.Hər tamaşa axşamı salondakılar Zeynəbi ürək
dən alqışlayırdılar. Sənətşünas M.Berulavanın “Veçerni
Tbilisi" qəzetinin 1964-cü il 16 iyul tarixli nömrəsində
çıxmış resenziyasında deyilirdi:
“Operanın partiturası orjinal və spesifikdir, vokal epi
zodlar əsasən muğam üzərində qurulmuşdur. Aydındır ki,
qəhrəmanların vokal xüsusiyyətlərinin özünəməxsusluğu
müvafiq ifaçılar tələb edir. Bizim baxdığımız tamaşada
Leyli partiyasını artist Zeynəb Xanlarova ifa edir. Dinin
kəskin qanunlarının qurbanı olan hüquqsuz qızın obrazını
müğənni hərarətlə, təsirli boyalarla yaradır. Hərgah,
birinci pərdədə Leyli-Zeynəb Xanlarova yüksək arzularla
qanadlanan incə bir qızdirsa, Məcnundan ayrı düşdüyü
sonrakı səhnələrdə ifası faciəvi motivlərlə zənginləşir, fə
ğanı qəlbləri göynədir. Zeynəb Xanlarova özünün fitri is
tedadı, təsirli oyunu ilə qısa müddətdə tbilisililərin rəğ
bətini qazana bilib".
1967-ci il də Zeynəb Xanlarovanın həyatında əla
mətdar oldu. Musiqi-ifaçılıq mədəniyyəti qarşısında mü
hüm xidmətlərinə görə istedadlı sənətkar “Azərbaycan
SSR Əməkdar Artisti” fəxri adına layiq görüldü. Bu, Zey
nəbin böyük fərəhinə səbəb oldu, onun yaradıcılıq mə
suliyyətini daha da artırdı. Müğənninin repertuarında Fik
_______________
Reyhan Mirzəzada
________________
яо
17 2
oa
rət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Mə-
likov, Ramiz Mustafayev, Şəfiqə Axundova, Emin Sabit-
oğlu, Telman Hacıyev, Tofiq Bakıxanov, Ramiz Mirişli,
Oqtay Kazımov, Oqtay Rəcəbov və digər onlarca iste
dadlı bəstəkarların mahnıları geniş yer tuturdu. Bu siya
hıya Azərbaycanın görkəmli şairləri, söz ustadlarından
Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Ca
bir Novruz, Nəriman Həsənzadə, Gəray Fəzli, Teymur El
çin, Aslan Aslanov, Məmməd Araz, Fikrət Qoca, Rəfiq
Zəka Xəndan, İsgəndər Coşqun və başqalarının da adla
rını əlavə etmək vacibdir Çünki bu tanınmış söz - sənət
sahiblərimizin adlarını çəkdiyim bəstəkarlarımızla birlikdə
Zeynəb xanım üçün, xalqımızın musiqi, muğam, mahnı
mədəniyyətini yüksəltmək, yaşatmaq üçün bir-birindən
gözəl sənət əsərlərinin yaranıb şöhrət tapmasında xeyli
zəhmət çəkmişlər.
Azərbaycanda məhsul yığımının qızğın dövrü idi.
Zeynəb xanım Sabirabada, rayon zəhmətkeşləri ilə gö
rüşə gəlmişdi. Konsertin başlanmasına yarım saat qalmış
müğənninin əhvalı birdən - birə dəyişdi.Güclü başağrısı
və halsızlığa baxmayaraq, o, özünü mətinliklə idarə edib
səhnəyə çıxdı. Zeynəb vəziyyətini onu məhəbbətlə dinlə
yən tamaşaçılara qəti hiss etdirmədi. Bütün qüvvəsini
toplayaıb, üç saat fasiləsiz olaraq gözəl mahnı, təsnif və
muğamlar ifa etdi. Sonuncu mahnısından sonra Zeynəb
səhnə arxasında artıq huşunu itirmişdi. Təcili yardımın
həkimləri dərhal onu müayinə etdilər.Qoyulan diaqnozla
müğənninin həmin vəziyyətdə çoxsaylı insanlar qarşı
sında bu qədər canlı oxuyub qəlblərə sevinc bəxş etməsi
hamını heyrətləndirmişdi.
1970-ci ildə Zeynəb Xanlarova Türkiyədə ilin ən
yaxşı müğənnisi elan olunmuş və Türkiyə Prezidenti
C.Sunay ona xüsusi mükafat təqdim etmişdi. Yerli
Dostları ilə paylaş: |