________________
Reyhan Mirzəzadə
_____ _
ю
136
ca
öz sözünü deyib. Nəbi Xəzrinin “Xoş gəldin, özbək
qardaşım!” şeirindəki kimi.
Gəldi doğma qardaş doğma torpağa,
Yaşıldan biçildi dağların donu.
Mehriban dostlarım, sizi qucmağa
Anam Azərbaycan açdı qoynunu.
Səhərə calayıb nurlu səhəri,
Hər ürək çevrildi günəşə, gəldi.
Nəvai adlayıb yüzillikləri
Böyük Nizamiylə görüşə gəldi!
Çağladı ümmantək söz də, ilham da,
Ürəklər qovuşdu dost əllər kimi.
Vurğun da göründü, Qafur Qulam da
Qoşa addımlayan heykəllər kimi.
Şimal diyarı olan Finlandiyanın təbiəti öz gözəlliyi və
özünəməxsus füsunkarlığı ilə insanı valeh edir. Yaşıl me
şələr, sahələrə bölünmüş əkin yerləri, dərin göllərin güz
gü kimi parlayan səthi, iti axan astanalı və şəlaləli çayları,
dəniz sahillərinin mənzərəli görünüşü ölkə təbiətinin sə
ciyyəvi əlamətidir. Təsadüfi deyil ki, Finlandiyanın “Min
göllər ölkəsi” adlandırırlar. Nəbi Xəzri “Göllər ölkəsi" şei
rində dost diyarın təbii mənzərəsini yaratmaqla bərabər,
fin xalqının mehribanlığından sevə-sevə bəhs edir.
Qədim Finlandiya... Uzaq bir diyar...
Güllü, çiçəklidir bağlar, bağçalar.
Açıqdır üzlər də ürəklər kimi,
Alışan yanaqlar çiçəklər kimi.
Deməyin bu yurda: göllər ölkəsi,
Söyləyin: mehriban ellər ölkəsi.
AzərbaycançıliQ və vətənpərvərlik məfkurəsi_
____
so
137
03
...Bizi qarşıladı dostlar çiçəklə,
Mehriban ürəklə, açıq ürəklə:
- Alın bu gülləri, - dedilər bizə, -
Əziz dostluğumuz gəlməsin gözə...
Deməyin bu yurda: göllər ölkəsi,
Söyləyin: çiçəklər, güllər ölkəsi.
Görkəmli şair olmaqla bərabər, Nəbi Xəzri Azərbay
canda Beynəlxalq Dostluq Cəmiyyətinin sədri kimi də
xeyli yaxın-uzaq ölkələri ziyarət edib. Bu ölkələr və on
ların xalqları şairin yaddaşında dərin izlər qoyub. Həmin
izlər söz sənətinin qiymətli sərvəti kimi poeziya tarixində
daim şəfəq saçır. Belə ki, Nəbi Xəzri “Əlvida, Yaponiya”
şeirində sanki kövrək baxışlarını bu uzaq yurda dikib
vidalaşır:
...Baxdım... gözlərimdə doğma bir ölkə...
Söz açdım Xəzərə sədaqətimdən.
Günəş okeandan qalxmırdı bəlkə,
Qalxırdı okean məhəbbətimdən.
Gedirəm, xoşbəxt ol, bu cahanda sən
Bir də görüşümüz görən haçandır?
Gündoğan ölkəsi çağrılsan da sən,
Mənimçün gündoğan Azərbaycandır!
Azərbaycanın şeir kainatının nümayəndələrindən
biri olan Xalq Şairi Cabir Novruzun yaradıcılığı milyon
ların sevgi və məhəbbətini qazanıb. Müxtəlif mövzularla
şeiriyyətə müraciət edən şair, “Şekspirin evində” adlı
əsərini təəccüblü və heyrətli duyğuları ilə ərsəyə gətirib.
Ş air yazır ki, Şekspirin adı gələndə, bu korifey
m ədəniyyət xadiminin saraylarda yaşadığını düşünür-
_____ __________
Reyhan Mirzəzadə
_______________
so 138 ca
düm. Evinin parlamentdən nəhəng, yurd-yuvasının varlı,
zəngin olacağım zənn edirdim. Amma... Sən demə, bu
söz dühası kiçik, sadə bir otaqda qələm çalıb yaşayırmış.
Cabir Novruz gördüklərini həm təəssüf, həm də kövrək
hisslərlə qələmə alır:
Stretford şəhərində, onun doğma evindəyəm,
Dəstə-dəstə axır bura insanların gur axını.
Çox qəribə fikirlərin, xəyalların sehrindəyəm,
Heyrət ilə seyr edirəm onun kiçik otağını.
... Bir otaqda ömr eləyib oğlu ilə, qızı ilə,
Bir otağa yerləşdirib hamletləri, maqbetləri,
Baxıb göyə bu xırdaca pəncərənin gözü ilə,
Burda yazıb yer üzünə sığışmayan hikmətləri.
... Nə şan-şöhrət, nə təntənə, Şekspirin özü elə,
İngiltərə şöhrətinin rəmzi olub, ilki olub.
O, ikinci İngiltərə yaradıb öz sözü ilə,
O, ölkənin daxilində ikinci bir ölkə olub.
Deyirlər, həqiqi şair insanlığın müəllimidir. Doğrudan
da belədir, insanlığın ən ülvi hissləri Anaya, Vətənə, Tor
pağa məhəbbətdən və sədaqətdən başlayır. Ana Vətənə,
Ana Torpağa isə hərtərəfli bağlı olan insanı həyat daim
ucaldıb. Elə Cabir Novruz kimi. “Qürbət bayatıları...”
şeirində görün şair nə deyir:
... Qürbət üfüqləri doğulan kimi,
Həsrət çalır səni bir ilan kimi...
Gözlərin Vətəni görmək istəyir,
Ayağın yad yerə toxunan kimi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
139
оя
Gah qürbət görməyə məcbur olmuşam,
İtmişəm, batmışam, məchul olmuşam,
Vətən! Vətən! - deyə haray salmışam,
Leylini axtaran Məcnun olmuşam...
... Qürbətdə neyləyir ömür sürənlər,
Yad yeri özünə pənah bilənlər,
İki ayağından asılmalıdır
Vətəni qürbətə dəyişdirənlər...
Nelson Mandela Cənubi Afrika Respublikasının ilk
qaradərili Prezidenti kimi tarixə düşüb. O, 1994-1999-cu
illərdə ölkəsinə rəhbərlik edib. 1993-cü ildə Nobel Sülh
Mükafatı laureatı adına layiq görülən Nelson Mandela,
əvvəllər həyatın ağır sınaqlarına tuş gəlib. Belə ki, o
apartheyd əleyhinə (apartheyd - CAR-da Afrikanın bantu
xalqlarına və qeyri-avropalı, yaxud qarışıq mənşəli digər
etnik qruplara qarşı qəddar ayrı-seçkilik siyasətinə əsas
lanan irqi seqreqasiya prinsipidir. 1948-ci ildən rəsmi döv
lət siyasəti kimi tədbiq edilib. Apartheyd siyasəti BMT Baş
Məclisi sessiyyalarının qərarlarında dəfələrlə pislənib)
apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb. 11 fev
ral 1990-cı ildə onun azadlığa buraxılması prosesi canlı
efirlə bütün dünyaya yayımlanıb. Həmin vaxtlar Mos
kvada Lefortovo zindanında yatan Azəbaycanın tanınmış
şairi Xəlil Rza Ulutürk bu hadisədən sonsuz sevinc hissi
yaşayaraq "Təbrik, Nelson Mandela!” şeirində yazıb:
Əziz Nelson Mandela - səngərdaşım, qardaşım.
Əli əlimə çatmaz arkadaşım, sirdaşım.
... Salam! Nelson Mandela! Gözün aydın, günaydın!
Yurdun kişi övladı yurda bir də qayıdır.
Bu gün "Viktor Ferster" barmaqlığı sökülür.
Coşqun təbrik gülləri dağ başına tökülür.
_______________
Reyhan Mirzəzadə
_____________ __
ю
140 ca
Ulutürkü oxuduqca, fransız şairi Pol Elüarın sözü
yadıma düşür:“Poeziyanın məqsədi faydalı həqiqətdir”.
Daxili aləmində daim azadlıq, müstəqillik ruhu yaşadan
Xəlil Rzanın Lefortovoda yazdığı şeirlər içində faydalı hə
qiqətə xidmət edən “Vyetnam”ın öz yeri var. Onun bu
əsərini oxuyanda, Vyetnam xalqının vətənpərvər oğlu Xo
Şi Minin mübarizə dolu həyat yolu gözlərimiz önündə bir
daha canlanır. Qeyd edim ki, Vyetnamda milli-azadlıq hə
rəkatının əvəzsiz xadimi olan Xo Şi Min fəhlə və milli-
azadlıq hərəkatına dair bir sıra əsərlərin müəllifi kimi də
nüfuz qazanmışdı. O, 1946-1955-ci illərdə Vyetnamın
həm Prezidenti, həm də eyni zamanda Baş naziri olub.
Ümumdünya Sülh Şurası Xo Şi Min mükafatı təsis edib.
Onun anadan olduğu 19 may günü istiqlaliyyət və azadlıq
uğrunda Beynəlxalq Mübarizə Günü elan olunub. Xəlil
Rza bu barədə görək nə yazır:
Qollarımla ölçmüşəm, yaxud ekvator ilə
Vyetnam dəyanətini, Vyetnam mədəniyyətini.
Milyon-milyon dalğa tək qoy çırpılım sahilə
öpüm, qucum, oxşayım sal qaya qüdrətini.
Vyetnam dəyanətini, Vyetnam mətanətini.
Orda Hanoy şəhəri, heykəlləşən Xo Şi Min,
Xo Şi Min ordusunun sıravi əsgəriyəm.
Sağ qalan beş-on nəfər, ölən, qırılan min-min,
Min dəfə güllələndim, mən hələ də diriyəm,
Xo Şi Min ordusunun sıravi əsgəriyəm.
Artıq səhifə bitməkdədir. Bir məqalədə isə dünya
poeziyasının inciləri sayılan, ən gözəl, ən zərif, ən ibrə
tamiz nümunələrini ərsəyə gətirib yaşadan Azərbaycan
poeziyasından, onun bütün söz, sənət korifeylərindən
bəhs etmək mümkün deyil. Poeziyamız yenə ucalmaqda,
Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi
____
ю
141
o?
inkişafdadır. Onun yeni istedadlı nəsli yetişməkdədir.Uğur
olsun!
Mənsə Azərbaycan şeirini dərin məhəbbətlə sevən
bir vətəndaş kimi bu yazımda nəsə deməyi bacardımsa,
yenə poeziyamıza borcluyam. Poeziyamıza minnət
daram. Çünki rus yazarı V.Belinski demişkən: “Poeziya
hər şeydən əvvəl həyat, sonra isə incəsənətdir”.
_________________
R e y h a n M ir z ə z a d ə
______________________
“Azad Azərbaycan” qəzeti,
16 mart 2012-ci il
s o
142
ça
AZADLIQ CARÇISI
Atatürkün anası!
Adi bir insan, bir ana
Zaman ötdükcə də
Minnətdar olur hər kəs ona;
Böyük bir millətə bir gün
Ata doğmuş o ana!
Bəxtiyar Vahabzadə
Vaxtilə dünyada qüdrətli bir dövlət kimi tanınmış
Osmanlı İmperiyası XIX əsrin axırlarında yarımmüs
təmləkə vəziyyətinə düşmüşdü. Üstəlik, XX əsrin əvvəl
lərində ölkənin ictimai-siyasi həyatında yaranmış gərgin
vəziyyət imperiyanı müstəmləkəyə doğru sürükləyirdi.
Zaman keçdikcə, siyasi və iqtisadi həyatda özünü gös
tərən böhran və tənəzzül bütün sahələrə sirayət edirdi.
Hələ Birinci Dünya müharibəsinin başlanması ərəfə
sində imperialist dövlətlər Sultan Türkiyəsini öz aralarında
bölüşdürmək barədə danışıqlara başlamışdılar. Onların
1915-1917-ci illərdə bir-biri ilə bağladıqları sazişlər impe
riyanın demək olar ki, bütün torpaqlarının əlindən alın
masını və öz aralarında bölüşdürülməsini nəzərdə tutur
du: Şərq vilayətləri Rusiyaya keçməli idi, Suriya və ətrafı
Fransaya verilirdi, Mesopotamiya, habelə İzmir - Aydın
dəmir yollarının keçdiyi əraziyə ingilislər göz dikmişdilər,
Anadolu isə almanlar üçün nəzərdə tutulmuşdu.
Sultan Türkiyəsinin taleyini 1920-ci il avqustun 10-
da istanbul hökumətinin imzaladığı Sevr müqaviləsi həll
etdi. Həmin müqavilənin şərtlərinə görə Sultan Türkiyəsi
öz ordusunu buraxmalı, hərbi donanmasını ləğv etməli
idi. Türkiyə özünün Suriya, Fələstin, Ərəbistan yarım-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o
1 4 3 c s
adası, Transiordaniya və Mesopotamiyadakı torpaqların
dan məhrum olmuş, Şərqi Fragiyadakı ərazisinin əksə
riyyətini itirmiş, İzmir isə əslində Yunanıstana verilmişdi.
Ermənistana müstəqillik verilməsi və onun ərazisinin
Ərzurum, Van, Trapezund və Bitlis rayonlarına qədər
genişləndirilməsi müqavilədə ayrıca maddə kimi nəzərdə
tutulmuşdu. Kürdüstan hökuməti yaradılacağı da m üqa
vilədə qeyd edilirdi. Müqavilənin şərtlərinə görə, Türki
yəyə yalnız Mərkəzi Anadolu yaylası qalmalı idi.
O dövrü sonralar Atatürk belə qiymətləndirirdi: “Os
manlı məmləkətləri tamamilə parçalanmışdı. Ortada bir
ovuc türkün yaşadığı ata yurdu qalmışdı. Son məqsəd
bunun da bölüşdürülməsini həyata keçirməkdən ibarət
idi. Osmanlı dövləti, onun istiqlalı, padşah və xəlifə, hö
kumət - bunların hamısı öz məzmununu itirmiş ifadələr
dən ibarət idi”.
Bir əsrdən də az bir dövrdə Türkiyədə özünü g ö s
tərmiş bütün bu ciddi siyasi-iqtisadi dəyişikliklər üçün türk
xalqı özünün böyük oğlu Mustafa Kamala minnətdardır.
“Ya istiqlal, ya ölüm!" şüarını irəli atmış Mustafa Kamal,
ilk baxışda mümkün olmayan bir şəraitdə xalqı antiim pe
rialist müharibəyə çağırdı Və tarixdə öz layiqli yerini tut
muş olan milli - azadlıq hərəkatına başçılıq etdi.
Mustafa Kamal Atatürk 1881 -ci ildə Yunanıstanda iri
liman şəhəri olan Salonikidə anadan olmuşdu. Atası Əli
Rza əfəndi, anası Zibeydə xanım idi.
1886-cı ildə Mustafa Kamal ibtidai təhsilə baş
lamışdı. O, bir az əvvəl məhəllə məktəbinə getmiş, sonra
çağdaş təhsil verən Şəmsi əfəndinin məktəbinə keçərək,
ibtidai təhsilini burada bitirmişdi. 1893-cü ildə Atatürk
Salonikidə hərbi Rüştiyyəyə daxil olmuşdu. O, qısa bir
müddətdə Salonoki Mülkiyyə Rüştiyyəsində təhsil almış,
sonra Hərbi Rüştiyyəyə daxil olmuş və 1896-cı ildə bu
_______________
Reyhan Mirzəzadə_
________________
so
144 ся
məktəbi bitirmişdi. Məktəbdə təhsil alan vaxt riyaziyyat
müəllimi Mustafa əfəndi gənc tələbəsi Mustafanın geniş
təfəkkür və zəkasına görə onun adının sonuna “Kamal”
ismini əlavə etmişdi.
1896-cı ildə Atatürk Monastır Hərbi Idadəsinə daxil
olub, 1899-cu ildə həmin idadəni bitirmişdi. İstanbulda
hərbi məktəbin piyada sinfinə yazılmışdı. 1902-ci ildə tex-
men (leytenant) rütbəsi ilə hərbi məktəbi bitirib və təhsilini
Hərbi Akademiyada davam etdirmişdi. 1903-cü ildə ona
üstegmen (baş leytenant) rütbəsi verilmişdi. 1905-ci ildə
Atatürk Qərargah Yüzbaşısı rütbəsi ilə Hərbi Akademi
yanı bitirib, həmin il Ştab təcrübəsi üçün Şamda 5-ci or
duya göndərilmişdi. 1907-ci ildə Atatürk kolağası (baş
yüzbaşı) rütbəsinə layiq görülmüşdü.
1908-ci ildə İstanbulda İkinci Konstitusiya elan edildi
və buna qarşı atıcı batalyonların qiyamı ilə böyük üsyan
başladı. (31 mart qiyamı) Atatürk əməliyyat ordusu ilə
İstanbula gəlib üsyanı yatırtdı.
1911-ci ildə italyanlar Liviyada Osmanlı dövlətinə
müharibə elan edib hücuma keçdilər. Atatürk könüllü
olaraq jurnalist Mustafa Şərifin adına yazılan vəsiqə ilə
Liviyaya gedib Tripolidə italyan işğalçılarına qarşı səhra
döyüşlərində iştirak etdi. Həmin il Mustafa Kamal minbaşı
(mayor) rütbəsində uğur qazandı. 1912-ci ildə indiki Çer
noqoriya Respublikası (Yuqoslaviya Federasiyasına da
xildir) müharibə elan etdi və Balkan müharibəsi başladı.
Mustafa Kamal Liviydan İstanbula hərəkət etdi. 1914-cü
ildə Atatürkə yarbaylıq (podpolkovnik) rütbəsi verildi. Hə
min ildə Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə
Birinci Dünya müharibəsi başladı və Osmanlı dövləti mü
haribəyə qoşuldu. Atatürk Təkirdağa gəlib 19-cu Diviziya
nı yaratdı və Çanakkala boğazını keçməyə çalışan ingilis
donanmasını ağır itkilərə məruz qoyub məğlub etdi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
H 5
c a
1915-ci ildə ona aybaylıq (polkovnik) rütbəsi və hərbi
medal verildi.Mustafa Kamal general Limon fon Sander-
sin əmri ilə Anafartalar Qrupu komandirliyinə təyin edildi.
ingilislər yenidən qoşun çıxarmağa başladı. Ata
türkün komandanlığı altında olan qüvvələr Conkbayında
ingilislərə qarşı hücuma keçdi və düşmənin irəliləyişinin
qarşısı alındı. Bu döyüşlər zamanı Atatürkün ürəyinə
tuşlanmış bir güllə döş cibindəki saata dəyib geri qayıtdı
və Mustafa Kamal aşkar ölümdən xilas oldu. 1916-cı ildə
Atatürkə Mirliva (general-mayor) rütbəsi verildi.
1920-
ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük
Millət Məclisi yaradıldı və Atatürk Məclisin sədri seçildi.
Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin sədri
seçilməsi ilə əlaqədar etdiyi təşəkkür nitqində dedi:
“ ..İstər hərbi, istərsə siyasi həyatım boyu etdiyim mü
barizələrimdə həmişə rəhbər tutduğum şüar milli iradəyə
əsaslanaraq, millətin və Vətənin möhtac olduğu məqsəd
lərə doğru yürümək olmuşdur".
1921-
ci il avqustun 5-də Atatürkə böyük səla
hiyyətlər və Baş komandanlıq vəzifəsi verildi. Avqustun
23-də Yunan ordusunun hücumu ilə Sakarya meydan
müharibəsi başlandı. Müharibə 22 gün davam etdi.
Atatürkün əmrində deyilirdi: “Müdafiə xətti yoxdur, səthi
müdafiə vardır. O səth bütün Vətəndir. Vətənin hər qarış
torpağı vətəndaşın qanı ilə islanmasa, tərk olunmaz".
Sentyabrın 13-də Sakarya meydan müharibəsi düşmənin
darmadağın edilməsi ilə nəticələndi. Atatürkə Böyük
Millət Məclisinin qəbul etdiyi qanunla müşir (marşal)
rütbəsi və “Qazi" adı verildi. Həmin il Türkiyə Böyük Millət
Məclisi hökuməti ilə Qafqaz respublikaları (Azərbaycan,
Gürcüstan, Ermənistan) arasında “Qars müqaviləsi"
imzalandı.
______________
_Reyhan Mirzəzadə
________
ю
146 ca
Qurtuluş savaşında oğluna böyük dəstək olan
Mustafa Kamalın anası Zibeydə xanım övladına marşal
rütbəsi və Qazi adı verilməsi münasibətilə göndərdiyi
teleqramda yazırdı:"Millətin haqqımızdakı bu sevgi və
etimadı benim kadar kimsə duyğulandırmaz. Kız karde-
şinlə beraber alnından öperek və bağrımıza basarak seni
tebrik ederiz".
Atatürkün anasına göndərdiyi cavab teleqramı da
çox sadə və dəyərli idi'B enim için dünyevi mükafatların
en yükseyi olan tebrikinizlə məsud oldum”. (29 iyul 1921-
ci il)
1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imza
landı. Atatürk bu barədə demişdir: “Lozanna sülh müqavi
ləsinin qəbul etdiyi əsasları digər sülh müqavilələri ilə mü
qayisə etməyə ehtiyac görmürəm. Bu müqavilə türk millə
ti əleyhinə əsrlərdən bəri hazırlanmış və Sevr müqaviləsi
ilə həyata keçirildiyi zənn edilən böyük bir sui-qəsdin ara
dan qaldırılmasını ifadə edən bir vəsiqədir. Osmanlı döv
rünə aid tarixdə örnəyi olmayan bir siyasi zəfər əsəridir”.
1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan
olundu və Atatürk ölkənin Prezidenti seçildi. Atatürkə Tür
kiyə Böyük Millət Məclisinin qərarı ilə yaşıl-qırmızı haşi
yəli istiqlal Medalı təqdim edildi.
Bu xəbərdən sonra övladının böyüklüyü qarşısında
ona bir daha ehtiramını bildirmək ehtiyacını duyan Zibey
də xanım oğlunun əlini öpmək üçün Çankayaya gəlir.
Atatürk anasını sayğı ilə qarşılayaraq onun əlini öpür.
Xeyli söhbətdən sonra Zibeydə xanım ayrılarkən oğ
lunun əlini öpmək istəyəndə, Atatürk: “Nə yapıyorsun,
anne?! - deyib, həyəcanla əlini çəkməyə çalışır. Bu za
man Zibeydə xanım oğluna deyir: “Ben senin annenem.
Əlimi öpməklə bana karşı övlatlık edebini gösterirsin. Fe-
qet, sen Vatanı, ulusu felaketden qurtaran bir komandan
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
147
ea
v ə d e v le t başçısısın. Ben de ulusun bir nümayendesiyim.
O n u n için elini öpe bilirim”.
1926-cı il iyunun 14-də İzmirdə Atatürkə hazırlanan
su i-q ə s d in üstü açıldı. Bu barədə o, Anadolu Agentliyinə
v e rd iy i müsahibədə bildirirdi: “... Alçaq təşəbbüsün mə
nim şəxsimdən daha çox müqəddəs respublikamıza və
o n u n istinad etdiyi yüksək prinsiplərimizə yönəldilmiş
o ld u ğ u n a heç bir şübhə yoxdur... Mənim miskin vücu
du m , əlbəttə, bir gün torpaq olacaqdır. Fəqət, Türkiyə
R espublikası daim yaşayacaqdır”.
Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da
D olm abağça Sarayında saat 9.05-də vəfat etdi. Atatürkün
T ü rkiyə bayrağına sarınmış cənazəsi 1938-ci il noyabrın
16-da Sarayın böyük təntənə salonunda katafalk üzərinə
q o yularaq millətin ziyarətinə çıxarıldı. Noyabrın 21-də
cə n a zə Etnoqrafiya Muzeyinə gətirildi və hazırlanan mər
m ə r m əzara yerləşdirildi. 1953-cü il noyabrın 10-da böyük
bir hüznlə Anıtqəbirdə Atatürkün vücudu Vətən torpaq
larına təslim edildi.
Atatürkün 77 il öncə söylədiyi bu sözlər əbədi olaraq
tarixin səhifələrinə yazılmışdır:“Mən Qərb millətlərini,
bütün
dünyanın
millətlərini
tanıyıram.
Fransızları
tanıyıram , almanları, rusları və bütün dünyanın millətlərini
şəxsən tanıyıram. Və bu tanışlığım da döyüş meydan
larında olmuşdur, atəş altında olmuşdur, ölüm qarşısında
olm uşdur. Sizi əmin edirəm ki, bizim millətimizin mənəvi
qü vvəsi bütün millətlərin mənəvi qüvvəsindən üstündür".
________________
Reyhan M i rzazadə
______________ _
“Azərbaycan” qəzeti,
29 oktyabr 1997-cı il.
Ю
148 ся
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
P.S. Bir neçə il əvvəl Ankarada, Anıtqəbirdə “Azər
baycanın kədəri bizim kədərimiz, sevinci bizim sevin
cimizdir” - deyən böyük Mustafa Kamal Atatürkün mə
zarını ehtiramla ziyarət etdim. Mustafa Kamalın məza
rının dairəvi çevrəsinə Türkiyənin 81 vilayətindən gətirilib
dəmir qablarda düzülmüş torpaqlar gördüm. İki qabda
qardaş yurdlardan gələn torpaq vardı: Biri Quzey Kıb-
rısdan, o biri - Azərbaycandan. Kövrəldim. Gözlərimdən
yaş axsa da, təbəssümlə qürurlandım: Atatürk həm də
Azərbaycan torpağında uyuyurdu...
ю
149 ca.
QARDAŞ XALQ IN CÜM HURİYYƏT BAYRAMI
29 oktyabr - Türkiyə Respublikasının
yaranması günüdür.
“...Türkiyənin yeni və modern b ir dövlətə ehtiyacı
var. Bu məmləkət yuxandan aşağıya dəyişdirilməlidir.
Ordu biliksiz, ləyaqətsiz və şərəfsiz zabitlərdən təmiz
lənməlidir Köhnə qanunlar ləğv edilməlidir. Fəs atılmalı,
qadın qəfəsdən çıxarılmalı, onlara azadlıq verilməlidir. Bir
kişi b ir qadından artıq başqasıyla evlənməməlidir! Kişilər
və qadınlar eyni hüquqlara sahib olmalı, avropalılar kimi
yaşamalıdırlar.
Demokratik bir cəmiyyətdə Türkiyənin bütün sosial
məsələlərini həll etmək olar. Allah qismət edərsə, günün
birində Türkiyənin idarə olunmasında rolum olarsa,
bilirəm edəcəyim yenilikləri... ”
Dostları ilə paylaş: |