Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

____________
Reyhan Mirzəzadə
________________
so 210 оя
Sentyabrın  6-da  Sukarno  Bakıya  gəldi.  Yada  sal­
maq  üçün  qeyd  etmək  istərdim  ki,  o  vaxtlar  respub­
likamızın  rəhbəri  İmam  Mustafayev  idi.  Təyyarə  meyda­
nında  qonağı  Respublika  Ali  Soveti  Rəyasət  Heyətinin 
sədri  Mirzə  İbrahimov və  digər  rəsmi  şəxslər qarşıladılar. 
M.İbrahimov  qonaqla  görüşərkən  dedi:“Bir  neçə  gün 
bundan  əvvəl  yolüstü  burada  olduğunuz  zaman  biz  Sizi 
sevinclə  ilk  dəfə  qarşılayıb  salamlamaq  səadətinə  nail 
olmuşuq.  İndi  də  hamımız,  bütün  xalqımız  Sizə  deyirik: 
“Əziz  qardaşımız  Karno,  xoş  gəlmişsiniz!..  80  milyonluq 
İndoneziya  xalqı  Şərq  xalqlarının  milli-azadlıq  hərəkatı 
tarixinə  bir  çox  parlaq  səhifələr  yazmışdır.  Müstəmləkə­
çiliyə  qarşı,  öz  azadlıq  və  milli  istiqlaliyyəti  uğrunda  İndo­
neziya  xalqının  qəhrəmancasına  azadlıq  mübarizəsi 
həmişə  bizi  heyran  etmiş,  qəlbimizdə  ən  yaxşı  duyğular 
oyatmışdır.
Əziz  qardaşımız  Karno,  bu  böyük  mübarizədə 
şəxsən  Sizin  çox  əmək  sərf  edib  xidmət  göstərməyiniz 
bizim  üçün xüsusilə xoşdur...öz xalqının  azadlığı  yolunda 
yorulmaz  mübarizə  aparan,  İndoneziya  xalqının  şanlı 
oğlu,  əziz dostumuz  Karnoya  səmimi salam!”.
Prezident  Sukarno  cavabında  M.İbrahimovun  onu 
qardaşcasına,  məhəbbət  və  hörmətlə  salamlamasından 
razılığını  bildirib,  Bakının  ölkə  həyatı  üçün  böyük  əhəmiy­
yətə  malik  olduğunu  bir  daha  qeyd  edib,  dedi:“Yenidən 
burada  olmaq üçün  mənə  imkan verildiyinə görə,  bir daha 
təşəkkür  edirəm.  Bakının  müəssisələrinə  getmək.şəhə- 
rinizin  həyatı  ilə tanış  olmaq  üçün  mənə  imkan  verildiyinə 
görə  təşəkkür  edirəm ...  Mən  Sizə  80  milyonluq  İndonezi­
ya  xalqından  salam  gətirmişəm.  Bu  salamı  qəbul  edin  və 
bilin  ki,  biz  Sizə qardaşlıq və  həmrəylik hissi bəsləyirik”.
Sentyabrın  7-də  Prezident Əhməd  Sukarno  Bakıdan 
yola  düşərkən  hava  limanında  şəhərimizdə  olmasından
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8
o 211
 oa

son 
dərəcə 
məmnunluğunu, 
keçirilən 
görüşlərdən, 
gördüyü  yerlərdən  xoş  təəssüratlarını,  istiqanlı  xalqı­
mızın  səmimi  münasibətlərindən  yaranmış  sevinc  dolu 
duyğularını  bölüşüb  sonda  dedi:“Sizin  sözləriniz,  sizin 
bütün  hərəkətləriniz  sizin  xalqınızın  bizə-indoneziya  xal­
qına  məhəbbətini  nümayiş  etdirdi.  İndoneziya  xalqı  da 
sizin  xalqınıza  məhəbbət,  dostluq  və  qardaşlıq  duyğuları 
bəsləyir.  Məhz  bu  məhəbbət  bizim  möhkəm  dostluğu­
muzun  sarsılmaz  əsasıdır.  Mən  sizdən  ayrılğımız  dəqi­
qədə  demək  istəyirəm  ki,  əminəm,  biz  sizinlə  tez-tez 
görüşəcəyik,  görüşlərimizi  xatırlayacağıq,  ümumi  ideyala­
rımız  haqqında,  yeni  cəmiyyət  qurmaq  uğrundakı  müba­
rizə  baxışlarımız haqqında  düşünəcəyik.
Sizdən  ayrılarkən  bir  fransız  məsəli  yadıma  düşdü: 
“Ayrılıq  əzabdır".  İndi  mən  doğrudan  da  belə bir əzab  hiss 
edirəm...”
Bu  fikirlərdə  Sukarnonun  ümumbəşəri  ideologiyası 
zənnimcə,  əksini  aydın  tapıb.  Haqqa,  ədalətə,  huma­
nizmə,  saf mənəvi  dəyərlərə,  əsl  islami  prinsiplərə söykə­
nən  ideologiya!
Sukarno  hakimiyyətdən  uzaqlaşdırılandan  sonra 
heç  kəsin  ağlına  gəlməzdi  ki,  onun  ölkəsinin  məhz 
müstəqilliyindən  sonra  dünyaya  gələn  qız  övladı  vaxt 
gələcək  atasının  yerində,  Prezident  kürsüsündə  əylə­
şəcək.  Əyləşəcək  və  atasının  vaxtı  ilə  gənclərə  etibar 
etdiyi  Ana  Vətən  İndoneziyanın  taleyi,  arzuları,  məqsəd­
ləri,  böyük  hərflərlə  yazılan  ideologiyasını  parlaq  əməlləri 
ilə  işıqlandıracaq.
Əhməd  Sukarnonun  qızı  Meqavati,  Prezidentin 
Fatmavati  adlı  həyat  yoldaşı  ilə  evliliyindən  dünyaya  gəl­
mişdi  O,  Sukarnonun  ilk  qızı,  ikinci  övladı  olub,  uşaqlığı 
ölkənin  paytaxtı  Cakarta şəhərindəki  Prezident Sarayında 
keçmişdi.  Qızcığaz  dünyaya  gələndə  yağış  yağdığından
_______________
Reyhan Mirzəzadə
________________ _
so 
212 cn
ona  mənası  yağış  buludu  olan  Meqa,  yaxud  Meqavati  adı 
verilmişdi.
Meqavati  on  doqquz  yaşında  olarkən  atası  Sukar­
nonun hakimiyyəti qeyd  olunduğu kimi,  hərbi hakimiyyətlə 
əvəz  edilir  və  ailəsi  siyasətdən  uzaqlaşdırılır.  Əhməd 
Sukarno  böyük  siyasi  və  dövlət  xadimi  olsa  da,  maddi 
cəhətdən  zəngin  adam  deyildi.  O,  ölkəyə  rəhbərlik  etdiyi 
dövrdə var-dövlət yığmaq  barədə düşünməmişdi.  Odur ki, 
vəfat  edəndən  sonra  ailəsinə  cüzi  miras  qalmışdı,  öm rü 
boyu  halal  və  təmiz  mənəviyyat,  saf  əqidə  sahibi  olan 
Sukarnonun  bu  keyfiyyətləri  qızına  da  keçmişdi.  Sadəliyi, 
təvazökarlığı  və  səmimiyyəti  ilə  seçilən  xanım  Diah 
Permata  Meqavati  Setiava  Sukarnoputri  ölkədə  yoxsul 
və  kimsəsizlərin  rəhbəri  imicini qazanmışdı.  Hələ  1979-cu 
ildə  o,  dostları  ilə  bərabər,  bahalı  mehmanxanalara  xid­
mət  edən  gül-çiçək dükanı  açmışdı  və  əldə  etdiyi  gəlirləri 
kasıb  uşaqlara  xərcləyirdi,  özünün  və  ailəsinin  pula 
böyük  ehtiyacı  olduğuna  baxmayaraq,  Meqavatinin  ürəyi 
geniş,  mənəviyyatı  dərin,  təfəkkürü  zəngin  idi.  Bu  daxili 
varlılıq  qazandığı  pulların  çoxunu  açlara,  məzlumlara, 
xəstələrə sərf etməyə sövq edirdi.
Meqavati  40  yaşında  siyasətə  gəldi  Siyasətdəki 
konstruktiv  rolu,  uzaqgörənliyi  onu  2001-ci  ildə  Prezident 
kürsüsünə  ucaltdı.  Atası  Əhməd  Sukarnonun  36  il  öncə 
tərk  etməyə  məcbur  edildiyi  kürsüyə  artıq  qızı  sahib 
olmuşdu.
Meqavati  Sukarnoputri  hakimiyyət  başına  gələrkən 
ölkədə  xeyli  problem  vardı.  Korrupsiya,  rüşvət  də  öz 
yerində.  Meqavatiyə görə xalq  arasında “Korrupsiya  bəla­
ları  ilə  çarpışan  İndoneziyada  təmiz  bir  ad  meydana 
gəldi”  fikri  geniş  yayılmışdı  O,  İndoneziyanın  ilk  qadın 
Prezidenti  idi.  Çox  keçmədi  ki,  xanım  Meqavati  ölkədə 
Meqa Ana kimi sevildi.
Azərb ay concilia və vətənpərvərlik məfkurəsi
____
so 
213
 ce

Diah  Permata  Meqavati  Setiava  Sukarnoputri  2004- 
cü  ildə  Dünyanın  ən  güclü  100  qadını  siyahısında  sək­
kizinci  yeri  tuturdu.  Onun  adı  müsəlman  dünyasında 
ölkəyə  rəhbərlik  edən,  Prezident  və  ya  Baş  nazir  olan 
beşinci qadın  kimi tarixə yazıldı.
Mən  Türkiyə  jurnalistinin  dediyi,  yuxarıda  qeyd 
etdiyim  fikri  ilə  tam  razıyam.  İndoneziyanı  görməsəm  də, 
onun  haqqında  daim  oxuyur,  bu  qardaş  ölkənin  həyatını 
imkanım  daxilində  diqqətdə  saxlamağa  çalışıram.  Və 
şahidi  oluram  ki,  həmin jurnalistin  məcazi  mənada  dediyi 
kimi,  doğrudan  da  uyuyan  div  artıq  oyanmaqdadır, 
ölkənin  birinci  Prezidentinin  isə  dedikləri  sadəcə  arxiv 
materialları  deyil,  Azərbaycan-lindoneziya  dostluğuna, 
qardaşlığına  olan  məhəbbət  və  güvənc  dolu  Birinci 
Xeyir-dua,  Birinci  tövsiyə,  Birinci  alqış  və  Birinci  Ata 
nəsihətidir.  Bu  xeyir-duanı  və  nəsihəti  heç  bir  azər­
baycanlı  və  heç  bir  indoneziyalı  unutmamalıdır.  Bu, 
bizlərə  yadigar  qalan  böyük  irsdir.  Azərbaycan  da  suve­
renliyinə  nail  olandan  sonra  bu  irsi  yaşatmaq  üçün  Tanrı 
öz qapılarını  üzümüzə  açdı.
İndoneziya  Azərbaycanın  müstəqilliyini  dərhal,  28 
dekabr  1991-ci  ildə  tanıdı.  İki  ölkə  arasında  diplomatik 
münasibətlər 24 sentyabr  1992-ci  ildə quruldu.
Son  illərdə  İndoneziya  və  Azərbaycan  arasındakı 
münasibətlər  daha  da  genişlənib,  ölkələrimiz  arasında 
ticarət  dövriyyəsi  2  milyard  ABŞ  dolları  təşkil  edir. 
Beynəlxalq  aləmdə  İndoneziya  hər  zaman  Azərbay­
canın  milli  maraqlarını,  həqiqətlərini,  ərazi  bütövlüyü­
nü  qətiyyətlə  müdafiə  edir,  ona  dəstək  verir.  Hər  il  bu 
dost  ölkədə  Xocalı  soyqırımının  anım  günü  qeyd  edilir. 
Bu  ilin  fevralın  26-da  İndoneziyanın  130  min  məscidində 
Qarabağ  azanı  səsləndirildi.  Dünyanın  ən  böyük  qeyri- 
hökumət  təşkilatı,  80  milyon  nəfər  üzvü  olan  “Nahdlatul
__________________Reyhan_M_ir_z_ə_z_a_d_ə________________ю'>________________
Reyhan M ir z ə z a d ə
______________
ю  214 
oj
Ulama”  müsəlman  dini  qurumunun  sədri  professor  Aqil 
Siracın  məlumatına  görə,  Qarabağı  işğal  edən  və  Xocalı 
soyqırımını  törədən  ermənilər  həmin  məscidlərin  imam­
larının  xütbələrində lənətləndilər.
Əlaqələrimiz  güclənməkdədir.  Bu  işdə  hər  birimizin 
üzərinə  mənəvi  borc  düşür.  Heç  birimiz  bu  müqəddəs 
amala  töhfəmizi  əsirgəməməliyik.  Bu  istiqamətdə  iki 
təqdirəlayiq  faktı  da  qeyd etmək  istərdim.
Heydər  Əliyev  elektron  kitabxanasının  İndoneziya 
dili  üzrə  tərcüməçisi  professor  Həbib  Zərbəliyev  2008-ci 
və  2009-cu  illərdə  Malayziyanın  Baş  nazirinin  təsis  etdiyi 
mükafat  uğrunda  tələbələr arasında  malay və  İndoneziya 
dilləri  üzrə  keçirilmiş  beynəlxalq  müsabiqədə  münsiflər 
heyətinin  sədri  olub.  Həmyerlimiz  2008-ci  ildə  İndoneziya 
Prezidenti  cənab  Susilo  Bambanq  Yudhoyononun  şəxsi 
dəvəti  ilə  Prezident  sarayında  keçirilmiş  “İndoneziya 
Prezidentinin  dostları”  proqramında  iştirak edib.  Uzun  illər 
İndoneziya  mədəniyyətinin  təbliği,  Azərbaycanda  İndone­
ziya  dili  və  ədəbiyyatının  tədrisi,  tədqiqi  sahəsində  gös­
tərdiyi  xidmətlərinə  görə  Həbib  Zərbəliyev  İndoneziya 
Prezidenti  tərəfindən  iki  dəfə  mükafata-  "Mədəniyyət  sa­
həsində  xidmətlərinə  görə”  ordeni  və  “Xidmətlərinə  görə 
1-ci  dərəcəli  Şərəf ordeni”nə layiq  görülüb.  Həmyerlimizin 
bu  nailiyyətlərini  bir  daha  alqışlayırıq.  Bəs  əsas  məsə­
lələrdən biri  olan təhsil  sahəsində  nə kimi uğurumuz var?
Indonezyanm  ali  məktəblərində  30-dan  yuxarı  azər­
baycanlı tələbə  müxtəlif ixtisaslar üzrə təhsil alır,  ölkənin 
aparıcı  təhsil  ocaqlarından  biri  olan  Padjadjaran  Univer­
sitetində  (İndoneziyanın  tanınmış  dövlət  xadimlərinin  bir 
çoxu  bu  universiteti  bitirib)  Siyasi  elmlər  və  beynəlxalq 
münasibətlər  üzrə  magistr  dərəcəsi  alacaq  ilk  mütə­
xəssisimiz istedadlı  gənc  Elmar  İsgəndərov  olacaq.  İnşal­
lah.  Elmar  çox  fəal,  çalışqan  oğlandır.  İndoneziyada
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
ю  2 /5  oa

dövlət  təqaüdü  ilə  təhsil  alan,  planetin  müxtəlif  ölkə­
lərindən  gəlmiş  800  tələbəni  birləşdirən  İndoneziya  Bey­
nəlxalq  Tələbə Assosiasiyasının  vitse  -  prezidenti  seçilib. 
Bu  təşkilata  rəhbərlərdən  biri  kimi  ilk  dəfə  olaraq  azər­
baycanlı tələbə seçilir.  Elmar eyni zamanda  İndoneziyada 
Azərbaycanlı  Tələbələr  Assosiasiyasının  sədridir.  Arzu 
edərdim  ki,  İndoneziyada  tələbələrimizin  sayı  daha  çox 
olsun,  iki  ölkə  arasında  gələcəyin  qarantı  olan  tələbə 
mübadilələri daha geniş vüsət alsın.
İndoneziyanın  azadlığı  uğrunda  mübariz  həyat  yolu 
keçən şair və  yazıçılarını  da  unutmaq  olmaz. Anak Aqunk 
Panci  Tisna,  Əbdül  Muis  (eyni  zamanda  İndoneziyanın 
Milli  Qəhrəmanıdır),  Marah  Rusli  (“Müasir  İndoneziya 
romanının  atası”  adlandırılır),  Xayril  Ənvər,  daha  sonra­
kı  nəslin  nümayəndələrindən  Taufik  İsmayıl,  Sutarci  Kal- 
zum  Bəhri,  Əbdül  Hadi  Vici  Muxtari  və  digərlərinin  həm 
adları,  həm  ictimai-siyasi  fəaliyyəti,  həm  də  əsərləri 
ictimaiyyətimizə yaxşı  məlumdur.
Bu  gün  İndoneziyanın  dövlətçilik  prinsipləri  öz  tarixi 
prinsiplərini  yaşatmaqla,  Təkallahlılıq,  Adil  və  müasir 
cəmiyyət,  İndoneziyanın  birliyi,  Demokratiya,  Sosial  əda­
lət  kimi  yüksək  dəyərləri  özündə  cəmləşdirir.  Bu  dəyərlər, 
böyük  tərəqqi  yolu  İndoneziyanı  hələ  çox  zirvələrə 
qaldıracaq.  Dost  ölkənin  hələ  çox  uğurlarının  şahidi 
olacağıq.
Bu  məqaləni  yazıb  ərsəyə  gətirdiyim  vaxtlarda 
qardaş  ölkədən  şad  xəbər  aldıq.  Orada  keçirilən  Pre­
zident  seçkilərində  cənab  Coko  Vidodo  qalib  gəlmişdi. 
Efirdə  Azərbaycanın  Prezidenti  möhtərəm  İlham  Əliyevin 
İndoneziyanın  yeni  Prezidentinə  təbrik  məktubu  oxu­
nurdu.  Məktubda  belə  bir  cümlə  vardı:  “Ümidvaram  ki, 
Azərbaycan  ilə  İndoneziya  arasındakı  dostluq  və  əmək­
_________________Reyhan_Miizazadə__________________so__218__ca'>_______________
Reyhan Mirzəzadə
________________
so 2 /6 c «
daşlıq  münasibətləri  xalqlarımızın  mənafeyinə  uyğun  ola­
raq bundan sonra da  inkişaf edəcək və genişlənəcəkdir".
Dinlədiyim  bu  hərarətli  məktub  qəlbimi  daha  da 
rövnəqləndirdi.  Prezidentimizi  əmin  etmək  istəyirəm  ki,  bu 
müqəddəs  işdə  bizlərin  üzərinə  hansı  vəzifələr  düşürsə, 
onu  həyata  keçirməkdə  zəhmətimizi  əsirgəməyəcəyik. 
Qoy  hörmətli  dövlət  başçımızın  dediyi  kimi,  Azərbaycan 
ilə  İndoneziya  arasındakı  dostluq  və  əməkdaşlıq  müna­
sibətləri  xalqlarımızın  mənafeyinə  uyğun  olaraq,  bundan 
sonra da  daim  inkişaf etsin,  daim genişlənsin!
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
“Azad Azərbaycan" qəzeti, 
12 avqust 2014-cü  il
so 
2 /7
 ca

KORDOVA İG İDLƏRİNİN  VƏTƏNİ
Dost və qardaş Mərakeşdə taxt-tac günü 
qeyd ediləcək
Mərakeş 
haqqında 
neçə 
illər  bundan 
əvvəl, 
Azərbaycanın  böyük  siyasi,  ictimai  və  dövlət  xadimi 
Nəriman  Nərimanovun  1906-cı  ildə  yazdığı  “Mərakeş 
məsələsi"  və  “Quzğunlar  cəmdək  üstə”,  1907-ci  ildə 
tanınmış  ziyalımız  Sultanməcid  Əfəndiyevin  qələmə  al­
dığı  “Müstəmləkat  məsələsi”  adlı  tarixi  məqalələri  oxu­
yandan  sonra  bu  ölkə  ilə  ətraflı  maraqlanmağa  başla­
mışdım.  Məqalələrin  üçündə  də  Mərakeşin  taleyindən 
narahatlıq  və  üzüntülər  əksini  tapmışdı.  Demək,  bu  tarixi 
simalarımızın  həyəcanında  nəsə  bir özəl  səbəb  vardı.  Bu 
səbəb  isə  Mərakeşə  olan  dost,  doğma  münasibət,  qar­
daşlıq  hissləri  idi.  Nərimanov  səmimi  duyğuları  ilə  ya­
zırdı:  “Bu  axır  vəqtdə  Avropa  qəzetləri  Mərakeş  məsə­
ləsinin  barəsində  çox  bəhs  edirlər.  Mərakeş  hal  -  hazırda 
Afrikanın  şimal-məğrib  (yəni  şimal-qərb)  tərəfində  balaca 
müsəlman  padşahlığı  hesab  olunur.  Haman  bu  padşahlıq 
mazidə(yəni  keçmişdə)  böyük  müstəqil  padşahlıq  olub, 
Afrikanın  hamı  şimal  tərəfini  tutmuşdu.  Bu  padşahlığın 
yavaş-yavaş  kiçilməyinə səbəb  bir yandan  müsəlmanların 
arasında  olan  bəlayi  -  əzim  -  nifaq  (yəni  böyük  bəla, 
nifaqayrılıq,  düşmənçilik),  o  biri  tərəfdən  Avropa  döv­
lətlərinin  “pərəstarlığı”  olubdur.  Haman  bu  səbəblərə görə 
firənglər  (yəni  fransızlar)  vəqtində  Tunisi  zəbt  etdilər;  bu 
səbəblərə  görə  hal-hazırda  Mərakeşə  dəxi  əl  uza­
dırlar...Bu  səbəbə  indi  üç  həftədir  İspaniya  dövlətində 
Aljiras  adlı  şəhərdə  konferensiya  qurulub,  Mərakeş 
məsələsi  həll  olunur...
...Mərakeşin  Əlcəzayir  ilə  ümumi  sərhəddi  olmağına 
səbəb,  Fransiyə  tələb  edir  ki,  qoşun  ancaq  firənglərin
_______________
Reyhan Mii'zazadə
__ _____________
so 
218
 ca
tərəfindən  gərək  olsun.  Germaniyə  isə  buna  razı 
olmuyub,  qoşunların  Avropa  dövlətlərinin  tərəfindən  gön­
dərilməsini  istəyir.  Və  dəxi  xahiş  edir ki,  Mərakeş bir neçə 
hissəyə  bölünsün  və  hər  bir  hissəyə  qoşun  təyin  olun­
sun...Xülasə,  Mərakeşdə  hansı  dövlətdən  qoşun  çox  və 
güclü  olsa,  o  dövlətin  əsəri  Mərakeşin  xarici  və  daxili 
işlərinə  səbəb  olacaqdır...  Belə  hərəkətə  Avropa  dilində 
“pərəstarlıq”  deyilir;  biz  isə  buna  “güclünün  yanında 
gücsüz həmişə təqsirkardır” deyərik...”
Bu  məqalədən  təxminən  ay yarım  sonra  “Quzğunlar 
cəmdək  üstə’Yıi  ərsəyə  gətirərkən  Nərimanov  yenə  ürək 
ağrısı  ilə  yazırdı:”...Gözəl  yerlər!  Gözəl  Mərakeş!  Mazidə 
böyük  mənalı,  ümid  məkanı!  Hal-hazırda  zəlil,  həqir, 
sərgərdan  qalmış!  İki  ay  bundan  müqəddəm  hökmü  rə­
van,  müstəqil  soltan  hal-hazırda  dilsiz,  fikirsiz,  əlləri  qoy­
nunda  oturub  dəvət  olunmamış  qonaqların  təkliflə­
rinə  “bəli - bəli” deyir...  On  iki milyon nüfuslu Mərakeş yer 
cəhətcə  Yapondan  iki  dəfə,  Almaniyadan  bir  dəfə  yarım 
böyük olarkən,  indi...
Əcəba!  Quzğunlar  ölü  ruhsuz  cəmdəyin  üstə 
yığılırlar.  12  milyon  Mərakeş  ərəblərini  ruhsuzmu  hesab 
edirlər?  Ya  köməksiz  görüb  ruhunumu  puç  etmək  istə­
yirlər?  Yox,  cənab  quzğunlar!  Səhv  edirsiniz,  hal-hazırda 
şikarınızda  olan  mərakeşlilər  Kordova  igidlərinin  (bu  an­
da  711-ci  ildə  İspaniyanı  fəth  edən  və  Avropanın  cənu­
bunda  Kordova  adlı  İslam  xilafəti  yaradan  müsəlman 
sərkərdə Tariq  bin Ziyadı və  dünya  memarlıq xəzinəsinin 
böyük  nümunəsi  olan  məşhur  Kordova  məscidini  xatırla­
yıram.  Sonralar sərkərdənin adı verilmiş və “Tariqin dağı” 
anlamını  verən  boğazın  adı  Cəbəllütariqdir  -   R.  Mirzə- 
zadə)  nəvə,  nəticə,  kötükcəsidirlər!  Bunları  asanlıq  ilə 
puç  etmək  olmaz!  Sizin  “ədalətinizi”  görəndən  sonra  öz 
başlarına  çarə  qılarlar...Dəyənəyin  iki  başı  olar...Bir  başı
____
Azərbaycançılıq və vətanpərvarlik məflnırəsi
____
so 2/9 oa

cəmdəyə  dəyəndə,  o  biri  başı  cəmdəyin  üstə  oturan 
quzğunlara  dəyər...”
Sultanməcid  Əfəndiyev  də  bir  azərbaycanlı  kimi 
Mərakeşin  halına  acıyıb  yazırdı:"...Fransa  sərmayədarları 
da  İngiltərə,  İspaniya,  Germaniya  sərmayədarlarilə  ittifaq­
da  sərvəti-təbiisi  istifadə  olunmamış  və  camaatı  əcirlən- 
məmiş  Marokkonun  (Mərakeşin)  sinəsinə  minmiş,  öz 
şikarlarını  bölməyə qədəm qoymuşlar...”
Daha  sonra  S.Əfəndiyev  tərəqqipərvər  mətbuatın 
məqaləsindən  sitat  gətirib  əlavə  edir:“...Hamı  millətlərin 
sərmayədarlarının  qabağında  Marokkonun  qapıları  açıq­
dır,  hamı  sərmayədar  üçün  sənət,  ticarət  və  mavrları 
(Mərakeş  ərəblərini)  sərmayə  zənciri  altında  əcir  etmək 
sərbəstdir:  məlumdurki,  Mərakeşin  sahibləri  olan  ərəb­
lərdən  izin  və filan  almaq istəmirlər...”
İkinci  Dünya  müharibəsi  qurtardıqdan  sonra  dün­
yanın  bəzi  regionlarında  olduğu  kimi,  Şimali  Afrikada  da 
atəş  kəsilmədi.  Qan  axıdılması  dayanmadı.  Hələ  XIX 
əsrin  axırlarında  müstəmləkəçi  dövlətlər  Mərakeş  üstün­
də  bir-biri  ilə  şiddətli  mübarizə  aparmağa  başlamışdılar. 
Mərakeş  üstündə  gedən  dava  hər  şeydən  əvvəl  Məra­
keşin  hərbi-strateji  mövqeyinin  əlverişli  olması  idi.  Xatır­
ladım  ki,  Mərakeş  Misir  və  Sudandan  sonra  üçüncü 
böyük  ərəb  dövlətidir.  Ölkə  şimaldan  Aralıq  dənizi,  qərb­
dən  Atlantik  okeanının  suları  ilə  (bu  imkan  balıqçılığın 
inkişafına  xeyli  təsir  göstərir)  əhatə  olunub.  Bundan 
başqa,  krallığın  ərazisindən  çoxlu çaylar axır.
Mərakeş Afrikanı  Avropa,  Yaxın  Şərq  və Amerika  ilə 
birləşdirən  əsas  ticarət  marşrutlarının  kəsişməsində 
yerləşir.  Bu  coğrafi  mövqe  isə  Mərakeşin  regionun  ixrac 
mərkəzinə 
dönmək 
imkanlarının 
böyük 
olduğuna 
zəm anət verirdi.
________________
Reyhan Mirzəzadə
________________
»o 220 ca
İmperialistlər  Mərakeşin 
zəngin  faydalı  qazıntı 
yataqlarına  da  göz  dikmişdilər.  Fosfat  (hazırda  fosfat 
turşusunun  satışına  görə  Mərakeş  dünyada  birinci  yeri 
tutur),  kobalt,  manqan  ehtiyatlarına  görə  ölkə  öncül  sıra­
larda  idi.  Digər  təbii  sərvətləri  kömür,  qurğuşun,  dəmir 
filizi,  gümüş  və  mis  də  öz  yerində,  ölkə   ərazisinin  geniş 
münbit  torpaqlara  malik  olması  imperialistlərin  diqqətin­
dən yayınmırdı.
Mərakeş  üstündə  gedən  mübarizə  1905-ci  və  1911- 
ci  illərdə  iki  dəfə  son  dərəcə  kəskinləşərək,  hərbi 
münaqişə  həddinə  çatmışdı.  Lakin  1912-ci  ilin  əvvəllə­
rində  imperialist  dövlətlər  öz  aralarında  sazişə  gələ 
bildilər və  martın  30-da  Mərakeş  ərazisi fransız  qoşunları 
tərəfindən  işğal  edildi,  ölkənin  sultanı  Şərif  İmperiyasının 
(Mərakeş  dövlətinin  o  vaxtkı  rəsmi  adı)  Fransa  pro- 
tektorluğuna  çevrilməsi  haqqındakı  müqaviləni  imzala­
mağa  məcbur oldu.
İllər ötdü,  Mərakeşlə,  Afrika  ilə  bərabər,  Nərimanov, 
Əfəndiyev  kimi 
şəxsiyyətlərimizin 
simasında 
bütün 
Azərbaycan  xalqının  da  arzuları  çin  oldu.  1956-cı  ildə 
qardaş  ölkənin  taleyinə  azadlıq,  müstəqillik  günəşi 
doğdu.
Afrika  materikinin  şimal-qərb  hissəsində  İslam 
dövləti  olan  Mərakeş,  ərəb  dilində  əl-Məğrib,  tərcümədə 
yəni  "qərb”,  yaxud  Məğrib  əl-Əksa,  yəni  “ Uzaq  qərb” 
deməkdir  ölkənin  tam  rəsmi  adı-Mərakeş  Krallığı  ərəb 
dilində  Əl-Məmləkə  Əl-Məğibiyyə  adlanır.  Əhalisinin  sayı 
34 milyon nəfərə yaxındır.
Qeyd  etdiyim  kimi,  Mərakeş  Fransa tərəfindən  işğal 
edilib,1912-ci  ildən  1956-cı  ilə  qədər  Fransanın  pro- 
tektoratı  (yəni  müstəqilliyini  formal  olaraq  saxlayan  zəif 
dövlətin  daha  güclü  dövlətdən  faktiki  asılılıq  forması) 
olub.  Həmin  illərdə  ölkəyə  kral  Sultan  Məhəmməd
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
221 ca

rəhbərlik  edib.  Onu  1961-ci  ildən  oğlu  II  Həsən  əvəz edib 
və o da 38  il  Mərakeşin  kralı olub.
II  Həsən  Yaxın  Şərqdə  sülhün  bərqərar  olunması 
naminə  çox  işlər  görüb  və  dünyanın  siyasi  liderləri 
arasında özünəməxsus nüfuz  qazanıb.
Onun  vəfatından  sonra  1999-cu  il  iyul  ayının  30- 
da  oğlu  VI  Məhəmməd  hakimiyyətə gəlir.  Hər  il  bu tarixi, 
taxt-tac  gününü  xalq  böyük  sevinclə  qeyd  edir.  Həmin 
gün  ölkədə  hərbi  nümayiş və  bayram  konsertləri  keçirilir, 
kralın xalqa  müraciəti olur.
Tam  adı  Məhəmməd  ibn  əl-Həsən  bin  Məhəmməd 
olan  kral  VI  Məhəmməd  21  avqust  1963-cü  ildə  Mərake­
şin  paytaxtı  Rabat  şəhərində  anadan  olub.  Kral  II  Həsən 
və  onun  xanımı  Lalla  Lətifə  Hammanın  böyük  oğlu, 
ailənin  ikinci  övladıdır.  O,  ilk  təhsilini  dörd  yaşında  ikən 
Quran  məktəbində  alıb,  ö z   ölkəsində  hüquqi  sahədə 
bakalavr  təhsili  alan  VI  Məhəmməd,  daha  sonra  təhsilini 
Fransada,  Nitssa  Sofiya  Antipolis  Universitetində  davam 
etdirib. 1666-cı  ildən  etibarən  Mərakeşdə  hakimiyyət­
də  olan  Alauitlər  sülaləsinin  iyirmi  üçüncü  monarxı, 
üçüncü kralıdır.
Hakimiyyətə  gələndən  sonra  yeni  kral  ölkədə  bir 
sıra  siyasi,  iqtisadi  və  sosial  liberallaşma  kursuna  üstün­
lük  verdi.  Kral  VI  Məhəmmədin  ilk  əsaslı  islahatı  “Mu- 
davana”  qanunu  hesab  edilir.  Bu  qanun  qadınlara  daha 
çox  hüquqi  imkanlar  verdi.“Mudavana”  qəbul  olunarkən 
dini  mühafizəkarlar  etirazını  bildirsələr  də,  müqəddəs 
Quranın  prinsiplərini  əlində  rəhbər  tutan  kral,  belə 
hüquqların  qadınlara  Quranda  da  verildiyini  nümunə 
göstərdi.
Hakimiyyətdə  olduğu  müddətdə  kral  eyni  zamanda 
yoxsulluqla  mübarizə  apararaq,  “kasıbların  hamisi"  titu­
lunu  qazanmışdır.  2003-cü  ildə  Kasablankada  törədilmiş
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin