cs
Çinli qardaş! Unutma ki,
Dərdin mənim dərdim oldu.
Yaralandın - yaralandım,
Gözün doldu - gözüm doldu.
deyən S. Rüstəmin “Çinli qardaş” şeiri haqqında da
eyni sözləri demək olar Bu şeirində şair xoş günlər
uğrunda mübarizəyə qalxan Çin xalqının tarixi nailiyyət
lərini böyük ruh yüksəkliyi ilə tərənnüm edib deyir: “Artıq
sənin ixtiyarın, səadətin öz əlində”.
Çin xalqı öz azadlıq səadətinə qovuşduqdan sonra
bütün dünya xalqları, o cümlədən Azərbaycan xalqı ilə
daha geniş əlaqələri yarandı. Şairlərimiz Çin haqqında bir
- birindən gözəl əsərlər yaratmağa başladılar. R.Rzanın
"Dostumuz, qardaşımız” , O.Sarıvəllinin “Körpülər", M. Dil
bazinin “Çin qızı" kimi şeirləri xalqımızın mədəni ruhuna
yeni qüvvət gətirdi. Sülh və azadlıq nəğməkarı S.Vurğun
"'Qatsın nəfəsimə öz nəfəsini Siyao Çindən” dedi, şair Ə.
Cəmil "Qəhrəman Çin xalqının əzmi titrədir səsi" - deyə
dünyaya səs saldı. N. Həsənzadə “Şıx düzündə görüş”
şeirində vaxtilə bir yerdə qoşa şəkil çəkdirdiyi çinli şair
dostuna iftixarla: “Sinəmə sığmayan sevinc hissilə indi
şəklimizə baxıram hərdən, elə bilirəm Çin ölkəsiylə
yanaşı durmuşam Şıx düzündə mən" - deyə iki xalqın
şairlərinin dostluğundan həvəslə söhbət açdı.
Şair i.Tapdıq “Çin" şeirində qardaş xalqın yaratdığı
xarüqələri tərənnüm etdi. Digər şairlərimiz iki respublika
nın məktəblilərinin belə bir - biri ilə sıx dostluq əlaqələri
saxlamasından, Çin xalq əfsanələrindən, onun qədim
adət - ənənələrindən dönə-dönə bəhs etdilər.
Bütün bunlarla yanaşı, Azərbaycan şairləri məşhur
Çin şairlərinin əsərlərini dilimizə tərcümə edib xalqımıza
tanıtdılar. Çin şairlərindən Qo Mo-Jon, Yan-Çen, Lyu-
______
A zə rb a y e a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
so
309 ca
Bon, Soy Şu - Jen, Van Yan, U. Yan - Xen, Den Ujin və
başqalarının onlarca əsəri bu gün də ədəbiyyatsevər-
lərimizin həvəslə oxuduğu mədəniyyət nümunələridir.
Yuymın - Çin dilində Bakı demək deyildir. Ancaq
bu şəhəri “Çin Bakısı" adlandırırlar. Yuymın Çinin neft
sənayesi mərkəzidir. Bizim Bakı kimi o da ölkədə yeni
neft rayonlarının yaradılmasında böyük rol oynayır. Bü
tün dünyada şöhrət qazanmış Bakı neftçiləri Yuymın mə
dənlərinə tez-tez qonaq gedirdilər. Onlar öz təcrübələri
ilə çinlilərə dayaq olurdular.
Neft Bakısı da öz növbəsində çinli dostları səmimiy
yətlə, qardaş kimi qəbul edirdi. Yuymın mədənlərinin bir
çox mühəndis və ustaları qürur hissi ilə özlərini Bakı neft
çilərinin şagirdləri və ardıcılları adlandırırdı. Şair U - Di
“Anırıq Bakını” şeirində bu mehriban dostluğun ürəklərə
yol tapan sevincindən danışır:
... Bağçalı Bakıda, bağlı Bakıda
Güllə qarşılandı çinli qonaqlar.
Yuymın şəhərindən gələn hər qonaq,
Min-min çaylar keçmiş, aşmışdır dağlar.
GəldilərYuymına bakılılarda,
Alovlu bir istək, odlu ürəklə,
Bu uzun yollarda üz - üzə gəldi
Onlar min boranla, qarla, küləklə.
... Bakılı ayrılıb doğma evindən,
Xoş niyyətlə gəlib bizim ölkəyə,
Yeni neftçıxarma texnikasını
Gəlib ki, öyrətsin çinli fəhləyə.
Oxşasın Bakıya bizim Yuymın da,
Ən dərin qatların olaq hakimi,
Xoşbəxtlik gətirən bu neft selləri
Axsın Yan - .Tszı kimi, Sarı çay kimi...
______________________
R eyhan M irzəzadə
_________________________
fCi310CA
İngilis generalı Vilson XIX əsrin ikinci yarısında
demişdir: “O, istehkam elmin qanunlarına sonsuz eti
nasızlıq hissi ilə tikilməsinə baxmayaraq, o qədər möh
kəm və alınmazdır ki, onun bürcləri və darvazaları elə sə
mərəli yerləşdirilmişdir ki, hətta qalalara hücum etmək
üçün əla silahlandırılmış müasir ordu belə onun qarşısın
da dayanmağa məcbur olar. Ancaq bir şərtlə ki, onun
müdafiəsi üçün heç olmazsa kiçik bir cəhd göstərilsin”.
General dünyanın ən böyük tikintilərindən və ən
böyük möcüzələrindən
biri olan Çin səddi
barədə
danışırdı.
Böyük Çin səddi Şərqdə Çjili körfəzi sahilində olan
Şanxayquan şəhərinin yanından başlayıb Qərbə doğru
altı min kilometrdən artıq uzanır və Qansu əyalətinin
qumlu səhralarında bitir. Sədd təkcə barbar köçəri qəbi
lələrin, xüsusilə hunnların Çinə yolunu kəsmək, beləliklə
də qərbə və cənub - qərbə gedən yolların təhlükəsizliyini
təmin etmək məqsədilə tikilməmişdi, Çin səddi yalnız
hərbi əhəmiyyətə malik deyildi. Böyük sədd əkinçiliyə
əsaslanan Çin maddi mədəniyyətinin inkişafına da bilava
sitə təsir göstərə bilirdi. Çin səddi Çin tarlalarını səhra
ların qumlarından da qoruyurmuş. Bəs
Səddi
kim
tikdirmişdi?
Eramızdan əvvəl 246-cı ildə Sin dövlətində Çjen
taxta çıxmışdı. O, gənc dövləti möhkəmləndirməyə baş
layıb və Çinin son müstəqil knyazlıqlarını məğlubiyyətə
uğradaraq, özünü
“Sinin ilk imperatoru” elan etmişdi.
Belə ki, o, tarixdə Sin Şixuandi adı ilə tanınır.
Böyük enerjiyə malik olan Şixuandinin dövründə
çox böyük tikinti işləri həyata keçirilirdi. Həmin tikin
tilərdən əslində heç bir şey qalmasa da, məlum olmuşdur
ki, imperator sarayının ikinci mərtəbəsində on min adam
tuta bilən salon varmış. Həmin sarayın alt mərtəbəsi elə
_______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
80
311 ся
uca imiş ki, orada hündürlüyü 15 qulac (bir qulac 50-70
sm olan qədim uzunluq vahidi) olan dirəklər varmış.
Dirəklərin ucundan bayraqlar asılarmış.
Çin Şixuandi özünə mavzoley də tikdirmişdi. Onun
hündürlüyü 500 qulac, dairəsi isə 5 min qulacdan çox
olmuşdur. Mavzoleyin tavanında səma bürcləri təsvir
olunmuşdu, döşəmədən isə civə dənizlərinə tökülən civə
çayları axırmış. Mavzoleyin tikintisində 700 min adam
işləmişdi.
Sin Şixuandi dünyada ən böyük istehkam qurğusu
olan Böyük Çin səddinin təməlini tikdirməyə başladı. Ti
kinti zamanı hər gün minlərlə, on minlərlə adam həlak
olurdu, ölənlərin yerinə ardı-arası kəsilmədən yeniləri
gəlirdi.
Səddin hündürlüyü 10 metr, bünövrəsinə yaxın eni 6
metrdir. Səddin üzərində 100-120 metrdən bir kvadratşə-
killi bürclər ucalır. Çin tarixçilərinin dediyinə görə, vaxtilə
burada 60 min bürc olmuşdur. Onlardan indi 20 minə ya
xın bürc qalmışdır. Səddin tikintisində 700 milyon adam
çalışmışdır.
Çinlilərin Vanli Çançen adlandırdığı bu heyrətamiz
sədd 1987-ci ildən etibarən YUNESKO tərəfindən müha
fizə edilir.
Azərbaycan və Çin xalqının dostluğundan danışan
dan sonra kosmosdan belə aydın görünən əzəmətli Çin
səddinə keçməyim heç də təsadüfi olmadı. Arzum vardı.
Bu ondan ibarətdir ki, qoy Azərbaycan və dost ölkə ara
sındakı bütün əlaqələr Çin səddi kimi möhkəm, Çin səddi
qədər uzunömürlü, Çin səddi tək əvəzsiz və təkrarsız
olsun!
______________________
___________________________so_312_сл_“Strategiya.az”_1_oktyabr_2013_YA_PO_NİYA_ŞAİRANƏ_DİYARDIR'>R eyhan M irzəzad ə
________________________
so 312 сл
“Strategiya.az”
1 oktyabr 2013
YA PO NİYA ŞAİRANƏ DİYARDIR
2 1 m a r t ı y a p o n x a lq ı y a z d a g e c ə - g ü n d ü z ü n
b ə r a b ə r liy i g ü n ü k im i q e y d e d ir
Dünyanın ən sirli və maraqlı xalqı olan yaponlar
çox-çox ölkələrin yazarları,
tarixçiləri,
etnoqrafl arını
düşündürüb və bu gün də düşündürməkdə davam edir.
Yaponlar Tanrı tərəfindən sanki ayrıca bir məkan üçün
yaradılan, çoxlarına müəmmalı görünən, zahirən əkiz
xalq kimi oxşadığı çinlilərdən belə xeyli fərqlənən, bən
zərsizliyi ilə məhz özünə məxsus olan sadə və səmimi bir
xalqdır. Alimlər tədqiq ediblər ki, yaponların milli xarak
terində bu amillər xeyli fərqlənir:
a) ümumi etik cizgilər - əməksevərlik, güclü bir
şəkildə inkişaf etmiş estetik hiss, təbiəti sevmək, ənə
nələrə sadiqlik, iqtibasa meyllilik, etnosentrizm, praktiklik.
b) qrupşəkilli davranış xüsusiyyətləri - nizam-
intizamlılıq, nüfuza sadiqlik, borcluluq hissi.
v) gündəlik adi cizgilər - nəzakətlilik, səliqəlilik, özü-
nüələalma, qənaətcillik, dözümlülük.
Yaponlar ta qədim zamanlardan insanın simasına
nəzər yetirməklə həmin adamın niyyəti ilə onun taleyini
müəyyən etməyə müvəffəq olurdular, ö z simasını gizlət
mək meyli də məhz bununla bağlıdır, məhz bu səbəbdən
də yaponlarda daxili ekspresiya və emosiyalardan asılı
olmayaraq sakit və dinc üz ifadəsi vardır.
Yaponlar ünsiyyət zamanı özlərini həddindən artıq
təmkinli aparırlar. Emosiyaların kütləvi şəkildə nümayiş
etdirilməsi yolverilməzliyi onlarda uşaqlıqdan tərbiyə
olunur.
Yaponlar həm də qədim adət-ənənələrinə sevgi və
sədaqətlə yanaşan xalqdır. Keçmiş sovet məkanının
tanınmış alimi N.Konrad uzun illər yapon nağılları, mifi,
AzdrbavcançıliQ və vətənpərvərlik m əfkurəsi
_______
so 31 Зол
nəğmələri, ümumiyyətlə, yapon mədəniyyətini öyrən
məklə məşğul olub. O, yazılarında qeyd edir ki, ya
ponların “Kodziki” adlanan qədim mədəniyyət abidəsi hər
bir yapona yaxın, doğma olan, sevilən bir kitabdır. Ya
zıçı, diplomat və şərqşünas N.Fedorenko qarşıya maraqlı
sual qoyurdu:“Mən hər zaman düşünürəm - gedəni sax
lamamaq, gələni qovmamaq - yapon qonaqpərvərliyinin
bu qanunu öz qüvvəsini uzun müddət saxlaya biləcək-
mi?". Təbii ki, bu sualın cavabını Yaponiyanı ziyarət
edənlər daha yaxşı bilər, indi isə tarixin səhifələrini
vərəqləyək.
Ivao Matsukaranın “Yaponiyanın həyatı və təbiəti"
kitabında
maraqlı
qeydlər var:“Zövq
məsələlərində
yaponlar çox sadədirlər və onların həyat tərzindən görün
düyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər.
Çinlilər taxta parçasını hökmən rənglədikləri, bol və müx
təlif xörəklər sevdikləri halda, yaponlar sadə ağacdan
tikilmiş evlərdə yaşamağı xoşlayırlar. Yaponların da Çin
xörəklərindən xoşları gəlir, lakin bu yalnız müxtəliflik
üçündür. Elə bir ailə çətin tapmaq olar ki, var-dövləti
sayəsində hər gün öz evində çinli aşpazın bişirdiyi qədər
xörək hazırlatdırsın.
Rəngkarlıqda çinlilər əzəmət, aydın xətlər xoşla
yırlar ki, bu, yaponlara bayağılıq, zövqsüzlük kimi
görünür. Çinlilər pion, qızılgül, orxideya güllərini - tünd
ətri və aydın cizgiləri olan gülləri sevirlər ki, bu da Qərb
xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə
Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçək
ləri (gilənar çiçəkləri), həmçinin çöl çiçəklərini, hətta adsız
otları daha üstün qiymətləndirirlər. İncəsənətdən, yaxud
təbiətdən həzz almaq məsələsinə gələndə, yaponlar qatı
mühafizəkara çevrilirlər, onlar yalnız qədim meyarlara
sadiqdirlər. Yosun basmış daşları, çox balaca, əyri
_______________
Reyhan Mirzdzadə
_________________
so
3 4 ea
ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda
xüsusi gözəllik vardır”.
ölkədə xalqın torpağa olan tələbatı olduqca böyük
dür. Şəhərlər genişləndikcə, ətrafdakı kəndli sahələri
böyüdükcə, zəhmətkeş yaponlar daha uzaq məsafələr
qət etməli olurlar. Onların çoxu işə gedib-gəlmək üçün
gündə beş, hətta altı saat vaxt itirirlər. Yaponiya kənd
lilərinin beyninə bu fikir təlqin olunmuşdur ki, çəltik be
cərmək, sənətkar olmaqdan, yaxud alver etməkdən
şərəfli işdir. Sələflərin “əkinçilik dövlətin əsasıdır” fikri
nəsildən-nəslə keçmişdir. İmperatorun özü birinci əkinçi
sayılır və ənənəyə görə, hər il öz sarayının yanındakı
kiçik tarlada öz əli ilə çəltik əkir.
Kitablardan oxuyuram ki, yapon mənzilinin içini
birinci dəfə görəndə adam ən əvvəl orada qətiyyən mebel
olmadığına heyran qalır. Orada nə divan, nə kürsü, nə
stul, nə masa, nə qab-qacaq düzülmüş bufet, nə paltar
dolabı, nə kitab rəfi, nə də çarpayı olur. Tatami - həsirdən
sırınmış və üç barmaq qalınlığında olan cod döşək yalın
ayaqlar altında azacıq yatıb-qalxır. Tatami məhz elə ölçü
dədir ki, yaşlı adam onun üstündə əyləşir, işləyir, dincəlir,
yatır. Həmin döşəmələrin ölçüsü həmişə eyni - bir kvad
ratmetr yarımdan azacıq böyük olduğuna görə yapon
mənzillərindəki otaqlar da yalnız müəyyən sahədə olur:
üç, dörd, altı, yaxud səkkiz tatami.
Yaponlar mənzillərində müəyyən bir şeyi təmir
etmək və ya sazlamaq' istəyəndə hər xırda iş üçün usta
çağırırlar. Bu ustaların hər biri əmindir ki, öz işini sifariş
çidən yaxşı bilir. Ona görə də hər cür tövsiyə və məslə
hətlərə biganə yanaşır və ya əhəmiyyət vermirlər. Məsə
lən, yapon dərzisinə kostyumun, yaxud paltarın əyinə bu
cür yox, başqa cür durmalı olduğunu sübut etmək məna
sızdır. Yapon mehmanxanasının xidmətçisi bayırda
_______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
ю
315
oa
soyuq olsa da, qonaq hələ bir-iki saat yatmaq istəsə də,
hava işıqlaşan kimi otağa girib pəncərələrin taylarını aça
bilər. Onun fikrincə, oyanmaq vaxtını özü daha yaxşı bilir.
Xeyli müddət Yaponiyada yaşamış rus yazarı
V.Ovçinnikov yapon adət-ənənələrini təsvir etdiyi “Sakura
budağı”nda müşahidələrinə əsasən yazır ki, yapon ailə
sinə qonaq təşrif buyurarkən qapının ağzında onu ancaq
ev sahibəsi qarşılayır, qonaq ev sahibi ilə otaqda, ayaq
qabısını çıxarıb tatami üzərində təzim üçün lazım olan
vəziyyətdə əyləşəndən sonra salamlaşır. Ev sahibi qona
ğın qarşısında əyləşib söhbət edir, arvadı dinib-danışma
dan xidmətçi vəzifəsini yerinə yetirir, ailənin bütün digər
üzvləri isə hörmət əlaməti olaraq ümumiyyətlə, gözə
görünmürlər.
Həyatın formaları yeniləşsə də, yaponlarda ailə
ocağı köhnə ədəb qaydalarının qalası kimi qalır. Elçilk
zamanı bəylə gəlinin ilk görüşünü elə təşkil etmək vacib
sayılır ki, tərəflərdən biri rədd cavabı versə, digər tərəf al
çalmasın. Buna görə də çox vaxt müəyyən ictimai yerdə,
məsələn, xrizantem sərgisində, yaxud hər hansı parkda
albalı ağacının baharda çiçək açmasına tamaşa edilər
kən gənclərin bir-birini görmələri təşkil olunur. Belə görüş
heç kəsin qarşısına tələb qoymadan gənclərin və onların
ata-analarının da bir-biriləri ilə tanış olmalarına imkan
verir.
Ailənin təntənəli günləri bir tərəfə qalsın, adi
günlərdə də masa arxasında pozulmaz qayda ilə əyləş
mək tələb olunur. Evdən çıxan, yaxud evə gələn hər kəsə
səs-səsə verib - “Yaxşı yol!”, yaxud “Xoş gəlmisiniz!” -
demək adətdir.
Tokio təyyarə meydanında yaponların uzaq ölkələrə
səfərdən qayıdan qohumlarını qarşılamalarını dəfələrlə
seyr etmək də maraqlıdır. Ər təyyarədən düşəndə, arvadı
______________________
R e y h a n M irzəzad ə
_______________________
s o
316
ca
onu dərin təzimlə qarşılayır. Adamlar qarşısında qucaq
laşmaq və ya öpüşmək ağlasığmaz işdir. Ər arvadına
başını tərpətməklə cavab verir, oğlunun və ya qızının
başını sığallayır, əgər valideynləri lütf edib qarşılamağa
gəliblərsə, onlara dərin hörmətlə təzim edir.
Yaponiyada olanların çoxu şübhəsiz müşahidə et
mişlər ki, yapon uşaqları demək olar heç vaxt ağlamırlar.
Bəziləri də bunu körpələrə xas olan məşhur yapon nəza
kətinə aid edirlər. Uşaq adətən yemək və ya içmək
istəyəndə, narahat olanda, başsız qalanda, nəhayət, mü
əyyən bir işə məcbur ediləndə ağlayır.Yaponların tərbiyə
sistemi bütün bunlara yol verməməyə çalışır. Çünki bu
ölkədə uşaqların həddindən artıq nazını çəkirlər. Onları
heç vaxt ağlamağa qoymurlar. Uşaqlara, xüsusən oğ
lanlara demək olar heç nəyi qadağan etmirlər. Məktəb
yaşınadək uşaq istədiyini edə bilir. Uşaqda belə bir inam
oyanır ki, valideynləri onun mənliyinə toxunmazlar.
Yaponiyada həm qızlar günü, həm də oğlanlar günü
bayram edilir. Təbii ki, bayram balaca qızlar və balaca
oğlanlara aiddir. “Qızlar günü” martın 3-də, “Oğlanlar gü
nü” isə mayın 5-də qeyd olunur. Qızların bayramı həm
çinin “Gəlincik bayramı” adlanır (yaponlar buna "Xina-
matsuri" deyirlər). Bayram günü balaca qızlara cürbəcür
gəlinciklər gətirirlər: samuray paltarında, əyan geyimində,
bəy - gəlin və s.
Poeziyanın, şeirin yaponların mənəvi həyatında
böyük rolu vardır. Bu xalqın ilk yazılı abidələrindən biri VII
əsrdə tərtib edilmiş şeirlər antologiyasıdır. Həmin abidə
“Manyösü” - yəni “On min yarpaq” adlanır. Yapon xalqının
mənəvi dəyərlərini əks etdirən, tarixini yaşadan ədəbiyyat
nümunələrindən biri də məşhur “Kodziki”dir.“Kodziki”
təkcə yapon mifologiyasına, dininə, ədəbiyyatına, tarixinə
deyil,
həmçinin Yaponiyaya və yaponlara aparan
_______
A zə rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi
______
so
317 CA
bələdçidir. “Kodziki” sayəsində biz “Allahlar əsrini” və
“Temmu” dövrünü dərk edir, həmçinin bu vasitə ilə əsl
yapon və müasir Yaponiyaya daha yaxşı yaxınlaşmış
oluruq.
Yaponiyada insanlar şeirə, poeziyaya son dərəcə
məhəbbətlə yanaşırlar. Əsrlərdən gələn ənənədir ki, ölkə
də hər il yanvarın ortalarında poeziya yarışı keçirilir. Bu,
milli müsabiqəyə müvafiq mövzu üzrə on minlərlə şeir
göndərilir. Şeirlərin ən yaxşılan imperatorun iştirakı ilə ke
çirilən təntənəli mərasimdə oxunur, qəzetlərdə dərc edilir,
ictimaiyyət ən yaxşı xaykuların (bu anlayışa bir qədər
sonra aydınlıq gətirəcəyəm) müəlliflərinə təkcə ona görə
böyük maraq göstərmir ki, XIV əsrdən bəri hər il bu cür
poeziya çempionatı keçirilir, həm də ən əvvəl ona görə ki,
həmin yarış müasir həyatın ayrılmaz hissəsi kimi davam
etməkdədir.
Yaponiyada şeir yazmaq yalnız şairlərin işi deyil,
çox geniş yayılmış işdir, mən deyərdim ki, ümumxalq
işidir. Hər ay çıxan və ümumi tirajı milyon nüsxədən çox
olan təqribən iyirmi jurnal tamamilə poeziyaya həsr edilir.
Yapon poeziyası bəşər bədii təfəkkürünün əldə
etdiyi ən qədim və zəngin mənəvi sərvətlərdəndir. Bu
poeziyanı son dərəcə özünəməxsus bir poetika, dərin
fəlsəfi mahiyyət, müdrikliklə sadəliyin dialektik vəhdəti,
bədii estetik konkretlik, yığcamlıq səciyyələndirir. Yapo
niyada milli şeirin iki forması çox məşhurdur:Tanka
(beşlik) və xokku (üçlük). Tanka Qərbdə sonet, Şərqdə
isə rübai kimi tanınır. Xokku qafiyəsizdir. Onun axıcılığını
təmin edən əsas şərt fikrin, əhval-ruhiyyənin zənginliyi,
assosiasiyanın dəqiqliyi, təhkiyənin isə sadəliyidir. İlk
baxışda bu bizim oxucularda təəccüb doğursa da, qeyri-
adi görünə bilər. Əslində isə xokku ilə xalqımızın el
ədəbiyyatı, xüsusən bayatı arasında bir yaxınlıq var.
_______________ _______
R eyhan M irzəzadə
________________________
so
318
oa
Yapon poeziyasında xokku janrının böyük yaradıcıla
rından biri XVII əsrdə yaşayıb - yaratmış Matsyo Basyo-
dur. Misralar onun yaradıcılığından nümunələrdir:
Çiçəklər soldu,
Tökülür toxumları,
Sanki göz yaşıdır...
Ah, oyan, tez ol!
Mənim dostum, sirdaşım ol,
Sən ey yatmış pərvanə!
Ağacları əkdilər bağda.
Ahəstə pıçıltıyla payız yağışı
Ürək-dirək verir onlara.
"Uşaq əlindən yoxdu dinclik!” .
Belə adamlarçün yəqin
Gilənarın çiçəyi də əziz deyil.
Bu yerdə əlavə etmək istərdim ki, xokku adlanan bu
milli şeir üslubunun sonralar Masaoka Zikki tərəfindən
“xayku” adlandırılması təklif olunmuşdur. Çünki xokku
müstəqil janr olmazdan əvvəl tankanın tərkib hissəsi idi.
Masaoka Zikki düşündü ki, tankanın tərkib hissəsi olan üç
misra ilə müstəqil qoşulan üç misranı fərqləndirmək
lazımdır və odur ki, müstəqil qoşulan üç misra üçün
xayku anlayışını təklif etdi.
1811-1813-cü illərdə yaponların əsiri olarkən kapi
tan V.Qolovin səmimiyyətlə etiraf edib bildirir ki, yapon
lara xas olan bütün cəhətlərdən birini, ən əlamətdar cə
həti göstərmək lazım gəlsəydi, aşağıdakıları demək düz
olardı: onlar çox kitab oxuyur, çox şeylə maraqlanırlar.
_______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik məfkurəsi
_______
SO
319
G8
Metronun sıxlığında, kənd evinin açılıb-yığılan
divarları arxasında - hər yerdə adamların kitab oxu
duqlarını görürsən.
Yaponlar haqqında onu demək olar ki, bu xalq
kütləvi surətdə ziyalı xalqdır. Səbəbi yalnız onda deyildir
ki, əhalinin hamısı savadlıdır. Yaponun dünyagörüşü yal
nız çox kitab oxumaqla deyil, həm də adamların yaşından
asılı olmayaraq, hər şeyə əsl uşaq marağı göstərmək
bacarığı ilə səciyyələnir. Gənclər də, qocalar da hər cür
kurslara, sərgilərə, mühazirələrə axın-axın gedirlər. “Mu
siqi həvəskarı olan fəhlələr cəmiyyəti” elə kütləvi təş
kilatdır ki, bəzi siyasi partiyalar onun üzvlərinin sayına
həsəd apara bilərlər.
Yaponiyada xalq maarifinə gəlincə, bütövlükdə bir
xalq digər xalqla müqayisə olunanda, zənnimcə, yaponlar
yer üzündə ən savadlı xalqdır. Yaponiyada oxuyub yaz
mağı bacarmayan adam yoxdur...
Yapon xalqının həyat tərzi Azərbaycan ziyalılarının
da daim
marağına
səbəb olub.
Belə ki,
yapon
ədəbiyyatının tədqiqatçı və tərcüməçisi Elçinin bu xalqın
əfsanələri və inancları haqqinda maraqlı qeydləri var.
Həmin qeydlərdən biri budur ki, “Kimsəsiz qarılar” dağının
(Obasute) adı əfsanə ilə bağlıdır. Qədim zamanlarda
arvadının böhtanlarına inanan bir nəfər ona analıq etmiş
qoca xalasını kimsəsiz bir dağa aparıb azdırır. Amma
sonra tərtəmiz ayın dağların üzərindən necə qalxmasını
görüb əməlindən peşman olur və qarını yenə də evə
qaytarmaq üçün həmin dağa tələsir.
Yapon xalq poeziyasında qırqovul valideyn mə
həbbətinin rəmzidir. Qırqovul heç vaxt, hətta yanğın
zamanı belə öz balalarını atıb getmir.
Dostları ilə paylaş: |