Reyhan Mirzəzadə azərbaycançiliq və


Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
tsn 331 ca

Reyhan Mirzəzadə
buyurun"  -  deyə  müştərilərə  xidmət  edir,  gah  onlar  üçün 
siqaret  yandırır,  gah  da  xırdaca  badələrə  “sake”  (m öh­
kəmliyi  on  dərəcədən  artıq  olmayan  düyü  arağı)  tökür­
dülər.  Cibimdəki  döş  nişanlarından  onlara  da  verdim. 
Burada  işləyən  xidmətçi  oğlanların  və  qızların  sevincinin 
həddi-hüdudu  yox  idi.  Onlar  mənə  “domariqatto”  -  deyə 
təşəkkür  edirdilər.  Sonralar  həmin  milli  restorana  gedən­
də,  daha bilmirdilər mənə  necə hörmət eləsinlər.  Hər dəfə 
gözləri  mənə  sataşanda,  gülümsünüb  təzim  edirdilər.  Nə 
qədər hörmətcil, nə qədər incə idilər..."-Seyidbəyli yazırdı.
Yaponiyada  olmuş  və  yaşamış  çoxsaylı  müəlliflər 
yaponların  həddindən  artıq  zəhmətkeş,  işgüzar  olduq­
larını,  sutkada  bəzən  fasiləsiz  18,  hətta  22  saat  işlədik­
lərindən  bəhs  edirlər.  Bu  barədə  elə  H.Seyidbəyli  də 
yazır:  “Tokioda  böyük  bir  işgüzarlıq  duyulur.  Elə  bil  bu 
yüz  minlərlə  adamın  içərisində  heç  kəs  avara,  məqsədsiz 
veyillənmir”.Müəllif  daha  sonra  onların  xarici  və  daxili 
aləmindən  söz  açır:"Yapon  gəncləri  müasir  geyimdə 
gəzirlər.  Geyimləri  o  qədər  bahalı  olmasa  da,  çox  təmiz 
və  səliqəlidir.  Orta  yaşlı  və  qoca  qadınların  çoxu  kimono 
geyinir.  Onların  çox  ağıllı,  düşüncəli  gözləri  var.  Üzləri, 
baxışları  qayğılıdır.  İki qadın  bir-biri  ilə görüşəndə elə  hal- 
əhval  tutur ki,  sanki  bir-birindən  utanır.  Danışanda gülüm­
səyib  yaşlarına  yaraşmayan  bir  tərzdə  gözlərini  yerə 
dikirlər.  Yaxın tanış  olanlar da,  qohumlar da  ədəblə,  həya 
ilə danışırlar. Xoş təsir bağışlamaq,  ürək açmaq  üçün tez- 
tez  gülümsünürlər,  qocalar  da,  cavanlar  da.  Xüsusilə 
kişilərlə  danışan  qadınlar  həddindən  artıq  nəzakət  gös­
tərirlər.  Tokioda,  Kiotada,  Hakone  və  başqa  şəhərlərdə 
dəfələrlə belə  mənzərələri seyr etmişəm.  Yapon qızları  və 
qadınları  çox  məlahətli,  çox  nəcibdirlər.  Onların  üz 
quruluşundakı  xüsusiyyətlərdən  biri  də  odur  ki,  nəcib, 
məlahətli baxışları onları  uşaq  kimi məsum göstərirdi".
ki
 
332
 oa
Deyirlər,  yaponlar  söhbət  zamanı  “yox”,  “bacarma­
ram”,  “bilmirəm"  kəlmələrini  qətiyyən  işlətmirlər.  Hətta 
ikinci  stəkan  çay  içmək  istəməyən  qonaq  “yox,  sağ  olun” 
sözləri əvəzinə,  hərfi mənada “onsuz da özümü çox gözəl 
hiss  edirəm”  anlayışını  əks  etdirən  ifadə  işlədir.  Bu  kiçik 
dialoqa  diqqət  yetirək.  Siz  mehmanxanaya  qayıdıb 
inzibatçıdan soruşursunuz:
- Mənə kimsə zəng vurub?
- Hə,  - deyə cavab verir.
- Kim  zəng vurmuşdu?
- Heç kəs.
Yaponlarda  “Mən  səni  sevirəm"  ifadəsi  də  yoxdur. 
Qızla  oğlanın  bir-birilərinə  meyl  göstərdiklərini  hiss  edən 
valideynlər  məsələni  həll  edirlər  Yaxud  oğlan  qızdan 
valideynlərinə  müraciət  etmək  üçün  icazə  alır.“Mənə 
arvad  olmaq  istəyirsənmi?"  yaxud  “Mənimlə  ailə  qurmaq 
istəyirsənmi?” ifadələri daha tez-tez işlənir.
Yaponiyada  ata-ananın  ərə getmiş  qızıgildə  bir dam 
altında  ömür  sürmək  dəb  deyildir.  Doğulduğu  gündən 
başlayaraq,  oğula  ona  görə taxt-tac  vəliəhdi  kimi  ehtiram 
edirlər  ki,  sonralar  qoca  valideynlərinin  qeydinə  qalmaq 
vəzifəsi  məhz  onun  üzərinə  düşür.  Əgər  övladların  ha­
mısı  qızdırsa,  ata-ana  onlardan  birinə  elə  adaxlı  axtarır 
ki,  o,  oğulluğa  götürülməsinə  razılıq  versin,  toy zamanı  ər 
öz  arvadının  soyadını  qəbul  etsin,  eyni  zamanda  yeni 
valideynləri  barəsində  oğulluq  vəzifələrini  öz  üzərinə 
götürsün.
Biz  öz  hərəkətlərimizə  ailədəkinə  nisbətən  kənar 
adamlar  arasında  daha  çox  diqqət  yetirməyə  adət  et­
mişik.  Qızardılmış  toyuq  parçasını  öz  evində  əli  ilə 
götürən  adam  qonaqlıqda  və ya  restoranda  bu cür yemə­
yə  çox  vaxt  utanar.  Yapon  isə  evdə  özünü  başqa  yer-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 333 ca

lərdəkinə  nisbətən  qat-qat  artıq  dəbdəbəli  nəzakətlə 
aparır.
Əgər  yapon  “arvadım  bərk  xəstələnib”  sözlərini 
təbəssümlə  deyirsə,  bu  təbəssüm  qarşı  tərəfdəki  adamı 
qəti  təəccübləndirməməlidir.  O,  sadəcə  olaraq  nəzərə 
çarpdırmaq istəyir ki,  şəxsi dərd-səri atrafındakıları  kədər­
ləndirməməlidir.  Nəzakət  naminə  öz  hisslərini  cilovla- 
mağı,  boğmağı  yaponlar  məntiqi  hal  hesab  edirlər.  Lakin 
çox  vaxt  məhz  bu  cəhət  onları  məkrli  olmaqda  təqsir­
ləndirməyə təkan verir.
Əcnəbinin,  xüsusən  rus  təbiətli  adamın  fikrincə, 
yaponlar  özlərinin  ailə  büdcəsində  pal-paltara  həddindən 
artıq  fikir  verir,  gündəlik  yeməyə  heyrətamiz  dərəcədə 
laqeyd  qalırlar.
Aleksandra  Valinyano  yazır  ki,  zənnimcə  dünyada 
elə xalq  yoxdur ki,  öz şərəfinə yaponlar qədər həssaslıqla 
yanaşsın.  Onlar  ən  kiçik  təhqirə,  kobud  sözə  dözmürlər. 
Onlar  öz  davranışlarında  çox  ehtiyatlıdırlar.  Şikayələn- 
mək  və  dərd-sərlərini  sadalamaqla  başqalarına  əziyyət 
vermirlər.  Uşaqlıq  dövründən  başlayaraq,  onlara  öz  hiss­
lərini büruzə verməməyi,  bunu  mənasız  şey hesab etməyi 
öyrədirlər.  Orada  qəzəb,  etiraz,  şübhə  doğura  bilən  mü­
hüm  və  çətin  işləri  təkbətək  yox,  ancaq  üçüncü  şəxsin 
köməyi ilə  həll etmək adətdir.  Bu  adət o qədər yayılmışdır 
ki,  atalarla  uşaqlar  arasında,  ağalarla  nökərlər  arasında, 
hətta ərlərlə arvadlar arasında vasitəçi olur.
ABŞ-da  Yaponiyaya  gedən  turistlər  üçün  buraxılan 
məlumat 
kitabçasında 
gənclərə 
xəbərdarlıq 
edilir: 
“Nəzərə  alın  ki,  Doğan  günəş  ölkəsində  gözlənilməz  ta­
nışlıq  baş  verməyəcəkdir”.  Buna  əmin  olmaq  üçün  bir-iki 
dəfə  qatarda  yol  getmək  kifayətdir.  Başqa  ölkələrdə  üç 
kişi  olan  kupeyə  bir  qadın  düşəndə,  kişilər  təsadüfi  yol 
yoldaşı  olan  xanıma  mütləq  öz  reaksiya  və  münasi­
_______________
Reyhan Mirzəzadə
________________
60 
334
 03
bətlərini  bildirir.  Yaponiyada  isə  çox  sürətli  ekspresdə 
Tokiodan  Osakaya  gedən  kişi,  yanında  əyləşən  qadınla 
danışmağa  cəhd  də  göstərməyəcəkdir.  O,  ilk  replikasının 
cavabsız  qalacağından,  “simasını  itirmək”  mümkün  olan 
vəziyyətə  düşə  biləcəyindən  qorxduğuna  görə  üç  saat 
susacaqdır.
Q.Vostokovun  fikirləri  ilə  tanış  olaq.(“Yaponiya  və 
onun  sakinləri”  kitabında):  “Əgər  siz  vaxtınızı  şən  və 
duzlu  söhbətdə  keçirmək istəyirsinizsə,  qeyşa dəvət edin. 
Həmişə  əla  geyinən  gözəl,  çoxu  iyirmi  yaşı  olan  cavan 
qeyşa  mehriban  həmsöhbətinizə  çevriləcəkdir.  Qeyşalar 
Yaponiyada  ən  savadlı  qadınlardır.  Ədəbiyyatı  əla  bilən 
şən  və  hazırcavab,  məzəli  qeyşalar  özlərinin  lətafətini 
qarşınızda  nümayiş  etdirəcəklər.  Qeyşa  klassik  sənət­
karlıqla  sizin  üçün  həm  ən yaxşı,  həm  də  görkəmli  dram- 
matik  əsərlərdən  parçalar  oxuyacaqdır  Həmişə  də  şən 
və  zarafatcıl  olacaq,  naz  satacaq,  özünün  qadın  ləya­
qətini  itirməyəcəkdir.  Yapon  dilini  bilməyən  siz  avropalını 
qeyşa  ancaq  öz  gözəlliyi,  cavanlığı,  incə  naz,  daimi 
şənliyi  ilə  məftun  edəcəkdir,  yaponlar  isə  qeyşaları  məc­
lislərdə  heç  kəsin  yerini  vermədiyi  və  sənəti  dərindən 
bilən  həmsöhbət kimi qiymətləndirirlər".
Lafkadio  Xeri  də  “Yaponiya:  təfsir  etmək  cəhdi'1 
kitabında etiraf edir ki,  Yaponiyanın  ən gözəl  estetik əsəri 
fil  sümüyündən,  bürüncdən,  yaxud  keramikadan  hazır­
lanmış  məmulat  yox,  qılınclar  yox,  bu  ölkənin  qadın­
larıdır...  Şəxsi  rəyin  boğulduğu,  özünü  qurban  verməyin 
isə  ümumi  vəzifə  elan  edildiyi,  şəxsiyyətin  heç  vaxt 
zahirdən  deyil,  daxildən  inkişaf  edə  bildiyi  bir  cəmiyyət  - 
yalnız  belə  bir cəmiyyət  bu  cür  qadın  tipi  yetişdirə  bilərdi. 
Yaponiyaya  gələn  şəxs  çox  vaxt  qeyşalara  kənardan, 
məsələn,  onlar  çay  evindən  çıxanda,  yaxud  rikşanın 
üstüörtülü  kəcavəsinə  minəndə  (Yaponiyada  son  rikşalar
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
___
icə 335
 03

əsas  etibarilə  qeyşa  daşıyırlar)  baxa  bilir və  ya  qeyşaları 
səhnədə,  kinoda,  televizorda  (onların  çoxu  bu  cür 
çıxışlarla  pul  qazanır)  görür.  Siz  geyşanı  gecə  resto­
ranında  öz  himayədarını  müşayiət  edərkən  də  görə  bilər­
siniz.  Orada  siz  bu  qadının  sifətinin  ifadəsinə  heyran 
qalacaqsınız:  eyni  zamanda  məsum  və  cazibədar,  çılğın 
və  təvazökar sima.  Hər hərəkətində xəfif rəqqasə  incəliyi 
duyulacaqdır.  Onun  öz  müsahibinə  hədsiz  qayğı  göstər­
məsi  əsl  qadın  incəliyinin  zirvəsi  kimi görünəcəkdir.  Belə­
liklə,  onun  haqqında  hər  şeyi  bilsəniz  də,  qeyşa  ekzotik, 
həsrəti  çəkilən  əsrarəngiz  qadın  olaraq  qalacaqdır.  O, 
qadındır,  lakin  bəzən  bu  sözə  verdiyimiz  mənadan  daha 
yüksək  mənada qadındır.
Yaponlar  bir-birilərinə  çox  hörmət  edirlər.  Bir- 
birilərinə  çox  inanırlar.  İnsana  hörmət  etmək  onların  ən 
yüksək  tutduqları  amallardan  biridir.  Bu  xalqın  gözəl 
xüsusiyyətlərindən  biri də  budur ki,  onlara  hədiyyə  verən­
də  bəyənməsələr  də,  elə  sevinir,  hədiyyəni  elə  tərifləyir, 
elə  razılıq  edirlər  ki,  hədiyyə  verən  özünü  xoşbəxt  hiss 
edir.  Onlar  özləri  qonağa  çox  bahalı  suvenir  (yadigar) 
vermirlər.  Lakin  verdikləri  yadigar  kiçik  və  orijinal  olur. 
Deyilənlərə  görə,  bunu  ona  görə  edirlər  ki,  qonağı 
özlərinə borclu  salmasınlar.
Digər  nümunəvi  keyfiyyətlərindən  biri  də  budur  ki, 
yaponlar  olduqca  dürüst  və  təmiz  mənəviyyatlı  xalqdır. 
Təsadüfən  taksidə,  avtobusda,  parkda  və  hər  hansı  bir 
digər  yerdə  əşyasını  unudan,  yaxud  itirən  istər  qonaq, 
istərsə  də  yerli  sakin  əmin  ola  bilər  ki,  itirdiyini  mütləq 
tapacaqdır,  bir  şərtlə  ki,  itki  ilə  bağlı  olan  xüsusi  büroya 
müraciət etsin.  İtən  əşyanı  tapan  vətəndaşlar tapdıqlarını 
qeyd  etdiyim  idarəyə təhvil verirlər.
Yaponlar qonağı  nə  səhər yeməyinə,  nə  nahara,  nə 
də  şama  evlərinə  dəvət  etmirlər.  Onların  milli  yeməkləri
_________________Reyhan_Mirzəzadə__________________so_336_ca'>_______________
Reyhan Mirzəzadə
_______________
so 336 ca
yalnız  balıq,  tərəvəz  və  düyüdən  ibarətdir.  Məşhur 
xörəkləri  balıqdan  hazırlanan  “Tempura” və “Suki-yaki"dir. 
Milli  restoranda  qonaqlara  verilən  xörəklərin  miqdarı  çox, 
payları  az  olur.  Ət  xörəkləri  Avropa  restoranlarında 
bişirilir.
1970-ci  ildə  görkəmli  akademik,  Azərbaycan  SSR 
EA  Coğrafiya  İnstitutunun  direktoru,  mərhum  Həsən  Əli­
yev  Yaponiyaya  səfərindən  sonra  “Ədəbiyyat  və  incə­
sənət" qəzetində dərc olunmuş  “EKSPO-70”  Ümumdünya 
sərgisindən  qeydlər”  məqaləsində  yazırdı:“Tokioda  bir 
balıq  bazarı  var.  Ancaq  buradakı  ticarəti  görmək  üçün 
gecə  saat  4-də  oraya  getmək  lazımdır.  Yaponlar  balığı 
çox  yeyirlər.  Tokio  balıq  bazarının  xüsusi  limanı  var. 
Gecədən  çoxlu  balıqçı  gəmisi buraya yan  alır,  hər kəs  öz 
məhsulunu  tər-təmiz  yerə  döşəyir.  Onu  da  deyim  ki,  ba­
lıqları  gəmidə  təmizləyib  hazır  vəziyyətdə  sahilə  boşal­
dırlar.  Balıqlar  və  ya  digər  su  heyvanları  cinslərinə  görə 
ayrıca  düzülür,  hamısı  nömrələnir.  Həkim  onları  bir  daha 
müayinə  edir.  Hər gəmidən  boşaldılan  balıq  və  ya  başqa 
su  heyvanları  (suiti,  köpək  balığı,  naqqa  balığı,  xərçəng­
lər,  su  ilanları,  su  kirpisi,  meduzalar  və  s.)  bir  yerdən 
satılır.  Dənizdən  900  növə  qədər  balıq  tutulur.  Balıq  ba­
zarı  bir  neçə  məhəllədən  ibarətdir.  Balıqların  bir  qismi 
təzə-təzə  restoranlara,  yeməkxanalara  gedir,  qalan  his­
səsi  də  həmin  gün  xüsusi  sexlərdə  duzlanır,  buza  qoyu­
lur,  bükülür,  xüsusi qablara yığılıb  mağazalara göndərilir”.
ölkəyə  gələn  qonaqları  tez-tez  maraqlandıran  bir 
sual olur: Yaponiyada  niyə  bir fincan  qəhvənin qiyməti  çox 
baha,  400 iendən  artıqdır? Bu,  əsla qəhvənin  başqa  ölkə­
dən  buraya  ixrac  olunaraq  məhsulun  qiymətinin  üzərinə 
yüksək  kəmiyyətli  rüsumların  təyin  edilməsi  ilə  izah  olun­
mur.  Göstərilən  ödəniş  bir  fincan  qəhvəyə  görə  deyil, 
kafedəki  yerə  görə  alınır.  İçkini  sifariş  edən  şəxs  fiziki
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
«o 
337 ся

yorğunluğunu  alıb  istirahət  edərək,  yaxud  yağışın  kəs­
məsini  gözləyərək,  ola  bilsin kitab oxuyaraq  bir  neçə saat 
bu  rahat  yerdə  otura  bilər.  Onu  heç  kim  narahat  etmə­
yəcək,  xidmətçilər ona mütləq mövcud  qaydada  nəzakətli 
təbəssümlə əlavə bir stəkan soyuq su  da  verəcəklər.
Yaponiyada  tərəvəz  piştaxtalarını  “800  mal  mağa­
zası"  adlandırırlar.  Əvvəllər tərəvəzlə  ticarət  edən  mağa­
zalara  “aoya”  (yəni  yaşıl  piştaxta)  deyirdilər.  Lakin  bir 
müddət  keçdikdən  sonra  göyərtilərin  çeşidləri  artmağa 
başladı.  Piştaxtalarda  qoz-fındıq,  konserv  və  digər  qida 
məhsulları  da  satmağa  başladılar.  Çeşidlər genişləndikcə 
bu  cür  ticarət  yerləri  “800  mal  mağazası”  adlanmağa 
başladı.  Bununla  sahibkarlar  mövcud  olan  malların 
sonsuz  müxtəlifliyini  alıcıların  diqqətinə yetirməklə  nəzər­
ləri cəlb  edirlər.
Qədim  mədəniyyətə  sahib,  mehriban,  əməksevər, 
mədəni  xalq  olan  yaponlar  ürəyiaçıq,  üzügülər,  zarafatcıl, 
xeyirxah,  baməzə  adamlarla  çox  tez  dil  tapırlar.  Onlar 
xalq  məsəllərini,  iti  fikirli  adamları  sevirlər.  Yaponlar 
həmişə  özgədən  öyrənməyə  çalışsalar da,  öz  bildiklərini 
başqalarına  demək  istəmirlər.  Onların  ümumiyyətlə  sir- 
verməzliyi  qeyri-səmimilik  deyil,  sadəcə  davranış  nor­
masıdır.  Maraqlıdır  ki,  yaponların  gülüşünün  də  bir  neçə 
növü  vardır:  arxasında  qəmin  gizləndiyi gülüş,  təkəbbürlü 
gülüş,  qeyri-müəyyən  gülüş,  sosial gülüş,  peşəkar  gülüş, 
yaşlı  insanın  özündən  razı  gülüşü,  iş  adamının  ziya­
fətdəki  gülüşü.  Yapon  gəzinti  zamanı,  oturarkən,  yaxud 
ayaq  üstə  durarkən  dinc  vəziyyətdə  olur.  Yaponiyada 
digər  insanlar,  hətta  yaşlı  adamlar  otağa  daxil  olarkən, 
içəridəkilərin ayağa  qalxması  qayda deyildir.
Yaponlar  telefon  zənglərinə  cavab  verərkən  "allo” 
deyil,  “mosi-mosi”  deyirdilər.  Lakin  lap  öncələr  telefon 
yaponların  həyatına  daxil  olanda,  onlar  zəngə  cavab
_______________
Reyhan Mirzəzadə
________________
ю  
338
 03
verəndə  bizim  “bəli,  bəli”  kəlməsini  xatırladan  “oy,oy" 
ifadəsini  işlədirdilər.  Zəng  edən  şəxs  isə  deyirdi:  “xay  e 
qodzaumasu”  (yəni  mənim  işim  var).  Zaman  keçdikcə, 
“mosi-mosi”ni  “mosimasu,  mosimasu”  (yəni  danışıram, 
danışıram) yanıltmacı  əvəz etdi.
Yaponlar və  Yaponiya!  Dünyanın,  elm  və texnikanın 
ən  güclü  inkişaf  etmiş  ölkələrindən  biri  və  bəşəriyyətin 
nümunəvi  xalqı!  Hərbin  törətdiyi,  Yer  kürəsini  təlatümə 
gətirən  dəhşətli  fəlakət  bu qoşa  varlıqdan  da  yan  ötmədi. 
1945-ci  ilin  avqustunda  Yaponiyanın  Xirosima  şəhərində 
atom  bombardmanı  nəticəsində  rəsmi  məlumata  görə 
270  min  nəfər  günahsız  insan,  uşaq,  qoca,  xəstə  həlak 
oldu.  Yerlə  yeksan  olan  şəhərin  sağ  qalmış  50  min  nəfər 
əhalisi  oranı  tərk  etdi.  O  zamanlar  tanınmış  yapon  şairi 
Takanori  Simidzu  "Xirosima  oxuyur..."  şeirində  (tərcümə 
edəni  xalq  şairi  Cabir  Novruzdur)  xalqına  və  yurdu­
na  sanki  bir elegiya,  sanki bir ağı  söyləyirdi:
insanlar,  qulaq  asın,
Xirosima  oxuyur!
Hər vurğusu,  hər xalı 
Qüssə;  kədər qoxuyur 
Agah  edir yadı  o,
Səsləyir tanışı o, 
ö z  bədbəxt taleyindən 
Söz açıb danışır o.
Oxuyur qırıq-qırıq,
Oxuyur yaslı-yaslı.
Hər nəğməsi,  hər sözü 
Milyon qəlbə yazılır.
Gahdan  səsi tutulur,
Gahdan  səsi incəlir,
Oxuyur gözü yaşlı,
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 
339
 caa

Əzablı,  işgəncəli 
Yanar dodaqlar ilə 
Oxuyur Xirosima, 
ölən  uşaqlar ilə 
Oxuyur Xirosima,
Nakam  analarla bir 
Oxuyur Xirosima 
Uçan  binalarla bir 
Oxuyur Xirosima.
O,  deyir ki,  yanam,
Alışanı,  uçanı 
Məndə nəğmə deməyə 
Qüvvə hanı, güc hanı?!
Günəşsiz qalanın da 
Nəğməsi olarmı  heç?!
...  İnsanlar,  dinlədizmi?!
Bəşər faciəsini 
İnsanlar,  dinlədizmi?!
Bildiniz niyə edir 
Ah-aman, Xirosima?
Xarabalıqlar üstə 
Ucalan Xirosima?
Yolunuzu gözləyir 
Hər zaman Xirosima.
Dərdli-qəmli nəğmələr 
Oxuyan Xirosima!
Naqasakidə  də  törədilən  atom  faciəsi  nəinki  yapon 
xalqının,  bütün  tərəqqipərvər,  sülhsevər  xalqların  və  mil­
lətlərin  yaddaşından  heç  bir  zaman  silinməyəcək.  Düşü­
nürsən,  axı  nədir,  nədir  müvəqqəti  ömrü  yaşamaq  üçün 
dünyanın  qonağı  olan,  amansız  müharibə,  qırğın,  ölüm,
__ _________
Reyhan Mirzəzadə
_______________
во 
340
 ea
fəlakətlərə  tuş  gətirilən  bu  binəva  insanların  günahı? 
Haqlıdır Martin  Lüter  Kinq,  ABŞ-ın  insan  hüquqları  müda­
fiəçisi,  Nobel  Sülh  Mükafatı  laueratı:  “Quşlar kimi  uçmağı, 
balıqlar kimi  üzməyi  öyrəndik.  Lakin  çox  sadə  bir  işi  unut­
duq - qardaş olaraq yaşamağı”.
Bu  ağrıları  dərin  qəm,  qüssə  ilə  ürəyindən  keçi­
rən  yapon  şairi  Akimi  Sukimura  “Bir  məktəblinin  xahişi” 
şeirində  bəşəriyyətə  bir daha  üzünü tuturdu:
Bütün  dünyadakı ata-analar!
Dinləyin  döyüntüsünü qəlbimizin, 
övladlarınız sizə əzizdirsə,
Atom  sınaqlarına son qoyun,
Müharibə ocağı közərməsin...
Şair Xirosi  Nuyama  isə dünyanın  gələcəyinə  -bütün 
gənclərinə  çağırış edirdi:
Gənclər! Bədəninizi bərkidin,  yorulmadan.
Sizə qüdrətli  ruhunuz dayaq olsun!
Baş  verə biləcək  dəhşətli  günlər üçün
Beyniniz də,  qəlbiniz də  oyaq olsun!
Ölənlərin  siyahısı  Xatirə  Meydanında  saxlanılan  xü­
susi  mücrüyə qoyulmuş,  mücrünün  üstünə  bu sözlər həkk 
olunmuşdur:  “Sakit  yatın!  Qoy  Xirosima  faciəsi  heç  vaxt 
təkrar  olunmasın!”  Kövrək  hisslərlə yalnız bunu əlavə edə 
bilirəm:  “Amin!”
Bu  gün  Yaponiya  təbiətdən  ardı-arası  kəsilməyən 
zərbələr alsa  belə,  iqtisadiyyatına ciddi ziyanlar dəysə də, 
zəkasına,  gücünə,  qüdrətinə  görə  həmişə  zirvələrdədir. 
ölkə  həm  də  uzunömürlülər  diyarıdır.  Yaşı  100-ü  ötmüş 
insanların  sayına  görə  Yaponiya  dünyada  birinci  yeri 
tutur.  Belə  ki,  ölkədə  əksəriyyəti  qadınlar  olan  uzun­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
341
 ca

ömürlülərin  sayı  36  min  nəfərdən  çoxdur.  Əhalisinin  sayı 
130  milyon  nəfərdən  artıq  olan  gündoğar  ölkənin  tarix 
boyu  124  imperatoru  olub,  ölkənin  indiki  rəhbəri  Akihito 
125-ci  imperatordur.  Hər  bir  yapon  imperatoru  11  fevral 
660-cı  ildə  ilk  imperator  olmuş  Dzimmunun  (Dzimmu- 
Tennonun) davamçısı  hesab  olunur,  imperator Akihito  im­
perator Syova  (Hirohito) və  imperatriçə  Naqakonun  böyük 
oğlu və beşinci övladıdır.
Yaponiyada  1873-cü  ildən  başlayaraq  imperatorla­
rın  doğum  günü  dövlət  bayramı  kimi  qeyd  olunur.  Vaxtilə 
imperatoru  yaponlar  “Yer  üzünün  canlı  Allahı”  adlandırır­
dılar.  1946-cı  ildə  imperator  Syova  imperatorların  ilahi 
simvolu  institutunu  ləğv  etdi.  İkinci  Dünya  müharibəsin­
dən  sonra  qəbul  edilmiş  Konstitusiyaya  əsasən  o,  “Döv­
lətin  və  yapon  xalqının  rəmzi”  elan  olundu.Qeyd  edim  ki, 
yapon  imperatorlarının  sülaləsi  soyad  daşımırlar,  impe­
rator  ailəsinin  üzvlərinə  yalnız  adları  ilə  çağrılır.  İmpe­
ratorun  özünə  “Tenno  xeyka”,  yəni  “İmperator  Əlahəz­
rətləri”,  yaxud  qısaca  “xeyka”,  yəni  “Əlahəzrət”-  deyə 
müraciət olunur.
imperator Akihito  1933-cü il dekabrın  23-də Tokioda 
anadan  olub.  O,  1952-ci  ildə  Qakuşuin  litseyini,  1956-cı 
ildə  isə  Qakuşuin  Universitetini  bitirib.  1959-cu  ildə  hazır­
da  imperatriçə  olan  xanım  Miçiko  ilə  evlənib.Onların  üç 
övladı:  bir  qızı  (Sayako),  iki  oğlu  (Naruhito  və  Akisino) 
var.
7  yanvar  1989-cu  ildə  atasının  ölümündən  sonra 
Akihito  Yaponiyanın  imperatoru  olub.  Mövcud  şərtlərə 
görə,  hazırda  əsilzadə  titulunu  sadəcə  imperator ailəsinin 
üzvləri  daşıya  bilər.  İmperator  ailəsinin  qadın  üzvləri  ev­
lənib  ailə  qurandan  sonra  imperator  ailəsinin  üzvü  hesab 
olunmurlar.
_______________
Reyhan Mirzəzadə
________________
ro  
342
 ся
Mayın  3-də  yapon  xalqı  öz  növbəti  dövlət  bay­
ramını,  Konstitusiya  Gününü  qeyd  edəcək.  Yaponiyanın 
Konstitusiya  Günü  dövlətin  bu  ali  Qanununun  qəbul 
edilməsinin  birinci  ildönümündən  başlayaraq,  1948-ci  il­
dən qeyd  edilir.  1947-ci  il  Konstitusiyasına keçmiş  Meydzi 
Konstitusiyasının  bəzi  müddəalarının  irsən  keçməsinə 
baxmayaraq,  yeni  Konstitusiya  prinsip  etibarı  ilə  ölkədə 
yaranmış müasir real vəziyyətlə müəyyən olunan xarakter 
daşıyırdı.
ikinci  Dünya  müharibəsində  uğursuzluqla  qarşı­
laşan,  Amerika  qoşunları  tərəfindən  işğal  olunan  Yapo­
niya,  öz  müttəfiqlərinin  siyasi  sistemin  demokratikləşdiril- 
məsinə  dair  tövsiyələrini  qəbul  etməyə  üstünlük  verdi. 
Xalqın  müstəqilliyi,  insanın  əsas  hüquqları,  hakimiyyət 
bölgüsü  və  yerli  özünüidarəetmə  prinsiplərinin  tanınması 
dövlətin  baş  Qanununun  əsas  müddəalarına  çevrildi. 
Yaponiya  parlament  demokratiyasının  mövcud  olduğu  bir 
ölkə  kimi  inkişaf etmək  üçün  hüquqi əsas  əldə etdi.  1947- 
ci  il  Konstitusiyası  beynəlxalq  mübahisələrin  həllində 
millətin  suveren  hüququ  kimi  müharibələrdən  imtinanı 
bəyan  etdi  ki,  (9-cu  maddə)  bu  da  onu  digər  dövlətlərin 
Konstitusiyasından fərqləndirir.
Müharibədən  sonrakı  Konstitusiyanın  mətnini  işğalçı 
qoşunların  qərargahından  olan  Amerika  hüquqşünasları, 
yapon  hüquqşünasları  və  siyasətçilərinin  mülahizə  və 
təklifləri  nəzərə  alınmaqla  hazırlamışdılar.  Bu  barədə 
maraqlı  bir tarixçə də mövcuddur.
İkinci  Dünya  müharibəsindən  sonra  Yaponiya  üçün 
yeni  Konstitusiya  yazmaq  məqsədilə  amerikalılardan 
ibarət  bir  qrup  yaradılır.  Qrup  üzvləri  1946-cı  ilin  fev­
ralında  general  Duqlas  Makartur  tərəfindən  təyin  edilir. 
Lakin  onların  heç  birinin  Konstitusiya  hazırlamaq  təcrü­
bəsi  olmur.  Qrupda  yeganə  qadın  olan  Bit  Qordona
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin