Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

____
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
so 355
 ca

bilərəm.  “İstintaq”  filmini  də  Rüstəm 
Ibrahimbəyov 
yaratmışdı.  Bu  filmə  Bakıda  bir  neçə  dəfə  baxılmışdı  və 
hər  dəfə  də  o,  narazılıq  doğurmuşdu.  Sonralar  Əliyev  bu 
filmə  kollektiv  baxış  təşkil  etdi.  Eyni  fikirlər  səsləndi  ki, 
film  Azərbaycanı  nüfuzdan  salır.  Halbuki  bu  film  respub­
likada  Heydər  Əliyevin  gördüyü  işin,  korrupsiyaya  və  rüş- 
vətxorluğa  qarşı  apardığı  mübarizənin  bədii  təcəssümü 
idi.  Film  ekranlara  buraxıldı,  böyük  şöhrət  qazandı. 
“İstintaq” filmi  bir az sonra  Düşənbə festifalında mükafata, 
daha  sonra  Dövlət Mükafatına  layiq  görüldü.
Rüstəm  İbrahimbəyovla  Yuli  Qusman  "Bir  ailə  üçün 
bağ  evi”  adlı  film  çəkmişdilər.  Problemlərlə  qarşılaşan  bu 
film  də  Heydər  Əliyevin  gücü  ilə necə varsa,  heç bir dəyi­
şiklik  olmadan  ölkə  ekranlarında  nümayiş  etdirildi.  Həsən 
Seyidbəylinin  çəkdiyi  “ Nəsimi”,  Eldar  Quliyevin  çəkdiyi 
“Babək”,  Rüstəm  İbrahimbəyovla  Rasim  Ocaqovun  çək­
diyi  “Ad  günü”  və  neçə-neçə  Azərbaycan  filmləri  məhz 
Heydər  Əliyevin  rəhbərlik  və  xeyir-duası  ilə  milyonların 
ixtiyarına verilmişdi.
Heydər  Əliyev  Azərbaycan  teatrının  inkişafına  da 
xüsusi  qayğı  ilə  yanaşırdı.  Teatrın  repertuarını  diqqət 
mərkəzində  saxlayırdı.  O vaxtlar Məşədi  Əzizbəyov adına 
Akademik  Dram  Teatrının  “Qaçaq  Nəbi”,  “Qatır  Məm­
məd”,  “Cavanşir",  “Xanlar”,  “Şərqin  səhəri",  “Dumanlı 
Təbriz  “  və  digər  tamaşaları  Azərbaycanın  qəhrəmanlıq 
keçmişinə,  inqilabi  tarixinə  həsr  olunmuşdu.  Vətəndaşla­
rın  vətənpərvərlik  və  beynəlmiləl  tərbiyəsində də bu  pyes 
və  tamaşalar  böyük  rol  oynayırdı.  V.  Şekspirin  o  zaman 
səhnəyə  qoyulmuş  əsərləri  bu  gün  teatrın  Qızıl  Fonduna 
daxil  edilmişdir.  “Otello”,  “Hamlet",  “Maqbet”,  “Kral  Lir", 
“Romeo  və  Cülyetta”,  “Qış  nağılı”,  “On  ikinci  gecə”, 
“Fırtına”,  “Sultan  qızın  yumşalması”  və  “İki  veronalı”  kimi 
tamaşalarda  Heydər  Əliyev  imkan  daxilində  şəxsən  iş­
_______________
Reyhan Mirzəzadə
______________ _
so 356 ca
tirak  edir,  aktyorlarla,  teatrın  digər  əməkdaşları  ilə 
görüşür,  onlara  məsləhət və  tövsiyələr  verirdi.  Azərbay­
can  teatrının  tamaşaları  rejissorlardan  İsmayıl  Hidayət­
zadə,  Aleksandr Tuqanov,  Sergey  Mayorov,  Rza  Təhma­
sib,  Mehdi  Məmmədov,  Məhərrəm  Haşımov,  Tofiq  Kazı­
mov,  Ələsgər  Şərifov,  Əliheydər  Ələkbərov,  rəssamlar­
dan  Nüsrət  Fətullayev,  İsmayıl  Axundov,  Bədurə  Əfqanlı, 
bəstəkarlardan  Asəf Zeynallı,  Cahangir  Cahangirov,  Səid 
Rüstəmov,  Tofiq  Quliyevin yaradıcılıqları  ilə  sıx bağlı  idi.
Azərbaycan  səhnəsinin  görkəmli  ustalarından  Ka­
zım  Ziya,  Ülvi  Rəcəb,  Mərziyyə  Davıdova,  Fatma  Qədri, 
Ələsgər  Ələkbərov,  Mustafa  Mərdanov,  Hökümə  Qur­
banova,  İsmayıl  Dağıstanlı,  Ağasadıq  Gəraybəyli,  İsmayıl 
Osmanlı,  Barat  Şəkinskaya,  Zəroş  Həmzəyevə,  Əli 
Zeynalov,  Möhsün  Sənanı  və  başqalarının  müxtəlif tama­
şalarda  yaratdıqları  canlı  və  dərin  obrazlar  teatrlarımızın 
salnamələrinə  ömürlük  daxil  olmuşdur.  Təbii  ki,  Heydər 
Əliyevin dəstəyi  ilə.
Heydər  Əliyev  xatirələrinin  birində  qeyd  edirdi  ki, 
mən  hər  dəfə  Opera  və  Balet  teatrının  tamaşalarına  ba­
xanda,  rolların  ifaçılarının  digər  xalqların  nümayəndələri 
olduğunu,  bu  sahədə  milli  ifaçı  qıtlığını  görürdüm.  Azər­
baycan  milli  baletinin  əsasını  qoyanlardan  biri,  SSRİ  Xalq 
Artisti  Qəmər  Almaszadə  ilə  dəfələrlə  apardığı  fikir 
mübadiləsindən  sonra  məlum  oldu  ki,  milli  sənətkar  qıtlı­
ğının  əsas  səbəbi  bazanın  olmamasıdır.  Heydər  Əliyev 
bu  problemin  aradan  qaldırılması  üçün  balet  sənətinin 
öyrənilməsində  bütün  şərtlərə  cavab  verən  Xoreoqrafiya 
məktəbi tikdirdi.  Mədəniyyətin  həmin  sahəsindəki  boşluğu 
aradan qaldırıldı.
Azərbaycanda  elm  və  təhsilin  inkişafına,  o  cüm­
lədən  hərbi  kadrların  hazırlanmasına  Heydər  Əliyev  bir 
nömrəli  məsələ  kimi  baxırdı.  O,  Cəmşid  Naxçıvanski
____
Azdrbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
so 
357 ea

adına  Hərbi  İnternat  Məktəbini  yaratdı.  Üm um iyyətlə, 
respublikada  nə  qədər  hərbi  məktəblər  var  idisə,  Heydər 
Əliyev  orada  təhsil  alan  azərbaycanlı  tələbələrin  sayını 
sürətlə  artırdı,  iş  başına,  vəzifələrə  azərbaycanlı  gene­
ralları  dəvət  etdi,  ittifaqın  ən  nüfuzlu  ali  məktəblərinə 
müxtəlif  ixtisaslar,  o  cümlədən  hərbi  sahələr  üzrə  on 
minlərlə gənc təhsil  almağa göndərildi.
1941-1945-ci  illərdə  Böyük  Vətən  m üharib əsi  za­
manı  doğma  Bakımızın  qələbə  naminə  böyük  xidmətləri 
olmuşdu.  Bütün  SSRİ  həm  də  hərbi  texnikanın  neft 
məhsulları,  yanacaqla  təminatına  görə  Bakıya  arxala­
nırdı.  Bakı  yeganə  ümid  yeri  idi.  Məhz  Bakının  gücü, 
Bakının  köməyi  ilə  Sovet  İttifaqı  müharibədə  alman 
faşizminə  qələbə  çaldı.  Heydər  Əliyevin  zəh m əti  hesa­
bına  1977-ci  ildə  sevimli  paytaxtımız  -  Bakı  şəh əri  Lenin 
ordeni  ilə təltif olundu.
-  Bəs,  Heydər  Əliyev  Moskvaya,  SSRİ  rəhbərliyinə 
kimin  təşəbbüsü  ilə  dəvət  olundu?  Xahiş  edirik,  bu 
barədə də danışasınız.
- Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  məharətini 
Moskva  çox  bəyənirdi.  Artıq  Əliyevin  şöhrəti  və  nüfuzu 
bütün  SSRİ  -yə,  bütün dünyaya yayılmışdı.
1982-ci  ilin  noyabrında  Brejnev  vəfat  etdi.  SSRİ 
Dövlət  Təhlükəsizliyi  Komitəsinin  sədri  Yuri  Andropov 
ölkənin  başçısı  seçildi.
Andropov  Əliyevlə  1965-ci  ildə  tanış  olm uşdu.  O, 
Əliyevə  böyük  hörmət  və  rəğbət  bəsləyirdi.  Brejnevin 
dəfnindən  sonra Andropov Əliyevlə görüşüb dem işdi:”Mə- 
nim  artıq  sənə  ehtiyacım  var.  Sənin  həmişəlik  M oskvada 
qalmağını  istəyirəm.  Azərbaycan  artıq  sənə  d a r  gəlir. 
Bütün  SSRİ-də sənə ehtiyac duyulur".
Moskvada  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci 
müavini  vəzifəsində  çalışan  Heydər  Əliyev,  is tə r  sovet
_______________
Reyhan Mirzəzadə
_________________
вг> 358 oa
məkanı  üçün,  istərsə  də  sevimli  Azərbaycanı  üçün  nə­
həng  işlər  gördü.  1983-cü  ildə  Qara  dənizdə  800  nəfərlik 
turist  gəmisi  yük  gəmisi  ilə  toqquşmuş,  faciə  baş  vermiş, 
fəlakət  nəticəsində  400  nəfərdən  artıq  insan  dənizdə 
həlak  olmuşdu.  Hadisənin  araşdırılması  üçün  məhz 
Heydər  Əliyevin  sədrliyi  ilə  xüsusi  bir  komissiya  yaradıl­
mış,  operativ  əməliyyatlar  nəticəsində  qısa  bir  zamanda 
Heydər  Əliyev  faciənin  səbəbini  açmışdı.  Gəmi  kapi­
tanının  məsuliyyətsizliyi sübuta yetirilmişdi.
1986-cı  ildə  Yəmən  Xalq  Demokratik  Respublika­
sında  baş  verən  qardaş  qırğınını  Əliyev  24  saat  içində 
dayandırdı.  Ürək  ağrısı  ilə  deyim  ki,  qırğında  50  min 
insan  həlak  olmuşdu.  Liviyada  da  qardaş  qırğını,  Bolqa­
rıstanda  türklərin  qovulması,  dünyada  baş  verən  bütün 
müsəlman-xristian  qarşıdurmalarının  dəf  olunmasında 
Əliyev misilsiz səylərinə görə dünya nüfuzu  qazanmışdı.
Andropovun  ölümündən  sonra  Konstantin  Çernenko 
hakimiyyətə  gəlsə  də,  bir  il  sonra  o  da  ağır  xəstəlikdən 
dünyasını  dəyişdi.  SSRİ  rəhbərliyinə  əsl  siması  sonralar 
üzə  çıxan  riyakar  birisi  gəldi.  Mixail  Qorbaçov.  O,  nəinki 
Azərbaycan,  bütün  İslam,  Türk  aləminə  düşmən  kəsilən 
birisi  idi.  Heydər  Əliyevin  beynəlxalq  nüfuzunu  həzm  edə 
bilmirdi.
Qorbaçov  SSRİ  məkanındakı  türk  respublikalarına 
qarşı  ikiüzlü  siyasət  aparırdı.  Əliyevlə  ilk  mübahisəsi  də 
Qazaxıstanla  bağlı  düşmüşdü.  Qorbaçov  Dinmühəmməd 
Kunayevi  Qazaxıstan  rəhbərliyindən  azad  edib yerinə  rus 
milliyyətli  Gennadi  Kolbini  qoymaq  istəyərkən  Heydər 
Əliyev  buna  etiraz  etmişdi:  "Nəyə görə  Qazaxıstanda,  bir 
türk  respublikasında  rəhbərliyə  bir  rus  hakimiyyətə  gəl­
məlidir? Qazaxların  rəhbəri qazax olmalıdır.  Rusların  indi­
yə qədər bir türk  rəhbəri  olubmu?  Kunayev 22  ildir Qaza­
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi _
____
so 359 oa

xıstana  rəhbərlik  edir.  Mən  sənin  namizədin  Kolbini  yaxşı 
tanıyıram.  O,  işə yaramayan,  bacarıqsız bir adamdır..."
Qorbaçov  Kolbini  Qazaxıstana  rəhbər təyin  etsə  də, 
iki  gündən sonra bütün qazax xalqı  ayağa  qalxmışdı.
Qorbaçovun  müsəlman  -  türk  düşmənçiliyi  ilə  bağlı 
planına  görə  1987-ci  ilin  sonunda  növbə  Azərbaycana 
çatdı.  Heydər  Əliyev  Qorbaçovla  işləyə  bilməzdi.  Ok­
tyabrın  25-də  tarixdə  ilk  dəfə  olaraq  türk  övladı  seçildiyi 
Siyasi  Bürodan  çıxmaq  üçün  istefa ərizəsi  verdi.
İstefa  verdikdən  sonra  xalqın  böyük  sevgisinə  bax­
mayaraq,  istər  Moskvada,  istərsə  də  Bakıda  partiya  və 
hökumət  rəhbərləri  Heydər  Əliyevlə  amansızcasına  rəftar 
etdilər.  Çoxsaylı  böhtanlar  mətbuata  yol  tapdı.  Heydər 
Əliyevə  ən  ağır  zərbə  vuran  onun  vaxtı  ilə  ən  yüksək 
vəzifələrə  irəli  çəkdiyi,  etibar  etdiyi,  həyatda  hər  zaman 
arxa  və  dayaq  olduğu  adamların  xainliyi  oldu.  Onların  95 
faizi  mənsəb  naminə  Əliyevdən  üz  çevirdi.  Nə  var  ki,  öz 
isti  yerlərində  qalsınlar.  Halbuki  onları  bu  isti  yerlərə 
məhz Əliyev özü  otuzdurmuşdu...
Əvəzində  elə  sadə  insanlar  Əliyevi  soraqlayıb 
tapdılar  ki,  əvvəllər  Əliyev  heç  onları  tanımırdı.  Bu  in­
sanlar  güdaza  getməkdən  qorxmayaraq,  Heydər  Əliyevin 
gözdən  salınmış  nüfuzunun  müdafiəsinə  qalxdılar.  Ona 
ürək-dirək  verməyə  çalışdılar.  Bu,  sadə  xalqın  öndə­
rimizə  böyük məhəbbətinin  təzahürü  idi.
Heydər  Əliyevin  vəzifədən  uzaqlaşdırılması  təbii  ki, 
erməni  daşnaklarının  da  ürəyindən  xəbər  verirdi.  Qorba­
çovla  “qurduqları  iş  birliyi”  nəticəsini  vermişdi.  Artıq 
Qarabağı  almaq  üçün  əlverişli  şərait  yaranmışdı.  Mənfur 
erməni  simasızlarının  “Dağlıq  Qarabağ  Ermənistana 
birləşdirilməlidir"  arzusuna  nail  olmaları  üçün  Qorbaçov 
sədaqətli  nökər kimi xidmət göstərirdi.
_________________Reyhan_Mirzəzadə_____________упЗбОсл'>_______________
Reyhan Mirzəzadə
__________
упЗбОсл
Bu  məsələ  onsuz  da  ürək  xəstəliyi  keçirən  Heydər 
Əliyevi  daha  da  həyəcanlandırırdı.  “Əlimdə  sənədlər,  sü­
butlar  var,  Qarabağ  Azərbaycanın  öz  torpağıdır!”  deyən 
Heydər  Əliyevə  SSRİ  rəhbərləri  beiə  cavab  verirdi:  “Biz 
Qarabağdakı  erməni  -  azərbaycanlı  münaqişəsi  ilə  bağlı 
problemi özümüz həll edəcəyik”.
Bəli,  onların  Qarabağ  problemini  necə  “həll etməsi” 
dünya  ictimaiyyətinin  gözləri  önündə  baş  verdi.  Hadisələr 
sürətlə  inkişaf  etdi.  Moskvanın  hazırladığı  Qanlı  Yanvar 
hadisəsi,  dünyanı  lərzəyə  gətirən  Xocalı  faciəsi  bu 
məsələnin “həlli"ndən  biri idi.
Azərbaycanda  siyasi  hakimiyyətə  gələn  təcrübəsiz 
və  səriştəsiz  qüvvələrsə  xalqı  dərin  və  təhlükəli  bir  uçu­
rum  qarşısına  gətirmişdi.  Ermənistanla  300  km  sərhəddi 
olan  Naxçıvanda  da  vəziyyət  demək  olar  ki,  son  dərəcə 
ağır  və  mürəkkəb  idi.  Camaata  ərzaq  və  yanacaq 
çatmırdı.
Naxçıvan  əhalisinin  təkidi  ilə  Heydər  Əliyev  1990-cı 
ildə  Naxçıvana  gəldi.  Naxçıvan  ac,  Bakı  isə  hər  gün 
yüzlərlə  şəhidi  qəbul  edir,  evlərdə  ana-bacıların  fəryadı 
ərşə  qalxırdı.  Şuşa,  Laçın,  Kəlbəcər  işğal  olunmuş, 
Ağdam,  Füzuli,  Zəngilan,  Cəbrayıl,  Qubadlı  kimi  rayonla­
rımızda  çoxdan  hazırlanmış  zəbt planının  son  mərhələləri 
həyata  keçirilirdi.  Ordu  bərbad vəziyyətdə  idi.
Xalqın 
ürəklərdə  yaşayan 
sevgisi 
ilə 
Əliyev 
Naxçıvanda  Ali  Məclisin  sədri  seçildi.  Böyük  bir  mitinqdə 
çıxış  edən  Heydər  Əliyev,  1918-1920  -   ci  illərdə  ikicə  il 
ömrü  olan  müstəqil  Azərbaycan  Demokratik  Respub­
likasının  göy,  qırmızı,  yaşıl  rəngli,  ay-ulduzlu  bayrağını 
rəsmi  dövlət  bayrağı  kimi  qəbul  edib  onu  Naxçıvan  Ali 
Məclisi  üzərində dalğalandırdı.
Heydər  Əliyevin  Bakıya,  Azərbaycan  rəhbərliyinə 
qayıtması  üçün  ümumxalq  hərəkatı  anbaan  güclənirdi.
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 367 oa

1992-ci  ildə  91  ziyalının  imzası  ilə  “Azərbaycan  Sizin 
sözünüzü  gözləyir”  adlı  respublikada  geniş  xalq  kütləsini 
əhatə  edəcək  çox  böyük,  güclü,  nüfuzlu  və  işlək  bir 
partiya  yaratmaq  barədə  öndərimizə  müraciət  göndərildi. 
Həmin  ilin  noyabrında  Naxçıvanda  Yeni  Azərbaycan 
Partiyası  yaradıldı.
Azərbaycanda  siyasi  gərginliyin  son  həddi  yaşa­
nırdı.  Gəncə  hadisələri  baş  verdi,  günahsız  insanlar qətlə 
yetirildi.  Respublikanın  parçalanması  təhlükəsi  yarandı. 
Azərbaycan  Xalq  Cəbhəsi  -  Müsavat  iqtidarı  iflic  vəziy­
yətə  düşmüşdü.  Cənubda  Talış -  Muğan  Respublikasının 
elan  olunması,  şimalda  ləzgi,  qərbdə  kürd  problemləri 
Azərbaycanı  müstəqil  bir ölkə  kimi dünyanın  siyasi  xəritə­
sindən  silmək təhlükəsi  ilə  üz -   üzə  dayandırmışdı.  Odur 
ki,  ümumxalq  tələbləri  qarşısında  artıq  dayana  bilməyən 
Əbülfəz  Əliyevin  təkidli  dəvəti  ilə  Heydər  Əliyev  Bakıya 
gəldi.  Milli  Məclisin  15  iyun  1993-cü  il  tarixli  iclasında  Əli­
yev Azərbaycan  Respublikası Ali  Sovetinin  sədri seçildi.
Həmin  gün  Azərbaycan  siyasi  tarixinin  ən  məsul  və 
ən  şərəfli  günlərindən  biri  yaşandı:  Qurtuluş  tarixi! 
Qurtuluşa  gedən  yol xalqımız qarşısında  yeni  bir işıqlı  yol 
açdı.  Əliyevin  qayıdışı  ilə  xalqımız  rahat  bir  nəfəs  aldı, 
ölkədə  ictimai-siyasi  sabitlik  yarandı,  Azərbaycan  dün­
yaya  pəncərə  açdı,  dünya  birliyində  yerini  tutdu.  “Əsrin 
müqaviləsi” 
imzalandı, 
iqtisadiyyatımıza 
sərmayələr 
qoyuldu,  yeni  müəssisələr  işə düşdü,  Azərbaycanın  haqq 
səsi dünyada eşidilməyə  başlandı.
-  Reyhan  xanım,  Azərbaycan  həqiqətlərinin  dünya 
ictimaiyyətinə  çatdırılmasında  Heydər  Əliyevin  ailə  üzv­
lərinin  də  zəhməti  çoxdur.  Belə  ki,  bu  yaxınlarda  biz 
Heydər  Əliyevin  qardaşı,  dünya  şöhrətli  seleksiyaçı  alim, 
Əməkdar  Elm  Xadimi,  Milli  Məclisin  deputatı,  akademik 
Cəlal  Əliyevin  Moskvada  çapdan  çıxmış  “Dağlıq  Qarabağ
_______________
Reyhan Mirzəzadə
________________
s o  
362 az
Azərbaycanın  qanı,  canıdır”  kitabının  BDU-da  keçirilən 
təqdimat  mərasimində  Sizin  təsirli  çıxışınızın  şahidi 
olduq.
-  Düz  buyurursunuz,  Azərbaycanın  tərəqqisində Əli­
yevlər  ailəsinin  zəhməti  çoxdur.  Möhtərəm  Cəlal  müəllim 
görkəmli  alim  olmaqla  bərabər,  ictimai-siyasi  xadim  kimi 
də tanınmışdır.  Üç il  əvvəl  hörmətli  akademiklərimiz Cəlal 
Əliyev  və  Budaq  Budaqovun  Moskvada  rus  dilində  nəşr 
olunan  “Türklər,  azərbaycanlılar,  ermənilər:  Tarixi  hə­
qiqətin  "soyqırımı”  və  bu  yaxınlarda  Cəlal  Əliyevin 
Moskvada  rus  dilində  nəşr  olunan  “Dağlıq  Qarabağ 
Azərbaycanın  qanı,  canıdır”  kitabınin  ərsəyə  gəlməsində 
iştirakımın  olması  ilə qürur duyuram.
Ermənilər  1988-ci  ildən  bəri  qondarma  soyqırımıları, 
Dağlıq  Qarabağın  guya  tarixən  erməni  torpağı  olması  ilə 
bağlı  yalan,  böhtan,  iftira  dolu  məlumatlarla  26  mindən 
çox  kitab  nəşr  etdirmişlər.  Cəlal  Əliyev  və  Budaq  Buda- 
qov tərəfindən  dolğun  araşdırmalarla  yazılan  hər iki kitab 
saxta erməni  kitablarına dürüst və sərt bir cavabdır.
Atasının  humanist  missiyasını  ləyaqətlə,  uğurla, 
inamla  davam  etdirən  hörmətli  Prezidentimiz  İlham  Əli­
yevə  Azərbaycanın  bütün  vicdanlı,  qədirbilən,  haqq  itir­
məyən  övladları  mənəvi  dəstək  olmalıdırlar.  Bizlər  onun 
ətrafında  sıx  birləşməli,  Heydər  Əliyevin  ideya  və  arzu­
larını  uğurla  həyata  keçirməliyik.
-  Qurtuluş  bayramı  münasibəti  ilə  oxuculara  nə 
arzulardınız?
-  Sağlamlıq,  səadət,  Azərbaycanı  Heydər  Əliyev 
kimi  sevmək,  onun  arzularını  əbədi  olaraq  yaşatmaq, 
Heydər Əliyev  irsini  dərindən öyrənmək...
“Azərbaycan  reallığı” qəzeti, 
15  iyun 2006-cı  il.
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
bo
 363
 o a

AZƏRBAYCANIN  SƏDAQƏTLİ  OĞLU
1969-cu  ilin  14  iyul  günündə  Azərbaycanda  rəh­
bərliyə  başlayan  Heydər  Əliyevin  xalqımızın  həyatındakı 
əhəmiyyətli  rolu  danılmazdır.  Bu  tarix  rəsmi  təqvimdə 
xüsusi  qeyd  olunmasa  da,  hər  bir  tərəqqipərvər  azər­
baycanlının  ürəyinə  həkk  olunub.  14  iyul  bütün  heydərse- 
vərlərin  ruhuna  yazılıb.  Çünki  müasir  Azərbaycanı  bütün 
dünyada tanıtdıran tarix məhz həmin gündən başlayıb.
Heydər  Əliyev  hələ  Azərbaycana  rəhbərliyə  gəl­
məmişdən  əvvəl  Dövlət  Təhlükəsizlik  Komitəsi  sıraların­
da  çalışarkən xalqının  xeyrinə çox böyük  işlər görmüşdü. 
Lakin  bu  fəaliyyət  məxfi  olduğundan  xalq  bu  barədə  ge­
niş  məlumat ala  bilməzdi.
Heydər  Əliyev  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi  Komitəsinin  Birinci  katibi  təyin  olunan  gündən 
onun  öz  doğma  xalqına  bağlılığı,  sevgisi,  ehtiramı,  mil­
yonların  qəlbinə  yol  tapdı.  Xalq  həmin  zamandan  öz  əziz 
oğlunu  yaxından  tanımağa  başladı.  Artıq  Heydər  Əliyev 
və  onun  gördüyü  işlər  göz  qabağında  idi.  Çoxsaylı  fakt­
lardan  birini yada  salmaq  istəyirəm.
Respublikamız  üçün  yüksək  ixtisaslı  kadrların  hazır­
lanması  məsələsi  Əliyev  üçün  ən  aktual,  ən  vacib  məsə­
lələrdən  biri  idi.  O,  rəhbərliyi dövründə Azərbaycanda  altı 
yeni  ali  məktəbin  açılmasina  nail  olmuşdu.  Keçmiş  SSRİ- 
nin  ən  nüfuzlu  ali  məktəblərinə  müxtəlif ixtisaslar  üzrə  on 
minlərlə  gənci  təhsil  almağa  göndərmişdi.  Onlar  təhsil­
lərini  bitirib  Vətənə  döndükdən  sonra  Əliyev  bu  gənclərin 
əmək  fəaliyyətini  hər  zaman  diqqət  mərkəzində  saxla­
yırdı.  Onları  vəzifələrə  irəli  çəkirdi.
Gəncləri  oxumağa  yola  salarkən,  yaxud  İttifaqın  bir 
çox  şəhərlərində  tələbələrlə  görüşlər  keçirərkən  Heydər 
Əliyev  onları  ruhlandırır,  ata  kimi  öyüd-nəsihət  verib
_______________
Reyhan Mirzəzadə
_____________ __
ю  3M  ca
deyirdi:”Siz  həyatda  pak  olmalı,  real  gerçəkliyin  həll  edil­
məmiş  problemlərinə  ictimai  həyat  qanunlarını  dərindən 
dərk  etməklə  yanaşmalısınız.  Yadda  saxlamalısınız  ki, 
yorulmaz,  fədakar əməklə, yaradıcılıq axtarışı  ilə,  ideyalar 
mübarizəsi  ilə  səciyyəvi  olan  əsl  elmdə  asan  yollar 
olmadığı  kimi,  əsl  həyatda  da  asan  yol  yoxdur  və  olma­
yacaqdır".  Gəncləri  “Azərbaycanın  sabahkı  görən  gözü, 
düşünən  beyni"  adlandıran  Heydər  Əliyev,  respublika­
mızın  nicatını  yalnız  və  yalnız  onun  övladlarının  maarif­
lənməsində görürdü...
Heydər  Əliyevin  Azərbaycanın  yüksəlişi,  xalq  təsər­
rüfatı,  neft sənayesi,  ağır və yüngül sənaye,  səhiyyə,  elm, 
təhsil,  mədəniyyət,  hərbi quruculuq  sahəsindəki,  eləcə də 
keçmiş  SSRİ  kimi  nəhəng  superdövlətin  rəhbərliyində 
işlədiyi  zaman  misilsiz  əməyini  qalın-qalın  kitablara  yaz­
maq  olar.  Azərbaycanın,  Azərbaycan  xalqının  ən  çətin, 
ən  ağır,  ən  dəhşətli  günlərində  Heydər  Əliyevin  böyük 
siyasətçi  olmasından  başqa,  onun  necə  möhkəmiradəli, 
qorxmaz,  mətin,  qeyrətli  və  sədaqətli  bir  Vətən  oğlu  kimi 
atdığı  qətiyyətli  addımlar  azərbaycançılığa  və  vətənpər­
vərlik məfkurəsinə əsl  nümunədir.
Məgər  Heydər  Əliyev  Moskvada  işdən  çıxdıqdan 
sonra  dərhal  Azərbaycana  gələ  bilsəydi,  xalqımızın  başı­
na  bu  qədər  dəhşət  və  müsibətlər  gətirilə  bilərdimi?  20 
Yanvarın  qanlı  faciəsi  baş  verərdimi?  Xocalı  viran  qoyu- 
lardımt?  Qocaların,  Anaların  gözləri  qarşısında  oğullar, 
gəlirilər,  qızlar,  nəvələr  misli görünməmiş  zülümlər,  əzab­
larla  öldürülərdimi?  Dörd  ay mühasirədə  haray çəkib fər­
yad  edən  Xocalının  köməksiz  camaatı  vəhşi  ermənilərin 
əlinə  keçib  saysız-hesabsız  işgəncələlərə  məruz  qalar- 
dımı?  Qorxu,  həyəcan  və  dəhşətlərdən  neçə-neçə  insa­
nımızın  ürəyi  yerindəcə partlayıb  bağrı  yarılardımı?  Canı­
nı  götürüb  qarlı,  şaxtalı,  havada  ayaqyalın  meşələrə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 365 ca

pənah  gətirən  vətəndaşlarımız  ağlasığmaz  əzablardan 
tələf  olardımı?  Körpələrimiz,  uşaqlarımız  iri  çəlləklərə 
doldurulub  ağzı  qaynaqlanan  “dəmir  tabutlar”da  havasız 
vəziyyətdə  boğudularaq  məhv  edilərdimi?  Günahsız 
adamlarımızın  üstünə  benzin  tökülüb  diri-diri  yandırılar- 
dımı?  Xocalının  inilti  və  fəryadı,  qışqırıq  və  “Allah,  sən 
bizə  kömək  et!”  nidaları  ərşə  qalxardımı?  Bu  qədər 
torpaqlarımız  işğal  olunardımı?  Bu  qədər yurddaşlarımız 
ev-eşiyindən,  dədə-baba  məzarlarından  ayrı  düşərdimi? 
Min  bir  əziyyətlə  qurub-yaradılan,  dünya  ədəbiyyatına 
Nizami,  Füzuli,  Xaqani,  Nəsimi,  Vaqif,  Mirzə  Fətəli Axun­
dov,  Cəlil  Məmmədquluzadə,  Cəfər Cabbarlı  kimi dühalar 
bəxş  edən  xalqımızın  dövləti  xəritədən  silinmək təhlükəsi 
ilə  üz-üzə dayanardımı? Yox  !!!  Əsla  yox!!!  Heydər Əliyev 
vaxtında  Bakıya  buraxılsaydı,  bu  faciələr,  bu  dərdlər,  bu 
müsibətlər,  bu acılar baş verməyəcəkdi!!!
Necə  ola  bilir ki,  Azərbaycana,  Bakıya  buraxılmayan 
Heydər  Əliyev,  1990-cı  ildə  xalqımıza  qarşı  törədilən 
qanlı  faciəni  eşidib  fiziki  çətinliklərə,  mənəvi  təhlükələrə 
baxmayaraq,  millətin  dərdindən  sarsılıb  ayağa  qalxır, 
səsini  ucaldır,  dünyanı  köməyə  çağırır,  onsuz  da  xəstə 
olan  ürəyi  xalqına  qan  ağlayırdı,  amma  Vəzirov  kimiləri 
isti  yerində  oturub  dincəlirdilər?  Məgər  bu  xalq  onların 
deyildi?  Necə  ola  bilir  ki,  Moskvada  hədələr,  təzyiqlər və 
təqiblər  altında  yaşayan,  hər  bir  ailə  üzvünün,  qohum- 
əqrəbalarının  həyatı  təhlükələr  altına  salınan  Heydər 
Əliyev  heç  bir  şeydən  qorxmayaraq,  çəkinməyərək  haqq 
sözünü  dünyaya  yayır,  faciənin  səbəbkarlarını  ifşa  edir, 
xalqının  qeyrətini  çəkir,  onu  müdafiə  edir,  əsl  azərbay­
canlı  olduğunu  nümayiş  etdirir,  amma  Azərbaycanda 
hakimiyyətdə  olan  bəzi  “xəstələr”  sə  sanki  lal  kimi  susur­
dular.  Heydər Əliyevin  çıxışlarından  bəzi  məqamları  xatır- 
layım:“Belə  qərar  qəbul  etmiş  adamların  hərəkətini  siyasi
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin