_______________
Reyhan Mirzəzadə
_________________
sn378
ca
Mopassan isə yazıçının “ivan iliçin ölümü” adlı əsərini
oxuduqdan sonra demişdi:“Mən belə görürəm ki, bütün
fəaliyyətim mənasız imiş, mənim on cildlik əsərlərimin
qiyməti yox imiş".
Yalnız Flober və Mopassan deyil, fransız yazıçısı
Romen Rollan, İrlandiya yazıçı, dramaturq və romanisti,
Nobel mükafatçısı Corc Bernard Şou, ingilis yazıçı və
dramaturqu, Nobel mükafatçısı Con Qolsuopsi, Avstriya
yazıçı və tənqidçisi Stefan Sveyq, eləcə də Tolstoyu
“dünya vətəndaşı” adlandıran bir çox Avropa və Amerika
yazıçıları heyrət və məftunluqla Tolstoyun dahiliyindən
dönə-dönə bəhs etmişlər. Qolsuopsi “Hərb və sülh”
haqqında demişdi: “Bu, yazılmış olan bütün əsərlərin ən
əzəmətlisidir”.
Doğrudan da “Hərb və sülh” rus xalqının dahiyanə
bir epopeyası, demək olar ki, rus “lliada ’sıdır. Bu əzəmətli
əsər rus xalqının öz istiqlaliyyəti uğrunda apardığı
qəhrəmanlıq mübarizəsinin epik bir nəğməsi, ölməz bir
dastanıdır. Romanı oxuyan zaman məndə belə bir fikir
formalaşırdı ki, əsərin əsas qəhrəmanı nə Andrey Bol-
konski, nə Pyer Bezuxov, nə də Platon Karatayevdir. Bu
həqiqi və böyük qəhrəman öz Vətənini Napoleon işğal
çılarından igidliklə qoruyan və düşməni rus torpaqla
rından, rus şəhərlərindən qovan, öz vətənpərvərliyi,
əzmkarlığı, döyüşkənliyi ilə bütün Avropanı sarsıdan rus
xalqı, böyük bir millətdir. Borodino müharibəsi, partizan
dəstələrinin fəaliyyəti, rus əsgərlərinin şücaəti, Rusiyanın
müdafiəsi uğrunda aparılan böyük mübarizə unudulmaz
səhnələrlə son dərəcə istedad və sənətkarlıqla canlan
dırılmış, əbədiləşdirilmişdir. Əsər dərin bir həyat sevgisi,
xalqın varlıq, qüvvətinə və qüdrətinə dərin bir inamla
yazılmışdır.
Flober bu əsəri oxuduğu zaman “Bu
Şekspirdir, bu Şekspirdir!” - deyə heyrətlə qışqırmışdı.
Azərbavcançılıa və vətənpərvərlik məfkurəsi
____
so
379
ca
Qərb və Şərq ölkələri, Şimal və Cənub xalqları,
müxtəlif millətlərdən olan oxucular hələ yazıçının sağ
lığında ona güclü maraq göstərirdilər. Tolstoyla Şərq ara
sında yazıçının lap gənclik illərindən möhkəm ünsiyyət
yaranmışdı. Kazan Universitetinin ərəb-türk ədəbiyyatı
fakültəsində təhsil alan Tolstoy, ömrünün sonuna qədər
Şərq aləminə marağını itirməmiş, Şərq Ölkələrində-
Hindistanda, Ərəbistanda, iranda, Türkiyədə, Qafqazda,
o cümlədən Azərbaycanda şöhrət qazanmış, bu yerlərin
mədəniyyət xadimləri arasında özünə dərin hörmət,
böyük etimad yaratmışdı.
İftixarla yada salmaq istərdim ki, görkəmli azər-
baycanəsilli alim, tarixçi, şərqşünas, türkoloq və filoloq,
Kazan Universitetinin professoru Mirzə Kazım bəy Lev
Nikolayeviçin sevimli müəllimi olmuşdur.Tolstoy ərəb, türk
və tatar dillərini onun köməyi ilə öyrənmiş, Azərbaycanın
gözəl təbiəti, qonaqpərvər xalqı haqqında onun dilindən
maraqlı söhbətlər eşitmişdi. Azərbaycanın Xalq artisti
Hacağa Abbasov dostu ədəbiyyat müəllimi Əli Qasımovla
birlikdə 1907-ci ildə Lev Nikolayeviç Tolstoyun ömrü boyu
yaşayıb-yaratdığı sevimli kəndi Yasnaya Polyanada dahi
ilə görüşü zamanı dünya şöhrəti qazanmış qoca ya
zıçının öz müəllimini necə ehtiramla yad etdiyini xatır
layıb yazırdı:“Şəkillərdə gördüyüm ağ saqqallı yazıçı
başını qaldırıb bizə baxdı, gözlərini qıyaraq gülümsündü,
köhnə tanış kimi bizim salamımızı aldı. Bu əsnada onun
arvadı Sofiya Andreyevna otağa daxil oldu. Tolstoy bizi
nişan verərək dedi:“Mənim qafqazlı müsafirlərə artıq
dərəcədə ehtiramım var. Sən bilirsən ki, Kazan Uni
versitetində oxuyan vaxt mənə Şərq dillərindən təlim
verən qafqazlı şərqşünas professor Mirzə Kazım bəy
olmuşdur”.
_______________
Reyhan M irzazadə
_______________
ю
3S0 ca
...Ev sahibi Qafqaz xalqlarının həyatı, məişəti ilə
maraqlandığı üçün bizə bu barədə tez- tez suallar verirdi.
Lev Nikolayeviç Şərq ədəbiyyatından söhbət açdı, Sədi
və hafizin yaradıcılığından danışdı, M.F.Axundovu xatır
ladı”.
Tanrı görkəmli yazıçıya Qafqazı görmək və bir müd
dət burada yaşamağı nəsib etdi. Tolstoy 1851-ci ilin
mayından 1854-cü ilin yanvarına qədər Qafqazda yaşadı,
Qafqazın bir çox yerlərində oldu, Xəzər sahilini gəzdi,
Nuxaya və Tiflisə getdi. “Uşaqlıq”, “Gənclik”, “Rus mülkə
darının го та п Г ш burada yazdı. Sonralar bir çox
əsərlərində Qafqazı vəsf etdi. Yazıçı məktublarının birin
də Qafqazı “Məhəbbət ölkəsi” adlandırdı.
Daim füsunkar təbiət qoynunda yaşamağa üstünlük
verən Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də
Tula quberniyasının Yasnaya Polyana kəndində varlı
zadəgan ailəsində dünyaya gəlmiş, ailənin beş övladın
dan dördüncüsü idi. Hələ uşaq ikən valideynlərini itirmiş
Tolstoyun ilk əsəri də “Uşaqlıq” adlanır.
1854-cü ildə orduya çağırılıb zabit kimi Krım müha
ribəsində iştirak edən yazıçı, həmin il Sevastopola, döyü
şən orduya dəyişdirilir. Hərbi qulluq zamanı gənc yazıçı
nın müharibə səhnələrini düzgün, canlı təsvir edən “Se
vastopol hekayələri”ni yazır. Onu da deyim ki, orduda
xidmət edərkən Tolstoy göstərdiyi şücaətlərə görə orden
və medallarla təltif olunmuşdu.
Yazıçı 34 yaşında dostluq etdiyi həkim ailəsinin qızı
18 yaşlı Sofya Andreyevna Berslə ailə qurmuşdu. Onlar
48 il qarşılıqlı hörmət və sevgi ilə ömür sürmüşdülər. Bu
evlilikdən ailədə 13 övlad dünyaya gəlsə də, onlardan
beşi uşaq ikən vəfat etmişdi. Gənc yaşlarından fransız
dilini mükəmməl öyrənən Tolstoy, XVIII əsr fransız filosof,
şair və tarixçisi Volterin və filosof-yazıçısı Jan-Jak Russo-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю
38 J
oa
nun əsərlərini geniş mütaliə etmiş, bu iki şəxsiyyətin
qüvvətli təsiri ilə yaşamışdı. Onun bu barədə gözəl bir
fikri vardı:“Yaradıcılığın zəruri şərtlərindən biri bütün
böyük yazıçıların təcrübəsini dərindən mənimsəməkdir,
ö z sələflərinin yaratdıqlarını mənimsə və irəli get”. Əlbət
tə ki,Tolstoy özü də böyük sələf idi. Dahinin yaradıcılığı
XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi parlaq
şəxsiyyətlərinə ciddi təsir göstərmişdi.
İki əsrdən artıqdır ki, Azərbaycan və rus xalqlarının
taleyi qonşu olaraq bir-biri ilə sıx bağlıdır. Bu dövrdə iki
xalqın mədəniyyəti bir-birinə güclü şəkildə inteqrasiya
etmişdir. Tarixin müəyyən mərhələsində, bir dövlət tərki
bində yaşadığı illərdə də bəşəri məqsədlər naminə xalq
larımız heç bir töhfə və zəhmətini bir-birindən əsirgə
məmişdir. Rus ədəbiyyatında görkəmli simaların yaradıcı
lığındakı yeni fikir və inkişaf Azərbaycana da öz təsirini
göstərirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusi
yada olduğu kimi, Azərbaycan ədəbiyyatında da demok
ratik fikirlər güclənməyə başlamışdı. Yazıçılar öz əsər
lərində ictimai məsələlərə, kəndlilərin ağır güzəranı,
mülkədar zülmündən xilas olması, qadın azadlığı prob
lemlərinə diqqəti artırmışdılar. Kəndli azadlığı mövzusu
ilə məşğul olan yazıçılarımız Tolstoyla dərindən m araq
lanırdılar. Onun realist, ifşaçı qələmi Azərbaycan yazıçı
larını ruhlandırır, onlara istiqamət verir, ədəbiyyatda
kəndlilərin vəziyyətinin real təsvirinə kömək edirdi. Bunu
aydın görmək üçün Cəlil Məmmədquluzadənin “Danabaş
kəndinin əhvalatları” və Əbdürrəhim bəy Haqverdiye
vin “Bəxtsiz cavan” kimi əsərlərini nəzərdən keçirmək ki
fayətdir. Həmin dövrdə Tolstoy Azərbaycan yazıçılarının
qeyd etdiyim kimi, ən çox pərəstiş etdikləri sənətkar idi.
O, Azərbaycanın ədəbi-bədii, pedaqoji və fəlsəfi fikrinə
qüvvətli təsir göstərirdi. Ziyalılarımızın böyük qismi ondan
_________________Reyhan_Mirzazada__________________ю__382__03'>_______________
Reyhan Mirzazada
________________
ю
382
03
pedaqoq və yazıçı kimi çox şey öyrənirdilər.Tolstoyun
əsərləri Azərbaycan dilinə sürətlə tərcümə olunurdu.
1881-1920-ci illərdə Bakıda nəşr olunan rus və Azər
baycan mətbuatında Tolstoyun adı həmişə ehtiramla
çəkilmiş, onun həyat və yaradıcılığına dair hər bir hadisə
Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olmuşdu.
“Kaspi” qəzeti 1881-1919-cu illərdə Bakıda rus
dilində nəşr olunan kütləvi mətbuat idi. Qəzetdə Rusi
yanın bir sıra mütərəqqi fikirli yazıçı və ədəbiyyatşü
nasları fəaliyyət göstərirdi. Azərbaycan ziyalıları “Kas-
pi”ni müntəzəm oxuyur, Nəriman Nərimanov, Firidun bəy
Köçərli, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov və
başqaları qəzetdə tez-tez çıxış edirdilər Burada Lev
Nikolayeviç Tolstoy haqqında müxtəlif mövzulu yazılar
dərc olunurdu. O zaman nəşr olunan “İttifaq", “Səda”,
“Təzə həyat” qəzetləri yazıçının yaradıcılığına xüsusi yer
verirdi. 1894-cü ilin may ayında Bakıda, Hacı Zeyna
labdin Tağıyev teatrında ədibin 1886-cı ildə xalq teatrları
üçün yazdığı “Əvvəlinci şərabçı” adlı pyesi ilk dəfə Azər
baycanın görkəmli maarif xadimi, yazıçı, bir sıra lüğət və
dərsliklərin müəllifi olan Sultan Məcid Qənizadə tərə
findən tərcümə edilib tamaşaya qoyuldu. Pyes hərarətlə
qarşılandı. Müvəffəqiyyətdən ruhlanan Qənizadə, 1896-cı
ildə əsəri kitabça şəklində çap etdirib, pulsuz yaydı.
Xatırlatmaq istərdim ki, süjeti Belorus nağılından götü
rülmüş əsərin böyük tərbiyəvi əhəmiyyəti vardı. Pyesdə
patriarxal kəndli təfəkkürünə uyğun tərzdə ilk dəfə arağın
necə icad edildiyi göstərilirdi. Tolstoy “Rəhmanamı, yoxsa
şeytanamı sitayiş etməli?” kimi digər məqalələrində də
müstəqim yolla ifadə etdiyi fikirlərini burada həyati və
əfsanəvi obrazlar vasitəsilə yenidən təkrar edirdi:-Spirtli
içkilərə meyl etmə,-deyirdi.“İçki şeytan əməlidir. O, insan
mənliyini və heysiyyətini alçaldan bəladır”.
____
Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi
____
to
383
oa
Tolstoyun dünyəvi yaradıcılıq istedadı, pedaqoji
fəaliyyəti ilə bərabər, insanpərvərliyi, alicənablığı, nəsil
lərə aşılanan dərin mənəvi keyfiyyətləri, ailə və övlad-
sevərliyi, gənclərə öz balası kimi münasibəti, həqiqət və
dürüstlüyün tərənnümçüsü olması, sülhsevərliyi, xalqların
azad, firavan yaşaması naminə daim çalışması ba
xımından Azərbaycanın tanınmış yazıçısı, pedaqoqu,
ədəbiyyatşünas alimi, uzun illər Azərbaycan Dövlət
Universitetində (indiki BDU) minlərlə tələbəyə dərs demis,
ədəbiyyat sahəsində çoxsaylı alimlər ordusu yaratmış
filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevi
daha çox xatırladır. Mir Cəlal Tolstoyu çox sevirdi. Bəlkə
də ruhən və qəlbən rus xalqının böyük övladına olan
bağlılığı, oxşar xarakterindən idi ki, ədibin yaradıcılığında
Tolstoy mövzusu xüsusi yer tuturdu. Mir Cəlalın Tolstoya
özəl münasibəti vardı. Bu barədə onun “Dahi sənətkar”, "
Lev Nikolayeviç Tolstoy”, “Böyük rus ədibi”, “Dahi söz
ustası” və s. adlı geniştəhlilli, maraqlı faktlarla zəngin
olan məqalələri vardır.
Tolstoyun yaradıcılığına mükəmməl bələd olan Mir
Cəlal yazırdı: “ Tolstoy ilk əsərlərindən başlayaraq insanı
və onun taleyini yaradıcılıq işinin mərkəzində qoyur,
mövzuların əsası sayırdı. O, sənətin böyüklüyünü də,
kiçikliyini də bunda, xalqa münasibətdə görürdü”.( “Kom
munist” qəzeti, 3 sentyabr 1948-ci il, “Dahi sənətkar”
məqaləsi)
“Tolstoy bir çox yazıçılara və sənətkarlara xas olan
şagirdlik dövrünü keçirməmişdir.O,həyata dərin müşahidə
və diqqətlə yanaşaraq, yazdığı ilk əsərlərindən etibarən
böyük yazıçılar sırasında durmuşdur”. (“Ədəbiyyat"
qəzeti, 12 sentyabr 1948-ci il, “Lev Nikolayeviç Tolstoy”
məqaləsi)
_______________
Reyhan Mirzszadd
________________
ю 3S4 ся
“Ədib var ki, müəyyən bir ictimai zümrəni təmsil edir.
Ədib var ki, müəyyən bir dövrü, məsələni, ölkəni
göstərməklə kifayətlənir. Ədib də var ki, günəş şüası kimi
cəmiyyət həyatının, insanın mənəvi aləminin bütün mü
rəkkəbliyinə nüfuz edir, zaman keçdikcə, nəsillər dəyiş
dikcə təsirini azaltmır, əksinə, artırır. Tolstoy sənəti za
man, məkan hüdudu bilməyən, həmişə, hər yerdə qüdrət
və kəsərini saxlayan bir sənətdir.
L.N.Tolstoy böyük rus xalqının bəşəriyyətə, dünya
mədəniyyəti və ədəbiyyatına verdiyi çox mühüm sima-
lardandır. Dahi ədib öz xalqının və zamanının ləyaqətli və
xələf oğludur”. ( “Dahi söz ustası” məqaləsi, 1978-ci il)
Tolstoy doğrudan da sənətin və ədəbiyyatın qar
şısında böyük vəzifələr qoyan, sənəti Mir Cəlalın qeyd
etdiyi kimi, zaman, məkan hüdudu bilməyən, həmişə hər
yerdə qüdrət və kəsərini saxlayan bir sənətkar idi. O,
bütün dünya xalqları arasında həmişə dostluğun və dinc
həyatın yaradılmasını arzulayırdı. Ədib humanist şəx
siyyət, parlaq ziyalı olaraq, xalqlar arasındakı dostluğu
pozan, millətləri bir-birinin üzərinə qızışdıran, qanlı
mübarizələrə, kütləvi qırğınlara, insan tələfatlarına sürük
ləyən adamların xəbis və təhlükəli hərəkətlərinin qarşısını
almağı özünə vətəndaşlıq borcu hesab edirdi.Yazıçı
bütün sənətkarları xalqa xidmət etməyə, həyatı əks
etdirməyə çağırırdı. Sənəti yalnız həyata bağlılıqda görən
ədib, ədəbiyyat və sənəti həyatdan uzaqlaşdıran, onu
mənasız və məzmunsuz əyləncəyə çevirən qüvvələrlə
heç bir zaman barışa bilmirdi.
Lev Tolstoy bədii düşüncənin ən nəhəng ifadəçisi
idi. Dahi sənətkarın ölməz əsərlərində irəli sürülən böyük
məsələlər ona nəinki rus xalqı tarixində, hətta bütün
dünyada, bütün mədəni xalqların tarixində əbədi bir
şöhrət qazandırmışdır. Böyük sənətkar öz bədii zəkası,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
£o 385 ca
müdrik düşüncəsi, insanpərvərlik mövqeyi, dərin sənət
karlıq müşahidəçiliyi, misilsiz həssaslığı ilə bütün dünya
oxucularını heyrətdə buraxmış, haqlı olaraq ona “dünya
vətəndaşı” adını qazandırmışdır.
Bu bir həqiqətdir ki, dünya ədəbiyyatı tarixində yara
dıcılıq vüsəti etibarı ilə Tolstoya bərabər olan bir sənətkar
tapmaq çox çətindir. Yazıçı XIX əsr sənətinin ən yüksək
zirvəsinə qalxmışdır. Heç bir sənətkar insan qəlbinin
sirrlərindən Tolstoy qədər agah olmamışdır. O, sözün
həqiqi mənasında insan qəlbinin ustadı idi. Bu barədə Mir
Cəlalın qeydlərinə diqqət yetirək:“Sənətə müqəddəs iş
kimi baxan Tolstoy deyirdi:“Ancaq o zaman yazmaq
lazımdır ki, hər qələmi mürəkkəbə batıranda, orada bir
parça ət qoyursan”. Doğrudan da Tolstoy sənətə həyatını
vermişdi. 0,deyirdi:“0 adam ki, qayəsi şəxsi səadətdir,
axmaqdır, o adam ki, qayəsi başqalarını təqliddir, o, zə
ifdir. O adam ki, qayəsi başqalarının səadətidir, xoş
bəxtdir!”.
Tolstoy mənşəyi etibarı ilə zadəganlar nəslinə mən
sub olduğu halda, (onun qraf olaraq dvoryan titulu vardı)
məhz səmimi və dürüst təsvirləri sayəsində milyonlarla
kəndlilərin etiraz səsini ifadəyə qədər ucala bilmişdi,
kütlələri dilənçi kökünə salan ictimai səbəbləri, məzlum
kəndlilərin şüurunda əmələ gələn təbəddülatı qüvvətli bir
hiss, inandırıcılıq və cəsarətlə ifadə edərək öz tənqidində
məsələnin kökünə gedib çıxa bilirdi. Odur ki, Azərbay
canda da Tolstoy çox sevilirdi.
Mir Cəlalın bu barədə yazdıqlarından:“Hələ əsri
mizin ilk illərində Azərbaycanda böyük rus xalqının bütün
görkəmli yazıçılarına olduğu kimi, Tolstoy yaradıcılığına
da artıq maraq duyulmaqda idi. 1903-1904-cü illərdə
“Şərqi-rus” qəzetində ədibin , iki hekayəsi (“Buğda
dənəsi", “Zəhmət, ölüm və naxoşluq”) tərcümə və nəşr
_______________
Reyhan Mirzəzadə
________________
ю
386 ся
olunmuşdur. Tolstoyun 20-dən çox hekayəsi Azərbaycan
dilində kitab şəklində buraxılmışdır. “İnsana çoxmu yer
lazımdır?” (1908), “Tanrıyamı, harunamı xidmət etməli?”
(1907), “Qafqaz əsiri” (1912), “Fransuaza" (1912) və
sairə. Tolstoyun hekayələri oxucular arasında tez yayılır
və şöhrət qazanırdı. “Qafqaz əsiri” bir neçə dəfə nəşr
olunmuşdur. Həsənbəy Zərdabi Tolstoyla şəxsən yazışır
dı...Cəlil Məmmədquluzadə Tolstoyun yaradıcılığındakı
xalqçılıq, həqiqətpərəstlik və sənət məharətini, tənqid
meyllərini alıb təbliğ edirdi.Təsadüfi deyil ki, o, böyük
ədibin ancaq kəndli və torpaq məsələlərinə aid olan
hekayələrini o zaman çalışdığı “Şərqi-rus” qəzetində nəşr
etmişdir. Bu hekayələrdən birini isə özü sadə xalq dili ilə
tərcümə etmişdir. Tolstoyun xalq jurnalı nəşr edənlər
üçün yazdığı məsləhətləri (aşağı təbəqələrin anlayacağı
sadə bir dildə yazmaq) Cəlil Məmmədquluzadə öz
jurnalında əməli olaraq tətbiq edirdi ”.
Tolstoy kimi sənətkarların məhz Rusiyada yetişməsi
təsadüfi deyildi. Tolstoy rus milli şəraitində yaranmış XIX
əsr realist sənətkarlarının ən gözəl ənənələrini özündə
toplayan rus qüdrətinin böyük ifadəçisi idi. Mütləqiyyət
və təhkimçilik sisteminə qarşı rus xalqının apardığı azad
lıq mübarizəsi ilə ruhlanan Tolstoy, nəinki rus həyatının
misilsiz təsvirini, bəlkə də dünya ədəbiyyatının birinci
dərəcəli əsərlərini yaratmışdı. O, yorulmaz və fədakar bir
zəhmətkeş idi. Onun arxiv, kitabxana və muzeylərdəki əl
yazıları hər bir əsər, hər bir cümlə və söz üzərində nə
qədər səylə, diqqətlə işlədiyini, özünə qarşı nə qədər
tələbkar olduğunu aydın göstərir. İki min səhifədən ibarət
böyük “Hərb və sülh” romanını o, yeddi dəfə düzəltmiş və
yenidən köçürmüşdü.
Mir Cəlal, Tolstoyun öz sənətinə müstəsna dərəcə
də tələbkar olduğu, yazdığını dəfələrlə düzəldib köçür-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
3S7
ea
düyü, hər cümlənin, hər sözün üzərində düşünməkdən
yorulmadığı, əksinə, bundan həzz aldığından geniş bəhs
edirdi. “Qafqaz təbiətini və dağlıların məişət tərzini hey
rətli bir həqiqət gücü ilə verən “Hacı Murad” kimi bir əsər
onu razı salmadığı üçün sağlığında çapa verməmişdi”.
“Dahi söz ustası”nda Çernışevskidən sitat gətirərək,
Mir Cəlal yazır:“N.Q.Çernışevski “Sovremennk”də çap
etdirdiyi “L.l.Tolstoy. Uşaqlıq və ilk gənclik. Hərbi
hekayələr” adlı məqaləsində hələ gənc olan ədibin
yaradıcılıq xüsusiyyətlərini aydın görür, onun əsl sənətkar
adlandırır, yaradıcılığının ideya və bədii əsaslarını dərin
təhlil edərək, əsərlərində “qəlbin dialektikasının” inikası
olduğunu yazırdı... Kimki insanı öz şəxsiyyətində öyrən
mədi, heç vaxt insanları dərindən dərk etməyə nail ola
bilməz...Biz qabaqcadan deyirik ki, qraf Tolstoyun indiyə
qədər ədəbiyyatımıza verdikləri ancaq onun gələcəkdə
görəcəyi işlərin rəhnidir”.
1812-ci
il
müharibəsində Vətənin
taleyi
həll
olunurdu. Xalqın bir məqsədi vardı ki, o da öz torpağını
işğalçılardan təmizləmək idi. Bu məqsədin və bu qanlı
mübarizənin qəhrəmanlıqla həyata keçirilməsini, rus tari
xinin böyük sınağı qarşısında çardan tutmuş əsgərə, ən
sadə kəndliyə qədər hər kəsin öz vəzifəsini necə
fədakarlıqla yerinə yetirməsini Tolstoy öz romanında
ecazkar bir həqiqət və inandırıcılıq qüdrəti ilə can
landırmışdı.
Mir Cəlal Paşayevin “Hərb və sülh” haqqındakı
maraqlı fikirlərindən nümunələri təqdim etmək istərdim:
“Tolstoyun sənətkar dühasının və eləcə də bütün bəşə
riyyət sənət xəzinəsinin ən parlaq əsərlərindən biri məş
hur tarixi-xalq epopeyası - “Hərb və sülh” romanıdır. Ədib
göstərir ki, insanların həyatını, onların mühüm maraq
larını
-
sağlamlığı,
xəstəliyi,
zəhməti,
istirahəti,
_______________
Reyhan Mirzəzadə
________________
£o
388
ca
fikir, elm, şeir, musiqi, məhəbbət, dostluq, nifrət, ehtiras
ları ilə təsvir etmədən tarixin bədii lövhəsini vermək
olmaz. Tolstoy realizmi burada özünü aydın göstərir.
Romanda tarixi hadisələrə yalnız onların zahiri, rəsmi
tərəfindən yox, bir şairin dediyi kimi “zər tikişli mərasim
paltarından yox, iç tərəfdən, cana yaxın olan köynəkdən
yanaşmaq “bir üsul kimi qoyulmuşdur”.
Romanın baş qəhrəmanlarından biri Kutuzovdur.
Əsərdə o, xalq müharibəsinin əsl sərkərdəsi, xalq fikri,
iradəsi və hissinin ifadəçisi, rus ruhunun əzəmətli mücəs
səməsi kimi təsvir olunur. Sərkərdə rus əsgərlərinin
həyatını qayğıkeşliklə qoruyur, ordusunu və onun hər bir
üzvünü ata məhəbbəti ilə sevir. O, sadə, təvazökar,
xeyirxah, zahiri parlaqlıqdan və xudpəsəndlikdən uzaq,
təbii və cəsur bir insandır. Mixail illarionoviç Kutuzov
siyasi xadim olmaqla bərabər, həm də müdrik sərkər
dədir. Tolstoya görə, onun gücü və qüdrəti xalq ilə
möhkəm əlaqəsində, xalqın dərdlərini, istəklərini duyub
eşitməsindədir. Romanda general - feldmarşal Kutuzovun
siması, vücudu, yerişi, hərəkətləri, davranışı, xoş təbəs
sümü dəqiqliklə qələmə alınmışdır.
Mir Cəlal “Hərb və sülh”ü bəşəri sənət nümunəsi
kimi dəyərləndirib daha sonra yazır ki, müharibə səh
nələri Tolstoyun əsərində birtərəfli və rəsmi deyil, bütün
dəhşəti, həqiqi çılpaqlığı, qan, iztirab və ölümü ilə əhatəli
bir şəkildə təsvir olunur. Bu müharibədə ədib xalqı əsas
qüvvə kimi göstərir və müharibənin ruslar üçün ədalətli
müharibə olduğunu, buna görə də rus xalqında coşqun
vətənpərvərlik hissinin daha da alovlandığını görü
rük...1812-ci il müharibəsində partizanların fəaliyyəti
məhz belə bir iftixar hissi ilə Tolstoyun əsərində əks
olunur. Ordu da, partizanlar da, əhali də həmin bu
vətənpərvərlik duyğusu ilə yaşayır və vuruşurdu. Qabaq-
Dostları ilə paylaş: |