Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8o 
469
 ce

vest"  (“Tolstoy  böyük  qiyamçıdır,  Dostoyevski  bizim 
naxoş vicdanımızdır” (M.Qorki.)
Məqalə  həyəcanlı  idi,  misilsiz  bir  ürək yanğısı,  dərin 
vətənpərvərlik  duyğusu,  Dostoyevski  yaradıcılığına  qarşı 
hörmət  və  məhəbbət  hissi  ilə,  atəşin  qələmlə  yazılmışdı. 
Məqalənin  məhz  "Pravda’da  çap  edilməsi  təsadüfi 
deyildi.  İş  burasındadır  ki,  müharibə  illərində  faşist  işğal­
çıları,  onların  ideoloqları  apardıqları  düşmənçilik  təbliğa­
tında  bütün  vəsitələdən  istifadə  edirdilər.  Onlar  rus 
yazıçısı  Dostoyevskini  də  alman  yazıçısı  kimi  qələmə 
verməyə  cəhd  etmişdilər.  “Pravda”  buna  sərrast  cavab 
vermişdi.
Həmin  vaxtlar azərbaycanlı  ziyalılar,  qələm  sahibləri 
“Pravda’ nın  səsinə  səs  verdilər.  Təbrizdə  çıxan  “Şəfəq" 
adlı  aylıq  məcmuə  keçmiş  Sovet  ittifaqı  ilə  mədəni  rabitə 
saxlayan  İran  cəmiyyəti  Təbriz  şöbəsinin  orqanı  idi. 
Jurnalda  sovet  və  iran  ədəbiyyatının  ən  yaxşı  əsərlərin­
dən  nümunələr  verilir,  çoxsaylı  oxucular  bu  nümunələrlə 
tanış edilirdi.
Bakıdan  gedənlər  və  jurnalda  çalışanlar  arasında 
Hüseyn  Şərif  də  vardı.  Yaroslavskinin  məqaləsi  yerinə 
düşmüşdü,  ona  görə  ki,  rus  ədəbiyyatının  görkəmli 
nümayəndələri  -  Tolstoy,  Qorki,  Qoqol,  Dostoyevski  kimi 
yazıçıların  yaradıcılığına  oxucular  böyük  maraq  göstə­
rirdilər.  Dostoyevski  yaradıcılığı  ziyalıların  diqqətini  xüsu­
silə  cəlb  edirdi.  Çünki  bu  dahi  yazıçı  haqqındakı  ziddiy­
yətli  fikirlər orada  da  müəyyən  kök  salmışdı.  “Pravda”dan 
sonra  Hüseyn  Şərif  də  “Şəfəq”  jurnalında  Dostoyevski 
haqqında  məqalə  çap  etdirmək  qərarına  gəlir.Jurnalın 
1945-ci  il  2-ci  və  3-cü  nömrələrində  dərc  olunmuş  məqa­
lədə  H.  Şərif  qeyd  etmişdi  ki,  rus  xalqı  Dostoyevskini 
böyük  iftixar  hissi  ilə  yad  edir.  İnsan  xarakterinin  incə 
tellərini,  onun  dərin  həyəcanlarını,  kədər  və  sevinclərini,
_____ _________
_R eyhan Mirzəzadə__
_______________
ю  
470
 ea
arzu  və  istəklərini,  xəyal  və  düşüncələrini  Dostoyevski 
qədər  dərk  edəni  dünya  ədəbiyyatı  tarixində  az  təsadüf 
etmək  olar.  Dostoyevskinin  əsərləri  insanın  bütün  varlığı­
na  hakim  kəsilir,  oxucu  günlər  və  aylarla  bu  əsərin 
təsirindən  qurtara  bilmir,  romanların  surətləri  daim  onun 
gözü  qarşısında  canlanır,  oxucunun  zövq  və  təmayülün­
dən,  inkişaf dərəcəsindən,  nəhayət,  əhval-  ruhiyyəsindən 
asılı  olaraq,  müəyyən  dərəcədə  onun  psixoloogiyasına 
da  təsir edir,  bəzən  qəlbi  sıxılır,  bəzən  sevinir,  bəzən  də 
dərin düşüncələrə dalır...
Olduqca  çətin  mərhələlərdən  keçmiş,  “təlatümlü 
okeanı”  andıran  Dostoyevski  yaradıcılığı  ilə  məşğul  ol­
maq,  onun  əsərlərindən  parçalar tərcümə  etmək,  özü  də 
1 9 4 4
 - 45-ci illərdə,  böyük məsuliyyət hissi tələb edirdi.  H. 
Şərifsə  bu  şərəfli  işi  mətinliklə  yerinə  yetirirdi:"  Fəaliy­
yətindəki,  düşüncələrindəki  məlum  ziddiyyətlərə  baxma­
yaraq,  F M.Dostoyevski  bəşəriyyət  üçün  əziz  və  qiymətli 
bir simadır.  Çünki o,  insan  və həyat  haqqında  ürək ağrısı, 
can  yanğısı  ilə  danışmışdır,  həm  öz  xalqının,  həm  də 
bəşəriyyətin işıqlı gələcəyinə böyük inam  bəsləmişdir”.
H.Şərifin 
xatirəsi  Azərbaycanın  görkəmli  şairi, 
dramaturqu  Hüseyn  Cavidin  Dostoyevskiyə  olan  böyük 
ehtiramından  söz açan  bir məqaləni də yadıma  salır.
Cavid  tanınmış  mədəniyyət  xadimi  Mehdi  Məm­
mədovun  onun  Dövlət  Teatr  Texnikumunda  oxuduğu 
illərdə  ədəbiyyat  müəllimi  olmuşdu.  M.Məmmədov “Cavid 
onu  sevirdi”  məqaləsində  qeyd  edirdi  ki,  Cavidin  çox 
sevdiyi,  sənətkarlıq  qüdrətinə  pərəstiş  etdiyi  yazıçılardan 
biri  F.M.Dostoyevski  idi.  Çəliyini  döşəməyə,  barmağını 
mizə  döyəcləyərək  onun  haqqında  hərarətlə,  daxili  inam­
la  elə  danışırdı  ki,  biz  böyük  rus  yazıçısının  əsərlərini 
oxumadığımız  halda  onu  müəllimimizin  gözü  ilə  görür, 
duyğusu  ilə duyur və sevirdik.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o  
471CA

Sonralar  F.M.Dostoyevskinin  əsərlərini  oxuduqca, 
onun  yaradıcılığı  ilə  bilavasitə tanış olduqca mən  inandım 
ki,  Cavidin  təlqini  tamamilə  əsaslı  imiş.  “Zavallı  insanlar” , 
“Cinayət və cəza",  “Alçaldılmış  və təhqir edilmiş  insanlar” , 
“Əbləh”  və  “Karamazov  qardaşları"  əsərlərinin  müəllifi 
nadir  yazıçı,  mahir  psixoloq,  müdrik  insan  və  ən  baş­
lıcası,  böyük  insanpərvərdir,  həqiqi  insan  aşiqidir.  O, 
insana  bəslədiyi  eşq,  ehtiram  naminə  həyatın  bəzi  dibsiz 
görünən  qaranlıqlarına,  insan  qəlbinin  dərin  guşələrinə 
baş  vurur,  cəmiyyəti  və  zehniyyəti  bürüyən  qaranlıqları 
sənətin  şüaları  ilə  kəsir.  O,  oxucunu  dəhşətə  gətirən, 
vahiməyə  salan  cinayətləri,  rəzalətləri,  vəhşəti  və  miskin­
liyi,  dərin  ictimai  ziddiyyətləri  və  ədalətsizlikləri  işıqlan­
dırmaqdan,  durbin  və  zərrəbin  ardında  göstərməkdən 
çəkinmir.  M.Məmmədov  daha  sonra  bildirir  ki,  F.M.Dos- 
toyevski  cəmiyyətin  və  bəşəriyyətin  orqanizmini  tədqiq  və 
təşrih  etməyi  gözəl  bacarmışdır.  Cəmiyyətin  dərdini  gö­
rüb,  dərmanını  tapa  bilməyənlərin  dərdi-əzabı  çox  böyük 
olur.  Onların  harayı-çağırışı  bəzən  xəstə  adamın,  çaşqın 
qəlbin  fəryadı  kimi  səslənirsə,  əgər  bu  haray  təkcə  real 
hadisələrdə,  adi,  təbii  insan  obrazlarında  deyil,  həm  də 
xəyal,  fantastika  aləmində  ucalırsa,  yaxud  bəzən  ifrat 
natural,  bəzən  isə  sırf romantik  və simvolik  boyalarda  əks 
edir,  insan  və  mələk,  iblis  və  peyğəmbər  surətlərində 
təcəssüm  tapırsa,  bu,  dərdin,  qubarın  böyüklüyündən  irəli 
gəlir. 
Biz  incəsənətdə  belə 
hallara 
bəsit, 
bayağı 
münasibət  göstərdiyimiz  o  vaxtlarda  Cavid  -  o  həssas- 
ürəkli  sənətkar  bir  sıra  şəxsiyyətlərə,  o  cümlədən  F.Dos- 
toyevskiyə  daha  düzgün  münasibət  bəsləyirdi.  O,  böyük 
rus  yazıçısını  dərindən  duyur,  ona  görə  də  onu  yüksək 
qiymətləndirir  və  haqqında,  bayaq  dediyim  kimi,  pərəstiş 
hissi  ilə  danışırdı.  Avropa  yazıçılarına  üz  tutaq.  Vaxtilə 
məşhur  Avstriya  yazıçı  və  tənqidçisi  Stefan  Tsveyk
________________
Reyhan Mirzazada
________________
so 
472
 oa
yazırdı:“Balzak,  Dikkens  və  Dostoyevski  XIX  əsrin 
yeganə  dahi  romançı  -   yazıçılarıdır,  mən  bu  yazıçılara 
belə  üstünlük  verməklə  heç  də  Höte,  Hotfrid,  Keller, 
Stendal,  Flober,  Tolstoy,  Viktor  Hüqo  və  başqaları  kimi 
yazıçıların  ayrı-ayrı  əsərlərinin  böyüklüyünü  inkar  etmək 
istəmirəm".Tsveykin  fikrincə,  mütəxəssis  romançılar  ilə 
roman  yazanlar  arasında  böyük  fərq  vardır.  Bu  istedadlı 
yazıçıya  görə,  əsl  romançı-yazıçı  sözün  yüksək  məna­
sında,  ensiklopedik  bir düha,  hər şeyi əhatə etməyi  baca­
ran  sənətkar  olmalıdır.  Tsveyk  nəhayət  deyirdi  ki,  Dos­
toyevski,  Balzak  və  Dikkens  istisna  edilməklə,  bu  yüksək 
dərəcəyə  çata  bilmiş  sənətkar nə  keçmişdə tapılar,  nə də 
indi var...
Şübhəsiz,  S.Tsveykin  siyahısına  Lev  Tolstoy  kimi 
sənətkarı  da  daxil  etmək  olar.  Dostoyevski  məktəbindən 
bəhrələnən  dünya  şöhrətli  yazıçıları  xatırlayanda  isə, 
Alber  Kamyu  (fransız  yazıçı  və  filosofu,  ədəbiyyat  üzrə 
Nobel  mükafatı  laureatı,  sağlığında  “Qərbin  vicdanı” 
adlandırılıb)  və  Frans  Kafkanı  (XX əsrin  böyük  almandilli 
şairlərindən  biri)  xüsusi  qeyd  etmək  istəyirəm.  Onlar  bir 
çox  keyfiyyətlərinə  görə  özlərini  Dostoyevskinin  şagirdi 
adlandırmışdılar.  Avropa  ədəbiyyatında  realizmin  banilə­
rindən  biri,  görkəmli  fransız  yazıçısı  Onore  de  Balzak  öz 
ölməz  romanlarında  nəinki  yalnız  yüksək  bədii  surətlər, 
dillər  əzbərinə  və  zərb  -   məsəllərə  çevrilən  tiplər  yarat­
mış,  bütöv  bir  dövrün  ictimai-siyasi  və  iqtisadi  həyatını 
əks  etdirmiş,  böyük  iqtisadçı  alimlərin  belə  görə  bilmədiyi 
incəlikləri  görmüşdü.  Eyni  fikirləri  Dostoyevski  haqqında 
da  demək  olar.  Dostoyevski  öz  Ana  yurdunu,  doğma 
Vətənini  hədsiz  dərəcədə  sevdiyi,  rus  xalqının,  rus 
torpağının  ancaq  səadəti  və  firavanlığını  görmək  istədiyi 
üçün  dövrünün  yaralarını  amansızlıqla  açır,dözülməz 
dərdləri  qamçılayır,  cəmiyyəti  fəlakətə  sürükləyən  çürük
Azərbaycancılıa va vatanparvarlik mafkurasi
____
ю  473 cn

əsasları  şiddətli  tənqid  atəşinə  tutur,  şəxsi  mənfəətini 
xalqın  mənafeyindən  yüksək  tutan  dövlət  məmurlarını 
ifşa edib,  hər cür amansızlıqlarla  qarşılaşsa  da,  mübarizə 
və  əqidəsindən  dönmürdü:  “...Mən  yazacaq,  yenə  də 
yazacağam;  yazdıqlarımla  isə  ömrüm  boyu  incidilmiş  və 
təhqir olunmuşları  müdafiə edəcəyəm!..”
Katorqa  və  soldatlıqda  10  il  qaldıqdan  sonra  yalnız 
1859-cu  ildə  Dostoyevskiyə  paytaxt şəhərlərindən  başqa, 
Rusiyanın  hər  yerində  yaşamağa  və  ümumi  qaydada 
əsərlərini  çap  etməyə  icazə  verildi,  ömrünün  ən  gözəl 
çağları  olan  gənclik  illərini  sürgündə  keçirən  yazıçı,  “ölüm 
evi”  adlandırdığı  katorqadan  özü  ilə yalnız  kiçik qeydlərini 
gətirdi.  Sonralar  həmin  qeydlər  yazıçıya  dünya  şöhrəti 
gətirən əsərlərinin yaranmasına  kömək etdi.
Sürgündən  qayıtdıqdan  sonra  Dostoyevski  ədəbi 
yaradıcılığı  ilə  bərabər,  jurnalistlik  fəaliyyətini  də  geniş­
ləndirdi.  “Vremya”  adlı  jurnal  buraxmağa  nail  oldu.  Bu 
jurnaldan  sonra  böyük  qardaşı  Mixail  ilə  birlikdə  “Epoxa” 
adlı  jurnal  nəşr  etdi.  Böyük  yazıçı  özünün  ən  gözəl 
əsərləri  olan  “Cinayət  və  cəza”,  “Alçaldılmış  və  təhqir 
olunmuş  insanlar”,  “Əbləh",  "Şeytanlar”,  nəhayət,  “Kara­
mazov  qardaşları”  kimi  gərgin  və  fədakar  əməyin  nəticəsi 
olan,  onun  adını  bütün  dünyada  şöhrətləndirən,  imzasına 
hörmət və məhəbbət gətirən görkəmli əsərlərini yazdı.
Yazıçının  1864-cü  ildə  yazdığı  “Zirzəmidən  mək­
tublar”  povesti  ədibin  dünyagörüşü  və  yaradıcılığında 
əmələ  gələn  dönüşün  başlanğıcı  oldu.  Burada  o,  cəmiy­
yətdən  uzaqlaşaraq  tək  qalan  və  öz  təkliyi  ilə  öyünən, 
özünü  insanlara  qarşı  qoyan  fərdiyyəçi,  anarxist  bir  şəxsi 
təhlil  hədəfinə  çevirdi.  “Zirzəmidən  məktublar”  povestinin 
yazıldığı  il  Dostoyevskinin  həyatında  ən  çətin  illərdən  idi. 
Onun  maddi  vəziyyəti  çox  ağırlaşmışdı.Qardaşı  vəfat 
etdikdən  sonra,  onun  uşaqlarının  qayğılarını  öz  üzərinə
_______________
Reyhan Mirzəzadd
_________________
so 
474
 ca
götürdüyü  üçün  vəziyyəti  çıxılmaz  idi.  Yazıçı  borclara 
düşməyə  məcbur  olurdu.  Maddi  çətinlikləri  Dosto­
yevskinin  mənəvi  böhranını  daha da şiddətləndirirdi.  Belə 
vaxtlarda  o,  pulun  hökmranlığını  daha  dərin  bir  qəzəblə
hiss  edirdi.
Moskvada  tanıdığı  Kumanina  adlı  çox  varlı,  lakin 
pula  heç bir ehtiyacı  olmayan qarı vardı.  Pulsuzluqdan  nə 
qədər  lazımlı,  cavan,  istedadlı  adamlar  məhv  olduğu 
halda,  bu  qarı  pulu xərcləməyə  yer tapmırdı.  Dostoyevski 
özü  bu  bivec  qarıdan  borc  almağa  məcbur  olmuşdu. 
Həyatdakı  bu  uyğunsuzluq,  ədalətsizlik  yazıçını  son 
dərəcə  sarsıdır,  onun  daxili  aləmində  mövcud  ictimai- 
əxlaqi  normalara  etiraz  doğururdu.  “Cinayət  və  cəza” 
romanını  ədib  belə  bir  əhval  -  ruhiyyənin  təsiri  altında 
yazmışdı.
“Cinayət  və  cəza"  hələ  50-ci  illərin  əvvəlində 
yaranmağa  başlamışdı.  Ədib  baş  surəti  təqribən  15  il 
müddətində  düşünmüş,  götür-qoy  etmişdi.  1859-cu  ilin 
oktyabrında  Dostoyevski  qardaşına  yazırdı:“Mən  de­
kabrda  romanı  yazmağa  başlayacağam...Yadındadırmı, 
mən  sənə  bir  tövbə-roman  haqqında  söyləmişdim,  de­
yirdim  ki,  hələ  özüm  bunu  yaşayaraq,  hamısından  sonra 
yazmaq  istəyirəm.  Bu  günlərdə  mən  əsəri  təcili  surətdə 
yazmağı  qəti  qərara  almışam...  Mən  bu  romanı  bütün 
qəlbimin  qanı  ilə  yazacağam.  Mən  onu  katorqada,  taxtın 
üstündə  uzanmış  halda,  ağır qəm-qüssə  və  duyğularımın 
parçalandığı  anlarda düşünmüşdüm...”
Dostoyevskinin  məktub  və  dəftərlərində  olan  işarə 
və  eyhamlar  göstərir  ki,  “Tövbə”  adı  altında  o,  Raskol- 
nikovun  macərasını  nəzərdə  tuturmuş.  Romanın  baş 
qəhrəmanı  Raskolnikov  adlı  yoxsul  bir  tələbədir,  ali 
məktəbdən  qovulmuşdur.  Oxumağa  və  yaşamağa  maddi 
imkanı  olmayan  bu  tələbə,  üstəlik,  anasını  və  bacılarını
____
Azarbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
8o 
475 ел

da  saxlamalıdır.Yoxsulluq  və  aclıq  Raskolnikovu  dəhşətli 
fikirlərə gətirib  çıxarır.  O,  həddindən  artıq  pulu  olan  və  bu 
puldan  istifadə  etməyən  qarını  öldürüb,  pullarına  yiyə­
lənmək və  rahat yaşamaq  fikrinə  düşür.Raskolnikov  cina­
yət  işlətməyə  haqlı  olduğu  qənaətinə  gəlir.  O,  fikirləşir  ki, 
heç  bir  şeyə  yaramayan  vecsiz  bir  qarını  öldürm ək 
cinayət  deyildir.  Axı  bu  qarı  bu  gün  və  ya  sabah  özü 
öləcək,  amma  mən  onu  öldürməklə  yaşamalı  olan  bir çox 
adamı  ölümdən qurtararam,  bu daha yaxşı  deyilmi?
Raskolnikov  bu  hərəkəti  ilə  cəmiyyətdəki  ədalət­
sizliyi  aradan  qaldırmaq,  çəkdiyi  əziyyətlərin  əvəzini 
çıxmaq,  həyatda  müvazinət  əmələ  gətirmək  istəyir.  O,  öz 
planını  yerinə  yetirir,  qarını  öldürüb,  pullarına  sahib  olur. 
İndi  ömrünün  axırınadək  rahat yaşaya  bilər.  Lakin  heç  də 
elə  olmur.  Vicdan  əzabı  onu  rahat  buraxmır.  O,  hiss  edir 
ki,  işlətdiyi  cinayət  onu  adamlardan,  xalqdan  uzaqlaş­
dırmışdır.  Bu  cür yaşamaq  çətindir.
Raskolnikov  Marmeladovlar  ailəsi  ilə  tanış  olur. 
Burada  Dostoyevski  başqa  acınacaqlı  bir  aləmi  qarşı­
mızda  işıqlandırır.  Yoxsulluğun,  dilənçiliyin  və  sərxoş- 
luğun  törətdiyi  səfil  həyat  səhnələri  bir-birini  əvəz 
edir.Yazıçı  vaxtı  ilə  geniş  yayılmış  qadın  əxlaqsızlığının 
ictimai  köklərini  açıb  göstərir.  Əyyaşlıq  xəstəliyinə  tutul­
muş  Marmeladovun  uşaqları  ac  qalmışdır.  Arvadı  və 
böyük  qızı  vərəm  xəstəliyinə  tutulmuşdur.  Heç  kəsdən 
kömək  görməyən,  əksinə,  təhqir  və  söyüş  eşidən  Sonya 
Marmeladova  bacı  və  qardaşlarını  ölümdən  xilas  etmək 
üçün  küçəyə getməyə,  namusunu satmağa məcbur olur...
Ədibin  beş  böyük  romanından  birincisi olan “Cinayət 
və  cəza”nın  ilk  hissəsi  1866-cı  il  yanvarın  16-da  “Russki 
vestnik”  aylııq  ədəbi  jurnalda  çap  olundu. 1867-ci  il  daxil 
olmaqla  12  ay ərzində əsərin digər hissələri  nəşr edildi.
_____ _____
Reyhan Mirzəzadə
___________________
во 476 on
Dünya  ədəbiyyatında  əsl  hadisəyə  çevrilən  “Cinayət 
və  cəza”  hələ  1888-ci  ildə  Parisdə,  1890-cı  ildə  Leyp­
siqdə, 
1916-cı 
ildə 
Tokioda 
tamaşaya 
qoyuldu. 
1856-cı  ilin  əvvəlində  tanınmış  rus  tarixçisi,  publisisti  və 
sosioloqu  Konstantin  Dmitriyeviç  Kavelin  yazırdı:“İctimai 
fikir getdikcə  daha  artıq  qanadlanıb  vüsət  alır,  soldatçılıq, 
dəyənək və cəhalət karvansarası  dağılır”.
Dostoyevski  xalqının,  bütün  məzlumların  taleyinə 
doğacaq  günəşi  həsrətlə  gözləyirdi.  Bu  həsrətin  içində 
insanların  savadlanıb,  maariflənib,  azad,  xoşbəxt  həyata 
qovuşub,  dünyəvi  təfəkkür  sahibləri  olması  istəyi  xüsusi 
yer  tuturdu.  Fyodor  Mixayloviç  Dostoyevski  1881-ci  il 
yanvarın  28-də  (yeni  tarixlə  fevralın  9-da)  məhz  bu  cür 
istək  və  amallarla  həyatdan  ayrıldı.  Lakin  qüdrətli  Rusiya 
və məğrur rus  xalqı  onun arzularının  hamısına  nail oldu.
Ona  görə  də  epiqrafda  dahi  Taqorun  dediklərini 
əbəs  yerə  xatırlamadım.  Bu  fikirləri  Dostoyevskinin 
vəfatından  cəmi  49  il  sonra  ziyarət  edərək,  Rusiyadakı 
mənəvi,  zehni,  iqtisadi  inkişafı  hələ  az  qala  bir  əsr 
bundan  qabaq  gözləri  ilə  görüb  heyrətlənən,  bu  heyrəti 
əsl  rus  həqiqətləri  kimi  hamıya  bəyan  edən  Şərqin  və 
dünyanın  korifey  simalarından  biri  söyləyirdi.  Demək, 
Dostoyevskilərin  arzularını  -  ən  əvvəl  rus  kimliyi,  rus 
mənliyi  və  rus  dəyərlərini  böyük  rus  xalqı  əzəmət  və 
şöhrət  yolunda  şücaətlə  yaşadırdı.  Rusiyada  Dosto­
yevskinin  gözlədiyi  möhtəşəm fikir səltənəti qurulurdu.
Bu  gün  dahi  sənətkarın  yaradıcılığı  zəngin  mədəni 
irs  kimi  mütərəqqi  bəşəriyyət  üçün  son  dərəcə  vacib, 
qiymətli 
və  əzizdir. 
Dünyanın  bütün  tərəqqipərvər 
insanları  Dostoyevskini,  onun  alovlu,  mübariz,  cəsarətli 
sənətini  sevir  və  ucaldır.  Böyük  ingilis-amerikan  şairi 
Uisten  Hyu  Oden  yaxşı  demişdir:“Dostoyevskinin  ideya­
larına  əsasən,  əlbəttə,  əsl  insan  cəmiyyəti  qurmaq  olmaz,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 477 
ca

lakin  Dostoyevskini  unudan  cəmiyyət də  insan  cəm iyyəti 
adlanmağa  layiq deyildir”.
...Yanvarın  28-də  səhər  saat  7-də  Anna  Q riqoryev- 
na  oyanıb  görür  ki,  əri  ona  baxır.  O,  ərinə  tərəf  əyilərək 
soruşur:
- Mənim əzizim,  de görüm özünü necə hiss edirsən?
Fyodor Mixayloviç pıçıltı  ilə deyir:
-  Anya,  bilirsənmi,  mən  üç  saatdır  ki,  yatmıram, 
daim  düşünürəm,  indicə  aydın  şəkildə dərk  etdim  ki,  mən 
bu  gün  öləcəyəm.
-  Mənim  əzizim,  sən  niyə  belə  düşünürsən?  Bəs  axı 
indi  sənin  halın  yaxşıdır,  daha  qan  gəlmir  (yazıçı  ciyər- 
lərindəki  xəstəliklə  əlaqədar  olan  qanaxmalardan  əziyyət 
çəkirdi),  yəqin  Koşlakovun  dediyi  kimi,  "bərkimə”  əmələ 
gəlib.  Allah  eşqinə,  sən  özünə  şübhələrlə  əzab  vermə, 
sən  hələ yaşayacaqsan,  səni  inandırıram,  yaşayacaqsan!
- Yox,  mən  bilirəm,  mən bu gün  ölməliyəm!
...Anna  Qriqoryevna  ağlayırdı.  Dostoyevski  ona  ye­
nidən təşəkkür edir,  təsəlli  verir,  uşaqları  ona tapşırırdı...
Əbədiyaşar  irsinə  həmişə  sadiq  qalan  rus  xalqı  və 
Rusiya  yanvarın  16-da  150  yaşı  tamam  olan  “Cinayət  və 
cəza”nın  ilk  nəşrinin  yubiley  ildönümünü  ehtiramla  qeyd 
etdi.  Yanvarın  28-də  Fyodor  Mixayloviç  Dostoyevskinin 
əbədiyyətə  qovuşmasının  135  ili  tamam  olacaq.  Hər  iki 
tarix  heç  zaman  heç  birimizin  yaddaşından  silinməyəcək. 
Çünki  Dostoyevskini  unudan  cəmiyyət  doğrudan  da, 
sözün  həqiqi  mənasında  insan  cəmiyyəti  adlanmağa 
layiq deyildir...
_______________
Reyhan M irzd za d d
____________ ___
KO 478 c*
“Həftə içi” qəzeti 
25 yanvar 2016-cı  il
M OABİTDƏ-FAŞİST ZİNDANINDA UCALAN 
HAQQ SƏSİ
T a t a r  
xalqının 
q ə h r ə m a n   ö v la d ı  M u s a   C ə lilin   a n a d a n  
o lm a s ın ın   1 1 0   illiyi  m ü n a s ib ə t i  ilə
“M ə n   ölüm dən  qorxmuram.  Bu,  boş  sö z  d e y il.uBiz 
ölüm ə  n ifrət  edirik"-  deyiriksə,  bu,  b ir həqiqətdir.  B aşım ın  
üstünü  təhlükə  alanda  da  ölüm dən  qorxduğum   an 
yad ım a  gəlmir.  B öyük vətənpərvərlik hissi,  ictim ai  vəzifəni 
dərindən  d ərk  e tm ək  hissi  şəxsi qorxu  hissinə  qalib  gəlir, 
ö lü m   fikri s ə n i m əşğ u l e d ə n   za m a n   düşünürsən  ki,  ölüm ­
dən  sonra  da  b ir  h əyat  v a r...  ö lü m d ə n   sonrakı  əsl  h əy at 
xalqın  şüurunda,  ha fizəsində yaş am aq d a n   ibarətdir.  Ə g ə r 
mən  s ağ lığ ım d a  faydalı  bir  iş  görm üşəm sə,  dem əli, 
öləndən  sonra  da  yaşam ağ a  haqq  q azanm ışam .  Ə g ə r bu 
haqqı  q a za n m ışa m s a,  n ə   üçün  ölüm dən  qorxum ?  H ə y a ­
tın  ə s l  m ə n a s ı  budur:  elə  yaşa  ki,  öləndən  sonra  da 
yaşa...  ö lü m d ə n   qorxm am aq  o  d e m ə k   deyildir  ki,  y a ş a ­
m aq  istəm irik  və  ölm ək-qalm aq  bizim   üçün  birdir.  Q ətiy­
yən  b e lə   deyil!  B iz  həyatı  çox  sevirik,  y a ş a m a q   istəyirik 
və  b un a  görə  d ə  ölüm ə  nifrət  edirik.  Lakin  ölm ək  m ütləq 
la zım s a ,(V ə tə n   uğrunda  m üharibədə)  Vətən  yolundakı  bu 
şərəfli  ölüm   3 0 -4 0   il,  yən i  q o c alanadək  dinc  ə m ək lə 
yaş am ağ a  b ərab ərsə,  “M ən   n ə   üçün  həyatdan  köçdüm ?" 
- d eyə qorxu ya  düşm ək lazım   deyil".
Musa Cəlilin  “Biz həyatı  sevirik” adlı gündəliyindəki 
12 yanvar  1942-ci  il tarixli qeydlərindən.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“M usa  C əlil  m ən im   üçün  işg ən cələr  və  ölüm  qarşısın d a 
yazıçı  və  vətənd aşlıq  mərdliyinin  b ir  simvolu  olm uş  və
ю  
479
 08

b e lə   d ə  olacaqdır.  O,  yalnız  böyük  şair  deyildi,  h ə m   d ə  
b ö y ü k  m ə n ə v i  gücə  və  m ərdliyə  m alik  olan  b ö yü k  in san
idi".
_______________
Reyhan Mirzəzadə
_________________
Konstantin  Simonov
“M usa  C əlil ən  ə z iz  insan  və  sevimli şair kim i m ə n im  
qəlbim də  yu v a  qurmuşdur.  M usa  Cəlili  oxuyanda,  y a x u d  
onun  haq q ın d a  fikirləşəndə  b elə  q ərara  gəlirəm   ki,  onun 
bütün  h əy atı  ə s l  igidlik  həyatıdır!  E lə  b ir h əyat  ki,  o n u n la 
m üasirləri  fə x r  edirlər;  elə  bir  h ə y a t  ki,  ondan  g ə lə c ə k  
n əs illə r  n ü m u n ə  götürəcəklər.  O nun  “M o ab it  dəftəri”  P a ­
mirin  ən   u c q a r qışlağ ın a  q əd ər gedib  çıxmışdır.  Ö z  ölüm ü 
ilə  q ə lə b ə   q a z a n a n   a d a m la r ölməzdirlər!".
Mirzo Tursunzadə
“M ə n   M u s a   Cəlilin  şeirlərini  h əyəcan   və  narah atlıq 
hissi  ilə  tərcü m ə  etdim.  Bu  g ö zə l  insanın  və  istedadlı 
şairin  şeirlərini  onun  faciəli  taleyini xatırlam adan  tərcüm ə 
e tm ə k  m üm kün  deyildir"'.
Anna Axmatova
“M u sa  C əlil  faşizm in  zülm ət  qaranlıqları  içində  işıqlı 
b ir sim a   kim i p a rla d ı  və  Yulius  Fuçiklə  b ir sırada  dayandı. 
O n la r  əsl  ziyalı  və  ədəbiyyatçı  nüm unəsi  oldular.O nlar 
m ə n ə v i  gücün  ko b u d   fiziki  güc  üzərindəki  təntənəsini 
n ü m ayiş  etdirdilər...  M u sa  Cəlil xalq ım ızın   hitlerizmə  qarşı 
q ə h rə m a n lıq   m ü b arizəsi  tarixində  ən  görkəm li  bir  ş ə x ­
siyyət kim i m ən im   h afizəm d ə  daim   qalacaqdır"'.
£0 
4HÜ
 cai
Sergey Smirnov
“M u s a   Cəlil!  Bu  iki  sö z  p o e ziy a   və  m ərdlik  sim ­
voludur.  N ə   q ə d ə r  ki,  sinəm də  ürəyim   döyünür,  m ən  bu 
sözləri d aim   təkrar edəcəyəm ".
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin