Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

_______________
Reyhan Mirzəzadə_
____________ _
ю  
434
  c a
işləri 
asanlıqla 
başa  çatdırır. 
Belə  adamlar  xalq 
şairidir.Belə adamlar doğma torpağının şairləridir”.
Yesenin  “həqiqəti  özünə  doğma  ana”  hesab  etməyi 
sənətkarın  ən  başlıca  keyfiyyətlərindən  biri  hesab  edirdi. 
Bunlar gəlişigözəl  sözlər deyildi.  Gənc Yesenin  imperialist 
müharibəsi  əleyhinə  səsini  ucaldanda  da,fəhlələr  arasın­
da  çarizm  əleyhinə  gizli  vərəqələr  yayanda  da,  siyasi 
mövzularda  fəal  çıxışlar edəndə  də,  hətta  fəhlələrin  əmə­
yinə  ehtiram  əlaməti  olaraq,  ilk  şeirlərini  “Serqey  Molot" 
imzası  ilə  çap  etdirəndə  də  qeyd  etdiyim  həqiqəti  axtarır­
dı.  Belə  sağlam  zəmin  üzərində  yüksələn  Yesenin  poezi­
yası  bir müddət yabançı ədəbi-siyasi təsirə məruz qalmış­
dı. 1918-ci  ildə  şair  əvvəlcə  proletkultçulara  yaxınlaşmış, 
sonra,  1919-cu  ildə imajinist-şairlər qrupuna qoşulmuşdu.
Imajinizm-XX  əsrin  20-ci  illərində  Rusiyada  fəaliyyət 
göstərmiş  ədəbi,  əsas  nümayəndələri  Yesenin,  Ivnev, 
Mariyenqof,  Şerşeneviç,  Kusikov,  Qruzinov  və  başqala­
rından  ibarət  qrup  idi.  Yesenin  rus  dilinin  təbii  obrazlılı- 
ğına,  xalq  yaradıcılığına  əsaslanırdısa,  Şerşeneviç  və 
Mariyenqof  süni  obrazlılığı  canlı  gerçəkliyə  qarşı  qoyur­
dular.  Imajinizm  formalizm  və  “sənət  sənət  üçün"  nəzə­
riyyəsinin  təzahürlərindən  olub,  sənəti  dövlətə,  inqilaba 
qarşı  qoymağa,  onun  ictimai  rolunu  inkar  etməyə  yönəl­
dilmişdi.  1924-  cü  ildə  Yeseninin  imajinistlər  sırasını  tərk 
etməsi,  əslində  bu  qrupun  dağılmasına  səbəb  olmuşdu. 
Çünki  Yesenin  ideya-nəzəri  və  yaradıcılıq  mövqeyi  eti­
barilə  ümidsizliyi,  bədbinliyi,  tərki-dünyalığı  təbliğ  edən 
imajinistlərdən  çox  uzaqda  idi.  Bu,  bir  həqiqətdir  ki, 
parlaq  istedadı,  rəzalət  və  çirkabla  dolu  bataqlıq  da  heç 
bir  zaman  söndürə  bilməzdi.  Yeseninin  öz  fıkirlərin- 
dən:“ 1919-cu  ildə  qoşulduğumuz  imajinizm  axını  formal 
cəhətdən  rus  poeziyasına  müəyyən  hava  gətirsə  də, 
onun  nümayəndələrindən  heç  biri  yüksək  şair istedadı  ilə
__
Azərbaycançılıq va vdtanpdrvarlik mdfkurdsi
____
s o 4 3 5 c a

seçilə  bilmədi.İndi  mən  bütün  ədəbi  məktəbləri  inkar 
edirəm.  Məncə,  şair  hər  hansı  cərəyandan,ədəbi  mək­
təbdən  asılı  qalmamalıdır.  Bu,  onun  sərbəstliyini  əlindən 
alır.  Ancaq  daxilən  sərbəstlik  hesabına  gözəl  şeylər
yarana bilər”.
Qeyd  edim  ki,  Yesenin  öz  tərcümeyi-halını  bir  neçə 
dəfə  qələmə  almışdı.  Onun  1922-1924-cü  illərdə  yazılmış 
“Avtobioqrafiyasr’nın  üç  variantı  və  tərcümeyi-hal  səpki­
sində olan  “özüm   haqqımda",  “özüm  barədə bəzi şeylər ” 
adlı  əlavə  iki  yazısı  məlumdur.  Bunların  heç  biri  tam  tər­
cümeyi-hal  formasında  olmasa  da,  həmin  yazılarında 
şairin  özü  haqqında  verdiyi  bəzi  məlumatlar  onun  həyat 
və  yaradıcılığını  öyrənmək  üçün  maraqlıdır.  Bu  məlumat­
lardan  biri  diqqətimi  xüsusilə  cəlb  edir.  Yesenin  ya- 
zır:“Müharibə və  inqilab illərində tale məni müxtəlif yerlərə 
aparıb  çıxarmışdır.  Şimal  Buzlu  okeanından  Qara  dənizə 
və  Xəzərə  qədər.  Qərbdən-Çinə,  irana  və  Hindistana 
qədər bütün  Rusiyanı  eninə  və  uzununa gəzmişəm”.
S.Yesenin  Moskvaya  ilk  dəfə  1912-ci  ilin  payızında 
gəlir.  Atası  onu  idarədə  işə  düzəldir.  Lakin  Aleksandr 
Nikitiç oğlunun  şeir-sənətə  bağlanmasını  istəmirdi,  ata  öz 
oğlunu  müəllim  görmək  arzusunda  idi.  Bir  tərəfdən  ailə- 
daxili  narazılıqlar,  qəriblik,  maddi  çətinlik,  digər  tərəfdən 
Moskva  mühitində əsərlərinin  çox çətinliklə çap  olunması, 
ən  başlıcası,  onu əhatə edən  insanların  laqeydliyi,  biganə 
və  soyuqqanlılığı,  yeknəsəq  həyat  keçirmələri  gənc, 
təcrübəsiz Yesenini  bezdirmiş,  ağır və  bədbin  düşüncələ­
rə  gətirib  çıxarmışdı.  Həmin  il  Sergey  uşaqlıq  və  məktəb 
dostu  Qrişa  Panfilova  Moskvadan  göndərdiyi  məktubun­
da  yazırdı:“Bu  usandırıcı  həyata  baxır  və  istər-istəməz 
düşünürsən:  yaşayırsan,  yoxsa,  yox?  özün  bir  fikirləş, 
mən  heç  özümü  təsəvvür etmirəm,  yaşayasan,  lakin  özü­
nü  hiss etməyəsən,  elə yalnız fikirləşəsən...”
_______________
Reyhan Mirzəzadə
________________
ю  436
 ca
1913-cü  ildə  yazdığı  məktubda  isə  atası  ilə 
yollarının  ayrıldığını,  yalqız  və  köməksiz  qaldığını  qeyd 
edib,  bir  daha  sualla  müraciət  edirdi  ki,  həyat  nədir?.. 
Mən  bu  mənanı  dərk  edəmmirəm.Bunun  mənasını  heç 
isa  da  aça  bilməyib.  İstər-istəməz  Kolsovun  fikirləri  yada 
düşür:
Dünya Allahın sirridir,
Allah -  dünyanın  sirri.
Əgər  doğrudan  da  bu  bir  sirrdirsə,  qoy  elə  belə  də 
qalsın.  Lakin  necə  olsa,  biz  bilməliyik  ki,nə  üçün  yaşa­
yırıq?  Bilirəm  ki,  sən  deməzsən:  yaşayırıq  ki,  ölmək 
üçün.Sən  özün  bir vaxt demirdinmi  öləndən  sonra  başqa 
bir  həyat  da  var...Yaşamaq  nə  üçündür?  Görəsən  doğru- 
danmı  bunu bilmək mümkün deyil?
Kim  deyər,  kim açar mənə 
Həyatın bu sakit gərdişini.
Yaradıcı əl  hardadır,  kimdir?
Bu müqəddəs,  ilahi səslər 
Necə,  nə vaxt yaranmış?
Yazdığım bu  parçalar yeni başladığım “ö lü m ” şeirin- 
dəndir.  Sağlıqla qal,  hələlik.. .”
Yeseninin digər məktublarından:
“Şəxsi  qənaətimə  görə  ətdən,  balıqdan  imtina  et­
mişəm.  Qənd  işlətmirəm.  Şokolad,  kakao,  kofe  kimi  şey­
lərdən də  istifadə  etmirəm,  tütün  də çəkmirəm”.
“Hər  şeyə  yuxarıdan-aşağı  baxma,  yoxsa  aşağıları 
görüb-duya  bilməzsən.  İnsanı  o vaxt dərk  edə  bilərsən  ki, 
onun  həyatını  təhlil  edib,  özünü  onun  yerində  qoya  bilə­
sən,  onun  mövqeyindən  çıxış  edəsən.  Bütün  insanlar ey­
nidir.  Həqiqət-  həqiqətdir,  ona  sübut-dəlil  gərək  deyil,  ona 
sərhəd  də yoxdur,  belə ki,  alfa  da,  omeqa  da özüdür”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю  
437
 oa

1913-cü  ilin  mart ayında  o,  yenidən  Moskvaya  gəlir. 
Mətbəədə  işə  düzəlir.  Bir  müddət  korrektor  müavini, 
sonralar  isə  korrektor  vəzifəsində  işləyir.  Hər  gün  səhər 
saat  8-dən  axşam  saat  7-yə  qədər  mətbəə  işi  onu  yorsa 
da,  inqilabi  əhval  -  ruhiyyəli  mətbəə  işçilərinin  təsiri, 
Moskva  fəhlələri  ilə  yaxından  təmas  onda  dövrün  ictimai 
hadisələrinə  böyük  maraq  oyadır.  Moskvada  İ.Surikov 
adına  ədəbi -  musiqi dərnəyi  də Yeseninin  ictimai-mədəni 
tərbiyəsində  böyük  rol  oynayır.  Daha  sonra  Yes enin 
Moskvada  həmin  vaxtlar  Rusiyada  birinci  “Mədəniyyət 
Universiteti”  olan  Şanyavski  xalq  universitetinə  daxil  olur. 
Lakin  Moskvanın  ədəbi  mühiti  onu  qane  etmədiyi  üçün  o, 
Peterburqa  gedir.  Şair  bu  barədə  yazır:“On  səkkiz  ya­
şımda 
şeirlərimi 
jurnallara 
göndərib, 
onların 
çap 
olunmadığını  görəndə  təəccübləndim  və  Peterburqa  yola 
düşdüm.  Orada  məni  sevinclə  qarşıladılar.ilk  gördüyüm 
Blok,  ikincisi  -  Qorodetski  idi.  Bloka  baxanda  məni  tər 
basdı,  çünki  ilk dəfə  idi ki,  canlı  şair görürdüm”.
Şərq  aləmi,  o  cümlədən,  Azərbaycan  öz  qədim  və 
zəngin  mədəniyyəti,  ədəbiyyatı,  incəsənəti,  həmçinin 
ecazkar  təbiəti  ilə  dünyanın  böyük  şəxsiyyətlərinin,  söz- 
sənət  adamlarının  həmişə  diqqətini  cəlb  etmiş,  onların 
qəlbini  rövnəqləndirmişdir.  Dahi  ingilis  şairi  Bayronun 
“Şərq  poeması”  bu  məftunluğun  məhsuludur.  Fransız 
yazıçısı  Aleksandr  Dümanın  “Qafqaz  səfəri”  də  eyni 
duyğuların,  məhəbbətin  nəticəsində  ərsəyə gəlib.Təbii  ki, 
belə  nümunələr çoxdur.
Vaxti  ilə  Aleksandr  Sergeyeviç  Qriboyedovun  Azər­
baycanı  qarış-qarış  gəzdiyi,  Abbasqulu  ağa  Bakıxanovla 
birlikdə  böyük  Nizaminin  qəbrini  ziyarət  etdiyi,  Ərzuruma 
səyahəti  zamanı  Puşkinin  Azərbaycan  ziyalıları  və  Qara­
bağ  atlıları  ilə  tanışlığı,  Mixail  Yuryeviç  Lermontovun 
Azərbaycanı  gəzərkən  dilimizə  və  xalq  ədəbiyyatımıza
_______ ______
_Reyhan Mirzəzada_
_______________
so 
438 ca.
böyük  maraq  göstərdiyi,  dekabrist  şair  və  yazıçılarla 
qabaqcıl  ziyalılarımızın  dostluğu,  Maksim  Qorki,  Vladimir 
Vladimiroviç  Mayakovskinin  Bakıya  gəlişi,  müxtəlif  təbə­
qədən  olan  insanlar  və  yaradıcı  ziyalılarımızla  görüşü 
mədəni  tariximizdən  xalqımıza  yaxşı  məlumdur.  Yaradı­
cılığı  Bakı  ilə  bağlı  olan  böyük  rus  şairlərindən  biri  də 
“Rusiyanın  ağcaqayını”  hesab  edilən  əlbəttə  ki,  Sergey 
Yesenindir.
Yeseninin  şeirlərində  xalqlar  dostluğu 
ideyası 
mühüm  yer tutur.  O,  insan  ləyaqətini,  xalqların,  millətlərin 
ləyaqətini  tərənnüm  etməyi  şairin  vətəndaşlıq  borcu 
hesab  edirdi.  Ondakı  Vətən  eşqi  dərin  humanist arzularla 
döyünən  ürəkdən  süzülüb - gəlirdi.  Bu  isə  Yesenin  poezi­
yasının  təbiiliyini  və  vətəndaş  səmimiyyətini  daha  da 
gücləndirirdi  Lakin  Rusiyaya  bir oğul məhəbbəti  ilə yana­
şı,  başqa  xalqların  adət-ənənələri,  poeziyası,  musiqisi,  bir 
sözlə,  mənəvi  gözəlliklərinə  və  sərvətinə  dərin  ehtiram 
hissi  Yeseninin  lirikasında  ən  ümdə  yer  tutan  cəhətlər­
dəndir.  O,  Lermontovu,  Puşkini,  Qoqolu,  Kolsovu,  Nekra- 
sovu  nə  qədər sevirsə,  Firdovsini,  Xəyyamı,  Sədini də  bir 
o  qədər  yüksək  qiymətləndirirdi.Yeseninin  “İran  nəğmə­
ləri”  buna canlı  misaldır.  Şair məktublarının  birində  Şərqin 
musiqi və milli şeir ənənəsinə istinadən  yazmışdı:  “Müsəl­
manlar  (azərbaycanlılar)  hədər  yerə  demirlər  ki,  əgər  o 
mahnı  oxumursa,  şuşalı,  şeir yazmırsa,  şirazlı  deyil.
Yesenin  1924-cü  ildə  ilk  dəfə  Bakıya  gələndə  29 
yaşı  vardı.  Məşhur  şair  kimi  kifayət  qədər  tanınmışdı. 
Onun  həyatının  son  iki  ili,  yəni  1924  -1925-ci  illər 
yaradıcılığının  Bakı  dövrü  hesab olunur.
S.Yesenin  yaradıcılığının  tədqiqatçıları  olan  Pyotr 
Fyodoroviç  Yuşin,  Yuri  Lvoviç  Prokuşev,  Vladimir  Ger- 
manoviç  Belousov,  Sergey  Petroviç  Koşeçkin,  Korneliy 
Lyutsianoviç  Zelinski,  Pyotr  Ivanoviç  Çagin,  Titsian
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
«o 
439
 ce

Yustinoviç  Tabidze  və  başqaları  haqlı  olaraq  şairin 
yaradıcılığının  bu  mərhələsini  ən  məhsuldar  dövr  -   qızıl 
dövrü  adlandırırlar.  Vaxtilə  Puşkinin  yaradıcılığında  “Bol- 
dino  payızı"  necə  mühüm  rol oynamışdısa,  Yesenin  yara­
dıcılığında  da  Bakı,  Mərdəkan  payızı  xüsusi  əhəmiyyət 
kəsb edirdi.
Bəs  necə  oldu  ki,  Yesenin  Azərbaycana  gəldi,  onu 
Bakıya kim  dəvət etmişdi?
Pyotr  Çagin  “Sergey  Yesenin  Bakıda”  məqaləsində 
yazır:“1924-cü  ilin  fevralında  mən  partiya  işləri  ilə  əla­
qədar olaraq  Moskvada ezamiyyətdə  idim.  O vaxtlar  mən 
Azərbaycan  KP  MK -  nın  ikinci  katibi  və  “Bakinski  raboçi” 
qəzetinin  redaktoru  idim.  Bakıya  yola  düşməzdən  qabaq, 
axşam Vasili  Ivanoviç  Kaçalova  (böyük  rus sovet aktyoru, 
SSRİ  Xalq  Artisti  -  R.Mirzəzadə)  qonaq  getdim  və  orada 
Sergey  Yeseninlə  tanış  oldum.Yesenin  Bakı  haqqında, 
hələ  də  “mürgüləyən  qızıl  Asiyadan”  çoxlu  nişanə  qalan, 
ancaq  indi  neft  buruqları  məskəni  olan  şəhər  haqqında 
hekayələrimi  acgözlüklə dinlədi.
Ertəsi  gün  səhər  tezdən  mehmanxanada  qapının 
hündürdən  döyülməsinə  oyandım.  Belə  erkən  gələn  Ser­
gey Yesenin  idi.  O,  utancaqlıqla  gülümsəyərək  dedi:  “Ba­
ğışlayın,  deyəsən,  biz  dünən  sizinlə  qaloşlarımızı  dəyişik 
salmışıq...”
Doğrudan  da  belə  idi.  Yesenin  getməyə  tələsmirdi, 
mən  isə  onu  saxlamağa  cəhd  edirdim.  O  qaldı,  məni 
vağzala  qədər ötürdü.
Bizim  dostluğumuz  belə  başlandı.  O,  öz  tərəfindən 
bu dostluğu  Bakıya  gəlmək vədi  ilə möhkəmlətdi.  Mən  isə 
onun  “İranı  da  göstərərsinizmi?”  sualına  cavab  olaraq 
vəd  etdim  ki,  İranı  da,  əgər  istəsə,  lap  Hindistanı  da 
göstərərəm.
_______________Reyhan_Mirzəzadə_____________________m_4_4_2'>__________________Reyhan_Mirzəzadə__________________во'>_____ __________
Reyhan Mirzəzadə
________________
во 440 ca
...Aylar  keçirdi.  Mən  artıq  Yesenini  Bakıda  görmək 
ümidimi  itirmişdim.  Ancaq  sentyabrın  20-də  axşam 
redaksiyaya  gələndə  stolumun  üstündə  kiçik  bir  məktub 
gördüm:
“Yoldaş  Çagin,  mən  gəlmişəm.  Yanınıza  gəldim, 
lakin  sizi  görə bilmədim.
“Yeni  Avropa”  mehmanxanasında  59-cu  otağa 
düşmüşəm.  Mehmanxananın  direktoruna  zəng  vurun  ki, 
sizi nə vaxt görə bilərəm.
20/IX-24 
S.Yesenin
Elə  həmin  gün  Çagin  Yeseninlə  görüşür.  Bir-  birini 
əvəz  edən  maraqlı  tədbirlər,  mərasimlər,  görüşlər,  söh­
bətlər  Yeseninin  qəlbində  və  ruhunda  silinməz  izlər 
qoyur.  Həmin  təəssüratlardan  bəhs  edən  xeyli  yazılar 
mövcud  olsa da,  P.  Çaginin  həyat yoldaşı  Mariya  Çagina- 
nın  "Yeseninlə  görüşlər"  məqaləsini  xüsusi  qeyd  etmək 
istəyirəm.  M.Çagina  yazır:  ("Sovetskaya  kultura”  jurnalı, 
1980 №  81)
“Sergey  Yeseninlə  Pyotr  Çaginin  dostluğu  haqqında 
çox  yazılıb.  Pyotr  Ivanoviçin  Yeseninə  böyük  təsiri  olub, 
ancaq  şair  də  Çaginin  həyatında,  bizim  taleyimizdə  mü­
hüm yer tutub, silinməz iz qoyub.
...Bir dəfə Çagin mənə dedi:
-  Sergey  Yeseninlə  tanış  olmaq  istəyirsiniz?  Mən 
sizə  danışmışam,  o,  bir  az  əvvəl  Moskvadan  gəlib.  İste­
daddır,  sadədil  şairdir.  Onunla  hər  yeri  gəzirəm,  şəhərlə 
tanış  edirəm,  mədənləri  göstərirəm.  -  Pyotr  Ivanoviç 
gülümsündü,  - çox  həvəslidir,  hər şey onu  maraqlandırır... 
Siz görüşməyin  əleyhinə deyilsiniz ki?
Mən  necə əleyhinə  ola  bilərdim?  Biz  hamımız Yese­
nin  haqqında  çox  eşitmişdik,  çıxışlarını  izləmişdik,  şeirlə­
__
Azəvbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 441 oa

rini əzbər bilirdik.  “Bakinski raboçi”də də onlar dem ək olar 
hər nömrə dərc edilirdi.
Tezliklə  bu  görüş  baş  tutdu.  Əvvəlcə  Yesenin  mənə 
qəribə  təsir  bağışladı.  O,  nəyə  görəsə  həyəcanlanmışdı. 
Onun  sınayıcı  nəzərlərini  öz  üzərimdə  hiss  elədim.  Belə 
güman  etdim  ki,  onun  bu  qısqanclıq,  nigarançılıq  ifadə 
edən  halı  mənimlə  Pyotr  Ivanoviç  arasında  yaranan 
münasibətlə  bağlıdır:  dostunu  ondan  bəlkə  ayıra  bilərlər. 
Odur ki,  narahatlıq  keçirir.
Amma  sonra  Yesenin  isinişdi.O,  Pyotr  ivanoviçlə 
birlikdə  mənə  demək  olar  ki,  hər  gün  baş  çəkirdi.  Mən 
diqqətlə  baxır və  təəccüb  edirdim  ki,  bunlar  nə  qədər  də 
müxtəlif  təbiətli  adamlardır.  Yesenin  emosional,  coşqun, 
tez  inciyən,  tez-tez  haldan-hala  düşən  idi.  Çagin  isə  poe­
tik təbiətli  olmasına  baxmayaraq,  eyni zamanda  möhkəm, 
qətiyyətli  xarakterə  malik  idi,  “öz  canını  qanadları  altında 
saxlaya” bilirdi.  Lakin  bir-birilərinə münasibətlərinin  doğur­
duğu  rəğbət  onların  qarşılıqlı  səmimiyyətlərinə  şübhə 
oyatmırdı...
...Yeseninin  ad  günü  xüsusilə  yadımda  qalıb.  Pyotr 
Ivanoviç zəng  vurub dedi  ki,  onlar həmin  günü  bizdə  qeyd 
etmək  fikrindədirlər  və  məni  hədiyyə  ilə  sevindirmək  istə­
yirlər.  Bu  hədiyyə  iki  fotoşəkildən  ibarət  idi.  Onladan  biri  - 
Pyotr  İvanoviçlə  Yeseninin  yanaşı  əyləşdikləri  şəkil  (indi 
geniş  məlum  olan  foto)  mənim  xüsusilə  xoşuma  gəldi. 
Pyotr Ivanoviç şəklin  üstündə yazmışdı:
“  M.A.  İki qələm
cəngavərindən
Dost hədiyyəsini qəbul 
elə sən:
Coşqun  Pyotrdan,
cəncəl Sergeydən”.
_____________
Reyhan Mirzəzadə
__________________
m  4 4 2
 c a
Onun da yanında Yesenin  narın xətt ilə yazmışdı:
“ Əzizim  Mariya
Antonovna,
Bu,  haqq sözüdür, 
inanın ona.
And içmək olar
gözlərinizə:
Hərdənbir nəzər
yetirin bizə.
Cəncəl Sergey.
3 oktyabr 1924-cü  il.
Pyotr  Ivanoviç  Yeseninin  yazdığını  oxudu,  öz  re­
daktor  adətincə,  gözünə  dəyən  səhvi  düzəltdi  və  narazı 
halda dedi:
-  Yəni  sən  Mariya  Antonovnaya  yaxşı  bir  şey  yaza 
bilmədin?..
Bir  neçə  gündən  sonra  Yesenin  mənim  yanıma  tək 
gəldi.  Tutulmuş,  utancaq  bir təbəssümlə  papiros  kağızın­
dan  kiçik  bir zərfi  mənə  verib  dedi:"Bunu  sizə  Pyotr  gön­
dərib”.  Zərfdə  üzərində  “P.l."  yazılmış  bir  nişan  üzüyü  var 
idi.Sergey  Aleksandroviçin  dediyinə  görə,  üzərində  mə­
nim  inisialım  yazılmış  ikinci  üzüyü  Pyotr  Ivanoviç  özündə 
saxlayıb.  Hər  iki  üzüyü  Pyotr  Ivanoviç  sifariş  edibmiş.  Bu 
anda  mənə  hansı  hisslərin  hakim  kəsildiyini,  nələr  keçir­
diyimi  demək  mümkündürmü?!”  (Məqalədən  digər  qeyd­
ləri bir qədər sonra təqdim  edəcəyəm - R.Mirzəzadə)
l.lsaxanlı  “Şeir  gülüstanının  təkrarolunmaz  çiçəyi- 
Sergey  Yesenin”  adlı  kitabında  yazır  ki,  1924-cü  ildə 
məşhur  rus  şairi  Sergey  Yesenin  Bakıya  gəlir.  O,  dəfə­
lərlə  Cabbar  Qaryağdıoğlu  olan  məclislərdə  iştirak  edir.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o  
4 4 3  


Şair  Azərbaycan  xanəndəsinin  gözəl  səsini  eşitməkdən 
doymur.
Bir  gün  Əliheydər  Qarayevin  evində  Sergey  Yese- 
ninin  şərəfinə  ziyafət  verilir.  Həmin  ziyafətdə  Azərbaycan 
bolşevik  firqəsi  Mərkəzi  Komitəsinin  Birinci  Katibi  Sergey 
Mironoviç  Kirov,  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi­
nin  sədri  Səmədağa Ağamalıoğlu  və  Ruhulla Axundov  da 
iştirak  edir.Məclis  qızışır.  Qaryağdıoğlu  oxumağa  başla- 
yır.Yesenin  heç  cür  inana  bilmir  ki,  qocada  belə  zəngin 
və  məlahətli  səs  ola  bilər.  Lakin  Qaryağdıoğlunun  zil, 
həm  də təravətli səsi,  xüsusilə  uzun  və sürəkli  zəngulələri 
şairi vəcdə gətirir,  heyran edir.
Qaryağdıoğlu  muğamın  son  guşələrini  vurub  qavalı 
yerə  qoyur.  Salonu  alqış  səsləri  titrədir.  Lakin  Yesenin 
sanki  ovsunlanır.  O,  sakit  oturub  nəyinsə  xəyalında  olur. 
Heç  özü  də  bilmir  ki,  Qaryağdıoğlunu  necə  mükafatlan­
dırsın.  Doğrudan da çox maraqlıdır:  Şair şairi  necə müka­
fatlandıra  bilər?  Yalnız  şeir  ilə!  Yesenin  Cabbarın  şərə­
finə  bədahətən  şeir  deyir.  Onu  “Şərq  musiqisinin  Pey­
ğəmbəri” adlandırır.
Yesenin  şeiri  oxuyub  qurtaranda  Qaryağdıoğlu  aya­
ğa  durur.  O,  şairə yaxınlaşıb  gülümsər halda,  ata  məhəb­
bəti  ilə deyir:
-  Oğul,  artıq  qocalmışam.  Düz,  50  ildir  ki,  xalqımın 
qədim  mahnılarını  toplayıb  oxuyuram.  Dünyada  ən  çox 
səcdə  etdiyim  şair tayfasıdır.  Çünki  şair  çoxlarına  məlum 
olmayan  həyat  sirrlərindən  xəbər  verir.  Oxuduğun  şeirin 
sözlərinin  çoxunu  anlamadım.  Lakin mən  inanıram ki,  sən 
böyük  şairsən.  Mən  də  qoca  bir  sənətkar  kimi,  sənin  fitri 
istedadına  baş əyirəm!
Qaryağdıoğlu  gözləri  yaşarmış  halda  bu  sözləri 
deyib  Yeseninə  yaxınlaşır  və  onu  qucaqlayıb  bağrına 
basır.
_______________
Reyhan Mirzdzadd
________________
ю  
444
 ca
Yesenin  təzəcə  yazdığı  şeirini  ona  verib  bir  daha 
deyir:“Şərq  musiqisinin  Peyğəmbərinə".
Rəssam  R.  Mehdiyevin  gözəl  və  maraqlı  bir  rəsm 
əsərində  Sergey  Yesenin  şair  Əliağa  Vahidlə  bir  qəzəl 
məclisində  təsvir  olunub.  Yeseninin  Mərdəkan  yaxınlığın­
dakı  Şağan  kəndində  keçirilən  Füzuli,  həmçinin  aşıq 
məclislərində  iştirak  etməsi  barədə  də  məlumatlar  möv­
cuddur.  Hüseyn  Nəcəfovun  “Balaxanı  mayı”  adlı  kitabın­
da  Əliağa Vahidlə  Sergey Yeseninin görüşündən  maraqla 
bəhs edilir.
Mənbələrin  birində  qeyd  olunur  ki,  bir  dəfə  Yesenin 
aşıq  poeziyası  gecəsinə  dəvət  olunur.  Şair  ifaçıların  son 
dərəcə  məharətli  çıxışlarını  diqqətlə  dinlədikdən  sonra 
deyir:“Burada  o  qədər  müdriklik  var  ki,  bütün  Şərqə, 
bütün  Rusiyaya yetər”.
Bu,  gənc,  lakin  dahi  şairin  bizim  milli  musiqi  mədə­
niyyətimizə verdiyi  layiqli qiymət idi.
S.Yeseninin  həyatının  Bakı  dövründə  ən  əlamətdar 
günlərdən  biri  1925-ci  ilin  1  May  günü  qeyd  olunur.  Bu 
bayram  günündə  şairi  əsl  dost  kimi  qarşılayırlar.  O,  hər 
yeri  partiya  rəhbərləri  ilə  birlikdə  gəzir,  şeir  deyir, 
çastuşkalar  oxuyur,  hamı  ilə  birlikdə  şənlənirdi.  Yesenin 
cəld  halda,  danışa-danışa  bir  dəstədən  o  biri  dəstənin 
yanına  keçir,  fəhlələr  önündə  sağlıq  deyir,  poeziya 
şərəfinə  deyilən  sağlıqları  qəbul  edirdi.  Üzündəki  zərif 
qırışlar  hamarlanır,  solğun  dodaqlarına  təbəssüm  qonur­
du.  Adama  elə gəlirdi  ki,  öz tənhalığında  üşüyən  Yesenin 
insan  hərarəti  ilə  alovlanan  bayram  tonqalları  başında 
camaat  arasında  qızınırdı. 
Kirov  dostcasına,  ağıllı 
nəzərlərlə  şairin  “kütlə  içərisinə"  bu  yaz  səfərini  seyr 
edirdi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю 445ся

Sonra  Mərdəkandakı  bağ  evinə  gedirlər.  Burada 
Yesenin  S.  M.  Kirovun  yanında  təzə  çap  olunmağa 
başlayan  “iran  nəğmələri” silsiləsindən  şeirlər oxuyur.
Böyük  estetik  zövqə  malik  olan,  inqilabdan  əvvəlki 
dövrdə  gözəl  ədəbiyyatçı  və  həssas  ədəbiyyat  tənqidçisi 
olan  Kirov,  Yesenin  oxuyub  qurtardıqdan  sonra  məzəm­
mətlə  Çaginə  deyir:  “Sən  nə  üçün  indiyə  qədər  Yesenin 
üçün  Bakıda  İran  illüziyası  yaratmamısan?  Bax,  gör  necə 
yazıb,  elə  bil  doğrudan  da  iranda  olub.  Biz  təhlükələrlə 
qarşılanacağını  nəzərə alaraq,  həyatı  üçün qorxaraq,  onu 
irana  buraxmadıq.  Axı  sənə  tapşırılmışdı  ki,  onun  üçün 
Bakıda  İran  illüziyası  yaradasan.Yarat!  Hər  nə  çatmasa, 
özü təsəvvür edər.  O ki şairdir,  özü də gör necə şair!.."
1925-ci  ilin  yayında  Çagin  Yesenini  bağ  evinə 
aparır.Bura  doğrudan  da  əsl  İran  illüziyası  idi.Yekə  bağ, 
fəvvarələr,  hər  cür  Şərq  əyləncələri  -  əsl  İran  idi!  O, 
burada  arvadı  Sofiya  Andreyevna  Tolstoy  -  Yesenina  ilə 
yaşayır  və  yaradıcılıqla  məşğul  idi.  Sergey,  Puşkinin  öz 
arvadına  müraciətlə  yazdığı  son  şeirindən  misralar  oxu­
yaraq deyirdi:  “Sənin  səyin  nəticəsində əmək və səmimiy­
yətlə dolu  uzaq  bir monastra düşdüm”.
Xəzərin 
mavi 
dalğalarına, 
Bakının 
füsunkar 
gecələrinə  məftun  olan şair:
Bakının  lampaları 
Ulduzlardan gözəldir,
- deyə  Bakıya  olan  sevgi  dolu  duyğularını  şeiriyyətə 
çevirirdi.
Bakıya  ürəkdən  bağlanan  Yesenin,  hələ  1925-ci  il 
aprelin  9-da  arvadına  göndərdiyi  məktubunda  yazırdı: 
“Burada  mənə  müstəsna  diqqət  və  qayğı  göstərirlər.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin