_______________
Reyhan Mirzəzadə
_______________ _
80
4 58 ea
yüksək mənsəb sahibini düşünmüş və Ivan Karamazovun
faciəsi ilə həmin tarixi faktı təqdim etməyə çalışmışdı.
Hərbi mühəndislik məktəbində Dostoyevskinin ətra
fına toplaşan gənclər klassik ədəbiyyat və sənəti öy
rənməklə bərabər, dünya ədəbiyyatında baş verən yeni
likləri də diqqətlə izləyirdilər. Yoldaşları yaradıcılıq enerjisi
ilə seçilən Fyodru “Alovlu Fedya” adlandırırdılar. “Alovlu
Fedya”nı bədii nəsr daha çox maraqlandırırdı. Dünya
ədəbiyyatının yetişdirdiyi ən böyük düha kimi o, Nilkolay
Vasilyeviç Qoqolu qəbul edirdi. Ona görə də Qoqolun
“Peterburq povestləri", “Şinel”, “Dəlinin qeydləri", “Müfət
tiş” və “Ölü canlar"ının müəyyən təsiri Dostoyevskinin
yaradıcılığında əksini tapmışdı.
1843-cü ildə hərbi mühəndislik məktəbinin yüksək
zabit sinfini bitirən Dostoyevskinin mətbuatda ilk tərcümə
əsəri - Balzakın “Yevgeni Qrande" romanı çap olundu.
Əsər Fyodor Mixayloviçi Peterburqda daha geniş dairədə
məşhurlaşdırdı. Dövrünün ziddiyyətlərinə baxmayaraq,
Dostoyevski həmişə xalqı düşünən, xalqa doğru can
atan, xalq üçün əzab çəkən, öz sözləri ilə desək, gözəl,
sadə rus xalqını xoşbəxt görmək istəyən yazıçı idi. Onun
gündəliklərinin birində belə bir qeyd vardı: “Bir realist
olaraq mən insanda insanlığı axtarıram. Axtardığım bu
insan rus “Məni”dir... Bu mənada mən əlbəttə, xəlqiyəm,
xalqa bağlıyam, çünki mənim istiqamətim öz mənbəyini
xalqın xristian ruhundan alır. Ona baxmayaraq ki, mən
indiki rus xalqına tanış deyiləm, ancaq gələcəkdə
tanınacağam".
Dostoyevskinin yaşayıb-yaratdığı illər rus xalqının
ictimai həyatında hər cür çətinliklərlə dolu dövr idi
Təhkimçiliyin ulduzu tədricən sönür, burjuaziyanın təsir
dairəsi genişlənirdi. Mütləqiyyət - təhkimçilik sistemi tari
xin ağır zərbəsi ilə üz-üzə dayanırdı. Dostoyevskini
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 459 ca
yaşadan, onun zəif, nasaz vücuduna əfsanəvi cəngavər
gücü verib yaratmağa sövq edən, onun xalq ına olan
sevgi və bağlılığı idi ki, bu bağlılıq da onu ədibin öz
ifadəsi ilə desək, “əsrin övladı” etmişdi. O, bir an da olsa
müşahidəçi, seyrçi mövqeyindən ayrı düşm əm iş, yaşa
yıb-yaratdığı zamanın mənasını dərfc etməyə çalışmışdı.
Xalqın, Vətənin taleyi, müqəddəratı, istiqbalı ilə bağlı
şəkildə cərəyan edən ictimai-siyasi hadisələrə, əxlaqi-fəl-
səfı məsələlərə münasibətini bildirməkdə cəsarətli səy
lərini əsirgəməmişdi. Dövrün xüsusiyyətindən, əzablar,
sarsıntılar girdabından yaranan mürəkkəb suallara öz
cavabını verməyə çalışmışdı. Bunun üçün də təfəkkürünü
yeni-yeni xalqlar, ölkələr, ictimai quruluşlar haqqındakı
məlumatlarla zənginləşdirmişdi. Müəyyən qədər utopik
səciyyə daşıyan sosializm sistemi insanların məcazına
uyğun gəlmirsə, bəs cəmiyyət hansı yolla getməlidir?
Ədib belə bir qənaətə gəlir ki, bu yol ictimai-siyasi tə-
bəddülatlar içindən keçməlidir. İnsanların mənəvi-əxlaqi
aləmində yaranan dəyişikliklər içindən keçməlidir. Adam
ların qəlbində, ruhunda, hiss və şüur dünyasında yaxşı
lıq, xeyirxahlıq, şərə, pisliyə, yamanlığa qalib gəlməlidir.
Bu da yaxşı adamların pis adamlara təsir gücü, onların
çirkinliklərlə dolu qəlbinə xeyirxahlıq məşəli gətirməsi ilə
mümkün olardı.
Dostoyevskini ilk dəfə kəşf edən, istedadını yüksək
qiymətləndirən inqilabçı demokratlar və onlara rəğbət
bəsləyənlər olmuşdu.Yeri gəlmişkən, onu da qeyd etmək
istərdim ki, Dostoyevskinin ilk əsərləri - “Mariya Styuart”
və “Boris Qodunov" romantik dramları müəyyən səbəblə
rə görə oxucu kütləsinə çatmadığı üçün 1846-cı ildə nəşr
olunan “Zavallı insanlar” onun birinci əsəri qəbul edilir
di. Bu romanı bəyənən, bir gecəyə oxuyub səhərisi gör
kəmli rus ədəbi tənqidçisi Vissarion Qriqoryeviç Belinski-
_______________
Reyhan Mirzəzadə
_____
so
46C
ca
yə çatdıran, mətbuata çıxaran rus ədəbiyyatının klassik
lərindən biri, şair və yazıçı Nikolay Alekseyeviç Nekrasov,
onun yeni, qeyri-adi istedad sahibi olduğunu duyub
haqqında: “Oxucunu eyni zamanda güldürmək, həm də
onun ruhunu təlatümə gətirmək, oxucunu göz yaşları
içində gülümsəməyə məcbur etmək-heç bilirsinizmi, nə
böyük bacarıq, nə böyük istedaddır?!” sözlərini yazan isə
Belinski olmuşdu. 0 , povesti ilk ictimai roman adlandır
mışdı. “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” məş
hur aforizmi Dostoyevskiyə daha çox aid idi. Onun “Za
vallı insanlar'ı dünyaya yeni bir Qoqolun gəldiyini xəbər
verirdi. Roman, Qoqolun “Şinel”indən sonra kiçik rus
çinovnikinin acınacaqlı həyatına həsr edilmiş ikinci güclü
əsər idi. Hətta bəzi mühüm xüsusiyyətlərinə görə Dosto
yevskinin Qoqoldan da irəli getdiyi söylənilirdi.
“Zavallı insanlar" üzərində işləyərkən Dostoyevski
qardaşına yazırdı ki, həyatı və insanları Öyrənmək mənim
ilk məqsədim və qayğımdır. Bu işdə o, Şekspirdən də
nümunə götürdüyünü bildirirdi:“Şekspir ən böyük dahidir.
Çünki o, insanları başqalarından çox yaxşı tanıyır”. De
yirlər, yazıçı insan qəlbinin mühəndisidir. Fyodor Mixay-
loviç sözün əsl mənasında, insan qəlbinin cərrahı idi.
Dostoyevski sənətinin bu məziyyətini də ilk dəfə Belinski
qiymətləndirib, ədibin insan qəlbinə yaxınlığını və doğ-
malığını nəzərdə tutub:“Dostoyevskinin istedadı özünə
məxsusluğu ilə parlayır”,- demişdi. Bu barədə Dosto
yevskinin qardaşına yazdıqlarını yada salaq:“Elə güman
edirəm ki, mənim şöhrətim heç vaxt indiki kimi, bu cür
yüksək bir zirvəyə ucalmayacaqdır. Sən təsəvvürünə
gətir ki, bizimkilərin hamısı, hətta Belinski də belə hesab
edirlər ki, mən Qoqoldan da xeyli irəli getmişəm... Məndə
yeni orijinal bir keyfiyyət tapırlar, bu keyfiyyət ondan
ibarətdir ki, mən sintezlə deyil, analizlə hərəkət edirəm,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю
461
ca
yəni dərinlərə varıram, özüm də atomları araşdıraraq,
bütövü axtarıb tapıram. Qoqol isə bilavasitə bütövü götür
düyü üçün mənim qədər dərin deyil... Mənim gələcəyim
son dərəcə parlaqdır...”
Dostoyevskinin anidən qazandığı
şöhrət gənc
ədiblər arasında bəzən kinayə ilə qarşılanırdı. Hətta
I.Turgenyev Belinskinin Dostoyevski ədəbi istedadı haq
qındakı coşqun rəyi ilə razılaşmırdı. Nəzərə alsaq ki,
dünya ədəbiyyatının korifeylərinə heç də hər zam an stan
dart yanaşma olmayıb, fikir müxtəlifliyinin özü də inkişafa
xidmət edə bilib, əlbəttə, bunu təbii hesab etm ək olar. Bir
şərtlə ki, istedada olan yanaşmalar ədalətə söykənmiş və
humanizmə xidmət etmiş olsun. Haqsız olaraq söylənilib
səmimiyyətdən kənar olan rəylər, zərif, həssas duyğulu
yaradıcı insana olan soyuq, laqeyd münasibət, istedad
sahibinin ruhunda sərt və yaralı izlər qoyur. Dostoyev-
skiyə də olan bu haqsız yanaşma onun "Netoçka Nezva-
nova” əsərində görkəmli skripka çalanın öz yaradıcılıq
yüksəlişində çəkdiyi məşəqqətlər haqqındakı sözlərində
əksini tapmışdır:
İstedada canıyananlıq lazımdır, istedada lazım olan
şey budur ki, onu başa düşsünlər; halbuki sən məqsədinə
azca belə nail olanda, səni nə cür sifətlər əhatə edəcəyini
görəcəksən. Sənə misilsiz ağır əmək, məhrumiyyətlər,
aclıq, yuxusuz gecələr bahasına başa gələn, nəsib olan
şeyə onlar heç bir əhəmiyyət verməyəcəklər, ona nifrət
və həqarətlə baxacaqlar... Sən tək olacaqsan, onlar isə
çox, onlar sənə sancaqlarla işgəncə verəcəklər”. Bayaq
yazıçının öz təfəkkürünü yeni-yeni xalqlar, ölkələr, ictimai
quruluşlar haqqındakı məlumatlarla zənginləşdirdyini
qeyd etdim. Bu baxımdan onun həyatına müstəsna təsir
göstərmiş məsələlərdən yan keçmək mümkün düyil.1846-
cı ildə Dostoyevski Petraşevski ilə tanış olur. Petra-
_________________Reyhan_Mirzəzadə___________________ю__462__ea'>_______________
Reyhan Mirzəzadə
_________________
ю
462
ea
şevskiçilər cəmiyyəti, yaxud dərnəyinin rəhbəri olan
Mixail Vasilyeviç Butaşeviç -Petraşevski 40-cı illərin
azadlıq hərəkatının görkəmli xadimi, furyerist, Rusiyada
ilk sosialist dərnəyinin təşkilatçısı kimi tanınırdı. Fransua
Mari Şarl Furye fransız utopik sosialisti idi. O, burjua
cəmiyyətinin tədqiqini vermiş, böyük Fransa inqilabı
ideoloqlarının ideyaları ilə gerçəkliyin ziddiyyətlərini, yox-
sulluqla zənginliyin antaqonizmini açıb göstərmişdi. İnsa
nın formalaşmasında ətraf mühitin və tərbiyənin həlledici
rolu haqqında fransız materialistlərinin müddəalarından
çıxış etmişdi. Furyeyə görə, insan qüsurlu deyil, yaşadığı
cəmiyyət qüsurludur. Ona görə də elə ictimai quruluş
yaratmaq lazımdır ki, insan ehtiraslarını,-onun inkişafını
tam təmin etsin.Petraşevski özünü Furyenin tərəfdarı
sayır, Rusiyanın siyasi quruluşunun demokratikləşdi
rilməsi, kəndlilərin, onlara torpaq verməklə azad olunması
ideyalarını irəli sürürdü.
Petraşevskiçilər - həmin
dövrdə
Peterburqda
zadəgan və raznoçin ziyalıları dərnəklərinin üzvləri, uto
pik sosialistlər və demokratlar idi. Petraşevskiçilər cə
miyyəti təşkilat kimi formalaşsalar da, hazır proqramları
yox idi. Onlar kəndli üsyanına rəhbərliyin planını hazır
lamağa cəhd göstərmişdilər. Anlayırdılar ki, Rusiyada
ictimai münasibətləri yalnız siyasi dəyişikliklər yolu ilə
kökündən dəyişmək mümkündür. Petraşevskiçilər res
publika, yaxud heç olmasa, konstitusiyalı monarxiya tə
rəfdarı
idilər.
Dekabristlərdən fərqli
olaraq,
petra
şevskiçilər xalqı inqilabın əsas qüvvəsi sayırdılar.
1847-ci ilin yazından Dostoyevski Petraşevskinin
dərnəyində iştirak etməyə başlayır.Yazıçı Furyenin təlimi
ilə tanış olduqdan sonra vəcdə gəlir. O yazınTuryerizm
dinc sistemdir, o, insanın ruhunu öz zərifliyi ilə valeh edir,
qəlbini bəşəriyyətə məhəbbətlə məftun edir; həmin
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
SO
463
Gü
məhəbbətlə ki, Furye öz sistemini tərtib edərkən onu
ruhlandırar, ona ilham verərdi. Furyenin sistemi öz
ahəngdarlığı ilə insanı heyrətə salır. O, kinli hədə-
zorbalarla deyil, bəşəriyyətə məhəbbət hissi ilə ruh
landıraraq zəkaları özünə cəlb edir. Bu sistemdə nifrətlər,
qəzəblər yoxdur. Furyerizm siyasi islahatı nəzərdə
tutmur, onun islahatı iqtisadidir. O, nə hökumətə, nə də
mülkiyyətə qəsd edir...” Lakin Dostoyevski hakimiyyətin
zorla qabaqcıl ictimai sinfin əlinə keçməsinə tələsmir və
bunu qəbul etmirdi. O, yalnız cəmiyyətin iqtisadi cəhət
dən irəliləməsini istəyirdi. Dahi söz ustası yalnız sözdə
azadlıq tərəfdarı olduğunu bildirir, əməli işdə
isə
hərəkətsizlik göstərirdi. Buna baxmayaraq, yazıçı petra-
şevskiçilər tərəfindən hörmətlə qarşılanırdı. Onun “ Ne-
toçka Nezvanova” romanında Furye iqtisadi təliminin
ciddi təsiri duyulurdu.
Həmin ilin aprel ayında Petraşevski dərnəyinin üzvü
olan 34 azadlıq mücahidi tutulur, Dostoyevski yatağında
həbs olunur və Petropavlov qalasına salınır. Bu siyasi
qrupun rəhbərlərindən biri kimi, Fyodor Mixayloviç də
ölüm cəzasına məhkum edilir.İstintaq komissiyasının
suallarına yazıçının verdiyi cavab-“izahat”ın məqamlarına
diqqət
edək:“...Belə
gərgin
vəziyyətdə
ədəbiyyatın
yaşaması çətindir. İncəsənətin bütün növləri yox olma
lıdır: satira, faciə daha yaşaya bilməz. İndiki senzuranın
sərtliyi şəraitində Qriboyedov, Fonvizin və hətta Puşkin
kimi yazıçılar daha yaşaya bilməzlər. Satira nöqsanı, şəri,
pisliyi məsxərəyə qoyur, həm də çox vaxt xeyirxahlıq
sifətində təzahür edən pisliyi, şəri. İndiki vəziyyətdə hansı
məsxərəyə qoymaqdan söhbət gedə bilər? Senzor hər
şeydə bir eyham görür, şübhələnir ki, görəsən, burada bir
şəxsiyyət nəzərdə tutulmur ki, kin-küdurət yoxdur ki,
_______________
JReyhan Mirzəzadə
________________
яо
4 6 4
oa
yazıçı hansı bir şəxsə isə və hansı bir qaydaya isə işarə
vurm ur ki?..
...Mən şikayətlənirdim, yalvarırdım ki, bu kədərli, acı
səhv mümkün qədər tez keçib getsin. Ona görə ki, ədə
biyyatı sevirəm və onunla maraqlanmadan yaşamağı
təsəvvür etmirəm; ona görə ki, bilirəm - ədəbiyyat xalq
həyatının ifadələrindən biridir, cəmiyyətin güzgüsüdür.
Ədəbiyyatsız cəmiyyət yaşaya bilməz, mən isə görürdüm
ki, həm in bu ədəbiyyat sönür...
...Mənim cavabım budur: mən həqiqəti yazmışam”.
Adlar,
maddələr,
qətnamələr meydana yayılır,
amansız hökm sərt ahəngdarlıqla dönə-dönə yenidən
səslənirdi. İnsanın qanını dondurub qulaqlarda dəhşətli
əks-səda, ürəklərdə həyəcanlı çırpıntılar yaradan hökm
onuncu dəfə oxundu:
- istefada olan 27 yaşlı mühəndis-leytenant Fyodor
Dostoyevski cinayətkar niyyətlərdə iştirak etdiyi üçün,
pravoslav dininə və ali hakimiyyətə qarşı ədəbsiz və qaba
ifadələrlə dolu olan şəxsi məktubu yaydığı üçün, habelə
ev litoqrafiyası vasitəsilə hökumətə qarşı əsərlər çap edib
yaymaq qəsdində olduğu üçün... Güllələnmə təriqilə ölüm
cəzasına məhkum edilsin!
Boğuq təbil səsi gurladı. Birgə vurulan mənhus təbil
səslərinin gurultusu altında, qırmızı köynək və qara plis
şalvar geyinmiş cəlladlar uzunboğaz çəkmələrini taq
qıldada-taqqıldada edam kürsüsünə qalxdılar. Məhkum
edilənləri diz çökdürdülər. Cəlladlar biçqılanmış ovxarlı
qılıncları onların başları üzərində iki böldülər. Sındırılan
poladların quru və kəskin cingiltisi şaxtalı havanı yardı.
Keşiş son xütbəni “Günahın mükafatı ölümdür!" sözlərini
ifadə edərək, böyük bir xaçı öpmək üçün hər bir
məhbusun dodağına yaxınlaşdırdı. Beləliklə də son mə
rasim - ölüm qarşısında paltardəyişdirmə başlandı. Elə
_____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
80 465 08
oradaca, edam kürsüsündə onların yay plaşlarını, ucu şiş
başlıqları, az qala, yerə toxunan uzunqollu, enli kətan
kəfənlə əvəz etdilər. Onları üç-üç yenidən düzdülər.
Dostoyevski ikinci cərgədə idi. Edam sərəncamçısının
bağırtısı eşidildi:
- Petraşevski!
- Mombelli!
- Qriqoryev!
Onları kəndirlərlə üç boz dirəyə sarıdılar, ölüm
köynəyinin uzun qolları ilə onların əllərini arxalarına
bağladılar.
Dostoyevskinin
yaxın
adamına
yazdıqlarından:
“...Mən ikinci növbədə idim və bir dəqiqədən artıq
yaşamayacaqdım. Səni, qardaş, sənin bütün ailəni yadı
ma saldım: son dəqiqədə sən, yalnız sən mənim əqlimdə
idin və ancaq o zaman bildim ki, səni necə sevirəm,
mənim əziz qardaşım! Yanımda olan Pleşşeyevi, Durovu
qucaqlayıb, onlarla vidalaşmağa da macal tapdım”.
ölüm ə məhkum edilən dahi insanın həyəcanlarının
adamı heyrətə gətirən bu qeydləri içərisində bəzən
sarsıntılı və kədərli nidalar da təzahür edirdi:
“Aman Allah! Mənim yaratmış, yaşatmış olduğum
nə qədər surət yenidən məhv olacaq, başımdan sönüb
gedəcək, yaxud zəhər kimi qanıma yayılacaqdır!”.
“...Nəhayət, təbilləri çalıb edamın dayandırıldığını bildir
dilər, dirəklərə sarınmışları geri gətirib bizə oxudular ki,
Əlahəzrət imperator bizə həyat bəxş edir. Sonra əsl
hökmləri elan etdilər".EIə həmin gün Dostoyevskiyə
bəyan edilir ki, o, birinci dəstə ilə Sibirə göndəriləcəkdir.
Lakin bu bəşəri duyğular və əqidə sahibini yaşadan bir
amal vardı:“Bəli, yazmaq mümkün olmasa, mən məhv
olaram. On beş il həbsdə olum, ancaq qələm əlimdə
olsun!”.
_______________
Reyhan Mirzəzadə
________________
Ю
466 CA
Yenicə edam cəzasına məruz qalaraq, bir neçə
saatdan sonra sürgünə yollanacaq bu insanın yaradıcı
şüur və idrak qüvvəsi, onun rəşadət və mənliyi doğrudan
da misilsiz idi:
“Mən kədərlənməmişəm,
ruhdan düşməmişəm.
Həyat hər yerdə həyatdır, həyat zahiri aləmdə deyil, bizim
özümüzdədir... Mənim qəlbimdə indi olduğu qədər heç
vaxt belə qaynar, firavan və sağlam mənəvi həyat
ehtiyatları olmamışdır...”
Qəhrəman dekabristlərə, petraşevskiçilərə, Rusi
yanın Çernışevski kimi böyük vətəndaşlarına, azadlıq
carçılarına, yüzlərlə gənc istedada divan tutan dvoryan
dövləti Dostoyevskini də Sibirə, katorqaya, sürgünə
göndərdi, illər uzunu azadlıqdan məhrum etdi. Kator-
qanın, sürgünün dəhşətli əzabları onun “Məhv olmuş xalq
haqqında qeydlər'inin səhifələrinə köçürüldü. O, həyatın
hər üzünü gördü. Birinci arvadı Mariya Dmitriyevna
Isayeva vəfat etdi. Taleyini stenoqrafçısı Anna Qriqor-
yevna Snitkina ilə bağladı. Onunla bərabər Avropanı
dolaşdı, ö m ü r yollarında övlad itkilərinin sağalmaz yara
larını da yaşadı. Buna görə də Dostoyevski polad kimi
bərkidi.
ölm ə z düha hər şeyi qeyri-adi etdiyi kimi, səyahəti
də özünəməxsus şəkildə edirdi. Avropanın ən məşhur
şəhərlərində olarkən nadir hallarda tarixi abidələrə və
təbiət mənzərələrinə tamaşa edir, yalnız insanlar, ca
maat, əhali ilə maraqlanırdı. O, ancaq adamlara göz
qoyur, sadə xalqın ürəyi ilə yaşayır və çox oxuyurdu.
Rus xalqının dindarlığını Rusiyanın ağıllı adamlarının
əksəriyyəti həmişə təsdiq etmişlər. Lakin M.Qorkinin
“Təəssüf ki, ruslar başqalarından artıq kilsə və ilahiyyat
tərbiyəsi təsiri ilə yaşayırlar”, - dediyi halda, Dostoyevski
bunu müsbət keyfiyyət, xoşbəxtlik hesab edirdi. Rus
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю
467
ca
dindarlığını çox yerdə “xalq ruhu", “əzabkeş, cümləqayğı
ruh”, “itaətkar ruh”, “dözümlü ruh”, “saf ruh” sözləri ilə
səciyyələndirirdi. Yazıçı,“Karamazov qardaşları”nda su
rətlərdən birinin “Yerə də, göyə də çıxsan, kimya inkişaf
edib, Allahı inkar edəcəkdir” - sözlərinə qarşı dindar
Alyoşa “Allaha məhəbbət olmayan yerdə insana da
məhəbbət ola bilməz” - fikrini irəli sürür. XVIII əsrdə
yaşayıb-yaratmış fransız filosofu, yazıçısı Volteri də misal
gətirib, “Volter Allaha inanır, ancaq az inanır, elə buna
görə də insanlığa az inanır”, - deyirdi.
Məlumdur ki, rus estetikasında iki cəbhə möv
cuddur: utilitaristlər, yəni faydanı, mənfəəti əxlaqın əsası
hesab edən və kapitalizm cəmiyyətinin ümumi səadət və
ahəng yaratmağa qadir olduğunu sübut etməyə çalışan
burjua əxlaq nəzəriyyəsinin tərəfdarları və saf gözəllik
tərəfdarları. Rus ədəbi tənqidçisi Nikolay Aleksandroviç
Dobrolyubov birincilərin sırasında idi. Almanəsilli rus lirik
şairi Afanasi Afanasyeviç Fet ikincilərə mənsubluğu ilə
seçilirdi. Dostoyevski özünün üçüncü mövqeyini - müstə
qil və genişəhatəli mövqeyi irəli sürdü. O, azad yaradı
cılıq, sərbəst poetika, qeyri - məhdud imkanlar və intə
hasız məqsədlər sənətinin, bəşəriyyətə yüksək fayda ve
rən sənətin tərəfdarı idi:"Biz məhz bunu arzu edirik ki,
sənət həmişə insanın məqsədlərinə uyğun olsun, onun
mənafeyindən ayrılmasın...”
L. Qrossman Dostoyevskinin bu mövqeyini gözəl
təhlil edib qeyd edir ki, o, yəni Dostoyevski, utilitaristlərlə
razıdır ki, şair Borodino vuruşması günündə, Vətənin
müqəddəratı həll edilərkən yunan antologiyasının müta
liəsinə aludə ola bilməz. Yaxud Lissabon zəlzələsi baş
verən gün “pıçıltı, ürkək nəfəs, bülbülün cəh-cəhi...”
barədə şeir yaza bilməz. O, eyni zamanda sənətdə
utilitarizmin başçısı sayılan Dobrolyubovun ədədiyyata,
_______________
Reyhan M i rzazadə
__________ _
BO
468
OR
Puşkinin və Turgenyevin üzərinə hücumuna qarşı qəti
etiraz edirdi. Dostoyevski fikrini belə tamamlayırdı: “Sənət
həmişə insanla, onun müasir həyatı ilə yaşayacaqdır.
Ona görə də hər şeydən əvvəl sənəti müxtəlif məqsəd
lərlə məhdudlaşdırmamalıyıq... Gözəllik ona görə fayda
lıdır ki, o, gözəllikdir, ona görə ki, bəşəriyyət gözəlliyə və
onun ali idealına həmişə olduğu kimi, indi də ehtiyac
duyur. Gözəllik, normallıq idealı sağlam cəmiyyətdə məhv
ola bilməz”.
Dostoyevski realizmi hər cür uydurmadan uzaq,
həyatın üzünə dik baxan, sərt, qəzəbli realizm idi. Odur
ki, ziddiyyətli yaradıcılıq prinsiplərinə görə, onun dünya
ədəbiyyatına təsiri də müxtəlif idi. Rus dekadent və
simvolistlərindən tutmuş, Qərb ekzistensialistlərinə, mo-
dernistlərinədək bir çox cərəyana və yaradıcılıq üslubuna
mənsub olan görkəmli yazıçılar onda ayrı-ayrı xüsusiy
yətlər və məziyyətlər axtarmışlar. Ədibin öz sözləridir ki,
burnunun ucundan uzağı görə bilməyən realizm ən ağıl
sız fantastikadan da təhlükəlidir, çünki gözdən şikəstdir.
Ədibin bu yazımda adlarını çəkdiyim roman və
povestləri ilə bərabər, “ölü lə r evindən qeydlər”,“Bir köv
rək ürəkli", “Qumarbaz", “Cənab Proxarçin”, “Bəyaz gecə
lər”, “Əbədi ər”, “Cinlər", “Oxşar" və digər əsərləri ən müx
təlif dillərə tərcümə olunub, yazıçını milyonlarla oxucuya
sevdirmişdi.
1944-cü ildə, Böyük Vətən müharibəsinin qızğın
dövründə Moskvada “Pravda" qəzetinin baş redaktoru
Yemelyan Yaroslavskinin imzası ilə böyük bir məqalə çap
olunmuşdu. Məqalənin sərlövhəsi belə idi:“Net, Dosto-
yevskiy naş” (“Xeyr, Dostoyevski bizimdir”.)
Sərlövhənin altından isə bu epiqraf yazılmışdı:
Tolstoy velikiy buntar, Dostoyevskiy naşa bolnaya so-
Dostları ilə paylaş: |