Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 ca

səhifəsində  Cəlil  mənə  ithaf  etdiyi  şeirləri  öz  xətti  ilə 
yazmışdı.
Almanlar  göndərilən  şeylərin  siyahısını  tutm ağa 
başladılar.  Dua  kitabı  və  dəftərçə  də  gözlərindən  yayın­
madı."Bu  nədir?"-  deyə  soruşdular.  Dedim  ki,  gündəli­
yimdir.  Onlar  ya  öz  axmaqlıqlarından,  ya  da  mənim 
xoşbəxtliyimdən  dəftərçədəki  qeydlərin  nə  alman,  nə  də 
fransız  deyil,  tamamilə  başqa  bir  dildə  yazıldığına  fikir 
vermədilər.Bir də ki,  almanlar bərk tələsirdilər,  həmin gün 
xeyli adamı  cəza yerinə yola salmalı  idilər.
Mənim  bağlamamda  dətərçə  ilə dua  kitabından  baş­
qa  ülgüc  və  digər  xırım-xırda  şeylər  də  vardı.  Alm anlar 
onların  hamısını  siyahı  ilə  birlikdə  Belçikaya,  anama 
göndərdilər.Bu  inventar  siyahısı  məndə  qalmalıdır,  bəlkə 
də  indi  onu  tapa  bildim  (Timmermans  içərisində  müxtəlif 
saralmış  vərəqələr  olan  bir  qovluq  gətirir,  uzun  müddət 
həmin  kağızları  araşdırır,  lakin dediyi  siyahını  tapa  bilmir), 
içərisində  mənim  şeylərim,  dua  kitabı  və  Cəlilin  dəftərçəsi 
olan  bağlama  anama  çatmış və  o  da  mən  qayıdıb  gələnə 
qədər  hamısını  saxlamışdı.  Məni  həbsxanadan  düşər­
gəyə göndərəndə anama  məktub yazmağa  icazə  verdilər. 
Mən  açıq  yaza  bilməzdim,  lalkin  işarə  ilə  başa  salmağa 
çalışdım  ki,  nəyin  bahasına  olursa-olsun,  dəftərçəni  və 
dua  kitabını  qoruyub  saxlasın.  Qayıdanda  məlum  oldu  ki, 
dua  kitabı  itib.Bilmirəm,  bu  necə  olmuşdu.Dəftərçə  isə 
dururdu.  Mən  onu  sovet  səfirliyinə  verdim.Bunu  özüm 
edə  bilmədim,  çünki  .həbs  düşərgəsindən  qayıdandan 
sonra  uzun  müddət  xəstə  yatdım.  Ona  görə  də  Brüsselə 
gedən  bir  yoldaşımdan  dəftərçəni  sovet  səfirliyinə  çatdır- 
masını  xahiş  etdim.  O,  dəftəçəni  götürdü  və  qayıdıb  gə­
ləndə mənim tapşırığımı  yerinə yetirdiyini dedi...
...illər keçəndən sonra  kimsə Timmermansa vaxtı  ilə 
Musa  Cəlilin  qəhrəmanlığına  şübhə  ilə  yanaşan,  az  qala
_______________
Reyhan Mirzəzadə
_________________
BO 506
 
oa
onu  satqın  sayan  adamlar  olduğunu  demişdi.  Timmer­
mans  elə  qəzəblənmişdi  ki,  şairin  anadan  olmasının  60 
illiyi  ilə  bağlı  yubiley  təntənələrindəki  çıxışlarını  bu 
dəhşətli  şübhənin  rədd edilməsi  ilə başlayırdı:  “Musa  Cəlil 
kimi  təvazökar,  mərd,  savadlı,  Vətənini  ürəkdən  sevən və 
onun  uğrunda  ölümə  gedən  bir adam  heç vaxt  satqın  ola 
bilməzdi”-  deyə,  söylədiyi  hər  bir  nitqində  dönə-dönə 
təkrarlayırdı.
Təəssüf  ki,  Musa  Cəlilin  ikinci  kamera  qonşusunu  - 
polyak  Yani  Kotsuru  tapmaq  mümkün  olmadı.Leon  Ne- 
bentsal  Polşa  Müharibə  Veteranları  Komitəsinə  müraciət 
etdi,alman  və  polyak  mətbuatına  məqalələr  yazdı,  lakin 
axtarışlar  heç bir nəticə vermədi.
1953-cü  ilin martında Stalinin vəfatından sonra  onun 
bir  çox  haqsız  və  amansız  qərarlarını  tarix  özü  “əritdi". 
Stalinin  ölümündən  iki  ay  ötməmiş,  aprelin  25-də  “Lite- 
raturnaya  qazeta”  on  illik  sükutdan  sonra  ilk  dəfə  Musa 
Cəlilin  silsilə  şeirlərini  dərc  etdi.  Bunlar,  “Moabit  dəf­
tərlərimdən  götürülmüş  şeirlər  idi.  Şeirlər  tezliklə  böyük 
əks-səda  doğurdu.  Onları  dünyanın  çoxsaylı  xalqlarının 
dilinə tərcümə etdilər.  “Tatar Fuçikfnin  qəhrəmanlığı  haq­
qında  bütün dünya  danışmağa  başlaldı.  Düz 60  il  bundan 
əvvəl,  fevral  ayında  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 
fərmanı  ilə  Böyük  Vətən  müharibəsində,  alman-faşist 
işğalçılarına  qarşı  mübarizədə  müstəsna  dözüm  və 
mərdlik  nümunəsi  göstərdiyinə  görə  Musa  Cəlilə  ölü­
mündən  sonra  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verildi.  Bir  il 
sonra  “Moabit dəftərləri”  Lenin  Mükafatına  layiq görüldü.
“Moabit  dəftərləri"ndə  toplanan  və  bəzən  şifrəli 
eyhamlarla  yazılan  şeirlər  yüksək  vətənpərvərlik  və  hu­
manizm  duyğuları  ilə  zəngin  idi.  Həmin  şeirlər,  “Vətən 
yolunda  ölmək,  xalq  yolunda  həlak  olmaq  böyük  səa-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8

507
 03

elətdir!”  deyən  əsl  insanın  ürək  sözləri  idi.Bu  barədə 
Azərbaycanın  tanınmış şairi Əhməd Cəmil yazırdı:
...Musa Cəlil,
Moabitdə narın-narın.
Sarı-solğun  vərəqlərə yazdıqların
çatdı  bizə,
Misraların həkk olundu qəlbimizə.
O nəğmələr 
Qələbəyə inamındı,
Musa Cəlil!
Vətənə son salam ındı,
Musa Cəlil!
Addımladın edam günü 
vüqarlı,  mərd!
Baxışların
qılınc kimi 
qəzəbli,  sərt!
Ürəyində
Vətən  adlı tək bircə dərd!
Bir de,  Vətən  həsrətindən 
Moabitdə saçlarına  düşdümü dən,
Musa  Cəlil?
Vətən  necə şirin  imiş  hər nemətdən,

Musa  Cəlil!
Musa  Cəlil  özü  cismən  olmasa  da,  onun  əsirlikdə 
yazdığı  nəğmələri  Vətənə  mənən  zəfərlə,  özü  də  böyük 
zəfərlə  qayıtdı.  Şairin  şeirləri  əllərdən-əllərə  keçdi,  d il­
lərdən-dillərə  düşdü,  ölm əz  nəğmələrin  müəllifi  öləndən 
sonra yaşamaq  haqqı  qazandı, elə özünün dediyi  kimi:
__________________Reyhan_Mirzəzadə___________________ьо_508_çaa'>______________ _
Reyhan Mirzəzadə
_________________
ьо 508 çaa
Mən ölməyəcəyəm,  yox,  nəğmələrim 
Bu dünya durduqca  məşəl tək yanar. 
Zəfərlərlə ölən bir qəhrəmana 
öldü söyləməyə kimin haqqı var?!
Şair haqlı  idi.  Ona öldü deməyə heç kimin  haqqı  yox 
idi.  Hətta  deyənlər  də  bilirdi  ki,  Bəxtiyar  Vahabzadənin 
söylədiyi tək:
öldü...
ölümüylə qoca dünyaya 
Əlvida demədi,
o,  salam,- dedi.
-Dönərəm ulduza,  dönərəm aya,
Dönərəm yurduma  hər axşam,- dedi.
Musa  Cəlil  haqqında  Azərbaycan  mətbuatında  yazı­
lar,  məqalələr  dərc  edildikcə,  şeir  və  kitabları  dilimizə 
tərcümə  olunduqca,  geniş  ictimaiyyətdə  onun  pərəs­
tişkarlarının  sayı  sürətlə  artır,  xalqımız  onu  daha  dərin­
dən  tanıyır,  sevir,  ona  böyük  məhəbbət  və  ehtiramla 
yanaşırdı.Tərcümə  işində,  irsinin  öyrənilməsində  Böyük- 
ağa  Qasımzadə,  Ələkbər  Ziyatay,  sonralar  Xəli!  Rza 
Ulutürk,  başqa  şair  və  alimlərimizin  böyük  əməyi  vardı. 
Söz  adamlarımızın  böyük  əksəriyyəti  öz  yaradıcılığında 
Musa  Cəlilə  xüsusi  yer  ayırırdılar,  öz  sevgi  dolu  misra­
larında,  fikir  və  düşüncələrində  qardaş  xalqın  mərd  övla­
dını  qürur  və  fəxrlə  yad  edirdilər.  Xalq  şairimiz  Hüseyn 
Arif “Qəhrəman  şairə” adlı  şeirində deyirdi:
...Yüksəlmək eşqilə vurdu min  ürək,
Yaşar sənətkarın şöhrəti,  adı.
Döyüş meydanında  hünərlə ölmək 
Hər şeir yazana  qismət olmadı.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 5C9 ca

Şair!  Müqəddəsdir torpağın,  daşın,
O doğma  evini mən də görəydim!
Dayanıb yanında yarın,  yoldaşın 
Kazanlı  dostlara salam verəydim!..
Deyəydim:-Söz açın  Musa Cəlildən,
O  necə boy atıb kamala  doldu?
İgidin tərifi düşərmi dildən,
Cəsarət həyatla  əkiz doğuldu.
Faşist zindanına salınsan  da  sən 
Vuruşdun ən  cəsur bir əsgər kimi.
İtirdi  özünü  önündə düşmən,
Yağdı  kəlmələrin  mərmilər kimi.
Sevindi  belorus,  sevindi kazak 
Sən qələm  götürüb  şeir yazanda.
Tək sən  ucalmadın,  o zaman  ancaq,
Ucaldı  Bakı  da,  doğma  Kazan  da.
Zəfərlə dolandı  gecən,  gündüzün,
Qüdrətin ölməyən  əsərindədir.
Nə qədər söhbətin,  nə qədər sözün 
Hələ tapılmamış dəftərindədir...
Hüseyn  Arif həqiqəti  söyləyirdi,  Musa  Cəlilin  qüdrəti 
onun  ölməyən  əsərlərində  idi.  Heyif ki,  faşizmin  əsl  sima­
sını  bəşəriyyətə  təqdim  edən  Moabit  kimi  zindanların 
canlı  və  qanlı  yaddaşı  olan  dəftərlərdən  biri  itkin  düşdü. 
Moabitin  qara  günlərinin  ağ  inciləri  sayılan,  vəhşicəsinə 
həyata  keçəcək  ölümün  bircə  addımlığında  və  bircə 
anlığında  yazılan  “Məhəbbət  və  zökəm”,  “Sevimli  qız", 
“İnək və  aşiq  oğlan”,  “Saat”,  “Bədbəxtlik",  “Moruq”,  “Duzlu
_______________
Reyhan Mirzozadə
_____ ____________
во 511) cs.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
balıq”,  "Qonşular”,  “Tabut”  kimi  mükəmməl  sənət  nü­
munələri  ölümün  özünü  çoxdan  öldürmüşdü.Odur  ki, 
Musa  Cəlil  zindan  və  edam  dostu,  ömrünün  son  dəqiqə, 
son  saniyə  və  son  akkordlarını  bölüşdüyü  “gilyotin  qar­
daşı” Abdulla  Əlişə həsr etdiyi  şeirində yazırdı:
öm rün  uzunluğunu
illərin  sayı  ilə,
Çəkilən zəhmət ilə
ölçmək düz deyil əsla!
Bəlkə də düşmənlərin
bu son ölüm qərarı 
Bizə əbədi  həyat
gətirdi  bu dünyada...
Tatar  ədəbiyyatşünas  alimi,  tənqidçisi  və  Musa 
Cəlilin  tədqiqatçısı  Rafael  Mustafın  Almaniyaya  səfərə 
gedəndə  Əminə  xanım  ondan  xahiş  edir  ki,  Musa  Cəlilin 
məzarından  bir  ovuc  torpaq  gətirsin.Bu  torpaq  Musanın 
övladı,  ailəsi,  doğmaları,  əzizləri  üçün  təsəlli  olmalıymış. 
Təssüf  ki,  çox  təəssüf  ki,  məzar  tapılmır.  Doğrudan  da 
düşmənlərin  bu son  ölüm  qərarı  özünün  yazdığı  kimi  ona 
əbədi  həyat gətirdi.  Şairin qəbri  olmasa  da,  neçə-neçə  öl­
kədə  abidələri,  büstləri,  kitabları,  şeirləri,  söz  sənəti yaşa­
yır.  Onun  milyonların  qəlbində  əbədi  şölənənən  məhəb­
bət  adlı  müqəddəs  bir  ünvanı  vardır.  Bu  ünvan  həm  də 
qardaş  Azərbaycandır,  Musa  Cəlili  heç  zaman  unutma­
yan Azərbaycan xalqının ürəyidir...
"Həftə  içi” qəzeti, 
10 fevral 2010-cu  il
SO 
511
 08

XALQIN ƏZİZ OĞLU
1  yanvar - Əziz Əliyevin doğum günüdür
İnsan  həyata  bir dəfə  gəlir.  Yalnız  bircə dəfə.  Kim isi 
sakit  və  sadə,  kimisi  təlatümlü  və  qayğılı,  kimisi  mənalı, 
kimisi  mənasız,  kimisi  dəyərli,  kimisi  dəyərsiz,  kimisi 
işıqlı,  kimisi  də  qaranlıq  bir  ömür yaşayır.  Elə  insanlar da 
var  ki,  bir ömürdə sanki  yüzlərlə,  minlərlə adamın  mənalı, 
dəyərli,  parlaq,  zəhmət və xidmət dolu taleyini yaşayır.  Bu 
insanlar  artıq  bioloji  varlıqdan  zamanın  heç  də  tez-tez 
yetişdirmədiyi  şəxsiyyətə,  dühaya,  fenomenə  çevrilir,  ö z  
ağlı,  zəkası,  istedadı,  bacarığı,  təcrübəsi,  insanpərvərliyi, 
əməksevərliyi,  yurdsevərliyi  ilə.  Belə  şəxsiyyət,  düha  və 
fenomenlərimizdən  biri  də  xalqımızın  unudulmaz  övladı 
Əziz  Məmmədkərim  oğlu  Əliyevdir.
Əziz  Əliyev  1897-ci  il  yanvarın  1-də  İrəvan  quber­
niyasının  Hamamlı  kəndində  anadan  olub.  Bu  kənd  İrə­
van  xanlığının  Abaran  mahalında  ta  qədimdən  azər­
baycanlıların  yaşadığı  məkan  idi.  Hamamlı  Abaran  çayı 
sahilində,  yamyaşıl,  çox  səfalı,  füsunkar  mənzərəli  bir 
bölgədə  yerləşirdi.  Əziz  Əliyevin  atası  Məmmədkərim 
Kərbəlayi  Qurbanəli  oğlu  dövrünün  ziyalı  düşüncəli,  müd­
rik,  uzaqgörən,  el  arasında  böyük  ehtirama  malik  olan 
ağsaqqalı  idi.  Anası  Zəhra  xanım  isə  İrəvan  mahalının  ən 
hörmətli  insanlarından  biri  olan  İbrahim  bəy  Süleyman- 
bəyovun  qızı  idi.  Əzizin  əmisi  övladlarından  biri,  vaxtilə 
İrəvan  quberniyasının  Əştərək  rayonundakı  Uşi  kəndində 
yaşayan  Oruc  kişinin  söylədiklərinə  görə,  Məmmədkərim 
kişinin  Hamamlıda  20  hektardan  artıq  torpaq  sahəsi, 
İrəvanın  Dəlmə  bağları  adlanan  yerində  üzüm,  tut,  ərik 
bağları  var idi.
Ailə  1905-ci  ildə  İrəvan  şəhərinə  köçür.  1918-ci  ildə 
Əzizin  atası  vəfat  edir.  Nəinki  Rusiyanın,  hətta  dünyanın
«o 5/2 ca
_______________
Reyhan Mirzəzadə
_________________
ən  mötəbər  təhsil  ocaqlarının  birində  -  Peterburq  Hərbi 
Tibb  Akademiyasında  təhsil  alan  Əziz  Əliyev  İrəvana 
gələndə,  burada  dəhşətli  hadisələrin  şahidi  olur.  Erməni­
lər  azərbaycanlı  əhaliyə  qarşı  genişmiqyaslı  soyqırımı  si­
yasəti  həyata  keçirir.  Həmin  il  Əziz  Əliyevin  özü  və  ailəsi 
də  soyqırımına,  deportasiyaya  məruz qalır.  Belə  bir  şəra­
itdə  daşnakların  qırğınından  qurtarmaq  üçün  o,  ailəsini 
İrəvan  şəhərindən  Naxçıvanın  Şərur  rayonuna,  bir  müd­
dət sonra  isə  Şahtaxtı  kəndinə köçürür.
Sonralar Bakıya  köçən  Əziz  Əliyev,  burada yarımçıq 
qalmış  Peterburq  təhsilini  davam  etdirir.  1927-ci  ildə 
Azərbaycan  Dövlət  Universitetinin  tibb fakültəsini  bitirir və 
çoxdan  arzuladığı  həkim  ixtisasına  yiyələnir.  1930-cu  ildə 
Azərbaycan  Dövlət  Universiteti  tibb  fakültəsinin  bazasın­
da  Tibb  İnstitutu  yaradılır  və  bu  təhsil  ocağına  rəhbərlik 
etmək  Əziz Məmmədkərim  oğluna etibar olunur.
İnstituta  rəhbərlik  etdiyi  üç il  ərzində  Azərbaycan 
dilində  45  dərslik  nəşr  edilir.  Yüksək  ixtisaslı  tibb  kadr­
larının  hazırlanmasına  diqqət  artırılır.  1934-cü  ildə  Bakı 
şəhər  Səhiyyə  Şöbəsinin  müdiri  təyin  olunan  Əziz  Əliyev 
yenidən Tibb  İnstitutuna  rektor vəzifəsinə qaytarılır.
Akademik  Mirqasımov  adma  Respublika  Klinik Xəs­
təxanasının  həkimi,  tibb  elmləri doktoru,  professor Nurəd- 
din  Hümbətov  söhbətində  Əziz  müəllimi  ehtiramla,  səmi­
mi  duyğularla,  bir az  da  kövrək  hisslərlə  yad  edib  dedi  ki, 
bu  gözəl  şəxsiyyətin,  böyük  alimin,  nüfuzlu  dövlət  xadi­
minin  xatirəsi  minlərlə  insan  kimi,  mənim  üçün  də  əvəz­
olunmaz və  unudulmazdır.  Aspiranturaya  qəbulum  zama­
nı  Əziz  Əliyevin  mənə  göstərdiyi  mənəvi  dəstəyi,  qayğını 
ömrüm  boyu  yadımdan çıxarmayacağam:
-  O  zaman  Əziz  Əliyev  institutun  rektoru  idi.  Çox 
alicənab,  səmimi  və  təvazökar  bir adam  idi.  Onu  da  de­
yim  ki,  mən  sadə  bir  zəhmətkeş  ailədə  böyüyüb  tərbiyə
____
Azərbaycançılıq  və vətənpərvərlik  məfliurəsi
____
so 
513
 ca

almışdım.  Bakıya  gəlib  tibb  təhsili  almağım  heç  də  asan 
başa 
gəlməmişdi.  Sənədlərimi 
aspiranturaya 
təqdim  
edəndə,  məndən  başqa  beş  nəfər  də  var  idi,  altı  nə fər 
sənəd  vermişdik.  “Daxili  xəstəliklər"  bölməsinə  bir  y e r 
ayrılmışdı,  müsabiqə  ciddi  idi.  Mən  isə  gecə-gündüz 
oxuyur,  çalışır,  imtahanlara  həvəslə  hazırlaşırdım.  İmta­
hanlara  4-5  gün  qalmış  kadrlar  şöbəsinin  müdiri  məni 
yanına 
çağırdı.  Soruşdu 
ki, 
sən  Gəncədən  gəlmi­
sən?  Dedim,  bəli.  Şöbə  müdiri  cavabında  “Sənədlərini 
götür  get,  vaxtını  boş  yerə  burda  keçirmə.  Çünki  sən 
keçm əyəcəksən” - dedi.
Mən  narahatlıqla  maraqlandım  ki,  niyə  keçməyə­
cəyəm?  Bildirdi  ki,  həmin  yerə  bir  nazirin  bacısı  oğlu  sə­
nəd  verib,  o  keçəcək.  Çox  pərişan  oldum.  Fikirləşdim  ki, 
nə  edim?  Düşünüb,  dərdimi  rektora  deməyi  qərara 
aldım.  Əziz  Əliyev  gəldi  və  məni  qəbul  etdi.  Sənədlərimi 
geri  götürmək  istədiyimi  deyəndə  səbəbini  soruşdu.  Han­
sısa  nazirin  bacısı  oğlunun  imtahanlardan  keçiriləcəyinin 
öncədən  mənə  deyildiyini  və  buna  görə  də  imtahanlara 
girməkdən  imtina  edib  Gəncəyə  qayıtmaq  istədiyimi  ona 
bildirdim.  Əziz  Əliyev  cavab  verdi  ki,  sən  heç  kimə  qulaq 
asma,  get,  imtahanlara  yaxşı  hazırlaş,  yüksək  bilik 
nümayiş  etdirsən,  keçəcəksən.  İmtahanlara  heç  bir  nazir 
- filan  təsir göstərə bilməz.
Mən  əvvəlki  imtahanlardan  “5"  qiymət  aldım. 
Bir az ehtiyat  etdiyim  fənn  fəlsəfə  idi.  Bilet  çəkib  otur­
dum.  Suallar  ətrafında  düşünür,  onları  cavablandırmağa 
hazırlaşırdım.  Birdən  imtahanın  gedişinə  nəzarət  etmək 
üçün  Əziz  Əliyev  içəri  daxil  oldu.  İmtahan  komissiyasının 
sədrinə  sənədlər  verib  geri  dönərkən  təsadüfən  gözləri 
mənə  sataşdı.  Üzünü  müəllimlərə  tutub  “Bu  gəncəli 
balası  yaxşı  oğlana  oxşayır” - deyib,  getdi.
________________
Reyhan  Mirzdzadd
________________
so 
514
 ea
Biletin  suallarına  cavab  verdikdən  sonra  müəllimlər 
əlavə  suallar  vermədən  mənə  “5”  yazdılar.  Nazir  qohu­
munun  imtahanlarda  zəif  cavab  verib  “3”  qiymət  aldığını 
görəndə,  bir daha  anladım  ki,  doğrudan  da  Əziz  Əliyevin 
rəhbərlik  etdiyi 
institutda  ən  yüksək  meyar  bilik, 
düzgünlük, saflıq, zəhmət və ədalətdir.
İstər  ikinci  Dünya  müharibəsindən  əvvəl,  istərsə  də 
müharibədən  sonrakı  illərdə  Əziz  Əliyev  milli  tibb 
elmimizin,  səhiyyəmizin  inkişafında  misilsiz  xidmətlər 
göstərib.  İnsanların,  xalqın  sağlamlığının  qayğısına  qa­
lıb.  Minlərlə  vətəndaşı  sağaldıb,  onları  yenidən  işıqlı 
həyata  qaytarıb.  Xalq  Səhiyyə  Komissarlığı  müalicə  şö­
bəsinin  müdiri,  Bakı  Səhiyyə  şöbəsinin  müdiri,  Xalq 
Səhiyyə  Komissarının  müavini,  Xalq  Səhiyyə  Komissarı, 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin 
katibi  vəzifələrində  çalışarkən  məmləkətimizi  qarış-qarış, 
rayonbarayon,  kəndbəkənd  gəzib,  səhiyyəmizin  prob­
lemlərinin aradan qaldırılması  ilə yaxından  məşğul olub.
Akademik  Mustafa  bəy  Topçubaşov  Əziz  Əliyevin 
fədakar əməyi ilə bağlı xatirələrinin  birində yazır:
"Səhiyyə  Komissarlığının  növbəti  kollegiyası  keçiri­
lirdi.  Qoyulan  məsələlərdən  biri  ucqar  kənd  rayonlarında 
işləyən  bir  cərrah  barəsində  idi.  Həmin  cərrahın  apardığı 
tibbi  əməliyyat  zamanı  artıq  qan  itirən  hamilə  qadın  vəfat 
etmişdi.  Cərrah  qadının  ölümünün  əsas  səbəbini  xəstə­
xanada  qanəvəzedicisinin  olmaması  ilə  izah  edirdi.  Əziz 
Əliyev  etiraf  etdi  ki,  doğrudan  da  respublikada  bir  çox 
dərmanlar  və  o  cümlədən,  qanəvəzedicisi  çatışmır.  Bir­
dən  o,  cərrahdan  soruşdu:  “Bəs  özünüz  necə,  qanınız 
normaldır?"  Cərrah  cavab  verdi  ki,  deyə  bilmərəm,  ancaq 
narazı  deyiləm.  Əziz  Əliyev  bildirdi  ki,  mənsə  narazı­
yam.  “Narazısınız?” - deyə  cərrah  soruşdu.  Əziz  Əliyevin 
“Bəli.  Deyin  görüm,  indiyə  qədər qanköçürmə  məntəqəsi­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
515
 ca

nə  nə  qədər  qan  vermisiniz?"  sualına  “Nə  qədər  q a n  
vermişəm?...”  -  deyə  cərrah  duruxdu,  söz  tapmadı.  Ə ziz 
Əliyev  dilləndi:  “Siz  də  soruşa  bilərsiniz  mən  nə  qədər 
qan  vermişəm?  indi gedərik mərkəzə,  öyrənərsiniz..."
Kollegiya  qurtarandan  sonra  qanköçürmə  mərkə­
zinə  getdik.  Əziz  mərkəzin  girəcəyində  bizi  qarşılaşdığı 
ağxalatlı  ədama göstərib  dedi:
-  Sizə  bir  qrup  donor  gətirmişəm.  Əməliyyata 
başlayın!..
Özü  isə  bizdən  100  qram  artıq  qan verdi,  öyrə n d ik 
ki,  həqiqətən,  o,  donor  idi.  İldə  azı  1  litr  qan  verirdi.  Bunu 
isə  mən  də  bilmirdim...”
Görkəmli  alimin  tibb  elmimizə  bəxş  etdiyi  böyük 
nailiyyətlər  bu  gün  də  öz  səmərəsini  verməkdədir.  Əziz 
Əliyev  bütövlükdə  87  elmi  əsərin  müəllifi  olub  ki,  onlardan 
70-i təbabətin  müxtəlif sahələrinə,  17-si  isə tarixi və  siyasi 
məsələlərə  həsr edilib.
Tarixçi  alim  Zakir  Sərdarov  yazır  ki,  1941-ci  ilin 
avqustunda  Zaqafqaziya  Hərbi  Dairəsinin  qoşun  hissəsi 
Sovet -  İran  razılığına  əsasən  İranda faşist  agenturasının 
qarşısını  almaq  və  özünümüdafiə  məqsədi  ilə  İran  sər­
hədini  keçib  Təbrizə  daxil  olur.  Ordu  Hərbi  Şurasının 
üzvü  polkovnik  Əziz  Əliyev  orduya  siyasi  rəhbər  təyin 
olunur.
İranda  almanların  təsiri  güclü  idi.  Görüləsi  təd­
birlərdən  biri  faşistlərin  təsiri  altında  olan  doqquz  min 
nəfərlik  kürd  qoşunlarının  sovet  ordusuna  olan  mənfi 
münasibətini  dəyişdirib,  onları  zərərsizləşdirmək  idi.Bu 
məsələ  Əziz Əliyevə  həvalə olunmuşdu.
O,  məlumat  alır  ki,  yaxın  vaxtlarda  kürd  qoşun  baş­
çısının  qardaşının  toyu  olacaq.  Toyun  vaxtını,  yerini 
dəqiq  öyrənən  Əziz  Əliyev,  bəy  və  gəlinə,  onların  kişi və 
qadın  qohumlarının  yaşına,  kürd  xalqının  milli  adət-
_______________
Reyhan Mirzəzadə
____________ ___
so .5/6 ca
ənənə,  qayda-qanunlarına  uyğun  hədiyyələr  hazırlatdı­
rır.  Hədiyyələri  toyun,  mərasimin  hansı  prosesində,  necə 
təqdim  etmək  lazım  olduğunu  müəyyənləşdirir.  El  şənli­
yində  iştirak  edərək,  bütün  şərtlərə  dəqiq  və  vaxtına 
uyğun  əm əl  edir.  Əziz  Əliyevin  düşünülmüş,  ağıllı  hərə­
kəti  böyük  siyasi  səmərə  verir.  Kürd  qoşununun  sovet 
ordusuna  qarşı  münasibəti yaxşılaşır.
1942-ci  ilin  sentyabr  ayında  Dövlət  Müdafiə  Ko­
mitəsinin  sədri  I.Stalinin  əmri  ilə  Əziz  Əliyev  Dağıstan 
Vilayət  Partiya  Komitəsinin  Birinci  katibi  təyin  olu­
nur.  Həmin  vaxt  faşist  qoşunları  Sovet  İttifaqına  hücuma 
keçdikdən  sonra  qısa  bir  vaxtda  xeyli  irəliləmiş,  bütün 
Şimali  Qafqazı  işğal  etmişdilər.  Onlar  Bakıya can  atır, 
Bakı  neftini  ələ  keçirmək  istəyirdilər.  Yeganə  maneə  isə 
Dağıstan  idi.  Neft  Bakısına  yol  məhz  Dağıstandan 
keçirdi.
Əziz  Əliyev  Dağıstanın,  Azərbaycanın  faşist  işğal­
çılarından  qorunması  üçün  misilsiz  işlər  gördü.  Gecəni 
gündüzə  qataraq  iki  mindən  çox  kəndə  gedib  insanlarla 
görüşdü,  onlarla  söhbətlər  apardı,  dağlara,  meşələrə 
çəkilən  gənclərin  yaşayış  yerlərinə  qayıtmasına,  onların 
ön  və  arxa  cəbhədə  şücaətlər  nümayiş  etdirməsinə  nail 
oldu. Tez-tez  əsgər  istehkamlarına  baş  çəkdi,  əsgərlərlə 
birlikdə  gecələdi.  Dəfələrlə  qara-çovğuna  düşdü,  qara 
yapıncısına  bürünərək  gecələri  maşında  keçirdi.  Belə­
liklə,  böyük  qəhrəmanlıqlar  hesabına  Dağıstan  və  Azər­
baycan  işğalçı  faşist  qoşunlarından  mərdliklə  qorun­
du.  Bu  anlarda  Dağıstanın  Xalq  Şairi  Rəsul  Həmzətovun 
sözləri  yada  düşür:  “Mənim  Dağıstanımın və mənim Azər­
baycanımın  şərəfli  oğluna ömrüm boyu  minnətdaram".
Böyük  insanların  böyüklüyü  onların  adi,  sadə 
vətəndaşlarla  rəftarından  bəlli  olur.Dağıstanlı  zəhmətkeş 
bir  əmək  adamı  gördüyü  hadisəni  təsvir  edib  danışır  ki,
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
во 517 GA

Mahaçqaladan  xeyli  aralı  olan  bir  kəndə  piyada  gedir­
dik.  Xalam  və  uşaqları  yanımda  idi.  Yolda  bizi  qəflətən 
bərk  yağış  tutdu.Uşaqları  birtəhər  qucağımıza  alıb  güclü 
yağışdan  qorunmağa  çalışırdıq.  Bir  qədər  keçməmiş  bir 
maşın  gəlib yanımızda saxladı.  Sürücü bizdən soruşdu:
-  Hara  gedirsiniz?
Mən  getdiyimiz  kəndin  adını  dedim.  Maşından 
bir kişi  düşüb  “Gəlin  oturun  maşına”-dedi.  Sonra  sürü­
cüyə tapşırdı:“Apar bunları  o kəndə qoy,  qayıt”.
Yolda  mən  soruşdum  ki,  bu kişi kim  idi?  Sürücü 
cavab verdi:
“Dağıstan  Vilayət  Partiya  Komitəsinin  Birinci  katibi 
Əziz Əliyev".
Müharibə  illərində  Müdafiə  Fonduna  və  hərbi 
texnika  üçün  vəsait  toplanışındakı  xidmətlərinə  görə 
SSRİ  Ali  Baş  Komandanlığı  tərəfindən  Dağıstan  rəhbər­
liyinə  75  dəfə  təşəkkümamə  göndərilir.  Əsgəri  xidmətdə 
olanların  ailələrinə  nümunəvi  qayğı  göstərdiyinə  görə 
Dağıstan  təkcə  1944-cü  ildə  Ali  Baş  Komandanlıq  tərə­
findən  25 dəfə təşəkkür alır.
Dağıstan  həyatından  sonra  Əziz  Əliyevin  parlaq 
ömür  salnaməsi  Moskvada  davam  edir.  1949-1950-ci 
illərdə  o,  Moskvada  ictimai  Elmlər Akademiyasında  təhsil 
almaqla  bərabər,  Ümumittifaq  Kommunist  Partiyasının 
Mərkəzi  Komitəsində  işləyir.  1950-ci  ildə  Əziz  Məmməd- 
kərim  oğlu  Əliyev  Bakıya  dəvət  olunur  və  Azərbaycan 
SSR  Nazirlər  Soveti  Sədrinin  birinci  müavini  vəzifəsinə 
təyin edilir.
Azərbaycan  KP  MK-nın  Birinci  katibi  Mircəfər 
Bağırov və onun  məsləkdaşı  LBeriyanın  “istəyi”  ilə  böyük 
nüfuz  sahibi  olan  Əziz  Əliyev  vəzifəsindən  uzaqlaşdırıla- 
raq Sabunçu xəstəxanasına  işə göndərilir.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin