oa
Uzaq Ana yurdu anıram bu dəm,
Sevincim bir inam yaradır məndə:
Mənim öz yurdumdur bu əziz diyar,
Bakı fəhləsiyəm bu gündən mən də...
Uzun illər bundan əvvəl olsa da, həmin illəri
xatırlayan bakılıların yaddaşından Hindistanın Qucarat
ştatından gələn qonaqlarla görüşü heç bir zaman silinmə
yəcək. Nümayəndə heyətinə şair Ə.Cəfri başçılıq edirdi.
Ə.Cəfri respublikamızdan aldığı təəssüratlardan silsilə
şeirlər yazmışdı. Həmin şeirlərdən ikisini yada salaq.
“Bakı” və “Bakılılara” şeirlərinin misraları insanın qəlbini
riqqətə gətirir:
Bakı, sən adi şəhər, ya canlı ulduzlarla
Gecə-gündüz alışan kəhkəşan bir şəhərsən?
Ya qızıl nəhıisənki dağlardan baş alaraq,
Mavi gözlü dənizlə görüşüb öpüşərsən?
_____________ _______
R eyhan Mit'zəzadə
________________________
...Yolların qıvrım-qıvrım, sevgilimin saçı tək,
Qəlbimizin içindən cığır açıb uzanar
Gözəl Qız qalasının sinəsində sayrışan
Mirvaridir elə bil qoynundakı hər fanar.
Sən hər gün büsat quran Divalisənmi Bakı?
Ya Niyazi eşqinin böyük təntənəsisən?
Ya bəstəkar Tofiqin şirin musiqi dolu,
Qaynar nəğmə çeşməsi, ürəyinin səsisən?
Ağyelkənli qayıqlar bizim hind qızlarının
Kağızdan düzəltdiyi “qayıqlara" bənzəyər.
Onlar uzağa getməz, qayıdar sənə sarı,
Axı sevgi, səadət məbədisən ey şəhər!
fo
284
ca
Sən - Nizami dühası,Təbrizinin nəğməsi,
Vurğun kimi şairin qızıltorpaqlı yurdu.
Nəbi Xəzri bəxş edib öz ilhamını sənə
O füsunkar hüsnünə gözəllik nəqşi vurdu.
İstəyirəm torpağın duyğusu deyim sənə,
Yox, dəyişir, çoxalır, azalır o hər saat
Bəlkə yerin günəşi adlandırım səni mən?
O da gah çıxır-batır, yaddır hüsnünə bu ad.
Sən Qafqaz vadisində Xəzəri qucaqlayan,
Ömrü neçə əsrlik odürəkli Anasan.
Arzum budur həmişə xoşbəxt balalarınla
Belə çiçəklənəsən, belə işıqlanasan!
Nəzərə çatdırım ki, şeirdə əksini tapan Divali-hər il
Hindistanda
keçirilən
atəşfəşanlıq
bayramıdır.“Hind
qızlarının kağızdan düzəltdiyi qayıqlar" fikri - ərə getmək
istəyən hind qızlarının adaxlı tapmaq niyyəti ilə ildə bir
dəfə ağ kağızdan “qayıq" düzəldib çaya buraxması
inancına işarələnib.
“Bakılılara” şeirindən:
Mənim Ana yurdum tək nə böyükdür yurdunuz,
Mehriban qəlbiniz tək mehriban eliniz var.
Məhəbbətlə ölçülür ucalığı insanın
Hər Bakı sakininin gözündə bir od yanar.
...Bakılı dost, zülmətin pərdəsini üzündən
Öz əlinlə bilirəm, həmişəlik atmısan.
Keçib nur dənizindən qəlbindəki baharla
Qışbilməz, xəzanbilməz gülüstan yaratmısan.
A zərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_______
ю
285 ca.
R eyhan Mirzəzadə
.
Çıraq tutub yoluna öz qəlbinin odundan,
Sən süd arxı çəkmisən dağ çapan Fərhad kimi.
İlhamın bir günəşdir-bilməz nədir soyumaq,
Safsan məhəbbət kimi, güclüsən həyat kimi.
Salam deyirəm sizə - haqq, ədalət naminə
Canını qurban verən igidlər, qəhrəmanlar!
Salam deyirəm sizə dünənki arzuları
Bu gün çiçəkləndirib sabaha yol açanlar!
...Qulaqlarımda sanki həzin hind musiqisinin zərif
melodiyaları səslənir. Gözəl və ahəngdar hind nəğmələri
dünyanın çox yerində olduğu kimi, Azərbaycanın da
musiqi həyatında mühüm yer tutub. Dünya şöhrətli sə
nətkar Rəşid Behbudov, unudulmaz müğənni Şövkət
Ələkbərova, istedadlı xanəndə Elmira Rəhimovanın ifa
larında hind musiqi və mahnıları özünəməxsus incəliyi ilə
ürəkləri həmişə riqqətə gətirib. Hələ 1956-cı ildə Hin
distan Respublikasının Prezident müavini Sarvapallı Rad-
xakrişnan Bakıda olarkən konsert proqramında iştirak
edib demişdi:"...Dünənki konsert göstərdi ki, sizin hind
xalqlarının mədəniyyətinə olan marağınız nə qədər bö
yükdür. Əmin ola bilərsiniz ki, bizim ölkənin xalqları da
sizin haqqınızda, mədəniyyətiniz haqda çox şey öyrən
mək istəyir. Burada, Azərbaycanda olmaq bizdə böyük və
dərin təəssüratlar yaratdı”.
Və yenidən hind musiqişünaslarının korifey sənət
karımız haqqında dediyi sözlər yada düşür:"...Rəşid
Behbudov kamil sənətkardır. O, burada olarkən Azər
baycan musiqisini iliyimizə yeritmişdir".
яо
286
oa
Əsrlərdən bəri bir-birinə qarşılıqlı ehtiram bəsləyən
xalqlarımızın yadigar irsinə xidmət göstərmək isə hər
birimizin vətəndaşlıq borcudur.
______
A zə rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi
“Yeni təfəkkür” qəzeti,
26 yanvar 2006-cı il
sn287 ca
DÜHALAR DİYARI
25 mart -Yunanıstanın müstəqillik günüdür
Bəşər elmi və mədəniyyətinə misilsiz töhfələr bəxş
edən Yunanıstanı (İtaliya ilə bərabər) Avropa “sivilizasi
yasının beşiyi” adlandırırlar.
Hələ bizim eradan əvvəl III əsrdə ümumyunan birliyi
və ümumyunan dili yaranıb. Yunandilli əhali “ellinlər”,
onların yaşadıqları ərazi “Ellada" adlanıb.
1991 -ci ildə bütün dünya ictimaiyyəti Elladada
yaranan demokratiyanın 1500 illiyini təntənəli şəkildə
qeyd etdi. Həmin dövrdə Yunanıstanın şimalında yaşa
yan yalnız bir ellin tayfasına “qreklər” deyilirdi. Buna
baxmayaraq, romalılar Yunanıstanda yaşayanların hamı
sını dünyaya qrek adı ilə tanıtdırmışdı.
Tarixdən məlumdur ki, ellinlər Avropa xalqlarının
elmi, mədəniyyəti, xüsusilə incəsənəti və ədəbiyyatında
özünəməxsus tarixi izlər qoymaqla, güclü sivilizasiya
yaratmışlar. Bir çox elmlərin əsası onların dövründə
qoyulduğundan, elmi terminlərin əksəriyyəti qədim yunan
sözlərinin kökündən əmələ gəlmişdir. Qədim yunan fə l
səfəsi hələ bizim eradan əvvəl VII-VI əsrlərdə quldarlıq
cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaran
mışdır. Dünya ictimaiyyətinin böyük ehtiramla yanaşdığı
Sokrat, Platon, Aristotel, Herodot və digərlərinin bəşə
riyyət qarşısında böyük xidmətləri olmuşdur.
Qədim Yunanıstanın tarixini oxuyanda buradakı
tərbiyə sistemləri marağıma səbəb oldu. Attika əyalətində
(Vil-Vəsrlər) Afina şəhər - dövləti yerləşirdi. Burada
yaranmış tərbiyə sistemi - Afina tərbiyəsi qədim Yunanıs
tanda ən məşhur tərbiyə sistemlərindən biri idi. Afina
tərbiyəsi dövrünə görə daha demokratik sistem olub, əqli,
əxlaqi, estetik və fiziki tərbiyəni bir vəhdətdə götürürdü.
ю
2 8 8
oa
______________________
R e yh an M irzəzad ə
________________________
Eramızdan əvvəl VII-IV əsrlərdə isə Sparta dövlət
tərbiyə və təlim sistemi barədə bir qədər ətraflı bəhs
etmək istəyirəm.
Spartanın əsasını Lakoniyada (qədim Yunanıstanda
Peloponnesin cənub-şərqində vilayət adı idi.Eramızdan
əvvəl V-IX əsrlərdə Lakoniya ərazisində ehtimal ki, iki
icmanın- dori və axay icmalarının birləşməsi nəticəsində
Sparta məskəni yaranmışdı.) hakimiyyəti irsən 1500 il
davam etmiş Lakedomon qoymuş və öz sevimli arva
dının adını şəhərə vermişdi. Sparta eramızdan əvvəl 431-
404-cü illərdə Yunanıstanda hegemonluğa sahib idi.
Ellinizm dövründə Sparta zəifləmiş və Romanın təşkil
etdiyi Axey əyalətinin tərkibinə daxil edilmişdi.
Spartanın tarixi şöhrəti buradakı polisin özünə
məxsus dəyərli xüsusiyyətləri ilə də səciyyələnirdi. Spar-
tanın polisləri heç bir zaman qarışıqlıq, iğtişaş törədib,
yaxud digər cinayətlər edib məsuliyyətə cəlb olunası
vətəndaşla qarşılaşmamışdı. Ordusu düşmən qarşısında
heç vaxt geri çəkilməmişdi.
Oğulları vuruşda həlak olan spartalı qadınlar həmin
döyüş meydanına gedir, övladlarının hansı yerindən ya
ralandığına diqqət edirdilər. Sinəsindən yaralanan döyüş
çülərin anaları qürurla ətrafdakılara baxır, övladlarını ata -
baba məzarlığında şərəf və ehtiramla dəfn edirdilər. Ar
xadan, kürəyindən güllə yarası alan hərbçilərin anaları
utandığından hönkür-hönkür ağlayaraq qaçıb gizlənməyə
çalışır, ölünü dəfn etməyi başqalarına həvalə edirdilər.
Sonralar hakimiyyətdə olan Likurq spartalıların hə
yat tərzinin qaydası barədə xüsusi sərəncam vermişdi:-
bütün spartalılar, sadə vətəndaşlardan tutmuş çara qədər
hamısı eyni şəraitdə yaşamalı idi. Xüsusi əmretmədə
evlərin necə tikilməsi, geyimlərin necə olması göstərişi
verilirdi. Geyimlər o qədər sadə olmalı idiki, əsla bər
______
A zərb aycançılıq və vətənpərvərlik m əfkurəsi
_______
so
289
оз
bəzəyə, dəbdəbəyə yer verilməməli idi. Hətta evdə bişən
xörəklər də hamıda eyni olmalı idi.
Belə olan vəziyyətdə spartalılarda var-dövlətə, təm
tərağa olan münasibəti tamamilə soyumuşdu. Onsuzda
bunlardan istifadə etməyə imkan yox idi. İnsanlar onlar
üçün əlçatmaz olan şeylərə nail olmaq barədə deyil,
yalnız öz dövlətləri haqqında düşünürdülər. Spartanın
heç bir yerində kasıbçılıq varlılıqla qonşuluq etmirdi.
Buna görə də heç kəsdə paxıllıq və həsəd hissi, tam ah
karlar arasında rəqabət yox idi. Əgər hər hansı bir gənc
çox ucuz qiymətə, yaxud da havayı torpaq sahəsi əldə
edirdisə, onu dərhal məhkəməyə verirdilər. Ittihamna-
mədə deyilirdi ki, bu vətəndaşın hələ çox gənc olmasına
baxmayaraq, o, öz mənfəəti barədə düşünərək yolunu
azıb. O dövrdə fayda, qazanc hər bir Sparta sakininin
düşməni idi.
Spartada uşaqların tərbiyəsi vətəndaşın ən ümdə
vəzifələrindən biri sayılırdı. Keşikçi kimi xidməti vəzifə
daşıyan spartalının üç oğlu vardısa, o, bu xidmətdən
azad olunurdu. Beş oğul atası isə bütün xidməti borcla
rından azad olunurdu. Yeddi yaşından etibarən spartalı
uşaqlar artıq ailəsinə mənsub deyildi. Uşaqlar valideynlə
rindən ayrılaraq ictimai həyata başlayırdılar. 20 yaşadək
oğlanlar hərbi sahəli dövlət internatlarında həmvətənləri
tərəfindən tərbiyə olunsa da, onlara xüsusi təhkim
olunmuş senzorlar nəzarət edirdi.
Sparta tərbiyəsi uşaqlarda oxumaq, yazmaq, qısa
və dəqiq danışmaq qaydalarının mənimsənilməsindən,
fiziki cəldlik, onların hərəkətlərində ahənglik yaradan
müxtəlif bədən tərbiyəsi və idman növlərinin, hərb sənə
tinin öyrənilməsindən, xorda oxumaq, musiqi alətində ifa
etmək bacarığı aşılanmasından və ovçuluq təlimlərindən
_________________Reyhan_Mirzəzadə___________________ю__290_c_«'>_______________
Reyhan Mirzəzadə
_________________
ю
290
c «
ibarət idi. Belə tərbiyə sistemi ailədə böyüyən qızların da
fiziki inkişafını nəzərdə tuturdu
Uşaqları adətən az qidalandırırdılar. Çünki burada
qanunla köklüyə icazə verilmirdi. Əgər hansısa yeniyetmə
güclü və möhkəm idi, o, təriflənirdi. Kiminsə bədənində
boşluq və bürüşüklük tapılırdı, xarici görkəmi Spartanı,
onun qanunlarını rüsvay etdiyinə görə həmin yeniyetmə
cəzalandırılırdı.
Spartada nikah da qanunlara tabe idi. Şəxsi hisslər
heç bir əhəmiyyət daşımırdı. Çünki bütün bunlar dövlət işi
idi. Nikaha yalnız fiziki cəhətdən bir - birinə uyğun gələn
və dünyaya sağlam uşaqlar gətirə biləcək gənclər daxil
ola bilərdi. Xarici görkəmləri uyğun olmayan oğlan və
qızlara nikaha girməyə icazə verilmirdi.
Uşaqlarda və yeniyetmələrdə dözümlülük, mətinlik,
məhrumiyyət və çətinliklərdən qorxmamaq kimi keyfiy
yətlər aşılayan tərbiyə sisteminə indi də məcazi mənada
Sparta tərbiyəsi deyilir.
Yunanıstanın qədim tarixindən danışarkən təbiiki
Olimp və Olimpiyadan söz açmamaq mümkün deyil.
Olimp qədim yunan mifologiyasında Müqəddəs Dağ,
Zevs başda olmaqla, Allahların məskəni hesab olunurdu.
Burada bütün Allahlar Zevsə tabe olmuşdur. Onun
yüzlərlə epiteti, ən geniş yayılmış emblemi isə şimşək və
qartal idi.
Zevs insanların birliyinə çalışır, köməksizləri, incidi-
lənləri daim müdafiə edirdi. O, həmçinin onun ilahi fikir
lərini, xoş məramlarını həyata keçirən çoxsaylı qəhrəman
oğulların atası idi. Onun övladları - Herakl, Pepsey, Dios-
kurlar, Sarpedon Yunanıstanda məşhur hökmdarlar, Mi
nos, Radamanf və Eok isə tanınmış müdrik simalar
olmuşlar.
___
A zd rb ayca n çılıq və vətənpərvərlik m əfkurəsi
_______
8 0
291
G8
Yunanların qədim əfsanələrinə görə, dövlətçiliyin
yaranması, əxlaq normalarının və qaydaların bərqərar
olmasında Zevsin böyük xidmətləri var idi. İnsanlara
məxsus olan və formalaşan abır, həya, vicdan, səm im i
ünsiyyət də onun aşıladıgı mənəvi prinsiplər kimi təbliğ
olunurdu.
Qədim Yunanıstanın ən məşhur, ən cazibədar
abidəsi olan Olimpiya Kiparisiakos körfəzinin sahilləri
yaxınlığında yerləşir. Bura qədim yunan şəhəri olmaqla,
həm də dini mərkəz, qeyd etdiyim kimi, qədim yunanların
baş Allahı Zevsə sitayiş və ona həsr edilmiş Olimpiya
oyunlarının keçirildiyi yer idi. Olimpiyanın mərkəzində
Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli yerlə
şirdi. Əzəmətli heykəl dünyanın yeddi möcüzəsindən dör
düncüsü idi. Böyük heykəltəraş Fidi tərəfindən yaradılmış
heykəl qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib
qiymətli daş-qaşlarla bəzədilmişdi. 14 metrlik nəhəng
heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi.
Başındakı
zeytun
budaqlarından
hazırlanmış
çə
ləng xalis qızıldan idi. Bu, zəhmli Allahın sülhsevər olma
sına işarə verirdi. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil
sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi,
saçları və saqqalı da qızıldan idi. Fidi Zevsə nəcib insan
görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla
haşiyələnmiş sifəti insana təkcə ciddilik deyil, həm də
xeyirxahlıq təsiri bağışlayırdı.
Olimpiya şəhəri 426-cı ildə Roma imperatoru II
Feodosinin əmri ilə yandırılmışdı. Salamat qalmış tikili və
heykəllər sonralar baş vermiş güclü zəlzələlər nəticəsində
dağılmışdı. XIX əsrdə fransız və alman arxeoloqlarının
apardığı sistematik qazıntılar zamanı Olimpiyanın nümu
nələri aşkar olunmuşdu.
_______________
Reyhan Mirzazadə
_________________
ю
292
oa
ilk olimpiya oyunları Yunanıstanda eramızdan əvvəl
776-cı ildə keçirilmişdi. Yunanlar əsas idman növləri üzrə
dörd ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar.
Dörd at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12
dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri xüsusi
mərasimdə Zevsin başında təsvir olunan zeytun ağacının
budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar.
Olimpiya oyunlarında yalnız varlı təbəqənin nümayən
dələri iştirak edə bilərdi. Çünki kasıbların belə yarışlara
hazırlaşmağa imkanı olmurdu. Yarışlarda iştirak, yaxud
onlara tamaşa etmək qadınlara icazə verilmirdi. Olimpiya
oyunlarında on minlərlə adam iştirak edirdi. Beş gün
davam edən yarışlar zamanı müharibələr dayandırılır
dı. Sonralar Bizans imperatoru I Feodosi Olimpiya oyun
larını qadağan etdi.
Yeri gəlmişkən qeyd edim ki, ilkin dövrlərdə keçirilən
Olimp oyunlarına dini və siyasi baxımdan yanaşırdılar.
Roma işğalı zamanı olimpiadalar dayandırılsa da, XIX
əsrin sonunda ənənə yenidən canlandı və 1896-cı ildə
Afina şəhərində ilk Dünya Olimpiadası keçirildi. Hazırda
dörd ildə bir dəfə hansı ölkədə olmasına baxmayaraq,
Olimpiya oyunlarının məşəli Yunanıstanda günəş şüala
rından odlanmış alovla yandırılır, okeanlardan və mate
riklərdən keçirilərək, yarış yerinə çatdırılır.
Yunanıstan həm də teatrın vətənidir.Yunanların
teatra olan böyük məhəbbət və marağı xeyli tarixi mən
bələrdə əksini tapıb. Bunlardan birini təqdim edirəm:
“Miladdan əvvəl, 470-ci il idi. Afina böyük hadisəyə
hazırlaşırdı. Marafon və Salamin döyüşlərinin qəhrəmanı,
13 dəfə dram əsərləri yarışında qalib gəlmiş və 70-dən
artıq faciə müəllifi olan 55 yaşlı Esxilin “Fivaya qarşı
yeddilər” faciəsi tamaşaya hazırlanırdı. Nəhayət, tamaşa
günü gəlib çatdı və məşhur Afina amfiteatrı ağzına kimi
_______
A zə rb a y c a n ç ılıq va vətənparvarlik m afkurasi
_______
k
>293
g
&
adamla doldu. Afinanın ən böyük siyasi xadimləri,
sərkərdələri, şair və dramaturqları, filosof və tarixçiləri-
Efialt və Periki, Anaksaqor və Sofokl, nəhayət, bir-biri
lərinin amansız siyasi düşmənləri olan Aristid və Fe-
mistakl - Afina dövlətinin bu iki nəhəng rəhbəri tribu
nalarda oturmuşdular.
Tamaşa başlandı. Qüdrətli aktyorların Afina və
Elladanın müasir həyatına və adamlarma aid hər kəlməsi
tamaşaçılar arasında coşqun əks-səda oyadırdı...”
Bu məqamlarda qeyd etməyə bilmərəm ki, müasir
Azərbaycan teatrları da qədim yunan pyeslərinə həvəslə
müraciət etməkdədirlər. Bu ondan irəli gəlir ki, Azər
baycan teatrsevərlərini ümumbəşəri problemlər və həyat
həqiqətləri mövzusu daim düşündürür. Odur ki, Evripidin
“Medeya”, Sofoklun “Antiqona” faciələri xüsusi əhə
miyyətə malikdir. Hər iki əsər Azərbaycan səhnəsində
tamaşaya qoyulub uğur qazanmış, tamaşaçılar tərəfindən
sevilmiş, hətta “Antiqona” vaxtilə Respublika Dövlət Mü
kafatına layiq görülmüşdü. Bu ondan irəli gəlir ki, yunan
eposu, ədəbiyyatı və incəsənəti əsrlər boyu bəşəriyyətin
mənəvi həyatında böyük rol oynamış, müdrikliyi, bədii
kamilliyi ilə bu gün də yeni nəsilləri məmnun etməkdədir.
Yunan əlifbası bir çox əlifbaların, o cümlədən rus
əlifbasının əsasını təşkil edib. Çoxlu yunan sözləri müasir
dillərə keçib. Qədim yunanların ecazkar tikililəri, abidə və
heykəlləri sonrakı dövr dünya memarları üçün nümunə
olub. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün
Homerə istinad edilən “llliada" və “Odisseya” poemala
rının əhəmiyyəti o qədər böyükdür ki, həmin əsrlərə məhz
Homer dövrü deyilir, “llliada” (əsər 15695 sətirdən
ibarətdir) və “Odisseya” uzaq keçmişin dili, qədim tarixin
müvafiq xüsusiyyətləri və milli ruhu baxımından çox şeyi
özündə əks etdirə bilib. Hər iki eposda zəngin şifahi poe
_______
R eyhan M ir z ə z a d ə
______________________
so
294
ca
ziya ənənələri qorunub saxlanılıb. Miken dövründə yazılı
ədəbi mətnlərin olmaması tədqiqatçılar üçün işi nə qədər
çətinləşdirsə də, yalnız Homerin poemaları sayəsində
Miken dövrü haqqında müəyyən məlumatları əldə etmək
mümkündür.
Yunanıstanda tarix elminin əsası eramızdan əvvəl
V əsrdə qoyulub. Həmin dövrdə yunan tarixçisi Herodot
“Tarix” əsərini yazmış, Plateya vuruşmasına qədər olan
dövr haqqında sanballı məlumatlar vermişdi.
Midiya əfsanələrini də ilk dəfə Herodot qələmə
almışdı. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar
haqqında da maraqlı faktlar var. Əlavə edim ki, yunan
müəlliflərindən Strabon, Eratosfen, Mitilenli Feofan, Miletli
Hekatey, Ptolomeyin əsərlərində də qədim Azərbaycan
haqqında əhəmiyyətli məlumatlar olub. Qədim Roma
filosofu, siyasi xadimi, natiqi, şərəf və düzlüyü ədalətin
təməli hesab edən ən vicdanlı və ədalətli hakimi Mark
Tulli Siseron əbəs yerə Herodotu “tarixin atası” adlan
dırmamışdı. Herodotla bərabər, Fukidid və Ksenofon da
yunanların iki əsr ərzində apardığı müharibələrin tarixini
dahiyana şəkildə əks etdirdiklərinə görə, onların kitabları
bütün dünya tarixçiləri üçün örnək olaraq qalmaqdadır.
Məlumdur ki, antik yunan ədəbiyyatının banisi
Homer “Odisseya”nı “llliada’ dan xeyli əvvəl qələmə alıb.
Hər iki əsər hekzametrlə idi) yazılıb. 12 110 sətirdən
ibarət olan “Odisseya” antik yunan naşirləri tərəfindən 24
kitaba bölünüb. Poema məişət və nağıl materialları üzə
rində qurulub. Hələ eramızdan əvvəl III əsrdə həmçinin
“Odisseya” Roma ədəbiyyatının ən böyük abidələrindən
birinə çevrilib. Orta əsrlərdə epos ancaq Bizansda məş
hur olub, sonralar XV-XVI əsrlərdə poemanın nağıl -
mifologiya ənənələrindən bir sıra sənətkarlar bəhrələnib.
Höte, Şiller və başqaları burjua dünyası eposunun nəzə
_______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
80
295
ca
riyyəsini hazırladıqda, bir mənbə kimi bu qüdrətli əsərə
də müraciət etmişlər.
“Odisseya” dünyanın bir çox xalqlarının dilinə tə r
cümə olunub. Azərbaycan oxucuları əsərin əvvəlcə ayrı-
ayrı hissələri ilə tanış olmuş, sonralar epos bütöv şəkildə
nəfis tərtibatla, kütləvi tirajla “Azərbaycan” nəşriyyatı
tərəfindən çap edilib. Əsəri rus dilindən şair Ələkbər Ziya-
tay tərcümə edib.
Unudulmaz ədibimiz Mikayıl Rzaquluzadə hələ
1926-1927-ci illərdə “İlliada” əsəri ilə maraqlanıb. Əsərin
müxtəlif variantlarını hissə-hissə Ana dilimizə tərcümə
edib. Sonra eposun bəzi parçalarını 1948-ci ildə “V.
Belinski” kitabında, 1950-ci ildə “Antik ədəbiyyat” müntə-
xabatında çap etdirən Mikayıl Rzaquluzadə, 1978-ci ildə
eposun Azərbaycan dilinə bütöv tərcüməsi və nəşrinə
nail olub.
Düşünürəm ki, bu adı xatırlayanda oxucunun çöh
rəsinə təbəssüm qonacaq: Hippokrat! Tibbin atası, tibb
elminin banisi sayılan qədim yunan həkimi. Bu gün dünya
həkimlərinin peşə andı məhz onun adı ilə bağlıdır.
Məşhur bir Şərq məsəlində deyilir ki, yaxşı həkim, yalnız
yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz Elə Homer
də vaxtilə “illiada"da yazırdı:“Məharətlə müalicə edən bir
həkim ömrü çox-çox insan ömrünə dəyər”. Eramızdan
əvvəl 460-360-cı illərdə yaşamış Hippokrat tərəfindən
peşəkar tibbi etikanın əsasını təşkil edən bəzi davranış
qaydaları və mənəvi-əxlaqi ehkamlar yazılmışdır ki, bu,
bəşəriyyətə “Hippokrat andı" kimi məlumdur.
Hippokrat hesab edirdi ki, həkim pula meylli ol
mamalı, vicdanlı, alicənab, təmizkar, müxtəlif qüsurlardan
uzaq, Allah qarşısında xürafat qorxusunu inkar etmək
kimi xüsusiyyətlərə malik olmalıdır.
Dostları ilə paylaş: |