_______________
Reyhan Mirzdzadd
________________
so
27(1
oa
"Sanqitaratnakada" adlı musiqi risaləsində göstərilir ki,
musiqi insana ruh verir, ürəkləri həyəcanlandırır, şər
qüvvələri uzaqlaşdırır. Hindistanda elə bir məclis olmaz
kı, orada oxuyub - oynamasınlar.
Hind musiqisi Azərbaycan xalq musiqisinə çox
yaxındır. Hindistanın böyük dövlət xadimi Cəvahirləl
Nehru özünün “Hindistanın kəşfi" adlı elmi əsərində mü
səlman musiqiçilərinin sənətkarlığından danışır və gös
tərir ki, onlarla hindli musiqişünaslar arasında yaxın
yaradıcılıq, dostluq əlaqəsi olmuşdur.
Hind xalqı öz gözəl musiqisini min illərdən bəri
qoruyub inkişaf etdirmişdir. Mütəxəssislər bildirir ki, hind
musiqisi öz kökünü raqalardan-muğamlardan alır. Raqa-
lar, yəni köklər hind musiqisinin əsasını təşkil edir. Azər
baycanın milli mədəniyyətinə məxsus “Mahur” muğa
mının üç min il əvvəl Hindistanda yaradıldığı məlumdur.
Müasir hind musiqisini dinləyərkən raqaların, xüsusilə
"Mahur” muğamının bütün hind musiqisində nə qədər
mühüm yer tutduğunu aydın görmək olar.
Hindistan və Azərbaycan arasında mövcud olan
mədəni əlaqələr XIII-XIV əsr Azərbaycan tarixçilərinin
əsərlərində də öz əksini tapmışdır. Alimlərimizdən Rə-
şidəddin 600 il əvvəl yazdığı “Cameüt-təvarix” kitabında
Hindistan, Çin, Monqolustan və başqa ölkələrin tarixindən
ətraflı bəhs etmişdir.
Azərbaycan alimi Zeynalabdin Şirvani Hindistanı
gəzmiş, gördükləri barədə üç kitab yazmışdı. O, hind
alimləri ilə görüşmüş, Hindistanın əfsanələrini, musiqisini,
memarlığını bəyənmiş, təqdir etmişdi. Onun “Cənnət bağı
səyahətləri" (“Riyazüs səyahə”), “Səyahət bağlan” (“Hə-
dayqus səyahə”), “Səyahət bağı" (“Bustanüs səyahə")
əsərlərində hind xalqı, Hindistan haqqında maraqlı fikirləri
vardır. O, bu əsərlərində Hindistanı cənnət adlandırır,
______
A zə rb ayca n çılıq və vətənpərvərlik məfkurəsi
so
271
ca
gözəl hind sənətindən danışır, hind adət-ənənələri, el
şənliklərindən bəhs
edirdi. Bütün bunlardan həvəslə
söhbət açan Zeynalabdin Şirvani, eyni zamanda hind
xalqının başı üstündəki ingilis imperializmini kəskin ifşa
edirdi.
XIX əsrin ikinci yarısından başlayaraq hind ədə
biyyatında, habelə hind poeziyasında dönüş dövrü baş
lanmışdı.
Xalq
kütlələri
fəallaşdıqca,
müstəmləkə
zülmünə və onun mənfur qanun-qaydalarına qarşı milli is
tiqlaliyyət uğrundakı mübarizələr genişləndikcə, ədəbiy
yatda da yeni ideya və formalar yaranırdı. Hind şeirində
başlanan yeni istiqamətin görkəmli nümayəndəsi Bxa-
ratend Xarişçandra öz satirik şeirlərində, siyasi yazı və
məqalələrində zülm və əsarətə qəzəblə nifrət edirdi.
“Hindistanın dərdi" adlı əsərində o, ölkənin bədbəxtliyini
qəlbindəki yaraya oxşadır və yadların hökmranlığını ən
böyük biabırçılıq və təhqir adlandırırdı. Bütün ölkədə
hökm sürən aclığı, talan və ağır vergiləri ürək acısı ilə qə
ləmə alaraq, xalqı qaranlıq gecələri işıqlı gündüzlərə
çevirməyə çağırırdı. Onun “Qanqa” adlı şeiri Ana Vətənə,
onun füsunkar təbiətinə məftun olan bir şairin könül
mahnısı kimi səslənirdi.
Hind şeirinin ən böyük nümayəndələrindən biri
Svalen Vivekananddır. Onun ictimai və ədəbi fəaliyyətinə
yüksək qiymət verən Rabindranat Taqor yazmışdır ki,
Hindistanı başa düşmək istəyənlər, gənc nəsildə Vətənə
məhəbbət və sədaqət duyğusu, onun keçmişi üçün iftixar
və parlaq gələcəyi üçün ümid hissi oyadan bu böyük
sənətkarı oxumalıdırlar.
XX əsrin böyük şairi Məhəmməd İqbalın adı Hin
distanın hər yerində dərin hörmətlə çəkilir. Klassik hind
ədəbiyyatının vətənpərvərlik kimi nəcib ənənələrini inkişaf
etdirən şairin “Bizim Hindistan” şeiri dillər əzbəri olan bir
_______________________
R e yh an M irzəzad ə
_______________________
in 272
ce
xalq mahnısına çevrilmişdi. Bu şeir həcmcə kiçik olsa da,
böyük bədii təsir qüvvəsinə malikdir. O, böyük və unu
dulm az şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri kimi
xalqın iftixar duyğularını tərənnüm edərək ürəkləri riqqətə
gətirir.
Hind xalqının azadlıq mübarizəsindən danışarkən
böyük vətənpərvər Tilakın xatirəsini yad etməmək müm
kün deyil. 0, xalq arasında “Purna svarac”ı, yəni İngiltərə
müstəmləkə ağalığından tamamilə azad olmaq şüarını
irəli sürmüşdü.
Şair Xarindranat Çattopadxayyanın “Yalan” şeiri
isə... Böyük öyüddür, çox böyük:
Şairsən, şeirində vəsf eyləyirsən
Sərin kölgələrin şeiriyyətini.
Baxıb qızıl rəngli üfüqlərə sən-
Sevirsən göylərin ülviyyətini.
Söylə,dinlədinmi barı bircə an
Bu ac qadınların ahu-zarını?
Axı, bir əl boyda çörək ucundan
Onlar satır cavan vücudlarını.
Belə deyirlər ki, bezib həyatdan,
öm rünü sürürsən zahid kimi tək:
Zövq alıb göylərdən və kainatdan,
Dağlardan şeirinə alırsan bəzək.
Lakin söylə mənə, baxmısanmı heç
Yorğun baxışlara, qəmli gözlərə?
Dünyadan ümidsiz eləyəndə köç
Payız yarpağı tək solan üzlərə?!
_______
A z d rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
ю
273
o3
Nadan! Tərif etdin illər uzunu
Sakit gecələrin ulduzlarını.
Lakin söylə mənə, qoy bilim bunu,
Gördünmü yurdumun ac qızlarını?
Bil, aclar sevməyir ulduzu əsla,
Ay da cüzam kimi gəlir onlara;
Aclar həmdəm olub əbədi yasla,
Gözlərdə duman var, qəlblərdə yara.
Şair utanmadan təsvir edirsən
Gümüşü çayları bəlkə yüz kərə.
Yoxsa bilmirsənki bu zamanda sən
Şəhərlər çevrilir xərabələrə?
Milyonlar köməksiz kölələr kimi
Məhv olur altında cəbrin, zəhmətin.
Dünyaya sığmayır insanın qəmi.
Başında od çaxır bəşəriyyətin.
...Lakin en torpağa, əzabkeş yerə,
Onun dərdlərini yaz varaqlara!
Nəzər sal, ey şair, barı bir kərə
Acından büzüşən bu uşaqlara!
Böyük siyasi xadim, Hindistanda milli-azadlıq hərə
katının görkəmli liderlərindən biri, sülh, demokratiya və
sosial tərəqqi uğrunda mübariz, milli əsarətin barışmaz
əleyhdarı olan Cəvahirləl Nehru parlaq sima kimi xalq
ların yaddaşında əbədi yaşayır.
Nehru qədim hind mədəniyyətinin, ölkənin milli
azadlıq hərəkatı tarixinin, o, cümlədən qandizm fəlsəfəsi
və təcrübəsinin ənənələrini dərindən mənimsəmişdi.
Cəvahirləl Nehrunun fəaliyyəti tək siyasət dairəsi ilə
məhdudlaşmırdı. O, daxilən yüksək mədəniyyətli, hər
sahədə erudisiyalı, dərin fəlsəfi zəkaya malik bir şəxsiy-
274 ся
_______ ______________
R e yh an M irzazada
_______________________
yət idi. Nehru eyni zamanda mütəfəkkir və şair idi. Onun
adı onilliklər ərzində Hindistanın müstəmləkə əsarətindən
azad edilməsi, ölkənin dirçəlişi və Asiyanın böyük, su
veren dövləti kimi təşəkkülü uğrunda mübarizə ilə
qırılmaz surətdə bağlı olmuşdur.HHindistan mənim qanım
da - canımda idi və ondakı çox şey məni instinktiv olaraq
dərindən
həyəcanlandırırdı’ -deyən
Cəvahirləl
Nehru
yazırdı:“Bizim idealımız və məqsədimiz tarixi meyllərə
zidd gedə bilməz. Tarixin əsl yaradıcısı xalqdır. Siyasi
rəhbərlərin fəaliyyəti isə xalq kütlələrinin arzu və niyyət
lərinin ödənilməsi uğrunda mübarizəyə tabe edilməlidiP1.
Cəvahirləl Nehru 1947-ci il avqustun 15-də Dehli-
dəki tarixi Qırmızı qalaca üzərində Hindistanın üçrəngli
milli bayrağını qaldırdı. 200 ildən artıq İngiltərənin əsarəti
altında qalmış Hindistan müstəqil və suveren dövlət oldu.
Şair Şankar Şaylandra “ 15 avqust” şeirində böyük sevinc
və iftixar hissi ilə hind xalqına deyirdi:
Yaşa ey hind eli, salamlar sənə!
Yar olmuş çiçəkli bir bahar sənə.
Çəkir karvanlarını o qatı zülmət,
Yanaşıb qapını açır səadət,
Hünərlə, zəfərlə gülür bu bayram
Salam, ey oyanan qədim xalq, salam!
Artıq böyük Vətən çıxmış səfərə,
Alqış haqq yolunda ölən kəslərə.
Yaşadır onların eşqini torpaq,
Mümkünmü dostları xatırlamamaq?!
Bu gün sıramızda yoxsa da onlar,
Hər vaxt bizimlədir mərd qəhrəmanlar.
____
AzarbaycançıliQ va vatanparvarlik mafkurasi_
___
so
275
ca
İstiqlaliyyəti elan olunduğu gün ölkənin ilk Baş naziri
olan Cəvahirləl Nehru demişdi: ‘İndi hind xalqı yeni,
müstəqil və demokratik Hindistan uğrunda mübarizəyə
başlayacaqdır. Yeni Hindistan digər xalqlarla sülh və
dostluq şəraitində yaşayacaqdır” .
Müxtəlif dünyagörüşlərinə, ədəbi cərəyanlara, siyasi
və dini baxışlara mənsub olan hind şairləri öz doğma
xalqına xidmət edir, ölkənin gələcək rifahı və səadəti
naminə qüdrətli əsərlər yaradırdılar. Onlar geniş xalq küt
lələrinin arzu və əməlləri ilə yaşayırdılar.
1950-ci il yanvarın 26-da hind xalqının həyatında
daha bir əlamətdar hadisə baş verdi. Hindistan Respub
lika elan olundu. Müasir hind şairlərindən İsrar Ulxan
Macaz “Bayrağımız” adlı şeirində azadlığa çıxmış ölkənin
üzərində dalğalanan zəfər bayrağını ilhamla tərənnüm
edirdi:
______________________
R e yh an M irzəzad ə
________
Öldü əlimizdə düşmənlərimiz,
Yadların qan izi çölümüzdədir.
Sevirik, sevirik azadlığı biz,
Zəfər bayrağımız əlimizdədir.
Vurur, sevinc ilə vurur qəlbimiz,
Səadət nəğməsi dilimizdədir.
Həyat mahnısını oxuyuruq biz,
Zəfər bayrağımız əlimizdədir.
Şair Mannulal Şarma Şil “Təklikdə öz-özümlə”
şeirində insanları daima mərd olmağa, çətinliklərdən əsla
qorxmamağa, ölümün gözünə dik baxmağa, tufan və
fırtınalardan, od-alov içərisindən qalib çıxmağa, dost yo
lunda candan keçməyə hazır olmağa çağırırdı:
£
o
276ca
Yolun keçilməmiş sıldırımsa - get!
Dəhşətə gəlib, geri dönmə sən!
Əgər mübarizə alovlarında
Ərimək lazımdır - əri, sönmə sən !
Əgər görsən alır göyü buludlar,
Gurlayır qəzəblə qasırğa, tufan -
Tərəddüd eləmə, öz dostlarının
Səsinə cürətlə səs ver hər zaman!
Hindistanın paytaxtı Dehli şəhəridir. Şəhər iki his
sədən - köhnə Dehli və Yeni Dehlidən ibarətdir. “Bağlı-
bağatlı şəhər” adlandırılan Dehlinin on milyondan çox
əhalisi var. Ölkənin əsas sənaye, elm və mədəniyyət
mərkəzləri burada yerləşir. Şəhərdə Hindistanın siyasi
tarixində böyük xidmətləri olan unudulmaz şəxsiyyətləri -
Mahatma Qandi, Cəvahirləl Nehru, Ləl Bahadur Şastri və
Indira Qəndinin əbədiləşdirilmiş xatirə ocaqları hin-
distanlıların və ölkənin qonaqlarının ziyarətgahına çev
rilmişdir.
Kəlküttə Hindistanın ən böyük ticarət şəhəridir.
Benqal körfəzinin sahilində yerləşən bu şəhər Avro-
pasayağı tikilib. Dünyanın ən böyük nəbatat bağlarından
olan Kral Nəbatat bağı Kəlküttədədir. Qeyd edim ki, bu
bağ Böyük Britaniya nəbatat bağından sonra dünyada
ikinci yeri tutur. Bağ çox gözəldir. Burada nəzəri daha çox
cəlb edən 1044 ədəd müstəqil sütun kimi ucalan nəhəng
ağaclardır. Deyilənə görə, bir kökdən törəyən bu "sütun
ların” qol-budaqları altında doqquz min əsgər kölgələnə
bilərmiş.
Dünya ədəbiyyatının ən görkəmli simalarından biri,
böyük ədib, şair, filosof, ictimai xadim və vətənpərvər
maarifçi Rabindranat Taqor Kəlküttədə doğulmuşdur.
______
A zd rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
£o 277 03
Reyhan Mirzəzadə
Ailədə on dördüncü uşaq olan Rabindranatın tərbiyəsində
özündən yaşca böyük olan qardaşlarının, xüsusilə be
şinci qardaşı Cotirindronathın böyük rolu olmuşdu. 1913-
cü ildə Şərq ölkələri yazıçıları arasında birinci olaraq
Nobel Mükafatına layiq görülən Taqor, eyni zamanda
istedadlı rəssam və bəstəkar kimi də şöhrət qazanmışdı.
Rabindranat Taqor 80 il ömür sürmüş, onun ədəbi-
elmi və ictimai fəaliyyəti 65 ildən artıq bir dövrü əhatə
etmişdir.Ədib 12 roman və povest,yüzdən artıq hekayə
və novella, 50 şeir məcmuəsi,üç min mahnı,bir neçə
poema və dramatik poema, 30 dram əsəri, bir neçə opera
və balet, hind fəlsəfəsi, ədəbiyyat və incəsənəti, musiqi
nəzəriyyəsi, hind maarifi, tərbiyə və digər mövzulara aid
200-dən artıq elmi əsərlərin, bir sıra rəsm əsərlərinin və
bir neçə dərsliyin müəllifi idi. Onun vətənpərvər şeiri son-
ralar Hindistan Respublikasının himni oldu.
Taqor nəinki təkcə Hindistanın, həm də əsrinin və
bəşəriyyətin ləyaqətli oğlu olaraq ömrünün böyük məna
sını xalqının mədəniyyətinə, maarifinə, mənəvi yüksəlişi
nə xidmətdə görürdü. Cəvahirləl Nehru deyirdi ki, Taqor
Hindistan xalqını məhdud təfəkkür yolundan çıxıb insan
lığı məşğul edən böyük problemlər üzərində düşünməyə
çağırdı.
Taqorlar ailəsi XIX əsr boyu Benqaliyada müxtəlif
islahatçılıq hərəkatında fəal iştirak etmişlər. Bu ailədə
gözəl yazıçılar, sənətkarlar yetişmişdir.
Ədibin babası Dvarkanaxt Taqor və atası De-
bendrananxt Taqor XIX əsrdə hind ictimai fikrinin inki
şafında mühüm rol oynayan və məşhur hind yazıçısı,
ictimai xadimi Ram Maxai Roy tərəfindən əsası qoyulmuş
“Brəhma Samac” cəmiyyətinin görkəmli xadimlərindən
olmuşdur. Bu cəmiyyətin əsas məqsədi kasta sistemini
ləğv
etmək,
büdpərəstlik,
qurban
vermək,
qadın
so
278 ся
hüquqsuzluğu, vaxtsız kəbin, dul qadınların özünü yan
dırması kimi mürtəce feodal adət-ənənələri və köhnə
hindçilik qalıqları ilə mübarizə aparmaq, müasirləşməyə
yol açmaq idi.Gəncliyində Rabindranat Taqor da bu cə
miyyətin işlərində fəal iştirak etmiş və sonradan 1907-
1909-cu illərdə yazdığı “Qora" romanında “Brəhmə
Samac” hərəkatının çox geniş təsvirini vermiş, bununla
bərabər, bu cəmiyyət daxilində olan fikir, siyasi rəy
ziddiyyətlərini təhlil etmişdi.
Taqor xalqının dərdi ilə yaşayan bir filosof idi. O
deyirdi:“Mənim həmvətənlərimi adam hesab eləmirlər, hər
hansı bir imtiyaz sahibi olmağıma utanıram”.
“Qora” romanında əsərin qəhrəmanı və Taqorun
"işıq düşüncəli igid” adlandırdığı Qaurmaxon xalqdan
uzaq düşmüş ziyalılardan biri olan və daha çox öz şəxsi
səadəti haqqında düşünən yoldaşına deyir:
“Qardaşım, mənim Allahım şəxsi səadət deyildir.
Mənim Allahım saray xanımları arasında deyildir.Mənim
ilahəm, mənim gözəlim gözü ilə odlar görən yoxsulların,
kasıbların, dərdlilərin, təhqir olunmuşların arasındadır. Bu
elə bir ilahədir ki, ona aşiqanə mahnılar oxumurlar. Ona
çiçəklər təqdim etmirlər. Ona ruhunu, varlığını verməli
sən. Mənim üçün dünyada ən böyük sevinc, səadət hə
yatımı xalqın səadəti uğrunda qurban verməkdən iba
rətdir”.
Lakin Rabindranat Taqoru yalnız hind xalqının taleyi
deyil, bütün məhkum xalqların taleyi dərindən düşün
dürürdü. O, eyni narahatlıqla, eyni həyəcanla o zaman
əsarətdə olan böyük Çin xalqını, ağır müstəmləkə şərai
tində hüquqları tapdalanan Afrika xalqlarını, Amerika
zəncilərini müdafiə edir, onlara hüquq, azadlıq tələb
edirdi.
Azərb ay c o n c ilia və vətənpərvərlik m əfkurəsi
_______
so
279
ca
Taqor butun dünyada sülh və xalqlar dostluğunun
fəal müdafiəçilərindən biri olmuşdur. O, yalnız hind ictimai
həyatı ilə deyil, bütün dünya hadisələri ilə ciddi maraq
lanır, bütün dünya işlərinə qarışır, bütün insanlığın məna
feyini, ləyaqətini və xoşbəxt gələcəyini müdafiə edən
dəyərli ümumbəşəri ideyalar irəli sürürdü.Həyati xüsu
siyyətləri ilə Taqora çox yaxın olan fransız yazıçısı, icti
mai xadimi, alimi, musiqişünası, Nobel Mükafatı laureatı
Romen Rollan “Taqor haqqında etyüd” məqaləsində çox
haqlı olaraq yazmışdır ki, Rabindranat Taqor öz əsər
lərində ümumdünya əhəmiyyəti olan bir çox problemlər
qaldırmışdır.
Taqor bir nasir olaraq dünya miqyasında psixoloji
romanın, kiçik hekayə və novellanın nadir ustalarından
hesab olunur. Onun “Qora”, “Dostlar”, “Dördlər", “Biqha
sahili”, “Fəlakət”, “Ev və dünya”, “Axırıncı poema”, “Qum
zərrəsi” romanları dünya ədəbiyyatında şöhrət qazan
mışdır.
Xalqın başına gətirilən müsibətlərin əsas səbəbini
cəhalətdə və gerilikdə görən Taqorun fəaliyyətində mək
təb və maarif məsələləri mühüm yer tuturdu. Hələ 1901-ci
ildə o, atasının Bolpur şəhərindəki “Şantiniketan”, yəni
“Sakit guşə” adlanan malikanəsində uşaqlar üçün bir
məktəb açmışdı. Bu məktəbdə Taqor öz üsulu ilə dərs
deməyə başlamışdı.
Azərbaycanın əməkdar elm xadimi, pedaqoq, nasir,
ədəbiyyatşünas alim, akademik Məmməd Arif yazdığı bir
məqaləsində Taqorun pedaqoji fəaliyyətindən danışarkən
demişdi ("Ədəbiyyat qəzeti”, 11 iyun 1935-ci i!):“Tolstoyun
“Yasnaya Polyanadakı” məktəbi məşhur olduğu kimi,
Taqorun da “Şantiniketan”dakı məktəbi bütün Avropa
pedaqoji aləmində məşhurdur.
Məfkurəvi cəhətdən
Tolstoyla Taqor arasında müəyyən ümumi cizgilər olduğu
__ ___________________
J le y h a n M irzəzadə
________________________
k
>280
c*
kimi, bu iki pedaqoqun pedaqoji prinsipləri arasında da
ümumi cizgilər az deyildir” .
Azərbaycan poeziyasında Taqor surəti xalqımızla
hind xalqı arasındakı tarixi dostluq və qardaşlığın, hind
xalqının azadlıq və səadət eşqi ilə çırpıntılarının
təcəssümü olan poetik bir surət kimi xüsusi yer tut-
muşdur.Taqor S.Vurğun,M.İbrahimov, R.Rza, M.Müşfiq
və s.kimi sənətkarlarımızın əsərlərində hörmətlə xatırlan
mışdır.
Taqorun “Kxonika” adlı kitabında atalar sözü və
zərb-məsəllər kimi ən yığcam aforizmlərdən ibarət olan
şeirlərin mühüm bir hissəsi “Gəldi-gedər quşlar” adı
altında çap edilib. Bunlardan bəzilərini təqdim etməklə,
böyük humanist - vətənpərvər şairin həyat və ölüm,
məhəbbət və sədaqət, zəhmət və səadət, azadlıq və
əsarət kimi ümumbəşəri mövzu və məsələlərə baxışı
haqqında müəyyən təsəvvür almağa kömək edər:
Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə
bənzədən ola bilər”.
“İşıq saçdığı üçün alova minnətdar ol, amma daimi
dözümlə kölgədə qalan çırağı da unutma!”.
“Köklər - yerin dərinliyinə işləmiş eyni budaqlar,
Budaqlar - havaya ucalmış eyni köklərdir”.
“Ölüm də doğum kimi həyata aiddir”.
“Yerimək - ayaqları qaldırmaq və endirməkdən ibarətdir”.
“Quşun qanadlarını qızılla bəzəyib ağırlaşdırsan, o bir
daha səmalarda süzə bilməz”.
“Çiçək
bütün
ulduzlarını
itirmiş
səhər
səmasına
şikayətlənir ki: “Mən şeh damcımı itirmişəm!”.
“Çayın qurumuş yatağı öz keçmişinə minnətdar ola
bilməz”.
“Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir. O,
sənin sədaqətinin dərinliyini göstərir".
_______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik məfkurəsi_
______
so
281
ca
“Sərçənin tovuza yazığı gəlir ki, elə ağır quyruğu var”.
“Quşa elə gəlir ki, balığı havaya qaldırmaq, ona yaxşlıq
etməkdir”.
Kəlküttədə Rabindranat Taqorun gözəl bir ev-
muzeyi
var. Ev-muzey
ikimərtəbəli
böyük
imarətdə
yerləşir. Orada hər şey yazıçının sağlığında olduğu kimi
mühafizə edilir.Qeyd etdiyim kimi, Rabindranat Taqor
eyni zamanda şair, nasir, rəssam, rejissor, aktyor və
musiqişünas kimi tanınmışdı. Yazıçının ev-muzeyində
bütün bunları əks etdirən yüzlərlə şəkil və eksponatlar
vardır. Dünyanın hər yerindən buraya yazıçının müxtəlif
dillərə tərcümə olunub nəşr edilmiş əsərləri göndərilir.
Caypur Hindistanın təmiz və səfalı şəhərlərindəndir.
Bu şəhəri “Asiyanın Parisi" adlandırırlar. Hind memarları
burada gözəl saraylar ucaldıb. Caypurda ən gözəl saray
Maharacın sarayıdır. Qədim Dağüstü sarayda bir iba-
dətgah var. Deyilənə görə, bu ziyarətgah dini etiqadından
asılı olmayaraq, hamıya xidmət edir. İnsanlar hündür
təpənin üstündə yerləşən həmin ocağa fillərin üstündə
qalxır.
Benqal körfəzinin sahilində daha bir gözəl şəhər
var. Bu, təmtəraqlı Mədrəs şəhəridir. Hindlilər Mədrəsi
“Rəqqasların və kino aktyorlarının Vətəni” adlandırırlar.
Vaxtilə Asiyadakı ən böyük kinostudiyalar burada yer
ləşirdi. Hətta digər ştatlardakı studiyalar da kinofilm
çəkərkən Mədrəs artistlərini dəvət edirdilər. Hazırda Bom-
bey kinostudiyası ölkənin kino istehsalının mərkəzi sayı
lır. Bunlardan başqa, Kəlküttə şəhərində də kinofilmlər
çəkən studiya fəaliyyət göstərir.
Hind xalqı kinonu çox sevir, ölkədə hələ müstə
qilliyindən çox qabaq, 1913-cü ildə kinofilm istehsalına
başlanılmışdır. Xatırladım ki, 1980-ci illərdə Hindistan
kino istehsalına görə dünyada birinci yeri tuturdu, indi isə
___________ ___________
R e yh an M irzəzadə
_____ ___________________
so 2H2
ca
ölkədə- hər il 800-dən artıq kinofilm istehsal olunur.
Satyadcit Ray, Mrinal Sen, Şyam Beneqal və Adur Qopa-
lakrişnan Hindistanda kino yaradıcılığının görkəmli nüma
yəndələridir.
Hind elində Azərbaycana sevgi dolu şeirlər həsr
edən şairlər az deyil. Gözəl, sevimli Xəzərimizə də dün
yada xeyli söz inciləri həsr edilib. Amma hər dəfə əsra
rəngiz Xəzərin pıçıldaşan mavi suları ilə görüşərkən -
sahil ətrafında salınmış füsunkar parkı ziyarət edərkən
tanınmış hind şairi Sədhü Sinqh Həmdərdin “Xəzərin
sahilində” şeirini təbəssümlə xatırlayıram:
ö z qum beşiyində çalxanır Xəzər -
Nəhəng okeanın körpə yavrusu.
Dəlisov dalğalar baş alıb gəlir,
Sahilə çatmaqmı dalğa arzusu ?!
Çarpıb, geri dönür nəhəng dalğalar,
Dənizin qoynuna baş alıb gedir.
Dəniz ürəyinin öz xisləti var -
Qabarma, çəkilmə dəniz eşqidir.
Ayrılır, qovuşur, coşur dalğalar
Dalaşan, barısan aşiqlər kimi.
Elə bil sahildə ovsunlanmışam,
Arzular aparıb yenə fikrimi.
Ah! Xəzər! Dayanıb sahilində mən
Deyirəm, dünyada xoşbəxtlər də var.
Nəğmə, gülüş səsi alıb sahili,
Qoşa sevgililər, dəcəl uşaqlar...
Fəhlələr bitirib iş növbəsini,
Polad sinələri öpür şəfəqlər.
Gündüz yorğunluğu qalar dənizdə,
Dənizsə onlara yüngüllük verər...
______
A zərb aycan çılıq və vətənpərvərlik m əfkurəsi
_______
so 283
Dostları ilə paylaş: |