Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
se>389o
a

cıl  zabitlərin  əhvali-ruhiyyəsini  böyük  ədib 
Borodino 
döyüşü  ərəfəsində  romanın  qəhrəmanlarından  Andrey 
Bolkonski  ilə  Pyer  Bezuxovun  söhbətində  belə  təqdim 
edir:
“Vuruşmada  o  tərəf  qalib  gələcək  ki,  qalib  gəlməyi 
möhkəm  qət  etmişdir!  Mən  sabahı  belə  təsəvvür  edirəm. 
Yüz  minlik  rus  və  yüz  minlik  fransız  ordusu  üz-üzə 
gəlmişdir.  Kim  daha  qəzəblə vuruşsa,  canını  əsirgəməsə, 
o qalib  gələcəkdir”.
Təbiilik,  sadəlik və  obyektivlik baxımından Tolstoyun 
yaradıcılıq  xüsusiyyətlərini  özündə  təcəssüm  etdirən  və 
yaşadan  Mir  Cəlal,  haqlı  olaraq  təsdiq  edir  ki,  yalnız  rus 
ədəbiyyatında  deyil,  bütün  dünya  ədəbiyyatında  müha­
ribənin  xarici  effektlərdən,  zahiri  parlaqlıqdan  uzaq,  əsl 
real,  həqiqi  lövhəsini  vermək  xidməti  və  şərəfi  Tolstoya 
məxsusdur.  O,  Sevastopolda  “ölməyə  ləzzətlə  hazırla­
şan” rus  adamlarının  şücaətini  vermişdisə,  “Hərb  və sülh” 
romanında  müharibə  qəhrəmanlarının  böyük  bir  sil­
siləsini,  onların  iradə  və  fəaliyyətini  daha  geniş  epik 
planda  verir.  Burada  ümumiyyətlə,  559  şəxsiyyət  (surət) 
təsvir olunmuşdur.
Mir  Cəlal  bildirir  ki,  Tolstoy  əvvəlcə  1825-ci  ildə  in­
qilabçı  dvoryanların  mütləqiyyətə  və  təhkimçiliyə  qarşı 
üsyanında  iştirak  edən  bir  dekabristin  tarixini  və  müba­
rizəsini  yazmaq  niyyətində  idi.  1850-ci  ildə  ədib  bu  işə 
başlamış  və  üç  fəsil  də  yazmışdı.  Əsərinin  ardını  düşü­
nəndə gördü ki,  öz qəhrəmanının  cavanlığını,  onun  1812- 
ci  il  Vətən  müharibəsindəki  iştirakını  mütləq  təsvir etməli 
olacaq.  Vətən  müharibəsinin  təsvirinə  qayıdanda  isə  rus 
xalqının  bu  məşhur  qəhrəmanlıq  dastanı  ədibi  dərindən- 
dərinə  düşündürür  və  cəlb  edir.Onu  yeni  mövzu  çox 
ilhamlandırır.  Ədib  göstərir  ki,  bu  əsərdə  mən  xalqın 
tarixini yazmaq  istəmişəm.
_______________
Reyhan Mirzəzadə
________________
so 
390 ся
Böyük Vətən  müharibəsi  dövrü,  1941-1945-ci  illərdə 
Tolstoy əsərlərinə,  xüsusilə  “Hərb və  sülh"  romanına  olan 
maraq  daha  da  artmışdı.  Bu  maraq  yalnız  Tolstoyun  öz 
Vətəni  olan  Sovet  İttifaqında  deyil,  xarici  ölkələrdə  də 
xeyli  çoxalmışdı.  1942-ci  ildə  İngiltərənin  “Tayms”  qəze­
tində  maraqlı  bir  məqalə  dərc edilmişdi.  Həmin  məqalədə 
deyilirdi:“ indi  ingilis  oxucularının  çoxu  “Hərb  və  sülh” 
romanını  yenidən  oxuyur.“Tayms”  abunəçilərindən  biri 
redaksiyaya  yazır  ki,  o,  son  ildə  bu  əsəri  beş  dəfə  oxu­
muşdur.  Xüsusilə  cəbhələrdə  vəziyyət  gərginləşdikcə  o, 
daha  tez- tez  romana  müraciət etmişdir.  O,  yazır ki,  mən, 
Lev  Nikolayeviçin  ölməz  əsərində  həmişə  təmkin  və 
qələbəyə inam tapıram".
Tolstoyun  ikinci  dünya  şöhrətli  ən  məşhur  əsəri 
“Anna  Karenina’ dır.  Bu  romanında  ədib,  özünün  ailəyə, 
əxlaq  və  qadın  məsələlərinə  münasibətini  və  yaşadığı 
dövrdə  mövcud  problemlərlə  bağlı  hadisələri  parlaq  löv­
hələrlə  ifadə  etmişdir.  Əsərdə  ictimai  tənqid  daha 
güclüdür.  “Anna  Karenina”  insanların  iztirabları,  həyəcan 
və  qayğılarını, 
həyat  yollarında  büdrəmələrini  böyük 
sənətkarlıqla  əks  etdirməkdə  “Hərb  və  sülh”dən  geri 
qalmayan  bir əsərdir.
Lev  Tolstoy  gəncliyin  cəmiyyətdə  böyük  qüvvə  ol­
duğunu,  bütün  nəcib  vətənpərvərlik  və  yaradıcılıq  hiss­
lərinin  ilk  növbədə  cavanlara  xas  olduğunu,  onun  sima­
sında  təcəssüm  etdiyini  dərindən  başa  düşərək  öz  qiy­
mətli  əsərlərində  bir  sıra  qabaqcıl,  tərəqqipərvər  gənc­
lərin  surətini  yaratmışdır.  “Hərb  və  sülh”  romanının  epi­
loqunda  Tolstoyun  ən  məşhur  gənc  qəhrəmanlarından 
biri  Piyer  Bezuxov çar mütləqiyyətinin  qanlı  mürtəce siya­
sətini  ifşa  edərək,  sonsuz  bir  qəzəb  hissi  ilə  deyir:  “  Kim­
də gənclik qüvvəsi və namus varsa,  onu məhv edirlər”.
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi
ю 3 9 / ce

Tolstoy  gənc  və  namuslu  qüvvələri  məhv  edən 
çarizmin  əksinə  olaraq,  cavan  nəslə  böyük  ümid­
lər  bəsləyirdi.  Onun  məhsuldar  pedaqoji  fəaliyyəti  məhz 
bu  ümidlərlə  bağlı  idi.  Böyük  yazıçı  xalq  kütlələri  içə­
risindən,  kəndin  uşaqları  arasından  daha  parlaq  iste­
dadlar  yetişəcəyinə  inanır  və  sevinirdi.  O,  kəndli  uşaqları 
üçün  yeni  demokratik  məktəb  açır,  insanpərvərlik  hissi  ilə 
dolu  olan  xüsusi  pedaqoji  əsərlər  yazırdı.  Gənc  nəslin, 
xalq  övladlarının  tərbiyəsi  Tolstoyun  həyatında  bö­
yük  yer  tutmuşdu.  Sadə  və  yoxsul  gənclərin  qayğısını 
çəkərkən  Tolstoy,  öz  xalqının,  öz  Vətəninin  gələcəyini 
düşünürdü.
Gələcəyə  gedən  yol  isə  əlbəttə  ki,  erkən  yaşlardan 
başlayırdı.Yazıçı,  gələcəyin  ümidi  olan  uşaqların  ağıllı, 
təhsilli,  bilikli,  dünyagörüşlü  böyümələrini  arzulayır,  bu 
məqsəd  naminə  əlindən  gələni  əsirgəmirdi.  Həyatlarını 
məqsəd  naminə  qurmalarını  bütün  insanlara  tövsiyyə 
edirdi:“Bütün  həyatın  boyunca  bir  məqsədin  olsun, 
müəyyən  bir  zaman  üçün,  gün  üçün,  ay  üçün,  il  üçün, 
hətta  dəqiqə  üçün  belə,  məqsədin  olsun”.  “İnsan  öz 
dəyərini  ancaq  çalışaraq  qoruya  bilər”-  deyən  yazıçı, 
uşaqlar  üçün  çox  çalışırdı.  Odur  ki,  yazıçının  adı  rus 
pedaqoji  fikri  tarixində  “Əlifba”  və  dörd  qiraət  kitabının 
müəllifi  kimi  də  məşhur  idi.  Qürurla  yada  salmaq  istə­
yirəm  ki,  ədib  eyni  zamanda  Azərbaycanın  ədəbi -  bədii, 
pedaqoji  və fəlsəfi  fikrinə  qüvvətli  təsir göstərmişdi.  XIX 
əsrin  80-90-cı  illərində  Azərbaycanda  milli  uşaq  bədii 
nəsri  yox  dərəcəsində  idi,  yeni  tərtibli  dərsliklər,  sinif- 
dənkənar  mütaliə  üçün  yararlı  hekayələr  yaradılmamışdı. 
Buna  görə  də  Azərbaycan  məktəbləri  üçün  dərslik  tərtib 
edən 
A.Çernyayevski, 
S.Vəlibəyov, 
R.Əfəndiyev,
M.Seyidov,  M.Qəmərlinski,  A.Şaiq,  M.Mahmudbəyov 
Tolstoyun  hekayələrindən  istifadə  etmiş,  ədibin  dərslik
_______________
Reyhan Mirzdzada
________________
sn392ca.
tərtibi  prinsiplərindən  öyrənmişdilər.  Yeni  yaradılan 
dərsliklərdə,  “Dəbistan” və “Məktəb"  uşaq  məcmuələrində 
Tolstoyun  çoxlu  hekayələri  çap  olunmuşdu.  Bununla 
bərabər,  yazıçının  hekayələri  ayrıca  kitab  şəklində  də 
buraxılırdı.  Həmin  tərcümə  əsərləri  milli  uşaq  bədii 
nəsrinin  yaranmasına  təkan  verir,  azərbaycanlı  uşaq 
nasirləri  üşün  nümunə olurdu.
Lev  Nikolayeviç  Tolstoy  istər  mənəviyyatda,  əqi­
dədə,  istər  həyat  tərzində,  fəaliyyətdə,  istərsə  də  xalqın 
taleyində,  cəmiyyətdə  hər  şeydən  əvvəl  bir  həqiqət, 
saflıq  axtaran  sənətkar  və  mütəfəkkir  idi.  O,  həyatın 
mənasını  anlamağa  və  dərk  etməyə,  insanın  nə  üçün 
yaşadığını  özü  və  oxucuları  üçün  aydınlaşdırmağa  çalı­
şırdı.Yaradıcılığının  hələ  ilk  dövrlərində  onu  hər  şeydən 
artıq  düşündürən  məsələ  insan  şəxsiyyətinin  inkişafı  və 
kamilləşməsi  ideyası  idi.  Tolstoy  ictimai  məsələləri  bu 
ideyaya  tabe  edir  və  inanırdı  ki,  insan  şəxsiyyəti  kamil­
ləşdikcə,  ictimai  bərabərsizlik  və ədalətsizlik  kimi  mənfur 
cizgilər öz-özünə aradan qalxacaqdır.  Buna  görə də o,  bir 
tərəfdən  müasir cəmiyyətin  bütün  nöqsanlarını  ifşa  edir,  “ 
maskaları  açır”,  digər tərəfdən  özünün  müsbət  ideallarını 
təbliğ  etməyə,  mənəvi  kamillik  ideyalarını  təcəssüm 
etməyə  çalışırdı.  Beləliklə,  Tolstoyun  simasında  sanki  iki 
adam  birləşmişdi:  Bunlardan  biri amansız tənqidçi,  ikincisi 
insanları  kamilləşdirməyə gəlmiş peyğəmbər idi.
Tolstoy  cəmiyyətdəki  bütün  prosesləri  aydın  gö­
rürdü.  O,  yazıçı  kimi  realizmi,  mütəfəkkir  kimi  dini  təlimi 
ilə  mövcud  quruluşun  dağılmasım  irəli  sürür,  gec  -   tez 
sistemin  aradan  çıxacağım  söyləyirdi.  Dvoryan  dövləti  öz 
xəfiyyələri,  jandarmları,  senzurası,  rəsmi  dövlət  kilsəsi, 
baş  ruhani  idarəsi  vasitəsilə  böyük,  əməlisaleh  sənətkarı 
addımbaşı  təqib  edirdi.  Bununla  belə,  dövlət  və  kilsə 
Tolstoydan qorxduğu  qədər heç bir yazıçıdan  qorxmurdu.
AzdrbaycancıliQ vd vətənparvərlik mdfkurasi
____
so 
393
 ca

Çarizm  başda  olmaqla,  bütün  rəsmi  dövlət  idarələri 
Tolstoyun  istər  xalq  arasında,  istərsə  də  beynəlxalq 
nüfuzu  qarşısında  özlərini  çox  zəif,  gücsüz  hesab  edir­
dilər.  Çünki  Tolstoy  amansız tənqidində  milyonların  dilin­
dən  danışır,  milyonların  ürəyindən  xəbər  verirdi.  Buna 
görə  də  Tolstoyun  istər  bədii,  istərsə  də  dini  -  fəlsəfi  və 
publisistik  əsərləri  ciddi  senzor  müqavimətinə  tuş  gəlirdi. 
Xalqın  mənafeyini  müdafiə  edən  hər  bir  sözü,  fikri 
xalqdan  gizlədilir,  böyük yazıçını xalqın gözündən salmaq 
üçün tədbirlər düşünülürdü.
1892-ci  ildə  Lev  Nikolayeviç  Tolstoyun  “Məhəbbət 
haradadır,  Allah  da  orada”  və  “Nə  üçün  insanlar  bihuş 
olurlar?”  kitablarının  çapı  qadağan  olunmuşdu.  Həmin 
vaxtlar  o,  dinə  deyil,  məhz  kilsənin  amiranəlik  üslubuna, 
kilsə  ilə  hakimiyyətin  əlbir  olmasına  qarşı  çıxırdı.Tolstoya 
ümumxalq  nifrəti  yaratmaq  üçün  onun  kilsəyə  getməsi 
rəsmən  qadağan  edilmiş  və  dua  zamanı  ona  lənətlər 
oxunurdu.  Müqəddəs  Sinodun  -   Kilsədə  Ali  İdarəetmə 
Şurasının  bu  barədə  verdiyi  qərar  hökumət  tərəfindən 
bəyənilmiş  və  ölkənin  bütün  ruhani  idarələrinə,  kilsələrə 
göndərilmişdi.  Tolstoy  da  Sinoda  cavabını  vermişdi: 
“Mənim,  özünü  pravoslav  adlandıran  kilsədən  ayrılmağım 
çox  ədalətlidir.  Ancaq  mən  Tanrıya  qarşı  çıxdığıma  görə 
kilsədən  ayrılmıram,  əksinə,  tək  buna  görə  ayrılıram  ki, 
bütün qəlbimlə Ona  (Tanrıya)  xidmət eləmək istəyirəm”.
Buna  görə  də  millətlərin  böyük  sevgisini  qazanmış 
dahi  yazıçıya  ümumxalq  məhəbbəti  azalmaq  əvəzinə, 
günü-gündən  çoxalırdı.  Baş  Mətbuat  İdarəsinin  quber­
natorlara  göndərdiyi  gizli  sərəncamda  qeyd  olunurdu  ki, 
Müqəddəs  Sinodun  L.N.Tolstoy  haqqında  qərarı  və  rəsmi 
məktubu  elan  edildikdən  sonra  qəzetlər  həmin  yazıçıya 
hüsn  -  rəğbətlərini  bildirən  çoxlu  yazılar  və  teleqramlar 
çap edirlər.
_______________
Reyhan Mirzəzadə
________________
so 394 ca
Tolstoyun  yazıçı  və  mütəfəkkir  kimi  mövqeyi  çox 
böyük  olduğuna  görə,  onun  milyonlarla  sevən oxucularını 
heç  bir  sərəncamla  müəllifdən  uzaqlaşdırmaq  olmazdı. 
Artıq  bu  mümkün  də  deyildi.  Yaradıcılığının  çoxsahə- 
liliyi, 
hadisələrə  obyektiv  münasibəti,  yalnız  həyat 
hadisələrini,  gələcək  nəslə  ibrət  ola  biləcək  məsələləri 
qələmə  alması  böyük  yazıçını  getdikcə  məhşurlaşdırır, 
dünyəvi  hadisələrə  təsir  göstərən  yazıçı-filosof  ki­
mi  onu  bütün  xalqlara  yaxınlaşdırırdı.  Həyat  üzü  görən 
hər  bir  yeni  əsəri  müəllifinə  diqqəti  daha  da  çoxaldırdı. 
Qadağan  olunan  əsərləri  daha  tez  yayılır  və  müəlliflə 
həmrəy olanların  sayını  birəbeş artırırdı.
Onu  da  deyim  ki.Tolstoyla  həm  öz  sağlığında,  həm 
də  özündən  sonrakı  dövrdə  görkəmli  şəxsiyyətlər  tərə­
findən  fikir  ayrılıqları  yarana  bilirdi.  Tolstoyu  dahi  və 
əvəzolunmaz  sənətkar  kimi  dəyərləndirən  Mir  Cəlalın 
yanaşmaları  bəzən  yazıçının  subyektiv  düşüncələri  ilə 
üst-üstə düşmürdü.  Deyirdi  ki,  Tolstoy bədii yaradıcılıqda 
böyük cəsarət sahibi idi.  Səhv etsə də,  Şekspirin əleyhinə 
yazdığı  məqalədə  onun  şöhrətini  “epidemik  şöhrət”  ad- 
landırması,  Balmontu  oxuyub  “romantizm  həqiqətin  göz­
lərinə  baxmaqdan  doğan  qorxudur”-  deməsi  sənət 
haqqında  tamam  orijinal  fikirləri  bu  cəsarəti  bir  daha 
sübut edir.  Tolstoy sərbəst  mühakimə  və  müstəqil  düşün­
cəni  sevər,  sənətdə  və  həyatda  müəyyən  olunmuş,  qay­
da  halını  almış çox sxemaları  rədd edərdi...
İnsan  amili  və  həyatı  tərəqqipərvər,  genişürəkli, 
yazdıqları  ilə  əməlləri  vəhdət  təşkil  edən  yazıçını  bir  an 
rahat  buraxmırdı.  Bu  faktları  mənbələrdən  araşdıranda, 
təsirləndim.  1882-ci  ildə  Tolstoy  Moskvada  əhalinin  si­
yahıya  alınması  tədbirlərində  könüllü  iştirak  etmişdi. 
İnsanın  böyüklüyünə  baxın  ki,  bu  işdə  onun  məqsədi  ca­
maatın  güzəranı  ilə  yaxından  tanış  olmaq,  yoxsulları  aş­
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 395 ca

kara  çıxarmaq,  onlara  yardım  göstərmək  idi.  O,  kasıblara 
kömək  etmək,  onları  işə  düzəltmək,  uşaqları  məktəbə 
yazdırmaq,  yurdsuzlara  sığınacaq  tapmaq  istəyirdi.  Yazı­
çı  insanların  problemlərilə  bağlı  mətbuatda  və  şəhər 
dumasında  məsələlər qaldırırdı.  Bütün  bu  kimi  əməllərinə 
görə  Tolstoy  sağlığında  ikən  ölməzlik'qazanmış,  xalq 
haqlı  olaraq  ona  Peyğəmbər kimi yanaşırdı.
Tolstoy  mənəvi  cəhətdən  olduğu  kimi,  fiziki  cə­
hətdən  də  sağlam  adam  idi.  öm rü  boyu  tək  bircə  dəfə 
xəstələnib  müalicə  üçün  Krıma  getmişdi.  Onun  duruşu, 
oturuşu,  davranışı,  hər  bir  hərəkəti  bu  adamda  tükən­
məz  bir  həyat  enerjisi,  həyat  eşqi  olduğunu  göstərirdi. 
Qışın  soyuğunda  bədənini  buz  kimi 
soyuq  su  ilə 
yuyurdu.  Yayda  saatlarla  bağda  -  bağçada  əkin və  biçinlə 
məşğul  olurdı.  Piyada  gəzintiyə  xüsusi  həvəs  göstərirdi. 
Təsadüfi  deyil  ki,  o,  60  yaşlarında  olanda  üç  dəfə  Mos­
kvadan  Yasnaya  Polyanaya  piyada  getmişdi.  67  yaşın­
da  o,  velosiped,  xizək  sürməyi  öyrənmişdi.  Göldə  məha­
rətlə  üzürdü.  70  yaşında  olduğu  zaman  ayağına  konki 
keçirib  güzgü  kimi  hamar  buzun  üstündə  sürüşürdü.  80 
yaşında  hər  gün  bədən  tərbiyəsi  ilə  məşğul  olurdu.  Ahıl 
vaxtında  atını  minib  çapır,  yorulmaq  bilmirdi.  Da­
hi  işləməyi  sevməyən,  zəhmətlə  yaşamayan  adamlar 
haqqında  sərt  mövqedə  dururdu:“Sağlam  adamın  özünü 
əməkdən  azad  etməsi  cinayətdir”.  O,qocalığında da gənc 
idi.  82  il  ərzində  həyatda  gördüklərini  elə  bil  dünən 
görmüşdü.Bir  hadisəni  xatırlayarkən  heç  bir  təfsilatı 
unutmurdu.
Tolstoyun  təkcə  parlaq,  eyni  zamanda  ülgüc  kimi  iti 
gözləri  onu  görənləri  heyrətə  salar  və  bu  incə  vücudda 
olan tükənməz mənəvi  qüvvəti  əks etdirərdi.  Onun göz­
ləri  qarşısındakı  adamın  gözlərinə  ox  kimi  sancılardı. 
Onun  baxışına davam gətirmək  çətin  idi.  I.Turgenev xatır­
___________________396_m'>_______ ;_______
Reyhan Mirzəzadd
________________
396 m
layırdı  ki,  heç  kimTolstoyun  nüfuzedici  baxışı  altında  ürə­
yindəkini  gizlədib yalan danışmağa  cürət etməzdi.M.  Qor- 
ki  deyirdi  ki,  Lev  Nikolayeviçin  bir  cüt  gözündə  min  göz 
var idi.  Tolstoyun dahiliyi onun gözlərindən sezilirdi.
Tolstoyun  gözləri  doğrudan  da  çox  kəsərli  baxışa 
malik  idi.  İnsan  qəlbinin  ən  dərin,  ən  qaranlıq,  ən  sirli 
guşələrində  onun  gördüklərini  ondan  qabaq  görən  ol­
mamışdı.  Buna görə də yaşadığı dövrü  hamıdan geniş və 
hamıdan  dərin  qavramaq,  hamıdan  yaxşı  əks  etdirmək 
ona  müəssər  olmuşdu.  Tolstoyda  bir  də  müstəsna  fikir 
paklığı  və  həqiqilik  var idi.  O,  obyektiv  həqiqəti  bəzəməz, 
əksinə,  zahirdə  zərif  və  nəcib  görünən  adamların  üzün­
dəki  maskanı  açıb,  onların  çirkin  daxili  simasını  oxucuya 
göstərirdi.  Həqiqət  nə  qədər  acı,  nə  qədər  çirkin  olsa 
belə,  Tolstoy  onu  açıq  qəlblə  söyləməkdən  çəkinməz  və 
qorxmazdı.  Səmimilik  və  mübarizlik,  təhlildə  obyektivlik, 
yalan  satmamaq,  fikrini  olduqca  sadə  və  aydın  söyləmək 
keyfiyyəti  Tolstoyun  yaradıcılığına  xas  olan  xüsusiy­
yətlərdən  idi.
Tolstoy  Azərbaycan  zəhmətkeşlərinə,  oxucuları­
na  məhz  bu  simasına  görə əziz idi.  Tolstoy böyük  insan­
pərvər  idi.  Onun  əsərlərində  zəhmətkeş  insana  hansı 
millətdən  olursa  -  olsun,  böyük  bir  məhəbbət  vardı.Tols- 
toy  öz  əlinin  qabarı,  alnının  təri  ilə  yaşayan  namuslu 
adamları  sevir,  belə  adamları  əsarət  altında,  kölə  vəziy­
yətində  saxlamaq  istəyənlərə  nifrət  edirdi.  O,  hər  şeyi 
açıq-aydın  yazan,  öz  ürəyinin  sözünü  gizlətməyən  bir 
ədib  idi,  onun  cəmiyyət  və,  insanlar  haqqında  fikirləri 
səmimi idi.  Tolstoy dahi bir söz ustadı  kimi həyatı  düzgün, 
təbii  və  inandırıcı  şəkildə  əks  etdirən  misilsiz  bir  realist 
sənətkar kimi milyonlarla oxucuya  doğma  və əziz idi.
Dünyanın doğma  və əziz insanı  ömrünün sonuna bir 
neçə  il qalmış  Nobel  Mükafatından  imtina etmişdi.  Rusiya
____
Azərbaycançılıq və vatanparvarlik mafkurasi_
___
60 397 ca

Elmlər  Akademiyasının  1906-cı  il  üçün  ədəbiyyat  üzrə 
Nobel  Mükafatına  onun  namizədliyini  irəli  sürməsini 
eşidəndə,  Lev  Tolstoy  tanışı  fin  yazıçı  və  tərcümə­
çisi  Arvid  Yarnefeltə  məktub  göndərmişdi.  Həmin  mək­
tubda  yazıçı  İsveç  həmkarlarından  xahiş  edirdi:“Elə  et­
məyə  çalışım  ki,  Mükafat  mənə  təqdim  olunmasın.  Əgər 
bu  baş  verərsə,  ondan  imtina  etmək  mənə  qətiyyən  xoş 
olmazdı".  Bundan  sonra  həmin  il  Mükafat  italyan  şairi 
Cozue  Karduççiyə verilmişdi.
Həyatı  boyu  psixoloji  təsirlər  altında  az  əziyyət 
çəkməyən  Tolstoy,  ömrünün  son  illərində  tam  sakit 
şəraitdə  qalmağa  üstünlük  vermək  niyyətində  olur.  Odur 
ki,  şəxsi  həkimi  ilə  bərabər,  ailəsinə  bildirmədən,  həyat 
yoldaşına  yalnız  vida  məktubu  yazaraq,  1910-cu  il 
oktyabrın  27-də Yasnaya  Polyanam  tərk  edir.  Qohumuna 
baş  çəkəndən  sonra  Qafqaza  getmək  məqsədi  olan  və 
Ryazan  -  Ural  istiqamətində  işləyən  dəmir  yolu  qatarı  ilə 
yola  düşən ədib,  sətəlcəm  xəstəliyindən əziyyət çəkdiyinə 
görə,  oktyabrın  31-  də  Lipetsk  vilayətinin  Astapovo  stan­
siyasında  qatardan  düşməyə  məcbur  olur.  Stansiyanın 
rəisi  əslən  Latviyadan,  milliyyətcə  latış  olan  Ivan  ivanoviç 
Ozolin  axşam  saat  19  -  da  yazıçını  evinə  gətirib  dərin 
ehtiram  və  məhəbbətlə  ona  xidmət  göstərir.  Hadisədən 
artıq  bütün  dünya  xəbər  tutur.  Noyabrın  3-də  Tolstoy 
gündəliyində  son  qeydlərini  yazır:“Nə  lazımdırsa  elə,  qoy 
nə olacaqsa,  olsun”.
Mir  Cəlal  bu  barədə  yazır:  “Deyirlər  ölümündən  bir 
gün  qabaq  o,  başını  qaldırıb  hamını  təəccübləndirən  bir 
şəkildə  oturmuşdu.  Yaxın  adamlardan  biri  soruşmuşdu: 
“Nə  olub?  Yastığınızı  düzəldimmi?"  Tolstoy  belə  cavab 
vermişdi:Yox! 
Sonra 
uca 
səslə 
demişdi:“Bir 
şeyi 
yadınızda  saxlayın,  dünyada  Lev  Tolstoydan  başqa  çox 
adam var,  siz isə təkcə Tolstoya baxırsınız ”.
___ __________
_Reyhan M irzə za d ə
_____________ _
to  398 ea
Altı  nəfər  təcrübəli  həkim  Tolstoyun  sağlamlığı 
naminə  gecə-gündüz  çalışsa  da,  dahini  həyata  qaytar­
maq  mümkün  olmur.  1910-cu  il  noyabrin  7-də,  yeni 
təqvimə  görə  20  -  də,  səhər  saat  6.05-də  Tolstoy  stan­
siya  rəisinin  evində  əbədi  olaraq  gözlərini  yumur.  Böyük 
oğlu  Sergeyə  ölümündən  bir  neçə  saat  əvvəl  yalnız  bun­
ları  deyə  bilir:“Seryoja.  Həqiqəti...Çox şeyi  sevirəm...Mən 
hamını  sevirəm ...”
Həmin 
dəqiqələrdə 
Astapovo 
teleqrafı 
bütün 
Rusiyaya,  bəlkə  də  bütün  dünyaya  sanki  bir  ildırım 
sürətilə xəbər verirdi:“Təcili! Vəfat e td i...”
Tolstoyun  sadəliyinə  və  böyüklüyünə,  onun  əbədi­
yaşar ömrünə,  bəşəriyyətə  nümunə olan  yaradıcılığına  və 
mənliyinə  yüksək  dəyər  verən  Mir  Cəlal  Paşayevin  rus 
dahisi  haqqında  yazdıqlarından  son  sitatımı  qələmə 
alıram:  “Tolstoy  sənətdə  dil,  ifadə  sadəliyini  başlıca  şərt­
lərdən  sayırdı:“Hər  kəs  həqiqətə,  varlığın  idrakına  öz 
xüsusi yolu  ilə  gedir.  Mən də yazı  ilə gedirəm.  Lakin  bircə 
onu  deyə  bilərəm  ki,  mən  sadəcə  sözlə  yazmıram, 
bununla  həm  də  yaşayıram.  Yalnız  bununla  xoşbəxtəm 
və bununla  da öləcəyəm".
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
"Həftə  içi” qəzeti 
4  noyabr,  2015-ci  i!
Eo 399 03

MİR CƏLAL VƏ  RUS  ƏDƏBİYYATI
2015-ci il Rusiyada  rəsmi olaraq “Ədəbiyyat ili" 
elan olunub
“ M əlu m d u r  ki,  realist  bədii  n ə s r A zərb aycanda  son 
əsrlərdə  yaranm ışdır.  B u  yaranışd a  böyük rus  ədəbiyyatı, 
xüsusən  rus  realist  n əs ri  həm işə  qayğıkeş  müəllim  ol­
muşdur.  Bizim  əd ə b iy yatım ızd a  elə  görkəm li  realist  n a s ir 
tap m aq   çətindir ki,  keç ən   əsrin  böyük rus  ədiblərini bu  və 
y a   b aş q a  d ə rə c ə d ə   izləm əsin,  onları  sevməsin,  onların 
yarad ıcılığ ın d an   öyrənm əsin.  Bu  yalnız  bizim  ədiblərə  a id  
bir xüsusiyyət  deyildir.  Qoqol,  Tolstoy,  Çexov,  Qorki  kim i 
yazıçıla rd an   bütün  d ün ya  ədəbiyyatında  böyük  sən ət 
ustaları  kimi,  bəd ii  nəsrd ə  həqiqi  müəllim  kimi  bəh s 
olunur”.
Mir Cəlal  Paşayev
"ötüb  keçən   h ə r b ir il  daha  istedadlı  adam ları  aşka­
ra  çıxarır.  Bax,  bu  fərəhli  haldır.  Vallah,  Rusiya  çox 
istedadlıdır".
Maksim Qorki
Bəşəriyyətin  bədii  təfəkkür  tarixində  elə  dahilər 
yetişmişdir  ki,  onlar  öz  xalqlarının  şan  və  şöhrətini  artır­
mış,  öz  istedad  və  dühasını  bütün  dünyaya  təsdiq  etdir­
miş,  öz  millətlərinin  yaradıcılıq  qüdrətini  hamıya  bildir­
mişlər.  Rus  realizminin  atası  və  banisi,  rus  milli  dilinin 
yaradıcısı  olan  Puşkin,  rus  ədəbiyyatının  inkişaf  yolunu 
tam  bir  əsr,  hətta  zəmanəmizə  qədər  müəyyən  etmişdir. 
XIX əsrdə və XX əsrin  birinci yarısında yaşayıb - yaratmış 
olan  dahi  rus  yazıçılarının  hamısı  müəyyən  dərəcədə 
Puşkin  əsərlərinin,  onun  füsunkar  və  doğru  sözlərinin
_______________
Reyhan Mirzəzadə__
______________
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin