Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

_______________
Reyhan Mirzəzadə
________________
во 
366
 ea
qəbahət  sayıram.  Bəli,  kobud  siyasi  səhv  buraxılmışdır. 
Onlar  sadəcə  olaraq,  respublikadakı  əsl  vəziyyəti  qiy- 
mətləndərə  bilməmiş,  Azərbaycan  xalqının  psixologi­
yasını  anlamamış,  əhalinin  müxtəlif təbəqələri  ilə  əlaqə­
ləri  zəiflətmişlər.  Bütün  bunlar  qabaqcadan  nəzərə  alın­
malı  və  vaxtında  vacib,  zəruri  tədbirlər  qəbul  edilməli  idi. 
Ordu  yeridilmiş,  günahsız  adamlar  həlak  olmuşlar.  Azər­
baycan  rəhbərliyi,  hamidan  əvvəl  isə  bərk  ayaqda  Azər­
baycanı  qoyub  qaçmış  Vəzirov,  öz  xalqı  qarşısında  mə­
suliyyət  daşımalıdır,  ölkənin  ali  siyasi  rəhbərliyinə  yanlış 
məlumat verənlər də məsuliyyət daşımalıdır...”
O  zaman  xalqından  ayrı  salınan  Heydər  Əliyevə 
mənəvi  dəstək  verən  kim  idi?  Əlbəttə,  ailə  üzvləri,  öv­
ladları,  doğmaları, qohum-əqrəbaları və təbii ki, xalqı.
Nəhayət,  Ulu  öndər  xalqın  tələbi  ilə  yenidən  haki­
miyyətə  gəldi.  Heydər  Əliyev  Azərbaycanda  Prezident 
seçildikdən  sonra  hansı  məsələlərin  həllini  önə  çəkdi? 
Əlbəttə,  xarici  səfərlər,  iqtisadiyyatımızın  gücləndirilməsi, 
diplomatik  əlaqələrin  yaranması,  inkişafı,  Azərbaycan 
həqiqətlərinin  dünyaya  düzgün  olaraq  çatdırılması  və 
digər  çoxsaylı  işlər  öz  yerində.  Heydər  Əliyev  işə  başla­
yandan  dərhal  sonra  20  Yanvar  faciəsinin  dördüncü 
ildönümü  ilə  bağlı  tədbirlərin  hazırlanması  və  keçirilməsi 
üzrə  dövlət  komissiyası  yaratdı.  Həmin  komissiyanın  ic­
lasında  çıxışındakı  bəzi  məqamlara  diqqət  yetirin:”...ötən 
dörd  il  müddətində  Yanvar faciəsinə  hüquqi-siyasi  qiymət 
verilməyib.  Bilirsiniz  ki,  mən  bu  dörd  il  ərzində  burada 
olmamışam.  İndi  bu  məsələ  haqqında  fərman  hazır­
lanarkən  xahiş  etdim  ki,  Yanvar  faciəsi  ilə  bağlı  hansı 
qərarlar  qəbul  olunubsa,  bu  haqda  nə  kimi  işlər  görü- 
lübsə,  həmin  sənədləri  mənə  təqdim  etsinlər.  Mənə  Milli 
Şuranın,  indi  ona  Milli  Məclis  deyirik,  1992-ci  il  19  yanvar 
tarixli  qərarı  təqdim edildi...  Bu  qərarı  oxuyanda,  doğrusu,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 367 caa

çox  həyəcanlandım...  Milli  Şura  belə  bir  qərar qəbul  edib 
ki,  bu  məsələnin  üstü  tamamilə  örtülsün,  basdırılsın  və 
ləğv  olunsun.  Necə  ola  bilər  ki,  iki  il  ərzində  bu  deputat- 
istintaq  komissiyası  guya  araşdırma-istintaq  aparıb,  am­
ma  heç  kimin  adını  çəkməyib?..  Bunlar  məni  dəhşətə 
gətirir...”
Xocalı  faciəsinin  üçüncü  ildönümündə  Təzəpir  məs­
cidində  keçirilən  yas  mərasimində  Heydər  Əliyevin  necə 
qəm  və  kədər  hissi  ilə,  həyəcanla,  xalqımızın  faciəsini 
ürəyindən  keçirə-keçirə  dediyi  bu  sözlər  indi  də  qu­
laqlarımda  səslənir:“Tarixdə  insanın  insana  qarşı  vəhşilik 
etməsi  halları  dəfələrlə  qeyd  olunub.  Soyqırımı  da 
dünyanın  bir  çox  yerlərində  baş  veribdir.  Azərbaycana 
qarşı  Ermənistan  qəsbkarları,  təcavüzkarları  tərəfindən 
edilən  soyqırımı  bunların  ən  dəhşətlilərindən  biridir.  Uzun 
müddət,  demək  olar ki,  XX əsr ərzində Azərbaycan xalqı­
na,  millətinə  qarşı  Ermənistan  təcavüzkarları  tərəfindən 
olunan  soyqırımları  xalqımıza  böyük  yaralar  vurmuşdur. 
Onların  arasında  ən  böyük,  ən  ağır yaralardan  biri Xocalı 
soyqırımıdır...”
Həmin  vaxtlar  Azərbaycan  neftinə  də  xain  əllər 
uzanmışdı.  Heydər  Əliyev  Azərbaycanda  Prezident  seçi­
ləndən  dərhal  sonra  keçmiş  rəhbərliyin  xalqımızın  milli 
sərvətinə  -  Azərbaycan  neftinə  də  xəyanətkar  münasibə­
tini  üzə  çıxardı.  Ulu  öndər  həmişə  qeyd  etmişdir  ki,  neft 
Azərbaycan  xalqına  mənsubdur.  Bu  sərvət  təkcə  bizim 
nəslimizə  deyil, 
100-200  ildən  sonra  da  gərəkdir.
Heydər Əliyev Azərbaycana  rəhbərlik  edərkən xalq 
təsərrüfatı,  kənd  təsərrüfatı,  iqtisadiyyatın  bütün  sahələ­
rində  olduğu  kimi,  neft  sənayesinin  qayğıları,  onun  prob­
lemləri  və  inkişafı  ilə  bağlı  da  dərindən  məşğul  olmuşdu, 
onlara  kifayət  qədər  geniş  diqqət  yetirmişdi.  Neft  və  qaz 
sənayesinin,  onun  xalq  və  gələcək  nəsillər  üçün  necə
___________  
Reyhan Mirzdzadd
________________
во 368 oä
böyük  və  dəyərli  əmanət  olduğunu  gözəl  bilirdi.  Odur  ki, 
o,  xarici  konsorsiumla  bağlanan  müqavilələrdəki  “əngəl­
ləri"  dərhal  başa  düşdü.  Bunun  qarşısını  almaq  üçün 
Nazirlər  Kabinetinə  prosesi  dayandırmaq  əmrini  verdi.  O 
dəqiqə  hay-küy  qopdu.  Heydər  Əliyev  müqavilələrdəki 
nöqsanları  üzə  çıxardı.  Onun  təcrübəsi  bu  və  digər  neft 
xəyanətlərinin  qarşısını  aldı.  Bir qədər  sonra,  1994-cü  ilin 
20  sentyabrında  ədalətli  bir  sənəd  -  “Əsrin  müqaviləsi” 
imzalandı.
Bu  gün  məmləkətimizdə  mənim  üçün  ən  müqəddəs 
ziyarətgahlardan  biri  Heydər  Əliyevin  məzarıdır.  Mən  tez- 
tez  buranı  ziyarət edirəm.  Ürəyimdə  onunla  “söhbətləşir”, 
abidəsi  ilə  “danışıram".  Amma  qüssələnmirəm,  əksinə, 
qürur  hissi  keçirirəm.  Dünyanın  neçə-neçə  nəhəng  döv­
lətlərinin  rəhbərləri,  hökumət  başçıları,  tanınmış  şəx­
siyyətləri,  yüz minlərlə adamların  kilometrlərlə yolu  piyada 
addım-addım  qət  etdikləri,  Ümummilli  liderimizi  Allah 
dərgahına,  haqq  dünyasına  qovuşdurduqları  bu  yer  artıq 
milyon-milyon  insan  üçün,  azərbaycanlı,  türk,  müsəlman, 
hər  bir  tərəqqipərvər,  sülhsevər  bəşər  övladı  üçün  əsl 
ziyarətgahdır.  Elə  bir  ziyarətgah  ki,  onu  nəsillər  əsrlər 
boyu  yaşadacaqdır.Yaşadacaq və daim  də  qoruyacaqdır. 
Çünki  Xalq  və  Heydər  kəlmələri  bir-biri  üçün  yaranmış 
qoşa  qanad  kimi  əbədi  olaraq  milli  mənliyimizin,  milli 
məfkurəmizin səmalarına köçübdür.
____
_Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi
____
“Azad  Azərbaycan"qəzeti, 
14  iyul 2006-cı  il.
ю  369 ca

AZƏRB AYC A N-R U SİYA  ƏLAQƏLƏRİNİN 
İKİ ƏSRLİK TARİXİ
“...A zərb aycan   2 0 0   ildir  R u siy a  ilə  bağlıdır.  Ə lbəttə, 
ö z   qədim   keçm işim izlə  fəxr  edirik,  öz  qədim   m ə d ə n iy ­
yətim izlə  fə x r  edirik,  ö z   m illi  ən ən ələrim izlə  fəxr  edirik, 
a n c a q   bununla  yanaşı,  biz  h e ç   vaxt  unutm am alıyıq  ki, 
X I X - X X   əsrlərdə  A zə rb a y c a n   üm um ibəşəri  d əyərlərə, 
A vro p a  dəyərlərinə,  m ə h z   R u siya  vasitəsilə,  Rusiya  m ə ­
dəniyyəti vasitəsilə,  rus  təhsili vasitəsilə qovuşm uşdur”.
Heydər Əliyev
“Biz  Rusiya  ilə  A zə rb a y c a n   arasın d a  qarşılıqlı 
m ünasibətlərdə, 
fəaliyyətim izin  bütün  istiqam ətlərində 
y e n i səhifə  aça  b ilərik’.
Vladimir Putin
Müstəqillik  qazanmış  Azərbaycan  Respublikası  Ru­
siya  Federasiyası  ilə  1992  -   ci  ildən  diplomatik  əlaqələr 
qurub.  Ərazisinə görə dünyada  birinci  yeri tutan  Rusiyada 
yüzdən  artıq  xalqın  nümayəndəsi  yaşayır.  Əhalinin  əsas 
hissəsini  ruslar təşkil edir.
XII  əsrdə  Kiyev-Rus  dövləti  feodal  knyazlıqlanna 
parçalandıqdan  sonra  qədim  rus  xalqı  əsasında  rus,  Uk­
rayna  və  belarus  xalqları  formalaşmağa  başladı.  İki -   üç 
əsrdən  sonra  Novqorodda,  Volqa-Oka  çayları  arasındakı 
ərazidə  rus  xalqı  təşəkkül  tapdı.  Bəzi  tədqiqatçıların 
fikrincə,  Rusiyanın  adı  rodilər,  rosslar  və  ya  ruslar  kimi 
slavyan  tayfalarının  birinin  adından  götürülmüşdür.  XIX 
əsrin  sonu  XX  əsrin  əvvəllərində  “velikorus”  və  “velo- 
koross” terminləri də  işlədilmişdir.
_______________
Reyhan Mirzəzadə
________________
370
 ca
Ruslar  xalq  kimi  monqol  -  tatarlara  qarşı  mübarizə 
nəticəsində  XIV-XV  əsrlərdə  Moskva  ətrafında  mərkəz­
ləşmiş rus dövlətinin yaranması dövründə formalaşmışlar.
Qeyd  edim  ki,  tarixi  salnamələrdə  Rusiyanın  pay­
taxtı  Moskvanın  adı  ilk  dəfə  1147-ci  ilə  aid  edilir  və  bu, 
Suzdal  knyazı  Yuri  Dolqorukinin  mülkü  kimi  qeyd  olunur. 
Sonralar  Moskva,  Böyük  Moskva  Knyazlığımn  mərkəzi, 
Mərkəzləşdirilmiş  Rus  Dövlətinin  paytaxtı  olmuşdur.  İlk 
rus salnamələri də həmin əsrlərdə Moskvada yazılmışdır.
Moskva  həm  də  rus  kitabçılığının  qədim  mərkəzidir. 
Hələ  1553-cü  ildə  burada  ilk  mətbəə  yaradılmış,  “Vedo- 
mosti"  adlı  ilk  rus  qəzeti  1703-cü  ildə  bu  mətbəədə  nəşr 
olunmuşdur.
Moskvanın  ən  qədim  hissəsi  dünyanın  ən  gözəl, 
möhtəşəm  memarlıq  ansambllarından  biri  olan  Kreml 
ansamblıdır.  Hələ  1156-cı  ildə  Knyaz  Yuri  Dolqorukinin 
əmri  ilə  Borovitsı  təpəsində  kiçik  qala  tikilmiş,  sonralar 
onun  ətrafına  qala  divarları  çəkilmişdir.  İllər ötdükcə ətraf 
xeyli  genişləndirilmiş,  Kremlin  divarları  isə  ağ  daşdan 
hörülmüşdür.  XV  əsrin  sonunda  bunlar  18  qülləli  kərpic 
divarlarla  əvəz  edilmişdir.  Daha  sonraki  əsrlərdə  Moskva 
Kremlində  Uspeniye,  Blaqovoşeni  və  Arxangel  kilsələri 
tikilmiş,  Kilsə  Meydanı  ansamblı  və  Qranovit  Palatası 
formalaşmışdır.  Perem  sarayı,  Arsenal  və  Senat  binaları, 
Böyük  Kreml  sarayı,  Silah  Palatası  təkrarsız  memarlıq 
komplekslərinə əzəmətli ahəngdarlıq  bəxş etmişdir.
Moskva  Kremli  böyük  rus  knyazlarının,  XVI  əsrin 
ortalarında  isə rus çarlarının  iqamətgahı  olmuşdur.
Yenidən  Rusiya  anlayışına  qayıtmaq  istəyirəm. 
Xatırladım  ki,  rus  yazılı  abidələrində  “Rusiya"  adına  XV 
əsrin  sonundan  rast  gəlinsə  də,  XVII  əsrin  sonunadək 
“Rus  dövləti”,  “Rus  torpaqları",  “Moskva  dövləti",  “Rusiya 
çarlığı”  adları  daha  çox  işlənirdi.  I  Pyotrun  dövründə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
371
 ca

Rusiyada  mühüm  islahatlar  həyata  keçirilmişdi.  1721-ci 
ildə  mərkəzləşdirilmiş  rus  dövlətinin  əsasında  Rusiya 
çoxmillətli  monarxist  dövlət-imperiya  elan  edilmişdi. 
İHəmin  dövrün  yadigarı  kimi  xatırlatmaq  istərdim  ki,  Azər­
baycan  dilində  “Qanuni-cədid"  adlı  ilk  kitab  1780-ci  ildə 
məhz Peterburqda  nəşr olunmuşdu.
1813-cü  ildə  “Gülüstan”  və  1828-ci  ildə  “Türkmən- 
çay”  sülh  müqavilələrinə  əsasən,  Şimali  Azərbaycan 
Rusiyaya  birləşdirildikdən  sonra  179  illik  tarixdə Azərbay­
can  Rusiya  ilə  bir  ailədə  dost  və  qardaş  kimi  yaşadı. 
Azərbaycan  və  rus  xalqları  arasında  iki  əsrə  yaxın  olan 
sıx  və  səmimi  əlaqələri  bir  məqalədə  təhlil  etmək  müm­
kün  olmasa  da,  hər  iki  xalqın  böyük  şəxsiyyət  və  dühala­
rını  ehtiramla  yad  etməyi,  misilsiz  xidmətlərini  bir  daha 
sevgi  ilə xatırlamağı  zəruri hesab edirəm
Məlum  olduğu  kimi,  1856-cı  ildə  Azərbaycan  eposu 
“Şərq  şairi-atlısı  Koroğlu"  adı  ilə  Pennin  tərcüməsində  rus 
dilində  ayrıca  kitab  kimi  nəşr  edilmişdir.  Həmin  il  böyük 
rus  demokratı  N.Çemıişevski  “Sovremennik”  jurnalında 
epos  haqqında  resenziya  yazmışdır.  Dərc  edilən  resenzi- 
yada  Koroğlunun  tarixi  şəxsiyyət olması,  “Koroğlu” kəlmə­
sinin  mənası,  Koroğlunun  səfərləri,  onun  Qafqazda  və 
İranda  məşhurluğu,  Azərbaycanın  Səlmas  vadisində 
Çənlibel  qalasının  qalıqları  haqqında  danışılır.  Qeyd  olu­
nur  ki,  həmin  qəhrəmanın  orijinal  şəxsiyyəti  Azərbaycan 
xalqının  milli  xarakterik  xüsusiyyətlərini  özündə  təcəssüm 
etdirir.
1817-ci  ildə  M.Lermontov Quba  və  Şamaxıda  olmuş, 
azərbaycanlıların  qədim  mədəniyyəti  ilə  maraqlanmış, 
xalq  nağıllarını  və  rəvayətlərini  dinləmişdir.  O,  Şamaxı 
qəzasının  Pircan  kəndində  "Aşıq  Qərib”  dastanını 
yazmışdır.
_________________Reyhan_Mirzəzadə______________so__372__ca'>______ ________
Reyhan Mirzəzadə
____________
so 
372
 ca
Lermontov  məktublarının 
birində  S.Rayevskiyə 
yazırdı:  “Rusiyadan  çıxandan  bəri  dağları  keçmişəm,  Şu­
şada,  Qubada,  Şamaxıda,  Kaxetiyada  olmuşam.  Tatarca 
(azərbaycanca)  öyrənməyə  başlamışam  Avropada  fran­
sız  dilini  bilmək  nə  qədər  zəruridirsə,  burada,  ümu­
miyyətlə,  Asiyada bu dili bilmək bir o qədər vacibdir...”
Xatırladım  ki,  Azərbaycan  dilinin  Şərqdəki  rolunun 
fransız  dilinin  Avropadakı  rolu  ilə  müqayisəsini  Lermon­
tovdan  əvvəl,  hələ  1834-cü  ildə  A.Bestujev-Marlinski  et­
mişdir.  O,  Azərbaycan  dilini  o  qədər  mükəmməl  öyrən­
mişdi  ki,  Dərbəndin  yerli  əhalisi  ilə  Ana  dilimizdə  sərbəst 
danışa  bilirdi.
Küxelbeker,  Qriboyedov Azərbaycan  dilini  Abasqulu 
ağa  Bakıxanovdan öyrənirdilər.
L.Tolstoy  1851-1854-cü  illərdə  Qafqazda  yaşayar­
kən  Azərbaycanda,  Nuxada  (Şəkidə)  olmuş,  Mirzə  Şəfi­
nin  yaradıcılığı  ilə  maraqlanmış,  əsərlərini  Azərbaycan 
dilinə  çevirən  tərcüməçilərlə  və  başqaları  ilə  dostluq 
əlaqələri yaratmışdır.
1883-1888-ci  illərdə A.Pisemski,  A.Ostrovski,  Q.Us- 
penski,  A.Çexov  və  V.N.Dançenko  Azərbaycanda  və 
Bakının  neft  mədənlərində  olarkən  aldıqları  təəssüratı  öz 
gündəliklərində,  dostlarına  yazdıqları  məktublarda,  yol 
oçerklərində təsvir etmişlər.
Maksim  Qorki  Azərbaycan  xalqının  çox  sevdiyi  rus 
yazıçılarından  biridir.  Azərbaycan,  xüsusilə  Bakı  şəhəri 
M.Qorkinin  diqqətini  həmişə  cəlb  etmişdir.  1892-1928-ci 
illərdə  üç  dəfə  Azərbaycanda  olmuş  M.Qorki  Azərbaycan 
xalqının  şifahi  xalq  ədəbiyyatı,  xalq  içərisindən  çıxmış 
qəhrəmanların  həyatı  ilə  dərindən  maraqlanmışdır.  0, 
Qaçaq  Nəbi  və  Qaçaq  Kərəm  haqqında  məlumat  top­
layaraq  onları  tərcümə  etmiş  və  hazırladığı  kitabda  nəşr 
etdirmişdir.  Neft  mədənlərinə,  zavodlara  Suraxanıya,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8 0  
373
 
0 8

Qara  şəhərə  və  Mərdəkana  gedən  ədib,  Azərbaycan 
zəhmətkeşlərinin  həyatı  ilə yaxından tanış olmuş,  alimlər, 
yazıçılar,  ictimai xadimlərlə görüşmüşdür.
Azərbaycan  şairi  Süleyman  Rüstəm  “Mayakovski  ilə 
görüşlərim”  adlı  xatirəsində  böyük  şair  ilə  tanışlığından 
bəhs  edərkən  yazırdı:”Mayakovskinin  şeirləri  ilə  1925-ci 
ildən tanışdım.  Mən  həmişə ona böyük hörmət bəslərdim”.
S.Rüstəm  Azərbaycanı  üç  dəfə  ziyarət  etmiş  Maya- 
kovskini  çox  oxuyan  və  ondan  öyrənən  şairlərimizdəndir. 
Moskvada  Mayakovski  ilə  tez-tez  görüşən  S.Rüstəm, 
onun  ədəbiyyatımızla  və  doğma  Bakı  ilə  bağlı  olduğunu 
qeyd  edərək:“Bu  adam  Moskvada  oturmağına  baxma­
yaraq,  bizim  ədəbiyyatla,  bizim  Bakımızla  yaxından  tanış 
idi”,  - deyə yazırdı.
1907-ci  ildə  Qori  Seminariyasının  tələbəsi  ikən 
Rusiya  və  Azərbaycanın  qabaqcıl  ictimai  fikri,  ədəbiyyat 
və  incəsənəti  ilə  tərbiyələnən  Üzeyir  Hacıbəyov  böyük 
bəstəkarların  yolu  ilə  gedərək,  Azərbaycanın  zəngin  xalq 
musiqisi  xəzinəsindən  istifadə  edib  beş  il  ərzində  bir- 
birinin ardınca  “Leyli  və Məcnun”,  “Ər və arvad",  “Rüstəm 
və  Söhrab”,  "Şah  Abbas  və  Xurşudbanu",  “Harun  və 
Leyla”,  “Əsli  və  Kərəm”,  “Şeyx Sənan”,  və  “O olmasın,  bu 
olsun"  kimi  demokratik  ruhlu  opera,  operetta  və  musiqili 
komediyalarını  yazmışdır.
Peterburq  Konservatoriyasında  oxuduğu  zaman 
böyük  bəstəkarların  yazdığı  “Arşın  mal  alan"  musiqili 
komediyası  tamaşaya  qoyulur.  Çox  çəkmir  ki,  Azərbay­
canda  Üzeyirin  tutduğu  yolun  davamçıları  yaranır.  Qori 
Seminariyasının  ikinci  bir  istedadlı  məzunu-Müslüm 
Maqomayev  Çaykovskinin  operalarından  və  Üzeyrin 
yaradıcılığından  təsirlənərək  “Arşın  mal  alan”ın  ilk  tama­
şasından  sonra  “Şah  ismayıl"  adlı  gözəl  operasını 
yazmağa  başlayır.
_______________
Reyhan Mii'zəzadə
________________
so 374 o*
Rus 
xalqı 
ilə 
dostluğun 
mökəmlənməsində 
M.F.Axundovun  böyük  xidmətləri  olmuşdur.  Onun  bir  çox 
əsərlərində  rus  xalqına  rəğbət  hissi  ifadə  olunmuşdur. 
Puşkinin  faciəli  ölümünə  Qafqazdan  birinci  olaraq 
Axundov  cavab  vermişdir.  Onun  ürək  ağrısı  ilə  yazdığı 
“Puşkinin  ölümünə  Şərq  poeması"  Lermontovun  məşhur 
poetik  pamfletindən  sonra  böyük  rus  şairinin  ölümünə 
həsr edilmiş bütün əsərlər içərisində ən güclüsüdür.
1916-cı  ildə  Bakıda  nəşr olunan  qəzetlərdən  birində 
məşhur  rus  alimi,  mikrobiologiya  eliminin  dahi  mütə­
xəssislərindən  biri  llya  iliç Meçnikovun vəfatı  münasibətilə 
Nəriman  Nərimanovun  böyük  məqaləsi  çap  olunmuşdu. 
Məqalədə  Meçnikovun  nəzəriyyələrindən,  xüsusilə  böyük 
rus  aliminin  insan  ömrünün  uzadılması  haqqında  olan 
nəzəriyyəsindən  ətraflı  bəhs  olunurdu.  Meçnikovun  ölü­
münün  bütün  bəşəriyyət  üçün  böyük  itki  olduğu  deyilirdi: 
“İnsan  var  ölər,  yox  olar  və  bunun  yoxluğunu  ancaq 
yavuq  qohum-əqrabası  hiss  edər.  İnsan  var  ki,  ölər  və 
bunun  yoxluğu  xüsusi  bir  milləti  heyfisləndirər.  İnsan  var 
ki,  ölür  və  onun  ölməyi  bütün  millətlərə  təsir  edir. 
I.l.Meçnikovun  ölümü,  yoxluğu,  doğrudan  da  hamı  millət­
ləri,  bütün  insanları  qəm  dəryasına  qərq  etsə  gərəkdir. 
Meçnikovun  qan  barəsində və  ömrün  uzadılması  barəsin­
də  nəzəriyyələri  çox  qiymətdardır.  Meçnikovun  bu  nəzə­
riyyəsi  tibdə  mövcud  olan  fikirlərdə  doğrudan  da  bir 
inqilab törədir”.
1990-cı  ili  iyunun  12-də  Rusiya  Federasiyası  müs­
təqil  dövlət  elan  olundu.  Çox  çəkmədi  ki,  Azərbaycan  da 
öz  suverenliyinə  qovuşdu.  Lakin  iki  əsrlik  müqəddəs 
tarixə qulluq  edərək,  bir-birinə  sığınan Azərbaycan  və  rus 
xalqları  heç  bir  zaman  ayrılmazdır.  Bunu  Rusiya  Fe­
derasiyasının  Prezidenti  cənab  Vladimer  Putin  2001-ci 
ilin  yanvarında  Azərbaycana  rəsmi  səfəri  zamanı  belə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  375 ca

ifadə  etmişdir:  “Bir  vaxtlar  ölkələrimizin  xalqları  düzgün 
tarixi  seçim  etmişlər  və  vahid  dövlət  çərçivəsində  olmaq 
Azərbaycan  xalqına  da  çox  şey  vermişdir.  Rus  mədə­
niyyətinə qiymətə görə Azərbaycan  Prezidentinə təşəkkür 
etmək  istəyirəm.  Lakin  mübaliğəsiz  demək  olar  ki,  bu 
təsir  qarşılıqlı  olmuşdur  və  bu  gün  sadəcə  salona  bax­
maqla  bunu  yəqin  etmiş  olarıq.  Budur,  mən  Müslüm 
Maqomayevi  süfrə  arxasında  görürəm.  Onunla  kim  daha 
çox fəxr edir?!  Görkəmli  incəsənət,  ədəbiyyat xadimləri  ilə 
hər  iki  xalqın  eyni  dərəcədə  fəxr  etməyə  ixtiyarı  var.  Biz 
tariximizin  yaxşı  vaxtlarında  da,  çox  ağır  vaxtlarında  da 
həmişə  birlikdə olmuşuq.  Faşizimə  birlikdə  qalib  gəlmişik. 
Ötən əsrin çox ağır sınaqlarına  birlikdə sinə gərmişik...
Biz  Azərbaycanla  münasibətlərin  inkişafına  ciddi 
əhəmiyyət  veririk.  Mənə  elə  gəlir  ki,  bunun  üçün  bütün 
imkanlarımız  var.  Azərbaycan  Prezidenti  ilə  razıyam  ki, 
biz  Rusiya  ilə  Azərbaycan  arasında  qarşılıqlı  müna­
sibətlərdə,  özü  də  fəaliyyətimizin  bütün  istiqamətlərində 
yəni  səhifə aça  bilərik...  ”
_______________
Reyhan Mirzəzadə
________________
“Azad Azərbaycan” qəzeti, 
11  iyun 2003-cü  il
so 376 ca
MİR CƏLAL VƏ  LEV TOLSTOY
D a h i  ru s   y a z ıç ıs ın ın   v ə f a t ın d a n   1 0 5   il  ö tü r.
“Böyük  mütəfəkkirin  qarşısında  baş  əyirik!  E llad aya 
Hom eri  yetişdirmək  üçün  əsrlər  lazım   idi.  R u siyad a  isə 
Tolstoy  qayadan  çıxan  bulaq  kimi  doğuldu.  Ə srlər  boyu 
insanlar bu bulaqdan içəcəkləri’.
Anatol  Frans
Fransız yazıçısı, ədəbi tənqidçisi,  Fransa 
Akademiyasının  üzvü,  Nobel Mükafatı  laureatı.
“ 
Tolstoy!..Bu  bir  ad d ır  ki,  insanlıq  adı  ilə  ad lanan 
cəmi  məxluqun  yanında  altmış  ildən  bəri  ehtiram   ilə  ç ə ­
kilib.  Milyonlarla  zəhmətkeşlər,  kəndlilər y a v a n   çörəkdən 
ötrü  gecə-gündüz  çalışanlar,  bu  adla  özlərinə  təsəlli 
veriblər.  Milyonlarla  üdəbalar,  şüəralar,  müsənniflər,  m ü ­
həmirlər bu ad sahibini vacibül -  ehtiram  bilibləri'.
Cəlil Məmmədquluzadə

Azərbaycan  yazıçıları  dahi  ədibin  (Tolstoyun) 
bütün  bəşəriyyətin  bədii  inkişafında  irəliyə  doğru  bir  a d ­
dım  olan  əsərlərinə  zəngin  və  tükənm əz  bir  s ən ət  x ə z i­
nəsi  kimi  baxır,  sənətkarlıq  qaydalarını,  cah anşüm ül  rus 
realizminin  gözəl  ənənələrini  inadla  öyrənir,  ö z   y a ra d ıc ı­
lıqlarını  kamilləşdirir,  ədəbiyyatları  yolunda  d ah a  sürətli 
addım lar atm ağa  səy edirdilər”.
___
Azər baycançılıa və vətənpərvərlik məfkurəsi
____
Mir Cəlal  Paşayev
Lev  Nikolayeviç  Tolstoy  rus  xalqının  iftixarı,  böyük 
bir sənətkarıdır.  Rus torpağının dahi  yazıçısının  irsi  bəşər
so 
377
 oa

bədii  təfəkkürü  xəzinəsinin  çox  qiymətli  hissəsini  təşkil 
edir.  Onun  yaratdığı  “Hərb  və  sülh”,  “Anna  Karenina”, 
“Dirilmə”  kimi  bir  çox  qiymətli  əsərləri  təkcə  rus  ədə­
biyyatının  deyil,  bütün  dünya  ədəbiyyatının  zəngin  sər­
vətidir.  Dünyada elə  bir mədəni  ölkə,  elə  bir mədəni  millət 
yoxdur  ki,  Tolstoyu  tanımasın  və  ona  dərin  hörmət 
bəsləməsin.
Tolstoy,  Maksim  Qorkinin  dediyi  kimi,  başdan-başa 
bir  dünya  idi.  O,  hər  tərəfə  nəzər  sala-sala  altmış  il 
Rusiyanı  dolaşmışdı,  xaricdə  olmuşdu,  həbsxanalara, 
sürgünlərə,  qubernatorların  idarəsinə,  düşərgələrə,  kar­
vansaralara,  kəndli  daxmalarına,  aristokratların  bahalı 
evlərinə  nəzər  salmışdı.  Düz  altmış  il  Rusiyada  onun  hər 
şeyi  sezən  və  bütün  mənfilikləri,  haqsızlıqları  ifşa  edən 
həqiqət  səsi  eşidilmişdi.  Hələ  sağlığında  ikən  dünya  şöh­
rəti  qazanan  yazıçını  bu  səviyyəyə  yüksəldən  onun 
yaşayıb-yaratdığı  dövrdə  rus  cəmiyyətinin  həyatı  haqqın­
da  dediyi  həqiqətlər,  bədii  əsərlərində  heyrətamiz  bir 
düzgünlüklə  əks  etdirdiyi  rus  həyatı  idi.  1908-ci  ildə 
Tolstoyun  80  illik  yubileyi  keçirilərkən  rəsmi  hökumət  və 
liberal  mətbuatı  böyük  rus  ədibinin  həyat  və  yaradıcı­
lığına  həsr  olunmuş  məqalələrlə  dolmuşdu.  Liberallar 
Tolstoyu  yalnız  bir  sənətkar  kimi  deyil,  həm  də  bir  müəl­
lim  və  mütəfəkkir  olaraq  dəyərləndirir,  onu  rus  xalqının 
peyğəmbəri elan  edirdilər.
Qərbi  Avropa  ədəbiyyatı  uzun  illər  boyu  bu  rus 
dahisinin  sənətkarlıq  istedadının  təsiri  ilə  yaşamışdı. 
Fransız  yazıçısı  Qustav  Flober  “Hərb  və  sülh”ü  oxu­
yandan  sonra  böyük  bir  heyrətlə  I.Turgenevə  yazırdı: 
“...Necə  bir  sənətkar,  nə  dərin  bir  psixoloqdur!  Bəzən 
əsəri  mütaliə  edərkən  heyrətimdən  qışqırırdım,  əsərin 
mütaliəsi  isə  uzun  zaman davam  edir.  Bəli,  bu  qüvvətli  bir 
şeydir,  çox  qüvvətlidir!".  Digər  fransız  yazıçısı  Gi  de
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin