____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
tsn 331 ca
Reyhan Mirzəzadə
buyurun" - deyə müştərilərə xidmət edir, gah onlar üçün
siqaret yandırır, gah da xırdaca badələrə “sake” (m öh
kəmliyi on dərəcədən artıq olmayan düyü arağı) tökür
dülər. Cibimdəki döş nişanlarından onlara da verdim.
Burada işləyən xidmətçi oğlanların və qızların sevincinin
həddi-hüdudu yox idi. Onlar mənə “domariqatto” - deyə
təşəkkür edirdilər. Sonralar həmin milli restorana gedən
də, daha bilmirdilər mənə necə hörmət eləsinlər. Hər dəfə
gözləri mənə sataşanda, gülümsünüb təzim edirdilər. Nə
qədər hörmətcil, nə qədər incə idilər..."-Seyidbəyli yazırdı.
Yaponiyada olmuş və yaşamış çoxsaylı müəlliflər
yaponların həddindən artıq zəhmətkeş, işgüzar olduq
larını, sutkada bəzən fasiləsiz 18, hətta 22 saat işlədik
lərindən bəhs edirlər. Bu barədə elə H.Seyidbəyli də
yazır: “Tokioda böyük bir işgüzarlıq duyulur. Elə bil bu
yüz minlərlə adamın içərisində heç kəs avara, məqsədsiz
veyillənmir”.Müəllif daha sonra onların xarici və daxili
aləmindən söz açır:"Yapon gəncləri müasir geyimdə
gəzirlər. Geyimləri o qədər bahalı olmasa da, çox təmiz
və səliqəlidir. Orta yaşlı və qoca qadınların çoxu kimono
geyinir. Onların çox ağıllı, düşüncəli gözləri var. Üzləri,
baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə elə hal-
əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda gülüm
səyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə
dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya
ilə danışırlar. Xoş təsir bağışlamaq, ürək açmaq üçün tez-
tez gülümsünürlər, qocalar da, cavanlar da. Xüsusilə
kişilərlə danışan qadınlar həddindən artıq nəzakət gös
tərirlər. Tokioda, Kiotada, Hakone və başqa şəhərlərdə
dəfələrlə belə mənzərələri seyr etmişəm. Yapon qızları və
qadınları çox məlahətli, çox nəcibdirlər. Onların üz
quruluşundakı xüsusiyyətlərdən biri də odur ki, nəcib,
məlahətli baxışları onları uşaq kimi məsum göstərirdi".
ki
332
oa
Deyirlər, yaponlar söhbət zamanı “yox”, “bacarma
ram”, “bilmirəm" kəlmələrini qətiyyən işlətmirlər. Hətta
ikinci stəkan çay içmək istəməyən qonaq “yox, sağ olun”
sözləri əvəzinə, hərfi mənada “onsuz da özümü çox gözəl
hiss edirəm” anlayışını əks etdirən ifadə işlədir. Bu kiçik
dialoqa diqqət yetirək. Siz mehmanxanaya qayıdıb
inzibatçıdan soruşursunuz:
- Mənə kimsə zəng vurub?
- Hə, - deyə cavab verir.
- Kim zəng vurmuşdu?
- Heç kəs.
Yaponlarda “Mən səni sevirəm" ifadəsi də yoxdur.
Qızla oğlanın bir-birilərinə meyl göstərdiklərini hiss edən
valideynlər məsələni həll edirlər Yaxud oğlan qızdan
valideynlərinə müraciət etmək üçün icazə alır.“Mənə
arvad olmaq istəyirsənmi?" yaxud “Mənimlə ailə qurmaq
istəyirsənmi?” ifadələri daha tez-tez işlənir.
Yaponiyada ata-ananın ərə getmiş qızıgildə bir dam
altında ömür sürmək dəb deyildir. Doğulduğu gündən
başlayaraq, oğula ona görə taxt-tac vəliəhdi kimi ehtiram
edirlər ki, sonralar qoca valideynlərinin qeydinə qalmaq
vəzifəsi məhz onun üzərinə düşür. Əgər övladların ha
mısı qızdırsa, ata-ana onlardan birinə elə adaxlı axtarır
ki, o, oğulluğa götürülməsinə razılıq versin, toy zamanı ər
öz arvadının soyadını qəbul etsin, eyni zamanda yeni
valideynləri barəsində oğulluq vəzifələrini öz üzərinə
götürsün.
Biz öz hərəkətlərimizə ailədəkinə nisbətən kənar
adamlar arasında daha çox diqqət yetirməyə adət et
mişik. Qızardılmış toyuq parçasını öz evində əli ilə
götürən adam qonaqlıqda və ya restoranda bu cür yemə
yə çox vaxt utanar. Yapon isə evdə özünü başqa yer-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 333 ca
lərdəkinə nisbətən qat-qat artıq dəbdəbəli nəzakətlə
aparır.
Əgər yapon “arvadım bərk xəstələnib” sözlərini
təbəssümlə deyirsə, bu təbəssüm qarşı tərəfdəki adamı
qəti təəccübləndirməməlidir. O, sadəcə olaraq nəzərə
çarpdırmaq istəyir ki, şəxsi dərd-səri atrafındakıları kədər
ləndirməməlidir. Nəzakət naminə öz hisslərini cilovla-
mağı, boğmağı yaponlar məntiqi hal hesab edirlər. Lakin
çox vaxt məhz bu cəhət onları məkrli olmaqda təqsir
ləndirməyə təkan verir.
Əcnəbinin, xüsusən rus təbiətli adamın fikrincə,
yaponlar özlərinin ailə büdcəsində pal-paltara həddindən
artıq fikir verir, gündəlik yeməyə heyrətamiz dərəcədə
laqeyd qalırlar.
Aleksandra Valinyano yazır ki, zənnimcə dünyada
elə xalq yoxdur ki, öz şərəfinə yaponlar qədər həssaslıqla
yanaşsın. Onlar ən kiçik təhqirə, kobud sözə dözmürlər.
Onlar öz davranışlarında çox ehtiyatlıdırlar. Şikayələn-
mək və dərd-sərlərini sadalamaqla başqalarına əziyyət
vermirlər. Uşaqlıq dövründən başlayaraq, onlara öz hiss
lərini büruzə verməməyi, bunu mənasız şey hesab etməyi
öyrədirlər. Orada qəzəb, etiraz, şübhə doğura bilən mü
hüm və çətin işləri təkbətək yox, ancaq üçüncü şəxsin
köməyi ilə həll etmək adətdir. Bu adət o qədər yayılmışdır
ki, atalarla uşaqlar arasında, ağalarla nökərlər arasında,
hətta ərlərlə arvadlar arasında vasitəçi olur.
ABŞ-da Yaponiyaya gedən turistlər üçün buraxılan
məlumat
kitabçasında
gənclərə
xəbərdarlıq
edilir:
“Nəzərə alın ki, Doğan günəş ölkəsində gözlənilməz ta
nışlıq baş verməyəcəkdir”. Buna əmin olmaq üçün bir-iki
dəfə qatarda yol getmək kifayətdir. Başqa ölkələrdə üç
kişi olan kupeyə bir qadın düşəndə, kişilər təsadüfi yol
yoldaşı olan xanıma mütləq öz reaksiya və münasi
_______________
Reyhan Mirzəzadə
________________
60
334
03
bətlərini bildirir. Yaponiyada isə çox sürətli ekspresdə
Tokiodan Osakaya gedən kişi, yanında əyləşən qadınla
danışmağa cəhd də göstərməyəcəkdir. O, ilk replikasının
cavabsız qalacağından, “simasını itirmək” mümkün olan
vəziyyətə düşə biləcəyindən qorxduğuna görə üç saat
susacaqdır.
Q.Vostokovun fikirləri ilə tanış olaq.(“Yaponiya və
onun sakinləri” kitabında): “Əgər siz vaxtınızı şən və
duzlu söhbətdə keçirmək istəyirsinizsə, qeyşa dəvət edin.
Həmişə əla geyinən gözəl, çoxu iyirmi yaşı olan cavan
qeyşa mehriban həmsöhbətinizə çevriləcəkdir. Qeyşalar
Yaponiyada ən savadlı qadınlardır. Ədəbiyyatı əla bilən
şən və hazırcavab, məzəli qeyşalar özlərinin lətafətini
qarşınızda nümayiş etdirəcəklər. Qeyşa klassik sənət
karlıqla sizin üçün həm ən yaxşı, həm də görkəmli dram-
matik əsərlərdən parçalar oxuyacaqdır Həmişə də şən
və zarafatcıl olacaq, naz satacaq, özünün qadın ləya
qətini itirməyəcəkdir. Yapon dilini bilməyən siz avropalını
qeyşa ancaq öz gözəlliyi, cavanlığı, incə naz, daimi
şənliyi ilə məftun edəcəkdir, yaponlar isə qeyşaları məc
lislərdə heç kəsin yerini vermədiyi və sənəti dərindən
bilən həmsöhbət kimi qiymətləndirirlər".
Lafkadio Xeri də “Yaponiya: təfsir etmək cəhdi'1
kitabında etiraf edir ki, Yaponiyanın ən gözəl estetik əsəri
fil sümüyündən, bürüncdən, yaxud keramikadan hazır
lanmış məmulat yox, qılınclar yox, bu ölkənin qadın
larıdır... Şəxsi rəyin boğulduğu, özünü qurban verməyin
isə ümumi vəzifə elan edildiyi, şəxsiyyətin heç vaxt
zahirdən deyil, daxildən inkişaf edə bildiyi bir cəmiyyət -
yalnız belə bir cəmiyyət bu cür qadın tipi yetişdirə bilərdi.
Yaponiyaya gələn şəxs çox vaxt qeyşalara kənardan,
məsələn, onlar çay evindən çıxanda, yaxud rikşanın
üstüörtülü kəcavəsinə minəndə (Yaponiyada son rikşalar
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
___
icə 335
03
əsas etibarilə qeyşa daşıyırlar) baxa bilir və ya qeyşaları
səhnədə, kinoda, televizorda (onların çoxu bu cür
çıxışlarla pul qazanır) görür. Siz geyşanı gecə resto
ranında öz himayədarını müşayiət edərkən də görə bilər
siniz. Orada siz bu qadının sifətinin ifadəsinə heyran
qalacaqsınız: eyni zamanda məsum və cazibədar, çılğın
və təvazökar sima. Hər hərəkətində xəfif rəqqasə incəliyi
duyulacaqdır. Onun öz müsahibinə hədsiz qayğı göstər
məsi əsl qadın incəliyinin zirvəsi kimi görünəcəkdir. Belə
liklə, onun haqqında hər şeyi bilsəniz də, qeyşa ekzotik,
həsrəti çəkilən əsrarəngiz qadın olaraq qalacaqdır. O,
qadındır, lakin bəzən bu sözə verdiyimiz mənadan daha
yüksək mənada qadındır.
Yaponlar bir-birilərinə çox hörmət edirlər. Bir-
birilərinə çox inanırlar. İnsana hörmət etmək onların ən
yüksək tutduqları amallardan biridir. Bu xalqın gözəl
xüsusiyyətlərindən biri də budur ki, onlara hədiyyə verən
də bəyənməsələr də, elə sevinir, hədiyyəni elə tərifləyir,
elə razılıq edirlər ki, hədiyyə verən özünü xoşbəxt hiss
edir. Onlar özləri qonağa çox bahalı suvenir (yadigar)
vermirlər. Lakin verdikləri yadigar kiçik və orijinal olur.
Deyilənlərə görə, bunu ona görə edirlər ki, qonağı
özlərinə borclu salmasınlar.
Digər nümunəvi keyfiyyətlərindən biri də budur ki,
yaponlar olduqca dürüst və təmiz mənəviyyatlı xalqdır.
Təsadüfən taksidə, avtobusda, parkda və hər hansı bir
digər yerdə əşyasını unudan, yaxud itirən istər qonaq,
istərsə də yerli sakin əmin ola bilər ki, itirdiyini mütləq
tapacaqdır, bir şərtlə ki, itki ilə bağlı olan xüsusi büroya
müraciət etsin. İtən əşyanı tapan vətəndaşlar tapdıqlarını
qeyd etdiyim idarəyə təhvil verirlər.
Yaponlar qonağı nə səhər yeməyinə, nə nahara, nə
də şama evlərinə dəvət etmirlər. Onların milli yeməkləri
_________________Reyhan_Mirzəzadə__________________so_336_ca'>_______________
Reyhan Mirzəzadə
_______________
so 336 ca
yalnız balıq, tərəvəz və düyüdən ibarətdir. Məşhur
xörəkləri balıqdan hazırlanan “Tempura” və “Suki-yaki"dir.
Milli restoranda qonaqlara verilən xörəklərin miqdarı çox,
payları az olur. Ət xörəkləri Avropa restoranlarında
bişirilir.
1970-ci ildə görkəmli akademik, Azərbaycan SSR
EA Coğrafiya İnstitutunun direktoru, mərhum Həsən Əli
yev Yaponiyaya səfərindən sonra “Ədəbiyyat və incə
sənət" qəzetində dərc olunmuş “EKSPO-70” Ümumdünya
sərgisindən qeydlər” məqaləsində yazırdı:“Tokioda bir
balıq bazarı var. Ancaq buradakı ticarəti görmək üçün
gecə saat 4-də oraya getmək lazımdır. Yaponlar balığı
çox yeyirlər. Tokio balıq bazarının xüsusi limanı var.
Gecədən çoxlu balıqçı gəmisi buraya yan alır, hər kəs öz
məhsulunu tər-təmiz yerə döşəyir. Onu da deyim ki, ba
lıqları gəmidə təmizləyib hazır vəziyyətdə sahilə boşal
dırlar. Balıqlar və ya digər su heyvanları cinslərinə görə
ayrıca düzülür, hamısı nömrələnir. Həkim onları bir daha
müayinə edir. Hər gəmidən boşaldılan balıq və ya başqa
su heyvanları (suiti, köpək balığı, naqqa balığı, xərçəng
lər, su ilanları, su kirpisi, meduzalar və s.) bir yerdən
satılır. Dənizdən 900 növə qədər balıq tutulur. Balıq ba
zarı bir neçə məhəllədən ibarətdir. Balıqların bir qismi
təzə-təzə restoranlara, yeməkxanalara gedir, qalan his
səsi də həmin gün xüsusi sexlərdə duzlanır, buza qoyu
lur, bükülür, xüsusi qablara yığılıb mağazalara göndərilir”.
ölkəyə gələn qonaqları tez-tez maraqlandıran bir
sual olur: Yaponiyada niyə bir fincan qəhvənin qiyməti çox
baha, 400 iendən artıqdır? Bu, əsla qəhvənin başqa ölkə
dən buraya ixrac olunaraq məhsulun qiymətinin üzərinə
yüksək kəmiyyətli rüsumların təyin edilməsi ilə izah olun
mur. Göstərilən ödəniş bir fincan qəhvəyə görə deyil,
kafedəki yerə görə alınır. İçkini sifariş edən şəxs fiziki
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
«o
337 ся
yorğunluğunu alıb istirahət edərək, yaxud yağışın kəs
məsini gözləyərək, ola bilsin kitab oxuyaraq bir neçə saat
bu rahat yerdə otura bilər. Onu heç kim narahat etmə
yəcək, xidmətçilər ona mütləq mövcud qaydada nəzakətli
təbəssümlə əlavə bir stəkan soyuq su da verəcəklər.
Yaponiyada tərəvəz piştaxtalarını “800 mal mağa
zası" adlandırırlar. Əvvəllər tərəvəzlə ticarət edən mağa
zalara “aoya” (yəni yaşıl piştaxta) deyirdilər. Lakin bir
müddət keçdikdən sonra göyərtilərin çeşidləri artmağa
başladı. Piştaxtalarda qoz-fındıq, konserv və digər qida
məhsulları da satmağa başladılar. Çeşidlər genişləndikcə
bu cür ticarət yerləri “800 mal mağazası” adlanmağa
başladı. Bununla sahibkarlar mövcud olan malların
sonsuz müxtəlifliyini alıcıların diqqətinə yetirməklə nəzər
ləri cəlb edirlər.
Qədim mədəniyyətə sahib, mehriban, əməksevər,
mədəni xalq olan yaponlar ürəyiaçıq, üzügülər, zarafatcıl,
xeyirxah, baməzə adamlarla çox tez dil tapırlar. Onlar
xalq məsəllərini, iti fikirli adamları sevirlər. Yaponlar
həmişə özgədən öyrənməyə çalışsalar da, öz bildiklərini
başqalarına demək istəmirlər. Onların ümumiyyətlə sir-
verməzliyi qeyri-səmimilik deyil, sadəcə davranış nor
masıdır. Maraqlıdır ki, yaponların gülüşünün də bir neçə
növü vardır: arxasında qəmin gizləndiyi gülüş, təkəbbürlü
gülüş, qeyri-müəyyən gülüş, sosial gülüş, peşəkar gülüş,
yaşlı insanın özündən razı gülüşü, iş adamının ziya
fətdəki gülüşü. Yapon gəzinti zamanı, oturarkən, yaxud
ayaq üstə durarkən dinc vəziyyətdə olur. Yaponiyada
digər insanlar, hətta yaşlı adamlar otağa daxil olarkən,
içəridəkilərin ayağa qalxması qayda deyildir.
Yaponlar telefon zənglərinə cavab verərkən "allo”
deyil, “mosi-mosi” deyirdilər. Lakin lap öncələr telefon
yaponların həyatına daxil olanda, onlar zəngə cavab
_______________
Reyhan Mirzəzadə
________________
ю
338
03
verəndə bizim “bəli, bəli” kəlməsini xatırladan “oy,oy"
ifadəsini işlədirdilər. Zəng edən şəxs isə deyirdi: “xay e
qodzaumasu” (yəni mənim işim var). Zaman keçdikcə,
“mosi-mosi”ni “mosimasu, mosimasu” (yəni danışıram,
danışıram) yanıltmacı əvəz etdi.
Yaponlar və Yaponiya! Dünyanın, elm və texnikanın
ən güclü inkişaf etmiş ölkələrindən biri və bəşəriyyətin
nümunəvi xalqı! Hərbin törətdiyi, Yer kürəsini təlatümə
gətirən dəhşətli fəlakət bu qoşa varlıqdan da yan ötmədi.
1945-ci ilin avqustunda Yaponiyanın Xirosima şəhərində
atom bombardmanı nəticəsində rəsmi məlumata görə
270 min nəfər günahsız insan, uşaq, qoca, xəstə həlak
oldu. Yerlə yeksan olan şəhərin sağ qalmış 50 min nəfər
əhalisi oranı tərk etdi. O zamanlar tanınmış yapon şairi
Takanori Simidzu "Xirosima oxuyur..." şeirində (tərcümə
edəni xalq şairi Cabir Novruzdur) xalqına və yurdu
na sanki bir elegiya, sanki bir ağı söyləyirdi:
insanlar, qulaq asın,
Xirosima oxuyur!
Hər vurğusu, hər xalı
Qüssə; kədər qoxuyur
Agah edir yadı o,
Səsləyir tanışı o,
ö z bədbəxt taleyindən
Söz açıb danışır o.
Oxuyur qırıq-qırıq,
Oxuyur yaslı-yaslı.
Hər nəğməsi, hər sözü
Milyon qəlbə yazılır.
Gahdan səsi tutulur,
Gahdan səsi incəlir,
Oxuyur gözü yaşlı,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
339
caa
Əzablı, işgəncəli
Yanar dodaqlar ilə
Oxuyur Xirosima,
ölən uşaqlar ilə
Oxuyur Xirosima,
Nakam analarla bir
Oxuyur Xirosima
Uçan binalarla bir
Oxuyur Xirosima.
O, deyir ki, yanam,
Alışanı, uçanı
Məndə nəğmə deməyə
Qüvvə hanı, güc hanı?!
Günəşsiz qalanın da
Nəğməsi olarmı heç?!
... İnsanlar, dinlədizmi?!
Bəşər faciəsini
İnsanlar, dinlədizmi?!
Bildiniz niyə edir
Ah-aman, Xirosima?
Xarabalıqlar üstə
Ucalan Xirosima?
Yolunuzu gözləyir
Hər zaman Xirosima.
Dərdli-qəmli nəğmələr
Oxuyan Xirosima!
Naqasakidə də törədilən atom faciəsi nəinki yapon
xalqının, bütün tərəqqipərvər, sülhsevər xalqların və mil
lətlərin yaddaşından heç bir zaman silinməyəcək. Düşü
nürsən, axı nədir, nədir müvəqqəti ömrü yaşamaq üçün
dünyanın qonağı olan, amansız müharibə, qırğın, ölüm,
__ _________
Reyhan Mirzəzadə
_______________
во
340
ea
fəlakətlərə tuş gətirilən bu binəva insanların günahı?
Haqlıdır Martin Lüter Kinq, ABŞ-ın insan hüquqları müda
fiəçisi, Nobel Sülh Mükafatı laueratı: “Quşlar kimi uçmağı,
balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir işi unut
duq - qardaş olaraq yaşamağı”.
Bu ağrıları dərin qəm, qüssə ilə ürəyindən keçi
rən yapon şairi Akimi Sukimura “Bir məktəblinin xahişi”
şeirində bəşəriyyətə bir daha üzünü tuturdu:
Bütün dünyadakı ata-analar!
Dinləyin döyüntüsünü qəlbimizin,
övladlarınız sizə əzizdirsə,
Atom sınaqlarına son qoyun,
Müharibə ocağı közərməsin...
Şair Xirosi Nuyama isə dünyanın gələcəyinə -bütün
gənclərinə çağırış edirdi:
Gənclər! Bədəninizi bərkidin, yorulmadan.
Sizə qüdrətli ruhunuz dayaq olsun!
Baş verə biləcək dəhşətli günlər üçün
Beyniniz də, qəlbiniz də oyaq olsun!
Ölənlərin siyahısı Xatirə Meydanında saxlanılan xü
susi mücrüyə qoyulmuş, mücrünün üstünə bu sözlər həkk
olunmuşdur: “Sakit yatın! Qoy Xirosima faciəsi heç vaxt
təkrar olunmasın!” Kövrək hisslərlə yalnız bunu əlavə edə
bilirəm: “Amin!”
Bu gün Yaponiya təbiətdən ardı-arası kəsilməyən
zərbələr alsa belə, iqtisadiyyatına ciddi ziyanlar dəysə də,
zəkasına, gücünə, qüdrətinə görə həmişə zirvələrdədir.
ölkə həm də uzunömürlülər diyarıdır. Yaşı 100-ü ötmüş
insanların sayına görə Yaponiya dünyada birinci yeri
tutur. Belə ki, ölkədə əksəriyyəti qadınlar olan uzun
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
341
ca
ömürlülərin sayı 36 min nəfərdən çoxdur. Əhalisinin sayı
130 milyon nəfərdən artıq olan gündoğar ölkənin tarix
boyu 124 imperatoru olub, ölkənin indiki rəhbəri Akihito
125-ci imperatordur. Hər bir yapon imperatoru 11 fevral
660-cı ildə ilk imperator olmuş Dzimmunun (Dzimmu-
Tennonun) davamçısı hesab olunur, imperator Akihito im
perator Syova (Hirohito) və imperatriçə Naqakonun böyük
oğlu və beşinci övladıdır.
Yaponiyada 1873-cü ildən başlayaraq imperatorla
rın doğum günü dövlət bayramı kimi qeyd olunur. Vaxtilə
imperatoru yaponlar “Yer üzünün canlı Allahı” adlandırır
dılar. 1946-cı ildə imperator Syova imperatorların ilahi
simvolu institutunu ləğv etdi. İkinci Dünya müharibəsin
dən sonra qəbul edilmiş Konstitusiyaya əsasən o, “Döv
lətin və yapon xalqının rəmzi” elan olundu.Qeyd edim ki,
yapon imperatorlarının sülaləsi soyad daşımırlar, impe
rator ailəsinin üzvlərinə yalnız adları ilə çağrılır. İmpe
ratorun özünə “Tenno xeyka”, yəni “İmperator Əlahəz
rətləri”, yaxud qısaca “xeyka”, yəni “Əlahəzrət”- deyə
müraciət olunur.
imperator Akihito 1933-cü il dekabrın 23-də Tokioda
anadan olub. O, 1952-ci ildə Qakuşuin litseyini, 1956-cı
ildə isə Qakuşuin Universitetini bitirib. 1959-cu ildə hazır
da imperatriçə olan xanım Miçiko ilə evlənib.Onların üç
övladı: bir qızı (Sayako), iki oğlu (Naruhito və Akisino)
var.
7 yanvar 1989-cu ildə atasının ölümündən sonra
Akihito Yaponiyanın imperatoru olub. Mövcud şərtlərə
görə, hazırda əsilzadə titulunu sadəcə imperator ailəsinin
üzvləri daşıya bilər. İmperator ailəsinin qadın üzvləri ev
lənib ailə qurandan sonra imperator ailəsinin üzvü hesab
olunmurlar.
_______________
Reyhan Mirzəzadə
________________
ro
342
ся
Mayın 3-də yapon xalqı öz növbəti dövlət bay
ramını, Konstitusiya Gününü qeyd edəcək. Yaponiyanın
Konstitusiya Günü dövlətin bu ali Qanununun qəbul
edilməsinin birinci ildönümündən başlayaraq, 1948-ci il
dən qeyd edilir. 1947-ci il Konstitusiyasına keçmiş Meydzi
Konstitusiyasının bəzi müddəalarının irsən keçməsinə
baxmayaraq, yeni Konstitusiya prinsip etibarı ilə ölkədə
yaranmış müasir real vəziyyətlə müəyyən olunan xarakter
daşıyırdı.
ikinci Dünya müharibəsində uğursuzluqla qarşı
laşan, Amerika qoşunları tərəfindən işğal olunan Yapo
niya, öz müttəfiqlərinin siyasi sistemin demokratikləşdiril-
məsinə dair tövsiyələrini qəbul etməyə üstünlük verdi.
Xalqın müstəqilliyi, insanın əsas hüquqları, hakimiyyət
bölgüsü və yerli özünüidarəetmə prinsiplərinin tanınması
dövlətin baş Qanununun əsas müddəalarına çevrildi.
Yaponiya parlament demokratiyasının mövcud olduğu bir
ölkə kimi inkişaf etmək üçün hüquqi əsas əldə etdi. 1947-
ci il Konstitusiyası beynəlxalq mübahisələrin həllində
millətin suveren hüququ kimi müharibələrdən imtinanı
bəyan etdi ki, (9-cu maddə) bu da onu digər dövlətlərin
Konstitusiyasından fərqləndirir.
Müharibədən sonrakı Konstitusiyanın mətnini işğalçı
qoşunların qərargahından olan Amerika hüquqşünasları,
yapon hüquqşünasları və siyasətçilərinin mülahizə və
təklifləri nəzərə alınmaqla hazırlamışdılar. Bu barədə
maraqlı bir tarixçə də mövcuddur.
İkinci Dünya müharibəsindən sonra Yaponiya üçün
yeni Konstitusiya yazmaq məqsədilə amerikalılardan
ibarət bir qrup yaradılır. Qrup üzvləri 1946-cı ilin fev
ralında general Duqlas Makartur tərəfindən təyin edilir.
Lakin onların heç birinin Konstitusiya hazırlamaq təcrü
bəsi olmur. Qrupda yeganə qadın olan Bit Qordona
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
Dostları ilə paylaş: |