Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

 cs
Çinli qardaş!  Unutma  ki,
Dərdin  mənim dərdim  oldu.
Yaralandın  - yaralandım,
Gözün doldu - gözüm doldu.
deyən  S.  Rüstəmin  “Çinli  qardaş”  şeiri  haqqında  da 
eyni  sözləri  demək  olar  Bu  şeirində  şair  xoş  günlər 
uğrunda  mübarizəyə  qalxan  Çin  xalqının  tarixi  nailiyyət­
lərini  böyük  ruh  yüksəkliyi  ilə  tərənnüm  edib  deyir:  “Artıq 
sənin  ixtiyarın,  səadətin  öz əlində”.
Çin  xalqı  öz  azadlıq  səadətinə  qovuşduqdan  sonra 
bütün  dünya  xalqları,  o  cümlədən  Azərbaycan  xalqı  ilə 
daha  geniş əlaqələri  yarandı.  Şairlərimiz Çin  haqqında  bir 
-   birindən  gözəl  əsərlər  yaratmağa  başladılar.  R.Rzanın 
"Dostumuz,  qardaşımız” ,  O.Sarıvəllinin  “Körpülər",  M.  Dil­
bazinin  “Çin  qızı"  kimi  şeirləri  xalqımızın  mədəni  ruhuna 
yeni  qüvvət  gətirdi.  Sülh  və  azadlıq  nəğməkarı  S.Vurğun 
"'Qatsın  nəfəsimə  öz  nəfəsini  Siyao  Çindən”  dedi,  şair  Ə. 
Cəmil  "Qəhrəman  Çin  xalqının  əzmi  titrədir  səsi"  -   deyə 
dünyaya  səs  saldı.  N.  Həsənzadə  “Şıx  düzündə  görüş” 
şeirində  vaxtilə  bir  yerdə  qoşa  şəkil  çəkdirdiyi  çinli  şair 
dostuna  iftixarla:  “Sinəmə  sığmayan  sevinc  hissilə  indi 
şəklimizə  baxıram  hərdən,  elə  bilirəm  Çin  ölkəsiylə 
yanaşı  durmuşam  Şıx  düzündə  mən"  -   deyə  iki  xalqın 
şairlərinin  dostluğundan  həvəslə  söhbət açdı.
Şair  i.Tapdıq  “Çin"  şeirində  qardaş  xalqın  yaratdığı 
xarüqələri  tərənnüm  etdi.  Digər  şairlərimiz  iki  respublika­
nın  məktəblilərinin  belə  bir  -  biri  ilə  sıx  dostluq  əlaqələri 
saxlamasından,  Çin  xalq  əfsanələrindən,  onun  qədim 
adət - ənənələrindən  dönə-dönə bəhs etdilər.
Bütün  bunlarla  yanaşı,  Azərbaycan  şairləri  məşhur 
Çin  şairlərinin  əsərlərini  dilimizə  tərcümə  edib  xalqımıza 
tanıtdılar.  Çin  şairlərindən  Qo  Mo-Jon,  Yan-Çen,  Lyu-
______
A zə rb a y e a n ç ılıq  və vətənpərvərlik m əfkurəsi
_______
so 
309 ca

Bon,  Soy  Şu  -  Jen,  Van  Yan,  U.  Yan  -  Xen,  Den  Ujin  və 
başqalarının  onlarca  əsəri  bu  gün  də  ədəbiyyatsevər- 
lərimizin  həvəslə oxuduğu mədəniyyət nümunələridir.
Yuymın  -   Çin  dilində  Bakı  demək deyildir.  Ancaq 
bu  şəhəri  “Çin  Bakısı"  adlandırırlar.  Yuymın  Çinin  neft 
sənayesi  mərkəzidir.  Bizim  Bakı  kimi  o  da  ölkədə  yeni 
neft  rayonlarının  yaradılmasında  böyük  rol  oynayır.  Bü­
tün  dünyada  şöhrət  qazanmış  Bakı  neftçiləri Yuymın  mə­
dənlərinə  tez-tez  qonaq  gedirdilər.  Onlar  öz  təcrübələri 
ilə çinlilərə dayaq olurdular.
Neft  Bakısı  da  öz  növbəsində çinli  dostları  səmimiy­
yətlə,  qardaş  kimi  qəbul  edirdi.  Yuymın  mədənlərinin  bir 
çox mühəndis və  ustaları  qürur  hissi  ilə  özlərini  Bakı  neft­
çilərinin  şagirdləri  və  ardıcılları  adlandırırdı.  Şair  U  -  Di 
“Anırıq  Bakını”  şeirində  bu  mehriban  dostluğun  ürəklərə 
yol tapan  sevincindən  danışır:
...  Bağçalı  Bakıda,  bağlı  Bakıda 
Güllə qarşılandı çinli  qonaqlar.
Yuymın  şəhərindən  gələn  hər qonaq,
Min-min  çaylar keçmiş,  aşmışdır dağlar.
GəldilərYuymına  bakılılarda,
Alovlu  bir istək,  odlu  ürəklə,
Bu  uzun yollarda  üz -  üzə gəldi 
Onlar min  boranla,  qarla,  küləklə.
...  Bakılı  ayrılıb  doğma evindən,
Xoş  niyyətlə  gəlib bizim  ölkəyə,
Yeni  neftçıxarma texnikasını 
Gəlib  ki,  öyrətsin çinli fəhləyə.
Oxşasın  Bakıya bizim Yuymın  da,
Ən  dərin  qatların olaq  hakimi,
Xoşbəxtlik gətirən  bu  neft selləri 
Axsın  Yan -  .Tszı  kimi,  Sarı  çay kimi...
______________________
R eyhan M irzəzadə
_________________________
fCi310CA
İngilis  generalı  Vilson  XIX  əsrin  ikinci  yarısında 
demişdir:  “O,  istehkam  elmin  qanunlarına  sonsuz  eti­
nasızlıq  hissi  ilə  tikilməsinə  baxmayaraq,  o  qədər  möh­
kəm və alınmazdır ki,  onun  bürcləri və darvazaları  elə sə­
mərəli  yerləşdirilmişdir  ki,  hətta  qalalara  hücum  etmək 
üçün  əla  silahlandırılmış  müasir ordu  belə  onun  qarşısın­
da  dayanmağa  məcbur  olar.  Ancaq  bir  şərtlə  ki,  onun 
müdafiəsi üçün  heç olmazsa kiçik bir cəhd göstərilsin”.
General  dünyanın  ən  böyük  tikintilərindən  və  ən 
böyük  möcüzələrindən 
biri  olan  Çin  səddi 
barədə 
danışırdı.
Böyük  Çin  səddi  Şərqdə  Çjili  körfəzi  sahilində  olan 
Şanxayquan  şəhərinin  yanından  başlayıb  Qərbə  doğru 
altı  min  kilometrdən  artıq  uzanır  və  Qansu  əyalətinin 
qumlu  səhralarında  bitir.  Sədd  təkcə  barbar  köçəri  qəbi­
lələrin,  xüsusilə  hunnların  Çinə  yolunu  kəsmək,  beləliklə 
də  qərbə və  cənub - qərbə gedən yolların  təhlükəsizliyini 
təmin  etmək  məqsədilə  tikilməmişdi,  Çin  səddi  yalnız 
hərbi  əhəmiyyətə  malik  deyildi.  Böyük  sədd  əkinçiliyə 
əsaslanan  Çin  maddi mədəniyyətinin  inkişafına da  bilava­
sitə  təsir  göstərə  bilirdi.  Çin  səddi  Çin  tarlalarını  səhra­
ların  qumlarından  da  qoruyurmuş.  Bəs 
Səddi 
kim 
tikdirmişdi?
Eramızdan  əvvəl  246-cı  ildə  Sin  dövlətində  Çjen 
taxta  çıxmışdı.  O,  gənc dövləti  möhkəmləndirməyə  baş­
layıb  və  Çinin  son  müstəqil  knyazlıqlarını  məğlubiyyətə 
uğradaraq,  özünü 
“Sinin  ilk  imperatoru”  elan  etmişdi. 
Belə ki,  o,  tarixdə  Sin  Şixuandi adı  ilə tanınır.
Böyük  enerjiyə  malik  olan  Şixuandinin  dövründə 
çox  böyük  tikinti  işləri  həyata  keçirilirdi.  Həmin  tikin­
tilərdən  əslində  heç  bir  şey qalmasa  da,  məlum  olmuşdur 
ki,  imperator  sarayının  ikinci  mərtəbəsində  on  min  adam 
tuta  bilən  salon  varmış.  Həmin  sarayın  alt  mərtəbəsi  elə
_______
A zə rb a y c a n ç ılıq   və vətənpərvərlik  m əfkurəsi
_______
80
 311 ся

uca  imiş  ki,  orada  hündürlüyü  15  qulac  (bir  qulac  50-70 
sm  olan  qədim  uzunluq  vahidi)  olan  dirəklər  varmış. 
Dirəklərin  ucundan bayraqlar asılarmış.
Çin  Şixuandi  özünə  mavzoley  də tikdirmişdi.  Onun 
hündürlüyü  500  qulac,  dairəsi  isə  5  min  qulacdan  çox 
olmuşdur.  Mavzoleyin  tavanında  səma  bürcləri  təsvir 
olunmuşdu,  döşəmədən  isə  civə  dənizlərinə  tökülən  civə 
çayları  axırmış.  Mavzoleyin  tikintisində  700  min  adam 
işləmişdi.
Sin  Şixuandi  dünyada  ən  böyük  istehkam  qurğusu 
olan  Böyük  Çin  səddinin  təməlini  tikdirməyə  başladı.  Ti­
kinti  zamanı  hər  gün  minlərlə,  on  minlərlə  adam  həlak 
olurdu,  ölənlərin  yerinə  ardı-arası  kəsilmədən  yeniləri 
gəlirdi.
Səddin  hündürlüyü  10  metr,  bünövrəsinə yaxın eni 6 
metrdir.  Səddin  üzərində  100-120  metrdən  bir kvadratşə- 
killi  bürclər  ucalır.  Çin  tarixçilərinin  dediyinə  görə,  vaxtilə 
burada  60  min  bürc  olmuşdur.  Onlardan  indi  20  minə  ya­
xın  bürc  qalmışdır.  Səddin  tikintisində  700  milyon  adam 
çalışmışdır.
Çinlilərin  Vanli  Çançen  adlandırdığı  bu  heyrətamiz 
sədd  1987-ci  ildən  etibarən  YUNESKO  tərəfindən  müha­
fizə edilir.
Azərbaycan  və  Çin  xalqının  dostluğundan  danışan­
dan  sonra  kosmosdan  belə  aydın  görünən  əzəmətli  Çin 
səddinə  keçməyim  heç  də  təsadüfi  olmadı.  Arzum  vardı. 
Bu  ondan  ibarətdir  ki,  qoy  Azərbaycan  və  dost  ölkə  ara­
sındakı  bütün  əlaqələr Çin  səddi  kimi  möhkəm,  Çin  səddi 
qədər  uzunömürlü,  Çin  səddi  tək  əvəzsiz  və  təkrarsız 
olsun!
______________________
___________________________so_312_сл_“Strategiya.az”_1_oktyabr_2013_YA_PO_NİYA_ŞAİRANƏ_DİYARDIR'>R eyhan M irzəzad ə
________________________
so 312 сл
“Strategiya.az” 
1  oktyabr 2013
YA PO NİYA  ŞAİRANƏ DİYARDIR
2 1   m a r t ı  y a p o n   x a lq ı  y a z d a   g e c ə - g ü n d ü z ü n  
b ə r a b ə r liy i  g ü n ü   k im i  q e y d   e d ir
Dünyanın  ən  sirli  və  maraqlı  xalqı  olan  yaponlar 
çox-çox  ölkələrin  yazarları, 
tarixçiləri, 
etnoqrafl arını 
düşündürüb  və  bu  gün  də  düşündürməkdə  davam  edir. 
Yaponlar  Tanrı  tərəfindən  sanki  ayrıca  bir  məkan  üçün 
yaradılan,  çoxlarına  müəmmalı  görünən,  zahirən  əkiz 
xalq  kimi  oxşadığı  çinlilərdən  belə  xeyli  fərqlənən,  bən­
zərsizliyi  ilə  məhz özünə  məxsus  olan  sadə və səmimi  bir 
xalqdır.  Alimlər  tədqiq  ediblər  ki,  yaponların  milli  xarak­
terində bu amillər xeyli fərqlənir:
a)  ümumi  etik  cizgilər  -  əməksevərlik,  güclü  bir 
şəkildə  inkişaf  etmiş  estetik  hiss,  təbiəti  sevmək,  ənə­
nələrə  sadiqlik,  iqtibasa  meyllilik,  etnosentrizm,  praktiklik.
b)  qrupşəkilli  davranış  xüsusiyyətləri  -  nizam- 
intizamlılıq,  nüfuza sadiqlik,  borcluluq  hissi.
v)  gündəlik  adi  cizgilər -  nəzakətlilik,  səliqəlilik,  özü- 
nüələalma,  qənaətcillik,  dözümlülük.
Yaponlar  ta  qədim  zamanlardan  insanın  simasına 
nəzər  yetirməklə  həmin  adamın  niyyəti  ilə  onun  taleyini 
müəyyən  etməyə  müvəffəq  olurdular,  ö z   simasını  gizlət­
mək  meyli  də  məhz  bununla  bağlıdır,  məhz  bu  səbəbdən 
də  yaponlarda  daxili  ekspresiya  və  emosiyalardan  asılı 
olmayaraq  sakit və dinc üz  ifadəsi vardır.
Yaponlar  ünsiyyət  zamanı  özlərini  həddindən  artıq 
təmkinli  aparırlar.  Emosiyaların  kütləvi  şəkildə  nümayiş 
etdirilməsi  yolverilməzliyi  onlarda  uşaqlıqdan  tərbiyə 
olunur.
Yaponlar  həm  də  qədim  adət-ənənələrinə  sevgi  və 
sədaqətlə  yanaşan  xalqdır.  Keçmiş  sovet  məkanının 
tanınmış  alimi  N.Konrad  uzun  illər  yapon  nağılları,  mifi,
AzdrbavcançıliQ   və vətənpərvərlik  m əfkurəsi
_______
so 31 Зол

nəğmələri,  ümumiyyətlə,  yapon  mədəniyyətini  öyrən­
məklə  məşğul  olub.  O,  yazılarında  qeyd  edir  ki,  ya­
ponların  “Kodziki”  adlanan  qədim  mədəniyyət  abidəsi  hər 
bir  yapona  yaxın,  doğma  olan,  sevilən  bir  kitabdır.  Ya­
zıçı,  diplomat və  şərqşünas  N.Fedorenko qarşıya  maraqlı 
sual  qoyurdu:“Mən  hər  zaman  düşünürəm  -  gedəni  sax­
lamamaq,  gələni  qovmamaq  -  yapon  qonaqpərvərliyinin 
bu  qanunu  öz  qüvvəsini  uzun  müddət  saxlaya  biləcək- 
mi?".  Təbii  ki,  bu  sualın  cavabını  Yaponiyanı  ziyarət 
edənlər  daha  yaxşı  bilər,  indi  isə  tarixin  səhifələrini 
vərəqləyək.
Ivao  Matsukaranın  “Yaponiyanın  həyatı  və  təbiəti" 
kitabında 
maraqlı 
qeydlər  var:“Zövq 
məsələlərində 
yaponlar çox  sadədirlər  və  onların  həyat tərzindən  görün­
düyü  kimi,  təbiiliyi  hər  şeydən  yüksək  qiymətləndirirlər. 
Çinlilər  taxta  parçasını  hökmən  rənglədikləri,  bol  və  müx­
təlif  xörəklər  sevdikləri  halda,  yaponlar  sadə  ağacdan 
tikilmiş  evlərdə  yaşamağı  xoşlayırlar.  Yaponların  da  Çin 
xörəklərindən  xoşları  gəlir,  lakin  bu  yalnız  müxtəliflik 
üçündür.  Elə  bir  ailə  çətin  tapmaq  olar  ki,  var-dövləti 
sayəsində  hər  gün  öz  evində  çinli  aşpazın  bişirdiyi  qədər 
xörək  hazırlatdırsın.
Rəngkarlıqda  çinlilər  əzəmət,  aydın  xətlər  xoşla­
yırlar  ki,  bu,  yaponlara  bayağılıq,  zövqsüzlük  kimi 
görünür.  Çinlilər  pion,  qızılgül,  orxideya  güllərini  -  tünd 
ətri  və  aydın  cizgiləri  olan  gülləri  sevirlər  ki,  bu  da  Qərb 
xalqlarının  zövqünə  daha  çox  uyğun  gəlir.  Yaponlar  isə 
Çində  o  qədər  də  qiymətləndirilməyən  sakura  kimi  çiçək­
ləri  (gilənar çiçəkləri),  həmçinin  çöl  çiçəklərini,  hətta  adsız 
otları  daha  üstün  qiymətləndirirlər.  İncəsənətdən,  yaxud 
təbiətdən  həzz  almaq  məsələsinə  gələndə,  yaponlar  qatı 
mühafizəkara  çevrilirlər,  onlar  yalnız  qədim  meyarlara 
sadiqdirlər.  Yosun  basmış  daşları,  çox  balaca,  əyri
_______________
Reyhan Mirzdzadə
_________________
so 
3 4  ea
ağacları  xoşlayırlar,  çünki  onlar  üçün  bütün  bunlarda 
xüsusi gözəllik vardır”.
ölkədə  xalqın  torpağa  olan  tələbatı  olduqca  böyük­
dür.  Şəhərlər  genişləndikcə,  ətrafdakı  kəndli  sahələri 
böyüdükcə,  zəhmətkeş  yaponlar  daha  uzaq  məsafələr 
qət  etməli  olurlar.  Onların  çoxu  işə  gedib-gəlmək  üçün 
gündə  beş,  hətta  altı  saat  vaxt  itirirlər.  Yaponiya  kənd­
lilərinin  beyninə  bu  fikir  təlqin  olunmuşdur  ki,  çəltik  be­
cərmək,  sənətkar  olmaqdan,  yaxud  alver  etməkdən 
şərəfli  işdir.  Sələflərin  “əkinçilik  dövlətin  əsasıdır”  fikri 
nəsildən-nəslə  keçmişdir.  İmperatorun  özü  birinci  əkinçi 
sayılır  və  ənənəyə  görə,  hər  il  öz  sarayının  yanındakı 
kiçik tarlada öz əli ilə çəltik əkir.
Kitablardan  oxuyuram  ki,  yapon  mənzilinin  içini 
birinci dəfə görəndə adam  ən  əvvəl orada  qətiyyən mebel 
olmadığına  heyran  qalır.  Orada  nə  divan,  nə  kürsü,  nə 
stul,  nə  masa,  nə  qab-qacaq  düzülmüş  bufet,  nə  paltar 
dolabı,  nə  kitab  rəfi,  nə  də çarpayı  olur.  Tatami -  həsirdən 
sırınmış  və  üç  barmaq  qalınlığında  olan  cod  döşək  yalın 
ayaqlar altında  azacıq  yatıb-qalxır.  Tatami  məhz elə ölçü­
dədir ki,  yaşlı  adam  onun  üstündə  əyləşir,  işləyir,  dincəlir, 
yatır.  Həmin  döşəmələrin  ölçüsü  həmişə  eyni  -  bir  kvad­
ratmetr  yarımdan  azacıq  böyük  olduğuna  görə  yapon 
mənzillərindəki  otaqlar  da  yalnız  müəyyən  sahədə  olur: 
üç,  dörd,  altı,  yaxud  səkkiz tatami.
Yaponlar  mənzillərində  müəyyən  bir  şeyi  təmir 
etmək  və  ya  sazlamaq' istəyəndə  hər  xırda  iş  üçün  usta 
çağırırlar.  Bu  ustaların  hər  biri  əmindir  ki,  öz  işini  sifariş­
çidən  yaxşı  bilir.  Ona  görə  də  hər  cür  tövsiyə  və  məslə­
hətlərə  biganə  yanaşır  və  ya  əhəmiyyət  vermirlər.  Məsə­
lən,  yapon  dərzisinə  kostyumun,  yaxud  paltarın  əyinə  bu 
cür yox,  başqa  cür durmalı  olduğunu  sübut  etmək  məna­
sızdır.  Yapon  mehmanxanasının  xidmətçisi  bayırda
_______
A zə rb a y c a n ç ılıq   və vətənpərvərlik  m əfkurəsi
_______
ю  
315
 oa

soyuq  olsa  da,  qonaq  hələ  bir-iki  saat  yatmaq  istəsə  də, 
hava  işıqlaşan  kimi  otağa  girib  pəncərələrin  taylarını  aça 
bilər.  Onun fikrincə,  oyanmaq vaxtını  özü daha yaxşı  bilir.
Xeyli  müddət  Yaponiyada  yaşamış  rus  yazarı 
V.Ovçinnikov yapon  adət-ənənələrini təsvir etdiyi  “Sakura 
budağı”nda  müşahidələrinə  əsasən  yazır  ki,  yapon  ailə­
sinə  qonaq  təşrif  buyurarkən  qapının  ağzında  onu  ancaq 
ev  sahibəsi  qarşılayır,  qonaq  ev  sahibi  ilə  otaqda,  ayaq­
qabısını  çıxarıb  tatami  üzərində  təzim  üçün  lazım  olan 
vəziyyətdə  əyləşəndən  sonra  salamlaşır.  Ev  sahibi  qona­
ğın  qarşısında  əyləşib  söhbət  edir,  arvadı  dinib-danışma­
dan  xidmətçi  vəzifəsini  yerinə  yetirir,  ailənin  bütün  digər 
üzvləri  isə  hörmət  əlaməti  olaraq  ümumiyyətlə,  gözə 
görünmürlər.
Həyatın  formaları  yeniləşsə  də,  yaponlarda  ailə 
ocağı  köhnə  ədəb  qaydalarının  qalası  kimi  qalır.  Elçilk 
zamanı  bəylə  gəlinin  ilk  görüşünü  elə  təşkil  etmək  vacib 
sayılır ki,  tərəflərdən  biri  rədd  cavabı  versə,  digər tərəf al­
çalmasın.  Buna  görə  də  çox vaxt  müəyyən  ictimai  yerdə, 
məsələn,  xrizantem  sərgisində,  yaxud  hər  hansı  parkda 
albalı  ağacının  baharda  çiçək  açmasına  tamaşa  edilər­
kən  gənclərin  bir-birini  görmələri  təşkil  olunur.  Belə görüş 
heç  kəsin  qarşısına  tələb  qoymadan  gənclərin  və  onların 
ata-analarının  da  bir-biriləri  ilə  tanış  olmalarına  imkan 
verir.
Ailənin  təntənəli  günləri  bir  tərəfə  qalsın,  adi 
günlərdə  də  masa  arxasında  pozulmaz  qayda  ilə  əyləş­
mək tələb olunur.  Evdən  çıxan,  yaxud  evə gələn  hər kəsə 
səs-səsə  verib  -   “Yaxşı  yol!”,  yaxud  “Xoş  gəlmisiniz!”  - 
demək adətdir.
Tokio təyyarə  meydanında  yaponların  uzaq ölkələrə 
səfərdən  qayıdan  qohumlarını  qarşılamalarını  dəfələrlə 
seyr etmək də maraqlıdır.  Ər təyyarədən  düşəndə,  arvadı
______________________
R e y h a n  M irzəzad ə
_______________________
s o
316
ca
onu  dərin  təzimlə  qarşılayır.  Adamlar  qarşısında  qucaq­
laşmaq  və  ya  öpüşmək  ağlasığmaz  işdir.  Ər  arvadına 
başını  tərpətməklə  cavab  verir,  oğlunun  və  ya  qızının 
başını  sığallayır,  əgər  valideynləri  lütf  edib  qarşılamağa 
gəliblərsə,  onlara dərin  hörmətlə təzim edir.
Yaponiyada  olanların  çoxu  şübhəsiz  müşahidə  et­
mişlər  ki,  yapon  uşaqları  demək  olar  heç  vaxt ağlamırlar. 
Bəziləri  də  bunu  körpələrə  xas  olan  məşhur yapon  nəza­
kətinə  aid  edirlər.  Uşaq  adətən  yemək  və  ya  içmək 
istəyəndə,  narahat  olanda,  başsız qalanda,  nəhayət,  mü­
əyyən  bir  işə  məcbur  ediləndə  ağlayır.Yaponların  tərbiyə 
sistemi  bütün  bunlara  yol  verməməyə  çalışır.  Çünki  bu 
ölkədə  uşaqların  həddindən  artıq  nazını  çəkirlər.  Onları 
heç  vaxt  ağlamağa  qoymurlar.  Uşaqlara,  xüsusən  oğ­
lanlara  demək  olar  heç  nəyi  qadağan  etmirlər.  Məktəb 
yaşınadək  uşaq  istədiyini  edə  bilir.  Uşaqda  belə  bir  inam 
oyanır ki,  valideynləri onun mənliyinə toxunmazlar.
Yaponiyada  həm  qızlar günü,  həm də oğlanlar günü 
bayram  edilir.  Təbii  ki,  bayram  balaca  qızlar  və  balaca 
oğlanlara  aiddir.  “Qızlar günü”  martın  3-də,  “Oğlanlar  gü­
nü”  isə  mayın  5-də  qeyd  olunur.  Qızların  bayramı  həm­
çinin  “Gəlincik  bayramı”  adlanır  (yaponlar  buna  "Xina- 
matsuri"  deyirlər).  Bayram  günü  balaca  qızlara  cürbəcür 
gəlinciklər gətirirlər:  samuray paltarında,  əyan  geyimində, 
bəy - gəlin və s.
Poeziyanın,  şeirin  yaponların  mənəvi  həyatında 
böyük  rolu vardır.  Bu  xalqın  ilk yazılı  abidələrindən  biri VII 
əsrdə  tərtib  edilmiş  şeirlər  antologiyasıdır.  Həmin  abidə 
“Manyösü” - yəni “On  min yarpaq” adlanır.  Yapon xalqının 
mənəvi dəyərlərini  əks etdirən,  tarixini yaşadan ədəbiyyat 
nümunələrindən  biri  də  məşhur  “Kodziki”dir.“Kodziki” 
təkcə  yapon  mifologiyasına,  dininə,  ədəbiyyatına,  tarixinə 
deyil, 
həmçinin  Yaponiyaya  və  yaponlara  aparan
_______
A zə rb ayca n çılıq   və vətənpərvərlik  m əfkurəsi
______
so
 317 CA

bələdçidir.  “Kodziki”  sayəsində  biz  “Allahlar  əsrini”  və 
“Temmu”  dövrünü  dərk  edir,  həmçinin  bu  vasitə  ilə  əsl 
yapon  və  müasir  Yaponiyaya  daha  yaxşı  yaxınlaşmış 
oluruq.
Yaponiyada  insanlar  şeirə,  poeziyaya  son  dərəcə 
məhəbbətlə yanaşırlar.  Əsrlərdən gələn  ənənədir ki,  ölkə­
də  hər  il  yanvarın  ortalarında  poeziya  yarışı  keçirilir.  Bu, 
milli  müsabiqəyə  müvafiq  mövzu  üzrə  on  minlərlə  şeir 
göndərilir.  Şeirlərin  ən yaxşılan  imperatorun  iştirakı  ilə  ke­
çirilən  təntənəli  mərasimdə oxunur,  qəzetlərdə dərc edilir, 
ictimaiyyət  ən  yaxşı  xaykuların  (bu  anlayışa  bir  qədər 
sonra  aydınlıq  gətirəcəyəm)  müəlliflərinə  təkcə  ona  görə 
böyük  maraq  göstərmir  ki,  XIV  əsrdən  bəri  hər  il  bu  cür 
poeziya çempionatı  keçirilir,  həm  də ən əvvəl ona görə ki, 
həmin  yarış  müasir  həyatın  ayrılmaz  hissəsi  kimi  davam 
etməkdədir.
Yaponiyada  şeir  yazmaq  yalnız  şairlərin  işi  deyil, 
çox  geniş  yayılmış  işdir,  mən  deyərdim  ki,  ümumxalq 
işidir.  Hər  ay  çıxan  və  ümumi  tirajı  milyon  nüsxədən  çox 
olan təqribən  iyirmi jurnal tamamilə poeziyaya həsr edilir.
Yapon  poeziyası  bəşər  bədii  təfəkkürünün  əldə 
etdiyi  ən  qədim  və  zəngin  mənəvi  sərvətlərdəndir.  Bu 
poeziyanı  son  dərəcə  özünəməxsus  bir  poetika,  dərin 
fəlsəfi  mahiyyət,  müdrikliklə  sadəliyin  dialektik  vəhdəti, 
bədii  estetik  konkretlik,  yığcamlıq  səciyyələndirir.  Yapo­
niyada  milli  şeirin  iki  forması  çox  məşhurdur:Tanka 
(beşlik)  və  xokku  (üçlük).  Tanka  Qərbdə  sonet,  Şərqdə 
isə  rübai  kimi  tanınır.  Xokku  qafiyəsizdir.  Onun  axıcılığını 
təmin  edən  əsas  şərt  fikrin,  əhval-ruhiyyənin  zənginliyi, 
assosiasiyanın  dəqiqliyi,  təhkiyənin  isə  sadəliyidir.  İlk 
baxışda  bu  bizim  oxucularda  təəccüb  doğursa  da,  qeyri- 
adi  görünə  bilər.  Əslində  isə  xokku  ilə  xalqımızın  el 
ədəbiyyatı,  xüsusən  bayatı  arasında  bir  yaxınlıq  var.
_______________ _______
R eyhan M irzəzadə
________________________
so 
318
 oa
Yapon  poeziyasında  xokku  janrının  böyük  yaradıcıla­
rından  biri  XVII  əsrdə  yaşayıb  -  yaratmış  Matsyo  Basyo- 
dur.  Misralar onun yaradıcılığından  nümunələrdir:
Çiçəklər soldu,
Tökülür toxumları,
Sanki göz yaşıdır...
Ah,  oyan,  tez ol!
Mənim dostum,  sirdaşım ol,
Sən ey yatmış pərvanə!
Ağacları  əkdilər bağda.
Ahəstə pıçıltıyla payız yağışı 
Ürək-dirək verir onlara.
"Uşaq əlindən yoxdu dinclik!” .
Belə adamlarçün yəqin 
Gilənarın  çiçəyi də əziz deyil.
Bu  yerdə  əlavə  etmək istərdim  ki,  xokku  adlanan  bu 
milli  şeir  üslubunun  sonralar  Masaoka  Zikki  tərəfindən 
“xayku”  adlandırılması  təklif  olunmuşdur.  Çünki  xokku 
müstəqil  janr  olmazdan  əvvəl  tankanın  tərkib  hissəsi  idi. 
Masaoka Zikki düşündü  ki, tankanın tərkib  hissəsi olan  üç 
misra  ilə  müstəqil  qoşulan  üç  misranı  fərqləndirmək 
lazımdır  və  odur  ki,  müstəqil  qoşulan  üç  misra  üçün 
xayku anlayışını təklif etdi.
1811-1813-cü  illərdə  yaponların  əsiri  olarkən  kapi­
tan  V.Qolovin  səmimiyyətlə  etiraf  edib  bildirir  ki,  yapon­
lara  xas  olan  bütün  cəhətlərdən  birini,  ən  əlamətdar  cə­
həti  göstərmək  lazım  gəlsəydi,  aşağıdakıları  demək  düz 
olardı:  onlar çox kitab oxuyur,  çox şeylə maraqlanırlar.
_______
A zə rb a y c a n ç ılıq   və vətənpərvərlik  məfkurəsi
_______
SO 
319
 
G8

Metronun  sıxlığında,  kənd  evinin  açılıb-yığılan 
divarları  arxasında  -  hər  yerdə  adamların  kitab  oxu­
duqlarını  görürsən.
Yaponlar  haqqında  onu  demək  olar  ki,  bu  xalq 
kütləvi  surətdə  ziyalı  xalqdır.  Səbəbi  yalnız  onda  deyildir 
ki,  əhalinin  hamısı  savadlıdır.  Yaponun  dünyagörüşü  yal­
nız çox  kitab  oxumaqla  deyil,  həm də adamların  yaşından 
asılı  olmayaraq,  hər  şeyə  əsl  uşaq  marağı  göstərmək 
bacarığı  ilə  səciyyələnir.  Gənclər  də,  qocalar  da  hər  cür 
kurslara,  sərgilərə,  mühazirələrə  axın-axın  gedirlər.  “Mu­
siqi  həvəskarı  olan  fəhlələr  cəmiyyəti”  elə  kütləvi  təş­
kilatdır  ki,  bəzi  siyasi  partiyalar  onun  üzvlərinin  sayına 
həsəd  apara  bilərlər.
Yaponiyada  xalq  maarifinə  gəlincə,  bütövlükdə  bir 
xalq  digər xalqla  müqayisə olunanda,  zənnimcə,  yaponlar 
yer  üzündə  ən  savadlı  xalqdır.  Yaponiyada  oxuyub  yaz­
mağı  bacarmayan adam  yoxdur...
Yapon  xalqının  həyat  tərzi  Azərbaycan  ziyalılarının 
da  daim 
marağına 
səbəb  olub. 
Belə  ki, 
yapon 
ədəbiyyatının  tədqiqatçı  və  tərcüməçisi  Elçinin  bu  xalqın 
əfsanələri  və  inancları  haqqinda  maraqlı  qeydləri  var. 
Həmin  qeydlərdən  biri  budur ki,  “Kimsəsiz qarılar” dağının 
(Obasute)  adı  əfsanə  ilə  bağlıdır.  Qədim  zamanlarda 
arvadının  böhtanlarına  inanan  bir  nəfər ona  analıq  etmiş 
qoca  xalasını  kimsəsiz  bir  dağa  aparıb  azdırır.  Amma 
sonra  tərtəmiz  ayın  dağların  üzərindən  necə  qalxmasını 
görüb  əməlindən  peşman  olur  və  qarını  yenə  də  evə 
qaytarmaq  üçün  həmin  dağa tələsir.
Yapon  xalq  poeziyasında  qırqovul  valideyn  mə­
həbbətinin  rəmzidir.  Qırqovul  heç  vaxt,  hətta  yanğın 
zamanı  belə öz balalarını  atıb  getmir.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin