so
258
ca
xanasında bu ensiklopediyanın XIV əsrdə Şamaxı şəhə
rində əl ilə yazılmış bir nüsxəsi varmış və həmin ensiklo
pediya Hindistanda bu nüsxənin üzündən çap edilmişdir.
Zəngin mədəniyyətə malik olan hind xalqının nəcib
xarakteri Azərbaycanın ən istedadlı şair və mütəfək
kirlərinin əsərlərində yüksək qiymətləndirilmişdir. Əvvəldə
qeyd etdiyim kimi, Nizami Gəncəvi, Mirzə Fətəli Axundov,
Abbasqulu ağa Bakıxanovun əsərləri ilə bərabər, Molla
Pənah Vaqif, Qasım bəy Zakirin qəzəllərində, Cəfər
Cabbarlının dramaturgiyasında, Səməd Vurğun, Süley
man Rüstəm, Rəsul Rza, Məmməd Rahimin şeirlərində
Azərbaycan xalqının hind elinə sonsuz məhəbbəti ifadə
olunmuşdur.
Hind mədəniyyətinə olan dərin maraq və ehtiram
hissi N.Gəncəvinin “Yeddi gözəl” poemasının dəyərli
novellalarında da öz bədii ifadəsini tapmışdı. Poemada
şair Hindistan şahzadəsi Furakın gözəlliyini tərənnüm
edərək ay işığının hind qızının gözəlliyi qarşısında qaran
lığa büründüyünü göstərmişdi.
Nizami özünün ikinci əsəri olan “Xosrov və Şirin”
poeması üzərində çalışarkən qədim hind ədəbi abidəsi
olan “Pançatantra”nın (yəni “beş kitab’ ın) motivlərindən
istifadə etmişdi.
Azərbaycanın görkəmli lirik şairi Məhəmməd Füzuli
özünü Nizami Gəncəvinin şagirdi adlandıran Əmir Xosrov
Dəhləvini dünyanın ən istedadlı şairlərindən biri hesab
edirdi. Dəhləvi böyük hind şairi, alimi, musiqişünası kimi
dünya ədəbiyyatında tanınmış sima idi. Füzuli özü də
hind mədəniyyəti və ədəbiyyatı ilə dərindən maraqlanır,
hind fəlsəfəsini yunan fəlsəfəsi qədər dəyərləndirirdi.
“Ənisül-qəlb” adlı poemasında Füzulinin hind fəlsəfəsinə
yaxından bələd olduğunu aydın hiss etmək olar.
______
A z ə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
so 259 ca
Sevimli şairimiz Səməd Vurğunun şeirlərində hind
xalqının mübarizəsindən, onun qədim və zəngin mədə
niyyətindən məhəbbətlə danışılır. Şair “Buruqlar səltənəti”
adlı poemasında məşhur hind alim və şairi Rabindranat
Taqorun müdrik sözlərini Azərbaycanın şeir dilində can
landırmış, Hindistanda gedən milli-azadlıq hərəkatına
böyük rəğbət bəsləyərək yazmışdı:
“Azad şüur” deyir “zəncirsiz ürək”,
O qocaman Taqor, o böyük insan,
Onun rübabilə vəcdə gələrək,
İstiqbal eşqilə yanır Hindistan.
Qoy onun kiçicik bir şeirini mən
Burdaca köçürüm öz dilimizə,
Hər böyük dühanın xəzinəsindən
Sadə bir inci də dövlətdir bizə:
“Bir aləm ki, nə zindan var, nə zəncir,
İnsan oğlu ömür sürür vüqarla.
Fikir dustaq, ürək dustaq deyildir,
Bölünməmiş min bir hasarla.
Həqiqətin ürəyindən söz gəlir,
Ağlın hüsnü şəfəqlənir günəş tək.
Şərəf sözü ülviyyətə yüksəlir,
Qaralmayır çirkablara düşərək.
Bu azadlıq göylərində Ya Rəbbim !
Qoy göz açsın mənim də öz Vətənim!”.
Hörmətli oxucum ölməz şairin son kəlmələrinə
yəqinki daha həssaslıqla yanaşacaq. Bəli, Səməd Vurğun
“Qoy göz açsın mənim də öz Vətənim!” deməklə, əsl
həqiqətdə hələ sovet rejimində ikən Vətəni Azərbaycanın
______________________
R e y h a n Minzdzadə
_______________________
so
260
oa
göz açaraq azad, müstəqil, dostu Hindistan kimi suveren
bir məmləkət olmasını arzulayırdı.
Hind xalqının müstəqillik qazanmaq uğrunda apar
dığı böyük mübarizə yolunun tarixi səhifələrinə qısa nə
zər salaq.
1746 -1763-cu illərdə İngiltərə və Fransa arasında
Hindistana sahib olmaq uğrunda aparılan rəqabət İngiltə
rənin xeyrinə qurtardı. Hindistan hissə-hissə zəbt olu
naraq 1859-cu ildə tam İngiltərənin müstəmləkəsinə çev
rildi. Lakin yadellilərin hökmranlığı xalqı son dərəcə həyə
canlandırmışdı. Odurki, milli - azadlıq uğrunda mübarizə
güclənməyə başladı.
İngiltərə Parlamentinin 1935-ci ildə qəbul etdiyi
qanun Hindistanın müstəmləkə vəziyyətini daha da ağır
laşdırdı. Hindistanın əsas siyasi qüvvələri həmin qanuna
qarşı etiraz hərəkatında birləşdilər. Siyasi vəziyyət kəs
kinləşdi.
Milli-azadlıq mübarizəsinin qələbəsi nəticəsində
1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyuldu.
Həmin il avqustun 15-də Hindistan ərazisində dini xüsu
siyyətlərə görə Hindistan və Pakistan adlı iki müstəqil
dövlət yarandı.
1950-ci ildə Hindistan Respublika elan olundu. Bu
siyasi qələbənin əldə olunmasında Hindistanın mədəniy
yət xadimləri, yazıçı və şairlərinin böyük xidməti vardı.
Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov Hindis
tan Tərəqqipərvər Yazıçılar Cəmiyyətinin növbəti kon
fransındakı çıxışında bu barədə demişdi:' ...Böyük hind
xalqının müstəmləkə əsarəti zəncirlərini necə uzun çəkən
mübarizədən sonra, nə cür qəhrəman səylər sayəsində,
nə qədər əzablar, məhrumiyyətlər və qurbanlar bahasına
parçalayıb atdığını biz yaxşı bilirik. Bu mərdanə müba
rizədə tərəqqipərvər hind ədəbiyyatının, xalq və Vətən
______
A zə rb a y c a n ç ılıq və vatənparvərlik mdfkurasi_
______
so
261
ea
qarşısında öz borcunu dərk edən yazıçıların nə qədər
böyük rol oynadıqları bizə məlumdur. Hindistan yazıçıları
bədii sözün qüdrəti ilə milyonlarla insanları azadlıq və
tərəqqi uğrunda acgöz, heç bir qarətkarlıqdan doymaq
bilməyən imperialistləri Vətən torpağından qovub çıxar
maq uğrunda mübarizəyə ruhlandırırdılar.
Bu gün Hindistanın tərəqqipərvər yazıçılarının
keçmiş mübarizə səhifələrini vərəqləyərkən mən böyük
Prem Çandı hədsiz ehtiram hissi ilə
xatırlayıram .
O, sizin
milli-azadlıq hərəkatının çeşməsi başında, beşiyi başında
dayanmışdı və sizin cəmiyyətinizin ilk prezidenti olmuş
dur. Bu cəmiyyətin birinci konfransına göndərdiyi təbrik
teleqramında ölməz Rabindranat Taqor Hindistan xalqı
nın böyük azadlıq hərəkatına xeyir-dua vermişdi...”
Dörd dəfə Hindistana səfər etmiş M.ibrahimovu
hindlilər yaxşı tanıyırdı. Həmin illərdə Azərbaycanın
görkəmli rəssamı Mikayıl Abdullayev Hindistana yaradıcı
lıq səfəri etmiş, bir müddət bu ölkədə yaşayıb fəaliyyət
göstərmiş, Hindistan mövzusunda bir-birindən gözəl
əsərlər yaradıb dünya sənətsevərlərinə təqdim etmişdi.
1950-1960-cı illərdə məşhur hind rejissor və aktyor
larından Rac Kapur, Kumari Surayyə, Nərgiz, Kaminə
Kauşal, Abxi Bhataçariya Bakıya gəlmişdilər. Bu səfər
xalqımız və ictimaiyyətimiz tərəfindən böyük sevinc və
məhəbbətlə qarşılanmışdı. Azərbaycanın mədəni həya
tında tarixi hadisə kimi mühüm yer tutan görüşlər
yaddaşlarda dərin izlər qoydu. Sonralar Rac Kapur, Nər
gizlə Rəşid Behbudov, Şövkət Ələkbərova arasında
dostluq və sənət əlaqələri uzun illər davam etdi. Müğənni
Elmira Rəhimova Hindistanda musiqi təhsili aldı. Çox
keçmədi ki, müğənnimiz Hindistanda və Azərbaycanda
hind mahnılarının mahir ifaçısı kimi sevildi.
______________________
R e y h a n M irzəzadə
_______________________
so262ca
Görkəmli hind şairəsi və yazıçısı Amrita Pritamın da
Bakıya səfəri sevgi ilə qarşılanmışdı, ölkəsinə qayı
dandan sonra o, paytaxtımız, burada ziyalılar, elm və
mədəniyyət xadimləri, zəhmətkeşlərlə keçirdiyi görüşləri
barədə xatirələrini yazıb, kitabça şəklində nəşr etdirmişdi.
Hindistanlı xanım xatirələrində eyni zamanda Azərbay
canın tanınmış şairələri Mirvarid xanım Dilbazi və Nigar
xanım Rəfibəyli haqqında məhəbbətlə söz açır, sevimli
həmkarları ilə birlikdə çəkdirdiyi fotoşəkli təqdim edirdi.
Hind xalqının mehribanlığından və həyata fəlsəfi
təfəkkürlə yanaşmasından bəhs edərkən bu xalqın milli
mənəvi dəyərlərinin simvolu olan iki qədim yazılı abidəsi
göz önünə gəlir. “Hitopadişa və ya xeyirli öyüdlər”, “Kəlilə
və Dimnə”.
Hindistanın ibtidai insanlardan, ulu babalardan
nəvə-nəticələrə söylənmiş əfsanə və təmsillərindən, nağıl
və rəvayətlərindən başlamış orta əsrlərin böyük şairlərinin
epik poemalarına qədər olan əsərləri min illərdən, əsr
lərdən keçə-keçə gəlib bizim zəmanəmizə çatmışdır. Bu,
xalq dühasının tükənməz xəzinəsidir. Guya heyvanların
heyvanlara nağıl etdiyi və racənin ərköyün oğlanlarına
hikmətli nəsihətlər şəklində müdrik Vişnu Şarmanın
söylədiyi əyləncəli rəvayətlər məcmuəsi olan “Hitopadişa”
bu xəzinənin çox cüzi hissəsidir.
“Hitopadişa və ya xeyirli öyüdlər” məcmuəsi sözün
həqiqi mənasında xeyirli öyüdlər verir. Məcmuə uşaqlar
üçün nəzərdə tutulsa da, böyüklər üçün də əhəmiyyət
lidir. “Tanış olmadığınla dostluq eləmə”, “Dost seçərkən
ehtiyatlı ol”, “Hər şeylə maraqlanmaq bədbəxtliyə səbəb
olur", “Ağıl kimdədir, güc də ondadır”, “Axmağa məsləhət
vermə”, “Hiyləyə qarşı hiylə”, “Nə özününkülərdən, nə
yadlardan”, “Dilində şirin sözlər, əlində isə xəncər”,
“Vəziyyətə görə hərəkət elə", “Düşünmədən iş görmə” və
______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
£o
263 ся
s. kimi dəyərli öyüdlər məcmuəsi olan “Hitopadişa” uzun
əsrlərdir ki, çoxsaylı xalqlar arasında böyük şöhrət
qazanıb. Məcmuə qədim və orta əsr Hindistan dili olan
Sanskrit dilində yazılmış və eramızın VI - XIV əsrləri
arasında daha qədim və məşhur “Pancatantra” məcmu
əsi əsasında tərtib edilmişdir.
Məşhur hind yazılı abidəsi olan “Kəlilə və Dimnə”
Azərbaycan dilinə (türk dilinə) 1809-cu ildə Əvəz-Əli
Səfiqulu oğlu tərəfindən tərcümə olunub, xeyli sayda
miniatürlərlə illüstrasiyalaşdırılmışdı.
Epos eramızdan əvvəl I əsrdə yaşadığı düşünülən
Bəydaba tərəfindən qələmə alınmış təmsil şəklində
hekayələrdən ibarət olan kitabdır Kitabın Depşelem adlı
bir hind hökmdarına ithaf edildiyi, hökmdara məsləhət və
nəsihət səciyyəsi daşıması fikri mövcuddur.
“Kəlilə və Dimnə”dəki hekayələr siyasətdən tutmuş
mərhəmət və xeyirxahlığa qədər bir çox fərqli mövzunu
özündə birləşdirir. Əsər adını ilk bölümündəki bir heka
yənin qəhrəmanları olan iki çaqqaldan almışdır. Doğru-
nun və dürüstlüyün simvolu olan Kəlilə ilə yanlış və
yalanın simvolu - Dimnə. Kitabda hekayələr “Min bir gecə
nağılları”nda olduğu kimi, bir-biri ilə əlaqəli və qarışıq
hekayələrdən ibarətdir. Beş fəsli, bir girişi vardır. Hər
fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr,
nəzm şəklində nəsihətlər vardır. “Ağıllı adamlar kin və
ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün
tuturlar”. “Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaq
dır”. “Büdrəyib yıxılanda, bədbəxtlik üz verəndə, əqildən
başqa heç nə insana kömək edə bilməz”. “Düz və təmiz
adamlar arasındakı dostluq möhkəm olur”. “Hiylə və
xəyanət ağacının barı müsibət və fəlalkət olar”. “Nə qədər
çalışsalar da, yenə hünər və istedadı gizli saxlamaq
olmaz”. “Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl
______________________
R e y h a n M irzəzad ə
________________________
во
264
ся
nəticə verər” . Bu cür müdrik fikirlər bəşəri tərbiyəyə
xidmət edən kamil mənəviyyat dərsliyidir.
Dünyada şahmatın Vətəni kimi də sevilən Hindis
tanda qədim memarlıq abidələri, tarixi incəsənət nümu
nələri çoxdur. Bunlardan ikisini - çox sevdiyim Tac -
Mahal və Acantanı göz önünə gətirirəm.
Tarixdən məlumdur ki, 1526-cı ildən 1858-ci ilədək
Hindistanda baburilər, yəni Böyük moğollar sülaləsi
hökmranlıq etmişlər. 1627-ci ildə Şah Səlim Cahangir
öldükdən sonra, onun oğlu Şah Cahan 1658-ci ilə qədər
Hindistanda hökmdarlıq edir. Şah Cahanın Banu Bəyim
Mümtazi Mahal adlı 14 uşağın anası olan gözəl bir arvadı
var imiş. Şahın arvadı zəkası, xeyirxah əməlləri ilə bütün
imperatorluğun qəlbini fəth eləmişdi. Cahan şah ona hələ
16 yaşında ikən aşiq olmuş, evlənmək üçün beş il göz
ləmişdi. Şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır,
onun fikirlərini, zövqünü əsas götürürdü.
Bir gün Banu Bəyim ərindən soruşur ki, mən ölsəm,
sən nə edərsən? Şah Cahan ona misilsiz bir abidə tik
dirəcəyini bildirir.
Doğrudan da şahın sevimli arvadı 1631-cu ildə 39
yaşında ikən vəfat edir. Şah Cahan Banu Bəyim Mümtazi
- Mahal üçün türbə tikdirmək məqsədilə Şərqin əsas me
marlıq mərkəzlərindən Aqraya sənətkarlar toplayır.
iqor Mojeyko “27 möcüzə” kitabında yazır:“Mümtaz
Mahal 1631-ci ildə on dördüncü uşağı dünyaya gətirərkən
ölmüşdür. Bu hadisədən kədərlənən Şah Cahan Şərq
aləminin ən yaxşı memarlarını buraya toplamağı arzula
dı.Çaparlar məsləhət üçün ustaları istənilən qiymətə al
maq əmri ilə qonşu ölkələrə getdilər. Şahın elçiləri Şiraz
da və Buxarada, Səmərqənddə və Bağdadda, Şamda və
İstanbulda qapıları döydülər.Digər çaparlar isə təcili
______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
so
265
ca
olaraq (o dövrün imkanları daxilində) Asiyadakı bütün
məşhur qurğuların plan və təsvirlərini Aqraya gətirdilər.
Nəhayət, şura toplandı. Bir sıra variantlar müzakirə
olundu, yüzlərlə cizgi, plan yoxlandı və bəyənilmədi.
İmperator dünyada tayı-bərabəri olmayan və gələcəkdə
də olmayacaq bir bina tikdirmək istəyirdi.
Nəhayət, Ustad İsa adlı hind memarının layihəsini
bəyəndilər. O, həm bütün ustalara, həm də imperatora
xoş gələn variant təklif etdi. Şah Cahan gələcək
mavzoleyin ağac modelini hazırlamağı əmr etdi. Model
bəyənildikdən sonra inşaat işlərinə hazırlığa başladılar.
Ustalar gələcək künbəzlərin cizgilərini çəkir, mə
murlar fəhlə toplayır, Racputan karxanalarında mərmərin
ən yaxşı parçaları doğranırdı. Baş bənnalar Dehlidən və
Kəndəhardan gəlmişdilər. Memarlardan istanbullu Xan
Rumi və səmərqəndli Şərif künbəzlərin tikintisinə rəh
bərlik edirdilər, onlara Lahor ustaları kömək göstərirdilər.
Buxaralılar və Dehli sənətkarları bəzək işlərini görürdülər.
Benqaliyadan bağban, Şamdan, Bağdaddan və Şirazdan
xəttatlar, rəssamlar çağırtdırmışdılar. Baş memar yerli
usta, layihənin müəllifi Ustad isa idi.
Şərq memarlığının o dövrlərdə qazandığı ən yaxşı
nailiyyətləri Mümtaz Mahalın nə üçün özündə cəmləş
dirdiyini anlamaq üçün bu siyahım oxumaq kifayətdir:
Buxara, Şam, Səmərqənd, Bağdad və Şirazın təcrübəsini
ustalar bu tikintiyə gətirmişdilər. Axı həmin şəhərlərin hər
biri öz məscidləri, minarələri, mavzoleyləri və sarayları ilə
məşhur idi. Mümtaz Mahalın nə üçün təkraredilməz hind
məbədi olaraq qaldığı da aydındır- ustaların tən yarısı
hindistanlı idi. Baş memar da, rəssamlar, tişə ustaları,
fəhlələr da hindli idilər. Tikinti dünya miqyasında aparılsa
da, hind məbədi olaraq qalırdı.
_______________
R eyhan Mirzdzadd
______________________
so 266
ca
...Sanki hər yer - divarlar, döşəmə, kenotaflar
başdan-başa xalçalarla bəzədilmişdir. Mümtaz Mahalın
baş salonunda yalnız kenotaflar-zəngin bəzədilmiş saxta
sərdabələr yerləşir.Şah Cahanın və onun arvadının əbədi
uyuduğu əsl sərdabələr isə aşağıda, mavzoleyin zirzəmi-
sindədir. Mümtaz Mahalın və onunla yanaşı basdırılmış
Şah Cahanın sərdabələri xatəmkarlıqla, az qiymətli daş
larla bəzədilmişdir. Əsrarəngiz ağacların budaqları gül-
çiçəklə qovuşur; divarlarda süslənmiş yarpaqlar və ləçək
lər füsunkar naxışlar yaratmışdır. Xatəmkarlıq da bütün
mavzoleyə yaraşıq verən ağ mərmər üzərində edilmişdir
və qiymətli daşlar qırmızı, yaşıl və mavi qığılcımlar kimi
işıq saçır. Seylondan və Pamirdən füruzə, Çindən nefrit,
İrandan əqiq gətirilmiş, iyirmi min fəhlə, rəssam və tişə
ustası on səkkiz il Mümtaz Mahalın yaradılması üzərində
işləmişdir.
Aqranın iki kilometrliyində, Camna çayının sahilində,
başda aqralı memar Ustad İsa olmaqla, istanbullu,
səmərqəndli, şirazlı, lahorlu, təbrizli, bağdadlı, dəməşqli
usta və sənətkarların çalışdığı tikintinin materialları Tibet,
Yəmən, Seylon, Anadolu, İran, Ural, Ərəbistan və digər
yerlərdən gətirilmişdi.
Tac-Mahal hündürlüyü 75 metr olan beş qübbəli,
dörd həmahəng minarədən ibarətdir. Bina gümüş və
qızıldan düzəldilmiş rəngli daş omamentləri və Quran
ayələri ilə bəzədilmişdir.
Abidə tikilib qurtarandan sonra Şah Cahan onun
ilahi gözəlliyindən riqqətə gələrək demişdi:“Tanrı qüdrə
tinin insanlara görünməsi üçün dövr bu abidəni yaratdı!” .
Türbə düzgün cizgiləri, daşlarının gözəl düzülüşü, mütə
nasibliyi ilə memarlıq tarixində təmizlik və incəlik idealına,
böyük sevgi simvoluna çevrildi.
______
A zə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
so 267
ca
Bombeydən səkkiz saatlıq aralıda qədim Auran-
qabad şəhəri yerləşir. Məşhur məbədlər məskəni Acanta
buradan yüz kilometr kənardadır. Acantanın hündür
dağlarında, sıldırım qayalarında nəhəng mağara məbəd
ləri qazılıb.
Acanta Buddaya sitayiş edən mohaxlar tərəfindən
salınıb. Eramızdan əvvəl II əsrdə başlanan iş, düz 300 il
sonra başa çatıb. Nəhəng bir qayada 29 məbəd və qəsr
tikilib. Bu tikililər heykəltəraşlıq, rəssamlıq nümunələri ilə
bəzədilib. Burada yerləşən qədim hind incəsənətinin
misilsiz abidələrindən biri də Ellora adlanır. Onun da
məbədləri qayada yonulub. Bu məbədlər IV və X əsrlər-
arası yaranıb. Onların bəziləri hinduların, bəziləri bud-
daçıların, bəziləri isə caynistlərindir. Ən gözəl məbəd VIII
əsrdə tikilmiş Kaylasdır. 40 metr hündürlüyü, 50 metr eni,
80 metr uzunluğu olan nəhəng parça daşdan məbəd,
heykəllər, qalereyalar yaradılıb. Bu tarixi yerlər indi
minlərlə turistin ziyarətgahına çevrilib.
Çandraqunta sütunu, Qara Məbəd, qədim Fatehnur
- Sekri şəhəri hind mədəniyyətinin əzəmətli abidələri kimi
dünya sənətsevərlərinin daimi ziyarətgahı kimi çox
məşhurdur.
Hindistan mətin və etibarlı yol ilə gedərək, həm
ölkənin daxilində, həm də xaricində çoxsaylı problemləri
aradan qaldırmışdır. Böyük müvəffəqiyyətlər qazanmış
dır. Onun beynəlxalq nüfuzu xeyli artmışdır.
Ötən onilliklər ərzində Hindistan böyük iqtisadi tə
rəqqiyə nail olmuşdur. Hazırda Hindistan polad və prokat,
dəzgah və ekskavotor, hesablayıcı elektron maşın və
reaktiv təyyarələr, müxtəlif sənaye avadanlığı və kənd
təsərrüfatı texnikası istehsal edir. Hələ 1980-cı ilin
iyulunda Yerin “Rohini-1” süni peykinin Hindistan daşıyıcı
______________________
R e y h a n M irzdzadd
_______________________
so
268
ce
raketi ilə orbitə çıxarılması ölkənin elmi-texniki nailiyyət
lərinə parlaq misaldır.
1950-ci ildə Hindistanın həyatında tarixi günə
çevrilmiş 26 Yanvar - Respublika günü hind xalqı üçün
böyük bayramdır. Bu bayram günündə dost xalqın
sevincinə qoşulur, onu ürəkdən təbrik edir, Hindistanda
yaşayan bütün insanlara Sülh və əmin-amanlıq arzu
layırıq.
Qoy həyatımız boyu xalqınız xoşbəxt və azad yaşasın!
Qoy dövlətlərimizin səmasında daim Sülh və Səadət
Günəşi şəfəq saçsın!
Qoy xalqlarımızın, ölkələrimizin dostluq təravəti Hindistan
çayının ətri kimi bütün dünyaya yayılsın!
______
A zə rb ayca n çılıq из vatdnpərvarlik mdfkurəsi__
_____
“Yeni təfəkkür” qəzeti,
12 yanvar 2006-cı il.
so
269
or
ZƏ NG İN M ƏDƏNİYYƏTİ OLAN XALQ
Hindistanın himni Şərqin böyük
filosofu Rabindranat Taqorun əsəridir.
Qədim, zəngin mədəniyyəti olan istedadlı hind xalqı
tarixin fırtına və qasırğalarına həmişə mərdliklə sinə
gərib, gözəl incəsənət və ədəbiyyat əsərləri yaratmışdır.
Bu əsərlərdə xalqın dərin zəkası, əzəmət və qüdrəti,
onun ən nəcib hiss və duyğulan, humanizm və xeyirxah
lığı, sadəlik və müdrikliyi ifadə olunmuşdur.
Hind mədəniyyəti hələ qədim zamanlardan xalqlara
tanış idi. Hind xalqının azadlığı uğrunda böyük mübariz,
demokrat və filosof Mahatma Qandinin əsasını qoyduğu
“Qandizm” adlı fəlsəfi-siyasi cərəyanın başlıca idealı hind
milli təfəkkürü və ənənələri ilə bağlı idi. M.Qandi de-
yirdi:“Mədəniyyət - elə bir davranışdır ki, o, insana öz
insani borcunun nə demək olduğunu aydınlaşdırır.lnsani
borcunu ödəmək və əxlaq normalarına riayət etmək
oxşar, həmcins anlayışlardır. Əxlaq normalarına sadiq
qalmaq- öz hiss və ehtiraslarına hakim olmaq deməkdir.
Yalnız belə bir davranış sahəsində biz özümüzü dərk
edirik.Təsadüfi deyildir ki, “sivilizasiya" qudcarat dilində
“gözəl davranış” deməkdir. Əgər bu məfhum doğrudursa,
o zaman Hindistanın kimdənsə nəyisə öyrənməyinə heç
bir ehtiyac yoxdur”.
Hind musiqisinin məşhur tədqiqatçılarından Silven
Levi yazır ki, irandan Çinə qədər, Sibirin buzlu yerlə
rindən Yava adasınadək hind musiqisi hər yerdə tanın
mışdı. Hind musiqisindən bəhs edən alimlər, yazıçı və
təzkirəçilər göstərmişlər ki, hindlilər musiqiyə çox meyl
göstərən xalqdır. Musiqi hind əfsanələrində, milli epos
larında mühüm yer tutur. “Ramayana” və “Məhəbhəram”
dastanlarında ən qədim hind musiqisindən də bəhs edilir.
Dostları ilə paylaş: |