_______________
Reyhan Mirzəzadə
________________
вг> 246
ca
Sonralar mətn alman, çex, rumın, Azərbaycan və başqa
dillərə də tərcümə olunmuşdu.
Azərbaycanın görkəmli simalarından olan Nəriman
Nərimanov və Məşədi Əzizbəyov hələ 1908-ci ildə
“Varşavyanka"nın Azərbaycan dilinə tərcüməsini təşkil et
mişdi. Sonralar şair Mirzə Əbdülqədir Vüsaqi ismayılzadə
(Mikayıl Müşviqin atası) mətnin yenidən tərcüməsinə nail
olmuşdu. Bu da məlumdur ki, Müslüm Moqamayevin
Balaxanı, Sabunçu fəhlələrindən və məktəblilərindən
təşkil etdiyi xor dəstəsi “Varşavyanka”nı həmin tərcü
mədə dəfələrlə ifa etmişdi. Azərbaycanın tanınmış bəstə
karı Fikrət Əmirov özünün “Sevil” operasında “Varşav-
yanka”nın melodiyasından faydalanmışdı.
Vaxtilə paytaxtımız Bakı şəhərinin baş memarı olan
polyak mühəndis Yuzef Qoslavski, şəhərsalmanın inki
şafına dair mükəmməl plan işləyib hazırlamışdı Bibi-
heybət körfəzindəki ilk neft quyuları polyak mütəxəssis
Pavel Potoskinin rəhbərliyi ilə qazılmışdı. Professor Mixail
Abramoviç uzun illər Azərbaycan Neft Yataqlarının Kəşfi
İnstitutunun direktoru vəzifəsini icra etmişdi. 1913-cü ilin
məlumatına görə, təkcə Bakıda 2183 polyak yaşayırdı.
Onları maarifləndirmək məqsədi ilə paytaxtımızda “Polşa
evi” yaradılmışdı. Birinci Dünya müharibəsi başlandıqdan
sonra “Polşa çarlığı əhalisinə yardım komitəsi" təsis
olunmuşdu. Birinci Dünya müharibəsindən sonra depor
tasiya zamanı on minlərlə polyak Azərbaycana gəlmişdi.
Xüsusilə yada salmaq istəyirəm ki, 1918-ci ildə yara
dılmış Azərbaycan Demokratik Cümhuriyyətinin ilk Milli
Ordusunun qərargah rəisi də milliyyətcə polyak olan
general Sulkeviç olmuşdur.
1918-ci il Azərbaycanın siyasi tarixində müstəsna
rol oynadığı kimi, Polşanın da həyatında əvəzsiz izlər
qoydu. Polşa torpaqları XVIII əsrin sonunda Prussiya,
____
Azərbaycançılıq və vətənpərvərlik məf.mrəsi
_____
sn 247
ca
Avstriya-Macarıstan və Rusiya arasında bölüşdürülmüş
dü. Buna baxmayaraq, polyak xalqı öz milli dövlətinin
bərpası uğrunda güclü mübarizə aparırdı.
Birinci Dünya müharibəsi dövründə, yəni 1914-
1918-ci illərdə Rusiya tabeliyində olan Polşa torpaqlarını
Almaniya və Avstriya-Macarıstan qoşunları işğal etdi.
Polşanın azadlığı uğrunda mübarizələr getdikcə daha
geniş vüsət aldı.
Polşanın müstəqilliyi uğrunda gərgin mübarizələrdə
Polşanın Milli Qəhrəmanı,
marşalı Yuzef Klement
Pilsudskinin böyük xidmətləri olmuşdur. Hərbi əməliy
yatlarda səlahiyyət sahibi kimi həlledici gedişlər edən
Pilsudski, 1917-ci ildə Maqdeburqda 15 ay müddətinə
həbsxanaya salınmışdı.
1918-ci il noyabrın əvvəlində Birinci Dünya müha
ribəsi bitdikdən sonra sovet hökuməti müstəqil Polşa
dövlətini tanıdığını bildirdi və Polşanın bölüşdürülmısinə
dair əvvəllər çar hökumətinin bağladığı bütün müqa
vilələri ləğv etdi. Noyabrın 9-da Yuzef Pilsudski həbs
xanadan azad olunub, Varşavaya gəldi, Polşanın siyasi
tarixində ən böyük şərəfə - Polşanın müstəqilliyinə nail
oldu və ölkənin rəisi kimi dövləti idarə etməyə başladı.
Lakin 1926-cı ildə polyak xalqı Pilsudskinin fəaliyyətində
diktatorluq dönüşünün şahidi oldu. Doğrudur o, tarixə
zəmanəsinin Mussolini və Hitler kimi qatı diktator müasir
ləri kimi düşmədi. Çünki onun 1934-cü ildə faşizmlə - Hit-
lerlə bağladığı hərbi müqaviləyə əsasən Şərqi Avropa və
SSRl-ni darmadağın etmək niyyətləri polyak xalqının heç
də ürəyindən deyildi.
1935-ci ildə Pilsudskinin vəfatından sonra həmin
müqavilə demək olar ki, mənəvi cəhətdən qüvvədən
düşmüşdü və 1939-cu ildə Hitler öz simasını bir daha nü
mayiş etdirərək, hüquqi cəhətdən qüvvədə olan həmin
_______________
Reyhan Mirzəzadə
________________
во 248 os
müqaviləyə əhəmiyyət vermədən Polşaya amansızcasına
hücum etdi.
İkinci Dünya müharibəsində faşizmə qarşı mübari
zədə tək Polşa altı milyon nəfərədək itki verdi. 1945-ci ilin
yanvarında keçmiş Sovet Ordusu və Polşa qoşunları Var
şavaya daxil olanda, şəhər faşist işğalçıları ilə döyüşlərdə
həlak olmuş 700 min varşavalının məzarına bürünmüşdü.
İndi ölkənin paytaxtında yaradılmış süni təpədə Varşava
üsyanı qurbanlarının da xatirəsini əbədiləşdirən abidə
ucaldılmışdır. Ətrafına xeyli xırda çay daşları döşənmiş
'Məğlub edilməyən həlak olanlar” adlandırılan memarial
polyakların və ölkəyə gələn qonaqların ziyarət etdikləri
məbədgaha çevrilmişdir. Hər il oktyabrın 1-də xüsusi
olaraq on minlərlə insan buraya gəlir, daşlar arasında
saysız-hesabsız şam yandırırlar. Gecə burada əfsanəvi
bir mənzərə yaranır.
1950-ci ildə Ümumdünya Sülh Tərəfdarlarının ikinci
konqresində Varşava şəhəri Fəxri Beynəlxalq Sülh
Mükafatı ilə təltif olunmuşdu.
Polyak xalqı Polşanın müstəqilliyi naminə böyük
xidmətlər göstərən Yuzef Pilsudskinin xatirəsinə ehtiram
la yanaşır. Bu gün Polşada onun heykəlləri qoyulmuş,
küçə və xiyabanlara Pilsudskinin adı verilmişdir. Politoloq
və tarixçi Meçislav Pruşinski demişdir:“Pilsudski özünə
elə bir şöhrət qazanıb ki, yəqin ki, Polşada yaxın iki əsrdə
çətin kimsə ona nəsib olsun”.
Hər bir xalqın müstəqillik tarixi ona əziz olduğu kimi,
Azərbaycanımızın da bu müqəddəs amal uğrunda keçdiyi
şanlı yol bizlərə əzizdir, unudulmazdır. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azər
baycan siyasi mühacirətinin liderlərindən biri olan Məm
mədəmin Rəsulzadə 1920-ci ilin aprelində Azərbaycan
bolşeviklərin Qırmızı Ordusu tərəfindən işğal olunduqdan
Azərbavcançılıq və vətənpərvərlik məfkurəsi_
____
во 249
ca
sonra tez bir zamanda ölkəni tərk etməli oldu. Finlan
diyadan sonra Polşaya gələn Rəsulzadə burada bir neçə
il yaşadı. 1921-ci ildə Polşa artıq bolşevik Rusiyasını
məğlub edib öz müstəqilliyini yenidən bərpa etmiş bir
ölkə idi. Qafqazın, ilk növbədə Azərbaycanın da öz istiq
laliyyətinə nail olmasını istəyən Polşa hökuməti M.Rəsul
zadənin bu ölkədə fəaliyyət göstərməsinə imkan yaratdı.
Həmin illərdə Varşavada “Wschod” (polyak dilində
“Şərq” deməkdir) jurnalı nəşr olunurdu. Bu jurnalın möv
zusu Polşanın Şərqdəki mənafelərinin, onun Sovet Rusi
yası ilə münasibətlərinin təhlili idi. 20-ci illərin ikinci yarı
sından etibarən jurnaldakı məqalələrin çoxu Qafqaz mə
sələlərinə həsr olunmuşdu. M.Rəsulzadə həmin vaxtdan
bəri mütəmadi olaraq “Wschod” jurnalında məqalələrini
çap etdirirdi. 1930-cu ildə jurnalın 12-ci nömrəsində
M.Rəsulzadə “Azərbaycan Respublikası” adlı geniş mə
qaləsində Azərbaycan xalqının mədəni inkişafını və
azadlıqsevərliyini qısaca təsvir etmişdi. Azərbaycanda
incəsənət və ədəbiyyat ənənələrini, iqtisadi potensialını
və kommunizm ideologiyasının Azərbaycan xalqının də
yərlər sisteminə zidd olduğunu jurnalın çoxsaylı oxu
cularına təqdim edən Rəsulzadə, Azərbaycanın yalnız
müstəqil şəraitdə inkişafının tərəfdarı olduğunu bir daha
sübut etmişdi.
Polyak xalqı Azərbaycan mədəniyyətinə, musiqi və
incəsənətinə həmişə böyük məhəbbətlə yanaşmışdır.
Dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Rəşid Behbu
dov ölkədə vaxtilə çox məşhur olmuş və onlar indi də
sevgi ilə xatırlanırlar. “Arşın mal alan” komediyası barədə
tanınmış Polşa dramaturqu Povolotski 1979-cu ildə
yazırdı: “Mən istər Rəşid Behbudovun söhbətindən, istər
sə də komediyanın rus mətnindən gördüm ki, Üzeyir
Hacıbəyov təkcə böyük bəstəkar deyil, həm də böyük
_________________Reyhan_Mirzəzadə__________________£65__250_CA'>_______________
Reyhan Mirzəzadə
________________
£65
250 CA
komediyanəvisdir. Onun bənzərsiz obrazları, incə, təbii
yumoru həyata nikbin baxışı hamını valeh edir. Bəli, bu
gün fəxr edirəm ki, “Arşın mal alan” komediyasının polyak
dilinə ilk tərcüməçisi mən olmuşam. “Arşın mal alan” mu
siqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü il
də A.Venqerska adına Belostok Dövlət Teatrında tama
şaya qoyulmuşdur. Sonra öyrənəndə ki, bu, polyak səh
nəsində ilk Azərbaycan pyesidir, sevincim ikiqat artdı.
Deməli, mən Azərbaycan dramaturgiyasından Polşa səh
nəsinə əsər gəlməsinin ilk təşəbbüskarıyam. Mən ilk kör-
püsalanam. Aldığım məlumata görə, son bir neçə ildə
“Arşın mal alan” Polşa səhnələrində 1500 dəfədən çox
oynanılmışdır. Təkcə Vrotslav şəhər teatrında 450 tama
şada getmişdir”.
Onu da qeyd edim ki, vaxtilə Katovitse şəhərində
konsertlər vermiş Rəşid Behbudovun mahnılarını katovit-
selilər heç zaman unutmurlar. Polyaklar ölməz Rəşidi
“Katovitse qızları” mahnısının ən mahir ifaçısı kimi qəbul
etmişdilər.
Yaxşı yadımızdadır ki, YUNESKO-nun qərarı ilə
böyük şairimiz Nəsiminin dünya miqyasında 600 illik yu
bileyi qeyd olunan zaman şairin həyat və fəaliyyəti ilə ya
xından tanış olub heyrətlənən polşalı heykəltəraş Qustav
Zemla Nəsiminin portretini yüksək sənətkarlıqla işləmiş,
həmin portret Fransa və Almaniyada keçirilən sərgilərdə
nümayiş etdirilmişdi.
1810-cu ildə Varşava yaxınlığında dünyaya göz
açmış Friderik Şopen cəmi 38 il ömür sürsə də, gözəl
əsərləri və mahir ifaçılığı ilə musiqi korifeyləri arasında
özünə layiqli yer tutmuşdur, öm rünün təxminən yarısını
Parisdə yaşamasına baxmayaraq, Şopen daim Polşa ilə
sıx bağlı olmuş, doğma yurdundan ayrı düşdüyü üçün
üzüntülərini musiqilərində səsləndirmişdir. Şopenin yara-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
£65
251
c a
dıctlığı Polşa milli musiqisinin böyük nailiyyəti olmaqla
yanaşı, dünya klassik musiqi sənətinin
zirvələrindən
birini
təşkil edir. 1927-ci ildən başlayaraq, Varşavada piano
çuların Şopen adına ənənəvi beynəlxalq müsabiqəsi ke
çirilir. 1970-ci ildə Azərbaycan pianoçusu Validə Rəsu
lova bu müsabiqənin diplomuna layiq görülmüşdü. Polyak
xalqının Azərbaycan musiqisinə sonsuz sevgisinin nü
munəsidir ki, XX əsrin əvvəllərində Varşavada Polşanın
məşhur "Sport - Rekord” şirkətində Azərbaycanın bir çox
muğam ustaları və ifaçılarının əsrarəngiz nümunələri
qrammofon valına yazılmışdı. Müslüm Maqomayev 1969-
cu ildə Sopotda keçirilən beynəlxalq estrada mahnısı
festivalında Birinci Mükafata layiq görülmüşdü.
Polşa həm də dünya elminə Nikolay Kopernik kimi
böyük alim-astronom verməsilə tanınır.Kopernik 1473-cü
ildə Torun şəhərində doğulub. 1973-cü ildə məşhur
astronomun anadan olmasının 500 illiyi ilə əlaqədar
Torunda yubilyarın adını daşıyan universitet şəhərciyi sa
lınıb. Əlbəttə, mən Koperniki təsadüfən yada salmadım.
Xatirimə Bakıxanovun “Əsrarül-mələkut” əsəri gəlir.
Abbasqulu ağa düz dörd əsr sonra Kopernikin “Səma
sferasının dövrləri haqqında” kitabını əldə edir, oxuyur,
astronomun heliosentrik sistemini müdafiə edir və onun
əsasında özünün həmin əsərini yazır. Bu əsərində azər
baycanlı mütəfəkkir görkəmli polyak astronomunun dərin
zəkasına, hərtərəfli biliyinə, parlaq istedadına, mətin ira
dəsinə ehtiram hissi ilə yanaşır, onun kəşflərini yüksək
qiymətləndirir.
Bu gün paytaxtımız Bakı şəhərinin mənzərəsinə
diqqət yetirdikdə, Azərbaycanda yaşamış istedadlı polyak
memarların füsunkar işlərini heyranlıqla seyr edirik. Belə
ki, XIX və XX əsrlərdə Polşa memarları müasir Azər
baycan memarlığına böyük töhfələr bəxş etmişlər. Me
_______________
Reyhan Mirzəzadə
________________
so
252
c a
mar Skibidski 1900-cü ilə kimi 250 binanın, o cümlədən
Dəmiryolu idarəsi binası, Tağıyev teatrının layihələrini
hazırlamışdı. Memar Qoçlavskiyə 1891-ci ildə Müqəddəs
Aleksandr Nevski kilsəsini tikmək tapşırılmışdı. O, həmçi
nin Bakı Sovetinin binası və Zeynalabdin Tağıyevin
sarayının layihəsini hazırlamışdı. Digər polyak memar
Skureviç çoxsaylı ictimai binaların, o cümlədən ilk Milli
Bankın binasının müəllifi idi. Venesiya qotikası üslubunda
yaradılmış, milli ornament və xəttatlıq nümunələrimiz ilə
bəzədilmiş, neft sənayeçisi Musa Nağıyevin tikdirdiyi
məşhur “Ismailiyyə” binasının memarı da milliyətcə
polyak olan Ploşko olmuşdur. Ploşko həmçinin Murtuza
Muxtarovun tikdirdiyi çoxmərtəbəli evlər və Müqəddəs
Mariya katolik kilsəsinin layihələrini işləyib hazırlamışdır.
“Azərbaycan” jurnalının 1972-ci ildə çap olunan 3-cü
sayında əvvəllər Bakıda yaşamış polyak yazıçı Stanislav
Strumf-Voytkeviçin “Mənim Bakıya qayıtmağım” adlı
məqaləsini oxuyuram. Yazıçının səmimiyyəti ürəklərə
asanlıqla yol tapır. Uzun illərdən sonra yenidən Bakıya
gələn Strumf - Voytkeviçin bu yazısında maraqlı qeydlər
çoxdur. Bu qeydləri oxuduqca, köhnə Bakının sanki film
lərdə əksini tapan görüntüləri gözlərim önündə canlanır.
Yazıçı yazır:"...57 ildən sonra yolu düz getdiyimə
doğrusu, o qədər də əmin deyildim. Məktəb binasının
qarşısında yana buruldum, bərbərxanaya girdim, icazə
alıb ağsaçlı ustanın kreslosunda əyləşdim.
- Tinin o tərəfindəki küçə köhnə Persidski deyilmi?-
deyə soruşdum.
Usta cavab verdi:
- Bəli, elə adlanırdı.
-O küçəylə getsəm, Kamenistiyə çatarammı?
-Çatarsan, çatarsan... Ancaq indi Şors küçəsi
adlanır. Sən Bakıda nə vaxt olmusanki?
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so
253 o&
- Axırıncı dəfə 1917-ci ildə. Hər şeyi tanıya bilmi
rəm. Bu rayonda nəsə dəyişilibdir.
Usta başımı qırxdı, daradı və ayrılanda təsəlli verdi:
- Ancaq insan dəyişilmir
...Bakıya gələndən iki gün sonra telestudiyaya dəvət
olundum. Telestudiya Kirovun abidəsi ucalan Dağüstü
parkın yaxınlığındadır. Buraya funiklyorla da qalxmaq
olar.
Televiziya redaktoru ilə söhbətim Moskvadan gös
tərilən bir sensasiyalı futbol oyunu qurtaran kimi verildi. O
gecə yorğun idim, pis danışırdım, sonra şəhərin tərəqqisi
nə gələndə, necə oldusa, birdən-birə açılışdım. Doğrudan
da 300 mindən bir milyon 300 min nəfər əhaliyə, bir neçə
orta məktəbdən və 90 faiz savadsızlar mühitindən doq
quz ali məktəb və başqa yüzlərcə təhsil ocaqlarına qə-
dər-məsafə çox böyükdür! Hələ çoxlu digər elmi müəs
sisəni, muzeyləri, Elmlər Akademiyasını, bir neçə teatrı,
operanı, filarmoniyanı, kitabxanaları, mədəniyyət evlərini,
stadionları, Şirvanşahlar Sarayı silsiləsi ilə birlikdə tarixi
abidələri, məscidləri, əfsanəvi Qız qalasını, içəri şəhəri
dövrələmiş qala divarlarını demirəm.
Bu böyük nailiyyətlərdən ətraflı danışandan sonra,
intervümün axırında təəssüfləndim ki, “yoldaşlarımdan
çoxunu tapmadım, məsələn, əziz dostum, Bakının bir
nömrəli taksi şoferi Mustafa Əliyev vəfat etmişdir...1'
Bunlar sözün əsl mənasında köhnə Bakının sanki
filmlərdə əksini tapan görüntüləri idi. Düşünürəm, nə
olaydı, kaş Stanislav Strumf-Voytkeviç indi həyatda
olaydı, bir daha, bir daha Bakımıza gələydi, bu gün se
vimli paytaxtımızı seyr edərdi, dünyanı heyrətləndirən
Bakıya öz gözləri ilə yenidən baxaydı...Oxucularım qoy
məni qınamasın, bilmirəm, vallah bilmirəm o, nələr
yaşayardı, nələr deyərdi? Duyğularını hansı sözlərlə,
__________
Reyhan Mirzəzadə
________________
ю
254
03
hansı ifadələrlə, hansı kəlmələrlə bölüşərdi? inanın ki,
bilmirəm!..
Bakı müstəqilliyimizdən sonra inanılmaz
dərəcədə, bəlkə göz dəyməsin, kosmik sürətlə dəyişdi,
gözəlləşdi. Azərbaycan möcüzələrlə üz-üzə dayandı.
Allah bəd - nəzərdən qorusun!
Bəli, suverenliyimiz bizə çox şey verdi.Azərbaycan
Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən
sonra Polşa ilə tarixi əlaqələrini daha yeni məcrada
inkişaf etdirdi və bu ənənə bu gün də şərəflə davam
etdirilməkdədir.
Qarşıda dost ölkənin şanlı tarixinin böyük nümunəsi
olan Milli Bayramı yaxınlaşır. 3 may gününü onlar
Konstitusiya günü kimi dövlət səviyyəsində qeyd edirlər.
Əslində bu bayram ümumbəşəri xarakter daşıyır. Çünki
Avropanın ən qədim, dünyada isə tarixinə görə Amerika
Birləşmiş Ştatları Konstitusiyasından sonra ikinci Kon
stitusiya sayılan Polşa Konstitusiyası 1791 -ci ildə qəbul
edilib və 220 ildən artıq mübariz yol keçib. Polşada Ali
Seym tərəfindən Konstitusiya qəbul edildikdən iki gün
sonra, 3 may tarixi Milli Bayram elan edilib. Sonralar ölkə
işğal altında olduğu illərdə bu bayram uzun illər qeyd
olunmayıb. Bayram yalnız 1918-ci ildə ölkənin müstə
qilliyinin bərpa olunmasından sonra yenidən keçirilməyə
başlanılıb. 1946-cı ildə, ikinci Dünya müharibəsindən
sonra kommunist hakimiyyəti bayramın geniş şəkildə
qeyd olunmasını qadağan edib, bütün nümayişlər milis
tərəfindən sərt şəkildə yatırılıb. 1951-ci ildə isə bayram
rəsmi şəkildə ləğv edilib.
1990-cı ildən etibarən 3 may günü yenidən Polşanın
dövlət bayramı və qeyri-iş günü elan edilib. Hər il Var
şavada, Pilsudski meydanında yerləşən Naməlum Əsgə
rin məzarı qarşısında Konstitusiya günü münasibəti ilə
təntənəli mərasim keçirilir. Mərasimlər hərbi paradla, top
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o
255
03
atəşləri, qarovulun ali səviyyədə dəyişdirilməsi və əklil
qoyulması ilə müşaiyət olunur.
Tarixin bir daha təsdiq etdiyi kimi, Azərbaycan və
polyak xalqları arasında dostluq, qardaşlıq əlaqələri
zamanın böyük, çətin sınaqlarından keçib. Deyərdim ki,
uğurla, hətta çox uğurla keçib. Məhz elə buna görə də
Polşa Respublikasının, Polşa vətəndaşlarının, polyak
xalqının sevinci də, səadəti də bizim sevincimiz, bizim
səadətimizdir.
3 may - Konstitusiya Gününü bayram edən bacı-
qardaşlarımızı müstəqil ölkəmizin azad övladları kimi
bizlər də ürəkdən təbrik edir, “Qoy birliyimiz, dostluğumuz
əbədi olsun! Möhkəm olsun!" - deyirik.
_______________________
R eyhan Mirzəzadə
________________________
“Strategiya, az”
30 aprel 2013-cü il
s o
256
o a
BİZƏ YAXIN VƏ DOĞMA HİNDİSTAN
Tac-Mahal Şərq memarlığının nadir incisidir
Hindistanı, hind xalqını və hind mədəniyyətini çox
sevirəm. Hələ uşaq və yeniyetmə ikən hind filmlərinə
sonsuz maraqla tamaşa edir, əfsanəvi hind nağılları,
müxtəlif yazıçı və şairlərinin əsərlərini həvəslə oxuyurdım.
Böyük hind aktyoru Rac Kapurla görkəmli sənətkarımız
Rəşid Behbudovun mehriban dostluğuna sevinc dolu bir
hisslə qibtə edirdim. Sonralar bu iki dost xalqın - Azər
baycan və hind xalqının tarixi əlaqələri barədə mütaliə
lərdən xeyli maraqlı məlumatlar öyrəndim.
Azərbaycanla Hindistan arasında əsrlər boyu da
vam edən mədəni əlaqələrin zəngin tarixi vardır. Bu
əlaqələr demək olar ki, heç bir vaxt kəsilməmişdir, iki xalq
arasında təxminən min ildən artıq yaşı olan bu yaxınlıq
iqtisadi, fəlsəfi, ədəbi və mədəni əlaqələrin inkişafında
özünü daim göstərmişdir.
Tarixdən məlum olduğu kimi, əlaqələrimizin kökü X
əsrdə Bəsrədə təşkil olunan “Ixvan-əs-Səfa" (“Saf
qardaşlar”) adlı fəlsəfə cəmiyyətinin fəaliyyəti ilə başlanır.
Xatırlatmaq istərdim ki, cəmiyyətin məqsədi İslam dünya
sında yunan fəlsəfəsi ilə bərabər, hind fəlsəfəsini də
yaymaqdan ibarət idi. Bu cəmiyyətin ensiklopediyasını
yazan müəlliflər sırasında azərbaycanlılar da var idi ki,
bunlardan biri də Əbül-Həsən Harun Zəncanidir. Sonrakı
əsrlərdə, yəni XI əsrdə Qətran Təbrizi, XII əsrdə Xaqani
Şirvani, Nizami Gəncəvi, Mücirəddin Beyləqani, XIII
əsrdə Zülfüqar Şirvani, XIV əsrdə Nəsimi Şirvani, XVI
əsrdə Bayram xan Baharlı, Məhəmməd Füzuli, Fədai,
Allahi Ərdəbili, ibrahim Ordubadi, Sənan Hüseyn, Pir
Məhəmməd Şirvani, Şeyx Həsən Təbrizi, Əli Nəzmi
_______
A z ə rb a y c a n ç ılıq və vətənpərvərlik m əfkurəsi
_______
ю 257
oa
Təbrizi və bir çox başqaları, XVII əsrdə Qövsi Təbrizi,
Saib Təbrizi, Bəzmi Ərdəbili, Bürhan Təbrizi, XVIII əsrdə
Marağalı Hamid, Şeyx Əhməd Şirvani, Hacı Zeynalabdin
Şirvani, Əbdül-Məcid Təbrizi, Sayir Ordubadi, Əvəzəli
Şirvani, XIX əsrdə Mirzə Şəfi Vazeh, Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov Hindistan xalqlarının
böyük mədəniyyətinə dərin maraq göstərərək, ona
ehtiramla yanaşmışlar.
Hindistanı azərbaycanlılara, eləcə də bütün dün
yaya tanıtmaq məqsədi ilə Azərbaycanın tanınmış coğ
rafiyaşünas-səyyahlarından XV əsrdə yaşamış Əbdür-
rəşid əl-Bakuvi və XVIII əsrdə yaşamış Hacı Zeynalabdin
Şirvaninin adları xüsusi olaraq çəkilməlidr. Ayrı-ayrı
əsrlərdə Hindistana səfər etmiş səyyahlarımız bu ölkənin
tarixi, əhalisi, şəhərləri, mədəniyyəti, memarlıq abidələri,
həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumatlar
təqdim etmişlər.
Hindistanla mədəni əlaqələr saxlayan azərbaycanlı
müəlliflərdən bəziləri Hindistana köçmüş, Hindistanı özlə
rinə ikinci Vətən hesab edərək burada qalıb yaşamışlar.
Onlar bu Vətənlərinə də sədaqətlə xidmət edib, onun
yüksəlişində yaxından iştirak etmişlər. Bu barədə azər
baycanlı elm və zəka sahiblərindən biri kimi Bayram xan
Baharlını misal göstərmək olar. O, Hümayun şahın
qoşununun baş komandanı, o vəfat edəndən sonra oğlu
kiçik yaşlarında taxta çıxan Əkbər şahın regenti təyin
olunmuşdu.
Hindistan mənbələrinin çoxunda qeyd edilir ki,
müsəlman ölkələrindən Hindistana gələnlərin arasında
Şeyx Əhməd Şirvani qədər böyük alim-filosof olmamışdır.
Görkəmli alimin ən böyük və unudulmaz xidməti bu idi ki,
o,
Hindistanda “Ixvan-əs-Səfa” fəlsəfə cəmiyyətinin
ensiklopediyasını nəşr etdirmişdi. Onun şəxsi kitab
______________________
R e yh an M irzəzad ə
________________________
Dostları ilə paylaş: |