Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

 oa

Uzaq Ana yurdu anıram  bu dəm,
Sevincim  bir inam yaradır məndə:
Mənim öz yurdumdur bu əziz diyar,
Bakı  fəhləsiyəm  bu gündən  mən  də...
Uzun  illər  bundan  əvvəl  olsa  da,  həmin  illəri 
xatırlayan  bakılıların  yaddaşından  Hindistanın  Qucarat 
ştatından  gələn  qonaqlarla  görüşü  heç  bir zaman  silinmə­
yəcək.  Nümayəndə  heyətinə  şair  Ə.Cəfri  başçılıq  edirdi. 
Ə.Cəfri  respublikamızdan  aldığı  təəssüratlardan  silsilə 
şeirlər  yazmışdı.  Həmin  şeirlərdən  ikisini  yada  salaq. 
“Bakı”  və  “Bakılılara”  şeirlərinin  misraları  insanın  qəlbini 
riqqətə  gətirir:
Bakı,  sən  adi  şəhər,  ya canlı  ulduzlarla
Gecə-gündüz alışan  kəhkəşan  bir şəhərsən?
Ya  qızıl  nəhıisənki  dağlardan  baş alaraq,
Mavi  gözlü  dənizlə görüşüb öpüşərsən?
_____________ _______
R eyhan Mit'zəzadə
________________________
...Yolların qıvrım-qıvrım,  sevgilimin  saçı  tək, 
Qəlbimizin  içindən cığır açıb  uzanar 
Gözəl Qız qalasının  sinəsində sayrışan 
Mirvaridir elə bil  qoynundakı  hər fanar.
Sən  hər gün  büsat quran  Divalisənmi  Bakı? 
Ya  Niyazi eşqinin  böyük təntənəsisən?
Ya  bəstəkar Tofiqin  şirin  musiqi dolu, 
Qaynar  nəğmə çeşməsi,  ürəyinin  səsisən?
Ağyelkənli  qayıqlar bizim  hind qızlarının 
Kağızdan  düzəltdiyi “qayıqlara"  bənzəyər. 
Onlar uzağa getməz,  qayıdar sənə  sarı,
Axı  sevgi,  səadət məbədisən ey şəhər!
fo  
284
 ca
Sən -  Nizami dühası,Təbrizinin  nəğməsi,
Vurğun  kimi  şairin qızıltorpaqlı  yurdu.
Nəbi Xəzri bəxş edib  öz ilhamını  sənə 
O füsunkar hüsnünə gözəllik  nəqşi  vurdu.
İstəyirəm torpağın duyğusu deyim  sənə,
Yox, dəyişir,  çoxalır,  azalır o  hər saat 
Bəlkə yerin günəşi adlandırım  səni mən?
O  da gah  çıxır-batır,  yaddır hüsnünə  bu  ad.
Sən  Qafqaz vadisində Xəzəri  qucaqlayan,
Ömrü  neçə əsrlik odürəkli Anasan.
Arzum  budur həmişə xoşbəxt balalarınla 
Belə çiçəklənəsən,  belə  işıqlanasan!
Nəzərə  çatdırım  ki,  şeirdə  əksini  tapan  Divali-hər  il 
Hindistanda 
keçirilən 
atəşfəşanlıq 
bayramıdır.“Hind 
qızlarının  kağızdan  düzəltdiyi  qayıqlar"  fikri  -  ərə  getmək 
istəyən  hind  qızlarının  adaxlı  tapmaq  niyyəti  ilə  ildə  bir 
dəfə  ağ  kağızdan  “qayıq"  düzəldib  çaya  buraxması 
inancına  işarələnib.
“Bakılılara” şeirindən:
Mənim Ana yurdum  tək nə böyükdür yurdunuz, 
Mehriban qəlbiniz tək mehriban eliniz var. 
Məhəbbətlə ölçülür ucalığı  insanın 
Hər  Bakı  sakininin gözündə bir od  yanar.
...Bakılı  dost,  zülmətin  pərdəsini üzündən 
Öz əlinlə bilirəm,  həmişəlik  atmısan.
Keçib  nur dənizindən  qəlbindəki baharla 
Qışbilməz,  xəzanbilməz  gülüstan  yaratmısan.
A zərbaycançılıq və  vətənpərvərlik  məfkurəsi
_______
ю  
285 ca.

R eyhan Mirzəzadə
.
Çıraq tutub yoluna öz qəlbinin odundan,
Sən süd  arxı  çəkmisən dağ çapan  Fərhad  kimi. 
İlhamın  bir günəşdir-bilməz nədir soyumaq,
Safsan  məhəbbət kimi,  güclüsən  həyat kimi.
Salam deyirəm sizə - haqq,  ədalət naminə 
Canını  qurban  verən  igidlər,  qəhrəmanlar!
Salam  deyirəm  sizə dünənki arzuları 
Bu gün  çiçəkləndirib  sabaha yol açanlar!
...Qulaqlarımda  sanki  həzin  hind  musiqisinin  zərif 
melodiyaları  səslənir.  Gözəl  və  ahəngdar  hind  nəğmələri 
dünyanın  çox  yerində  olduğu  kimi,  Azərbaycanın  da 
musiqi  həyatında  mühüm  yer  tutub.  Dünya  şöhrətli  sə­
nətkar  Rəşid  Behbudov,  unudulmaz  müğənni  Şövkət 
Ələkbərova,  istedadlı  xanəndə  Elmira  Rəhimovanın  ifa­
larında  hind  musiqi  və  mahnıları  özünəməxsus  incəliyi  ilə 
ürəkləri  həmişə  riqqətə  gətirib.  Hələ  1956-cı  ildə  Hin­
distan  Respublikasının  Prezident müavini  Sarvapallı  Rad- 
xakrişnan  Bakıda  olarkən  konsert  proqramında  iştirak 
edib  demişdi:"...Dünənki  konsert  göstərdi  ki,  sizin  hind 
xalqlarının  mədəniyyətinə  olan  marağınız  nə  qədər  bö­
yükdür.  Əmin  ola  bilərsiniz  ki,  bizim  ölkənin  xalqları  da 
sizin  haqqınızda,  mədəniyyətiniz  haqda  çox  şey  öyrən­
mək  istəyir.  Burada,  Azərbaycanda  olmaq  bizdə böyük və 
dərin təəssüratlar yaratdı”.
Və  yenidən  hind  musiqişünaslarının  korifey  sənət­
karımız  haqqında  dediyi  sözlər  yada  düşür:"...Rəşid 
Behbudov  kamil  sənətkardır.  O,  burada  olarkən  Azər­
baycan  musiqisini  iliyimizə yeritmişdir".
яо 
286
 oa
Əsrlərdən  bəri  bir-birinə  qarşılıqlı  ehtiram  bəsləyən 
xalqlarımızın  yadigar  irsinə  xidmət  göstərmək  isə  hər 
birimizin vətəndaşlıq  borcudur.
______
A zə rb ayca n çılıq   və  vətənpərvərlik  m əfkurəsi
“Yeni təfəkkür” qəzeti, 
26 yanvar 2006-cı  il
sn287 ca

DÜHALAR  DİYARI
25 mart -Yunanıstanın müstəqillik günüdür
Bəşər  elmi  və  mədəniyyətinə  misilsiz  töhfələr  bəxş 
edən  Yunanıstanı  (İtaliya  ilə  bərabər)  Avropa  “sivilizasi­
yasının  beşiyi” adlandırırlar.
Hələ  bizim  eradan  əvvəl  III  əsrdə  ümumyunan  birliyi 
və  ümumyunan  dili  yaranıb.  Yunandilli  əhali  “ellinlər”, 
onların  yaşadıqları  ərazi  “Ellada" adlanıb.
1991 -ci  ildə  bütün  dünya  ictimaiyyəti  Elladada 
yaranan  demokratiyanın  1500  illiyini  təntənəli  şəkildə 
qeyd  etdi.  Həmin  dövrdə  Yunanıstanın  şimalında  yaşa­
yan  yalnız  bir  ellin  tayfasına  “qreklər”  deyilirdi.  Buna 
baxmayaraq,  romalılar  Yunanıstanda  yaşayanların  hamı­
sını  dünyaya  qrek adı  ilə tanıtdırmışdı.
Tarixdən  məlumdur  ki,  ellinlər  Avropa  xalqlarının 
elmi,  mədəniyyəti,  xüsusilə  incəsənəti  və  ədəbiyyatında 
özünəməxsus  tarixi  izlər  qoymaqla,  güclü  sivilizasiya 
yaratmışlar.  Bir  çox  elmlərin  əsası  onların  dövründə 
qoyulduğundan,  elmi  terminlərin  əksəriyyəti  qədim  yunan 
sözlərinin  kökündən  əmələ  gəlmişdir.  Qədim  yunan  fə l­
səfəsi  hələ  bizim  eradan  əvvəl  VII-VI  əsrlərdə  quldarlıq 
cəmiyyətinin  inkişaf  etdiyi  və  gücləndiyi  dövrdə  yaran­
mışdır.  Dünya  ictimaiyyətinin  böyük  ehtiramla  yanaşdığı 
Sokrat,  Platon,  Aristotel,  Herodot  və  digərlərinin  bəşə­
riyyət qarşısında  böyük xidmətləri  olmuşdur.
Qədim  Yunanıstanın  tarixini  oxuyanda  buradakı 
tərbiyə  sistemləri  marağıma  səbəb  oldu.  Attika  əyalətində 
(Vil-Vəsrlər)  Afina  şəhər  -  dövləti  yerləşirdi.  Burada 
yaranmış tərbiyə  sistemi  -  Afina tərbiyəsi  qədim  Yunanıs­
tanda  ən  məşhur  tərbiyə  sistemlərindən  biri  idi.  Afina 
tərbiyəsi  dövrünə  görə  daha  demokratik  sistem  olub,  əqli, 
əxlaqi,  estetik  və fiziki tərbiyəni  bir  vəhdətdə  götürürdü.
ю  
2 8 8
 oa
______________________
R e yh an  M irzəzad ə
________________________
Eramızdan  əvvəl  VII-IV  əsrlərdə  isə  Sparta  dövlət 
tərbiyə  və  təlim  sistemi  barədə  bir  qədər  ətraflı  bəhs 
etmək  istəyirəm.
Spartanın  əsasını  Lakoniyada  (qədim  Yunanıstanda 
Peloponnesin  cənub-şərqində  vilayət  adı  idi.Eramızdan 
əvvəl  V-IX  əsrlərdə  Lakoniya  ərazisində  ehtimal  ki,  iki 
icmanın-  dori  və  axay  icmalarının  birləşməsi  nəticəsində 
Sparta  məskəni  yaranmışdı.)  hakimiyyəti  irsən  1500  il 
davam  etmiş  Lakedomon  qoymuş  və  öz  sevimli  arva­
dının  adını  şəhərə  vermişdi.  Sparta  eramızdan  əvvəl  431- 
404-cü  illərdə  Yunanıstanda  hegemonluğa  sahib  idi. 
Ellinizm  dövründə  Sparta  zəifləmiş  və  Romanın  təşkil 
etdiyi Axey əyalətinin  tərkibinə daxil edilmişdi.
Spartanın  tarixi  şöhrəti  buradakı  polisin  özünə­
məxsus  dəyərli  xüsusiyyətləri  ilə  də  səciyyələnirdi.  Spar- 
tanın  polisləri  heç  bir  zaman  qarışıqlıq,  iğtişaş  törədib, 
yaxud  digər  cinayətlər  edib  məsuliyyətə  cəlb  olunası 
vətəndaşla  qarşılaşmamışdı.  Ordusu  düşmən  qarşısında 
heç vaxt geri  çəkilməmişdi.
Oğulları  vuruşda  həlak  olan  spartalı  qadınlar  həmin 
döyüş  meydanına  gedir,  övladlarının  hansı  yerindən  ya­
ralandığına  diqqət  edirdilər.  Sinəsindən  yaralanan  döyüş­
çülərin  anaları  qürurla  ətrafdakılara  baxır,  övladlarını  ata - 
baba  məzarlığında  şərəf  və  ehtiramla  dəfn  edirdilər.  Ar­
xadan,  kürəyindən  güllə  yarası  alan  hərbçilərin  anaları 
utandığından  hönkür-hönkür ağlayaraq  qaçıb  gizlənməyə 
çalışır,  ölünü dəfn  etməyi  başqalarına  həvalə edirdilər.
Sonralar  hakimiyyətdə  olan  Likurq  spartalıların  hə­
yat  tərzinin  qaydası  barədə  xüsusi  sərəncam  vermişdi:- 
bütün  spartalılar,  sadə  vətəndaşlardan  tutmuş  çara  qədər 
hamısı  eyni  şəraitdə  yaşamalı  idi.  Xüsusi  əmretmədə 
evlərin  necə  tikilməsi,  geyimlərin  necə  olması  göstərişi 
verilirdi.  Geyimlər  o  qədər  sadə  olmalı  idiki,  əsla  bər­
______
A zərb aycançılıq  və vətənpərvərlik m əfkurəsi
_______
so 
289
 оз

bəzəyə,  dəbdəbəyə  yer verilməməli  idi.  Hətta  evdə  bişən 
xörəklər də hamıda eyni olmalı  idi.
Belə  olan  vəziyyətdə  spartalılarda  var-dövlətə,  təm ­
tərağa  olan  münasibəti  tamamilə  soyumuşdu.  Onsuzda 
bunlardan  istifadə  etməyə  imkan  yox  idi.  İnsanlar  onlar 
üçün  əlçatmaz  olan  şeylərə  nail  olmaq  barədə  deyil, 
yalnız  öz  dövlətləri  haqqında  düşünürdülər.  Spartanın 
heç  bir  yerində  kasıbçılıq  varlılıqla  qonşuluq  etmirdi. 
Buna  görə  də  heç  kəsdə  paxıllıq  və  həsəd  hissi,  tam ah­
karlar  arasında  rəqabət  yox  idi.  Əgər  hər  hansı  bir  gənc 
çox  ucuz  qiymətə,  yaxud  da  havayı  torpaq  sahəsi  əldə 
edirdisə,  onu  dərhal  məhkəməyə  verirdilər.  Ittihamna- 
mədə  deyilirdi  ki,  bu  vətəndaşın  hələ  çox  gənc  olmasına 
baxmayaraq,  o,  öz  mənfəəti  barədə  düşünərək  yolunu 
azıb.  O  dövrdə  fayda,  qazanc  hər  bir  Sparta  sakininin 
düşməni  idi.
Spartada  uşaqların  tərbiyəsi  vətəndaşın  ən  ümdə 
vəzifələrindən  biri  sayılırdı.  Keşikçi  kimi  xidməti  vəzifə 
daşıyan  spartalının  üç  oğlu  vardısa,  o,  bu  xidmətdən 
azad  olunurdu.  Beş  oğul  atası  isə  bütün  xidməti  borcla­
rından  azad  olunurdu.  Yeddi  yaşından  etibarən  spartalı 
uşaqlar  artıq  ailəsinə  mənsub deyildi.  Uşaqlar valideynlə­
rindən  ayrılaraq  ictimai  həyata  başlayırdılar.  20  yaşadək 
oğlanlar  hərbi  sahəli  dövlət  internatlarında  həmvətənləri 
tərəfindən  tərbiyə  olunsa  da,  onlara  xüsusi  təhkim 
olunmuş  senzorlar nəzarət edirdi.
Sparta  tərbiyəsi  uşaqlarda  oxumaq,  yazmaq,  qısa 
və  dəqiq  danışmaq  qaydalarının  mənimsənilməsindən, 
fiziki  cəldlik,  onların  hərəkətlərində  ahənglik  yaradan 
müxtəlif  bədən  tərbiyəsi  və  idman  növlərinin,  hərb  sənə­
tinin  öyrənilməsindən,  xorda  oxumaq,  musiqi  alətində  ifa 
etmək  bacarığı  aşılanmasından  və  ovçuluq  təlimlərindən
_________________Reyhan_Mirzəzadə___________________ю__290_c_«'>_______________
Reyhan Mirzəzadə
_________________
ю  
290
c «
ibarət  idi.  Belə  tərbiyə  sistemi  ailədə  böyüyən  qızların  da 
fiziki inkişafını  nəzərdə tuturdu
Uşaqları  adətən  az  qidalandırırdılar.  Çünki  burada 
qanunla  köklüyə icazə verilmirdi.  Əgər hansısa yeniyetmə 
güclü  və  möhkəm  idi,  o,  təriflənirdi.  Kiminsə  bədənində 
boşluq  və  bürüşüklük  tapılırdı,  xarici  görkəmi  Spartanı, 
onun  qanunlarını  rüsvay  etdiyinə  görə  həmin  yeniyetmə 
cəzalandırılırdı.
Spartada  nikah  da  qanunlara  tabe  idi.  Şəxsi  hisslər 
heç bir əhəmiyyət daşımırdı.  Çünki  bütün  bunlar dövlət işi 
idi.  Nikaha  yalnız  fiziki  cəhətdən  bir  -  birinə  uyğun  gələn 
və  dünyaya  sağlam  uşaqlar  gətirə  biləcək  gənclər  daxil 
ola  bilərdi.  Xarici  görkəmləri  uyğun  olmayan  oğlan  və 
qızlara  nikaha girməyə icazə verilmirdi.
Uşaqlarda  və  yeniyetmələrdə  dözümlülük,  mətinlik, 
məhrumiyyət  və  çətinliklərdən  qorxmamaq  kimi  keyfiy­
yətlər  aşılayan  tərbiyə  sisteminə  indi  də  məcazi  mənada 
Sparta tərbiyəsi deyilir.
Yunanıstanın  qədim  tarixindən  danışarkən  təbiiki 
Olimp  və  Olimpiyadan  söz  açmamaq  mümkün  deyil. 
Olimp  qədim  yunan  mifologiyasında  Müqəddəs  Dağ, 
Zevs  başda  olmaqla,  Allahların  məskəni  hesab  olunurdu. 
Burada  bütün  Allahlar  Zevsə  tabe  olmuşdur.  Onun 
yüzlərlə  epiteti,  ən  geniş yayılmış  emblemi  isə  şimşək  və 
qartal  idi.
Zevs  insanların  birliyinə  çalışır,  köməksizləri,  incidi- 
lənləri  daim  müdafiə  edirdi.  O,  həmçinin  onun  ilahi  fikir­
lərini,  xoş  məramlarını  həyata  keçirən çoxsaylı  qəhrəman 
oğulların  atası  idi.  Onun  övladları  -  Herakl,  Pepsey,  Dios- 
kurlar,  Sarpedon  Yunanıstanda  məşhur  hökmdarlar,  Mi­
nos,  Radamanf  və  Eok  isə  tanınmış  müdrik  simalar 
olmuşlar.
___
A zd rb ayca n çılıq   və vətənpərvərlik  m əfkurəsi
_______
8 0  
291
 G8

Yunanların  qədim  əfsanələrinə  görə,  dövlətçiliyin 
yaranması,  əxlaq  normalarının  və  qaydaların  bərqərar 
olmasında  Zevsin  böyük  xidmətləri  var  idi.  İnsanlara 
məxsus  olan  və  formalaşan  abır,  həya,  vicdan,  səm im i 
ünsiyyət  də  onun  aşıladıgı  mənəvi  prinsiplər  kimi  təbliğ 
olunurdu.
Qədim  Yunanıstanın  ən  məşhur,  ən  cazibədar 
abidəsi  olan  Olimpiya  Kiparisiakos  körfəzinin  sahilləri 
yaxınlığında  yerləşir.  Bura  qədim  yunan  şəhəri  olmaqla, 
həm  də  dini  mərkəz,  qeyd  etdiyim  kimi,  qədim  yunanların 
baş  Allahı  Zevsə  sitayiş  və  ona  həsr  edilmiş  Olimpiya 
oyunlarının  keçirildiyi  yer  idi.  Olimpiyanın  mərkəzində 
Zevs  məbədi,  bu  məbəddə  Zevsin  nəhəng  heykəli  yerlə­
şirdi.  Əzəmətli  heykəl  dünyanın  yeddi  möcüzəsindən  dör­
düncüsü  idi.  Böyük  heykəltəraş  Fidi  tərəfindən  yaradılmış 
heykəl  qızıldan,  fil sümüyündən  və qarağacdan  düzəldilib 
qiymətli  daş-qaşlarla  bəzədilmişdi.  14  metrlik  nəhəng 
heykəl  Zevsi  taxtda  oturmuş  vəziyyətdə  təsvir  edirdi. 
Başındakı 
zeytun 
budaqlarından 
hazırlanmış 
çə­
ləng  xalis  qızıldan  idi.  Bu,  zəhmli Allahın  sülhsevər olma­
sına  işarə  verirdi.  Zevsin  başı,  çiyinləri,  qolları,  sinəsi  fil 
sümüyündən  yonulmuşdu.  Sol  çiyninə  saldığı  bürüncəyi, 
saçları  və  saqqalı  da  qızıldan  idi.  Fidi  Zevsə  nəcib  insan 
görkəmi  vermişdi.  Zevsin  saqqalı  və  qıvrım  saçlarla 
haşiyələnmiş  sifəti  insana  təkcə  ciddilik  deyil,  həm  də 
xeyirxahlıq təsiri  bağışlayırdı.
Olimpiya  şəhəri  426-cı  ildə  Roma  imperatoru  II 
Feodosinin  əmri  ilə  yandırılmışdı.  Salamat qalmış tikili  və 
heykəllər sonralar baş vermiş güclü zəlzələlər nəticəsində 
dağılmışdı.  XIX  əsrdə  fransız  və  alman  arxeoloqlarının 
apardığı  sistematik  qazıntılar  zamanı  Olimpiyanın  nümu­
nələri  aşkar olunmuşdu.
_______________
Reyhan Mirzazadə
_________________
ю  
292
 oa
ilk  olimpiya  oyunları  Yunanıstanda  eramızdan  əvvəl 
776-cı  ildə  keçirilmişdi.  Yunanlar əsas  idman  növləri  üzrə 
dörd  ildən  bir  keçirilən  olimpiya  oyunlarında  yarışırdılar. 
Dörd  at  qoşulmuş  arabada  yarış  daha  təhlükəli  idi. 12 
dəfə dövrə  vurmaq  lazım  gəlirdi.  Hakimlər qalibləri xüsusi 
mərasimdə  Zevsin  başında təsvir olunan  zeytun  ağacının 
budaqlarından  hörülmüş  çələnglə  mükafatlandırırdılar. 
Olimpiya  oyunlarında  yalnız  varlı  təbəqənin  nümayən­
dələri  iştirak  edə  bilərdi.  Çünki  kasıbların  belə  yarışlara 
hazırlaşmağa  imkanı  olmurdu.  Yarışlarda  iştirak,  yaxud 
onlara  tamaşa  etmək  qadınlara  icazə  verilmirdi.  Olimpiya 
oyunlarında  on  minlərlə  adam  iştirak  edirdi.  Beş  gün 
davam  edən  yarışlar  zamanı  müharibələr  dayandırılır­
dı.  Sonralar  Bizans  imperatoru  I  Feodosi  Olimpiya  oyun­
larını  qadağan  etdi.
Yeri gəlmişkən qeyd edim  ki,  ilkin  dövrlərdə keçirilən 
Olimp  oyunlarına  dini  və  siyasi  baxımdan  yanaşırdılar. 
Roma  işğalı  zamanı  olimpiadalar  dayandırılsa  da,  XIX 
əsrin  sonunda  ənənə  yenidən  canlandı  və  1896-cı  ildə 
Afina  şəhərində  ilk  Dünya  Olimpiadası  keçirildi.  Hazırda 
dörd  ildə  bir  dəfə  hansı  ölkədə  olmasına  baxmayaraq, 
Olimpiya  oyunlarının  məşəli  Yunanıstanda  günəş  şüala­
rından  odlanmış  alovla  yandırılır,  okeanlardan  və  mate­
riklərdən  keçirilərək,  yarış yerinə çatdırılır.
Yunanıstan  həm  də  teatrın  vətənidir.Yunanların 
teatra  olan  böyük  məhəbbət  və  marağı  xeyli  tarixi  mən­
bələrdə əksini tapıb.  Bunlardan  birini təqdim edirəm:
“Miladdan  əvvəl,  470-ci  il  idi.  Afina  böyük  hadisəyə 
hazırlaşırdı.  Marafon  və  Salamin  döyüşlərinin  qəhrəmanı, 
13  dəfə  dram  əsərləri  yarışında  qalib  gəlmiş  və  70-dən 
artıq  faciə  müəllifi  olan  55  yaşlı  Esxilin  “Fivaya  qarşı 
yeddilər”  faciəsi  tamaşaya  hazırlanırdı.  Nəhayət,  tamaşa 
günü  gəlib  çatdı  və  məşhur  Afina  amfiteatrı  ağzına  kimi
_______
A zə rb a y c a n ç ılıq   va vətənparvarlik  m afkurasi
_______
k
>293
g
&

adamla  doldu.  Afinanın  ən  böyük  siyasi  xadimləri, 
sərkərdələri,  şair  və  dramaturqları,  filosof  və  tarixçiləri- 
Efialt  və  Periki,  Anaksaqor  və  Sofokl,  nəhayət,  bir-biri­
lərinin  amansız  siyasi  düşmənləri  olan  Aristid  və  Fe- 
mistakl  -  Afina  dövlətinin  bu  iki  nəhəng  rəhbəri  tribu­
nalarda oturmuşdular.
Tamaşa  başlandı.  Qüdrətli  aktyorların  Afina  və 
Elladanın  müasir həyatına  və  adamlarma aid  hər  kəlməsi 
tamaşaçılar arasında coşqun əks-səda oyadırdı...”
Bu  məqamlarda  qeyd  etməyə  bilmərəm  ki,  müasir 
Azərbaycan  teatrları  da  qədim  yunan  pyeslərinə  həvəslə 
müraciət  etməkdədirlər.  Bu  ondan  irəli  gəlir  ki,  Azər­
baycan  teatrsevərlərini  ümumbəşəri  problemlər və  həyat 
həqiqətləri  mövzusu  daim  düşündürür.  Odur  ki,  Evripidin 
“Medeya”,  Sofoklun  “Antiqona”  faciələri  xüsusi  əhə­
miyyətə  malikdir.  Hər  iki  əsər  Azərbaycan  səhnəsində 
tamaşaya qoyulub  uğur qazanmış,  tamaşaçılar tərəfindən 
sevilmiş,  hətta  “Antiqona”  vaxtilə  Respublika  Dövlət  Mü­
kafatına  layiq  görülmüşdü.  Bu  ondan  irəli  gəlir  ki,  yunan 
eposu,  ədəbiyyatı  və  incəsənəti  əsrlər  boyu  bəşəriyyətin 
mənəvi  həyatında  böyük  rol  oynamış,  müdrikliyi,  bədii 
kamilliyi  ilə  bu  gün  də yeni  nəsilləri məmnun  etməkdədir.
Yunan  əlifbası  bir  çox  əlifbaların,  o  cümlədən  rus 
əlifbasının  əsasını  təşkil edib.  Çoxlu  yunan  sözləri  müasir 
dillərə  keçib.  Qədim  yunanların  ecazkar tikililəri,  abidə  və 
heykəlləri  sonrakı  dövr  dünya  memarları  üçün  nümunə 
olub.  Yunanıstanın  erkən  qədim  tarixini  öyrənmək  üçün 
Homerə  istinad  edilən  “llliada"  və  “Odisseya”  poemala­
rının  əhəmiyyəti  o qədər böyükdür ki,  həmin  əsrlərə  məhz 
Homer  dövrü  deyilir,  “llliada”  (əsər  15695  sətirdən 
ibarətdir)  və  “Odisseya”  uzaq  keçmişin  dili,  qədim  tarixin 
müvafiq  xüsusiyyətləri  və  milli  ruhu  baxımından  çox  şeyi 
özündə  əks  etdirə  bilib.  Hər  iki  eposda  zəngin  şifahi  poe­
_______  
R eyhan M ir z ə z a d ə
______________________
so 
294
 
ca
ziya  ənənələri  qorunub  saxlanılıb.  Miken  dövründə  yazılı 
ədəbi  mətnlərin  olmaması  tədqiqatçılar üçün  işi  nə  qədər 
çətinləşdirsə  də,  yalnız  Homerin  poemaları  sayəsində 
Miken  dövrü  haqqında  müəyyən  məlumatları  əldə  etmək 
mümkündür.
Yunanıstanda  tarix  elminin  əsası  eramızdan  əvvəl 
V  əsrdə  qoyulub.  Həmin  dövrdə  yunan  tarixçisi  Herodot 
“Tarix”  əsərini  yazmış,  Plateya  vuruşmasına  qədər  olan 
dövr haqqında  sanballı  məlumatlar vermişdi.
Midiya  əfsanələrini  də  ilk  dəfə  Herodot  qələmə 
almışdı.  Kitabda  Azərbaycan  ərazisində  yaşayan  xalqlar 
haqqında  da  maraqlı  faktlar  var.  Əlavə  edim  ki,  yunan 
müəlliflərindən Strabon,  Eratosfen,  Mitilenli  Feofan,  Miletli 
Hekatey,  Ptolomeyin  əsərlərində  də  qədim  Azərbaycan 
haqqında  əhəmiyyətli  məlumatlar  olub.  Qədim  Roma 
filosofu,  siyasi  xadimi,  natiqi,  şərəf  və  düzlüyü  ədalətin 
təməli  hesab  edən  ən  vicdanlı  və  ədalətli  hakimi  Mark 
Tulli  Siseron  əbəs  yerə  Herodotu  “tarixin  atası”  adlan­
dırmamışdı.  Herodotla  bərabər,  Fukidid  və  Ksenofon  da 
yunanların  iki  əsr  ərzində  apardığı  müharibələrin  tarixini 
dahiyana  şəkildə  əks  etdirdiklərinə  görə,  onların  kitabları 
bütün dünya tarixçiləri  üçün örnək olaraq  qalmaqdadır.
Məlumdur  ki,  antik  yunan  ədəbiyyatının  banisi 
Homer  “Odisseya”nı  “llliada’ dan  xeyli  əvvəl  qələmə  alıb. 
Hər  iki  əsər  hekzametrlə  idi)  yazılıb.  12  110  sətirdən 
ibarət  olan  “Odisseya”  antik  yunan  naşirləri  tərəfindən  24 
kitaba  bölünüb.  Poema  məişət  və  nağıl  materialları  üzə­
rində  qurulub.  Hələ  eramızdan  əvvəl  III  əsrdə  həmçinin 
“Odisseya”  Roma  ədəbiyyatının  ən  böyük  abidələrindən 
birinə  çevrilib.  Orta  əsrlərdə  epos  ancaq  Bizansda  məş­
hur  olub,  sonralar  XV-XVI  əsrlərdə  poemanın  nağıl  - 
mifologiya  ənənələrindən  bir  sıra  sənətkarlar  bəhrələnib. 
Höte,  Şiller  və  başqaları  burjua  dünyası  eposunun  nəzə­
_______
A zə rb a y c a n ç ılıq  və vətənpərvərlik m əfkurəsi
_______
80
 
295
 
ca

riyyəsini  hazırladıqda,  bir  mənbə  kimi  bu  qüdrətli  əsərə 
də  müraciət etmişlər.
“Odisseya”  dünyanın  bir  çox  xalqlarının  dilinə  tə r­
cümə  olunub.  Azərbaycan  oxucuları  əsərin  əvvəlcə  ayrı- 
ayrı  hissələri  ilə  tanış  olmuş,  sonralar  epos  bütöv  şəkildə 
nəfis  tərtibatla,  kütləvi  tirajla  “Azərbaycan”  nəşriyyatı 
tərəfindən  çap  edilib.  Əsəri  rus  dilindən  şair Ələkbər Ziya- 
tay tərcümə edib.
Unudulmaz  ədibimiz  Mikayıl  Rzaquluzadə  hələ 
1926-1927-ci  illərdə  “İlliada”  əsəri  ilə  maraqlanıb.  Əsərin 
müxtəlif  variantlarını  hissə-hissə  Ana  dilimizə  tərcümə 
edib.  Sonra  eposun  bəzi  parçalarını  1948-ci  ildə  “V. 
Belinski”  kitabında,  1950-ci  ildə  “Antik  ədəbiyyat”  müntə- 
xabatında  çap  etdirən  Mikayıl  Rzaquluzadə,  1978-ci  ildə 
eposun  Azərbaycan  dilinə  bütöv  tərcüməsi  və  nəşrinə 
nail olub.
Düşünürəm  ki,  bu  adı  xatırlayanda  oxucunun  çöh­
rəsinə  təbəssüm  qonacaq:  Hippokrat!  Tibbin  atası,  tibb 
elminin  banisi  sayılan  qədim  yunan  həkimi.  Bu  gün  dünya 
həkimlərinin  peşə  andı  məhz  onun  adı  ilə  bağlıdır. 
Məşhur  bir  Şərq  məsəlində  deyilir  ki,  yaxşı  həkim,  yalnız 
yaxşı  həkimdirsə,  ondan  yaxşı  həkim  olmaz  Elə  Homer 
də  vaxtilə  “illiada"da  yazırdı:“Məharətlə  müalicə  edən  bir 
həkim  ömrü  çox-çox  insan  ömrünə  dəyər”.  Eramızdan 
əvvəl  460-360-cı  illərdə  yaşamış  Hippokrat  tərəfindən 
peşəkar  tibbi  etikanın  əsasını  təşkil  edən  bəzi  davranış 
qaydaları  və  mənəvi-əxlaqi  ehkamlar  yazılmışdır  ki,  bu, 
bəşəriyyətə  “Hippokrat andı" kimi  məlumdur.
Hippokrat  hesab  edirdi  ki,  həkim  pula  meylli  ol­
mamalı,  vicdanlı,  alicənab,  təmizkar,  müxtəlif qüsurlardan 
uzaq,  Allah  qarşısında  xürafat  qorxusunu  inkar  etmək 
kimi xüsusiyyətlərə malik olmalıdır.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin