_______________
Reyhan Mirzəzadə
________________
so 446 ca
Çagin məni bir qardaş kimi qarşıladı. Onun mənzilində
qalıram. Fövqəladə münasibət, doğmalıq var burada".
Bütün Şərq dünyasına poetik şair sevgisi ilə
yanaşan Yeseninin “İran nəğmələri” ilə Şərq klassiklərinə
nə dərəcədə bağlandığına yazımın əvvəlində toxunmuş
dum. Bir daha bildirmək istərdim ki, bu bağlılıq və
məhəbbət Yeseninin Şərq poetikasına məxsus motivləri,
Şərqin ənənəvi milli dəyərləri, gözəl məkanları, sərvətləri
nə də münasibətində özünü göstərirdi. Şair öz əsərlə
rində tez-tez Firdovsinin, Sədinin, Xəyyamın adlarını çəkir
və bəzən düşüncələrində onlara istinad edirdi. Məhəm
məd Peyğəmbərdən, Qurandan danışır, Lalədən, Şaha-
nədən, Gülnardan, Həsəndən söhbət açırdı. Bülbülün
nəğməsini, qızılgülün ətrini, pərinin gözəlliyini vəsf edir,
kamanı dinləyir, tütək səsinə qulaq asırdı. Şairin əsərlə
rində Bakı, Tiflis, Batumi,Tehran, Təbriz, Xorasan, Bos
for, Bağdad, Şiraz, Fərat, Şuşa, Balaxanı, Mərdəkan
dəfələrlə təsvir edilirdi. Çayxana, zurna, tar, çadra, xına,
zəfəran, şal və bu qəbildən olan bir çox Azərbaycan
kəlmələrindən geniş istifadə olunurdu. Buna görə də bu
İlahi məhəbbət çox zərif və incə tellərlə Yesenini tez-tez
Azərbaycana, qoca Şərqin qapısı sayılan Odlar Yurduna
çəkirdi.
1925-ci ilin iyunun sonunda P. Çagin Moskvadan
Bakıya yola düşəndən az sonra, Yesenin ona belə bir
məktub göndərmişdi:
"Əziz Pyotr Ivanoviç!
Qayğılar içində itib-batmışam və “Bakrob” qapılarına
yenidən dönəcəyim günü səbirsizliklə gözləyə-gözləyə
qalmışam.
Necəsən? Sənə göydə deyil, yerdəki ulduzları saya
bildiyin üçün həsəd aparır, qibtə edirəm. Fəqət, nə qəm!
Görüşərik. Hər şey qaydasına düşər. Sənin, sənin və
Azərbaycancılıa va vatanparvarlik mafkurasi
______
so 447 ca
mənim ailəmizin bütün üzvlərinə salam söylə. Atanı və
Peteni bağrına bas. O, Moskvaya gələcək, ya yox?
Sonya salam göndərir, əllərini sıxır
ö p ürə m səni
Sergey.
6.VII.25, Moskva".
Bu, həmin vaxtlar idi ki, məhz o zaman Pyotr
Ivanoviç Sergey Yesenini və onun arvadı Sonya (Sofiya)
Tolstoyu Qafqaza qonaq çağırmışdı. Sonya Tolstoy ömür
yoldaşı kimi onun taleyinin son qisməti idi.
Şəxsi həyatının uğursuzluqları da şairə az dərd
vermirdi. Belə ki,1914-cü ildə 19 yaşlı Sergey ilk dəfə
Moskva mətbəəsində korrektor işləyən Anna Romanovna
izryadnova ilə evlənmiş və ondan Yura adlı oğlu dünyaya
gəlmişdi.
1917-ci ildə 22 yaşlı Yesenin Zinaida Nikolayevna
Rayxla ailə qurmuş, bu nigahdan Konstantin adlı oğlu və
Tatyana adlı qızı doğulmuşdu.
1921-ci ildə Sovet hökumətinin dəvəti ilə məşhur
Amerika balerinası Aysedora Dunkan Moskvaya gəlir və
bir müddət balet məktəbində dərs deyirdi. Gözəl sənəti ilə
bütün dünyada şöhrət qazanan Dunkanın uğursuz, faciəli
taleyi vardı. O, Fransada qastrol səfəri zamanı avtomobil
qəzasına uğramış və övladları həlak olmuşdu.Aysedora-
nın xatirələrində qeyd olunur ki, o, Moskvada Yeseninlə
tanış olarkən sanki oğlu Raymondla rastlaşır. Az sonra
Sergeylə Aysedora kəbin kəsdirərək xaricə gedirlər.
Evlilik müddətində Avropanı və Amerikanı gəzirlər.
Aysedora Dunkan Yesenindən 17 yaş böyük idi və
ümumiyyətlə, həyata baxışı ilə şairin yaradıcılığında
mühüm rolu yox idi. Buna görə də il yarım sonra onların
yolları ayrılmışdı.
_______________
Reyhan Mirzdzad.ə
________________
ю
4 48
c e
1925-ci ilin mayında Yesenin Lev Nikolayeviç
Tolstoyun nəvəsi Sofiya Andreyevna ilə evlənmişdi.
Sonya şairə böyük qayğı və həssaslıqla yanaşır, diqqət
və mehribanlığını ondan əsirgəmirdi.
Bədii yaradıcılığa çox tələbkar və həssas olan
Yesenin etiraf edirdi:“Mənim lirikam hər şeydən əvvəl
böyük məhəbbət, Vətən məhəbbəti ilə canlıdır. Doğma
Vətən duyğuları mənim yaradıcılığımın əsasıdır”.
Bu, böyük həqiqət idi. Gənc şairin çoxsaylı şeirləri, o
cümlədən, “Sevimli diyar...”, “Ey Rusiya, mənim meh
ribanım”, “O yerdə ki gicitkən sapsarı...”, “Sən, ey alın təri
ilə islanmış qara torpaq”, “Daxmada”, “Ah, Rusiya, aç
qanadını...”, “Əbəs deyil əsən küləklər...", “Çöllərə
baxıram, göyə baxıram...", “O yerdə ki, sirrlər mürgüləyir
əbədi...", “Ah, Rusiya, qızıl moruq çölləri", “Usandım
yaşamaqdan”, “Yenə doğma Vətəndəyəm mən”, “Qürub
etdi günəş”, “Düşüncələr”, "Ah, mənim tarlalarım, doğma
şırımlar”, “Dəmirçi”, “Marfa Posadnitsa”,
habelə “Yar"
povesti kimi sənətkarlıqla və yaradıcılıq qüdrəti ilə yazılan
əsərlər buna ən yaxşı nümunədir. Lakin gənc şairin 19
yaşında yazdığı və 1915-ci ildə “Severnıye zapiski”
jurnalında çap olunan "Rusiya” şeiri Yeseninə daha
böyük şöhrət qazandırmışdı.
Bakıda olarkən Yesenin Rusiyanın parlaq gələcəyini
daha aydınlığı ilə dərk etmişdi. Bu barədə şair Qafqaz
şeirlərində ruh yüksəkliyi ilə söz açmışdı. Onun məhz
Bakıda yazdığı “Zəif ay işığı...” şeirində şairin ürəyinin ən
gözəl arzusu misilsiz bir sevgi ilə əks olunmuşdu.
Misralara diqqət edək:
Bilmirəm taleyim necə olacaq,
Bəlkə də olmadım bu günə yoldaş.
Amma ki, istərəm yoxsul yox, ancaq
Poladlaşan görəm Rusiyanı kaş...
___
_Azərbaycançılıq из vətənpərvərlik məfkurəsi
_____
r o
4 4 9
c a
Bu, onun ən böyük və ən müqəddəs arzusu idi... Bu
arzu hər an onun qəlbində, ruhunda və düşüncəsində ə ks
- səda verirdi. O, sevimli Rusiyam daim xoşbəxt görm ək
istəyirdi. Həyatdan köçəndə də bu arzular ürəyində
çırpınırdı şairin.
Mən ömrümdə çox məmləkət gəzmişəm,
Hamısında bir səadət gəzmişəm.
Bundan delə xoşa gələn bir qismət
Axtarmıram, aramıram, mən fəqət.
Dəli könlüm, gəl çırpınma bu qədər!
- deyən şairin 30 illik ömrü həmçinin bir nağıl kimi
keçdi. Hələ sağlığında bütün dünya onu canlı bir əfsanə
kimi sevdi, oxudu, öyrəndi. A.Tolstoyun dediyi kimi, böyük
milli şair öz həyatını çəkinmədən alovlara atdı.O, bizim
qarşımızda yanıb külə döndü.Onun poeziyası böyük qəlb
xəzinəsidir...
Poeziyası böyük qəlb xəzinəsi olan şairin poetik
aləmi və həyatı qanı ilə yazdığı "Əlvida" şeiri ilə bitməli
o lu r:
Nə qoca dünyada ölüm təzədir,
Nə də ömr eləmək təzədir əlbət...
Çaginin yazdıqlarında həyəcan notları indi də aydın
hiss olunur:“Dekabrın sonunda mən Moskvaya, Parti
yanın XIV qurultayına getdim. Iclaslararası tənəffüsdə S.
M. Kirov məndən soruşdu ki, Yeseninlə Moskvada görüş-
müşəmmi, necədir, ona nə olub?
Mironoviçə xəbər verdim ki, aldığım məlumata görə,
Yesenin Leninqrada (indiki Sankt-Peterburqa-R.Mirzəza-
də) gedib.
_______________
Reyhan Mirzəzadə
_________________
so
45C
g
*
Kirov dedi:“Hə, nə olar ki, onun üzərində hami-
liyimizi Leninqradda davam etdirərik. Bir neçə gündən
sonra orada olacağıq”.
Sonradan öyrəndim ki, Mərkəzi Komitə qərar
çıxarıb: Kirovu Leninqrad quberniyası Partiya Komitəsinin
Birinci katibi, Ivan Ivanoviç Skvartsov - Stepanovu
“Leninqradskaya pravda”nın redaktoru, məni isə “Krasna
ya qazeta”mn redaktoru təyin ediblər.
Sonsuz kədər və təəssüflə qeyd edirəm ki, S.Yese-
ninin üzərində hamiliyimizi davam etdirmək bizə müəssər
olmadı.
Leninqrada gəldiyimiz günün ertəsi öyrəndik ki,
S.Yesenin həyatdan getmişdir".
Bu barədə Mariya Çaginanın yuxarıda qeyd etdiyim
məqaləsindəki yazdıqlarının davamını yada salıram:
“ 1925-ci ilin axırlarında mən Leninqradda Plexanov
küçəsində, “Anqleter” mehmanxanasından bir az aralıda
yaşayırdım. Pyotr Ivanoviç Moskvada idi, Partiya qurulta
yının işində iştirak edirdi, teleqram göndərib məni yanına
çağırırdı. Dekabrın 28-də qatara əyləşərkən mən kiminsə
“Yesenin vəfat edib" dediyini eşitdim. Bilmirəm, nə üçün
sə, ürəyimə dammışdı ki, bu faciə baş verib. Səhər Mos
kvaya gəlib perronda Pyotr ivanoviçi görərkən onun çöh
rəsindən başa düşdüm ki, hissim məni aldatmayıb.
İnanılması çətin olan bir həqiqəti eşitdim. Mən isə bu
qədər yaxında, demək olar ki, yanında olduğum halda,
heç nə ilə kömək edə bilmədim... Bunu dərk etmək acı
idi, cox acı idi...
Bizim arxivdə Yeseninin fotoşəkilləri, əlyazmaları,
üstünü yazıb hədiyyə verdiyi kitablar ehtiramla mühafizə
olunur. Yesenin xəyalımda və ürəyimdə onu ilk dəfə
gördüyüm kimi, poeziyanın vəfalı cəngavəri kimi həmi
şəlik qalmışdır”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ao 451
ea
“Qitələr” şeirini şair P. Çaginə həsr etmişdi. Əsərdə
Çaginin daim tərəddüdlər, ziddiyyətlər, çırpıntılar içində
olan şairə xeyirxah, humanist təsirini, qayğıkeş müna
sibətini görməmək mümkün deyil. Burada fikirlə hissin,
lirika ilə siyasətin möhkəm vəhdəti aydın hiss olunur.
Yesenin yaradıcılığının zirvəsi sayılan “Anna Sne-
gina” məşhur poeması da “Bakının yadigarı” idi və
“Bakinski raboçi” qəzetinin 1-3 may 1925-ci il tarixli
nömrəsində dərc olunmuşdu.
"Yesenin Bakını çox sevirdi. O, həmişə mənə deyər
di ki, hər bir şairin Bakıya getməsi zəruridir, çünki şəhər
və ətrafı olduqca şairanədir”, - bunu tanınmış rus şairi,
yazıçısı, dramaturqu Valentin Petroviç Katayev söylə
yirdi.
O, “Əlvida, Bakı” şeirində Bakıya “Əlvida!” dedi.
Amma Bakının, onun əziz dostlarının, onu dərin bir
məhəbbətlə sevənlərin gözləri yenə yollara dikilmişdi. Bu
həsrəti Əliağa Kürçaylı necə də səmimiyyətlə qələmə
alıb:
Sən indi gəl Bakıya
Əsl şeiriyyətdir o...
Gəl, Sergeyim,
Gəz, dolan bu qardaş torpağında.
Şeiriyyət Xəzər kimi
Qoy çağlasın sinəndə.
Çörək dost süfrəsində,
Nəğmə dost dodağında!
Yerin ürəyimdədir
Gəlsən də, gəlməsən də...
İndi haqlı olaraq Azərbaycanı, doğma Bakımızı
Yeseninin ikinci Vətəni hesab edirlər. Şairin xatirəsi
yurdumuzda əziz tutulur Hər il oktyabrın 3-ü - Yeseninin
_______________
Reyhan Mirzəzadə
_________________
ю
452 an
doğum günü Rusiyada olduğu kimi, Bakıda da şairin
poeziya günü kimi qeyd olunur. Qürurla xatırlatmaq
istəyirəm ki, 1995-ci ildə həmin vaxt ölkə Prezidenti olan
Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Sergey
Yeseninin 100 illik yubileyinin dövlət səviyyəsində
təntənəli şəkildə keçirilməsi Azərbaycanda əsl bayrama
çevrilmişdi.
Şairin xatirəsinin bir daha yad etmək üçün Mər-
dəkanda onun ev-muzeyini ziyarət etdim. Yeseninin ruhu
sanki vaxtı ilə Bakı milyonçusu Murtuza Muxtarova məx
sus, başdan - başa yaşıllığa bürünmüş, ən nadir bitkilərin
məskəni olan nəhəng dendraridə dolaşırdı. 90 il öncə,
1925-ci ilin 28 dekabr günündə bu ruh əbədiyyətə qovuş
muşdu. Ruhun əbədiyyətə qovuşmasına isə hüzn kimi
baxmaq doğru deyil. Çünki o, həmişə bizimlədir. Mənsə
ehtiram əlaməti olaraq, Yeseninin sevimli və onu heç
zaman unutmayan Bakısında ərsəyə gələn bu yazımla
unudulmaz şairin, unudulmaz Yeseninin poeziyasım bir
daha salamlamağı arzuladım.
O, şeiri çox sevirdi. Buna görə də şairin ruhu şad ol
sun deyə, istəkli oxucularımdan Azərbaycanın xalq şairi,
adaşı Sergey Vasilyevin sədaqətli misraları ilə ayrılıram:
...Aşiqəm Bakıya ona görə ki,
Bir zaman Yesenin əziz dost təki
Qoydu qədəmini bu doğma elə.
Qədim Odlar Yurdu məhəbbət ilə
Şairə rahatlıq, dinclik yaratdı.
Vurğunam Bakıya ona görə ki,
Qoynunda Yesenin inci yaratdı...
“Həftə içi” qəzeti,
25 dekabr 2015-ci il.
____
Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi
_____
ю
453 ся
BƏŞƏRİN ÖLMƏZ DÜHASI, HƏQİQİ
İNSAN AŞİQİ
" C in a y ə t v ə c ə z a ” r o m a n ı n ə ş r in in 1 5 0 illiyi v ə d a h i
ru s y a z ıç ıs ı F M .D o s t o y e v s k in in v ə f a t ı n ı n
1 3 5 - c i ild ö n ü m ü m ü n a s ib ə t ilə
“M ə n başq a cür düşünm ək və y a ş a m a q istəm irəm ,
yaln ız bu inam la d ü şünüb-yaşam aq istəyirəm ki, b iz im 90
milyon rusun h am ısı (ya da o z a m a n nə q ə d ə r çoxalıb-
törəyəcəklərsə, onların h am ısı) b ir vaxt təhsil görmüş,
insanlaşm ış və xoşbəxt olacaqlar. M ə n bilirəm v ə m öh
kəm in anıram ki, üm um i m a a rif b izd ə h eç kəsə z iy a n vura
bilməz. H ə tta inanıram ki, fikir s ə ltə n ə ti h ə r h a n s ı başqa
b ir yerd ən daha tez bizdə, bizim R u siy ad a q u ru la c a q d ır”.
Fyodor Mixayloviç Dostoyevski
1876-cı il.
“N əhayət, m ən R usiyaya gəlib - çatdı m. G ördük
lərimin h am ısı gözəldir. B a şq a ölkələrdəkinə oxşam ır.
K ökündən gözəldir. O nlar h am ın ı a y a ğ a qaldırmış, h ərə
kətə gətirm işlər'’. ”...Ə g ə r bu raya gəlm əsəydim , h əy atım ın
m əqsədin i tam am yerinə yetirilm iş hesab etm əzdim ...
O nların qeyri-adi cəsurluğu g ö zə çarpır... M əni m ö cü zə lər
yarad a bilən Avropa elm ləri valeh edir, lakin burada
gördüyüm n əh ən g işlər m ən i d ah a çox heyran qoyur...
O nu da q ey d etm ək la zım d ır ki, Rusiya bir çox illər
dəhşətli aclıq çəkmiş, burada çoxlu m iqdarda a d a m
ölmüşdür. Lakin xaricdən köm əyin olm am asına b a x m a
yaraq, o n la r bu zərb əyə davam gətirə bilmişlər...
Bir dəfə m ən İngiltərədə olanda, ilk d ə fə b ir
ingilisdən R u siyada xalqın rifahını yaxşılaşdırm aq üçü n
n ec ə qeyri-adi işlər görülməkdə olduğunu eşitm işdim ...
_______________
Reyhan Mirzəzadə
_________________
so
454
ca
Gördüklərimin h am ısı m ən i təəccübləndirdi. S əkkiz il
ərzində m a a rif bütün əhalinin m ənəvi sim asını dəyiş
mişdir...
O nların yaym aqda olduqları m aarifin əsas
m əqsədi insan tərbiyə etm ək cəhdindən ibarətdir... R usi
yad a insan fikrinin böyük hərəkəti duyulm aqdadır. M ən
heç b ir ölkədə təhsilin buradakı kimi böyük ölçüdə
yayıldığını gömnəmişəm... O nlar dünya m iqyasında x a
dimdirlər. Buna görə də onlara böyük zəka lazım dır...
Ə g ə r m ən öz gözlərim lə görm əsəydim, heç vaxt in an
m azd ım ki, o n lar cəm isi 10 il ərzində nəinki yü z m inlərlə
adam ı cəh alə t və həq arət zülm ətindən çıxarm ış, onlara
savad öyrətmiş, h əm də onlarda insana lə y a q ə t hissi
tərbiyə etmişlər. O nların bütün səyləri ö z xalqının xeyrinə
yönəldilm əklə yan aşı, həm də eyn i d ərəc əd ə başq a
xalqların xeyrinə yönəldilmişdir.
...M ə n
R usiyadan
indicə
qayıtm ışam ,
ölkənin
ə zə m ə t və şöhrətə doğru yolunun n ec ə çətin olduğunu
görm üşəm ”.
Böyük hind mütəfəkkiri, filosofu, yazıçısı, şairi,
dramaturqu, rəssamı, Şərqdə ilk Nobel Mükafatı laureatı
RabindranatTaqorun “Rusiya haqqında məktublarından.
Sentyabr - oktyabr ayları, 1930-cu il.
Bütün klassiklər kimi həmişə müasir olan, ziddiy
yətlər, konfliktlərlə dolu dünyamızın idrakı üçün əsərləri
iiə bütün bəşəriyyətə böyük fayda, estetik və mənəvi qida
verən Fyodor Mixayloviç Dostoyevski həmişə ürəklərdə
yaşayan qüdrətli sənətkardır. Görkəmli filosof, Peterburq
Elmlər Akademiyasının müxbir üzvü olmuş Dostoyevski,
XIX əsr rus və dünya ədəbiyyatının bəşəri simalarından,
dünyanın ən çox çap olunan, ən çox oxunan və ən çox
sevilən dahi yazıçılarından biridir. Kiçik yaşlarından
____
Azırbaycançılıq və vətənpərvərlik məfkurəsi_
___
so 455
ca
ətrafında cərəyan edən hadisələrə son dərəcə həssas və
qayğıkeş münasibət bəsləyən Fyodoru insanların yoxsul
və kədərli həyatı daha çox qüssələndirmiş və sarsıtmışdı.
Maksim Qorkinin haqlı olaraq dediyi kimi: İn s a n əzabları
haqqında xatirələri öz ürəyində toplayan və bu dəhşətli
xatirələri təsvir edən bir insan dünyaya gəlməli idi - bu
insan Dostoyevskidir”.
F.M.Dostoyevski 1821 -ci il oktyabrın 30-da (yeni
tarixlə noyabrın 11-də) Moskvada həkim ailəsində dün
yaya göz açmışdı. Altıuşaqlı ailənin ikinci övladı idi. O,
qədim adət-ənənələrə hörmətlə yanaşan, müqəddəs
ayinlərə riayət edən patriarxal bir ailədə tərbiyə alırdı.
Ailənin məişət vərdişləri nəticəsində ədib rus memarlığı
və xalq nəqqaşlığının dəyərli abidələri ilə erkən yaşla
rından maraqlanmağa başlamışdı. Həyatının son illərində
də yazıçı bunu ehtiramla xatırlayırdı:“Hər dəfə Kremlə və
Moskva kilsələrinə getmək mənim üçün nəsə təntənəli bir
mərasim idi”.
Ədib 1847-ci ildə yazdığı məqalələrinin birində
Moskvanın Arxangel kilsəsi (XVII əsrin memarlıq abidəsi),
“Qranovitaya palata” (Kremldə memarlıq abidəsi. 1487-
1491-ci illərdə Böyük Moskva knyazı III İvanın göstərişi
ilə italyan memarları Marko Ruffo və Petro Antonio Solari
tərəfindən tikilib. Moskva Kremlinin 20 qülləsindən biri
olan məşhur “Spasskaya Başnya”da Solarinin memarlığı
ilə ərsəyə gəlib), Boris Qodunovun qəbri (XVI əsrin sonu,
XVII əsrin əvvəlində rus çarı və böyük knyazı) və onun
yaddaşına həmişəlik həkk olunmuş digər abidələrdən
məhəbbətlə bəhs edirdi.
Anası Mariya Dostoyevskayanın ilkin savad öyrət
diyi Əhdi-Ətiq (Bibliyanın həcmcə daha böyük, birinci
bölməsi. 39 kitabdan ibarət olub, eramızdan əvəl lll-ll
əsrlərdə tamamlanıb. Xristianlar tərəfindən Müqəddəs
_______________
Reyhan Mirzəzadə
_________________
80
456 QA
Yazılar kimi qəbul olunur) və Əhdi-Cədid (xristian
Müqəddəs Yazılarının ikinci bölməsi.Əhdi-Cədidə həmçi
nin Incil kitabı da deyilir) tarixi məcmuə kitabları ədibə
güclü və dərin təsir bağışladı. Dahi yazıçı bu kitablardakı
əfsanələrin bədii əhəmiyyətini yüksək qiymətləndirirdi.
Onları əsl xalq dastanı hesab edirdi. Bu əfsanələr içəri
sində onun diqqətini xüsusilə cəlb edən “lovun kitabı" və
bu kitabdakı bir hekayət oldu. Hekayətdə deyilir ki,
Allahın qəzəbinə düçar olan bir nəfər cəfakeş insan ağır
sınaqlara dözməli oiur.Qohum - qardaşları həlak olur,
iflasa uğrayır, cüzam xəstəliyinə düçar olur, dilənçi
kökünə düşür və o, bütün bu işgəncələrə itaətkarlıqla
dözür. Buna görə də həmin insan şəfa tapır, əvvəlki
həyatı özünə qayıdır, yenə böyük ailə başçısı olur və
xoşbəxt ömür sürərək, qocalıb ölür.
Hekayətdən təsirlənən Fyodor Mixayloviç 1875-ci
ildə arvadına yazır: “lovun kitabf’nı oxuyuram, bu əsər
məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb, az qala
göz yaşı axıda-axıda otaqda saatlarla var-gəl edirəm...
Bu kitab, Anya, təəccüblüdür ki, məni həyatda sarsıtmış
olan ilk kitablardan biridir, mən o zaman hələ, az qala,
körpə uşaq idim!”.
Dostoyevskini roman yazmaq sənətinə cəlb edən
XVIII əsr ingilis yazıçısı xanım Anna Radklif olmuşdur.
Yazıçı qadın Avropa ədəbiyyatında məzmunca yeni olan
“qotik roman” yaratmışdı. Bu romanın müəlliflərini orta əsr
cəngavər rəvayətləri, heykəltəraşlıq və memarlıq qotikası
məzmunlarında əksini tapmış rəvayətlər maraqlandırıb
cəlb edirdi.Fyodorun atası Mixail Andreyeviç və anası
Mariya Fyodorovna uzun qış gecələrində ona Anna
Radklifin coxcildli epopeyalarını oxuyardılar. Kiçik yaş
larında ikən hələ oxuyub- yazmağı bilməyən Fyodor, bu
romanları məftunluq, bəzən də dəhşət içərisində dinlə
___
_Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
80
457 QA
yərdi.O, rus kəndi ilə, onun rəvayətləri, ayinləri, mərasim
və adətləri ilə 10 yaşından sonra tanış olmağa başladı,
illər keçəndən sonra o, “Yay təəssüratları haqqında qış
qeydlərinndə rus xalqının təbiətində, fitrətində olan səmi
miyyətdən, qardaşlıq, dostluq hisslərindən bir daha bəhs
etdi. Rus kəndlisinin hiyləsiz, kələksiz, hər cür fitnə-
riyadan uzaq olan bir məxluq olduğunu etiraf edib, bu
keyfiyyətlərin cəmiyyətin əsası, dayağı, milli varlığının bü
növrəsi olduğunu təsdiqlədi.Fyodor ilk təhsilini evdə
almışdı. 1833-cü ildə böyük qardaşı Mixail ilə onun ev
təhsili tamamlanmış və hər iki qardaş pansiona qoyul
muşdu. Burada Fyodor ilk dəfə dvoryan pedaqogikasının
nədən ibarət olduğunu anlamışdı. Bir il sonra isə qar
daşlar internat-məktəbə köçürülmüşdü. Burada Moskva
nın ən yaxşı alimləri, pedaqoqları dərs deyirdilər.
“Yeniyetmə” romanında uşaqlıq və gənclik illərinin
təəssüratlarından
bəhs
edən
Dostoyevski
yazırdı:
“...Məni qardaşımla birlikdə Peterburqa mühəndislik
məktəbinə gətirdilər və onunla bizim gəncliyimizi korla
dılar. Mənə elə gəlir ki, bu, bir səhv idi. Doğrudan da bu,
düzələ bilməyən bir səhv idi”. Gələcəyin böyük yazıçısı
hərbi tikintiyə heç cür həvəs göstərmirdi. Hərbi mühən
dislik maddi cəhətdən çoxgəlirli peşə sayıldığından, ata
sının yanında ədəbiyyat sahəsindən söhbət gedə bil
məzdi. Ata oğlanlarının fikri ilə hesablaşmaq istəmirdi.
Hərbi məktəbin ciddi rejimi Dostoyevskini sənət haq
qındakı düşüncələrindən ayıra bilmədi. Gecələr ilk arzu
və duyğularını dəftərçəsinə qeyd edir, həyat və insan
haqqında düşünürdü. Hərbi mühəndislik məktəbinin yer
ləşdiyi Mixaylovski qalası, onu tikdirən Çar I Pavel, Pa-
velin qətlində iştirak edən oğlu Çar I Aleksandr Fyodoru
dərin fikirlərə qərq edirdi. Yazıçı düz, 40 il ata qatili olan
Dostları ilə paylaş: |