_______________
Reyhan Mirzəzadə_
____________ _
ю
434
c a
işləri
asanlıqla
başa çatdırır.
Belə adamlar xalq
şairidir.Belə adamlar doğma torpağının şairləridir”.
Yesenin “həqiqəti özünə doğma ana” hesab etməyi
sənətkarın ən başlıca keyfiyyətlərindən biri hesab edirdi.
Bunlar gəlişigözəl sözlər deyildi. Gənc Yesenin imperialist
müharibəsi əleyhinə səsini ucaldanda da,fəhlələr arasın
da çarizm əleyhinə gizli vərəqələr yayanda da, siyasi
mövzularda fəal çıxışlar edəndə də, hətta fəhlələrin əmə
yinə ehtiram əlaməti olaraq, ilk şeirlərini “Serqey Molot"
imzası ilə çap etdirəndə də qeyd etdiyim həqiqəti axtarır
dı. Belə sağlam zəmin üzərində yüksələn Yesenin poezi
yası bir müddət yabançı ədəbi-siyasi təsirə məruz qalmış
dı. 1918-ci ildə şair əvvəlcə proletkultçulara yaxınlaşmış,
sonra, 1919-cu ildə imajinist-şairlər qrupuna qoşulmuşdu.
Imajinizm-XX əsrin 20-ci illərində Rusiyada fəaliyyət
göstərmiş ədəbi, əsas nümayəndələri Yesenin, Ivnev,
Mariyenqof, Şerşeneviç, Kusikov, Qruzinov və başqala
rından ibarət qrup idi. Yesenin rus dilinin təbii obrazlılı-
ğına, xalq yaradıcılığına əsaslanırdısa, Şerşeneviç və
Mariyenqof süni obrazlılığı canlı gerçəkliyə qarşı qoyur
dular. Imajinizm formalizm və “sənət sənət üçün" nəzə
riyyəsinin təzahürlərindən olub, sənəti dövlətə, inqilaba
qarşı qoymağa, onun ictimai rolunu inkar etməyə yönəl
dilmişdi. 1924- cü ildə Yeseninin imajinistlər sırasını tərk
etməsi, əslində bu qrupun dağılmasına səbəb olmuşdu.
Çünki Yesenin ideya-nəzəri və yaradıcılıq mövqeyi eti
barilə ümidsizliyi, bədbinliyi, tərki-dünyalığı təbliğ edən
imajinistlərdən çox uzaqda idi. Bu, bir həqiqətdir ki,
parlaq istedadı, rəzalət və çirkabla dolu bataqlıq da heç
bir zaman söndürə bilməzdi. Yeseninin öz fıkirlərin-
dən:“ 1919-cu ildə qoşulduğumuz imajinizm axını formal
cəhətdən rus poeziyasına müəyyən hava gətirsə də,
onun nümayəndələrindən heç biri yüksək şair istedadı ilə
__
Azərbaycançılıq va vdtanpdrvarlik mdfkurdsi
____
s o 4 3 5 c a
seçilə bilmədi.İndi mən bütün ədəbi məktəbləri inkar
edirəm. Məncə, şair hər hansı cərəyandan,ədəbi mək
təbdən asılı qalmamalıdır. Bu, onun sərbəstliyini əlindən
alır. Ancaq daxilən sərbəstlik hesabına gözəl şeylər
yarana bilər”.
Qeyd edim ki, Yesenin öz tərcümeyi-halını bir neçə
dəfə qələmə almışdı. Onun 1922-1924-cü illərdə yazılmış
“Avtobioqrafiyasr’nın üç variantı və tərcümeyi-hal səpki
sində olan “özüm haqqımda", “özüm barədə bəzi şeylər ”
adlı əlavə iki yazısı məlumdur. Bunların heç biri tam tər
cümeyi-hal formasında olmasa da, həmin yazılarında
şairin özü haqqında verdiyi bəzi məlumatlar onun həyat
və yaradıcılığını öyrənmək üçün maraqlıdır. Bu məlumat
lardan biri diqqətimi xüsusilə cəlb edir. Yesenin ya-
zır:“Müharibə və inqilab illərində tale məni müxtəlif yerlərə
aparıb çıxarmışdır. Şimal Buzlu okeanından Qara dənizə
və Xəzərə qədər. Qərbdən-Çinə, irana və Hindistana
qədər bütün Rusiyanı eninə və uzununa gəzmişəm”.
S.Yesenin Moskvaya ilk dəfə 1912-ci ilin payızında
gəlir. Atası onu idarədə işə düzəldir. Lakin Aleksandr
Nikitiç oğlunun şeir-sənətə bağlanmasını istəmirdi, ata öz
oğlunu müəllim görmək arzusunda idi. Bir tərəfdən ailə-
daxili narazılıqlar, qəriblik, maddi çətinlik, digər tərəfdən
Moskva mühitində əsərlərinin çox çətinliklə çap olunması,
ən başlıcası, onu əhatə edən insanların laqeydliyi, biganə
və soyuqqanlılığı, yeknəsəq həyat keçirmələri gənc,
təcrübəsiz Yesenini bezdirmiş, ağır və bədbin düşüncələ
rə gətirib çıxarmışdı. Həmin il Sergey uşaqlıq və məktəb
dostu Qrişa Panfilova Moskvadan göndərdiyi məktubun
da yazırdı:“Bu usandırıcı həyata baxır və istər-istəməz
düşünürsən: yaşayırsan, yoxsa, yox? özün bir fikirləş,
mən heç özümü təsəvvür etmirəm, yaşayasan, lakin özü
nü hiss etməyəsən, elə yalnız fikirləşəsən...”
_______________
Reyhan Mirzəzadə
________________
ю 436
ca
1913-cü ildə yazdığı məktubda isə atası ilə
yollarının ayrıldığını, yalqız və köməksiz qaldığını qeyd
edib, bir daha sualla müraciət edirdi ki, həyat nədir?..
Mən bu mənanı dərk edəmmirəm.Bunun mənasını heç
isa da aça bilməyib. İstər-istəməz Kolsovun fikirləri yada
düşür:
Dünya Allahın sirridir,
Allah - dünyanın sirri.
Əgər doğrudan da bu bir sirrdirsə, qoy elə belə də
qalsın. Lakin necə olsa, biz bilməliyik ki,nə üçün yaşa
yırıq? Bilirəm ki, sən deməzsən: yaşayırıq ki, ölmək
üçün.Sən özün bir vaxt demirdinmi öləndən sonra başqa
bir həyat da var...Yaşamaq nə üçündür? Görəsən doğru-
danmı bunu bilmək mümkün deyil?
Kim deyər, kim açar mənə
Həyatın bu sakit gərdişini.
Yaradıcı əl hardadır, kimdir?
Bu müqəddəs, ilahi səslər
Necə, nə vaxt yaranmış?
Yazdığım bu parçalar yeni başladığım “ö lü m ” şeirin-
dəndir. Sağlıqla qal, hələlik.. .”
Yeseninin digər məktublarından:
“Şəxsi qənaətimə görə ətdən, balıqdan imtina et
mişəm. Qənd işlətmirəm. Şokolad, kakao, kofe kimi şey
lərdən də istifadə etmirəm, tütün də çəkmirəm”.
“Hər şeyə yuxarıdan-aşağı baxma, yoxsa aşağıları
görüb-duya bilməzsən. İnsanı o vaxt dərk edə bilərsən ki,
onun həyatını təhlil edib, özünü onun yerində qoya bilə
sən, onun mövqeyindən çıxış edəsən. Bütün insanlar ey
nidir. Həqiqət- həqiqətdir, ona sübut-dəlil gərək deyil, ona
sərhəd də yoxdur, belə ki, alfa da, omeqa da özüdür”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю
437
oa
1913-cü ilin mart ayında o, yenidən Moskvaya gəlir.
Mətbəədə işə düzəlir. Bir müddət korrektor müavini,
sonralar isə korrektor vəzifəsində işləyir. Hər gün səhər
saat 8-dən axşam saat 7-yə qədər mətbəə işi onu yorsa
da, inqilabi əhval - ruhiyyəli mətbəə işçilərinin təsiri,
Moskva fəhlələri ilə yaxından təmas onda dövrün ictimai
hadisələrinə böyük maraq oyadır. Moskvada İ.Surikov
adına ədəbi - musiqi dərnəyi də Yeseninin ictimai-mədəni
tərbiyəsində böyük rol oynayır. Daha sonra Yes enin
Moskvada həmin vaxtlar Rusiyada birinci “Mədəniyyət
Universiteti” olan Şanyavski xalq universitetinə daxil olur.
Lakin Moskvanın ədəbi mühiti onu qane etmədiyi üçün o,
Peterburqa gedir. Şair bu barədə yazır:“On səkkiz ya
şımda
şeirlərimi
jurnallara
göndərib,
onların
çap
olunmadığını görəndə təəccübləndim və Peterburqa yola
düşdüm. Orada məni sevinclə qarşıladılar.ilk gördüyüm
Blok, ikincisi - Qorodetski idi. Bloka baxanda məni tər
basdı, çünki ilk dəfə idi ki, canlı şair görürdüm”.
Şərq aləmi, o cümlədən, Azərbaycan öz qədim və
zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, həmçinin
ecazkar təbiəti ilə dünyanın böyük şəxsiyyətlərinin, söz-
sənət adamlarının həmişə diqqətini cəlb etmiş, onların
qəlbini rövnəqləndirmişdir. Dahi ingilis şairi Bayronun
“Şərq poeması” bu məftunluğun məhsuludur. Fransız
yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” də eyni
duyğuların, məhəbbətin nəticəsində ərsəyə gəlib.Təbii ki,
belə nümunələr çoxdur.
Vaxti ilə Aleksandr Sergeyeviç Qriboyedovun Azər
baycanı qarış-qarış gəzdiyi, Abbasqulu ağa Bakıxanovla
birlikdə böyük Nizaminin qəbrini ziyarət etdiyi, Ərzuruma
səyahəti zamanı Puşkinin Azərbaycan ziyalıları və Qara
bağ atlıları ilə tanışlığı, Mixail Yuryeviç Lermontovun
Azərbaycanı gəzərkən dilimizə və xalq ədəbiyyatımıza
_______ ______
_Reyhan Mirzəzada_
_______________
so
438 ca.
böyük maraq göstərdiyi, dekabrist şair və yazıçılarla
qabaqcıl ziyalılarımızın dostluğu, Maksim Qorki, Vladimir
Vladimiroviç Mayakovskinin Bakıya gəlişi, müxtəlif təbə
qədən olan insanlar və yaradıcı ziyalılarımızla görüşü
mədəni tariximizdən xalqımıza yaxşı məlumdur. Yaradı
cılığı Bakı ilə bağlı olan böyük rus şairlərindən biri də
“Rusiyanın ağcaqayını” hesab edilən əlbəttə ki, Sergey
Yesenindir.
Yeseninin şeirlərində xalqlar dostluğu
ideyası
mühüm yer tutur. O, insan ləyaqətini, xalqların, millətlərin
ləyaqətini tərənnüm etməyi şairin vətəndaşlıq borcu
hesab edirdi. Ondakı Vətən eşqi dərin humanist arzularla
döyünən ürəkdən süzülüb - gəlirdi. Bu isə Yesenin poezi
yasının təbiiliyini və vətəndaş səmimiyyətini daha da
gücləndirirdi Lakin Rusiyaya bir oğul məhəbbəti ilə yana
şı, başqa xalqların adət-ənənələri, poeziyası, musiqisi, bir
sözlə, mənəvi gözəlliklərinə və sərvətinə dərin ehtiram
hissi Yeseninin lirikasında ən ümdə yer tutan cəhətlər
dəndir. O, Lermontovu, Puşkini, Qoqolu, Kolsovu, Nekra-
sovu nə qədər sevirsə, Firdovsini, Xəyyamı, Sədini də bir
o qədər yüksək qiymətləndirirdi.Yeseninin “İran nəğmə
ləri” buna canlı misaldır. Şair məktublarının birində Şərqin
musiqi və milli şeir ənənəsinə istinadən yazmışdı: “Müsəl
manlar (azərbaycanlılar) hədər yerə demirlər ki, əgər o
mahnı oxumursa, şuşalı, şeir yazmırsa, şirazlı deyil.
Yesenin 1924-cü ildə ilk dəfə Bakıya gələndə 29
yaşı vardı. Məşhur şair kimi kifayət qədər tanınmışdı.
Onun həyatının son iki ili, yəni 1924 -1925-ci illər
yaradıcılığının Bakı dövrü hesab olunur.
S.Yesenin yaradıcılığının tədqiqatçıları olan Pyotr
Fyodoroviç Yuşin, Yuri Lvoviç Prokuşev, Vladimir Ger-
manoviç Belousov, Sergey Petroviç Koşeçkin, Korneliy
Lyutsianoviç Zelinski, Pyotr Ivanoviç Çagin, Titsian
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
«o
439
ce
Yustinoviç Tabidze və başqaları haqlı olaraq şairin
yaradıcılığının bu mərhələsini ən məhsuldar dövr - qızıl
dövrü adlandırırlar. Vaxtilə Puşkinin yaradıcılığında “Bol-
dino payızı" necə mühüm rol oynamışdısa, Yesenin yara
dıcılığında da Bakı, Mərdəkan payızı xüsusi əhəmiyyət
kəsb edirdi.
Bəs necə oldu ki, Yesenin Azərbaycana gəldi, onu
Bakıya kim dəvət etmişdi?
Pyotr Çagin “Sergey Yesenin Bakıda” məqaləsində
yazır:“1924-cü ilin fevralında mən partiya işləri ilə əla
qədar olaraq Moskvada ezamiyyətdə idim. O vaxtlar mən
Azərbaycan KP MK - nın ikinci katibi və “Bakinski raboçi”
qəzetinin redaktoru idim. Bakıya yola düşməzdən qabaq,
axşam Vasili Ivanoviç Kaçalova (böyük rus sovet aktyoru,
SSRİ Xalq Artisti - R.Mirzəzadə) qonaq getdim və orada
Sergey Yeseninlə tanış oldum.Yesenin Bakı haqqında,
hələ də “mürgüləyən qızıl Asiyadan” çoxlu nişanə qalan,
ancaq indi neft buruqları məskəni olan şəhər haqqında
hekayələrimi acgözlüklə dinlədi.
Ertəsi gün səhər tezdən mehmanxanada qapının
hündürdən döyülməsinə oyandım. Belə erkən gələn Ser
gey Yesenin idi. O, utancaqlıqla gülümsəyərək dedi: “Ba
ğışlayın, deyəsən, biz dünən sizinlə qaloşlarımızı dəyişik
salmışıq...”
Doğrudan da belə idi. Yesenin getməyə tələsmirdi,
mən isə onu saxlamağa cəhd edirdim. O qaldı, məni
vağzala qədər ötürdü.
Bizim dostluğumuz belə başlandı. O, öz tərəfindən
bu dostluğu Bakıya gəlmək vədi ilə möhkəmlətdi. Mən isə
onun “İranı da göstərərsinizmi?” sualına cavab olaraq
vəd etdim ki, İranı da, əgər istəsə, lap Hindistanı da
göstərərəm.
_______________Reyhan_Mirzəzadə_____________________m_4_4_2'>__________________Reyhan_Mirzəzadə__________________во'>_____ __________
Reyhan Mirzəzadə
________________
во 440 ca
...Aylar keçirdi. Mən artıq Yesenini Bakıda görmək
ümidimi itirmişdim. Ancaq sentyabrın 20-də axşam
redaksiyaya gələndə stolumun üstündə kiçik bir məktub
gördüm:
“Yoldaş Çagin, mən gəlmişəm. Yanınıza gəldim,
lakin sizi görə bilmədim.
“Yeni Avropa” mehmanxanasında 59-cu otağa
düşmüşəm. Mehmanxananın direktoruna zəng vurun ki,
sizi nə vaxt görə bilərəm.
20/IX-24
S.Yesenin
Elə həmin gün Çagin Yeseninlə görüşür. Bir- birini
əvəz edən maraqlı tədbirlər, mərasimlər, görüşlər, söh
bətlər Yeseninin qəlbində və ruhunda silinməz izlər
qoyur. Həmin təəssüratlardan bəhs edən xeyli yazılar
mövcud olsa da, P. Çaginin həyat yoldaşı Mariya Çagina-
nın "Yeseninlə görüşlər" məqaləsini xüsusi qeyd etmək
istəyirəm. M.Çagina yazır: ("Sovetskaya kultura” jurnalı,
1980 № 81)
“Sergey Yeseninlə Pyotr Çaginin dostluğu haqqında
çox yazılıb. Pyotr Ivanoviçin Yeseninə böyük təsiri olub,
ancaq şair də Çaginin həyatında, bizim taleyimizdə mü
hüm yer tutub, silinməz iz qoyub.
...Bir dəfə Çagin mənə dedi:
- Sergey Yeseninlə tanış olmaq istəyirsiniz? Mən
sizə danışmışam, o, bir az əvvəl Moskvadan gəlib. İste
daddır, sadədil şairdir. Onunla hər yeri gəzirəm, şəhərlə
tanış edirəm, mədənləri göstərirəm. - Pyotr Ivanoviç
gülümsündü, - çox həvəslidir, hər şey onu maraqlandırır...
Siz görüşməyin əleyhinə deyilsiniz ki?
Mən necə əleyhinə ola bilərdim? Biz hamımız Yese
nin haqqında çox eşitmişdik, çıxışlarını izləmişdik, şeirlə
__
Azəvbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 441 oa
rini əzbər bilirdik. “Bakinski raboçi”də də onlar dem ək olar
hər nömrə dərc edilirdi.
Tezliklə bu görüş baş tutdu. Əvvəlcə Yesenin mənə
qəribə təsir bağışladı. O, nəyə görəsə həyəcanlanmışdı.
Onun sınayıcı nəzərlərini öz üzərimdə hiss elədim. Belə
güman etdim ki, onun bu qısqanclıq, nigarançılıq ifadə
edən halı mənimlə Pyotr Ivanoviç arasında yaranan
münasibətlə bağlıdır: dostunu ondan bəlkə ayıra bilərlər.
Odur ki, narahatlıq keçirir.
Amma sonra Yesenin isinişdi.O, Pyotr ivanoviçlə
birlikdə mənə demək olar ki, hər gün baş çəkirdi. Mən
diqqətlə baxır və təəccüb edirdim ki, bunlar nə qədər də
müxtəlif təbiətli adamlardır. Yesenin emosional, coşqun,
tez inciyən, tez-tez haldan-hala düşən idi. Çagin isə poe
tik təbiətli olmasına baxmayaraq, eyni zamanda möhkəm,
qətiyyətli xarakterə malik idi, “öz canını qanadları altında
saxlaya” bilirdi. Lakin bir-birilərinə münasibətlərinin doğur
duğu rəğbət onların qarşılıqlı səmimiyyətlərinə şübhə
oyatmırdı...
...Yeseninin ad günü xüsusilə yadımda qalıb. Pyotr
Ivanoviç zəng vurub dedi ki, onlar həmin günü bizdə qeyd
etmək fikrindədirlər və məni hədiyyə ilə sevindirmək istə
yirlər. Bu hədiyyə iki fotoşəkildən ibarət idi. Onladan biri -
Pyotr İvanoviçlə Yeseninin yanaşı əyləşdikləri şəkil (indi
geniş məlum olan foto) mənim xüsusilə xoşuma gəldi.
Pyotr Ivanoviç şəklin üstündə yazmışdı:
“ M.A. İki qələm
cəngavərindən
Dost hədiyyəsini qəbul
elə sən:
Coşqun Pyotrdan,
cəncəl Sergeydən”.
_____________
Reyhan Mirzəzadə
__________________
m 4 4 2
c a
Onun da yanında Yesenin narın xətt ilə yazmışdı:
“ Əzizim Mariya
Antonovna,
Bu, haqq sözüdür,
inanın ona.
And içmək olar
gözlərinizə:
Hərdənbir nəzər
yetirin bizə.
Cəncəl Sergey.
3 oktyabr 1924-cü il.
Pyotr Ivanoviç Yeseninin yazdığını oxudu, öz re
daktor adətincə, gözünə dəyən səhvi düzəltdi və narazı
halda dedi:
- Yəni sən Mariya Antonovnaya yaxşı bir şey yaza
bilmədin?..
Bir neçə gündən sonra Yesenin mənim yanıma tək
gəldi. Tutulmuş, utancaq bir təbəssümlə papiros kağızın
dan kiçik bir zərfi mənə verib dedi:"Bunu sizə Pyotr gön
dərib”. Zərfdə üzərində “P.l." yazılmış bir nişan üzüyü var
idi.Sergey Aleksandroviçin dediyinə görə, üzərində mə
nim inisialım yazılmış ikinci üzüyü Pyotr Ivanoviç özündə
saxlayıb. Hər iki üzüyü Pyotr Ivanoviç sifariş edibmiş. Bu
anda mənə hansı hisslərin hakim kəsildiyini, nələr keçir
diyimi demək mümkündürmü?!” (Məqalədən digər qeyd
ləri bir qədər sonra təqdim edəcəyəm - R.Mirzəzadə)
l.lsaxanlı “Şeir gülüstanının təkrarolunmaz çiçəyi-
Sergey Yesenin” adlı kitabında yazır ki, 1924-cü ildə
məşhur rus şairi Sergey Yesenin Bakıya gəlir. O, dəfə
lərlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edir.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o
4 4 3
cü
Şair Azərbaycan xanəndəsinin gözəl səsini eşitməkdən
doymur.
Bir gün Əliheydər Qarayevin evində Sergey Yese-
ninin şərəfinə ziyafət verilir. Həmin ziyafətdə Azərbaycan
bolşevik firqəsi Mərkəzi Komitəsinin Birinci Katibi Sergey
Mironoviç Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
nin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da
iştirak edir.Məclis qızışır. Qaryağdıoğlu oxumağa başla-
yır.Yesenin heç cür inana bilmir ki, qocada belə zəngin
və məlahətli səs ola bilər. Lakin Qaryağdıoğlunun zil,
həm də təravətli səsi, xüsusilə uzun və sürəkli zəngulələri
şairi vəcdə gətirir, heyran edir.
Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı
yerə qoyur. Salonu alqış səsləri titrədir. Lakin Yesenin
sanki ovsunlanır. O, sakit oturub nəyinsə xəyalında olur.
Heç özü də bilmir ki, Qaryağdıoğlunu necə mükafatlan
dırsın. Doğrudan da çox maraqlıdır: Şair şairi necə müka
fatlandıra bilər? Yalnız şeir ilə! Yesenin Cabbarın şərə
finə bədahətən şeir deyir. Onu “Şərq musiqisinin Pey
ğəmbəri” adlandırır.
Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu aya
ğa durur. O, şairə yaxınlaşıb gülümsər halda, ata məhəb
bəti ilə deyir:
- Oğul, artıq qocalmışam. Düz, 50 ildir ki, xalqımın
qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox
səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum
olmayan həyat sirrlərindən xəbər verir. Oxuduğun şeirin
sözlərinin çoxunu anlamadım. Lakin mən inanıram ki, sən
böyük şairsən. Mən də qoca bir sənətkar kimi, sənin fitri
istedadına baş əyirəm!
Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri
deyib Yeseninə yaxınlaşır və onu qucaqlayıb bağrına
basır.
_______________
Reyhan Mirzdzadd
________________
ю
444
ca
Yesenin təzəcə yazdığı şeirini ona verib bir daha
deyir:“Şərq musiqisinin Peyğəmbərinə".
Rəssam R. Mehdiyevin gözəl və maraqlı bir rəsm
əsərində Sergey Yesenin şair Əliağa Vahidlə bir qəzəl
məclisində təsvir olunub. Yeseninin Mərdəkan yaxınlığın
dakı Şağan kəndində keçirilən Füzuli, həmçinin aşıq
məclislərində iştirak etməsi barədə də məlumatlar möv
cuddur. Hüseyn Nəcəfovun “Balaxanı mayı” adlı kitabın
da Əliağa Vahidlə Sergey Yeseninin görüşündən maraqla
bəhs edilir.
Mənbələrin birində qeyd olunur ki, bir dəfə Yesenin
aşıq poeziyası gecəsinə dəvət olunur. Şair ifaçıların son
dərəcə məharətli çıxışlarını diqqətlə dinlədikdən sonra
deyir:“Burada o qədər müdriklik var ki, bütün Şərqə,
bütün Rusiyaya yetər”.
Bu, gənc, lakin dahi şairin bizim milli musiqi mədə
niyyətimizə verdiyi layiqli qiymət idi.
S.Yeseninin həyatının Bakı dövründə ən əlamətdar
günlərdən biri 1925-ci ilin 1 May günü qeyd olunur. Bu
bayram günündə şairi əsl dost kimi qarşılayırlar. O, hər
yeri partiya rəhbərləri ilə birlikdə gəzir, şeir deyir,
çastuşkalar oxuyur, hamı ilə birlikdə şənlənirdi. Yesenin
cəld halda, danışa-danışa bir dəstədən o biri dəstənin
yanına keçir, fəhlələr önündə sağlıq deyir, poeziya
şərəfinə deyilən sağlıqları qəbul edirdi. Üzündəki zərif
qırışlar hamarlanır, solğun dodaqlarına təbəssüm qonur
du. Adama elə gəlirdi ki, öz tənhalığında üşüyən Yesenin
insan hərarəti ilə alovlanan bayram tonqalları başında
camaat arasında qızınırdı.
Kirov dostcasına, ağıllı
nəzərlərlə şairin “kütlə içərisinə" bu yaz səfərini seyr
edirdi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю 445ся
Sonra Mərdəkandakı bağ evinə gedirlər. Burada
Yesenin S. M. Kirovun yanında təzə çap olunmağa
başlayan “iran nəğmələri” silsiləsindən şeirlər oxuyur.
Böyük estetik zövqə malik olan, inqilabdan əvvəlki
dövrdə gözəl ədəbiyyatçı və həssas ədəbiyyat tənqidçisi
olan Kirov, Yesenin oxuyub qurtardıqdan sonra məzəm
mətlə Çaginə deyir: “Sən nə üçün indiyə qədər Yesenin
üçün Bakıda İran illüziyası yaratmamısan? Bax, gör necə
yazıb, elə bil doğrudan da iranda olub. Biz təhlükələrlə
qarşılanacağını nəzərə alaraq, həyatı üçün qorxaraq, onu
irana buraxmadıq. Axı sənə tapşırılmışdı ki, onun üçün
Bakıda İran illüziyası yaradasan.Yarat! Hər nə çatmasa,
özü təsəvvür edər. O ki şairdir, özü də gör necə şair!.."
1925-ci ilin yayında Çagin Yesenini bağ evinə
aparır.Bura doğrudan da əsl İran illüziyası idi.Yekə bağ,
fəvvarələr, hər cür Şərq əyləncələri - əsl İran idi! O,
burada arvadı Sofiya Andreyevna Tolstoy - Yesenina ilə
yaşayır və yaradıcılıqla məşğul idi. Sergey, Puşkinin öz
arvadına müraciətlə yazdığı son şeirindən misralar oxu
yaraq deyirdi: “Sənin səyin nəticəsində əmək və səmimiy
yətlə dolu uzaq bir monastra düşdüm”.
Xəzərin
mavi
dalğalarına,
Bakının
füsunkar
gecələrinə məftun olan şair:
Bakının lampaları
Ulduzlardan gözəldir,
- deyə Bakıya olan sevgi dolu duyğularını şeiriyyətə
çevirirdi.
Bakıya ürəkdən bağlanan Yesenin, hələ 1925-ci il
aprelin 9-da arvadına göndərdiyi məktubunda yazırdı:
“Burada mənə müstəsna diqqət və qayğı göstərirlər.
Dostları ilə paylaş: |