Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____

oyadır.  Tanışlığı  və  müşahidələri  dərinləşdikcə,  yazıçı  bu 
qənaətə  gəlir:1 Onun  qəlbində  qəribə  bir  həyat  eşqi  vardı. 
Xəfif  yumor  hissi  bu  həyat  eşqinə  xüsusi  təravət  və 
sirayətediei bir qüvvət verirdi”.
Böyük Vətən  müharibəsinin  qızğın  çağlarında  həyat 
onları  daha  da  yaxınlaşdırır.  Bakıdan  Cənubi  Azər­
baycana  sovet əsgərləri  sırasında  böyük bir ziyalı  dəstəsi 
göndərilir.  Orada  Əziz  Əliyevlə  bir  yerdə  işləmək  və 
gündəlik  işgüzar  əlaqələr  saxlamaq  sayəsində  M.İbra­
himov  onun  şəxsiyyətini,  işə  və  insanlara  münasibətini, 
xarakterinin  incə  cizgilərini  lap  yaxından  müşahidə etmək 
imkanı  qazanır.
1941-ci  ilin  avqustunda  SSRl-nin  cənub  sərhəd­
lərində  yaranmış  təhlükəni  aradan  qaldırmaq  üçün 
məlum  Sovet-İran  müqaviləsinə  əsasən  sovet  qoşunları 
irana  daxil  olur.  Təqribən  ay  yarımdan  sonra  Əziz  Əliyev 
və  Mehbalı  Əmiraslanovun  başçılığı  ilə  dəstə  Təbrizə  - 
sovet  qoşunları 
qərargahının 
sərəncamına 
göndə­
rilir.  Təbriz,  Urmiya,  Ərdəbil,  Mərənd,  Zəncan  və  digər 
şəhərlərdə  ilk  dövrlərdə  aparılan  geniş  mədəni-maarif 
işində,  həmçinin  “Vətən  yolunda”  qəzetinin  redaksiya­
sında  Azərbaycan  mədəniyyəti  jurnalistikası  və  ədəbiy­
yatının  Süleyman  Rüstəm,  Osman  Sarıvəlli,  Qılman 
Musayev,  Ənvər  Məmmədxanlı,  İsrafil  Nəzərov,  Əhəd 
Bağırzadə,  Qulam  Məmmədli,  Mehdixan  Vəkilov,  Cabbar 
Məcnunbəyov  kimi  görkəmli  nümayəndələri  fəal  surətdə, 
qüvvə  və  bacarığını  əsirgəmədən  iştirak  edir  və  Əziz 
Əliyev  onların  bu  fəaliyyətini  yüksək  qiymətləndirir. 
Əziz  Əliyevin  təşəbbüsü  ilə  şəhərdə  əhaliyə  pulsuz 
xidmət  göstərən  xəstəxana  və  məktəb  açılır.  Gülüstan 
bağında  teatr  və  çalğı  dərnəkləri  yaradılır.  41-ci  ilin 
noyabr-dekabr  aylarında  Təbrizdə  M.F.Axundov  adına 
Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  qastrol
_______________
Reyhan Mirzəzadə
________________
so  532 ca
tamaşaları  təşkil  olunur.  Bu  gözəl  tədbirlər  Cənubi 
Azərbaycan  zəhmətkeşləri  və  ziyalıları  arasında  böyük 
ruh yüksəkliyi,  sevinc və iftixar hissi oyadır.
Ali  insani  keyfiyyətlər,  işə  ciddi  münasibət,  geniş 
məlumat  və  bilik,  irəli  sürülən  məsələdən  məharətlə  baş 
açmaq  qabiliyyəti  Əziz  Əliyevə  işlədiyi  bütün  sahələrdə 
kollektivin,  geniş  kütlələrin  hörmət  və  məhəbbətini 
qazandırır.
Əziz  Əliyevin  təşkilatçılığı  ilə  İran  əhalisinə 
“Azərbaycanfilm”in  çəkdiyi  filmləri  göstərmək  qərara 
alınır.  Bakıdan  “Kəndlilər”,  “fsmət” və  digər  filmlər  gətirilib 
nümayiş  etdirilir.  İran  camaatına  Azərbaycandan  gələn 
artistlərin  iştirakı  ilə  “Koroğlu”  və  “Arşın  mal  alan”  tama­
şaları da təqdim olunur.  Xalq çalğı  alətləri  ansamblının və 
xorun  dirijoru,  bəstəkar  Niyazini  və  müğənni  Bülbülü 
İranda daha yaxından tanıyır və sevirlər.
General-polkovnik  N.I.Trufanov  həmin  vaxtlar  İran­
da  qərargah  rəisi  işləyir.  Ordu  qərargahının  hərbi  komis­
sarı  polkovnik  Şmakov  Əziz  Məmmədkərim  oğlunu  onun­
la  tanış  edir.  Əziz  Əliyev  xoş  siması  və  təbəssümü  ilə 
onda xoş təsir yaradır.
İranda  vəziyyətin  mürəkkəb  olduğu  vaxtlarda  taxıl, 
şəkər,  tərəvəz  məhsulları  ticarətdən  yoxa  çıxmağa  baş­
layır.  Ərzaq  məhsulları  xalqdan  gizlədilir.  Üstəlik də kənd­
lərdən  şəhərə  göndərilən  gündəlik  tələbat  mallarının  da 
arası  kəsilir.
Trufanov  Əziz  Əliyevlə  məsləhətləşir.  Ciddi  tədbirlər 
görmək  qərara  almır:“Biz  onların  toxunulmazlığına  və 
inzibati-təsərrüfat  İşi  azadlığına  təminat  veririk.  Elan 
edilsin  ki,  bütün  möminlər öz ibadətləri və oruc-namazı  ilə 
sərbəst  məşğul  ola  bilərlər.  Alış-verişçilərə  təklif  olunsun 
ki,  ticarəti,  xüsusilə  də  gündəlik  tələbat  və  ərzaq  malları 
alverini  tezliklə  inkişaf  etdirsinlər.  Bu  məqsəd  üçün
____
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
so  533 ca

müvəqqəti  olaraq  müəyyən  miqdarda  yük  maşınları 
ayrılsın.  Külli  miqdarda  taxıla,  ətə,  tərəvəzə  malik  olan 
sahibkarlara təklif olunsun  ki,  biz gələndən əvvəl  qüvvədə 
olan  satış  qiymətləri  əsasında  həmin  ərzaq  məhsulları  ilə 
şəhəri təchiz etsinlər”.
Aradan  bir  müddət  keçəndən  sonra,  1941-ci  ilin 
oktyabr-noyabr  aylarında  qoşunun  bir  hissəsi  İrandan 
çıxarılıb  Şimali  Qafqaza  göndərilir.  Beləliklə,  Əziz  M əm - 
mədkərim  oğlu  ilə  Trufanovun  yolları  ayrılır:  Trufanov 
ordu  ilə  bərabər gedəsi  olur,  Əziz Əliyev  isə qoşun  hissə­
lərinin  müəyyən qismi  ilə bir müddət İranda  qalır.
1945-ci  ildə  Əziz  Məmmədkərim  oğlu  Dağıstanda 
işləyəndə  Trufanov  qatarla  Bakıdan  Moskvaya  gedir. 
Mahaçqaladan  keçəndə,  onunla  yolüstü  görüşmək  m əq­
sədi  ilə  teleqram  vurur.  Qatar  Mahaçqala  vağzalına  ça­
tanda  Trufanovun  gözləri  perronda  dostunu  axtarır.  Lakin 
Əziz  Məmmədkərim oğlu görünmür.
Qatar  tərpənib  yoluna  davam  edir.  Xasavyurt  əra­
zisindən  keçəndə,  qəflətən  vaqonun  qapısı  açılır  və  Əziz 
Əliyev  içəri  girir.  Sən  demə,  o,  Xasavyurtda  imiş,  teleq­
ram  barədə ona məlumat verilir,  o da  maşına əyləşib təci­
li  qatarın  arxasınca  tələsir.  Trufanov  İrandan  qayıdandan 
sonra  orada  baş  verən  bütün  hadisələr  barədə  ətraflı 
söhbət  edirlər.  Növbəti  stansiyaya  qədər  Əziz  Əliyev 
Trufanovu  yola  salır,  ayrılanda,  Əziz  Məmmədkərim  oğlu 
dostuna  yapıncı,  dostu  isə  ona  öz  qızıl  saatını  yadigar 
bağışlayır.
Dağıstanın  Xalq  Şairi  Rəsul  Həmzətov  ibrətamiz  bir 
əhvalatı  ömrünün  sonunadək  unutmayıb.  O,  ucqar 
Qunibdə  ezamiyyətdə  olanda  Mahaçqalaya  qayıtmaq 
vaxtı  çatır.  Həmin  səfərdə  onunla  birgə bir dağlı  qadın  da 
xidməti  ezamiyyətdən  qayıdır.  Çətin  illərin  sərt  qış  günü 
olur.  Yük  maşınının  kuzovuna  xeyli  adam  doluşur.  Bir-
_______________
Reyhan Mirzəzadə
________________
so  534 
c a a
birilərinə  sığınıb  maşının  tərpənməsini  gözləyirlər.  Dağlı 
qadını  isə kabinəyə mindirirlər.
Bu  vaxt  məsul  vəzifəli  bir  şəxs  də  onlarla 
Ma­
haçqalaya  gedir.  Həmin şəxs məmura yaraşmayan kobud 
əda  ilə  qadına  kabinədən  düşməyi tələb  edir.  Qadın  bunu 
inkar  edib,  düşməyəcəyini  bildirir.  Məmur  maşım  saxlat­
dırıb,  gözlənilmədən  qadının  paltosunu  və  çamadanım 
kənara  atır.  Kuzovda  getmək  onun  arına  gəlir.  Hamı  bu 
vəziyyətdən  pərt olur.
Maşın  artıq  yola  düşür.  Rəsul  öz  paltosunu  çıxarıb 
qadına verir.  Onlar Mahaçqalaya çatır.
Qadının  yazdığı  məktub  əsasında  Əziz  Əliyev 
əhvalatdan  xəbər  tutur.  O,  Rəsul  Həmzətovu  yanına 
çağırtdırıb,  bərk  danlayır:“ö z   paltonu  qadına  verdiyinə 
görə  çox  sağ  ol!  Amma  bir  şair  və  dağlı  kimi  nə  üçün  o 
şəxsin  qabalığının  qarşısını  vaxtında  almamısan!.  Eyib­
dir,  biabırçılıqdır!".
Rəsul  özünə  bəraət  qazandırmağa  çalışır  ki, 
gəncəm,  üstəlik də...O,  məsul vəzifəli şəxsdir...
Əziz  Əliyev  zəng  edib  prokuroru  yanına  çağırt­
dıraraq  əmr edir:
-Cəzalandırmaq!!!
- Axı,  o...  -  prokuror kəkələyir...
-  Onun  üçün  daha  pis!  Bu,  lovğalıq  və  vicdan- 
sızlıqdır!  Əgər  məsul  vəzifəlilər  dağlı  qadınlara  bu  cür 
yanaşsalar,  işimiz irəli getməzi”.
Bu  əhvalat  Rəsul  Həmzətovun  yaddaşına  həmişəlik 
həkk  olunur:  Həyatında  aldığı  ilk  töhmət  də  bu  əhvalatla 
bağlı  olur.  Həmin təşəkkür üçün də,  töhmət üçün də onun 
Dağıstanının  dəyərli  rəhbərinə  və  Azərbaycanın  şərəfli 
oğluna ömrü  boyu  minnətdar olur.
Dağıstan  Respublikası  Lak  Rayon  keçmiş  Partiya 
Komitəsinin  Birinci katibi,  fərdi təqaüdçü  Əhməd  Musayev
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi_
_
so  535 ca

qeyd  edir  ki,  Əziz  Əliyev  təkcə  müdrik  rəhbər  yox,  həm 
də  həssas  və  diqqətcil  yoldaş  idi.  ö z   iş  yoldaşlarına 
göstərdiyi  müstəsna  həssaslıq,  qayğıkeşlik,insanpərvərlik 
Dağıstan  camaatına  yaxşı  məlum  idi.  Ə.Musayev  etiraf 
edir ki,  o,  həyat yolunda  Əziz  Əliyev kimi  ikinci  nurlu  ada­
ma  rast  gəlməyib.  Bir  dəfə  Əziz  Mərftmədkərim  oğlıı 
söhbət  əsnasında  Ə.Musayevə  diqqət  yetirib  soruşur:
- Üz-gözündən xəstəyə  oxşayırsan,  həkimə  müraciət 
etmisənmi?
- Bronxitim var.
-  Maliyyə-təsərrüfat  bölməsindən  putyovka  götür,get 
kurorta.
-  İndi  putyovka olmur.
Əziz  Məmmədkərim  oğlu  qələm  götürüb  masaüstü 
təqvimində nəsə qeyd  edib deyir:
-Putyovka  üçün  mən  MK-ya  zəng  vuraram,  sən  isə 
məzuniyyətə  hazırlaş.
İki  həftədən  sonra  Ə.Musayev  Kislovodska  müa­
licəyə gedir.
1944-cü  ilin  axırlarında  Dövlət  Müdafiə  Komitəsinin 
Keçici  Qırmızı  Bayrağını  Dağıstana  təntənəli  surətdə 
təqdim  etmək  üçün  kənd  təsərrüfatı  qabaqcıllarının  geniş 
müşavirəsi  çağırılır.  Həmin  müşavirəyə  Lak  və  Kulin  ra­
yonlarından  otuz  nəfər  nümayəndə  gətirən  avtomaşın 
yolda  qəzaya  uğrayır,  iki  çoban,  bir  sağıcı  həlak  olur. 
Ciddi  xəsarət  almış  digər  nümayəndələr  isə  Buynaksk 
xəstəxanasına yerləşdirilir.
Bu  xəbər  Əziz  Əliyevi  həddindən  artıq  sarsıdır.  O, 
dərhal,  yaralıların  yemək  və  ən  vacib  dərmanlarla  təmin 
olunması  barədə  sərəncam  verir.  Qospitallardan  təcili 
cərrahlar  yığıb,  Buynaksk  xəstəxanasına  göndərir.  Zərər 
çəkənlərin  hamısı  vaxtında  həyata qaytarılır.
so 536
________ _______
Reyhan Mirzəzadə
________________
l
Dağıstanlılar qeyd edir ki,  alicənab  bir insan,  yüksək 
mədəniyyət  sahibi  olan  Əziz  Əliyevə  səsini  qaldırmaq  və 
yaxud  hökmranlıq  ədası  ilə  rəhbərlik  etmək  üsulları  yad 
idi.  Ayrı-ayrılıqda  hər  işçiyə  qarşı  onun  özünəməxsus 
fərdi  yanaşma  metodu  vardı,  kimini  ürəkləndirir,  kimiyə 
qol-qanad  verir,  kimini  də  düşünməyə,  baş  işlətməyə 
məcbur edirdi.
Müharibənin  şüddətli  vaxtında  Əhməd  Musayevin 
ailəsində  gərgin  vəziyyət  yaranır.  Kiçik  qardaşı  mühari­
bədə həlak  olduğundan  anası  gecə-gündüz  aravermədən 
göz yaşı axıdır.  O,  hər dəfə işdən evə qayıdanda,  gecələr 
anasını  inildəyən  görür.  0,  çox  pis  yatır,  yeməkdən 
kəsilir, tez-tez xəstələnir.
Bütün  bunlar  Əhmədin  də  yuxularını  və  əsəblərini 
pozur.  0,  bu  əzabverici  vəziyyətdən  canını  qurtarmaq 
üçün  cəbhəyə getməyi qərara alır.  Bu  niyyətlə işdən  azad 
olunması  barədə  Vilayət  Partiya  Komitəsinə  üç  dəfə 
müraciət edir.  Üçüncü  ərizədən  sonra  onu  Mərkəzi  Komi­
təyə çağırırlar.  Əhməd  Musayev ön  cəbhədə Vətənə arxa 
cəbhədə  işlədiyindən  daha  çox  fayda  verə  biləcəyini 
söyləyir.  Əziz Əliyev isə  bununla  razılaşmır:
-  Siz  çox  səhv  edirsiniz,  -  deyir  və  sözünə  davam 
edir -  Möhkəm  arxa  cəbhə  olmadan  biz  düşməni  məğlub 
edə bilmərik.  Siz rayon  rəhbəri kimi  bütöv bir diviziyam  ən 
vacib  ləvazimatlarla  təmin  edirsiniz.  Amma  cəbhəçi  kimi 
faydanız  ola  bilməz,  çünki  döyüşçü  səriştəniz  yoxdur, 
orduda  xidmət  etməmisiniz...  Əziz  Əliyev  Musayevi  baş­
dan-ayağa  süzüb  mənalı-mənalı  gülümsünür:  “Əminəm 
ki,  bu  cür  ərizəni  zehin  yorğunluğu  və  əsəb  gərginliyində 
yazmaq  olar.  Belə  əsəbləşmək  nə  üçün?"  Musayev 
onunla  səmimi  və  açıq  danışmağı  qərara  alır.  Əhvalatı 
olduğu  kimi  söyləyir.  Lakin  Əziz  Əliyev  onun  bütün
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 537
 oa

dəlillərini  alt-üst  edib  başa  salır  ki,  o,  sadəcə  çətinlikdən 
qaçır:
-  Sən  hətta  orasını  düşünməmisən  ki,  bu  hərəkətin 
ananı  daha  da  sarsılda  biləri-deyir.  Bu  sözlər  Musayevi 
elə  təsirləndirir  ki,  ərizəni  alıb  elə  oradaca  cırır.  Əziz 
Əliyevin  müdrik  nəsihətlərinin  ona  necə  mənəvi  kömək 
göstərdiyini çox-çox sonralar anlayır.
Artıq  dünya  ictimaiyyəti  faşizm  üzərində  Qələbənin 
65  illiyini  qeyd  edir.  Ağır,  çətin,  məsuliyyətli,  əzablı,  son 
dərəcə  cəsarət  və  səbr  tələb  edən  müharibə  illəri  bir  da­
ha  sübut  etdi  ki,  doğrudan  da  heç  bir  zəfərə  çiçəkli  yol­
larla  gedilmir.  Milyonlarla  oğulun,  qızın  qanı,  canı  ba­
hasına,  iki  qüdrətli  xalqın  mərd  və  ləyaqətli  oğlu  Əziz 
Əliyev  kimi  güclü  rəhbərlik  qabiliyyətinə  malik  olan  şəx­
siyyətlərin  bacarığı  və zəkası  hesabına  bəşəriyyət faşizmi 
diz çökdürdü.
Böyük  elm  və  dövlət  xadimi,  ən  ali  mənəvi  dəyər­
lərin  və  humanizmin  carçısı  olan  Əziz  Əliyevin  isə  adı 
Azərbaycan  və  Dağıstan  xalqlarının  ürəyində  yaşayır, 
əbədi  olaraq da yaşayacaq!..
_______________
Reyhan Mirzəzadə
________________
“525-ci qəzet” 
30 aprel 2010-cu  il.
во 
538 
ca
FƏDAİ
Böyük  Vətən  müharibəsində  alman  faşizminə  qarşı 
qanlı  mübarizə  zamanı  keçmiş  sovet  marşalı  Qeorgi 
Jukov Moskvanın  müdafiəsindəki  xidmətlərinə görə  Stalin 
haqqında  belə  bir  fikir  söyləmişdi:“0 ,  həlli  mümkün 
olmayan işləri həyata  keçirdi”.
Təcrübəli  hərbçinin  bu  sözlərini  inkar  etmək  istə­
məzdim.  Lakin  umduğum  odur  ki,  Jukov  kimi  marşallar 
qısqanclığını  içində  boğub  düşmənin  az  qala  ikicə  ad­
dımlığına  yetişdiyi,  el dilində  desək,  taleyi  tükdən  ası­
lı  olan  Dağıstanın  və  həmin  o  Stalinin,  eləcə  də  Sovet 
Hakimiyyəti  və  hərbisinin  üzünü  ağ  eləyən  Bakı  neftinin 
mətin  müdafiəsində  Əziz  Əliyevin  xidmət  və  fədakar­
lığının  əzəmətini  də  haqq-ədalət  naminə  dillərinə  gətir­
məkdə  özlərində  güc  tapaydılar.  Unutmayaydılar  ki, 
Azərbaycan  xalqı  qələbənin  qazanılmasında  özünəməx­
sus  əzmkarlıqla  çalışmış,  dünyanı  lərzəyə  gətirən  faşiz­
min  məhv  edilməsində  saysız-hesabsız  şücaətlər göstər­
mişdi.
Həmin  vaxtlar on  minlərlə  oğullarımız  döyüşə  getdi. 
Cavan  gəlinlərimiz  körpə  uşaqlarını,  balalarını  dəmir  və 
taxta  çarpayılarda  əlverişsiz şəraitdə  yatızdırıb  öz  cehiz 
yorğan-döşəklərinin  yununu  boşaldaraq  cəbhə  üçün  lazı­
mi  məhsullar  istehsal  etməyə  göndərdi.  Ağbirçək  ana­
larımız  səhərlərə  qədər  əsgərlər  üçün  isti  corab,  əlcək 
toxuyub  döyüş  meydanlarına yolladı.  İnsanlarımız  aclığa, 
kasıbçılığa,  hər cür  dərdlərə  dözdü,  ilk  növbədə cəbhəni 
düşündü.  Paytaxtımız  istirahət  bilmədi.  Azərbaycanın 
alim  övladı  Yusif  Məmmədəliyevin  elmdə  kəşf etdiyi  yeni 
icadları  ilə  Sovetin  qırıcı  təyyarələri  düşmənə  aramsız 
zərbələr  endirdi.  Bakı  yanacaq  məhsulları,  elmə  yeni 
gətirilən  donmayan  benzini  ilə  gecə-gündüz  sovet  hərbi­
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so  539 oa

sini təmin etdi.SSRl-nin tankları,  BTR-ləri,  bütün  ağır tex­
nikası  güvəndiyi  Bakıdan  və  Bakı  neftindən  güc  alıb 
qüdrətləndi.
Bakıya  layiq  olduğu  “Qəhrəman  şəhər”  adı  veril­
məməsində  keçmiş  SSRİ  rəhbərliyindəki  ermənipərəst 
qüvvələrin  əqidəsinə  qısqanclıq  və  gözügötürməməzlik 
kimi  cılız  hisslər  hakim  kəsilsə  də,  xalqımızın  və 
respublikamızın  9  May  qələbəsindəki  misilsiz  qəhrəman­
lıqlarını  bütün  dünya  dərk  etdi.  Mikoyan  və  hakimiyyətin 
digər  mikoyansifətləri  Yusif  Məmmədəliyevə  nəzərdə 
tutulan  Nobel  Mükafatı,  Sovet  İttifaqı  Qəhrəmanı,  yaxud 
Sosialist  Əməyi  Qəhrəmanı  adı  verilməsinə  maneçilik 
törətsələr  də,  xalqımızın  müharibədəki  əvəzolunmaz  işti­
rakı  tarixin  şanlı  səhifələrinə  yazıldı.  Sovet  Ordusunun 
yanacaq,  digər neft məhsulları  ilə aramsız təminatı,  nəfəs 
dərmədən  istehsal edilən  sənaye,  kənd  təsərrüfatı  malları 
ilə  təchizatı  bir  yana,  o  ağır  müharibə  illərində  Azərbay­
can  xalqı  300  mindən  çox  oğul  və  qızını  qurban  verdi  ki, 
bu,  ərazisi  bütövlükdə  işğal  olunmuş  Belarusun  itkiləri 
qədər idi.
Bütün  Azərbaycan  xalqı  kimi  Əziz  Əliyev  də  ölü­
mün,  itkinin milyonlarla  insana gətirdiyi  acıları,  müsibətlə­
ri  gözləri  ilə  görmüşdü.  Hələ  müharibədən  4-5  il  əv­
vəl  canından  artıq  sevdiyi xalqı  buna  bənzər  başqa 
fəlakətlə  üzləşmişdi.  Xalqımızın  50 min  nəfərdən artıq  öv­
ladı  güllələndi,  100  min  nəfərdən çoxu  Sibirə və Qazaxıs­
tana sürgün edildi.  Lakin  fərq  onda  idi  ki,  həmin vaxt 
millətimizin 
balaları  alman faşizmi deyil,  erməni faşizmi­
nin əli  ilə  Kremlin  məhz  özü  tərəfindən  güdaza  veril­
mişdi.
O  zaman  Əziz  Məmmədkərim  oğlu  respublikamız­
da  səhiyyə sahəsinə  rəhbərlik etdiyi  üçün onun fədakarlı­
ğı  həkimləri demək olar ki,bu  repressiyalardan  qoruya  bil­
_______________
Reyhan Mirzdzadd
________________
so 
540 
ca
I
di.  Kim  bilir,  bəlkə  də  bu  görkəmli fədai Azərbaycan­
da  birinci sima olsaydı,  heç xalqımızın  başına  bu qədər 
bəlalar gəlməzdi.  Çünki  Moskva  ilə dil tapmaq  hər  oğu­
lun  işi deyildi.  Kremldə məsul  vəzifədə  olan  daşnaksüt- 
yunçu  Anastas  Mikoyan Stalinə müharibənin  qızğın vax­
tında  belə,  azərbaycanlıları  Orta  Asiyaya  yenidən  sür­
gün etməyin vacibliyini  inandıra  bilmişdi.
Azərbaycan  KP MK-in  Birinci  katibi  Mir Cəfər Ba­
ğırov  o zamankı  Nazirlər  Sovetinin  sədri  Teymur  Quli­
yevi  yanına  çağırıb  demişdi:“Onlar  erməni  fitvasına 
əsasən  bu  xalqı  köçürtməklə  respublikamızı  yox  et­
mək  istəyirlər.Bununla  bağlı  Stalin  məni  çağırır.  Əgər 
bu  planın  səhv  addım  olduğunu  ona  inandırıb,  fik­
rindən  daşındırmasam,  elə  kabinetində  öldürəcəyəm, 
özümlə  ikinci  tapança  götürmüşəm.  Bunu  ona  görə 
sənə  deyirəm  ki,  geri  qayıtmasam,  əsl  həqiqəti  bilə­
sən,  sonralar nə yolla  isə  xalqa,  gələcək  nəsillərə  çat­
dırasan...” (F.Güney.  "Qara  qan” romanı  II  hissə,  səh. 
264).
Xalqı qoruyan  qüvvə onun  ilahi  sərvəti-neft oldu.
İndi  isə  neftin  özünü  qorumaq  lazım  idi.  Odur ki,  hə­
yəcanlı  baxışlar  Hitlerin  və  faşist  ordusunun  dişlə­
rini  qıcadığı  Dağıstana  zillənmişdi.
Dağlılar da çox qurbanlar verdi.  Amma  bu  iki  qardaş 
xalqı  və  respublikanı  -   Azərbaycanı  və  Dağıstanı  işğal 
edə,  əzmini  qıra,  qürurunu  sındıra  bilmədilər.  Faşizm 
bəlkə  də  təcrübəsində  ən  ağır  zərbələrindən  birinə  tuş 
gəlib,  bumu  oyula-oyula,  başılovlu  geri  çəkilərək  öz 
vayına  oturmağa  məcbur  oldu.  Jukovlar  isə  belə 
qələbələri  yalnız  Stalinin  adına  yazmaqla  kifayətləndilər. 
Buna  əsla  təəccüblənmək  və  təəssüflənmək  lazım  deyil. 
Çünki  zaman  çalxalandıqca  onsuz  da  çox  şeylər  üzə 
çıxmaqdadır...
____
Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi
____
so 541
 ca

Azərbaycanın  fədakar oğlu  Əziz  Əliyevin  uşaqlıq  və 
yeniyetməlik  dövrü  doğma  İrəvanla  bağlı  olmuşdur. 
I.Məmmədov,  S.Əsədov  “Ermənistan  azərbaycanlılarının 
acı  taleyi”  adlı  kitabında  1410-cu  ildən  1828-ci  ilədək 
İrəvan 
xanlığını 
idarə  edən 
hökmdarların  adlarını 
Hovhanes  Şahtaxtunanın  tərtib  etdiyi  siyahıya  əsasən 
göstərmişlər  ki,  həmin  dövrdə  Əmir  Səddən  tutm uş 
Hüseyn  xan,  Həsən  xan  Qacar  qardaşlarınadək  ardıcıl 
olaraq  nə  az,  nə  çox,  düz  50  nəfər  azərbaycanlı,  m ü səl­
man  hökmdar  İrəvan  xanlığına  rəhbərlik  etmişdir.  Bu 
dövrdə  İrəvan  Qafqazda  elmin,  maarifin,  mədəniyyətin  ə n  
çox  inkişaf  etdiyi  mərkəzlərdən  biri  idi.  Burada  1881-ci 
ildən  Müəllimlər  seminariyası,  o  cümlədən  üç  gimnaziya, 
bir  qadın  gimnaziyası,  rus-tatar  məktəbləri,  iki  pansionat, 
mədrəsələr  fəaliyyət  göstərirdi.  “Leylək”  satirik  jurnalı, 
“Həqiqət”  bədii  jurnalı  nəşr  olunur,  teatr  tamaşaları 
nümayiş  etdirilirdi.  Təsadüfi  deyildir  ki,  onlarla  azərbay­
canlı  övladı  Rusiyanın  və  Avropanın  məşhur  univer­
sitetlərinə  məhz  belə  zəngin  mədəni  -   mənəvi  mühitdən 
pərvazlanmışdı.
XIX  əsrin  ortalarında  İrəvanın  məşhur  Gedərçay 
məhəlləsində  Qurbanəli  adında  bir  vətəndaş  yaşayırdı. 
Onun  iki  övladı  dünyaya  gəlmişdi:  Məmmədkərim  və 
Ələkbər.  Məmmədkərim  İrəvanın  bəy  nəslindən  olan 
Zəhra  xanım  Süleymaribəyova  ilə  ailə  qurmuşdu.  Zəhra 
xanımın  anası  Bilqeyis  Qazıyeva  İrəvan  Quberniyasının 
zadəganlarından  olan  Mirzə  Cabbar  Qazıyev  nəs­
linin  nümayəndəsi,  atası  isə  İrəvanın  sanballı  şəcərə­
lərindən  biri,  kökündə  məşhur  rəssam  Mirzə  Qədim 
İrəvani  olan  Qədimbəyovlardan  idi.  Məmmədkərimin  beş 
övladı  vardı:  Tərlan,  Göyçək,  Əziz,  Şamama,  Ziyad.
Əziz  ilk  təhsilini  İbadulla  bəy  Muğanlınskinin 
pansionatında  alıb.  Pansionatda  ona  Fars  Abbasın  oğlu,
_______________
Reyhan Mirzəzadə
_________________
so  542 ca
gələcəyin  tanınmış  dilçi-alimi  Cabbar Məmmədzadə dərs 
deyib.  Burada  şagirdlər  ərəb,  fars,  rus  dili  ilə  yana­
şı,  fransız  dilini  də öyrənirdilər.  Görkəmli  tədqiqatçı-alim 
Əziz  Şərif  yazır  ki,  o  zaman  azərbaycanlı  uşaqları 
gimnaziyaya  hazırlaşdırmaq  üçün  iki  pansionat  var  idi. 
Bunlardan  birini  müəllim  Cəfər  bəy  Cəfərov,  ikincisini 
ibadulla  bəy  Muğanlınski  ilə  Cabbar  bəy  Məmmədov 
saxlayırdı.
Əziz  Əliyev  pansionatı  bitirdikdən  sonra  İrəvan 
Gimnaziyasında  təhsilini  davam  etdirir.  Sonralar  aldı­
ğı  mükəmməl  təhsili  onun  fitri  istedadından  rövnəq­
lənib  Əzizi  tibb  elminin  də  fədaisi  zirvəsinə  ucaldır.  O, 
neçə-neçə elmi əsərin, dərsliklərin,  yeni  kəşflərin  müəllifi­
nə  çevrilir.  Minlərlə  insanın  sağlamlığının  qorunması, 
düçar 
olduğu 
xəstəlikdən  qurtulub  yenidən  həya­
ta  qaytarılması  yolunda  ürəklə, vicdanla  çalışır.
Həmin  dövrdə  Sovet  hakimiyyəti  rəhbərlərindən 
əksəriyyətinin  mənəviyyatsız  siyasəti  insanlara  psixoloji 
və  cismani  zərbələr  vururdu.  Bütün  imperiya  daxilindəki 
müsəlman  xalqlarına  münasibət  heç  də  yaxşı  deyildi. 
Erməni 
mənsəbpərəstləri 
xüsusən 
azərbaycanlılar 
haqqında  mənfi  fikir  yaymaqla  məşğul  olub,  xalqımızın 
gəlmə  xalq  kimi  qələmə  verilməsində  dəridən-qabıqdan 
çıxırdılar.  Azərbaycan  ikitərəfli  ağrılar yaşamaqda  idi.  Bir 
tərəfdən  ağır  müharibə,  ikinci  tərəfdən  erməni  fitnələri 
dayanmaq,  səngimək  bilmir,  hər  sahədə  qarşıya  mane­
ələr  çıxarırdı.  Belə  bir  ağır  vaxtda  gizli  şəkildə  azər­
baycanlıları  və  dağıstanlıları  köçürtmək  kimi  çirkin  planlar 
da  cızılırdı.  Bu  planlar  Stalin-Beriya-Mikoyan  üçlüyü 
tərəfindən  diktə  olunurdu.  Onların  işbirliyi  təkcə  Azər­
baycanda  yox,  keçmiş  İttifaqın  hər  yerində  türkdilli 
xalqların  bəlasına,  faciəsinə  çevrildi.  Şimali  Qafqaz 
xalqlarının  köçürülmələri  də  bu  siyasətin,  bu  hiylələrin
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi_
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin