_______________
Reyhan Mirzəzadə
________________
Atasız-anasız boy atdımsa da,
Ancaq üzməmişdir yetimlik məni.
Ən əziz nədirsə mənə dünyada,
İtirmişəm onu: doğma Vətəni!
İstintaq zamanı onun əzişdirilmiş bədəni sızıldayır,
barmaqları sözünə baxmırdı, gestapoçu xrom çəkmələri
nin dabanı ilə neçə dəfə bu barmaqların üstünə çıxmışdı.
Hələ Varşavada, düşərgədə müstəntiqlə ilk görüşdəcə
sındırılmış sol qolu əyri bitmişdi. Unudub, ehtiyatsız tər
pənəndə, dözülməz ağrıları başlanırdı... Böyrəklərini zə-
dələmişdilər... öldürüləcəyini sezmişdi. Dəhşətli zindan
həyatı, faşist cəlladları tərəfindən verilən zülm, əzab və
işgəncələr, yağdırılan təhqirlər əlləri, ayaqları qandallı
şairin vüqarını pozub səsini susdura bilmirdi. O, üzünü
Almaniyaya tutub deyirdi:
Budurmu Vətəni böyük Marksın?
O coşqun Şillerin budurmu yurdu?
Məni qabağına qataraq faşist,
Adıma qul deyib, buramı sürdü?
Hanı al bayraqlı spartakçılar?
Niyə “Rot front la titrəmir hər yer?
Niyə dönə-dönə vurdun məni sən?
Cavab ver, ey alman gənci, cavab ver!..
Onlara “Folkişer bsobaxter” adlı faşist qəzeti ver
məyə başlamışdılar. Qəzet qaytarılmalı idi. Buna ciddi
fikir verilirdi. Lakin nəzarətçilərin ağlına da gəlmirdi ki, hər
ю
492
ca
dəfə qəzetin nisbətən geniş kənarı bir azca daralır: Musa
qəzetin qırağını səliqə ilə kəsib götürür və şeirlərinin
yazılması üçün istifadə edirdi. Beləcə necə davam et
mişdisə, birdən göz açıb görmüşdü ki, əsirlikdə və zin
danda yüz iyirmidən çox şeir və bir poema yazmışdır!
Böyük ideallar uğrunda çarpışan möhkəm iradəli mübariz
olmaq, həmişə azad, başıuca, alnıaçıq yaşamaq, şairin
lirik qəhrəmanının vacib həyat prinsipi idi, onun yaradı
cılığının əsas ideya-bədii istiqamətini təyin etmişdi. Musa
Cəlilin bizə məlum olan ilk şeirindən bir parçanı xatır
latmaq istərdim:
ölüm-dirim cəngi
getdiyin yerdə,
Səmum da, tufan da
bizi saxlamaz.
Assalar,
kəssələr,
öldürsələr də,
Bizi heç bir zaman
qul etmək olmaz!
“Müqəddəs diləklər" adlı bu əsərini yazarkən Musa
nın cəmi on beş yaşı vardı, “ölərik, qul olmarıq!” sözlərini
epiqraf kimi gətirdiyi həmin şeir əslində Musa Cəlilin bü
tün sonrakı əsərlərində, xüsusən “Moabit dəftərləri”ndəki
məşhur şeirlərində özünü göstərən vətənpərvərlik, zora
kılığa-faşizmə qarşı bəşəri mübarizlik, milli əqidəyə sadiq-
liq, tatar övladı və böyük vətəndaş kimi yenilməz xa
rakterinin açılmasına doğru gedən cığırın başlanğıcı idi.
Tatarıstanın Menzelinski şəhərində siyasi işçilərin
kursunda hərbi təlimlərə yorulmadan yiyələnən şairin
qələmi qəzəbli bir silah kimi düşməni lərzəyə salırdı.
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю 493 oa.
Cəbhədə vuruşanlar, arxada çalışanlar şairin alovlu ça
ğırışla dolu şeirlərindən ruhlanır, düşmənə amansız nifrət
bəsləyirdilər. Musa Cəlilin qələbəyə inamla dolu sözləri
insanların qəlbinə yol tapırdı.
Ailəsi ilə vidalaşmaq anı gəlib çatmışdı. Qızından
ayrılmaq şair üçün xüsusilə çətin idi. O, yatmışdı. Musa
ilə Əminə uzun müddət tərəddüd etdilər-oyatsınlar, oyat
masınlar? Oyatsalar, işin nə yerdə olduğunu başa düşə
cək, ağlayacaq, onu da vağzala aparmağı xahiş edəcək
di. Oyatmamağa da ürəkləri gəlmirdi. Yuxudan duracaq,
atasını soruşacaqdı. Sonralar atasını yola salmadığını,
onun üzünə gülümsəmədiyini, bəlkə də sonuncu dəfə
gözlərinə baxmadığını bilmək qız üçün ağır və əzablı
olacaqdı.
Musa arvadının qəmli gözlərinə baxdı.
Uşaq
çarpayısına yaxınlaşdı:
- Çulpancığım, mənəm, atandır. Eşidirsən, qızım?
Mən gedirəm Salamat qal!
Çulpan yuxuda şirin-şirin gərnəşdi, dodaqlarını
marçıldatdı, sonra gözlərini açmadan əllərini uzadıb ata
sının boynunu qucaqladı. Musa ehtiyatla onu qucağına
götürdü. Qızcığazın balaca, isti bədəninin necə mehri
banlıq və səmimiliklə ona tərəf dartındığını hiss etdi.
- Mən gedirəm, qızım. Olar gedim?
Çulpan gözlərini açmadan yanağını şinelin kobud
mahuduna sürtdü, təsdiqləyici ahənglə başını tərpətdi.
Deməli, olar...
Musa boğazını tutan qəhəri uddu, uşağı sinəsinə
daha bərk sıxdı. Tələsmək lazım idi. Vağzalda yoldaşları
gözləyirdilər. Musa üzünü bir də qızının arıq, sümükləri
çıxmış çiyninə sıxdı. Sanki onun bədəninin doğma, insanı
riqqətə gətirən munis ətrini özü ilə aparmaq istəyirdi.
_______________
Reyhan Mirzəzadə
________________
ю
494 сл
Artıq həmin anların kövrək, nisgilli duyğuları Musanın
beynindəki deyil, qəlbindəki misralarına hopurdu:
...Qızım, neçin mənə həsrətlə baxdın,
O ayrılıq çağı, vida anında?
Bəlkə hiss etdin ki, atanın canı
Həsrətdən üzülüb qaldı yanında?
Gülüm, sezdinmi ki, səndən ayrılmaq
Əcəldən acıdır, ölümdən betər.
Dolmuş bir buluddur atanın könlü,
Bircə mehə bənddir dolmuş könüllər.
...Mənim həyatımın kimlədi süsü?
Anan, gözəl anan, gülüm, bir də sən.
Məgər bu əbədilik bu ağ gündüzü
Bizə verməmişdir bu böyük Vətən?!
Əlləri baltalı, dişləri qanlı
Vəhşilər soxuldu bu gülşən yurda.
Qala bilərdimmi bir kənarda mən,
ölüm-dirim adlı bu vurhavurda?!
Gedirəm, yadların ovum burnunu,
Çəkim keşiyini bizim baharın.
Yıxılsam, canımla, qalsam, köksümlə,
Kəsim qollarını qəsbkarların!
...Qanımı verərəm, sönməz heç zaman
Ərzə ayna tutan Çulpanım mənim.
Nəbzimi, canımı verərəm sənə,
Məzarda dinc yatar ruhum, bədənim.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю
495
ся
...Əlvida, göyçəyim, dan söküləndə
Daim o ulduzu görməkdir əhdim.
Dönərəm yanına qalib gələndə,
Çiynimdə avtomat-
zəfər şöhrətim...
1942-ci ilin yanvarında Leninqrad ərazisində Volxov
cəbhəsinə göndərilən şair hərbi müxbir və siyasi işçi kimi
gərgin və çətin işlər aparmağa başladı. Musa Cəlilin o
dövrdəki hərbi lirikası cəbhə həyatının və əsgər taleyinin
bütün cizgiləri ilə zəngin idi. “Dil”, “Qələbə", “Hücumdan
qabaq", “İz”, “Yuxu” və digər şeirlərində sərt qəhrəmanlıq
motivləri ilə sadə insani duyğular, sevinclər bir-birinə
qarışmışdı.
Şairin
cəbhə
şeirləri
1942-ci
ildə
Kazanda
“Topçunun andı” adı altında nəşr edildi.Bu, Cəlilin sağlı
ğında onun ana dilində buraxılmış son kitabı idi. O, bir
müddət “İgidlik” adlı cəbhə qəzetində əməkdaşlıq et
di.Tez-tez atəş xəttində, qaynar nöqtələrdə oldu. Əsgər
döyüşçülərin igidlikləri, şücaəti, hitlerçilərin törətdikləri
qanlı cinayətlər barədə həyəcanlı yazılar yazdı. Cəbhə
həyatı Musa Cəlili daha da möhkəmləndirdi, mətinləş-
dirdi. Sərt döyüşlər sanki onu həyatının dəhşətli, faciəli
finalına hazırladı.
1942-ci il iyunun 25-26-da Novqorodun Kerest çayı
sahilində vuruşma zamanı ağır yaralanan şair faşistlərə
əsir düdü.Onu əvvəlcə Qərbi Dvina (Dauqava) çayı
yanındakı həbs düşərgəsinə, sonralar Polşa ərazisində
yerləşən Demblin qala-düşərgəsinə, ordan da hərbi
əsirlərin Berlin ətrafındakı Vustrau düşərgəsinə apardılar.
Əsirlik şairi sıxsa da, o, hər cür əzaba dözdü, lakin təslim
olmadı. Şair faşist hökmranlığının bütün fitnələrinə qarşı
mübarizə aparan gizli qrupa qoşuldu. Almanlar özlərinin
_______________
Reyhan Mirzəzadə
________________
во 49 боя
mühacirlərdən təşkil etdikləri “Udil-Ural”adlı tatar millətçi
komitəsinə xüsusilə ümid bəsləyirdi.Bu komitə tatar,
başqırd, özbək və başqa millətlərdən olan hərbi əsirlər
arasında təbliğat aparmalı və onları faşistlər tərəfində
vuruşmağa cəlb etməli idi.Onlar bu çirkin niyyəti üçün
Musa Cəlilin nüfuzundan istifadə etmək istəyirdilər. Müd
rik və uzaqgörən şair hərbi əsirlər arasında fəal gizli iş
aparmaq üçün komitə ilə "əməkdaşlıq” etməyi “qərara
aldı".Əslində bu qərarın özü əsl mərdlik idi. Şair hər gün,
hər an ölümlə üz-üzə gəlməkdən qorxmadı.Düşmənlərlə
“əlbir" olduğuna görə keçmiş sovet adamlarının onu Və
tən xaini adlandıracaqlarını bilə-bilə bu yoldan çəkinmədi.
Musa Cəlil düşərgədə Bryansk yaxınlığındakı gərgin
vuruşlarda əsir düşmüş digər tatar yazıçısı, şairi, dram
əsərləri, uşaq şeir və nağıllarının müəllifi kimi sevilən Ab
dulla Əlişlə rastlaşdı. Onunla bərabər, Abdulla Əliş də
“Udil-Ural legionu tərkibində {böyük qoşun birləşməsində)
faşistlərə zərbələr vuran tədbirlərin həyata keçirilməsi
əməliyyatlarında yaxından iştirak etdi.Yaradılmış gizli
qrup müvəffəqiyyətlə antifaşist vərəqələr yayır, hərbi
əsirlərin qaçmasını təşkil edirdi. “Milli !egion”dan bir
batalyona qədər adam qaçıb partizanlara qoşuldu. Lakin
bir satqın dəstəni ələ verdi. Faşistlər başda Musa Cəlil
olmaqla, bütün qrupu həbs etdilər. Dustaqları Berlinin
Moabit hərbi-siyasi həbsxanasına göndərdilər. Drezden
dəki imperiya məhkəməsi onları ölümə məhkum etdi.
Musa Cəlil “Məhkum" şeirində haqqında verilən amansız
hökmə cavabsız qalmadı:
Onun məhkəməsi olmuşdur bu gün,
Gərək öldürülsün, kəsilsin başı.
O isə ağlamır, çünki ağlayıb
Çoxdan qurumuşdur gözünün yaşı.
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi
_____
во 497 oa
Hamı yuxulamışdır məhbəsdə budur,
Düşmüş pəncərədən ayın kölgəsi.
Bircə o yatmayır, hey düşünür ki,
Yetim böyüyəcək əziz körpəsi.
Qəribə işlər var, bəzi vaxt ölüm
Gəlir tufan ilə, gəlir el ilə.
Təəccüb etmirsən qəlbində sənin
Hətta bir yarpaq da titrəmir belə.
Üzündə təbəssüm məğrur durursan,
“Di qalx, öləcəksən, gedək!” deyirlər.
Amma nədəndirsə, daha çox indi
Yazmaq istəyirəm odlu şeirlər.
Sizə çətin deyil öldürmək məni,
Bunu istəyirsiz - aydındır mətləb.
Ancaq siz şairə ölümdən əvvəl
Bircə qələm verin, bir də mürəkkəb.
Qorxu deyilən hiss şair-qəhrəmanın ruhuna tama
milə yad idi. Musa Cəlil heç vaxt, heç bir yerdə ölümdən
qorxmamışdı.Əgər belə olmasaydı, üzünə ölüm hökmü
oxunandan sonra “Azadlıq”, “Nəğmə”, “Meşə", “Quşcu
ğaz”, “Qılınc”, “Pul", “Məhkum”, “Döyüşdən sonra", “Yaza
köməyimiz”, “ölüm ə", “Vəhşilik”, “Alman ölkəsində”,
“Dostuma”, “Cəllada”, “İnanma” və s. insan qanına
susamış faşist cəlladlarını nifrətlə, azadlıq carçılarına
məhəbbətlə, gələcəyə böyük inamla dolu şeirlərini yaza
bilməzdi. Ana itkisinin acısını bir an unuda bilməyən şair,
hələ 1938-ci ildə "Ana" adlı şeir-andında bütün mərhum
anaların övladı kimi səsini ucaltmışdı:
_500_ся_I_I__Azərbaycançılıq_və_vətənpərvərlik_məfkurəsi.'>________________Reyhan_Mirzəzadə__________________so__498__oa'>...______________
Reyhan Mirzəzadə
________________
so
498
oa
...Anamın uzanıb yatdığı tabut
Əbədi zülmətdir mənim gözümdə.
O çağdan qayğılar aldı könlümü,
Tabutun kölgəsi qaldı üzümdə
...Mərhum Anaların göz yaşlarına,
Ürək ağrısına and içirəm mən,
Vətən sevgisinin nəbzimdə çarpan
Hər bir vurğusuna and içirəm mən.
Dibindən kəsərəm biləklərini,
Düşmən əl uzatsa azadlığıma.
Onun dırnağı da toxuna bilməz
Ana Vətənimə, doğma xalqıma.
Filologiya elmləri doktoru Pənah Xəlilovun yazdıq
larından: “...Musa Cəlilin və dostlarlının başını balta ilə
vurub bədəndan ayırmışlar. Bu vəhşi cəza tədbiri elə
qurulubmuş ki, ölümünə hökm verilmiş on iki nəfər tatar
üçün (bunların içində Abdulla Əliş də vardı - R.Mirzə-
zadə) 33 dəqiqə - hər nəfərə üç dəqiqə vaxt lazım
gəlirmiş. Pletsenzeye həbsxanasındakı eşefotda gilyotini
(gilyotin - Fransada 1792-ci il Böyük Fransa İnqilabı
dövründə məhkumların başının kəsilməsi üçün tətbiq
edilmiş edam dəzgahıdır. Həkim J.Gilyotenin təklifi ilə
yaradılmışdır. Hitler də edam cəzası üçün xeyli sayda gil
yotin dəzgahı hazırlatdırmışdı.1981-ci ildə Fransa Milli
Məclisi gilyotin vasitəsi ilə edamın ləvği barədə qanun
qəbul etmişdir - R. Mirzəzadə) görənlərdən biri onu belə
təsvir edir:“Məhkum olunmuş adam hündür taxtanın
üstünə qalxmalıdır,taxtanın axırında baş üçün oyuq
vardır. Məhkum özünə gələnə kimi cəllad köməkçiləri onu
bu taxtaya elə atırlar ki, şarnirə birləşdirilmiş taxta 90°
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
_____
so
499
оз
enir. Əyilmiş taxta məhkumu atıb lazım olan vəziyyətə
salır.Məhkumun başı düz gilyotinin altına enir...Elə həmin
anda cəllad düyməni basır. Gilyotinin tiyəsi qıjıltıyla aşağı
enir və edam olunanın başı xüsusi hazırlanmış hörm ə
səbətə düşür”.
Musa Cəlil 1944-cü il avqust ayının 25-də saat
12.21 dəqiqədə edam olundu. Adətən eşefota sürüklənən
məhkumlar özlərini itirərdilər. Lakin hökmdən əvvəl Musa
Cəlil və onun dostları ilə söhbət edən məhbəs ruhanisinin
etirafına görə, ölüm ərəfəsində tatarların üzündə təbəs
süm vardı”.
Həbsxananın keşişi Yurıtko Musa Cəlillə tez-tez
görüşürmüş və hətta ona ömrünün son günlərində oxu
maq üçün dahi alman şairi Yohann Volfqanq Hötenin “Fa
ust” əsərini gətiribmiş. Musa bir italiyalı hərbi əsirlə də
dostluq edirmiş. Bu italiyalı çox dindar adam imiş. Ren-
niero Lanfredini adlı həmin italyan Musa Cəlil və onun
yoldaşları haqqında aşağıdakı məlumatı vermişdi: “Bu on
iki dost müxtəlif kameralarda yatırdı.Onlar həmişə şən və
nikbin idilər.
1944-cü il avqustun 25-də səhər saat 6-da
kameraların qapısı açıldı. Mən o zaman Musa Cəlillə bir
kamerada qalırdım.Gözətçi onların familiyalarını oxudu
və çölə çıxmağı əmr etdi.Biz məsələnin nə yerdə
olduğunu başa düşdük...
Mən dəhşətə gəldim. Onlar gülə-gülə mənə dedi-
lər:“Sən ölümdən qorxdun, bax, biz ölümə gedirik".
Sonradan eşitdim ki, tatarlar öləndə də vüqarla və
əzəmətlə ölmüşlər”.
Vüqar və əzəmətə gedən yol isə şairin misrala
rından keçirdi:
_______________
Reyhan Mirzəzadə
_________________
vr> 500 ся
I
I
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi.
Yaxud:
Sənin həbsxananda dustaq olsam da əgər,
Dizim bükülməyəcək sənin önündə qatil!
Mənim ölüm saatım gələcəkdir bir səhər
Başımı kəsəcəksən, mən ancaq ayaq üstə
öləcəyəm, onu bil!
öldür! Diz çökmərəm qarşında qatil!
Dustağam.Qəlbimsə dustağın deyil.
Başımı baltanla üzə bilərsən,
Fəqət, baş əymədən öləcəyəm bil!
Heyif ki, sizlərdən min qulduru yox,
Yüzünü silmişəm dünya üzündən.
Elə buna görə gərək xalqımın
önündə diz çöküb üzr istəyəm mən.
P.
Xəlilovun qeyd etdiyi, müxtəlif əsrlərdə yaşayan
iki qardaş xalqın mübariz şairlərinin taleyindəki bir-birinə
bənzəyən acı məqamları yada salmaq yerinə düşərdi:
“Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin vəhşi
cəsinə edamından 600 il keçəndən sonra, ağlın, elmin,
demokratik ideyaların misilsiz inkişaf etdiyi XX əsrin
ortalarında təxminən bu edama bənzər yeni bir cinayət
baş verdi, ö z Vətənini, xalqını, azadlığını qoruduğuna
görə bir tatar şairini Almaniyanın mərkəzində vəhşicəsinə
edam etdilər. Nəsiminin dərisini soymaq hökmü çıxa-
rılmşdı. XX əsrin şairinin başım Hitlerin 30-cu illərdə ha
zırladığı iyirmi gilyotindən birinin ağzına vermək haqqında
hökm imzalanmışdı. Hər iki sənətkar hökmün icrasını
gözləyə-gözləyə yeganə silaha - onları əbədi yaşada
bilən qələmə əl atmışdı.İkisi də zindanda oturub səhər
düşmənlərlə necə üz-üzə duracaqlarını, cəllad qarşısında
so
501
ca
necə dayanacaqlarını düşünmüş, düşündüklərini də ka
ğıza köçürüb nəsillərə vermişlər".
Görkəmli alimimiz P.Xəlilovun iki qardaş xalqın
əzablarla öldürülən şairlərinin faciəli taleyini müqayisə
etməsi Nəsiminin ölüm anında saralmış bənizini yenidən
gözlərim önündə canlandırdı.Qardaş Özbəkistanın tanın
mış şairi Nəsrəddin Məhəmmədəliyevin “Nəsiminin son
sözü” şeirini xatırladım. Qoy bu kövrək misralar Nəsimi ilə
Musa Cəlilin doğma ruhlarını bir-birinə qovuşdursun:
...Cəllad çəkir qılıncını,
Ulduz - ulduz qızarır yer.
Qışqırmıram, yalvarmıram,
Mənim andım və inamım
ölümdən də qüvvətlidir.
Döyüşlərdə keçdi ömrüm
Qanım axdı çiçək-çiçək.
Həmişəlik yanacağam üfüqlərdə
Əbədiyyət Günəşitək.
...Ağlatmışam əzabı mən, zülümü mən,
Mənim ruhum uçur-uçur gələcəyə,
Torpaq kimi tanımıram ölümü mən.
Musa Cəlillə birlikdə faşistlərin ölüm düşərgəsində
olmuş Niqmət Terequlov 1946-cı ildə doğma Vətəninə
qayıtmış və qəhrəman-şair Musa Cəlilin birinci “Moabit
dəftəri’ ni Kazanda Yazıçılar İttifaqına vermişdi.Ərəb əlif
bası ilə yazılmış həmin dəftərin axırında Musa, öz ürək
sözlərini demiş, əməl dostlarına xahişini bildirmişdi:
“Ey tatar dilini bilib bu dəftəri oxuyan dost, bu dəftər
məşhur tatar şairi Musa Cəlilindir. Onun həyat yolu
_______________
Reyhan Mirzazada
________________
s o
502 ca
belədir...O, 1942-ci ildə cəbhədə vuruşan zaman yaralı
halda əsir alınmışdır. Əsirlikdə dəhşətlər görmüş, dəfə
lərlə ölümdən qurtarmışdır. Sonra onu Berlinə gətirmişlər.
Burada onu sovet təbliğatı yayan gizli təşkilatda iştirak
etməkdə günahlandırmış və həbs etmişlər. Onu ölüm
hökmü gözləyir. O, öləcəkdir. Ancaq onun həbsxanada
və əsirlikdə olan zaman yazdığı 115 şeir qalacaqdır. O,
şeirlərindən nigarandır.Əgər bu dəftər sənin əlinə keçsə,
diqqətlə, səliqə ilə şeirlərin üzünü köçür, saxla və m ü
haribədən sonra Kazana xəbər ver Həmin şeirləri tatar
xalqının mərhum şairi Musa Cəlilin adı altında nəşr et-
dir.Mənim vəsiyyətim belədir. Musa Cəlil, 1943, d e ka b r".
Həmin hadisədən bir il sonra Belçika vətənpərvəri
Andre Timmermans Brüsseldəki keçmiş sovet səfirliyinə
Musa Cəlilin ikinci “Moabit dəftəri’ni təhvil verdirmiş,
səfirlik həmin dəftəri Tatarıstana göndərmişdi. Latın hərf
ləri ilə yazılmış həmin dəftərdə maraqlı bir məlumat var-
dı:“Burada 33 şeir vardır. Bunlar hamısı əsirlikdə və
həbsxanada yazılmışdır. 1942-ci ilin sentyabrından 1943-
cü ilin noyabrına qədər mən 125 şeir və poema yazmı
şam. Ancaq bunların hamısını hara köçürə bilərdim?Bu
şeirlər
mənimlə
birlikdə
torpağa
gömüləcəkdir".
1955-ci ilin yayında Almaniyada çap olunan “Sovet
İttifaqının mətbuatı” jurnalının redaktoru, jurnalist və
tərcüməçi Leon Nebentsal sovet nəşrlərini nəzərdən
keçirərkən ilk dəfə Musa Cəlilin Moabit şeirləri ilə tanış
oldu. Şeirlər çox xoşuna gəldi.Faşist zindanlarında hər
cür iztiraba məruz qalan şairin alman xalqına nifrət
bəsləməməsi Nebentsalı xüsusilə heyrətləndirdi.Bir müd
dət sonra alman jurnalisti Musa Cəlilin qəhrəman müba
rizəsi və faciəli taleyi haqqında Yuri Korolkovun “Sovet
İttifaqı” jurnalındakı məqaləsindən xəbər tutdu. Məqalədə
deyilirdi ki, şairin son günləri haqqında az şey məlumdur,
____
Azarbaycançılıq va vatanparvarlik mafkurasi
____
во 503 ca
hətta Cəlilin dəftərçəsini Vətənə göndərən adam- belçi
kalı Andre Timmermans bu vaxta qədər axtarılıb tapıl
mamışdır.
Nebentsal da axtarışa qoşulmağı qərara alır.Lakin
onun müxtəlif təşkilatlara müraciəti ilə aşkara çıxara
bildiyi, dəlillərinin müəyyən qədər uyğun gəldiyi Timmer
mans soyadlı
adam “Cəlilin Timmermansı" olmur.
1956-cı ilin sentyabrında yazıçı Konstantin Simonov
Knokkedə adlı kiçik Belçika şəhərində keçirilən poeziya
festivalında iştirak edir. Belçikaya yola düşməmişdən əv
vəl Musa Cəlilin həyat yoldaşı Əminə xanım onun yanına
gəlir və ərinin belçikalı dostunu axtarmağı ondan xahiş
edir.
Konstantin Simonov Əminə Cəlilin məktubunu fes
tivalın tribunasından oxuyur. Belçika şairlərinə isə Mu
sanın şeirlər məcmuəsini bağışlayır.
Festival başa çatandan iki gün sonra o, tanınmış
şair, Belçika Elmlər Akademiyasının üzvü Roje Bodarla
görüşür və Andre Timmermansın axtarılıb tapılması üçün
tədbirlər görməsini ondan rica edir.
İki gündən sonra Simonov artıq axtardığı adamın
dəqiq ünvanını bilir. O, dərhal Tirlemon şəhərinə yola dü
şür, Timmermansı tapır və maraqlandığı məsələlər ba
rəsində onu geniş sorğu-suala tutur. Simonovun Timmer-
mansla söhbətindən:
Simonov:
- Qoruyub saxladığınız dəftəri Cəlil sizə nə vaxt
vermişdi?
Timmermans:
-Drezdenə, məhkəməyə göndərilməmişdən təxmi
nən bir ay əvvəl.O, həbsxana mağazasında satılan poçt
kağızından düzəldilmiş dəftərçəsini mənə verdi.
_______________
Reyhan Mirzəzadə
____________ _
so
504
oa
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
Simonov:
-Niyə dəftərçəni sizə məhz o vaxt verdi? Məgər
onda artıq edam ediləcəyini bilirdi?
Timmermans:
-Bəli, o, məhkəmədən çox əvvəl də edam oluna
cağına əmin idi. Bir neçə dəfə çox sakit şəkildə buna
zərrəcə şübhə etmədiyini mənə demişdi...
Cəlili həbsxana rəisinin yanına çağırmışdılar. Nə
üçün çağırdıqlarını dəqiq bilmirəm. Deyəsən hansısa ka
ğızı imzalamağı tələb edirdilər.Kameraya qayıdanda o,
mənə yaxınlaşdı, dəftərçəni verdi və xahiş elədi ki, sağ
qalıb evə qayıtsam, müharibədən sonra onu düşdüyüm
ölkədəki sovet konsulluğuna verim.
Simonov:
-Siz dəftəçəni necə saxlaya bildiniz? Necə göndər
diniz?
Timmermans:
-Məni Şpandau həbsxanasına keçirəndə dəftərçəni
özümlə götürmüşdüm. Paltarımın içərisində gizlətmişdim.
Məhkəmənin hökmü bildirilən günün səhəri mənə beş il
katorqa cəzası kəsmişdilər. Mən həbsxana idarəsinə
getməli və artıq şeyləri təhvil verməli idim. Biz daha
istintaq altında olan adamlar deyildik, ona görə də artıq
şey saxlamağa icazə vermirdilər. Məsələn, mənim iki cüt
corabım var idi, bir cütünü saxlaya bilərdim, iki köynəyim
var idi, birini götürə bilərdim. Başqa bütün xırda-xuruş
şeyləri də təhvil verməli idik. Mən təhvil verəcəyim şeyləri
yığışdırdım, Cəlilin dəftərçəsini onların arasına qoydum.
Həm də bunu elə elədim ki, dəftərçə ilk baxışdan gözə
dəyməsin, eyni zamanda xüsusi olaraq gizlədilməsi barə
sində də təsəvvür yaranmasın. Dəftərçə ilə birlikdə Berlin
həbsxanasında alman keşişinin mənə verdiyi dua kitabını
da şeylərin arasına qoymuşdum.Bu dua kitabının ilk iki
ю 505
Dostları ilə paylaş: |