Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   47   48   49   50   51   52   53   54   55

_______________
Reyhan Mirzəzadə
________________
so 
602
 ca
dan  adr - soyadını  soruşduqda,  cavab verdi:  “Gülarə Əziz 
qızı  Əliyeva”.Cəld  soruşdum.
-  Siz Əziz müəllimin  qızısınız?
- Bəli - dedi.
Azərbaycanlıların  dədə-baba  yurdlarından  kütləvi 
surətdə  son  nəfərinədək  qovulması  ona  çox  pis  təsir  et­
mişdi.  Bəzən  gözləri  bir  nöqtəyə  dikilib  baxan  Gülarə  xa­
nım,  bəlkə  də  öz  ulularını,  ata  ocağını  xatırlayırdı.Ona 
söylədim  ki,  əgər  görüşəcəyimizi  bilsəydim,  yenicə  nəşr 
olunmuş  “İrəvanda  nə  qaldı  ki?..”  məqaləmi  sizə  gəti­
rərdim.  Cavab  verdi  ki,  sağlıq  olsun,  bir  də  görüşəndə 
gətirərsən.
Təəssüf  ki,  bu  bizim  Gülarə  xanımla  ilk  və  son 
görüşümüz oldu...”
Axı  Əsgər  müəllim  nə  biləydi  ki,  cəmi  on  aydan 
sonra,  1991-ci  ilin  27  iyul  günündə  zərif  barmaqları  ilə 
Azərbaycan  mədəniyyətinə  neçə-neçə  dəyərli  əsərlər 
bəxş  edən  Gülarə  xanımın  taleyində  həyatın  son  akkord­
ları  səslənəcək.  Baş verən  müdhiş hadisənin  ildırımsürətli 
qara  xəbəri  qızmar  yay  günündə  yüz  minlərlə  insanın 
qanını  damarında  “donduracaq”.
Sənətşünaslıq  elmləri  namizədi  Gülarə  xanım  Əli­
yeva  Azərbaycanın  tanınmış  musiqiçisi, 
pianoçusu, 
əməkdar incəsənət xadimi,  “Dan  ulduzu”  instrumental  an­
samblının  rəhbəri  idi.  Azərbaycan  Mədəniyyət  və  İncəsə­
nət  Universitetinin  musiqi  nəzəriyyəsi  kafedrasının  müdiri 
vəzifəsində  çalışmışdı.  Xalq  arasında  eyniadlı  muğamlar 
əsasında  "Şüştər"  rapsodiyası,  “Humayun”  süitası,  “Ba­
yatı-kürd”,  “Şur”  fantaziyalarının  müəllifi  kimi  də  hörmətlə 
qarşılanırdı.
Gülarə  xanım  istəkli  ömür-gün  yoldaşı,  mədəniyyət- 
şünas  alim  Adil  Adilovu  Moskvaya  müalicəyə  yola  sa­
larkən,  sonuncu  dəfə  eyvandan  əlini  yelləyib  onunla  sa­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
603 ca

ğollaşan  zaman  qədim  tikilinin  eyvanının  qəfil  uçulması 
nəticəsində qızı  Nuridə Adilova və  musiqiçi  həmkarı  Mini­
rə xanımla bərabər,  həyatla vidalaşdı.
1962-ci  ilin 27  iyul günü və  1991-ci  ilin  27  iyul günü. 
Bir  görkəmli  şəcərənin  üç  övladının  ruhlarının  bir-birinə 
qovuşduğu  gün.  Hər  üçü  məsafəcə  uzaqlara  yaxın  in­
sanları  yola  salarkən  özləri  haqqın  dərgahına  yola  düş­
dülər.
Doğrudan  da  düz  deyirmişlər,  həyatın  yazılmamış 
qanunları  yazılmış  qanunlarından  güclüdür.  Dahi  Cəla­
ləddin  Ruminin  unudulmaz  sözləri  kövrəlmiş  qəlbimə təs­
kinlik  verir:“öləndən  sonra  məni  torpaqda  deyil,  ariflərin 
qəlbində axtarın”.
Bu  gün  xalqımızın  Əzizini,  Gülarəsini,  Nuridəsini 
minlərlə  ariflərin,  ədalətlilərin,  vətənpərvərlərin,  insanpər­
vərlərin,  zəhmətkeşlərin,  ləyaqətlilərin,  qeyrətlilərin,  cəsa- 
rətlilərin,  mərdlərin  qəlbində  axtarmağa  haqqımız  var. 
Çünki  bu  “doğma  məkanlar”  Əliyevlərin  və  onların  övlad­
larının  əbədi  və  möhtəşəm  ünvanıdır.  Bu  ünvana 
salamlar olsun!
_______________
Reyhan Mirzəzadə
____ ____________
“Azad Azərbaycan” qəzeti, 
26  iyul 2011-ci il.
s o
6 0 4
ca
BABALARIN VƏTƏNPƏRVƏRLİK M ƏFKURƏSİ
A lm a n   f a ş iz m i  ü z ə r in d ə   q ə lə b ə n in   7 0 - c i 
ild ö n ü m ü   m ü n a s ib ə t i  ilə
"... 
Vətən i N am u s  da,  vicdan  da y a ra n m ış  şanlı
hüsnündən,
Vətən  qoynunda  bəslənm iş  əm əllər,  arzular,
şəksiz,
Vətənsiz,  yurdsuz in s a n la r y a ş a r  aləm d ə
m əsləksiz".
“U n utm az  tarixin böyük g ü n ləri -  
D ü nyaya  m ərd  gəlib,  m ərd  g e d ə n lə ri!”.
Səməd Vurğun
Bəşəriyyətin  fəlakətinə  çevrilmiş  qəsbkar  faşist 
Almaniyası  üzərində  tarixi  qələbənin  70-ci  ildönümü 
yaxınlaşmaqdadır.  Böyük  qanlar  və  itkilər  hesabına 
qazanılan  bu  qələbə  təbii  ki,  adi  qələbə  deyildi.  Bu.dün- 
yanın  yüzlərlə  xalqının,  Yer  kürəsinin  milyonlarla  insanı­
nın  eyni  arzularını,  eyni  məqsədini  birləşdirib  onu  bəşəri 
həmrəyliyə  çevirən  bir  amal  idi.  Bu  qələbə  irqindən, 
dinindən,  dərisinin  rəngindən,  şimalda,  cənubda,  qərbdə, 
şərqdə,  istidə,  soyuqda  yaşamasından  asılı  olmayaraq, 
neçə-neçə  millət  övladının  babalarının,  nənələrinin  bu­
günkü  nəvələrə,  gələcək  nəsillərə  yadigar  qoyduğu  əsl 
səadət qələbəsi idi.
Bu  səadət  qələbəsi  naminə  bizim  babalarımız  da 
həyatından,  canından,  qanından  keçdi.  Azərbaycan  cəb­
həyə  etibarlı  arxa,  hər an ən  gərgin  mübarizəyə,  ən qanlı 
döyüşlərə  hazır  olan  əzəmətli  varlıq  oldu.Gecə-gündüz 
işlədi,  çalışdı,  ölüm-dirim  savaşında  cəbhədən  heç  bir
___
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so605ce

________________
R e y h a n   M ir z s z a d d
__________________
sərvətini  əsirgəmədi.  Bakı  nefti  Qələbənin  qarantına 
çevrildi.
Xalqları  qul  etmək  planlarını  həyata  keçirməyə  ha­
zırlaşarkən  faşistlər  bu  çirkin  planı  irq  nəzəriyyəsi  ilə 
pərdələyirdilər.  Alman  mətbuatı,  radio  və  televiziyası, 
Hitlerin  bütün  çıxışları  geniş  kütləni  bəşəriyyətin  “yüksək” 
və “alçaq”  irqlərdən  əmələ gəlməsinə  inandırmağa  çalışır­
dı.  Faşist  ideoloqlarından  Quonter  və  Leptsin  yazdıqla­
rına  görə,  guya  alman  faşistləri  insanın  bütün  kamil  ruhi 
və  fiziki  xüsusiyyətlərini  özündə  birləşdirən  tam  qiymətli 
insanlar  idi,  buna  görə  də  bütün  digər xalqlar onlara  tabe 
və  onların  hüquqsuz  qulu  olmalıydı.  Hitlerin  və  onun 
qaniçənlərinin  az  qala  qanun  kitabına  çevrilən  “Mənim 
mübarizəm”  adlı  kitabında  yazılmışdı:“Hər  bir  vasitə  ilə 
almanların  bütün  dünyanı  fəth  etmələrinə  nail  olmaq 
lazımdır”.
Hitlerçi  Eybi  də  “Müasir  düşüncə”  kitabında  etiraf 
edirdi  ki,  faşist istilasının  yolu Yaxın  Şərqdən  keçir.  Faşist 
siyasəti məqsədyönlü vəzifələri  ilə buna  yaxınlaşır."
Özlərini  ən  yüksək  irqin  nümayəndələri  hesab  edən 
hitlerçilər açıq-aydın  və  qətiyyətlə  bildirirdilər  ki,  zəbt  edil­
miş  ölkələrin  əhalisini  qırmaq  lazımdır.  Tələb  edirdilər  ki, 
faşistlərə  ilk  əvvəl  Ukrayna  və  Qafqaz  verilməlidir.  Faşist 
Paulun  dediyi  kimi,  burada  yeni  tipli  müstəmləkə  insanı 
yaradılmalı  idi.  Odur  ki,  bütün  canlı  və  texniki  qüvvələr, 
ordu  bu  məqsəd yolunda səfərbər edilib təlimatlanmışdı.
Faşizm  və militarizm  üzərində  qələbə  naminə Azər­
baycan  öz  xidmətini  hələ  İkinci  Dünya  müharibəsin­
də  əsirgəməmişdi.  Yurdumuzun  igid  oğul  və  qızları  1939- 
cu  ilin  payızında  sovet-fin  müharibəsi  cəbhəsinə  yola 
düşüb  əzmkarlıqla  vuruşmuşdular.  Əsrlər  boyu  olduğu 
kimi,  Azərbaycan  bu  dəfə  də  iri  dövlətlərin  strateji  plan­
larında  mühüm yer tuturdu.
ЮбОбсА
Qafqaza  xüsusi  maraq  göstərən  ABŞ  və  Böyük 
Britaniyanın  “Velvet”  planında  Azərbaycanı  öz  nüfuz 
dairələrinə  çevirmələri  göstərilirdi.  Almaniya  Bakı  neftini 
ələ  keçirməklə,şərqə  -  İran  körfəzinə  və  Hind  okeanına 
hərəkət  etmək  niyyətində  idi.  Adolf  Hitlerin  tapşırığı­
na  əsasən  Bakının  sənaye  və  hərbi  əhəmiyyətli  obyekt­
lərinin  dəqiq  xəritəsi  hazırlanmışdı."Edelveys  “  adlanan 
Qafqaza  hücum  planında  Bakının  zəbt  edilməsinin  kon­
kret vaxtı  qeyd olunmuşdu.
1941-ci  il  iyunun  22-də  Sovet  İttifaqının  alman  fa­
şizminə  qarşı  Böyük  Vətən  müharibəsi  başlanandan  bir 
gün  sonra,  Amerika  Hərbi  Dəniz  Donanmasının  Katibi 
Frenk  Noks  ABŞ  Prezidenti  Franklin  Ruzveltə  yazmışdı: 
“Rusiyanın  (yəni  keçmiş  SSRl-nin)  işini  bitirmək  üçün 
Hitlerə  cəmi  altı  həftədən  iki  aya  qədər  vaxt  tələb 
olunacaq”.
Əlbəttə,  həmin  vaxtlar  kənardan  müşahidəçi  kimi 
baxanlara  siyasi  proqnozlar  vermək,  irəli  gedib  canını, 
qanını  verənlərdən  qat-qat  asan  idi.  Lakin  onu  da  unut­
maq  olmazdı  ki,  bu  vuruş  və  mübarizə  faşizm  və  faşist 
Almaniyası  kimi  kifayət qədər əhəmiyyətli  və qəddar düş­
mənə qarşı  idi.
Azərbaycan  bu  mübarizəyə də fədakarcasına qoşul­
du.  Bütün  ziyalıların,  o  cümlədən  yaradıcı  insanların  fəa­
liyyəti  faşizm  üzərində  qələbəyə  yönəldi.  Cəbhəyə,döyüş 
meydanlarına  700  min  nəfərə  yaxın  vətəndaşımız  yola 
düşdü.
Fəhlə  və  qulluqçular  üçün  iş  günü  11-12  saata 
qaldırıldı.  Məzuniyyətlər  ləğv  olundu.  Orduya  səfərbər 
edilmiş  işçilərin  yerinə  qadınlar və yeniyetmələr  cəlb  edil­
di.  Azərbaycanlılardan  ibarət  77-ci,  223-cü,  271-ci,  402- 
ci,  416-cı  diviziyalar  yaradılıb  formalaşdırıldı.  227-ci  və
Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi
____
ю  6
07
 c s

396-cı  diviziyaların  tərkibində  azərbaycanlılar  çoxluq 
təşkil  etdi.
Azərbaycan  oğulları  faşizmə  və  nasizmə  qarşı 
partizan  və  müqavimət  hərəkatında  canlarını  əsirgəmə­
dilər.  Respublikamızı  təmsil  edən  cəsurlar  müharibədə 
şücaətlə döyüşdülər,  ad-san  qazandılar.  Qələbəyə  gedən 
yollarsa  uzun  və  dəhşətli  idi.  Müharibə  fəlakətlərinə 
mərdliklə  qatlaşmaq  xüsusilə  Azərbaycan  övladlarından 
son  dərəcə  məsuliyyət  və  ayıq-sayıqlıq  tələb  edirdi. 
Çünki...  Çünki  hədəf Bakı  idi.  Bizim əziz,  doğma  Bakımız.
Böyük  Vətən  müharibəsinin  70  yaşı  tamam  olacaq 
bu  möhtəşəm  qələbəsi  yolunda  Azərbaycan  saysız- 
hesabsız  işlər  gördü,  xidmətlər  göstərdi.  Respublikamız 
bütün  cahana  əsl  nümunə oldu.  Azad,  müstəqil  yurdumuz 
elə bir məsələdə də bu gün  qürurverici  nümunədir.
indi  dünyanın  müasir xəritəsində  elə  bir  məmləkət, 
diyar,  ölkə  yoxdur  ki,  onun  Birinci  Vətəndaşı  və  Birinci 
xanımının  babaları  qədər  bu  ümumbəşəri  savaş  mey­
danında  milyonları  faşizmin  qanlı  caynaqlarından  xilas 
etmək  yolunda,  Azadlıq,  Qələbə  və  Sülh  naminə  əvəz­
olunmaz  töhfələrini  bəxş  etsin.  Azərbaycan  Respub­
likasının  Prezidenti  cənab  İlham  Əliyevin  babası  Əziz 
Məmmədkərim  oğlu  Əliyev  və  Prezidentimizin  sevimli 
ömür-gün  yoldaşı  Mehriban  xanım  Əliyevanın  babası  Mir 
Cəlal  Paşayev qədər.
Hər  iki  Babanın  vətənpərvərlik  məfkurəsi  zəngin  irs 
olaraq  müasir  nəsillər  üçün  də  çox  qiymətlidir.  Bu,  şanlı 
tarixdir,  bu  faktdır,bu  reallıqdır  və  gəlin  üzümüzü  bir 
daha  bu ədalətli tarixdə yaşayan  həqiqətlərə  çevirək.
Böyük  ərəb  filosofu  Əbu  Turxan  deyirdi  ki,  fəlsəfə- 
ümumbəşəri  ruhun  milli  ifadəsidir.  Həyat  fəlsəfəsinə 
gedən  ən  geniş  yol  ədəbiyyatdan  keçir.  Ispanəsilli 
Amerika  yazıçı  və  filosofu  Corc  Santayana  ədəbiyyatın
_________________Reyhan_Mirzəzadd_________________ю'>_______________
Reyhan Mirzəzadd
_________ __   __
ю  608 az
vəzifəsindən  bəhs  edəndə  yazırdı:"Ədəbiyyatın  vəzifəsi 
hadisələri  ideyaya  çevirməkdir”.  Doğru  fikirdir.  Hər  kəsə 
məlumdur  ki,  dünya  tarixində  ən  böyük  hünər  və  qəh­
rəmanlıqlar  Vətən  naminə  edilib.  Ədəbiyyat  adamlarının 
qələmi  bu  hünər  və  qəhrəmanlıqlar  meydanında  güclü 
meyara  çevrilib.  Çünki  həyatın  ən  böyük  silahı  olan  Söz, 
insan  qüdrətinin  hər  zaman  nəhəng  sərkərdəsi  olub.  Elə 
buna görə də  ədəbiyyatı  insanşünaslıq  elmi  adlandıranlar 
yanılmırlar.
Müharibə  başlananda  Azərbaycanda  böyük  söz sa­
hiblərindən,  insanşünaslığı  yaradanlardan  biri  olan  Mir 
Cəlal  Paşayevin  də  qələmi  məğrur  və  döyüşkən  bir 
silaha  çevrildi.  Yaradıcılığında  yeni  səhifələr  açıldı.  Hə­
min  illərdə  onun  yazdığı  bütün  əsərləri  xalqı  alman  fa­
şizminə qarşı  səfərbər edən  və  qələbəyə  ruhlandıran  əsil 
vətənpərvərlik  nümunələri  idi.  Yazıçı  müharibə  illərində 
ana  və  bacıların  iztirablı  günlərini,  onların  sədaqət  və 
səbrini  öz  əsərlərində  məharətlə  təcəssüm  etdirirdi. 
Deyirlər,  yazıçının  ürəyi  Vətən  üçün,  xalq  üçün  alışıb 
yanmasa,  o,  həmvətənlərinə  haqq  və həqiqət yolunu gös­
tərə  bilməz.  Doğrudan  da  yazıçı  dünyaya  yaşamaq  üçün 
deyil,  özünü  yandırıb  başqalarını  yaşatmaq  üçün  gəlir, 
cəmiyyətin  dərdini,  xalqının  yaşadığı  ağır  vəziyyəti  öz 
şəxsi  dərdi  kimi  qəlbində  daşıyır.  Məhz  Mir  Cəlal  Paşa­
yev kimi.
Böyük  fikri  adi,  sadə  və  hədəfə  toxunan  sözlərlə 
ifadə  etmək  əsl  siyasi  lirikanın  ədəbi  qaydalarıdır.  Aydın, 
səmimi  və  təbii  yazmaq  Mir  Cəlalın  əsas  yaradıcılıq 
prinsipləri  idi.  Mir Cəlal  müəllim  bütün qəlbi  ilə xalqa  bağlı 
olan  yazıçı  idi.  O,həmişə  xalqın  mənafeyinə  xidmət  edən 
ədəbiyyatdan,  yazıçıdan  yazır,  ədəbiyyatımızın  böyük 
ənənələrinə  sadiq  olan  sənətə  maraq  göstərir,  müasir 
ideyalı  ədəbiyyat  uğrunda  mübarizə  aparırdı.  Onun
____
AzərbaycancıliQ və vətənpərvərlik məfkurəsi
____
яо 609 az

əsərlərində xalqımızın  nəcib  ruhu  indi də duyulmaqdadır. 
Mir  Cəlalın  qəhrəmanları  həyatın  müxtəlif  sahələrindən 
götürülmüş  sadə  insanlar  idi.  O,bu  adamların  sevincini, 
kədərini,  arzu  və  xəyallarını  həmişə  həssas  bir  sənətkar 
ürəyi  ilə  duyub  əks  etdirirdi.  O,  heç  bir  zaman  oxucunu 
heyrətləndirən  mürəkkəb  süjetlər  qurmağa  cəhd  etmir, 
fövqəladə  əhvalatlar  quraşdırmır,  həyatın  müəyyən  bir 
parçasını  qələmə  alaraq,  canlı  və  aydın  bir  dil  ilə  təsvir 
edirdi  Onu da  deyim  ki,  insanın  kədərini,  sevincini yalnız 
həqiqi  istedad  sahibi olan yazıçı  düzgün duyub təsvir edə 
bilərdi.
Mir  Cəlal  Paşayev  əsərlərində  daha  çox  böyük 
siyasi  əhəmiyyəti olan gündəlik  aktual məsələlərdən  bəhs 
edirdi.  Yaradıcılığının  bir  xüsusiyyəti  də  günün  zahirdə 
xırda  görünən  hadisələrində  böyük  həqiqətləri  görə 
bilməsi  idi.  O,  xalqının  qurub-yaratmaq  qabiliyyətindən 
bəhs  etdiyi  zaman  öz  qəhrəmanlarından  birinin  dili  ilə 
deyirdi:“Yaratmaq  azdır.  Yaratmaqla  Vətən  vəzifəsi  bit- 
məyir.  Bu  müqəddəs  Vətənin  hər  bir  qarış  torpağını 
qorumağı  bacarmalıyam”.
Mir  Cəlal  həmişə  müstəsnalıqdan,  təmtəraq  və 
uydurmadan  sağınaraq,  mümkün  olduqca  təbii,  adi 
hadisələri  qələmə  alırdı.  Bu  da  onun  əsərlərinin  həyatla 
yaxından  səsləşməsini  təmin  edən  bir  keyfiyyət  kimi  üzə 
çıxırdı.  Ədib  özü  bir  dəfə  belə  bir  maraqlı  əhvalat  danış- 
mışdı:“Müharibənin 
ağır 
günlərində 
respublikamızın 
kəndlərindən  bir  nəfər  qoca  kişi  yanıma  gələrək  mənə 
dedi  ki,  sən  mənim  oğlumu  yaxşı  tanıyırsan,  çox  təvəqqe 
edirəm,  onun  indi  harada  olduğunu,  nə  etdiyini  öz  dilinlə 
mənə danışasan.  Mən çox and-aman elədim ki,  əmi,  sizin 
oğlunuzu  mən  haradan  tanıya  bilərəm,  mən  birdən-ikidən 
sizi,  yaxud  oğlunuzu  görmüşəmmi?  Onda  qoca  qoltuq 
cibindən  qat  kəsilmiş,  oxunmaqdan  sürtülmüş,  bəzi
_______________
Reyhan Mirzəzadə
________________
so 610 ca
yerlərinin  yazısı  getmiş  bir  qəzet  çıxararaq  dedi:  Budur, 
burada yazıbsan ki!
Mən  işin  nə  yerdə  olduğunu  anlayaraq,  qocaya 
ürək-dirək verib yola  saldım.  Doğrudan da  həmin qəzetdə 
mənim  cəbhə  həyatından  bəhs  edən  bir  hekayəm  dərc 
olunmuşdu.  Orada  təsvir  olunan  gənc  döyüşçünü  qoca 
öz oğlu  bilm işdi".
1941-ci  ilin  avqustunda  Zaqafqaziya  Hərbi  Dairə­
sinin  qoşun  hissəsi  Sovet-İran  razılığına  əsasən  İranda 
faşist  agenturasının  qarşısını  almaq  və  özünümüdafiə 
məqsədi  ilə  İran  sərhəddini  keçib  Təbrizə  daxil  olmuş­
du.Ordu  Hərbi  Şurasının  üzvü  polkovnik  Əziz  Əliyev 
orduya  siyasi  rəhbər  təyin  olunmuşdu.Onun  bilavasitə 
iştirakı  ilə  Cənubi  Azərbaycanda  strateji  planların  məq­
sədyönlü  şəkildə  həyata  keçirilməsi  yolunda  xeyli  işlərdə 
uğurlar qazanılmışdı.
Həmin  vaxtlar  Təbrizdə,  Urmiyada,  Ərdəbildə,  Mə- 
rənddə,  Zəncanda  və  digər  şəhərlərdə  geniş  mədəni- 
maarif  işləri  aparılırdı.  “Vətən  uğrunda“  qəzetinin  re­
daksiyasında  Azərbaycan  mədəniyyəti,  ədəbiyyatı  və 
jurnalistikasının  Süleyman  Rüstəm,  Osman  Sarıvəlli,  Qıl­
man  Musayev,  Ənvər  Məmmədxanlı,  İsrafil  Nəzərov, 
Əhəd  Bağırzadə,  Qulam  Məmmədli,  Mehdixan  Vəkilov, 
Cabbar  Məcnunbəyov  kimi  görkəmli  nümayəndələri  səylə 
çalışırdı,  özü  böyük  mənəviyyat sahibi,  45-ə  qədər dərs­
lik  və  elmi  kitabların  müəllifi  olmuş,  eyni  vaxtda  iki  ali 
məktəbə  - Azərbaycan  Dövlət  Universiteti  və  Tibb  İnstitu­
tuna  rəhbərlik  etmiş,  nəhəng  kadr  və  mütəxəssislər  or­
dusu  yaratmış  Əziz  Əliyev,  bu  əzmkar yaradıcı  insanların 
fəaliyyətini,  çoxmilyonluların  mübarizəsində  ədəbiyyatın 
rolunu  yüksək qiymətləndirirdi.
O  illərdə  böyük  zəhmətə  qatlaşan  Mir  Cəlal 
Paşayev  də  tez-tez  “Vətən  uğrunda“  da  çıxışlar  edir,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 61J ca

müharibə  mövzusunda,  insanları  böyük  qələbəyə  hazır­
lamaq  istiqamətində  aravermədən  sanballı  əsərlər  ya­
zırdı.  Bir-birinə  hörmətlə  yanaşan  və  səmimi  münasi­
bətləri  olan  iki  məsləkdaş  insan  -  Əziz  Əliyev və  Mir Cəlal 
Paşayevsə  haradan  biləydilər  ki,  uzun  illərdən  sonra 
onların  nəvələri  İlham  və  Mehriban  bir-birini  sevib  xoş­
bəxt  ailə quracaq,  Vətən,  onun  azadlığı,  işıqlı  sabahı  na­
minə  böyük  zəhmətləri  olan  hər  iki  Babanın  arzuları  bu 
nəvələrin  əməllərində çiçəklənib əbədi yaşayacaqdır...
Əziz  Əliyevin  həyatında  ən  ağır,  ən  çətin,  ən 
məsuliyyətli,  bəşəriyyət  üçünsə  ən  həlledici  məqamlar 
başlanırdı.  Bəli,  məhz  məqamlar!  Çünki  doğrudan  da  bə­
şəriyyətin  taleyi  anlardan,  saniyələrdən,  dəqiqələrdən  və 
necə deyərlər,  bir tükdən  asılı  idi.Hitlerin  Bakını  zəbtetmə 
planındakı  25  sentyabr,  1942-ci  il  tarixinə  cəmi  doqquzca 
gün  qalmışdı.  Əziz  Əliyev  həmin  ilin  16  sentyabrında 
dərdlər  və  bəlalar  məkanı  olan  Dağıstanın  Birinci  şəx­
si  təyin  olunmuşdu.
Hərbi  tarixdən  məlumdur ki,  ikinci  Dünya  müharibəsi 
dövründə  Qara  dənizlə  Xəzər  dənizi  arasında  baş  verən 
döyüş  əməliyyatları  15  aya  qədər  davam  etmiş,  bu 
döyüşlər  müdafiə  və  hücum  əməliyyatlarından  ibarət  mü­
rəkkəb bir kompleks yaratmışdı.
Qafqaz  uğrunda  döyüşlərdə  quru  qoşunları,  Qara 
dəniz  donanmasının  qüvvələri,  Azov  və  Xəzər  dənizinin 
hərbi  gəmi  dəstələri,  aviasiyaçılar  və  partizanlar  iştirak 
edirdilər.
1942-ci  il  iyul  ayının  1-də  “Cənub”  ordusunun  qə­
rargahında  keçirilən  müşavirədə  Hitler  bəyan  etmişdi: 
“Mənim  əsas  niyyətim  -  rus  qüvvələrini  əsaslı  surətdə 
darmadağın  etməklə,  Qafqaz vilayətini  ələ  keçirməkdir”.
Bir  neçə  gün  sonra  Münhendə  keçirilən  zabit  müşa­
virəsində  Gebbels  də  bildirmişdi:“Biz  Şərqdəki  ölkəni
_______________
Reyhan Mirzəzadə
_____________ __
ю  612 ca
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi.
təkcə  ona  sahib  olmaq  üçün  deyil,  həmçinin  onu  özümüz 
üçün təşkil etməkdən  ötrü  tutmuşuq.  Biz  kömür,  dəmir və 
neft  uğrunda  mübarizə  aparırıq.  Əgər  Qafqazdakı  döyüş­
lər  bizim  komandanlıq  tərəfindən  təyin  olunmuş  müddətə 
qədər sona  çatarsa,  o  halda  biz Avropanın  ən zəngin  neft 
vilayətlərini  öz  əllərimizə  almış  oluruq.  Kim  buğda,  neft, 
almaz  və  kömürə  sahib  olarsa,  o  da  müharibəni  udmuş 
olacaq”.
Hitler  komandanlığının  Qafqazı  ələ  keçirməsi  planı 
1942-ci  il  23  iyul  tarixli,  kod  adı  “Edelveys”  olan  45  saylı 
direktivdə ətraflı  şəkildə  şərh olunmuşdu:
1.  Qafqazın  neftverən  rayonları  ilə  birlikdə  ələ 
keçirilməsi - Bakı,  Qroznı,  Mahaçqala.
2.  Sovet  İttifaqının  Qafqazın  neft  rayonlarının 
itirilməsi  hesabına zəifləməsi.
3.  SSRİ-nin  Qafqaz  və  İranı  itirməsi  nəticəsində 
xarici aləmdən təcrid  olunması.
4.  Vermaxt  tərəfindən  sənaye  üçün 
nəzərdə 
tutulmuş xammal mənbələrinin əldə olunması.
5.  Türkiyənin  SSRİ-yə  qarşı  müharibəyə  cəlb 
olunması.
6.  Qara  dəniz  donanmasının  tam  məhvi,  onun 
bazalarının  ləğv  edilməsi  və  Qara  dənizdə  alman  donan­
ması  hökmranlığının  bərqərar olunması.
7.  Alman  qoşunlarının  Zaqafqaziyadan  Yaxın  Şərqə 
daxil  olması  üçün əlverişli  şəraitin yaradılması.
İşğalçılıq  planlarında  vermaxt  komandanlığı  Xəzər 
dənizi  ilə  Baş  Qafqaz  sıra  dağları  arasında  mühüm 
strateji  mövqeyə  malik  olan  Dağıstana  da  xüsusi  diqqət 
ayırmişdı.  Hitlerçilər Mahaçqalanı  özlərinin  Xəzər dənizin­
dəki  ən  başlıca  hərbi-dəniz  bazasına  çevirməyi  planlaş­
dırmışdılar.  Bu  barədə  Əziz  Əliyevin  yaxın  adamlarından 
biri  Həbib  Həsənov yazırdı:
ю  613 ca

"1941-1945-ci  illərin  qanlı-qadalı  hadisələri,  İkinci 
Dünya  müharibəsi..  Hitler  Almaniyasının  dişlərinə  qədər 
silahlanmış 
hərbi  qüvvələri  Sovet  İttifaqının 
həyat 
əhəmiyyətli  ərazilərini  zəbt  edərək,  Şimali  Qafqaza,  Za­
qafqaziyaya  doğru  irəliləyir.  Qroznı  neft  mədənləri  hitlerçi 
faşistlər  tərəfindən  zəbt  olunur...  Bakını  ələ  keçirmək 
arzusunu  reallaşdırmaq  üçün  tədbirlər  görür,  yeni  həm­
ləyə  hazırlaşırlar.  Daha  bir  həmlə,  Dağıstan  zəbt  oluna­
caq,  Azərbaycana  doğru  yol  açılacaq,  Bakı  nefti  alman 
faşistlərinin  əlinə  keçəcək,  Sovet  Ordusunun  mühərrikləri 
dayanacaq,  faşistlər qələbə çalacaqlar.
Belə  bir  gərgin  dövrdə  Dağıstanın  müdafiəsini 
möhkəmləndirmək,  bir  nəfər  də  olsun,  faşist  əsgərinin 
Azərbaycana  keçməsinə  yol  verməmək  üçün  qəti  təd­
birlər görmək tələb  olunurdu...”
Əziz  Əliyev  vilayət  partiya  komitəsinin  ıv  plenu­
munda  “Dövlət  Müdafiə  Komitəsinin  16  sentyabr  1942-ci 
il  tarixli  qərarı  ilə  əlaqədar  Dağıstan  qarşısında  duran 
vəzifələr  barədə  məruzə  edərkən  son  dərəcə  ciddi 
məsələlərə toxundu.  Həmin məruzədən bəzi sətirlər:"...Bu 
gün  düşmən  Dağıstanın  bir addımlığında  ikən,  respublika 
cəbhə  zolağına  çevrilərkən  hərbi-müdafiə  məsələsi,  hər 
yaşayış  məntəqəsinin  bir  qala  kimi  möhkəmləndirilməsi 
vəzifəsi  olduqca  kəskin xarakter alır.
Bakı  neftinin  qapısı  olan  Dağıstanı  düşmən  üçün 
alınmaz  bir  qalaya  çevirmək!..-  Dağıstan  partiya  təşkila­
tının  qarşısında duran vəzifə bax,  budur!
...indi  əsas  məsələ  hərbi-müdafiə  işini  kəskin 
şəkildə  yaxşılaşdırmaqdan,  bütün  rayonlarda  və  aullarda 
müharibə  dövrünün  sərt  rejimini  bərqərar  etməkdən 
ibarətdir.  Elə  etmək  lazımdır  ki,  düşmən  haradan  gəlir- 
gəlsin,  özünü  hansı  formaya  salır-salsın,  hər yerdə  bizim­
kilər  onların  qarşısına  çıxmalı,  onları  məhv  edib  zərərsiz
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin