Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

______
Reyhan Mirzəzadə
________________
ю  
57 S
 03
həssaslıqla  yanaşardı.  Onda  insanlara  məhəbbət  vardı 
ki,  bu  da  onun  böyüklüyündən,  genişürəkli,  səxavətli 
olmasından  irəli  gəlirdi.  Allah  onu  o  qədər  sadə,  təva­
zökar yaratmışdı  ki,  respublikanın  birinci  xanımı  olduğunu 
heç vaxt büruzə verməzdi.  Dəb-dəbəyə yad  bir qadın  idi.
Zərifə  xanım  Azərbaycan  tibb  elminin  tarixində, 
onun  şöhrətlənməsində ləyaqətli  yer tutmuş görkəmli  alim 
və  mütəxəssislərdən  biri  idi.  Dünya  tibb  elminə  yeni 
nailiyyətlər  bəxş  edib  akademik  adına  yüksələn  Zərifə 
xanım  Əliyeva  dəyərli  ziyalı  və  alim  kimi  respublikamızın 
hüdudlarından  kənarda  da  yaxşı  tanınmışdı.  Onunla 
birlikdə  elmi  iş  aparanlar  onun  nailiyyətlərindən,  yüksək 
mədəniyyətindən, 
nəcib 
xüsusiyyətlərindən 
iftixarla 
danışırdılar”.
Tibb  elmləri  doktoru,  professor  Nurəddin  Hümbətov 
Zərifə  xanımın  adı  gələndə  çox  kövrəlir:  “Zərifə  xanım­
la  mən  uzun illər bir yerdə işləmişik.  O,  göz  xəstəlikləri- 
oftalmologiya  kafedrasında,  mən  isə  daxili  xəstəliklər 
kafedrasında.  O,  bir  alim,  bir  xanım,  bir  həkim,  bir  pe- 
daqoq  kimi  hamı  tərəfindən  sevilirdi.  Mən  yalnız  onun 
insani  keyfiyyətləri,  sadəliyi  barədə  danışmaq  istəyirəm. 
Baxmayaraq,  Zərifə  xanım  böyük  alim,  respublika  rəh­
bərinin  həyat  yoldaşı  idi,  o,  özünü  işdə,  cəmiyyətdə  çox 
sadə aparırdı.  İstər böyüklə,  istər kiçiklə davranışında çox 
səmimi  idi.  Bir həmkar,  iş  yoldaşı  kimi  mənim  xətrimi  çox 
istəyirdi.  Biz eyni  ildə  doktorluq  müdafiəsi  etmiş,  eyni  ildə 
də  professor  adı  almışıq.  İnstitutun  böyük  elmi  şurasında 
doktorluq  işimiz  müzakirə  olunandan  sonra  sənədləri 
Moskvaya  göndərmək  lazım  idi.  O  vaxt  Bakıda  Ali 
Attestasiya  komissiyası  yox  idi.  İclasdan  sonra  məni 
yanına  çağırıb  dedi  ki,  Nurəddin,  sən  sənədlərini  hazırla, 
ver  mənə,  mən  sənin  də  elmi  işini  öz  sənədlərimlə 
bərabər  göndərim.  Moskvada  elmi  işlərimizi  birlikdə  gö­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
___ _
so 579 ea

rəndə,  fikirləşəcəklər  ki,  sən  Heydər Əliyevin  ya  qohumu, 
ya  da  yaxın  adamısan.  O  zaman  doktorluq  işinin  təsdiqi 
tezləşər.
Bunu  heç  kim  etməzdi.  Mən  adi  bir  insan,  adi  b ir 
həkim  idim.  Arxamda  heç  bir  vəzifəli  adamım,  dayağım 
yox  idi.  Birinci  katibin  ömür  -  gün  yoldaşının  mənə  qar­
daşlıq  qayğısı  göstərməsi  ürəyimi  dağa  döndərdi.  Tez 
sənədlərimi  hazırlayıb,  Zərifə  xanıma  təqdim  etdim.  Heç 
ay  yarım  keçməmiş,  Moskvadan  xəbər gəldi  ki,  sənədlər 
təsdiq  olunub.
Milli  Elmlər  Akademiyasındakı  mötəbər  mərasimdə 
akademik  Topçubaşov  doktorluq  diplomlarını  Zərifə  xam- 
ma və mənə təqdim etdi.
Kondisioner  zavodunda  da  Zərifə  xanımla  bərabər 
çalışmışıq.  Yaratdığı  laboratoriyada  o,  oftalmologiya, 
mən  isə  daxili  xəstəliklər  üzrə  elmi  iş  aparırdıq.  Zavodun 
işçiləri,  fəhlələri  ilə  elə  mülayim,  elə  məlahətli  davranırdı 
ki,  çox  adam  bilmirdi  Zərifə  xanım  kimin  qızı,  kimin  həyat 
yoldaşıdır.
Zavodda  vəzifəsindən,  işindən  asılı  olmayaraq, 
hamı  ilə  birinci  o  salamlaşar,  hal  -  əhval  tutardı.  Prob­
lemləri,  ehtiyacı  olanlara  heç zaman  biganə  qalmazdı. 
Onları  məmnuniyyətlə  qəbul  edər,  dinləyər,  məsləhətlər 
verər,  imkan  daxilində kömək edərdi".
Keçmiş  SSRİ-nin  tanınmış  oftalmoloqlarından  biri 
M,Krasnov  Zərifə  xanımın  hətta  fiziki  nasazlığı  zamanı 
necə  qüvvətli  ruha  malik  olmasından  yazır:“ 1984-cü  ildə 
tibb  işçiləri  günü  qeyd  olunurdu.  Zərifə  xanım  həmin 
dövrdə  dəhşətli  xəstəliyi  ilə  mübarizə  aparırdı  və  onun 
müalicəsi  mümkün  olmayan  xəstəliyə  tutulduğunu  az 
adam  bilirdi.  Mən  Rəyasət heyətində  əyləşmişdim.  Birdən 
onun  zalda  ən  çox  sevdiyi  bir professor  həmkarı  ilə  (o da 
istedadlı  bir  qadın  idi)  yanaşı  oturduğunu  gördüm.  Hər
_______________
Reyhan Mirzəzadə
____________ _
so 
580
 ca
ikisi  deyib-gülür,  bir-birilə  ünsiyyətdən  zövq  alırdılar. 
Zərifə  xanımda  bu  güc,  həyat eşqi  hardan  idi?!,  ölümünə 
iki  həftə  qalmış  o,  uzaq  bir  ezamiyyətə  hazırlaşırdı: 
“Aspirantlarıma kömək etmək lazımdır!”.
15  aprel, 1985-ci  il.  Vətənimizə  qürbətdən  gələn  son 
dərəcə  kədərli  xəbər  yüz  minlərlə  ürəkləri  göynətdi,  acı 
göz  yaşları  yanaqlara  və  qüssəli  qəlblərə  axdı.  Kədər 
dolu baxışlar  Moskvaya zilləndi.
Türk  dünyasının  ləyaqətli  övladı,  Azərbaycan  xal­
qının  sevimli  alim  qızı  Zərifə  Əliyeva  həyatla  vidalaşıb 
əbədiyyətə  qovuşdu.  SSRİ  paytaxtı,  tanınmış  Novode- 
viçye  məzarlığı  hələ  belə  bir  izdihamlı  dəfn  mərasimi 
görməmişdi.
İndi  müstəqil  yurdunun  azad  torpağında  əbədiləşən 
mərhəmətli  Zərifə  xanımın  məzarı  və  möhtəşəm  abidəsi 
önünə  hər  gün  neçə-neçə  gənc,  ziyalı,  sadə  insan,  ahıl 
və  xarici  qonaqlar  ziyarətə  gəlir.Onu  salamlayır,  ruhuna 
dualar  oxuyur.  Zərifə  xanım  da  onları  xəfif  təbəssümlə 
qarşılayır.İnsanlara  sevgi  dolu  həyat  eşqi,  nəciblik  və 
xeyirxahlıq  səadəti  aşılayır.  Yeni  ailə  quranlara  xeyir-dua 
verir.
Paklıq  simvolu  olan  Zərifə  xanım  uzun  ömür  yaşa­
masa  da,“Həyat  illərin  sayı  ilə  deyil,  insanın  fəaliyyəti  ilə 
ölçülür"  - deyiblər.
Zərifə  xanımın  yaşadığı  hər  bir  gün  -  kiçik  həyat 
qədər dəyərli oldu.
Görə  bilmədiyi  hər  bir  uğurlu  hadisə  -  onun  ruhuna 
sevinc dolu bir töhfə verməkdə davam edir.
İnsan  mənəviyyatının  təhlili  ilə  bağlı  bir  mütəfəkkirin 
fikirləri  çox  dəyərlidir.  Alman  filosofu  Georq  Vilhelm  Frid- 
rix  Hegel  qeyd  edir  ki,  insanın  vəzifə  borcu  dörd  növə 
bölünür:  özü  qarşısında,  ailəsi  qarşısında,  dövlət  qarşı­
sında,  başqa  insanlar qarşısında.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
581
 ce

Zərifə  xanım  Əliyeva  özü  qarşısında,  mənəviyyatı 
qarşısında,  dövlət  qarşısında,  xalq  qarşısında,  başqa  in­
sanlar  qarşısında,  yüzlərlə  vətəndaş  qarşısında  unudul­
maz,  nümunəvi  bir şəxsiyyət ömrü yaşadı.Yaşadı  və  bun­
dan  sonra da yaşayacaq.
Zaman  sürətlə  ötüb  keçir.  Odur  ki,  həyatımızın  hər 
bir anının dəyərini  ilahi  töhfə kimi  dərindən  düşünməyi  və 
qiymətləndirməyi  bacarmalıyıq.  Bacarmalıyıq  həm  də ona 
görə  ki,  insan  və  zaman  məkanında  müvəqqəti  ömrü 
yaşamaq  üçün  bu  gün  hər birimiz  “Tanrı  qonağı”yıq.  Gö­
rün,  böyük  rus  yazarı  Vissarion  Belinskinin  sözləri  dün­
yanın  hər  bir  “qonağı”  üçün  nə  qədər  düşündürücüdür: 
“Dülgər olacağıq,  çilingər olacağıq,  fabrik  sahibi olacağıq, 
ancaq  insan ola  biləcəyikmi? - Bax,  budur məsələ!”.
Reyhan Mirzəzadə
_________________
“Strategiya.az” 
15  aprel 2013-cü il
so 
582 ea.
OFTALMOLOGİYADA  MÜHÜM  ELMİ 
YENİLİKLƏRƏ  İMZA ATMIŞ  BÖYÜK ALİM
Akademik Zərifə Əliyeva  SSRİ  səhiyyəsində 
Averbax mükafatını alan  ilk xanım idi
Tanınmış  ingilis  şairi  Tomas  Strenz  Edisonun  eti­
rafına  görə,  uğur  qazanmağın  bir  faizi  istedadla,  doxsan 
doqquz  faizi  isə  zəhmət və  ağılla  bağlıdır.  Məhz  istedad, 
zəhmət  və  ağılla  qazanılan  bir  uğurun  illər  keçdikdə  öz- 
özünə  zənginləşib  qüdrətli  bir  sərmayəyə  çevrilən,  dünya 
mədəniyyətinin  qiymətli  abidələri  qədər  dəyərli  olan  bir 
xatirədən və xatirələrdən  bəhs  etmək  istəyirəm.
“Bakı"  qəzetinin  tarixə  dönmüş  1982-ci  i!  27  yanvar 
tarixli  nömrəsini  oxuyuram.  Əsrlər  boyu  yetişdirdiyi  böyük 
elm  xadimləri  ilə  qürur  duyan  xalqımıza  və  respub­
likamızın  ictimaiyyətinə  “Azərbaycan  -aliminə  mükafat” 
başlığı  altında  xoş  bir  xəbər  yayılıb.  Həmin  xəbərdən 
sətirlər:  “SSRİ  Tibb  Elmləri  Akademiyası  Rəyasət  Heyə­
tinin  iclası  olmuşdur.  Akademiyanın  rəyasət  heyəti  1981- 
ci  ildə  ölkəmizin  alimlərindən  böyük  bir  qrupuna  adlı 
mükafatlar  və  diplomlar  vermişdir.  Mükafat  alanlar  ara­
sında Azərbaycandan  professor Z.Ə.Əliyeva da vardır.
Professor  Z.Ə.Əliyeva  SSRİ  Tibb  Elmləri  Akademi­
yasının  M.I.Averbax adına mükafatını  almışdır...”
Daha  sonra  Moskva  İkinci  Tibb  İnstitutu  göz  xəs­
təlikləri  kafedrasının  müdiri,  SSRİ  Dövlət  mükafatı  lau­
reatı,  RSFSR  əməkdar  elm  xadimi,  SSRİ  Tibb  Elmləri 
Akademiyasının  müxbir  üzvü,  professor  A.Nesterovun 
“Elm  və  həyat” jurnalının  1982-ci  il  tarixli  5-ci  nömrəsində 
dərc olunan  “Akademiyanın  mükafatı  Azərbaycan  aliminə 
verilmişdir”  məqaləsində  qeyd  edilir  ki,  SSRİ  Tibb  Elmləri 
Akademiyası  tərəfindən  görkəmli  sovet  alimi,  akademik 
Mixail  losifoviç  Averbaxın  şərəfinə  təsis  edilmiş  mükafat
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____ _
ю  
583
 ca

dörd  ildə  bir  dəfə  oftalmologiya  sahəsində  ən  yaxşı  elm i 
tədqiqatlara  görə  verilir.  Mükafata  layiq  görülmüş  əsərlər 
silsiləsinə  “Şin  sənayesində  gözlərin  peşə  patologiyası” 
kitabı,  “Rezin  sənayesi  fəhlələrində  gözlərin  zədələnmə- 
sinin  profilaktikası" və “Yod  sənayesi fəhlələrində gözlərin 
zədələnməsinin  profilaktikası”  adlı  metodiki  göstərişlər, 
habelə  mərkəzi  oftalmoloji  jurnallarda  və  elmi  konfrans­
ların  əsərlərində  dərc  olunmuş  bir  sıra  elmi  məqalə  və 
məruzələr daxildir.  Z.Ə.Əliyevanın  tədqiqatlarında  müəlli­
fin  öyrənilən  problemə  dərin  və  hərtərəfli  münasibəti  diq­
qəti  cəlb  edir.  Eksperimental  və  laboratoriya  tədqiqatları 
uzun  illər aparılmış  klinik  müşahidələrlə  sıx  birləşir.
Z.Ə.Əliyeva  şin  və  yod  sənayesi  fəhlələrində  göz­
lərin  peşə  xəstəliklərini  tədqiq  etməyə  xüsusi  diqqət 
yetirmişdir.  Qeyd  etmək  lazımdır  ki,  şin  istehsalı  ölkə­
mizin  kimya  sənayesində  getdikcə  daha  böyük  yer  tutsa 
da,  Z.Ə.Əliyevanın  tədqiqatlarına  qədər  nə  ölkəmizin,  nə 
də  xarici  ölkələrin  tibb  ədəbiyyatında  şin  istehsalının 
insan  orqanizminə  və  görmə  orqanlarına  zərərli  kimyəvi 
təsirinə  dair müfəssəl  əsərlər yox idi.  Yodla  uzunmüddətli 
iş  prosesində  gözlərin  zədələnməsinin  xüsusiyyətləri  də 
kifayət qədər öyrənilməmişdi...
Sovet  mətbuatı  onu  da  yazırdı  ki,  Zərifə  Əziz  qızı 
Əliyeva  SSRİ-nin  bu  ali mükafatına  layiq  görülən  ilk  qadın 
alimdir.
Professor  Zərifə  xanım  Əliyeva  məqalələrində  qeyd 
edirdi  ki,  Azərbaycanda  kimya  sənayesi  sürətlə  inkişaf 
etdiyi  üçün  peşə  xəstəliklərinə  qarşı  mübarizə  ən  vacib 
tibbi-bioloji  problemlərdən  biri  idi.  Geniş  miqyasda  apa­
rılan  profilaktik  və  müalicə  tədbirləri  nəticəsində  indi  kim­
ya  sənayesində  görmə  orqanının  peşə  xəstəliyinə  tutul­
ması  hallarına  az-az  rast  gəlinir  və  özünü  intoksikasi- 
yanın yüngül,  subklinik forması  şəklində  büruzə verir.
_______________
Reyhan Mirzəzadə
_____ ___________
so 
584 ea
Zərifə  Əliyevanın  apardığı  fundamental tədqiqatların 
yeni  olduğu  məlum  idi.  Sonralar  həmin  tədqiqatlar  müəl­
lifin  1980-ci  ildə  Bakıda  çap  olunan  orijinal  “Şin  istehsa­
lında  gözün  peşə  patologiyası”  monoqrafiyasının  əsasını 
təşkil  etdi.
Zərifə  xanımın  tədqiqatlarının  miqyası  geniş  idi. 
Yaşından və  iş stajından  asılı olmayaraq,  şin  istehsalında 
çalışan  1281  işçinin  üzərində klinik  müşahidə aparılmışdı. 
Üstəlik  bu  araşdırmalar  uzun  illər  ərzində  müəyyən 
istehsal  şəraitində  kimyəvi  intoksikasiyaya  məruz  qalan 
heyvanlar üzərindəki  eksperimentlərlə elmi  şəkildə  uzlaş­
dırılmışdı.  Göz  xəstəliyinin  morfoloji  və  histokimyəvi  təd­
qiqatları  bu  xəstələrin  patogenetik  mahiyyətini  aşkara  çı­
xarmağa  kömək  etdi  və  göstərdi  ki,  gözün  qabaq  his­
səsində  əmələ  gələn  dəyişikliklər  şin  zavodunda  istehsal 
amillərinin  birbaşa  təsiri  ilə,  gözün  daxili  hissəsinin  zədə- 
lənməsi  isə  bütövlükdə  həmin  amillərin  ümumtoksik  təsiri 
ilə əlaqədardır.
Zərifə  xanımın  iş  günü  kabinetdən  yox,  zəhmətkeş 
fəhlə  əllərinin  çalışdığı  istehsalatdan  başlanırdı.  Bakı  yod 
zavodunda  istehsal  prosesinin,  sanitar-gigiyenik  xüsusiy­
yətlərinin,  fəhlələrin  iş  şəraitinin,  müxtəlif  təcrübə  və  iş 
stajına  malik  peşə sahiblərinin sağlamlığının  hərtərəfli  və­
ziyyətini  ciddi  şəkildə  araşdırmaq  lazım  gəlirdi.  Ekspe­
rimental  tədqiqatlar  nəticəsində  Zərifə  xanım  müəyyən 
etdi  ki,  yod  istehsalında  kimyəvi  maddələrin  buxarının 
toksik  təsirindən  görmə  orqanı  daha  çox  zərər  çəkir.  Kli- 
nik-eksperimental  tədqiqatların  nəticələri  görmə  orqanına 
toksik  maddələrin  təsirini  daha  düzgün  qiymətləndirməyə 
və  rasional  müalicə  üsulları  işləyib  hazırlamağa  imkan 
yaratdı.  Zərifə  xanım  Əliyevanın  “Xronik  yod  intoksiya- 
sında  oftalmopatologiya”  mövzusunda  yazdığı  ikinci  mo­
noqrafiya  1981 -ci  ildə  çap  olundu.  Həmin  monoqrafiya
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
ю  
585 ea

orijinal  elmi  tədqiqat  əsəri  kimi  oftalmologiya  elminin 
inkişafında əhəmiyyətli  rol oynadı.
Tibb  elmləri  doktoru,  Ə.Əliyev  adına  Həkimləri  Tək­
milləşdirmə  İnstitutu  göz  xəstəlikləri  kafedrasının  profes­
soru  Z.Ə.Əliyeva  “Kommunist”  qəzetinin  1982-ci  il,  13 
iyun  tarixli  nömrəsində  dərc  olunmuş  “Fəlakətin  qarşısını 
almaq  olar!”  məqaləsində  gözün  bəzi  irsi  xəstəlikləri 
haqqında  məlumat  verərək  kataraktadan  bəhs  edib  ya- 
zırdı:“Gözün  anadangəlmə  dəyişiklikləri  arasında  ən  tez- 
tez  təsadüf  edilən  xəstəlik  büllurun  tutqunlaşması,  yəni 
katarakta  xəstəliyidir.  Katarakta  gözün  anadangəlmə  də­
yişikliklərinin  60  faizini  təşkil  edir.  Valideynlər  uşağın  bə­
bəklərinin  rənginə fikir verməlidirlər.  Bəbək  adi  halda  qara 
görünür,  kataraktada  isə  boz  olur.  Katarakta  görmə  qabi­
liyyətinin  xeyli  azalmasına,  bəzən  isə  tamamilə  itiril­
məsinə  gətirib  çıxarır  ki,  bu  da  ətraf aləmin  predmetlərini 
qavramaq  qabiliyyətindən  məhrum  olan  uşağın  ümumi 
hərəkət  və  əqli  inkişafına  mənfi  təsir  göstərir.  Buna  görə 
də  valideynlər  öz  oğlunu  və  ya  qızını  cərrahi  müdaxilə 
yolu  ilə  kataraktadan  xilas  etmək  üçün  mütəxəssisə  tez 
müraciət  etməlidirlər.  Qlaukoması  olan  uşaqlar  müalicə 
edilmədikdə,  onların  55  faizə  qədəri  adətən  məktəb yaşı­
na  çatanadək  görmə  qabiliyyətini  tamamilə  itirib  kor olur­
lar.  Ömrün  ilk aylarında  uşaqda qlaukoma  olduğunu  onun 
işıqdan  qorxmasından,  gözlərinin  yaşarmasından,  iştahı 
olmamasından  və  narahat  yatmasından  bilmək  olar.  Bu 
hallar göz almasının böyüməsi ilə müşayiət edilə bilər.
Oftalmoloq  belə  uşaqlarda  xeyli  yüksək  olan  göz- 
daxili  təzyiqi  ölçmək  yolu  ilə  diaqnoz  qoyur.  Vaxtında 
aparılan  dərman  müalicəsi  və  ya  cərrahiyyə  əməliyyatı 
anadangəlmə qlaukoması  olan  uşağın görmə qabiliyyətini 
hifz edə bilər”.
_______________
Reyhan Mirzəzadə
________________
ю  
586
 ca
Zərifə Əziz qızı  Əliyevanın  namizədlik  dissertasiyası 
o  dövrdə  oftalmologiya  üçün  sosial  baxımdan  aktual 
sayılan  traxoma  xəstəliyi  ilə  mübarizəyə  həsr  edilmişdi. 
Traxoma  korluq  hallarının  ən geniş  yayılan  səbəblərindən 
biri  kimi  dəhşətli  ictimai  bəlaya  çevrilmişdi.  Ümumdünya 
Səhiyyə Təşkilatının  məlumatlarına  əsasən,  dünyada 400 
milyon  nəfər  traxoma  xəstəliyinə  tutulmuş,  80  milyon  nə­
fər  bu  səbəbdən  kor  olmuşdu.  O,  həmin  namizədlik  işi 
üzərində  işləyərkən,  yüzlərlə,  minlərlə  xəstəyə  şəfa  ver­
miş,  uşaq  evlərində  yaşayan,  ata-anasız  neçə-neçə  uşa­
ğı  bəlalardan  xilas  edərək,  onların  gözlərinə  nur,  talelə­
rinə  həyat  işığı  bəxş etmişdi.
Zərifə  xanımın  atası  Əziz  Məmmədkərim  oğlu  Əli­
yev  böyük  alim,  tibb  elmləri  doktoru,  professor  olmaqla 
bərabər,  tanınmış  dövlət  xadimi  idi.  O,  Azərbaycanda  sə­
hiyyənin  və  tibb  elminin  inkişafındakı  xidmətləri  ilə  xalq 
arasında  nüfuz  və  ehtiram  qazanmışdı.  Çoxsaylı  elmi 
əsərləri  ilə səhiyyəmizə böyük  nailiyyətlər bəxş edən  Əziz 
Əliyev  öz  şərəfli  yolunu  övladlarına  da  aşılamışdı.  Zərifə 
xanım atasının  yolunu davam etdirməklə fəxr edirdi.  “Mən 
bununla  atamın  ruhunu  yaşadıram”  deyən  Zərifə  Əziz 
qızının  elm  aləmini  heyrətə  salan,  bir-birinin  ardınca 
yüzlərlə məqaləsi,  ixtira və səmərələşdirici təklifləri,  neçə- 
neçə  monoqrafiyası  işıq  üzü  görməklə  milli  təbabətimizin 
üstünə  işıq  saldı.  O,  bu  əsərlərinə “Atamın  ömrü”  deyirdi, 
ö z  həyatını  bu yolla  atasına  həsr edirdi.
Həyat  yoldaşı,  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi  Komitəsinin  Birinci  katibi  Heydər  Əliyevin  böyük 
zəhmətlə  tikdirib  ərsəyə  gətirdiyi  Bakı  Məişət  Kondisio­
nerləri Zavodunun  elmi  laboratoriyasındakı fəaliyyəti Zəri­
fə  xanımın  həyatında,  əlbəttə  ki,  əvəzolunmaz  izlər  qoy­
du.  Həmin  illərdə  zavodun  istehsalat  üzrə  direktor  müa-
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю  
587
 oa

vini  vəzifəsində  çalışmış  Məhərrəm  Baxşəliyevin  dedik­
lərindən:
-  Zavodun  direktoru  Sənan  Axundov  Moskvada 
səfərdə  idi.  Azərbaycan  Respublikası  Mərkəzi  Komitə­
sindən  Həsən  Seyidov  mənə  zəng  edib  bildirdi  ki,  Zərifə 
xanım  Əliyevanın  göz  xəstəliklərinin  müvafiq  sahələri  ilə 
bağlı  müdafiə  etdiyi  doktorluq  işi  SSRİ  miqyasında  böyük 
rezonans  doğurub  və  o,  aparıcı  sənaye  müəssisəsi  kimi 
kondisioner  zavodunda  elmi  laboratoriya  açmaqla,  isteh­
salat zəhmətkeşlərinin görmə orqanına təsirinə dair tədqi­
qatları  davam  etdirmək fikrindədir.
Ertəsi  gün  səhər saat 8.45-də  Zərifə  xanım  zavodun 
qarşısında  maşından  düşdü.  Gəlib  mənə  çatanda  müla­
yim  səslə; “Siz yoldaş  Baxşəliyevsiniz?” - deyə soruşdu.
- Bəli, Zərifə xanım,  - deyə cavab verdim.
-  Laboratoriya  üçün  hansı  mərtəbədə  otaqlar  seçə 
bilərik?
Üçüncü  mərtəbəyədək  zavodun  idarəsi  yerləşdiyini 
bildirib  dördüncü,  beşinci  və  altıncı  mərtəbələrə  baxdıq. 
Hər  mərtəbəyə  diqqət  yetirəndən  sonra  altıncı  mərtəbəni 
bəyəndi.  3-4  otaq  seçərək  təkliflərini  bildirib  dedi  ki,  sa­
bah  gəlib  sizə  deyəcəklər  hansı  otaq  hansı  rəngdə  boya­
nacaq.  Ancaq  sizdən  xahiş  edirəm,  dəm-dəstgahlı  təmir 
olmasın. Artıq  xərc çəkməyə ehtiyac yoxdur.
Professor Zəhra  Quliyeva  məhəbbətlə  yazırdı  ki,  biz 
Zərifə  xanımın  Averbax  adına  ali  mükafata  layiq  görül­
məsi  xəbərini eşidəndə Azərbaycan  Oftalmoloqlar Cəmiy­
yətinin  iclasında  qərara  aldıq  ki,  əlamətdar  hadisəni 
təntənəli  şəkildə  qeyd  edək.  Zərifə  xanıma  soraq  çatanda 
o,  bərk  həyəcanlanaraq  sıxıla-sıxıla  həmkarlarını  bu 
fikirdən  çəkindirməyə  çalışdı.  Cəmiyyətin  nümayəndəsi 
kimi  mən  min  bir  əzab-əziyyətdən  sonra  onu,  nəhayət, 
inandıra  bildim  ki,  bu  fakt  bütün  Azərbaycan  oftalmolo-
_______________
Reyhan Mirzəzadə
_________________
Eo 
588
 
ca
giyasımn  şərəf  və  qüruru  deməkdir.  Buna  görə  də  Zərifə 
xanımın  öz  həmkarlarını  bu  əlamətdar  hadisəni  qeyd 
etmək  imkanından  məhrum  etməsi  düzgün  deyildir.  Təbii 
təvazökarlığı,  yüksək  mədəniyyəti,  öz  uğurlarını  çox  da 
nəzərə  çarpdırmamaq,  təntənə  və  dəbdəbədən  uzaq 
qaçmaq  kimi  xüsusiyyətləri  Zərifə  xanımı  bizə  daha  da 
sevdirir və  doğmalaşdırırdı.  Cəmiyyətin  dediyim  iclası  çox 
xahişlərdən  sonra  baş  tutanda,  o,  heyranlıq  dolu  təriflərə 
imkan  vermədən  apardığı  işdən  söz  açdı.  Biz  sidq- 
ürəkdən  təbriklər  hazırlamışdıq  ki,  onun  könlü  xoş  olsun 
Zərifə  xanım  isə  təbriklərimizi  təqdim  etməyə  imkan  ver­
mirdi.  Bu  epizod  onun  böyüklüyünü  və  sadəliyini  təcəs­
süm etdirirdi.
Biz  onu  sevir,  onunla  fəxr  edirdik.  Zərifə  xanım 
Azərbaycan  xalqının,  Azərbaycan  elminin,  Azərbaycan 
oftalmologiyasının  iftixarı  idi.  Bununla  bərabər,  Zərifə  xa­
nım  qeyri-adi  dərəcədə  təvazökar  və  ciddi  insan  idi.  Bü­
tün  ömrü  boyu  meşşanlığa,  mənəviyyatsızlığa,  əxlaqi 
ideyaların  itirilməsinə  qarşı  barışmaz  mübarizə  aparmış­
dı.  Kristal  dərəcədə  təmiz,  doğruçu  və  təmənnasız  bir 
insan  kimi o,  yüksək keyfiyyətlərin carçısı  idi.
Rusiya  Tibb  Elmləri  Akademiyasının  həqiqi  üzvü, 
Göz  Xəstəlikləri  Elmi-Tədqiqat  İnstitutunun  direktoru, 
Dövlət  mükafatı  laureatı  M.M.Krasnov  Zərifə  xanımdan 
bəhs  edərkən  qeyd  edir  ki,  o,  böyük  zəhmət  və  gərgin 
axtarışlar  hesabına  tibb  aləminə  yeni  bir  töhfə  -  “Irido- 
diaqnostika”  kimi  nəhəng  elmi  monoqrafiya  bəxş  etdi  ki, 
həmin  dəyərli  kitab  mağazaların  rəflərində  görünən  kimi 
dərhal  “yoxa  çıxırdı”.  Zərifə  xanımın  elmi  cəsarəti  ilə  elmi 
təvazökarlığı  çox  təbii  və  səmimi  idi.  Hər  iki  insani 
keyfiyyət  bir-birilə  təzadlı  olsa  da,  bunlar  Zərifə  xanımın 
xarakterində  vəhdət təşkil  edirdi.  Elmi  nailiyyətlərinə  görə 
o,  SSRİ  Tibb  Elmləri  Akademiyasının  M.İ.Averbax  adına
____
Azarbaycançılıq va vatanparvarlik mafkurasi
____
во 
5S9
 oa

mükafatına 
layiq  görüləndə 
bütün 
səmimiyyəti 
ilə 
təəccüblənmişdi:  “Nə üçün  məhz mənə?..”
Zərifə  xanım  tək  elm  aləmində  deyil,  həyatda  da 
insanlığa  şərəf  gətirən  sadə  və  təvazökar  duyğulara 
malik  idi.  Yenə dahilərin  sözləri  yada düşür:“Güclü  adam­
lar  həmişə  sadə  olur”.  “Xarakterdə,  davranışda  və  üm u­
miyyətlə,  hər  bir  işdə  ən  gözəl  şey  sadəlikdir.  Sadəlik 
həm  də  nəcabət  əlamətidir”.  “Sadəlik  mənəvi  gözəlliyin 
başlıca  şərtidir”.“Ən  dəyərli  insanlar  təvazökar  insanlar­
dır”.  “İnsanı  gözəlləşdirən,  ona  zinət  verən  ən  mühüm 
cəhətlərdən  biri də onun təvazökar və sadə olmasıdır”.
Əlli  ildən  artıq  Göz  Xəstəlikləri  Elmi-Tədqiqat  İnsti­
tutunda  həkim,  şöbə  müdiri  işləmiş  Suğra  Babayeva 
Zərifə xanımı  yad  etdiyi zaman  həm  kövrəlir,  həm  də göz­
lərində  işıq  dolu  sevinc  parlayırdı.  Söhbət  edirdi  ki,  Zərifə 
xanım  sanki  hər an  insanlara  kömək,  yaxşılıq etmək  üçün 
dünyaya  gəlmişdi.  Biz  o  zaman  təcrübəsiz  idik,  xəstəlik 
tarixini  yazanda  çətinlik  çəkirdik.  Xüsusi  ilə  rus  dilində 
qeydlər  etdikdə  Zərifə  xanım  bizə  kömək  edir,  cümlələ- 
rimizdəki  ifadələrin,  sözlərdəki  şəkilçilərin  düzgün  işlən­
məsinə  diqqət  yetirir,  redaktələr  edirdi.  İşə  gələndə  hamı 
ilə səmimi salamlaşıb görüşürdü.
Zərifə  xanım  iş  yoldaşlarının  xeyrindən  -   şərindən 
qalmırdı.  Slutski  soyadlı  bır  işçimiz  var  idi,  yeni  mənzil 
almışdı.  Hamımız yığışıb  onu  təbrik etməyə getdik.  Sluts- 
kinin  arvadı  musiqi  müəlliməsi  idi,  pianodan  dərs  deyirdi, 
odur  ki,  evdəki  piano  diqqətini  cəlb  etdi.  Zərifə  xanım 
piano  arxasına  keçdi.  Gözəl  musiqi  nömrələri,  milli  ope- 
rettalarımızdan,  musiqili  komediyalarımızdan  nümunələr 
ifa  etdi.  Həkimlərimiz  şən  əhval  -  ruhiyyədə  qol  götürüb 
rəqs etdilər.
Nəhayət,  qədim  yunan  filosofu  Platonun  müdrik  kə­
lamlarını  xatırlamaq  zənnimcə  son  fikirlərimi  söyləməyə
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin