1. QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS İFADƏLƏR Bu Qaydalarda aşağıda göstərilən sözlər hər hansı bir yerdə istifadə olunmasından asılı olmayaraq eyni məna daşıyırlar:
«Qəfləti xəstəlik» dedikdə sığorta təminatının qüvvədə olduğu müddət ərzində gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur;
«Gözün itirilməsi» həmin gözün görmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsini nəzərdə tutur;
«Ətrafın itirilməsi» əlin biləkdən və ya daha yuxarı hissədən, yaxud ayağın baldırdan və ya daha yuxarı hissədən itirilməsini və əl və ya ayaqdan istifadə etmək imkanının tam və bərpaolunmaz şəkildə itirilməsini nəzərdə tutur.
«Əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi» Sığorta olunanın bədbəxt hadisədən sonra növbəti 12 ay ərzində gəlir gətirə biləcək hər hansı bir əmək fəaliyyəti ilə məşğul olma imkanını tamamilə itirməsini və həmin müddət başa çatdıqdan sonra da sağalacağına heç bir ümidin olmamasını nəzərdə tutur.