25) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası
B) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası
C) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası
D) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası
E) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
26) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici endarteriitdən nə ilə fərqlənir?
A) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda miqrasiyaedici tromboflebitin olması
B) Ciddi fərq yoxdur
C) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil etməsi
D) Arteriyal şaxənin distal zədələnməsi
E) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
27) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Hiperbarik oksigenasiya
B) Qanın lazer şüalanması
C) Plazmaferez
D) Qeyd olunanların hamısını
E) Hemosorbsiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
Dostları ilə paylaş: |