342) Ağ ciyər arteriyasının tromboemboliyası əsasən hansı damarın hesabına olur?
A) Səthi yuxarı ətraf venaları
B) Aşağı ətrafın dərin venaları və kiçik çanaq venaları
C) Üz venaları
D) Səthi aşağı ətraf venaları
E) Yuxarı ətrafın dərin venaları
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
343) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?
A) Varikoz genəlmə
B) Fibrinolitik aktivliyin aşağı düşməsi
C) Venalarda qan axınının zəifləməsi
D) Vena damar tamlığının pozulması
E) Səyrici aritmiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
344) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Distal ödem
B) Palpasiyada kəskin ağrı
C) Ocaqlı ağrı
D) Dərinin hiperemiyası və vena gedişi boyu ödem
E) Hərarətin qalxması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |