385) Qarının boğulmuş yırtığında erkən əlamətlərə hansı aiddir?
A) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
B) Yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
C) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı
D) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, kəskin ağrı, yüksək hərarət
E) Kəskin başlama, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
386) Hansı yırtıqlarda daxili orqanlar yırtıq kisəsinin divarının bir hissəsini təşkil edə bilər?
A) Çəp qasıq yırtığı
B) Sürüşən yırtıq
C) Rixter yırtığı
D) Göbək yırtığı
E) Düz qasıq yırtığı
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
387) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Venoz qan
B) Arterial qan
C) Qarın boşluğu eksudatı
D) Sidik
E) Limfa
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |