460) Yaşlı xəstədə sarılıq və əllənən öd kisəsi varsa nə düşünərsiniz?
A) Öd daşı xəstəliyi
B) Pankreas başının xərçəngi
C) Öd kisəsinin empiemasi
D) Şəkərli diabet
E) Kəskin pankreatit
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 142.
461) Qatı və duru qidaları uda bilməyən, retrosternal yanğısı və requrgitasiyası olan xəstədə ilk öncə nə düşünərsiniz?
A) Sliding tipli yırtıq
B) Paraezofageal yırtıq
C) Axalaziya
D) Qida borusu xərçəngi
E) Skleroderma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 145.
462) Turşuluğu aşağı olan xəstələrdə H.pilori nəyə səbəb ola bilər?
A) Adenokarsinoma
B) Qastrit
C) Mədə limfoması
D) Mədə xorası
E) Mədə polipi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 325.
463) Mondor triadası hansıdır?
A) Qusma, bradikardiya, qarında ağrı
B) Qarında ağrı, əzələ gərginliyi, lateral kanallar üzrə perkutor kütlük
C) Qarında ağrı, qaraciyər kütlüyünün itməsi, əzələ gərginliyi
D) Qarında ağrı, bradikardiya
E) Qarında ağrı, əzələ gərginliyi, xora anamnezi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 298.
Dostları ilə paylaş: |