482) Düz bağırsağın intrasfinkter fistulası üçün xarakterikdir?
A) Irin boşluqlarının olması
B) Fistula yolunun qısa olması
C) Düyməli milin bağırsaq mənfəzinə sərbəst keçməsi
D) Irinlik yollarının olması
E) Anal dəliyə doğru uzanan dərialtı atmanın əllənməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
483) Əsl paraproktitlərdə infeksiya haradan daxil olur?
A) Perianal nahiyədən
B) Düz bağırsaq selikli qişasından
C) Hematogen yolla
D) Limfogen yolla
E) Anal kanalın morqan kriptlərindən
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 66.
484) Anobüzdüm bağı harada lokalizasiya edir?
A) büzdümlə xarici sfinkterin səthi porsiyası arasında
B) büzdümlə qasıq sümükləri arasında
C) büzdümlə perianal yumşaq toxumalar arasında
D) büzdümlə xarici sfinkterin dərin porsiyası arasında
E) büzdümlə xarici sfinkterin dərialtı porsiyası arasında
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 827.
Dostları ilə paylaş: |