728) Sakitlik zamanı portal təzyiqin normal diapazonu hansıdır?
A) 650-750 mm su st (48-56 mm cst)
B) 150-250 mm su st (11-18 mm cst)
C) 250-350 mm su st (18-26 mm cst)
D) 50-150 mm su st (4-11 mm cst)
E) 450 550 mm su st (33-41 mm cst)
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
729) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?
A) Çerni kəsiyi
B) Koxer, Fyodorov kəsikləri
C) Orta laparotomiya
D) Torakoabdominal kəsik
E) Köndələn laparotomiya
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
730) 30 yaşında qadın gecə vaxtı, küçədə tapılmışdır və huşsuz vəziyyətdə cərrahi klinikaya çatdırılmışdır. Vəziyyəti ağırdır: AT=80/20 mm c.st., nəbzi-128v/dəg., dərisi avazıyıb, qanın xüsusi çəkisi Van-Slayka metodu ilə -1, 044-dür. Ağrı qıcıqlandırıcılarına və göz bəbəklərinin işığa reaksiyası yerindədir. Üzdə cızıqlar və qansızmalar var. Tənəffüsün sayı 1 dəqiqədə 24-dür. Döş qəfəsinin sağ tərəfdə perkutor səs timpanikdir. Sağ tərəfdən nəfəs küyü zəifləyib. Döş qəfəsi və qarın üzərində cızıqlar və qansızmalar var. Lumbal punksiya zamanı likvorun təzyiqi 230mm c.s., likvorun şəffaflığı və rəngi dəyişməyib, likvor yollarının keçiriciliyi sınağı müsbətdir. Laparosentez zamanı 10 ml qan alınıb. Laporatomiya zamanı VIII qabırğanın sınığı nəticəsində dalağın diafraqmal səthinin 2 sm cırılmasında hansı əməliyyat göstərişdir?
A) Dalaq yarasının elektrokoaqulyasiyası
B) Splenektomiya dalaq toxumasının böyük piyliyə implantasiyası ilə
C) Dalaq yarasının tikilməsi
D) Splenektomiya
E) Dalağın rezeksiyası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком», СПб., 1999. (Г)
Dostları ilə paylaş: |