758) Babasilin əmələ gəlməsinə aşağıdakılardan hansı şərait yaratmır?
A) spirtli içkilərin qəbulu
B) ağır fiziki əmək
C) uzunmüddətli və fasiləsiz qəbizlik
D) artıq çəki
E) proktosiqmoidit
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.305-306; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 528-530
759) Düz bağırsaq xərçənginin diaqnostikasında hansı müayinə üsulu daha vacibdir?
A) nəcisin gizli qanaxmaya görə müayinəsi
B) laparoskopiya
C) kiçik çanaq orqanlarının USM
D) düz bağırsağın barmaqla müayinəsi və rektoromanoskopiya
E) Çənbər bağırsağın rentgenoloji müayinəsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.312
760) Yoğun bağırsağın divertikulyozunun diaqnostikasında ən informativ müayinə metodu hansıdır?
A) irriqoskopiya
B) rekloromanoskopiya
C) qarın boşluğu orqanlarının USM
D) daxilə barium qəbul etdikdən sonra yoğun bağırsağın müayinəsi
E) kolonoskopiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.227
761) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas amillərdən biri hansıdır?
A) qarındaxili təzyiqin artması
B) qida faktoru (şirniyyat istifadə olunması qəbulu)
C) bağırsaqdaxili təzyiqin artması
D) qida faktoru (sellüloza ilə zəngin qidanın istifadəsi)
E) çoxlu maye qəbulu
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.226
Dostları ilə paylaş: |