776) Aşağıdakı kateterlərdən hansı uroloji praktikada istifadə edilmir?
A) nelaton kateteri
B) foqarti kateteri
C) petser kateteri
D) timan kateteri
E) foley kateteri
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
777) Sidik kisəsi arteriyaları hansı damarın şaxələridir?
A) epigastrica inferior
B) iliaca interna
C) rectalis inferior
D) obturatoria
E) iliaca externa
Ədəbiyyat: А.Сапин. Анатомия человека. «Медицина», Москва, 2000.
778) Hansı əlamət nefrolitiaz üçün səciyyəvi deyildir?
A) qasıqüstü nahiyədə küt ağrı
B) böyrək sancısı
C) piuriya
D) bel nahiyəsində küt ağrı
E) makrohematuriya
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
779) Xəstə aralıq nahiyəsində olan ağrılardan şikayətlənir. Temperaturu 39°C-dir . Sidik ifrazı çətinləşib, ağrılıdır. Daha çox ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) kəskin pielonefrti
B) prostat vəzin xərçəngi
C) kəskin prostatit
D) prostat vəzin adenoması
E) kəskin sistit
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
Dostları ilə paylaş: |