780) Trixomoniaz zamanı seçim preparatı nədir?
A) flükinazol
B) metronidazol
C) sefotaksim
D) norfloksasin
E) ofloksasin
Ədəbiyyat: И.Мартин. Секреты урологии. «Бионом», Москва, 1998.
781) Aşağıdakılardan hansı patologiya üçün terminal hematuriya səciyyəvi deyildir?
A) sidik kisəsi şişi
B) nefrolitiaz
C) sidik kisəsi daşı
D) kəskin sistit
E) vərəm mənşəli sistit
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
782) Prostat adenomasının yaranmasına aşağıdakı hansı amil təsir göstərir?
A) virus xəstəlikləri
B) irsi faktorlar
C) yaşla əlaqədar orqanizmdə olan hormonal dəyişikliklər
D) prostat vəzin xroniki iltihabı
E) cinsi fəaliyyətin pozulması
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
783) 1 ml sidikdə leykositlərin miqdarı neçədən çox olduqda leykosituriya hesab edilir?
A) 6000
B) 10000
C) 2000
D) 4000
E) 1000
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
Dostları ilə paylaş: |