345) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansı aid deyil?
A) Qıcolmalar
B) Ətrafın trofik dəyişikliyi
C) Gözlə görünən böyümüş venalar
D) Fasiləli axsama
E) Distal hissəvi ödem
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
346) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Dil-udlaq siniri
B) Azan sinir
C) Sadalananların heç biri
D) Diafraqmal sinir
E) Dilaltı sinir
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
347) Sağ qulaqcığa hansı damar açılmır?
A) Ürək koronar sinusunun venoz damarı
B) Aşağı boş vena
C) Ürəyin kiçik venaları
D) V. hemiaziqoz
E) Yuxarı boş vena
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
348) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?
A) Sağ tac arteriyasının orta şaxəsi
B) Hamısı düzdür
C) Sol tac arteriyasının enən şaxəsi
D) Ürəyin böyük venası
E) Sağ tac arteriyası
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
349) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?
A) Ürəyin ön və arxa səthində
B) Heç bir variant düz deyil
C) Ürəyin aşağı səthində
D) Ürəyin arxa səthində
E) Ürəyin ön səthində
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
Dostları ilə paylaş: |