338) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Venadan qan almaq
B) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək
C) Antikoaqulyantlar təyin etmək
D) Perikardın punksiyası
E) Sidikqovucular təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
339) Pnevmotoraksın ən təhlükəli forması hansıdır?
A) Qapalı pnevmotoraks
B) Qapaqlı pnevmotoraks
C) Spontan pnevmotoraks
D) Açıq pnevmotoraks
E) Qapalı, açıq pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 640
340) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı xəstəlik üçün xarakterikdir?
A) Eksudativ plevrit
B) Pnevmotoraks
C) Hemotoraks
D) Perikardit
E) Diafraqmaalti abses
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 636.
341) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan quyruğu” nun olması hansı patologiyaya xasdır?
A) Qida borusunun yanıq strikturası
B) Axalaziya
C) Qida borusunun diafraqma dəliyinin yirtığı
D) Qida borusunun xərçəngi
E) Qida borusunun leyomioması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
Dostları ilə paylaş: |