417) Sürüşən yırtıqların kriteriyalarına hansılar aiddir?
A) Yırtıq möhtəviyyatının olmaması
B) Yırtıq kisəsində iştirak edən orqanların intraperitonal yerləşməsi
C) Yırtıq möhtəviyyatının olması
D) Yırtıq kisəsində iştirak edən orqanların ekstroperitonal yerləşməsi
E) Yırtıq kisəsində iştirak edən orqanların mezoperitoneal yerləşməsi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
418) Xroniki pankreatitin ən çox təsadüf edilən səbəbi hansıdır?
A) İrsi faktor
B) Hiperparatireodizm
C) Travma
D) Mədə-bağırsaq infeksiyası
E) Xroniki alkoqolizm
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
419) Yuxarı müsariqə arteriyasının emboliyası zamanı hansı cərrahi müalicə taktikasını seçərsiniz?
A) Embolektomiya
B) Qastrostoma
C) Yoğun bağırsağın rezeksiyası
D) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın rezeksiyası
E) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın total rezeksiyası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |