441) Aşağıdakılardan hansı ikincili peritonitə səbəb olmur?
A) Peptik xora perforasiyası
B) Nefrotik sindrom
C) Bağırsaq burulması
D) İnvaginasya
E) Appendiks perforasiyası
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 230
442) İnvaginasiya bağırsaq keçməməzliyinin hansı növünə aid edilir?
A) Obturasion
B) Paralitik
C) Qarışıq
D) Dinamik
E) Stranqulyasion
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 80.
443) Erkən dempinq sindroma hansı aid deyil?
A) Ürək nahiyəsində ağrı və taxikardiya
B) Qarında tutmaşəkilli və kəsici ağrılar
C) Qida qəbulundan sonra halsızlıq və zəiflik
D) Qanda şəkərin normadan aşağı düşməsi
E) İshal
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 445.
444) Exinokok kistası qaraciyərin I,II və III seqmentlərində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 6-7-ci qabırğaarası sahədən torakotomiya
B) 7-8-ci qabırğaarası sahədən torakotomiya
C) Koxer kəsiyi
D) Yuxarı orta laparotomiya
E) 5-6-cı qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
445) Exinokok kistası qaraciyərin IV,V və VI seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 5- 6 - cı qabırğaarası sahədən torakotomiya
B) Koxer kəsiyi
C) 7 - 8 - ci qabırğaarası sahədən torakotomiya
D) Yuxarı orta laparotomiya
E) 6 -7- ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
446) Exinokok kistası qaraciyərin VII və VIIII seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 7-8- ci qabırğaarası sahədən torakotomiya
B) Koxer kəsiyi
C) Yuxarı orta laparotomiya
D) 6–7-ci qabırğaarası sahədən torakotomiya
E) 5–6-cı qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
447) Ağır formalı dempinq-sindrom zamanı icra olunan rekonstruktiv əməliyyatlardan ən effektlisi hansıdır?
A) Henley üsulu ilə trunkulyar vaqotomiya+ qastroyeyunoduodenoplastika
B) Henley üsulu ilə trunkulyar vaqotomiya
C) Sonpault və Buccaili üsulu ilə qastroyeyunoduodenoplastika
D) Moroney üsulu ilə qastrokoloduodenoplastika
E) Şumaxer üsulu ilə qastroyeyunoduodenoplastika
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 466 .
Dostları ilə paylaş: |