Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə9/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   5   6   7   8   9   10   11   12   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
18 
– Fransız yaraşıqlı olsa da, çox alçaq adamdı; amma 
ingilis namuslu olmaqdan əlavə, üstəlik, on dəfə artıq 
varlıdı. 
– Elədi; ancaq əvəzində fransız – markizdi və daha 
ağıllıdı, – o, çox sakit halda cavab verdi. 
– Bu doğrudumu? 
– Tamamilə doğrudu, – mən hələ də davam eləyirdim. 
Mənim suallarım Polinaya heç xoş gəlmirdi və görürdüm 
ki, 
o, 
cavablarının 
ədası və kobudluğuyla məni 
acıqlandırmaq istəyir. Bu haqda elə o saat ona dedim. 
Nə olsun, sizin necə özünüzdən çıxmağınız məni, 
doğrudan da, əyləndirir. Doğrusu, yalnız bir şeyə – sizə belə 
suallar verməyə, fərziyyələr yürütməyə imkan verdiyimə 
görə əvəzini ödəməlisiniz. 
– Mən həqiqətən də sizə belə suallar verməkdə özümü 
haqlı sayıram, – sakit cavab verdim, – məhz ona görə ki, 
necə istəyirsiniz, əvəzini ödəməyə hazıram və indi öz 
həyatımı heç nə hesab eləmirəm. 
Polina qəhqəhə çəkdi: 


www.vivo-book.com 
19 
– Siz mənə axırıncı dəfə Şlangenberqdə
13
dediniz ki, elə 
ilk sözümdəncə başıaşağı tullanmağa hazırsınız. Oranın 
hündürlüyüsə, deyəsən, iki min futa qədərdi. Mən bu sözü 
nə vaxtsa yalnız ona görə dilimə gətirərəm ki, baxım görüm 
əvəzini necə ödəyəcəksiniz. Ona da əmin olun ki, sizə lazım 
olandan da artıq nifrət eləyirəm. Amma hələlik siz mənə 
lazımsınız. Mən sizi qorumalıyam. 
Polina qalxmağa başladı. O, əsəbi danışırdı. Axır 
vaxtlar həmişə mənimlə söhbəti kin və əsəblə, əsl nifrətlə 
bitirirdi. 
– İcazənizlə soruşum, mademosielle Blanche necədi? O 
vaxtdan artıb eləməyib? Mademoiselle Blanche, yəqin ki
general arvadı olacaq, – şübhəsiz, nənənin ölümü barədə 
şayiə təsdiq olunsa; ona görə ki, mademosielle Blanche də, 
onun anacığazı da, xalanəvəsi cousin
14
– Markiz də – hamı 
çox yaxşı bilir ki, biz müflis olmuşuq. 
– Bəs general əməlli-başlı vurulub? 
13
Almaniyada kiçik əyalət şəhəri
14
cousin – kuzen, qohum (frans.)



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin